Qızıl şəfəq əkir yerə



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
tarix14.01.2018
ölçüsü5,04 Kb.
#20776

background image
Qızıl şəfəq 

 

Qızıl şəfəq əkir yerə 



Gün keçəndə günortadan. 

Vaxtı bölür iki yerə - 

Alma kimi; tən ortadan. 

 

Bacaları yelə verir, 



Çırpır hisi, qurumları. 

Sonsuzlara bala verir, 

Doyurdur ac qarınları. 

 

Bərəkəti o gətirir; 



Quzulara yemlik pencər... 

Susuyana su gətirir, 

Yetimlərə məxmər pencək. 

 

Bu dünyanın nəyi kəmdi, -  



Ac gözünü doyur görüm! 

Ağa kimdi, nökər kimdi? 

Gücün çatır ayır görüm! 

 

Suya düşür qızıl üzük; 



Bəxti gülür aşiqlərin. 

Yazla gələn vəfa, düzlük 

Yırğalayır beşikləri. 

 

Yaz qüdrətli bir dövlətdi, 



Yer boydadı ərazisi. 

Ona haqdan əmanətdi 

Haqq-ədalət tərəzisi. 

 

Qızıl şəfəq : şeir // Azərbaycan xalq bayramı Novruz. – Bakı : Təhsil, 2011. – 



S.12-13. 

 

Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə