R b a y c a n X z r d n z g m



Yüklə 404 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix24.06.2018
ölçüsü404 Kb.
#50967
1   2   3   4   5   6   7   8

Azərbaycan  Milli  Elmlər  Akademi-

yasının (AMEA) Mikrobiologiya İnstitu-

tu ölkə ərazisinə məxsus təbii biotoplarda 

yayılan  mikroorqanizmlərin  (torpaqda, 

suda) ekoloji, fizioloji, biokimyəvi və bi-

otexnoloji aspektləri probleminin tədqiqi 

ilə məşğuldur. Başqa sözlə desək, uzun il-

lər ekoloji sabitliyinə lazımi qayğı gostə-

rilməyən (xüsüsən keçmiş sovet dövrün-

də)  torpaqlarımızın,  su  mənbələrimizin 

müasir  ekoloji  vəziyyətinin  müəyyən-

ləşdirilməsi,  qorunması,  sağlamlaşdırı-

lırması yollarının araşdırılması institutun 

əsas qayələrindəndir. Sularımız – çaylar, 

göllər, bulaqlar, su anbarları, termal-mi-

neral qaynaqlar, o cümlədən Xəzər dənizi 

ekosistemlərinin fundamental tədqiqi son 

55 ildə davam etdirilsə də, aparılan mo-

nitorinqyönümlü  işlərə  yeni  məqsədlər 

əlavə  olunub.  Bu  da  ondan  ibarətdir  ki, 

yerli su mənbələrinin ümumi sanitar-gi-

giyenik baxımdan qorunmasını əlaqədar 

qurumlarla birgə həyata keçirmək və ən 

başlıcası,  hər  bölgədə  məişətdə  içmək 

üçün  yararlı  olan  alternativ  mənbələri 

müəyyənləşdirməkdir.  Məsələn,  Lənkə-

ran  təbii  vilayətində  10-12,  sututumu 

böyük  olan  çayların  müqayisəli  tədqiqi 

sayəsində  iki  çay  daha  əlverişli  sayılıb. 

Eyni məqsədlə də Balakən rayonu üçün 

Sıltıqçay  bulaqları  (üç  dəyişməz  debit-

li),  Ağstafa  rayonunda  Salovlu  bulağı 

məqsədəuyğun qiymətləndirilir.

Bunu  AZƏRTAC-a  Mikrobiologiya 

İnstitutunun  direktoru,  akademik  Məm-

məd Salmanov bildirib.

Alim  qeyd  edib  ki,  hələ  keçən  əs-

rin  60-cı  illərində  Azərbaycanın  qərb 

bölgəsindəki  şirin  su  mənbələrinin  

tədqiqi  zamanı,  qonşu  dövlətlərin  əra-

zisi, yerli təsərrüfat, sənaye sahələri ilə 

əlaqəsi olmayan Şəmkirçay öz təmizliyi 

ilə  diqqətimizi  cəlb  edib.  Ona  görə  də, 

Gəncə, Göygöl, Şəmkir, Tovuz və başqa 

yaşayış  məntəqələrində  əhalini  təmiz 

su  ilə  təmin  etmək  üçün  Şəmkirçay  ol-

duqca  qiymətli  mənbə  sayılıb.  2014-cü 

ildə  Şəmkirçay  su  anbarı  yaradılıb.  Öz 

ekoloji  vəziyyətinə,  yerləşdiyi  ərazinin 

geomorfoloji və başqa hidroloji xüsusiy-

yətlərinə  görə  Azərbaycanda  yaradılan 

su anbarları içərisində bu su tutumu ol-

duqca təmiz və safdır. Bəndlə kəsiləndən 

sonra öz həcminə, hidroqrafik qurumuna 

görə Şəmkirçay suyu dağlarla əhatə olu-

nan dərələrdə yavaşayıb daha da durulur, 

şəffaflaşır və kənar kimyəvi, fiziki təmiz-

lənmə  tədbirləri,  reagentlər  işlətmədən 

məişətdə  istifadə  oluna  bilər.  Ona  görə 

qərb  bölgəsində  belə  qiymətli  suların 

texniki  məqsədlərlə  istifadəsi  yolveril-

məzdir. Yaxşı olar ki, belə su mənbələri 

içmək üçün nəzərdə tutulsun, suvarmada 

isə əsas etibarilə Kür suyundan istifadə 

edilsin.

SOCAR-ın Təlim, Tədris və Sertifikat-

laşdırma İdarəsinin Dənizdə insan həyatının 

mühafizəsi üzrə təlim mərkəzində “Dəniz 

Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatı”nın 

(OPITO) standartlarının tələblərinə uyğun 

olaraq, şirkətin əməkdaşları üçün “Dənizdə 

təhlükəsizlik texnikasının əsasları və fövqə-

ladə hallar şəraitində hazırlıq” (BOSIET) 

üzrə təlim kursu keçirilib.

Şirkətin mətbuat xidmətindən  bildi-

rilib ki, kurs ərzində dinləyicilərə dəniz-

dəki neft və qaz qurğuları ilə bağlı spe-

sifik  ümumi  təhlükələr  barədə  məlumat 

verilib.  Həmin  təhlükələr  üzrə  potensial 

riskləri  müəyyənləşdirmək,  onların  ara-

dan  qaldırılmasına  və  ya  azaldılmasına 

nəzarət  etmək  sahəsində  bacarıqlar  aşı-

lanıb. Dinləyicilər dənizdə əsas təhlükə-

sizlik  texnikası  qaydalarını  və  əməyin 

mühafizəsinin idarə edilməsinə dair ilkin 

konsepsiyaları  öyrənib,  texniki  təhlükə-

sizlik avadanlıqlarından istifadə bacarığı-

na yiyələniblər.

Kurslarda vertolyotla bağlı fövqəladə 

hallara hazırlıq və suya məcburi eniş edən 

vertolyotun tərk edilməsinə aid prosedur-

lar, dənizdə sağqalma və ilk tibbi yardım 

texnikaları,  ilkin  yanğınsöndürmə  ava-

danlıqlarından, həmçinin görmə qabiliy-

yəti aşağı olan vəziyyətlərdə, o cümlədən 

tüstü ilə dolmuş ərazilərdə özünüxilaset-

mə  texnikasından  istifadə  qaydaları  nü-

mayiş etdirilib.

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



10 fevral 2017-ci il   № 9-12 (9103)

6

Ötən il ərzində Ekologiya və 

Təbii Sərvətlər Nazirliyinin Su 

Hövzələrində Bioloji Resursların 

Artırılması və Mühafizəsi Departa-

menti tərəfindən balıqçılıq haqqında 

Azərbaycan Respublikası qanunveri-

ciliyinə müvafiq olaraq 9 hüquqi və 

146 fiziki şəxsə balıq ehiyatlarından 

sənaye məqsədi ilə istifadə etmək 

hüququ verilib.

Departamentdən    verilən  məlumata 

görə,  bu  məqsədlə  317  ton  kilkə,  115,3 

ton siyənək və 364.65 ton axçalı balıqla-

rın ovuna kvotalar ayrılıb. Nərə balıqartır-

ma zavodlarının törədici balıqlarla təmin 

edilməsi  məqsədilə  2.1  ton  nərə  cinsli, 

çəkikimi balıqların artırılması ilə məşğul 

olan zavodlar tərəfindən törədici balıqla-

rın  tədarükü  və  hipofiz  hazırlanması 

(törədici balıqların cinsi yetişkənliyə 

çatmasını  sürətləndirmək)  məqsədilə 

7,7 ton çəkikimilərin ovuna kvotalar 

ayrılıb.


Elmi-tədqiqat məqsədləri üçün 2 

ton nərə cinsli balıq növlərinin ovlan-

masına icazə verilib.

Ötən  il  departament  tərəfindən 

müstəqil  və  su  nəqliyyatında  polis 

idarəsinin  əməkdaşlarının  iştirakı  ilə 

246  qanun  pozuntusu  aşkar  edilib. 

103  nəfər  şəxs  inzibati  və  cinayət 

məsuliyyətinə  cəlb  edilərək  barələ-

rində 92 protokol və 154 akt tərtib 

edilib.  Bioloji  resurslara  vurulmuş 

ziyanla  bağlı  40667  manat  məb-

ləğində  iddia,  5700  manat  məb-

ləğində cərimə tərtib edilib.

Tədbir  görülməsi  üçün  rayon 

məhkəmələrinə  3,  hüquq-mühafizə 

orqanlarına  isə  86  iş  göndərilib.  4 

işə  inzibati  qaydada  departament 

tərəfindən baxılıb.

ABŞ-ın Prinston Universitetinin və Milli 

Okean və Atmosfer Tədqiqatları İdarəsinin alimləri 

iqlim dəyişməsinin planetimizdə mülayim isti 

havanın olduğu günlərin tezliyinə və paylanmasına 

necə təsir göstərdiyini ilk dəfə qlobal şəkildə təhlil 

ediblər.

 “gismeteo.ru” saytı xəbər verir ki, tədqiqatçılar 

aşağıdakı parametrlərin - Selsi ilə 18-30 dərəcə isti-

nin, 1 millimetrdən az yağıntının cəminin və Selsi ilə 

20 dərəcədən aşağı şeh nöqtəsinin qiymətinin məc-

musunu isti hava kimi götürüblər.

İldə 74 günə bərabər olan cari qlobal orta göstə-

rici sonrakı 20 il ərzində 4 gün, əsrin sonu üçün isə 6 

gün azalacaq. Lakin orta enliklərdə - ABŞ-ın şimal və 

dağlıq hissələrində, Britaniya adaları və Şimali Av-

ropada,  Asiyanın  şimal-şərqində,  həmçinin  Cənubi 

Amerika  və  Okeaniyanın  cənubunda  yaşayan  əhali 

xüsusən bahar, yay və payızda isti hava şəraitinin 10-

15 gün çoxaldığını müşahidə edəcəklər.

İsti  günlərin  sayı  tropik  regionlarda  daha  çox 

azalacaq.  Metamorfozlar  Afrika,  Asiya  və  Latın 

Amerikasında daha çox nəzərə çarpacaq. 2100-cü il 

üçün bu regionların bəzilərində isti günlərin sayı 15-

50 gün azalacaq. Soyuq düşməyəcək, əksinə daha isti 

və quraq olacaq.

Mülayim hava ekstremal hava şəraiti ilə müqa-

yisədə  insanların  çoxuna  təsir  göstərdiyi  üçün  

tədqiqat  iqlimin  dəyişməsi  problemini  cəmiyyətə 

başa düşülən şəkildə çatdırır. Turizm, inşaat, nəqliy-

yat və kənd təsərrüfatı sahələri tədqiqatçıların müla-

yim kimi müəyyənləşdirdiyi havanın hakim olduğu 

günlərin tezliyindən asılıdır.

İlk  baxışda  isti  günlərin  sayının  çoxalması  əla 

xəbər  təsiri  bağışlayır. Amma  bu  hal  temperaturun 

artmasının nəticəsi olacaq, quraqlıq və istilik axınları 

gətirəcək.

Yer iqliminin gələcəyi barədə bütün proqnozlar 

1986-cı  ildən  2005-ci  ilə  qədər  müddətdə  mülayim 

hava şəraiti olan günlərin illik sayı ilə bağlı sənədləş-

dirilmiş dəyişikliklərə əsaslanıb.

eLMi-tƏDQiQAt MƏQSƏDLƏRi üçün 2 ton nƏRƏ 

cinSLi BALIQLARIn ovLAnMASInA icAZƏ veRiLiB

içMƏLi SULARIn teXniki MƏQSƏDLƏRLƏ iStifADƏSi YoLveRiLMƏZDiR

DƏniZDƏ inSAn hƏYAtInIn MühAfiZƏSi 

üZRƏ tƏLiM kURSLARI keçiRiLiB

ARAL DƏniZi ZonASInDA ekoLoji 

fƏLAkƏtin ARADAn QALDIRILMASInA 

2,6 MiLYARD DoLLAR AYRILIB

Özbəkistan Hökuməti 

2017-2021-ci illərdə Aral 

dənizi zonasında ekoloji 

fəlakətin aradan qaldırıl-

masına 8,4 trilyon sum (2,6 

milyard dollar) vəsait ayırıb.

Özbəkistan  Prezidenti 

Şavkat Mirziyoyevin imzala-

dığı Fərmanda Aral dənizinin 

quruması ilə əlaqədar səhra-

laşmanın qarşısının alınması, 

su ehtiyatlarının tənzimlənməsi istiqamətində əsaslı işlərin aparılması, re-

gionda 100 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bildirilir ki, proqramın maliyyələşdirilməsi üçün Özbəkistan Maliyyə 

Nazirliyinin nəzdində Aralyanı Regionun İnkişaf Fondu da yaradılacaq.

Xatırladırıq  ki, Aral  dənizi  1960-cı  ildə  dünyada  sahəsinə  görə  dör-

düncü göl sayılırdı. Son 40 ildə gölün sahəsi iki dəfə azalıb, suyun həcmi 

18 metr aşağı düşüb. Duzluluğu artdığına görə balıq ehtiyatları tamamilə 

tükənib. Güclü külək qumu sovurub hətta uzaq yaşayış məntəqələrinə tökür 

və beləcə ekoloji fəlakət zonası yaranır.

Qulu Kəngərli

çAYIn DonMASI Yük gƏMiLƏRinin 

hƏRƏkƏtini ifLic eDiB 

Dunay çayının üzərinin buz 

bağlaması nəticəsində çayın 

Rumıniya tərəfində iki yük gə-

misi hərəkətsiz qalıb. Gəmilərin 

heyəti donun əriməsini gözlə-

yirlər.

Rumıniya  xilasediciləri  heli-

kopterlər vasitəsilə gəmiləri ərzaq 

və əsas əşyalarla təmin edirlər.



cƏnUBi çin DƏniZinDƏ 

MALAYZiYA gƏMiSi BAtIB

Cənubi Çin dənizində Borneo 

adası sahilləri yaxınlığında Malay-

ziya gəmisi batıb. Gəminin göyərtə-

sində 28 çinli turist və 3 heyət üzvü 

olub.

Sinxua  agentliyi  xəbər  verir  ki, 

27  nəfər  xilas  edilib.  Dörd  nəfərin 

axtarışları davam edir.

Qeyd edək ki, Malayziya gəmisi 

Kota Kinabal şəhərindən Menqalum 

adasına hərəkət edirdi.

ARALIQ DƏniZinDƏ MinƏ YAXIn 

MiQRAnt XiLAS eDiLiB

Aralıq dənizində Afrikadan 

Avropa sahillərinə çıxmaq istəyən 

minə yaxın miqrant xilas edilib. 

Bu barədə İtaliyanın sahil müha-

fizəsi xidməti məlumat yayıb.

Axtarış-xilasetmə  əməliyyat-

larında  gəmilər  və  katerlər  iştirak 

edib.  Miqrantlar  arasında  ölən  ol-

mayıb.

okeAnLARDA SUYUn SƏviYYƏSinin 

YükSƏLMƏSi DAşQInLARA SƏBƏB oLAcAQ

ABŞ  və  İrlandiya  alimləri 

okeanlarda  suyun  səviyyəsinin 

yüksələcəyini və daşqınların ola-

cağını proqnozlaşdırırlar.

  “İzvestiya”  qəzetinin  saytı-

nın verdiyi xəbərə görə, mütəxəs-

sislər daşqınların bir neçə yüz il-

dən sonra baş verəcəyini ehtimal 

edirlər. Onların fikrincə, bu, tem-

peraturun dəyişməsi və buzlaqların əriməsi ilə bağlıdır. Təqribən 125 min il 

əvvəl havanın temperaturu indiki dövrlə müqayisədə Selsi ilə 1,5-2 dərəcə, 

suyun səviyyəsi isə 8-10 metr çox olub. Qlobal istiləşmə nəticəsində Yer 

üzü XXI əsrin ortalarında belə bir göstəriciyə çatacaq. Mütəxəssislər hesab 

edirlər ki, təhlükə əsasən sahillərdə yaşayan sakinləri hədələyir.

Alimlər, həmçinin dünyada tufanın baş verəcəyi tarixi də açıqlayıblar. 

Onların fikrincə, bu, bir neçə əsr sonra ola bilər. NASA alimləri əvvəllər 

həmin tufanın bu yüzillikdə olacağını proqnozlaşdırmışdılar.



SUYUn keYfiYYƏti inSAnIn ƏQLi 

QABiLiYYƏtinƏ tƏSiR eDiR

San-Dieqoda elmi- 

tədqiqat laboratoriyasının 

alimləri bildiriblər ki, su 

və onun keyfiyyəti insanın 

intellektinə təsir edir. Yalnız 

təmiz su təfəkkür prosesini 

fəallaşdıra bilər.

  “Aktualnıye  novosti” 

saytı xəbər verir ki, amerikalı 

alimlər kişi cinsindən onlarla könüllünün iştirak etdiyi irimiqyaslı tədqiqat 

aparıblar. Onlar uzun müddət hər gün səhər yeməyindən sonra yarım stəkan 

su içiblər. Bu qrupun və səhər yeməyindən sonra su içməyən könüllülərin 

əqli qabiliyyətinin nəticələri fərqli olub.

Tədqiqat müəlliflərinin fikrincə, su insan beyninin müəyyən reseptorla-

rına təsir etməklə orqanizmin enerji ehtiyatını yüksəldə bilir. Alimlər, həm-

çinin qeyd edirlər ki, effektiv nəticə üçün bir neçə qurtum təmiz suyu müəy-

yən edilmiş vaxtda, məsələn, səhər yeməyindən sonra içmək kifayətdir.

köPƏkBALIğInIn Yeni 

növü AşkAR eDiLiB

Amerikalı zooloqlar Karib dənizində çəkicbaş köpək-

balığının yeni növünü aşkar edib və onun DNT analizini 

aparıblar.

TASS-ın  verdiyi  xəbərə  görə,  məlum  olub  ki,  Karib 

dənizindəki çəkicbaş köpəkbalığı bir neçə milyon il əvvəl 

Şimali Amerika  yaxınlığındakı  sularda  eyni  növdən  olan 

balıqlardan ayrılıb və onlarla cütləşmək əlaqəsini kəsib.

Florida  Universitetinin  mətbuat  xidmətinin  yaydığı 

məlumata görə, DNT testi üçün bioloji material verən balıq 

2016-cı ildə Belizdə (əvvəlki Britaniya Hondurası) köpək-

balıqlarını nişanlamaq ekspedisiyası çərçivəsində tutulub. 

Balıq  ABŞ  sahillərində  Atlantik  sularında  yaşayan  eyni 

növə zahirən oxşasa da genetik cəhətdən ondan fərqlənir.

Florida  Universitetinin  press-relizində  yazılıb:  “İki 

qrup arasında cütləşmənin kəsilməsi bir növün bölünmə-

sini  müəyyənləşdirən  əlamətdir.  Nyu-York  ştatının  Stou-

ni-Bruk  Universitetindən  Endryu  Fildsin  apardığı  DNT 

analizi nəticəsində Belizdə işləyən komanda sübut edib ki, 

bu ərazidəki çəkicbaş köpəkbalığı Meksika, ABŞ və Baham 

adalarında eyni növlə cütləşmə əlaqəsini çoxdan kəsib. Bu 

müddətdə iki qrupu ayıran genetik fərqlər formalaşıb”.

Ekoloji  tədqiqatlarla  paralel  olaraq  yeni  köpəkbalığı-

nın qeydiyyata alınması və ona latınca ad verilməsi işi də 

aparılır.



YAXIn 20 iL üçün ƏLveRişLi 

hAvA XƏRitƏSi tƏRtiB oLUnUB


Yüklə 404 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə