R b a y c a n X z r d n z g m



Yüklə 404 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix24.06.2018
ölçüsü404 Kb.
#50967
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


10 fevral 2017-ci il   № 9-12 (9103)

7

YARIZARAfAt, 

YARIgeRçƏk

Yaxşı adamları tanrı qoruyur. Amma tanrı-

nın da bəzən işi o qədər çox olur ki...

elə bir adam yoxdur ki, əlindən heç nə gəlmə-

sin. Məsələn, problem yaratmağı hamı bacarır.

təzə  işçinin  necə  çıxacağını  hətta  uzun  illər 

bazarda qarpız satanlar da bilə bilməz.

Yaşayanlar deyirlər ki, həyat çox gözəldir. Ya-

şayanların hamısı yalan danışmaz ki...

tənha qalmaqdan həmişə qorxmuşam. təkcə 

ona görə yox ki, zibili də mən atacağam.

Bütün maaşa baxanlar üçün ən gözəl ay yəqin 

ki, fevraldır.

Qırx yaşınıza kimi heç nə qazanmamısınızsa, 

buna görə çox da təəssüflənməyin. Deməli, itirə-

cəyiniz bir şey yoxdur.

Əvvəllər hava haqqında proqnozlar düz çıx-

mırdı.  indi  bütün  proqnozlar  içində  ən  düzü, 

deyəsən elə hava proqnozudur axı... 

Bəzi  adamlar  axşamdan  xeyli  keçmiş  zəng 

edəndə  elə  üzr  istəyirlər,  elə  bil  gündüz  zəng 

eləsələr,  çox sevinəcəyəm.

Bir çox xarici dilləri o dillərdə bir kəlmə belə 

danışa bilməyənlərin hamısından yaxşı bilirəm.

işin düzələcəksə, haqqımda daha bir neçə ya-

lan danışmağına dözə bilərəm.

Pul hər şeyi həll edir deyə,  məsələni həll et-

məyə çətinlik çəkən məktəbli nəvəmə bir onluq 

verdim.

fikir vermisiniz, şaxta babanı yaxşı qarşıla-

dıqca, hər il bizdə qış daha sərt keçir.

 Bəzən istəyirsən ki, pis vərdişlərinə birdəfəlik 

tüpürəsən. Sonra fikirləşirsən ki, tüpürmək yaxşı 

deyil.

Bəzilərini necə başa salasan ki, lifti olan köh-

nə binalarda liftə minməmək bir ayıbdır, minib 

çıxa bilməmək iki ayıb.

Artıq çəkidən təbii yolla xilas olmaq üçün in-

dikidən gözəl zaman? 

həyat  yoldaşıma  “şuba”  almadığıma  ondan 

çox,  mən  peşmanam.  indi  o  qiymətə  bazarda 

meyvə satırlar.

Boş söhbətdir ki, indi hər şeyin qiyməti qalxır, 

hər şey bahalaşır. şəxsən məni indi əvvəlki vaxt-

lardan çox ucuz satırlar.

7-ci  mərtəbəyə  təzə  qonşular  köçməmişdən 

əvvəl sən demə, mən 6-cı mərtəbədə əməlli-başlı 

yaşamışammış.

Məndən  xoşu  gəlməyənlər  yanılmayıblar, 

çünki, bəzən heç özümün də özümdən xoşum gəl-

mir.

it  yaxşı  heyvandır  və  insanın  da  dostudur. 

Amma bu, kiməsə adamı it kimi qapmağa əsas 

vermir.

Dünyada şər, böhtan, yalan yarışları keçiril-

mir?  Mən  əminəm  ki,  bu  yarışlarda  ermənilər 

həmişə birinci yeri tutarlar.

hər  dəfə  məkrli  ermənilərin  hərəkətlərini 

görəndə istər-istəməz fikirləşirəm ki, yer üzündə 

kifayət  qədər  dərd-bəla  ola-ola, Allah  bu  adda 

milləti də niyə yaradıb? 

gözəgörünməz təyyarələr və bir də iş görmək 

lazım  gələndə  gözəgörünməzə  çevrilən  işçilər 

olur.

Mən  çiyninə  düşən  yükün  ağırlığı  baxımın-

dan  qadın  olmağın  çətinliyini  başa  düşürəm. 

Amma bəzi kişilərə kişi olmaqda nə mane oldu-

ğunu anlaya bilmirəm.

Mənə elə gəlir ki, ərlərinə  “Sən otur yerində!” 

və ya “işdən sonra düz evə gəl!” deyən  qadınlar 

bəzi müəssisələri kişilərdən yaxşı idarə edərlər.

Bəzi  adamların  yaşı  əllini,  altmışı,  yetmişi... 

keçəndə də yenə nəyinsə keçməyini gözləyirlər.

hamımızı  qadınlar  dünyaya  gətiribsə,  bu  o 

demək deyil ki, bütün bəlaların səbəbkarı  məhz 

qadınlardır.

insanı əmək yaradıbsa, işləyənlərin hamısı ən 

azı adam olmalıdır axı...

turpun  kiloqramı  neçəyə  satılır  ki,  bəzi 

adamların başında da turp əkirlər?

Başları  heç  nədən  çıxmayanlar  adətən  daha 

çox özlərindən çıxırlar. 

Bəzi xidmətlər hətta qışa qışda hazırlaşmağa 

başlasalar, heç olmasa növbəti qışa hazır olmalı-

dırlar axı...

Saçlarım  yanmayıbsa,  bu  o  demək  deyil  ki, 

bəzi  haqsızlıqlardan  təpəmdən  heç  vaxt  tüstü 

çıxmayıb.

indi pisliklə heç kəsi heyrətləndirmək müm-

kün deyil. Amma bircə dəfə yaxşılıq et və adam-

ların üzündəki heyrətə bax.

Bəzi verilişlər göstərir ki, əksər televiziya ka-

nalları göstərməyə bir şey tapmırlar.

Adətən yaxşı adamlar yaxşı işlərlə, pis adam-

lar pis işlərlə məşğul olurlar. Qalanları da tama-

şa  etməyi xoşlayırlar.

Mənasız yerə vaxt itirəni sonralar vaxt özü elə 

“itirir” ki, heç nəyə vaxt tapa bilmir.

həqiqətə  nə  isə  qatanda,  həqiqətdən  daha 

çox, qatılan şeyə oxşayır.

hələ də bəzi adamlara çatmır ki, “oxumaq, 

oxumaq,  yenə  də  oxumaq!”  deyəndə  müğənni 

kimi oxumağı nəzərdə tutmayıblar.

həqiqətin iki ayağı, yalanın isə bəzən qanad-

ları da olur.

Başında bir şey olmayanın cibləri qızılla dolu 

olsa da, başlıların yanında həmişə kasıb görünər. 

Ağıllılar arasında bir gün yaşamaq, axmaqlar 

arasında bir ömür sürməkdən yaxşıdır. 

tələlərdə nədənsə daha çox xarici pendir olur. 

 

Rasif  TAHİROV

Yuxusuzluq və ya yuxunun pozul-

ması, demək olar, hər kəsin qarşılaşdığı 

problemdir. Bu, təkcə yuxu çatışmazlığı 

deyil, həm də yaxşı yatmamaq, yuxuya 

getməyin çətinliyi, yuxudan yarımçıq 

durmaq və səhərədək oyaq qalmaq kimi 

hallarla səciyyələnir.

“Zdorovye” saytının məlumatına görə, 

insanın  əlverişsiz  şəraitdə  (səs-küy,  isti/

soyuq,  həddən  artıq  bərk  və  ya  yumşaq 

çarpayı)  yatması,  həyat  tərzini  dəyişməsi 

(səyahət,  bir  yerdən  başqa  yerə  köçmək), 

evdə və işdə stress vəziyyət, müxtəlif ağ-

rılar  yaradan,  tənəffüsü  çətinləşdirən  və 

digər  xəstəliklər,  narahatlıq  və  depressiya 

yuxusuzluğun səbəblərindəndir.

Yuxusuzluğun  təkrarlanan  epizodları 

və ya insanın yata bilmədiyi vaxtın uzan-

ması, depressiya ilə bağlı yuxusuzluq və ya 

problemin  öhdəsindən  müstəqil  gələ  bil-

məmək hallarında həkimə və ya mütəxəs-

sisə müraciət etmək lazım gəlir.

Yeni  yuxu  və  oyaqqalma  rejimini  ya-

radın.  Aşağıda  qeyd  edilən  məsləhətlərə 

əməl  olunduğu  halda  yaxşılaşma  olmasa, 

həkimə müraciət etmək lazımdır:

- axşamlar alkoqol qəbul etməyin. Al-

koqolun  orqanizmə  qısamüddətli  sakitləş-

dirici təsir etməsinə və spirtli içkidən sonra 

insanın daha tez yuxuya getməsinə baxma-

yaraq, alkoqol dərin yuxu fazasına da təsir 

edir.  Siz  spirtli  içkinin  təsiri  qurtarandan 

sonra dərhal ayılacaqsınız.

-  xüsusilə  yataqda  siqaret  çəkməyin. 

Nikotin stimullaşdırıcı təsirə malikdir. Bu 

sizə yuxuya getməyə və normal yuxu pro-

sesinə mane olur.

- qəhvə içməyin və ya onu daha az iç-

məyə cəhd edin. Kofein orqanizmdə 12-24 

saat ərzində qalır. Yadda saxlayın ki, qəhvə 

ilə yanaşı, şokolad, kola və çayın da tərki-

bində kofein var. Əgər siz yuxusuzluğunu-

zun səbəbini kofeində görürsünüzsə, tərki-

bində  bu  maddənin  olduğu  məhsullardan 

yatmazdan  ən  azı  12  saat  əvvəl  istifadə 

edin.


-  nəzərə  almaq  lazımdır  ki,  bəzi  dər-

manlar yuxunun normal strukturunu pozur. 

Soyuqdəymədə istifadə edilən, bir çox re-

septsiz satılan, habelə tərkibində psevdoe-

fedrin olan dərman vasitələri də orqanizmə 

kofein  kimi  stimullaşdırıcı  təsir  göstərir. 

Ona görə də aptekdə əczaçıdan bu prepara-

tın yuxuya necə təsir göstərməsini, əgər bu 

dərman insanı oyaq saxlayırsa, onu digəri 

ilə əvəz etməyin mümkün olub-olmamasını 

soruşmaq lazımdır.

-  yatmazdan  əvvəl  həddindən  artıq 

yeməyin.  Dolu  mədə  yuxuya  getməyə 

mane olur. Yaxşısı yüngül qəlyanaltı ilə ke-

çinməkdir. Bu, həm yuxunu pozmur, həm 

də aclığı dəf edir. Çoxları isti və ya soyuq 

südün  möcüzəli  gücünə  qeyd-şərtsiz  ina-

nırlar. Südə bir qədər bal, darçın və ya vanil 

əlavə etmək olar. Bəzi adamlara tərkibində 

kofein olmayan bir fincan bitki çayı yaxşı 

təsir göstərir.

-  vannanı  yuxudan  bir-iki  saat  əvvəl 

qəbul  edin.  Bu,  əzələlərdə  gərginliyi  gö-

türəcək  və  sizin  yuxunuz  gələcək.  Lakin 

vannanı  bilavasitə  yatağa  uzanmamışdan 

qabaq qəbul etməyin, bu, sizi yuxuya get-

məyə qoymayacaq.

- müntəzəm olaraq idman edin. Bunun-

la siz gərginliyi aradan qaldıracaq və səhər 

özünüzü gümrah hiss edəcəksiniz. Bundan 

başqa, fiziki hərəkətlər nəticəsində siz yo-

rulacaqsınız ki, bu, yuxuya getməyi asan-

laşdırır.

- yataq otağı sakit və qaranlıq olmalı-

dır. Əgər səs mane olursa, qulağınızı xüsusi 

tıxac və ya “ağ küy” qurğusu ilə bağlayın. 

Bəzi adamlar işləyən fen və ya kondisione-

rin səsi altında yatmağa üstünlük verirlər.

-  yuxu  üçün  optimal  temperatur  15.5-

18.3 dərəcədir. Həmçinin yaxşı yuxu üçün 

döşəyin bərk və rahat olması çox vacibdir.

- qısamüddətli gündüz yuxusundan im-

tina etmək yaxşı olar. Müddəti 20 dəqiqə-

dən az olan bu cür yuxu orqanizmi gümrah 

edə bilər. Lakin gündüz 4 saatdan çox yat-

maq yuxunun normal strukturuna təsir edə 

bilər və yuxusuzluq yaradar.

-  işığı  söndürməzdən  əvvəl  bir  neçə 

dəqiqə kitab oxuyun. Bu, sizi rahat edər və 

tez mürgüləyərsiniz.

-  nəyisə  hesablamaq  tövsiyə  edilmir. 

Hesab  diqqəti  müəyyən  məsələyə  yönəl-

dir. Əksinə, çalışın özünüzü xoşagələn bir 

sahədə  təsəvvür  edin.  Təxəyyülünüzü  işə 

salın ki, yuxuya gedən zaman sakitləşdirici 

səsləri eşidəsiniz.

- çarpayı istirahət yeri olmalıdır. Dəh-

şətlər filminə baxmaq, sabahkı iş gününün 

planını qurmaq stress və narahatlıq yaradır. 

Odur ki, yataqda bu məsələlərlə məşğul ol-

maq lazım deyil.

- yuxusuzluq üçün əla vasitə içində qu-

rudulmuş mayaotu qozaları olan yastıqdır. 

Fındıq ağacı yarpağı və şam ağacı budağı 

da  yuxusuzluğun  öhdəsindən  gəlməkdə 

kömək  edə  bilər.  Həmçinin  qaraqınıq  və 

nanə  yarpaqlarını  da  götürmək  lazımdır. 

Qurudulmuş komponentləri qarışdırırıq və 

yastığa doldururuq.

İnsanların  çoxu  yuxusuzluğa  görə  hə-

kimə müraciət etməyə məcburdur. Bunun-

la  belə  həkimlər  də  əvvəlcə  sizin  proble-

minizi  dərmansız  həll  etməyə  çalışırlar.  

Əlacsız qaldıqda dərmandan istifadə etmək 

lazımdır.  Adi  yuxugətirən  dərmanlar  nor-

mal  yuxunun  yaranmasına  kömək  etmir, 

lakin şüuru kəskin incidir. Reseptsiz satılan 

bir çox yuxu dərmanları “placebo” effekti 

yaradır ki, bu da onu göstərir ki, dərmanın 

təsiri  əslində  pasiyentin  ona  inanması  ilə 

bağlıdır.

Həkim  yuxusuzluğun  səbəbini  müəy-

yən  edə  bilər  və  müalicə,  lazım  gəldikdə 

yuxu dərmanı da təyin edə bilər. Yuxu dər-

manından həkimin məsləhəti olmadan isti-

fadə etmək olmaz. Adətən bu cür vasitələr 

yuxuya getməkdə müvəqqəti çətinliyi yün-

gülləşdirir. Onlardan uzun müddət istifadə 

edilməsi orqanizmin bu dərmanlara öyrəş-

məsinə gətirib çıxarır.



YUXUnUZ şiRin DeYiLSƏ...

Hər bir adamın dostları 

var, lakin onlardan bir neçəsi 

ailənin həqiqi üzvünə çevrilir. 

Alimlərin fikrincə, sözün hərfi 

mənasında bizim “qohum-

larımız” məhz ona görə bu 

dərəcədə yaxındırlar ki, həqiqi 

dostların DNT-si kifayət qədər 

bir-birinə oxşardır.

 “svopi.ru” saytı xəbər verir 

ki, Kaliforniyada Ceyms Faule-

rin başçılığı altında mütəxəssis-

lər  tərəfindən  adamlar  arasında 

yaxın  dostluğun  əsas  səbəbləri 

tədqiq olunub. Eksperiment za-

manı  ABŞ-ın  kiçik  şəhərlərin-

dən birində yaşayan iki mindən çox ada-

mın genetik kod məlumatlarından istifadə 

edilib.

Alimlər  könüllülərin  genlərində  500 



min  birhərfli  markerləri  tədqiq  ediblər. 

Aşkar edilib ki, ən yaxın dostlarda DNT 

0,1 faiz eynidir. Buradan belə çıxır ki, biz 

öz dostlarımızla 0,1 faiz eyniyik. Bu cür 

oxşarlıq olduqca kiçik görünə bilər. Lakin 

yaxın qohumların DNT oxşarlığını müqa-

yisə  etməklə  görmək  olar  ki,  onlarda  da 

DNT 0,1 faiz oxşardır.

Ceymsin fikrincə, bu cür göstəricilərə 

görə adamda belə fikir yaranır ki, tədqiqa-

ta cəlb edilənlərin ulu nənə və babaları ey-

nidir. Daha bir maraqlı fakt ondan ibarət-

dir ki, yaxın dostların çox vaxt eyni iydən 

xoşları  gəlir.  Onların  yemək,  rəng  və  s. 

seçimində də ümumi cəhətləri çoxdur.

DoSt BiR oLAR, YA iki...

Bioloqlar müəyyən ediblər ki, bəzi 

heyvanlar həqiqətən də insanları müalicə 

etməyə qadirdir.

 “mir24.tv” saytı xəbər verir ki, şəfa verən 

beş  heyvan  sırasına  at,  pişik,  it,  ilan  və  arı 

daxildir. Tədqiqatçılar heyvanat aləminin bu 

nümayəndələrinin hansı sahədə daha bacarıqlı 

olduğunu aydınlaşdıra biliblər.

Məsələn,  atlar  da-

yaq-hərəkət aparatı xəstəlik-

lərini  müalicə  edir,  travma 

və yaralanmadan sonra bər-

pa  prosesinə  yardımçı  olur. 

Atlar  alkoqol  və  narkotik 

asılılığına  qarşı  mübarizə 

aparanlar  üçün  də  ideal  se-

çimdir.

İtlər ürək-damar sistemi-



ni gücləndirir, qısa müddət-

də  depressiyadan  çıxmağa 

kömək edir. Bu heyvanlar öz 

sahiblərində xərçəng şişləri-

ni erkən mərhələdə üzə çıxa-

rır.  Pişiklər  isə  sahiblərini 

nevroz və depressiyadan müalicə edir.

Arılar insana çıxıqlar və radikulit zamanı 

kömək edir. Müalicəni bu həşəratların istehsal 

etdiyi bal və propolis təmin edir. İlan zəhəri 

də  çox  xeyirlidir.  Onu  damar  və  oynaqların 

müalicəsində  istifadə  olunan  bəzi  gellərə  və 

losyonlara əlavə edirlər.

Göygöl Milli Parkında mühafizə 

tədbirlərinin gücləndirilməsi, təbiətə yad 

təsirlərin aradan qaldırılması ərazidə 

qida bolluğu yaradıb ki, bu da müxtəlif 

heyvan və quş növlərinin sayında artıma 

səbəb olub.

Bu barədə AZƏRTAC-a müsahibəsin-

də Göygöl Milli Parkının elmi işçisi Fuad 

Quliyev məlumat verib.

Ərazidə Azərbaycan təbiətinin ən nadir 

fauna və flora növlərinin yayıldığını deyən 

elmi  işçi  bildirib  ki,  hazırda  Göygöl  Milli 

Parkında 80-i nadir ağac və kol bitkisi ol-

maqla 423 adda flora növü qorunur. Həm-

çinin Milli Parkda tibbi əhəmiyyətli zəli və 

100 adda dərman bitkisi də mühafizə edilir.

Fuad  Quliyev  qeyd  edib  ki,  1925-ci 

ildə  ölkəmizdə  ilk  dəfə  təbiəti  mühafizə 

zonası olan Göygöl Dövlət Təbiət Qoruğu 

yaradılıb. 2008-ci ildən isə Prezident İlham 

Əliyevin  müvafiq  Sərəncamı  ilə  Göygöl 

Milli Parkı təşkil edilib. Bununla da dövlət 

tərəfindən xüsusi mühafizə olunan Göygöl 

Milli Parkının ərazisi 6 min 739 hektardan 

12 min 755 hektara qədər genişləndirilib.

F.Quliyev  vurğulayıb  ki,  yüksək-

lik  fərqi  dəniz  səviyyəsindən  1100-3724 

metr  arasında  dəyişən  milli  park  ərazi-

sində yalnız ölkəmizin təbiətinə xas bitki 

nümunələri deyil, həm də fauna növləri - 

Qafqaz maralı, ceyran, cüyür, dağ keçisi, 

qonur ayı, canavar, tülkü, vaşaq, meşə pi-

şiyi, porsuq, samur, dovşan, dələ, göllərdə 

qırmızı  xallı  balıq,  eləcə  də  Xəzər  uları, 

tetra, qara kərkəs, kəklik kimi quşlar mü-

hafizə olunur.

göYgöLƏ gƏL, göYgöLƏ...

BƏZi heYvAnLAR inSAnLARI 

MüALicƏ etMƏYƏ QADiRDiR



Yüklə 404 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə