R b a y c a n X z r d n z g m



Yüklə 404 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix24.06.2018
ölçüsü404 Kb.
#50967
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


10 fevral 2017-ci il   № 9-12 (9103)

2

F

evralın 1-də Gənclər Günü mü-

nasibətilə Yaxt-klubda  Azərbay-

can Xəzər Dəniz Gəmiçiliyində çalışan və 

Dövlət Dəniz Akademiyasında təhsil alan 

gənclərlə görüş keçirildi. Görüşdə Bakı 

Gəmiqayırma Zavodunun rəhbərliyi və  

fəal gəncləri də iştirak edirdilər.

Tədbir iştirakçılarını əlamətdar gün 

münasibəti ilə təbrik edən “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhm-

dar  Cəmiyyətinin  sədri  Rauf  Vəliyev 

artıq iyirminci dəfə qeyd edilən  bu bay-

ramın  tarixindən,    gənclərə  göstərilən 

diqqət və qayğıdan, Azərbaycan gəncli-

yinin ölkənin ictimai-siyasi həyatındakı 

mühüm  rolundan,  taleyini  Gəmiçiliklə 

bağlayanların dəniz nəqliyyatının inki-

şafına töhfələrindən danışdı.

Gəmiçiliyin  rəhbəri  bildirdi  ki, 

ölkəmizdə gənclər siyasətinin bünövrə-

si  Ulu Öndər Heydər Əliyev tərəfindən 

qoyulub.  Gənclərin  himayədarı  kimi 

çıxış  edən  Ümummilli  Lider  ölkəmizə 

rəhbərlik  etdiyi  illərdə  yeniyetmələrin 

kamil şəxsiyyət kimi formalaşmalarına, 

yüksək  təhsil  almalarına,  dövlətin  və 

cəmiyyətin sosial-iqtisadi, ictimai-siya-

si  və  mədəni  həyatında  fəal  iştirakına, 

asudə vaxtlarının səmərəli təşkilinə hə-

mişə böyük önəm verirdi.

Hər bir xalqın gələcəyinin gənclər-

dən  birbaşa  asılı  olduğunu  vurğulayan 

Rauf  Vəliyev  müstəqil  Azərbaycanın 

gələcəyi  ilə  bağlı    narahatçılığa  əsas 

olmadığını  diqqətə  çatdırdı:  “Əksinə, 

daha xoşbəxt günlərimizin qabaqda ol-

duğuna böyük bir inam var. Çünki əsa-

sı  Ulu  Öndər  tərəfindən  qoyulmuş  və 

möhtərəm  Prezidentimiz  İlham  Əliye-

vin rəhbərliyi ilə uğurla davam etdirilən 

və mahiyyətcə yeni mərhələyə yüksələn 

gənclər  siyasəti  nəticəsində  bu  gün 

ölkəmizdə  bilikli,  müasir  dünyagörüşə 

malik, azərbaycançılıq ideyalarına  də-

rindən yiyələnən vətənpərvər, fiziki və 

mənəvi cəhətdən yenilməz gənclər yeti-

şib. Gənclərlə bağlı dövlət proqramları-

nın qəbul edilməsi, İnkişaf Strategiyası-

nın təsdiq olunması, Gənclər Fondunun 

yaradılması və s. gənclərin potensialını 

üzə çıxarmağa, onların bilik və bacarı-

ğından səmərəli istifadə etməyə xidmət 

edir.”

Sədr bildirdi ki, Azərbaycan Xəzər 



Dəniz  Gəmiçiliyində  də  gənclərlə  işə 

xüsusi  önəm  verilir.  Gənclərin  yaxşı 

təhsil  almaları,  bilik  və  bacarıqlarını 

artırmaları,    müasir  dövrün  tələblərinə 

uyğun fəaliyyət göstərə bilmələri üçün 

burada  hər  cür  şərait  yaradılıb.  Gəmi-

çilikdə aparılan islahatlardan, onun in-

kişaf  perspektivlərindən,  müasir,  bey-

nəlxalq standartlara tam cavab verən bir 

şirkətə çevrilməsi üçün həyata keçirilən 

mühüm  tədbirlərdən  geniş  bəhs  edən 

Rauf Vəliyev bu işlərdə gənclərə daha 

çox  güvəndiyini  vurğuladı.  Qeyd  etdi 

ki,  yüksəkixtisaslı  kadrların  hazırlan-

masına  qoyulan  vəsait  sonralar  bütün 

sahələrdə  üstünlüyü  təmin  edən  həlle-

dici  amilə  çevrilir.  Gəmiçiliyin  inkişaf 

dinamikası  və  rəqabətqabiliyyətliyini 

də  xeyli dərəcədə burada çalışan gənc-

lərin təşəbbüskarlığı, onların öz poten-

siallarını  necə  reallaşdırdıqları  müəy-

yən  edəcək.  İndiki  nəslin  müstəqillik 

illərində  formalaşdığını  onların  böyük 

xoşbəxtliyi  hesab  edən  sədr  qeyd  etdi 

ki,  gənclərin  ölkənin  inkişafına  xid-

mət göstərə bilmələri üçün ilk növbədə 

bilikli,  savadlı  olmaları  vacibdir.  Bu 

baxımdan,  xüsusilə  Azərbaycan  Döv-

lət  Dəniz  Akademiyasında  təhsil  alan 

gənclər  çiyinlərinə  düşən  məsuliyyəti 

unutmamalıdırlar.

Gəmiçiliyin  rəhbəri  üzünü  görüş 

iştirakçılarına  tutaraq  dedi:  “Bu  gün 

Gəmiçilikdə  rəhbər  vəzifələrdə  çalı-

şan  gənclər  az  deyil.  Onlar  sizin  üçün 

nümunə olmalıdırlar. Yaxşı təhsil alan, 

yaxşı  mütəxəssis  olan  gənclər  bundan 

sonra  da  Gəmiçilikdə  layiq  olduqları 

vəzifələrdə çalışa biləcəklər”. Gəncləri 

daim  öz  üzərində  işləməyə  və  təşəb-

büskar  olmağa  çağıran  sədr  çıxışının 

sonunda onları açıq dialoqa dəvət etdi.

Strateji  inkişaf  və  investisiya  la-

yihələri  departamentinin    rəisi  Tariyel 

Mirzəyev  çıxışında  Gəmiçiliyin  gənc-

lərlə bağlı siyasətindən danışdı. Bildir-

di ki, güclü yerli dənizçi kadr potensi-

alının  hazırlanması  və  ölkədə  dənizçi 

peşəsinin  təbliği,  akademiyadan  tələbə 

buraxılışında keyfiyyətin daha da artırıl-

ması, personalın peşəkarlığının davamlı 

inkişaf etdirilməsi və rifahının yaxşılaş-

dırılması,  potensiallı  gənclərin  aparıcı 

vəzifələrə daha çox irəli çəkilməsi kimi 

məsələlər əsas priotetlərdəndir.

Bakı Gəmiqayırma Zavodunun baş 

direktor  müavini  İmamverdi  Həsənov 

müəssisənin yaranma tarixi, iş prinsip-

ləri, istehsal prosesləri haqqında  görüş 

iştirakçılarına məlumat verdi. Xüsusilə 

vurğuladı ki, Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyində  olduğu  kimi,  regionun 

ən  böyük  gəmiqayırma  müəssisəsində 

də  hazırda yüksək vəzifələrdə çalışıan-

ların əksəriyyəti məhz gənclərdir.

  “Azərbaycan  Xəzər  Dəniz  Gəmi-

çiliyi”  Qapalı  Səhmdar  Cəmiyyətinin 

sədri  Rauf  Vəliyevin  açıq  və  səmimi 

söhbətə  üstünlük  verməsi  və  tədbirin 

əvvəlindən gəncləri açıq dialoqa dəvət 

etməsilə  ilk  dəqiqələrdən  yaradılan 

gözəl  ab-hava  görüşün  sonuna  kimi 

qorunub saxlanıldı. Elə buna görə, təd-

bir    iştirakçıları  arzu  və  istəklərindən, 

onları düşündürən məsələlərdən ürəklə 

söz  açdılar.  Gəncləri  narahat  edən  bü-

tün  məsələlərə  aydınlıq  gətirən  Rauf 

Vəliyev onların heç bir sualını cavabsız 

qoymadı.

Görüşün  sonunda  əməkdə  və  təh-

sildə fərqlənən gənclərə qiymətli hədiy-

yələr təqdim olundu. 



"DƏNİZ"

“Azərbaycan Xəzər Dəniz Gə-

miçiliyi” Qapalı Səhmdar  Cəmiy-

yətinin sədri Rauf Vəliyev fevralın 

1-də Gəmiçilikdə çalışan gəncləri 

Gənclər Günü münasibətilə təbrik 

edib. Təbrikdə deyilir:

Əziz gənclər!

2  fevral  Gənclər  Günüdür.  

İyirmi  il  əvvəl  imzaladığı  müvafiq 

Sərəncamla təsis edilən bu bayramı 

Ümummilli  Liderimiz  Heydər  Əli-

yevin  cəmiyyətdə gedən proseslərin 

önündə görmək istədiyi Azərbaycan 

gəncliyinə töhfəsi də saymaq olar.   

Ulu  Öndərin  əsasını  qoyduğu 

gənclər  siyasətinin  möhtərəm  Pre-

zidentimiz İlham Əliyevin rəhbərli-

yi ilə müasir dövrün tələblərinə uy-

ğun  davam etdirilməsi gənc nəslin 

hərtərəfli inkişafı və səmərəli fəaliy-

yəti  üçün  geniş  imkanlar  yaradıb. 

Bu imkanlardan bəhrələnən gənclər 

də borclu qalmır, onlara bəslənilən 

ümidləri  layiqincə  doğrultmağa 

çalışırlar.  Dövlət  başçısının  söz-

ləri  ilə  desək:  ”Gənclər  cəmiyyə-

timizin  fəal  üzvləri  kimi  ölkəmizin 

güclənməsində əsas rol oynayırlar. 

Mən  gənclərin  fəaliyyətini  yüksək 

qiymətləndirirəm.  Həm  beynəlxalq 

müstəvidə, həm ölkə daxilində mən 

görürəm ki, bu gün böyüyən gənclər 

xalqa,  dövlətə  bağlıdırlar.  Bu,  çox 

önəmlidir.”

Bütün  ölkələr  kimi,  müstəqil 

Azərbaycan  Respublikasının  da 

gələcəyi    gənclərdən  asılı  olcaq. 

Bu  baxımdan  bu  gün  ölkəmizdə 

gənclik  adına  görülən  bütün  işlər 

– gənclərin intellektual yüksəlişinə 

sərmayə qoyulması, fərdi keyfiyyət 

və  qabiliyyətlərinin  inkişaf  etdiril-

məsi, milli ruhda  tərbiyə olunma-

sı... Azərbaycanın mənafeyinə xid-

mət edir. 

“Azərbaycan  Xəzər  Dəniz  Gə-

miçiliyi” Qapalı Səhmdar  Cəmiy-

yətinin  çoxminli  kollektivinin  də  

böyük  bir  hissəsini    yüksək  vətən-

daşlıq  hisslərinə  malik  yeniyetmə 

və  gənclər  təşkil  edir.  Gəmiçiliyin 

rəhbərliyi  də  qarşıda  duran  çətin 

və şərəfli vəzifələrin həllində onla-

rın istedad və bacarığına, təşəbbüs-

karlığına  arxalanır.  Gənclərimizin  

ümidləri doğrultduqlarını müşahidə 

etmək isə çox sevindiricidir.

Əziz gənclər! Sizi Gənclər Günü 

münasibəti ilə səmimi-qəlbdən təb-

rik  edir,  sizə  möhkəm  cansağlığı, 

xoşbəxtlik,  təhsildə  və  əməkdə  ye-

ni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək! 

Rauf  vəliyev,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri

RAUf vƏLiYev: “BiZiM çoX ZƏkALI, BAcARIQLI 

vƏ iSteDADLI gƏncLƏRiMiZ vAR.”

“hər bir Azərbaycan vətəndaşı, hər bir 

Azərbaycan vətənpərvəri Azərbaycanın gələcəyi 

haqqında düşünməlidir.”

Heydər ƏLİYEV, 

Ümummilli lider

“gələcəkdə ölkəmizi gənclərimiz idarə edəcəklər. ölkəmizin necə inkişaf edəcəyi onlardan 

asılıdır. Qoyduğumuz yol və seçdiyimiz strateji xətt öz uğurunu təsdiqləyib. gələcəkdə gənclərdən 

asılı olacaqdır ki, ölkəmiz necə inkişaf edəcək və hansı yollarla gedəcək.”

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

gƏMiçiLikDƏ çALIşAn gƏncLƏRin  

üMiDLƏRi DoğRULtDUQLARInI 

MüşAhiDƏ etMƏk  çoX SevinDiRiciDiR


Yüklə 404 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə