R a u f r z a y e V, Ə dliyyə n azirliyi İnsan hüquqları və



Yüklə 175,84 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü175,84 Kb.
#53818


«Qanunçuluq».-2012.-№ 8.-S.17-23.

S o v e t A z ə r b a y c a n ı n ı n   i lk  ə d liy y ə   k o m is s a r ı  



Ə lih e y d ə r   Q a r a y e v i n   h ə y a tı  v ə  f ə a liy y ə ti

R a u f R Z A Y E V ,

Ə dliyyə N azirliyi  İnsan hüquqları və 

ictim aiyyətlə  əlaqələr idarəsinin m əsləh ətçisi, 

tarix üzrə  fə lsə fə  doktoru

1896-cı il iyulun  7-də Şamaxı şəhərinin Şıxminaz məhəlləsində  Qarayevlər ailəsində doğulan oğlan uşağının adını 

Əliheydər qoydular. Ailənin başçısı Ağakərimi bəzi yaxınları dindar bir adam kimi tanıyırdı, şəhərdə tacir kimi tanınan bu 

adamın öz parça dükanı vardı.  1902-ci ildə  6 yaşlı oğlunu mollaxanaya (ruhani məktəbinə) təhsil almağa göndərir.  4 ildən 

sonra isə Şamaxıda realnı məktəbi açdıqda, yeniyetmə  Əliheydərin  adını birincilər sırasında  oraya yazırlar.  170 şagirddən 

76-sı  azərbaycanlı,  71-i  erməni,  22-si rus  və  1-i yunan  idi  (1).  Məktəbin Azərbaycan  dili müəllimi  olan Azərbaycan  şairi, 

nasiri,  dramaturqu,  publisisti,  maarif  xadimi  Abbas  Səhhət  Əliheydərin  formalaşmasına  böyük  təsir  göstərmişdir. 

Xarakterinə  görə  ünsiyyətli  bir  insan  olan  gənc  Əliheydər yuxarı  siniflərdə  təhsil işləri zamanı  məktəbin  ictimai  işlərinə 

maraq göstərməyə  başlayır və  dövri mətbuatı  diqqətlə  izləyir.  Onun  ən  çox sevdiyi mətbu orqan o  vaxtlar ən  məşhur olan 

"Molla Nəsrəddin" satirik jurnalı idi.

M ütərəqqi  ideyaların  carçısı  olan  "M olla  Nəsrəddin"  zəhm ətkeş  xalq  və  dem okratiya  cəbhəsində  duraraq, 

azadlıq  düşm ənlərini  -  çar m ütləqiyyətini,  hakim  təbəqələrinin  ağalığını,  im perializm in  m üstəm ləkəçilik  siyasətini, 

geriliyi,  m övhum at,  cəhalət v ə  xurafatı am ansız  satira atəşinə  tutm uş, A zərbaycan  xalqının m illi  oyanışına,  əhalinin 

gen iş təbəqələri  içərisində  istiqlal  ideyaların yayılm asında mühüm rol  oynamışdır.

A zərbaycan  p oeziyasında  inqilabi  satiranın  banisi,  görkəm li  şair  M irzə  Ələkbər  Sabirin  (1 8 6 2 -1 9 1 1 )  və 

A .  Səhhətin təsiri  altında Ə liheydər həm in jurnalda ö z m əqalələrini  dərc etdirm əyə  başlayır.

H əm in  mətbu  orqanın  gən c  və  yeni  fəaliyyətə  başlayan jurnalisti  kim i  o,  1913-cü  ildə  "M olla  Nəsrəddin" 

jurnalının  T iflisd ə təşkil olunm uş  qurultayında nüm ayəndə  heyətinin tərkibində  iştirak edir (2).

1906-cı  ildə  Bakıda  "Nicat",  B akı  m üsəlm an  m ədəni-m aarif cəm iyyəti  fəaliyyətə  başlamışdır.  C əm iyyətin 

əsas  m əqsədi  azərbaycanlı  əhali  arasında  m illi  oyanışa  nail  olm aq  üçün  maarifı  yaym aq,  orta  və  ali  təhsil 

m ü əssisələrinin  eh tiyacı  olan  tələbələrinə  maddi  yardım göstərm ək,  həm çinin  A zərbaycan  dilinin  v ə  ədəbiyyatının, 

m illi  teatr  sənətinin  inkişafına köm ək  etm ək  idi.  1914-cü  ildə  "Nicatın"  təşəbbüsü  ilə  Şam axıda xeyriyyə  cəm iyyəti 

yaradıldı  v ə  gən c  Ə liheydər 

həm in  cəm iyyətə 

daxil  oldu. 

C əm iyyətin 

işində 

fəal 

iştirakına, 

səhnə 

tam aşalarının

qoyuluşuna görə  qurumun  Şam axı şöbəsinin rəhbərliyi tərəfindən ona təşəkkür elan edilir (3).

Şam axı  realnı m əktəbində  təhsilini  19  yaşında başa  çatdıran  Ə liheydər  B akıya köçür v ə  4  nöm rəli  m əktəb­

də  m üəllim   işləm əyə  başlayır.  Şəhərin  həm in  illərdəki  qızmar vaxtında bir il  işlədikdən v ə  öz  qabiliyyətlərinə  inam 

qazandıqdan,  daha  böyük  fəaliyyət 

göstərm əyə 

qadir  olduğunu  dərk 

etdikdən 

sonra 

gən c 

m üəllim   1916-cı 

ildə

h əyatı  daha  dərindən  dərk  etm ək  m əqsədilə  N ovoçerk asska  (R usiyanın  R ostov  vilayəti)  yollanır,  burada  D on  

P olitexnik  İnstitutunun  m exanika  fakültəsinə  daxil  olur.  İmperiyanın  m ü x tə lif guşələrindən  gəlm iş  bütün  gənclər 

kim i,  o  da  tədricən  şəhərin  böyük  siyasi  həyatına  qoşulur,  tələbə  sosial-dem okrat  cəm iyyətinin  işində  fəal  iştirak 

etm əyə  başlayır  (4).  Onun  natiqlik  qabiliyyətini  v ə  g ələc ək   liderlik  m eyillərini  aşkara  çıxaran  ətrafındakı yoldaşlar 

Ə liheydəri  tətil  kom itəsinin  üzvü  seçirlər. 

Y ığıncaq 

v ə 

m itinqlərdəki 

davranışı 

v ə 

çılğın 

təbiəti  ilə 

seçilən   gən c

Ə liheydər  m övcud  quruluşa  qarşı öz  nifrətini  dilə  gətirir,  elə  buna  görə  də  həbs  olunur,  jandarm  idarəsində  ona

ed ilən  xəbərdarlıqdan  sonra tezliklə  azadlığa buraxılır  (5).

Ə liheydər  Qarayev  1917-ci  ilin   fevral  buıjua-dem okratik  inqilabını N ovoçerkasskda  qarşılayır,  m ay  ayında 

isə  təhsildən   ayrılaraq  A zərbaycana  qayıdır  v ə  bir  n eçə  gün  Bakıda  qaldıqdan  sonra  Şam axıya  gəlir.  R usiya 

inqilabının  sədaları  eşidilən  Şam axıda  tələbə  bürosu  yaradılır  və  Ə.  Qarayev  təcrübəli  ictim ai  xadim   kim i  həm in 

büronun  idarə  heyətinin  üzvü  seçilir  (

6

).T ələb ə  bürosunun  fəa lı kim i  o,  əhali  qarşısında m ühazirələrlə  çıxış  etm əyə 



başlayır,  m ü x tə lif  kütləvi  izahat  və  m ədəni-m aarif  iş i  aparır.  A bbas  Səhhətin  “A ç ıq   sö z ”  qəzetində  1917-ci  ilin 

m ayında  dərc  olunm uş  "M üsəlman  tələbələrinin  fəaliyyəti"  m əqaləsində  Ə liheydər  Qarayevin  Şamaxıdakı 

fəaliyyəti  xü susi  qeyd  olunurdu  (7).  Ə.  Qarayevin  ictim ai  fəaliyyəti  zəngin   və  sürətli  keçirdi.  Qısa  vaxt  ərzində  o, 

digər  tələbələrlə  birlikdə  fəhlə və  əsgər  deputatları şuralarının  form alaşm asında,  fəhlə  v ə  sənətkarların  həmkarlar

ittifaqlarının  yaradılm asında  iştirak  edirdi,  m ayın 

23-də 

Ə.  Qarayevin 

sədrliyi  ilə 

keçirilən 

iclasda  isə 

Fəhlə 



Ə sgər Deputatları  Şurası təşkil  edildi  v ə  o,  Şuranın  İcraiyyə  K om itəsinin  sədri  seçildi.  1917-ci  il  iyunun  ortalarında 

Şam axı  qəzasının  kəndliləri  Ə.  Qarayevi  Z aqafqaziya  kəndli  deputatlarının  T iflisd ə  keçirilən  qurultayına 

nüm ayəndə  seçdilər,  orada  Ə.  Qarayev  V ila y ət  M ərkəzi  R əyasət  H eyətinin  tərkibinə  daxil  edildi  (

8

).  B ir  aydan 



sonra isə  Petroqraddakı Birinci  Üm um rusiya K əndli  Soveti  İcraiyyə  K om itəsinin qurultayına nüm ayəndə  seçildi.

1917-ci  ilin  sentyabrında  T iflisə  gələn   Ə liheydər  bütünlüklə  siyasi  fəaliyyətə  qoşulur.  H əm in  vaxtlarda 

T iflisd ə  yaradılan  "Hümmət"  partiyası  Azərbaycandakı  sosial-dem okrat  həmkarından  fərqli  olaraq,  m enşevik 

təm ayüllü  idi.  Ə liheydər  Qarayev  m enşevik   m övqelərində  dayanaraq  (sonralar  o,  ö z  dünyagörüşünü  dəyişərək, 

b olşeviklərin  sıralarına keçir),  onların  baxışları  ilə  razılaşır  v ə  b elə  hesab  edirdi  ki,  inqilabın  aparıcı  qüvvəsi


burjuaziyadır,  kəndlilər  isə  yalnız  mürtəce  bir  sinifdir.  Eyni  zam anda  o,  proletariatın  hegem onluğunun  əleyhinə  də 

ç ıx ış  edirdi.  Ə.  Qarayev  m əhz  həm in  ideyalarla  İ.  M.  Ə bilov,  S.  A .  A ğam alıoğlu ,  A .  P epinovla  birlikdə  həm in 

m enşevik  təşkilatının  rəhbərliyinə  daxil  olur (9).

T iflisd ək i  "Hümmət"  partiyası  ö z  təsirini  A zərbaycanın  N axçıvan,  Y elezavetp ol  (G əncə),  Tovuz,  Qazax, 

Şam axı kim i  qəzalarına  yaym ağa  çalışırdı  (10).  X alq  kütlələri  ilə  əlaqədə  dövri  m ətbuatın  başlıca  vasitə  olduğunu 

y a x şı  dərk  edən,  redaksiyanın işində  təcrübəli  olan  Ə.  Qarayev  “A l  bayraq” qəzetinin  nəşrinə  başlayır  və  özü  də

qəzetin  redaksiya  heyətinə  daxil  olur.  "Al  bayraq"  qəzetinin  səhifələrində  dərc  edilən  m əqalələrində  Ə.  Qarayev 

bütün görüş  v ə  ideyalarını yalnız m enşevik  m övqeyindən təqdim   edirdi.

1918-ci  ilin  iyulunda  "Al  bayraq"  qəzetinin  nəşri  dayandırıldıqdan  sonra  Ə.  Qarayev  yen i  satirik jurnalının 

nəşrinə  başlayır  v ə  1918-ci  il  sentyabrın  2 4-  də  T iflisd ə  onun  redaktəsi  ilə  "Tartan-Partan"  satirik  jurnalı  çapdan 

çıxır.  Onun  səhifələrində  görkəm li  A zərbaycan  y a zıçısı  Ə.  H aqverdiyevin  əsərləri  çap  olunur.  Jurnalda  həm in 

dövrdə Z aqafqaziyada hökm   sürən kəskin  siyasi mübarizə  də  ö z əksini tapır.

1918-ci  ilin   oktyabrında  Gürcüstanda  Parlament  açılır  v ə  Ə.  Qarayev  T iflisd ə  "Hümmət"  təşkilatından 

həm in  Parlamentin  deputatı seçilir  (11).  Lakin  onu  daha ç o x  A zərbaycandakı v əz iy y ə t həyəcanlandırır,  çünki  orada 

hadisələr  daha  sürətlə  in k işa f  edir.  Elə  bu  zam an  Ə.  Qarayev  qəti  qərar  qəbul  edir  v ə  gürcü  dilini  bilm ədiyini 

bəhanə  gətirərək  deputat  mandatından  im tina  edir  (12).  Onun  bu  hərəkəti  T iflisd ək i  hüm m ətçilərin  narazılığına 

səbəb  olur,  lakin  bu,  Ə.  Qarayevi  h eç  maraqlandırmır.  O,  Bakıya  qayıdıb  inqilabi  fəaliyyətini  davam  etdirmək 

arzusu ilə  yaşayır.

H əm in  illərdə  Azərbaycanda  y en icə  yaradılmaqda  olan  hökum ət  kövrək  addımlar  atan  A zərbaycan  X alq 

Cüm huriyyətinə  m ənsub  idi.  M üstəqil  A zərbaycanın  m övcud  olduğu  m üddətdə  parlamentdə  ç o x sa y lı  siyasi 

Partiyaların olm ası v ə  onların  arasındakı daim i mübarizə hökum ətin vəziyyətin i həddindən  artıq mürəkkəbləşdirirdi. 

Partiyalararası  şəx si  çəkişm ələr,  daim i  v ə  uzunm üddətli  böhran,  intizam lı  siyasi  qrupların  olm am ası,  təcrübəsizlik 

v ə  ən  b aşlıcası  xarici  dövlətlərin  respublikanın  daxili  işlərinə  m üdaxiləsi  n əticəsində  ç o x   tə ə ssü f ki,  hökum ət  öz 

idarə  aparatını m öhkəm ləndirm əkdə  və  d övlət  işini  qaydaya  salmaqda  çətinlik  çəkirdi.  Bu  kim i  mürəkkəb  şəraitdə 

B akıya gələn   Ə.  Qarayev m üxalifətçi m övqe  tutur.

O, 

B akı fəhlə  konfransının  işində  fəal  iştirak  edir.  1918-ci  il  dekabrın  18-də  B akı fəhlə  konfransı  (B FK )  öz 

iclasında  "Həbs  olunanların  azad  edilm əsi  haqqında"  siyasi  tələb   irəli  sürməklə  tətil  təşkil  olunm ası  barədə  qərar 

qəbul  etdi  (13).  İngilislərin  Bakıda tətbiq  etdiyi  ağır  rejim  həm in  çıxışlara  səbəb  oldu.  B akı  konfransının  dekabrın 

24-dəki  iclasında  Ə.  Q arayev  öz  yeni  dostları  ilə  birlikdə  kollektiv  m üqavilənin  bərpasından  və  həbs  olunan  bütün 

fəhlələrin  azad  edilm əsindən  ötrü  Britaniya  kom andanlığından  barışıq  k om issiyası  yaradılm asını  tələb  etdi.  Tətil 

bütövlükdə  ç o x sa y lı  deyildi,  çünki  siyasi  şüurluluq  göstərən  azərbaycanlı  fəhlələr  onu  baykot  etm işdilər.  Lakin 

əsasən   rus  v ə  erməni  fəhlələrinin  işlədikləri  iki  elektrik  stansiyasının  işinin   üç  gün  ərzində  dayandırılm ası 

n əticəsində  şəhərin həyat fəaliyyəti  iflic  vəziyyətin ə  düşdü.  H ökum ət  hum anizm   nüm ayiş  etdirərək,  vəziyyətin

gərgin ləşm əsinə  y o l  verm əm əkdən  ötrü  güzəştlərə  getm əli  oldu  -  azadlıqdan  məhrum  olunm uş  şəxslər  inzibati 

qaydada  azad  edildi.  T ətilçilər  bunu  B akı  fəhlələrinin  qələb əsi  kim i  qiym ətləndirdilər  v ə  Ə.  Q arayevin  fəhlələr 

arasında nüfuzu  artdı.

1918-ci  il  dekabr ayının  axırlarında H acı Z eynalabdin  T ağıyev fabrikinin  14  fəh ləsi  işə  çıxm adığına v ə  B akı 

fəhlə  konfransının  işində 

qeyri-leqal 

iştirak  etdiyinə  görə 

işdən 

çıxarıldı. 

Bu  m ünasibətlə yığıncaqda 

çıx ış 

edən

Ə.  Qarayev  deyirdi:  "Tağıyev  fabrikinin  fəhlələri  fəhlə  konfransının  işində  iştirak  etdiklərinə  görə  fabrikdən 

çıxarılıblar.  Onların  işə  bərpası  barədə  əm ək  nazirinin  sərəncam ına  cavabən  fabrikin  m üdiriyyəti  bildirib  ki, 

T ağıyev  həzrətləri  həm in  fəhlələri  geriyə  götürm ək  istəm ir,  fəhlələri  qazamata  salırlar.  B iz  y o l  verə  bilm ərik  ki, 

istism arçılar  saraylarda  otursun,  başqaları  isə  B ayılda  (B ayıl  h əb sxanası  nəzərdə  tutulur)"  (14).  U zunm üddətli 

danışıqlardan  sonra v ə  T ağıyevin ürəyi yum şaqlığından  fəhlələr ö z iş  yerlərinə  bərpa olundular.

B u iki  qələbədən  sonra Ə.  Qarayev bütünlüklə  tətil hərəkatının tərəfinə  keçdi.  O tez-tez  fəhlə  yığıncaqlarına 

gəlir,  onların  hüsn-rəğbətini  qazanırdı.  Parlaq  natiqlik  qabiliyyətləri,  rus  və  A zərbaycan  dıllərını  b ilm əsi,  Bakının 

hüdudlarından  kənardakı  siyasi  iş  təcrübəsi  onun  bolşeviklər  arasında  liderə  çevrilm əsinə  səbəb  oldu  v ə  ona  Bakı 

m ərkəzi  fəhlə  klubunun  idarə  heyətinə  daxil  olm asına,  sonralar  isə  həm in  klubun  sədri  seçilm əsin ə  imkan  verdi 

(15).  H əm in  dövrdə  o,  R K (b)P  B akı K om itəsinin  üzvləri  -   İ.  İ.  A naşkin,  L.  İ.  M irzoyan,  A .  İ.  M ikoyan  və  digərləri 

ilə  dostluq edir.  T ə ə ssü f ki,  bu  onun b olşevizm  m övqeyinə  keçm əsi  sahəsində  h əlled ici  rol  oynadı və  o,  1919-cu  ilin 

fevralında  R K (b)P-na  daxil  olur v ə  R K (b)P  B akı kom itəsinin  üzvü  seçilir  (16).  1918-ci  ilin  sonlarında  B akı  Fəhlə 

K onfransının,  1919-cu  ildə  R əyasət  H eyətinin  üzvü,  sonra  isə  sədri  seçilm işdir.  1 919-1920-ci  illərdə  bir  sıra 

b olşevik   qəzetlərinin  redaktoru  olmuşdur.  B u  nəşrlər  vasitəsilə  xalqa  m övcud  hökum əti  devirib,  yerində  Sovet 

hakim iyyətini  qurmağı  təbliğ  edirdi.  B ir  ç o x   mətbuat  orqanı  səhifələrində  A zərbaycan  X alq  Cümhuriyyəti 

hakim iyyətini,  "Müsavat"  partiyasını kəskin tənqid edir.

1918-ci  il  dekabrın  7-də  təntənəli  surətdə  açılan A zərbaycan  parlamentində  11  m ü x tə lif fraksiya v ə  qruplar 

təm sil  olunurdu.  "Hümmət"  sosial-dem okrat partiyasına ayrılan  5  yerdən  biri  Ə.  Q arayevə  verilm işdi.  sonralar onun 

"Müsavat"  (S ovet vaxtı A D R  parlamentini b elə  adlandırırdılar)  Parlamentində  iştirakı Ə  Qarayevin taleyində  faciəli 

rol  oynadı,  çünki  onu  yaxın  "dostları"  həm in  faktdan  Ə liheydər  Q arayevin  əleyh in ə  istifadə  etdilər.  Sonralar 

avantüraçı-bolşevik  A .  İ.  M ikoyan  yazırdı:  "Ə.Qarayev  Parlamentdən  çıxm aq  barədə  m əsələn i  dəfələrlə  RK(b)P 

B ak ı  kom itəsi  qarşısında  qaldırmışdır,  lakin  biz  ham ım ız  yekdilliklə  bunun  əleyhinə  çıx ış  etm işdik.  Siyasi


m übarizədən  v ə  öz  baxışlarım ızın  təbliğindən  ötrü  leqal  parlament  tribunasından  b iz  heç  im tina  edə  bilməzdik"

(17).  Parlament  üzvünün  toxunulm azlığından  istifadə  edərək,  Ə.  Qarayev  ö z  evində  g iz li  partiya  yığıncaqları 

keçirirdi.  1920-ci  ilin  martında  A zərbaycanın  səlah iyyətli  orqanları tərəfindən  Bakıda  ölkə  hakim iyyətini  zorla  ələ 

keçirm əklə  b ağlı b olşevik   qəsdinin üstü  açıldı.  Q əsdin  fəal  iştirakçılarından  ikisi  -  H əbib  C əbiyev v ə  Ə li  Bayram ov 

Ə.  Qarayevin  evində  gizlən ə  bildilər.  B u  barədə  xəbər  tutan  p olis  onun  m ənzilinə  daxil  ola  bilm əzdi,  çünki 

parlamentarizm  buna y o l  vermirdi.  Bundan  ötrü  m ənzil  sahibi  olan  parlament  üzvünün  razılığı,  yaxud  parlamentin 

R əyasət H eyətinin  icazəsi  tələb  olunurdu.  Y aln ız bir gündən  sonra p o lis  b elə  icazəni  ala bildi.  Özü  də  p olisə  yalnız 

m ənzilə  baxm aq  hüququ  verilirdi,  ona  Ə.  Qarayevin  m ənzilində  axtarış  aparmaq  hüququ  verilm irdi.  H əm in 

müddətdə H.  C əbiyev v ə  Ə.  Bayram ov m ənzilin   çardağından  qaçıb getm ək im kanı tapm ışdılar (18).

1918-ci  ilin   dekabrından  1920-ci  ilin   aprelinədək  Ə.  Qarayev  Parlamentin  iclaslarında  m ü x tə lif m əsələlər 

üzrə  80  dəfədən ç o x   çıxış  etm işdi  (19).

1920-ci  il  aprelin  27-də  Rusiyanın  X I  Q ızıl  Ordusunun  h issələri  m üstəqil  A zərbaycan  R espublikasının 

sərhədlərini  keçərək,  m illi  hökum əti 

devirdilər, 

ölkədə  hakim iyyəti 

ələ 

keçirdilər. 

N .  N ərim anov  başda 

olm aqla

M üvəqqəti  İnqilabi  K om itə  yaradıldı,  əm ək və  əd liyyə  xalq  kom issarı v əz ifəsi  Ə.  Qarayevə  tapşırıldı v ə  iki  gündən 

sonra o,  həm  də  B akı İnqilab  K om itəsinin  sədri təyin  olundu  (20).

1920-ci  il  aprelin  29-d a A zərbaycan  S ovet  R espublikasının  Ə dliyyə  X alq  K om issarlığı yeni  kom issar başda 

olm aqla  bir  sıra  əmrlər  verdi.  1  saylı  əmrdə  deyilirdi  ki,  A zərbaycan  S ovet  R espublikası  İnqilabi  K om itəsinin 

sərəncam ına  uyğun  olaraq  bütün  nazirliklər  K om issarlıqlara  çevrilib  və  Ə dliyyə  K om issarlığı  üzrə  bütün 

qulluqçulara ö z  iş  yerlərində  qalmaq,  növbəti  xü susi  sərəncam a qədər ö z xidm əti  vəzifələrin i  yerinə  yetirm ək tə k lif 

olunur.  X idm əti  v əzifəsin i  özbaşına tərk  edənlər,  fərari  və  Azərbaycan  zəhm ətkeşlərinin  düşm əni  hesab  ediləcək.  2 

saylı  əmrdə  deyilirdi  ki,  yoldaş  Teym ur  Ə liy ev   Azərbaycan  S ovet  R espublikasının  İnqilabi  Tribunalının  m üvəqqəti 

nüm ayəndəsi  təyin   olunur  (S o v et  hakim iyyətinin  ilk  illərində  təşkil  edilm iş  İnqilabi  Tribunal  -  cəzalandırıcı  orqan 

idi.  Bu tribunal  m əhkəm ə  haqqında dekretə  uyğun  olaraq  əks-inqilaba,  sabotaja və  digər təhlükəli  cinayətlərə  qarşı 

mübarizə  aparılm ası m əqsədilə  yaradılm ışdı (

2 1


).

Ə.  Qarayev  başda  olm aqla  Ə dliyyə  X alq   K om issarlığı  qısa  müddət  ərzində  Azərbaycan  m əhkəm ə 

palatasının,  dairə  və  barışıq  m əhkəm ələrinin  ləğ v   olunm ası  barədə  dekreti  işləyib   hazırladı  və  qəbul  etdi.  Dekret 

göstərilən m əhkəm ə  orqanlarının ləğ v  olunm ası ilə  yanaşı,  icraatda olan tam am lanm ış v ə  natamam  cinayət v ə  mülki 

işlərin qəbulu  qaydalarını m üəyyənləşdirdi.

A zərbaycan  S ovet  R espublikası  Ə dliyyə  K om issarlığının  1920-ci  il  2  m ay  tarixli  əmri  ilə  keçm iş  Ə dliyyə 

N azirliyinin  tabeliyində  olan  bütün  v əz ifəli 

şəxslərə m ülki 

və 

cinayət  işlərinin  icraatının, 

habelə  həm in  işlər 

üzrə

hər n öv qərardadların dayandırılm ası tə k lif olundu  (

2 2


).

Ə.  Qarayevin  fıkrincə,  yen i  yaradılm ış  Ə dliyyə  K om issarlığının  ən  mühüm  v əz ifəsi  yen i  quruluşa  m üvafiq 

olan  m əhkəm ələrin,  yaxud  xalq  m əhkəm ələri  adlandırılan  (b olşevik   R usiyasında  olduğu  kim i)  orqanların 

yaradılm asından  ibarət A zərbaycan  İnqilab  K om itəsinin  13  m ay  1920-ci  il  tarixli  dekreti  ilə  A X C   dövründə  böyük 

çətinliklərlə  yaradılm ış  m üstəqil  m əhkəm ə  aparatı  ləğ v   olundu.  Azərbaycan  M əhkəm ə  Palatası,  şəhər  və  qəzalarda 

m övcud  olan  dairə  m əhkəm ələri,  prokurorluq  v ə  m əhkəm ə-istintaq  orqanları,  habelə  vək illik lər  bütünlüklə  ləğ v  

edildi.  Ə dliyyə  K om issarlığına bütün Azərbaycan  ərazisində  vahid  xalq m əhkəm ələri  sistem inin tə cili  surətdə  təşkil 

olunm ası  barədə  direktiv  verildi  (23).  H əm in  dekretlə  yanaşı,  R espublika  Ə dliyyə  K om issarlığı  "Xalq  m əhkəm əsi 

haqqında  Əsasnamə"  qəbul  etdi  ki,  burada yen i  xalq  m əhkəm ələri  orqanlarının  yaradılm ası və  fəaliyyəti  m əsələləri 

şərh edilirdi  (24).

“X alq  m əhkəm əsi  haqqında  Ə sasnam ə”  dekretinin  əsas  m üddəaları bütün  köhnə  idarələrin  ləğ v   edilm əsini 

v ə  proletar m əhkəm əsi  adlandırılan  yeni  m əhkəm ələrin  yaradılm asını m üəyyən  edirdi.  K ağız üzərində  bütün  bunlar 

so v et m əhkəm əsinin  yaradılm ası v ə  fəaliyyəti  prinsiplərini  ç o x  təm təraqlı  surətdə  göstərilirdi:  hakimlərin  seçilm əsi, 

m əhkəm ə  prosesində  xalq  iclasçılarının  iştirakı,  m əhkəm ə  icraatında  m illi  dil,  vahid  m əhkəm ə  sistem i  prinsipi, 

aşkarlıq,  şifahilik,  prosesin  q ərəzsizliyi,  m üttəhim lərin  m üdafiə  hüququ.  Bütün  bu  prinsiplər  regionun  m illi 

xü susiyyətlərini  nəzərə  almadan  b olşevik   R usiyasının  m əhkəm ə  haqqında  1,  2  v ə  3  saylı  dekretlərindən

götürülmüşdür.  Əgər çar  və  m üvəqqəti  hakim iyyət  dövrünün  Ə dliyyə  N azirliyi  işçilərinə  fəaliyyətlərini  davam

etdirm əyə  R usiyanın  özündə  icazə  verilirdisə,  A zərbaycanda  isə  onların  həmkarlarına  yeni  Sovet  ədliyyə

orqanlarında  işləm ək   qəti  qadağan  olunurdu.  B eləlik lə,  A X C   hakim iyyətinin  bütün  m əhkəm ə  aparatı  ləğ v   edildi, 

zəngin   iş  təcrübəsi  olan  keçm iş  barışıq  m əhkəm ələrinin  fəaliyyəti  dayandırıldı.  X alq  m əhkəm əsi  haqqında  dekretə 

uyğun  olaraq  yeni  irəli  sürülən xalq  hakim ləri  fəhlə  və  kəndli  deputatları  sovetləri  tərəfındən  seçilm əli,  sonradan

X alq   K om issarlığı  tərəfindən  təsdiqlənm əli  idilər.  X alq  K om issarlığı  m əcburi  qaydada  onlar  barədə  ö z  rəyini 

bildirm əli  idi.  Lakin  A zərbaycan  Sovet  hakim iyyətinin  ilk  illərində  Sovetlər  v ə  onların  icraiyyə  orqanları  hələlik 

təşk il  olunm adığı  üçün  xalq  hakimləri  yerli,  inqilab  kom itələri  tərəfindən  təyin   edilirdi.  H əm in  işin   uğurla  həyata 

keçirilm əsindən  ötrü  Ə.  Qarayev başda olm aqla X alq  Ə dliyyə  K om issarlığı tərəfindən  respublikanın bütün  şəhər və 

qəzalarına  m əhkəm ə  idarələrinin  işinin  təşk ili  üçün  m üvəkkillər  göndərilirdi.  Qnların  əksəriyyətinin  nəinki  orta 

təh sili  və  y a   hüquqi  sahədə  iş  təcrübəsi,  hətta  həm in  sahə  barədə  h eç  təsəvvürü  də  y o x   idi.  Yaranm ış  vəziyyətd ən  

ç ıx ış  yolu  tapmaq  m əqsədilə  onları broşuralarla,  plakatlarla,  dekretlərlə,  sərəncam larla v ə  yerli  işçilərdən  ötrü  əsas 

vəsait  olaraq  qaydalar  və  təlim atlarla  təch iz  edirdilər.  Ə gər  m üvafıq  işin   k eyfiyyəti  istisna  edilərsə,  1920-ci  ilin 

sentyabrına kim i A zərbaycanın təxm inən bütün ərazisində  xalq m əhkəm ələri  yaradılm ışdı (25).


B akı  İnqilab  K om itəsi  ləğ v   edildikdən  sonra  onun  sədri  Ə.  Qarayev  1920-ci  ilin  iyununda  B akı  Sovetinin 

İcraiyyə  K om itəsinin  sədri  seçild i  (Sovetlər  -  so v et  dövründə  bütün  ərazidə  tamhüquqlu  d övlət  hakim iyyəti 

orqanları olm aqla, qanunvericilik, icra-sərəncam  və  nəzarət funksiyalarını yerinə  yetirirdilər).

Sovet  hakim iyyətinin  ilk  günlərində  respublikada  hərbi  h issələrin  yaradılm ası  problem i  ən  başlıca 

m əsələlərd ən   biri  idi.  Ç evrilişin  ilk  günlərində  A zərbaycanın  hərbi-dəniz  işləri  üzrə  kom issarı  təyin   edilən  Ç ingiz 

İldırım  silahlı  qüvvələrin  etibarlığını təm in  edə  bilm ədi.  Onun  həyata keçirdiyi  yenidənqurm a  işləri  köhnə  ordunun 

hissələrinin  bölüşdürülm əsindən,  onların  adlarının  dəyişdirilm əsindən  ibarət  idi.  Ə sas  ordu  vəzifələrin i  R usiyanın 

X I  Q ızıl  ordunun  inqilabi  şurası  yerinə  yetirirdi.  Ö z  m əqsədlərinə  nail  olmaqdan  ötrü  gü clü   ordunun  olm ası 

lüzum unu  dərk  edən A zərbaycan kom m unistləri  1920-ci  ilin  iyununda  Ə.  Qarayevi  hərbi-dəniz  işləri  üzrə  kom issar 

təyin   edirlər.  Elə  ilk  gündən  etibarən  Qarayevin  əmri  ilə  ilk  respublika  hərbi  bölm ələri  -  L enin  adına  B eyn əlm iləl 

A zərbaycan  alayı və  "Qızıl  Şərq"  atıcılıq  alayı form alaşdırılm ağa  başlayır  (26).  O,  həm in v əzifəd ə  1923-cü  ilə  kim i 

çalışdı.  H əm in  ildə  Ə.  Qarayev  Azərbaycan  K (b)P M K -nin katibi  seçild i.  B u  dövrdə  A zərbaycan  partiya təşkilatına

S.  M.  K irov rəhbərlik  edirdi.

1926-ci  ilin  yanvarında  S.  M.  Kirovun  Leninqradın  (Sankt-Peterburq)  rəhbəri  v əzifəsin ə  keçirilm əsi  ilə 

əlaqədar  olaraq,  Ə.  Qarayev  L.  İ.  M irzoyan  v ə  H.  B.  A ğaverdiyevlə  birlikdə  A zərbaycan  K (b)P  M K -nin  katibi 

seçilir.

ÜİK (b)P  Z aqafqaziya  D iyar  K om itəsinin  1929-cu  ilin  noyabrında  keçirilən  plenum unda  Ə.  Qarayev 

K om itənin  katibi  seçilir.  Sonralar  1930-1931-ci  illərdə  A K (b)P-nın  G əncə  Dairə  K om itəsinin  Birinci  katibi  işləyir. 

1 932-1937-ci  illərdə  ali təhsil  almaq üçün  M oskvaya göndərilir, təh silin i başa  çatdırdıqdan  sonra Q iyabi A li  Partiya 

təh sili m əktəbində  və  K om internin  İcraiyyə  K om itəsində  işləyir.

1933-cü  ildə L.  R.  Beriyanın  yaxın  dostu  A zərbaycanın  cəza  dəstələrinin  rəhbəri  M ir  C əfər  Bağırov

A zərbaycan K (b)P M K -nin  rəhbəri  və  eyni zam anda,  respublika X alq  K om issarları  Sovetinin  sədri təyin  olunur. 

H əm in  dövrdə  Ə.  Qarayev  M oskvada  A li  Partiya  m əktəbində  çalışırdı.  1936-cı  ildə  ö z  qardaşı  Ə lövsətlə  söhbət 

zam anı  L.  P.  Beriyanın  Zaqafqaziya,  M.  C.  Bağırovun  isə  Azərbaycanda  partiya  hakim iyyətinin  rəhbərliyə  g əlişin i 

təhlükəli  adlandırmış,  onların  əl-q ol  açacaqlarını  v ə  respublikada  terroru  gücləndirəcəklərini  bildirərək  demişdi: 

"Çünki  bu  avantüraçılar  İ.  V .  Stalinin  h ədsiz  etim adını  qazanıblar".  Ə.  Qarayev  qardaşına  danışm ışdı  ki,  o, 

A zərbaycan  X alq  Cümhuriyyəti  Parlamentinin  deputatı  olduğu  vaxtlarda  L.  P.  Beriyanın  m üsavat  kəşfiyyatında 

işləm əsi  barədə  m əlum atı vardı.  Ə.  Qarayev  1926-cı ildə  A zərbaycan  K (b)P  M K -nin  katibi  təyin   olunduqda,  həm in 

faktı təsdiq ləyən   sənədləri  axtarıb tapmağa  bir n eçə  dəfə  cəhd  göstərm işdi,  lakin  onun  bütün  cəhdləri  uğursuzluqla 

başa  çatm ışdı,  çünki  L.  P.  B eriyanı ifşa   edən  bütün  materiallar  ço x   ciddi  surətdə  ləğ v   edilm işdi.  Sonralar  1953-cü 

ildə  L.  P.  B eriya  ö z  m əhkəm əsində  etiraf etmişdi:  "...dem əliyəm   ki,  m ənim   ən  ağır  cinayətlərim dən  biri...  m ənim  

m üsavat  əks  kəşfiyyatında  iştirakımdır.  Bu  günahım ı  m ən  tam am ilə  boynum a  alıram"  (27).  Öz  növbəsində 

Ə.  Qarayevin  niyyətindən  xəbərdar  olan  rəqibləri  onu  hər  v əch lə  ö z  yollarından  kənarlaşdırmağa  çalışm ışlar. 

1935-ci  ildə  L.  R.  Beriyanın  birinci  katibi  olduğu ÜİK (b)P Zaqafqaziya D iyar K om itəsinin  orqanı "Политработник 

Закавказья"  jurnalında  dərc  olunm uş  "ÜİK(b)P  tarixinin  saxtalaşdırılm alarına  qarşı"  m əqaləsində  Ə.  Qarayevin 

192 6 -cı  ildə  çapdan  çıxm ış  "Yaxın  keçm işim izdən  kitabı  kəskin  tənqid  edilm işdi.  M əqalənin  m üəllifləri

Ə.  Qarayevi  Azərbaycanda  inqilabi  hərəkatın  tarixinin  saxtalaşdırılm asına  yo l  verm əkdə,  ö z  m en şevik   k eçm işin i 

gizlətm əkdə  təqsirləndirm işlər.  1935-ci  il  m ayın  5-də  M.  C.  Bağırovun  sədrliyi  ilə  A zərbaycan  K (b)P  M K -nin  Büro 

iclasında  Ə.  Q arayevin  kitabının  xü susi  k om issiya  tərəfındən  nəzərdən  k eçirilm əsi  və  bu  barədə  rəy  verilm əsi 

haqqında  qərar  qəbul  olunur.  Şübhəsiz  ki,  k om issiya  “x o ze y in ”'in  (A zərbaycanın  rəhbəri  M.  C.  B ağırovu  xalq 

arasında  "xozeyin"  (k işi,  ağa)  adlandırırdılar)  istədiyini  etm əli  idi  və  artıq  m ayın  25-də  A K (b )P   M K -nin  bürosu 

"sifarişli"  k om issiyanın  işinin   nəticələrini  nəzərdən  keçirir,  həm in  qərarda  yoldaş  Q arayevin  kitabındakı  kobud 

siyasi  səhvlər  və  saxtalaşdırmalar  qeyd  edilir  və  bildirilirdi  ki,  həm in  kitabda  Azərbaycan  v ə  Zaqafqaziya 

b olşeviklərinin tarixinin  saxtalaşdırılm asına cəhd göstərilir.  B o lşev ik   partiyasının rolu,  onun  rəhbəri,  Zaqafqaziyada 

b olşevizm in   banisi  yoldaş  Stalinin  rolu  yoldaş  Qarayevin  kitabında  tam am ilə  ö z  əksini  tapmayıb.  A xırda  kitabın 

"antileninçi  v ə  antipartiya"  əsəri  kim i  dövriyyədən  çıxarılm ası tə k lif olunurdu.  Bir n eçə  ay keçir,  lakin  Ə.  Qarayevi 

tələy ə  sala  bilmirlər.  M ükəm m əl  b olşevik   m əktəbi  k eçm iş  təcrübəli  Ə.  Qarayev  bütün  iftiraları,  böhtanları  qəti 

surətdə  rədd edir.

Lakin  B ağırov  öz  işini  başa  çatdırm asaydı  B ağırov  olm azdı.  Q  1936-cı  ilin  noyabrında  ÜİK (b)P  M K -nin 

katibi  N .  İ.  Ejovun  adına  rəsmi  məktub  göndərir.  M əktubda  Ə.  Q arayevin  m enşevik   keçm işindən  söz  açılır  və 

Ə.  Qarayevin partiya m əsuliyyətin ə  cəlb  ed ilm əsi barədə  partiyanın  M oskva K om itəsinə  göstəriş  verilm əsi 

xahiş  olunurdu.  Eyni  zamanda,  "Bakinskiy  raboçiy"  qəzetində  "Susmaqla  heç  n əyə  nail  olunmayacaq"  m əqaləsi 

dərc  edildi  (28).

H əm in  m əqalədə  Ə.  Qarayev  ən  alçaq  təhqirlərə  məruz  qalır  və  b olşevik   partiyasının  əleyh in ə  mübarizə 

aparmaqda  təqsirləndirilir  və  sonda  m ü ə llif b elə  bir  sual  verir  ki,  “öz  əks-inqilabi  k eçm işin i  gizləd ən   bu  ikiüzlü 

adam  Lenin-Stalin  partiyasının  sıralarında  qala  bilərm i?!”  Bütün  bu  təzyiqlərə  baxmayaraq,  ÜİK (b)P  M K   yanında 

Partiya N əzarəti  K om itəsi  Ə.  Qarayevə  qarşı  sürülən  ittihamları nəzərdən keçirərək  qərar qəbul  edir:  "Hesab  ed ilsin  

ki,  yoldaş  Qarayevin  ö z k eçm işin i gizlətm ə  v ə  cəhd göstərm əsində  günahlandırmaq  üçün h eç  bir əsas  yoxdur,  çünki 

o,  ö z tərcüm eyi-halında "Hümmət"  m enşevik  (T iflis) təşkilatının üzvü olm asını göstərmişdir".

Ç ıxılm az  v əziyyətə  düşən  və  ona  qarşı  hücum ların  çək ilm əyəcəyin i  dərk  edən  Ə.  Qarayev  ö z  m övqelərini


m öhkəm ləndirm əkdən  ötrü  İ.  V .  Stalinə  məktub  yazır:  "Əziz  İ o s if  V issarionoviç!  Sizin  yardım ınıza  müraciət 

etm əyə  məcburam  və  Sizin  tərəfinizdən  d əstəklənəcəyim ə  inanıram.  T əxm inən  2  ildir  ki,  B akı  mətbuatının 

səhifələrində  m ənə  qarşı  fa siləsiz  hücum lar  davam  etdirilir  v ə  partiya  üzvündən  ötrü  həqarətli  olan  ittihamlar  irəli 

sürülür:  əks-inqilabçı,  ikiüzlü,  m illətçi,  xalqın  alçaq  düşm əni,  m üsavatçı.  18  ildir partiyanın  sıralarındayam.  Bunun 

8

  ilin i  M ikoyan,  O rconikidze  və  K irov  yoldaşların  bilavasitə  rəhbərliyi  altında  işləm işəm .  B u  müddət  ərzində 



partiyanın  əsas  xəttindən  h eç  vaxt  yayınm am ışam ,  indi  də  yayınmıram.  İşləm işəm ,  bacardığım  kim i,  var  qüvvəm lə 

mübarizə  aparmışam.  H eç  vaxt  m üsavatçı,  m illətçi  olm am ışam .  A zərbaycandakı  işim   barədə  Sizə  y axşı  məlumdur. 

Ə sa ssız böhtan  b olşevik   üçün  ən böyük  cəzadır.  Sizdən  artıq  dərəcədə  xahiş  edirəm   m əni  ağır  əsa ssız hücumlardan 

m üdafiə  edəsiniz".

Cavab  gəlm ədi,  lakin  1937-ci  il  iyunun  1-də  A zərbaycan  S SR   X alq  D axili  İşlər  K om issarlığının  ayrıca 

tələb i  ilə  Ə.  Qarayev və  onun həyat yold aşı  - həkim  X .  Q arayeva-Şabanova M oskvada  "xalq  düşmənləri"  kim i həbs 

edilərək  Bakıya göndərildilər.

H əm in vaxta qədər A zərbaycan  S S R  X alq  D axili  İşlər K om issarlığında başlıca m əqsəd  S ovet hakim iyyətini 

silahlı  üsyan  yolu   ilə  devirərək  yen i  Azərbaycan  dövləti  yaradılm ası  m əqsədini  güdən  m illi  burjua  təşkilatı 

haqqında  bir  sıra  cinayət  işləri  form alaşdırılm ışdı.  A zərbaycan  K om m unust  Partiyası  M K -nin  katibi  Ruhulla 

A xundov,  respublika  M ərkəzi  İcraiyyə  K om itəsinin  sədri  C.  M.  Ə fəndiyev,  A zərbaycan  S SR   X alq   K om issarları 

Sovetinin  sədri  H.  Rəhm anov,  daha  sonra  Ə.  Qarayev  və  Azərbaycanın  digər  rəhbər  işçiləri  həm in  təşkilatın 

iştirakçıları  elan  olundular.  Onlara  qarşı  ittihamlar  irəli  sürüldü:  xarici  k əşfiyyat  orqanlarının  xeyrinə  casusluq, 

ziyankarlıq,  təxribatlar,  L.  Beriyaya,  M.  B ağırova  v ə  Y .  D.  Sum batov-Topuridzeyə  qarşı  terror  aktlarının 

hazırlanması.  Bütün bu ittihamlar saxta  şahidliklərin  alınm ası m əqsədilə  ağır işgən cələrə  məruz  qalan məhbuslardan 

alınm ış  şəhadətlərlə  əsaslandırılırdı.

İstintaq  M.  Bağırovun  yaxın  dostu  respublika  xalq 

d axıli  işlər  kom issarı  Y u velin  

D avıd oviç 

Sum batov-Topuridzenin  bilavasitə  rəhbərliyi  altında  aparılırdı.  Ə.  Qarayevə  qarşı  1918-1919-cu   illərdə  H üm m ət 

m enşevik   təşkilatının  üzvü və  A X C   Parlamentində  onun  nüm ayəndəsi  olm ası  barədə  ittiham  irəli  sürülürdü.

1924-cü  ildə  Xanbudaqovun  əks-inqilabi  m illətçi  qrupunun  fəaliyyətində  iştirak  edib,  sonralar  ikiüzlülük  edərək 

S ovet  hakim iyyətinə  qarşı  mübarizə  aparıb.  1929-cu  ildə  A zərbaycanda  əks-inqilabi  m illətçi  təşkilatın  tərkibinə 

d axıl  olub,  1933-cü  ildə  isə  həm in  təşkilatın  rəhbərlərindən  biri  olub.  M oskvada  işləd iy i  m üddətdə  əks-inqilabi 

m illətçi  təşkilatın  m ərkəzinin  üzvü v ə  M osk va  qrupunun  rəhbəri,  partiya  və  hökum ət rəhbərlərinə  qarşı  terror

aktlarının,  silahlı  üsyan  hazırlanm asının  təşəbbüsçüsü  olub.  Y orucu  istintaqlar  başlandı.  1937-ci  il  dekabrın  4-də 

Ə.  Qarayev  səhər  istintaqında  özünü  günahkar  hesab  etm ədi  və  Parlamentdə  iştirak  etm əkdən  başqa  yerdə  qalan 

ittihamların  ham ısını  rədd  etdi,  Parlamentin  işində  partiya təşkilatının  tapşırığı  ilə  iştirak  etdiyini  v ə  fəhlə  sinfinin 

m ənafeyini  m üdafiə  etdiyini  söylədi.  A xşam   dindirm əsində  isə  cəza   orqanlarının  etirafı  əldə  etm ək  üçün  peşəkar 

m etodların  tətbiqi  yolu   ilə  Ə.  Qarayev  m üstəntiq  Q vozdevin  təqdim   etdiyi  protokolu  im zalam ağa  m əcbur  oldu. 

H əm in  protokola  görə  Ə.  Qarayev  özünü  bütün  m addələr  üzrə  təqsirkar  hesab  etdi  və  əks-inqilabi  fəaliyyət 

iştirakçılarının  adlarını  söylədi.  Ertəsi  gün,  dekabrın  5-də  o,  bütün  ifadələrindən  im tina  etdi,  lakın  axşam   istintaqı 

zam anı  yen ə  də  özünü  təqsirli  b ild iyin i  etiraf  etdi.  Bu,  onun  sonuncu  istintaqı  idi.  Öz  m əhkəm ə  iclasında 

Ə.  Qarayev ço x  yorğun görünürdü,  ona qarşı  sürülən bütün ittihamları 

rədd  etdi  v ə  bəyan  etdi  ki,  bundan  əvvəl

verdiyi  bütün  ifadələrdən,  istintaqın  gedişində  söylədiklərindən  im tina  edir,  çünki  bütün  bunlar  işgən cə  v ə  yorucu 

həbsxana şəraitinin təsiri altında verilib,  şahidlərin  ifadələri  isə  başdan ayağa böhtandır.

M əhkəm ə  qərar  çıxarmaq  üçün  m əşvərətə  yollandı.  1938-ci  il  aprelin  21-də  SSRİ  A li  M əhkəm əsinin  Hərbi 

K o lleg iy a sı ö z  qərarı ilə  Ə liheydər  A ğakərim   oğlu   Qarayevi  ən  yüksək  cəzaya  -  gü llələnm əyə  məhkum   etdi.  H ökm  

yerinə  yetirildi.

SSRİ  A li  M əhkəm əsinin  Hərbi  K o lleg iy a sı  1955-ci  il  dekabrın  7-də  SSRİ  B aş  prokuroru  tərəfindən 

aparılm ış  işin   v ə  əlavə  təhqiqatın  m ateriallarını  nəzərdən  keçirərək,  Ə.  Qarayevə  qarşı  irəli  sürülən  ittiham ı  ləğ v  

etdi və  cinayət tərkibi  olm adığına görə  işin  icraatını dayandırdı.  O,  ölüm ündən  sonra reabilitasiya edildi.

Ə D Ə B İY Y A T :

I

.  1909-cu  il  üçün  B akı quberniyasının icm alı.  Bakı,  1910,  səh.  33.

2

.  A R  SPİH D A ,  f.  1,  siy.  122,  iş  282,  v.  2.

3.  "Kaspi"  qəzeti,  №   100,  7 m ay  1915-ci  il.

4.  A zərbaycan X alq  Cüm huriyyətinin  E nsiklopediyası.  B akı, 2 0 0 5 ,  s.  13.

5.  A R  SPİH D A ,  f.  1,  siy.  122,  iş  282,  v. 

6

.

6

.  "Kaspi"  qəzeti,  137,  22  iyun  1917-ci  il

7.  "Açıq  söz"  qəzeti,  №   484,  30 m ay  1917-ci  il

8

.  A zərbaycan X alq  Cüm huriyyətinin  E nsiklopediyası.  B akı, 2 0 0 5 ,  s.  135.



9. A .  B alayev, A zərbaycan M illi hərəkatı  1917-1918-ci  illərdə.  B akı,  1998,  səh.  84-85.

1 0


.  A zərbaycan K om m unist Partiyası tarixinin oçerkləri,  cild  I,  B akı,  1985-ci  il,  səh.  289.

I I


.   "Qruziya"  qəzeti,  №  28,  5  oktyabr  1918-ci  il.

1 2


.   "Gələcək"  qəzeti,  №   19,  13  noyabr  1918-ci  il.

13.  "Znamya truda"  qəzeti,  1918-ci  il,  26  dekabr.

14.  “A zərbaycan” qəzeti,  №  22,  31  yanvar  1919-cu  il.


15. "İskra"  qəzeti, №  

8

,  14 yanvar  1919-cu il.



16.  A zərbaycanda sovet hakim iyyəti yolunda fəal mübarizlər.  Bakı,  1958,  s.  69.

17.  A .  İ.  M ikoyan.  "Mübarizə  yolunda".  M .,  1971,  səh.  413.

18. Ə.  Qarayev.  Y axın  keçm işdən.  Bakı,  1926,  s.  117.

19. C.  B.  Q uliyev. 

A zərbaycanda 

Lenin 

m illi 

siyasətinin 

həyata 

keçirilm əsi 

sahəsində

K om m unistPartiyasm m  mübarizəsi.  B akı,  1970,  s.  95.

2 0


.   C.  B.  Q uliyev.  A zərbaycanda ikinci  respublikanın təşkil ed ilm əsi tarixinə  dair.  B akı,  1997,  s.  9.

2 1


.  A R D A ,  f.  100,  siy.  1,  iş  104, v.  18.

2 2


.  A R D A ,  f.  169,  siy.  1,  iş  22,  v.  1.

23.  "İzvestiya"  qəzeti,  №   3,  13  m ay  1920-ci  il.

24.  A R D A ,  f.  169,  siy.  1,  iş  29,  v.  9-13.

25.  A R D A ,  f.  169,  siy.  1,  iş  2 8 0 , v.  23.

26. "Azərbaycan  S S R  Fəhlə-K əndli hökum ətinin fərmanlar toplusu",  Bakı,  1920,  №   2,  səh.  179.

27.  M ir C əfər Bağırovun m əhkəm əsi,  Bakı,  1993,  səh.  21.

28. "Bakinskiy raboçiy"  qəzeti,  4 yanvar  1937-ci  il

Yüklə 175,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə