R b a y c a n X z r d n z g m



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix21.12.2017
ölçüsü0,61 Mb.
#16869
  1   2   3   4   5   6   7   8


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

11 noyabr 2016-cı il    № 73-76 (9079) 

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

1995

-ci il 

noyabrın 

12-də Azərbaycan xalqı 

özünün çoxəsrlik dövlətçi-

lik ənənələrini davam et-

dirərək ümumxalq səsver-

məsi – referendum yolu 

ilə ölkəmizin müstəqilliyi 

dövründə ilk Konstitusi-

yasını qəbul etdi.

Artıq  21  ildir, Azərbaycan  həmin  tarixi  Konstitusiya 

Günü kimi qeyd edir. Dövlətin Əsas Qanunu 1995-ci il no-

yabrın 27-dən qüvvəyə minib.

1995-ci  ildə  qəbul  olunmuş  Konstitusiya  müstəqil 

Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü 

Konstitusiyasıdır.

Azərbaycanın  Konstitusiya  quruluşunun  tarixi  SSRİ 

dövrünə  təsadüf  edir.  Azərbaycanın  ilk  Konstitusiyası 

1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qu-

rultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyası-

nın 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni 

redaksiyası  1925-ci  il  martın  14-də  IV  Ümumazərbaycan 

Sovetlər  Qurultayında  qəbul  edilib.  Azərbaycan  SSR-in 

1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası 

da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uy-

ğunlaşdırılıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Kons-

titusiyanın  hazırlanması  zərurəti  meydana  çıxıb.  Bunun 

üçün Prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissi-

ya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə 

çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil 

Azərbaycanın  ilk  Konstitusiyası  qəbul  olunub.  Müstəqil 

Azərbaycanın  dövlət  quruculuğunun  əsasını  təşkil  edən 

ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 

2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı 

ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə 

və dəyişikliklər edilib. 

Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqa-

nı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 

isə 1998-ci il iyul ayının 14-də yaranıb.

 Vətəndaş, cəmiyyət və dövlət arasında mühüm ictimai 

münasibətləri  tənzimləyən,  demokratik,  hüquqi  dövlət  və 

ictimai quruluşun əsaslarını, siyasi sistemin təşkili prinsip-

lərini, bütövlükdə dövlətin fəaliyyət konsepsiyasını və gələ-

cək  prioritetlərini  müəyyənləşdirən  konstitusiyalar  bütün 

dövlətlərin əsas qanunu kimi çıxış edir.

Müasir  demokratik  dövlətlərin  qanunvericilik  sistem-

lərinin əsası olan konstitusiyaları bütün digər hüquqi akt-

lardan  fərqləndirən  səciyyəvi  xüsusiyyətlər  mövcuddur. 

Bunların  sırasında  konstitusiyaların  xalq  tərəfindən  qəbul 

edilməsi, təsisedici mahiyyət daşıması, cəmiyyət həyatının 

bütün sahələrini əhatə etməsi, aliliyi və ən yüksək hüquqi 

qüvvəsi, qəbul olunması və onlara əlavə və dəyişikliklərin 

edilməsinin xüsusi qaydasının nəzərdə tutulması kimi xüsu-

siyyətləri sadalamaq mümkündür.

Müstəqil  Azərbaycan  dövlətinin  ilk  milli  Konstitusi-

yasının qəbulu Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 

Ümummilli  liderimiz  Konstitusiya  layihəsini  hazırlayan 

xüsusi  komissiyaya  bilavasitə  sədrlik  etmiş,  cəmiyyətin 

müxtəlif  təbəqələrinin  iştirakı  ilə  Konstitusiya  layihəsi-

nin açıq müzakirlərini təşkil etmiş, onun müasir dəyərləri 

özündə ehtiva edən formada qəbul olunmasını təmin etmək 

üçün gərgin əmək sərf etmişdir. Bu ümummilli əhəmiyyətli 

sənədin 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbulu 

Azərbaycan dövlətçiliyinin inkişafı tarixində yeni səhifənin 

başlanğıcını qoymuşdur.

Konstitusiyanın  qəbul  edilməsi  sadəcə  yeni  ictimai 

sistemin  hüquqi  tanınmasını  təsdiq  edən  fakt  deyil,  həm 

də  ölkəmizin  inkişafının  keyfiyyətcə  yeni  mərhələyə  qə-

dəm qoymasının göstəricisi idi. Bu mərhələ siyasi sistemin 

mərkəzində insanın, onun hüquq və azadlıqlarının, demok-

ratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. 

İnsanın, onun hüquqlarının və azadlıqlarının ali dəyər kimi 

qəbul olunması ölkə Konstitusiyasının əsas qayəsini təşkil 

edir.


Konstitusiyanın  Preambulasında Azərbaycan  xalqının 

özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, 

keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsulliy-

yətini anlayaraq və suveren hüququndan istifadə edərək bə-

yan etdiyi ülvi niyyətləri sadalanır. Azərbaycan dövlətinin 

müstəqilliyini,  suverenliyini  və  ərazi  bütövlüyünü  qoru-

maq, Konstitusiya çərçivəsində demokratik quruluşa təmi-

nat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail 

olmaq,  xalqın  iradəsinin  ifadəsi  kimi,  qanunların  aliliyini 

təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi 

və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat sə-

viyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq 

bütün dünya xalqları ilə dostluq, sülh və əminamanlıq şəra-

itində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstər-

mək xalqımızın niyyətləri sırasında bəyan edilmişdir.

Konstitusiya Azərbaycan  Respublikasında  ən  yüksək 

və birbaşa hüquqi qüvvəyə malik akt olmaqla, Azərbaycan 

Respublikasının  qanunvericilik  sisteminin  əsasını  təşkil 

edir. Ölkə Konstitusiyasında müasir sivil cəmiyyətlərin in-

kişaf  istiqamətlərini  müəyyənləşdirən  mütərəqqi  ideya  və 

dəyərlər geniş şəkildə əksini tapıb. Bunların sırasında in-

san şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyəti 

orqanlarının demokratik qaydada formalaşdırılması, insan 

hüquqlarının  səmərəli  müdafiəsi  mexanizimlərinin  möv-

cudluğu,  siyasi  sistemində  plüralizmə  təminat  verilməsi, 

sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, 

milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılma-

sı və digər prinsip və dəyərlər xüsusi əhəmiyyət kəsb edir.

Konstitusiya  Azərbaycanın  konstitusiya  quruluşunun 

vacib əsası kimi xalq hakimiyyətini bəyan edir, Azərbay-

can Respublikasında dövlət hakimiyyətinin yeganə mənbə-

yi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil 

öz  müqəddəratını  həll  etməyi  və  öz  idarəetmə  formasını 

müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi 

təsbit edir. Konstitusiyada nəzərdə tutulur ki, Azərbaycan 

xalqı öz suveren hüququnu biləvasitə ümumxalq səsvermə-

si – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ 

əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş 

nümayəndələri vasitəsilə həyata keçirir.

Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, 

dünyəvi,  unitar  respublika  elan  edib,  insan  və  vətəndaş 

hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının 

vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin olunmasını 

dövlətin ali məqsədi kimi təsbit edib.

Dövlət  hakimiyyətinin  təşkilinin  hakimiyyətlərin  bö-

lünməsi prinsipinə əsasən aparılması hüquqi dövlətin təməl 

prinsiplərindən  biri  olmaqla,  Konstitusiyada  təsbit  edilib. 

Konstitusiyaya əsasən qanunvericilik, icra və məhkəmə ha-

kimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri 

çərçivəsində müstəqildirlər.

Ölkədə  sağlam  siyasi  mühitin  formalaşmasına  im-

kan  verən,  vətəndaşların  cəmiyyətin  siyasi  həyatında  və 

dövlətin idarə olunmasında iştirakını nəzərdə tutan siyasi 

plüralizm kimi mühüm prinsip də Əsas Qanunda öz əksini 

tapıb.

Konstitusiya quruluşunun xüsusiyyətlərindən biri kimi 



iqtisadi fəaliyyət azadlığı, mülkiyyət növlərinin müxtəlifli-

yi və onların bərabər müdafiəsinə verilən təminat, hər bir 

şəxs üçün layiqli həyat şəraitinin və azad inkişafın təmin 

olunmasına istiqamətlənmiş sosial dövlət konsepsiyası ölkə 

Konstitusiyasında  geniş  əksini  tapıb.  Konstitusiya  xalqın 

və  hər  bir  vətəndaşın  rifahının  yüksəldilməsinin,  onun 

sosial  müdafiəsi  və  layiqli  həyat  səviyyəsi  qayğısına  qal-

mağı dövlətin üzərinə vəzifə olaraq qoyur. Əsas Qanunda 

qeyd  edildiyi  kimi, Azərbaycanda  iqtisadiyyatın    inkişafı 

müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının 

yüksəldilməsinə xidmət edir, Azərbaycan dövləti bazar mü-

nasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına 

şərait  yaradır,  mədəniyyətin,  təhsilin,  səhiyyənin,  elmin, 

incəsənətin  tərəqqisinə  yardım  göstərir,  xalqımızın  tarixi, 

maddi və mənəvi irsini qoruyur.

Konstitusiyada  insan  və  vətəndaş  hüquqlarının  və 

azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli hə-

yat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin 

ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər 

kəsin  hüquqlarının  və  azadlıqlarının  müdafiəsinə  təminat 

vermək  vəzifəsinin  qoyulması  müstəsna  əhəmiyyət  kəsb 

edir.  Bu  o  deməkdir  ki,  ölkə  Konstitusiyası  dövlətin  hər 

hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların məna-

felərinə, azad cəmiyyətin aparıcı qüvvəsi olan insanın ma-

raqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.

Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 

rəhbərliyi ilə Azərbaycan Respublikası öz tarixinin böyük 

tərəqqi ilə xarakterizə olunan dövrünü yaşayır. Ölkəmizdə 

həyata  keçirilən  genişmiqyaslı  islahatlar  iqtisadi,  siyasi, 

hüquqi,  mədəni  və  digər  sahələrdə  mühüm  nailiyyətlər-

lə müşayiət olunur. Hüquqi dövlət ideya və prinsiplərinin 

bərqərar edilməsi, əhalinin sosial rifahının günbəgün daha 

da yaxşılaşdırılması, ölkə iqtisadiyyatının dinamik inkişa-

fı,  təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə tərəqqi 

– bütün bunlar düşünülmüş milli strategiyanın tərkib hissəsi 

olaraq davamlı xarakter daşıyır.

Sabah  Konstitusiya günüdür. Bayramınız mübarək!

BU SAYIMIZDA

Dəniz Administrasiyasının əməkdaşı  

akademik göstəricilərə görə “Chancellor’s 

Medal”ı ilə təltif edilib

Dövlət Dəniz Administrasiya-

sının hüquq, kadr və beynəlxalq 

əlaqələr şöbəsinin müdir müavini 

Fuad Mərdiyev İsveç Krallığının 

Malmö şəhərində yerləşən Dünya 

Dənizçilik Universitetinin 2015-

2016-cı illər üzrə dəniz siyasəti 

və hüququ ixtisasının magistratura pilləsini yüksək göstərici 

ilə bitirərək adıçəkilən universitetdə müxtəlif istiqamətlər üzrə 

təhsil alan 50-dən çox ölkəni təmsil 

edən 114 nümayəndəni qabaqlayaraq 

ölkəmizin adını ən yüksək pilləyə 

qaldırıb.

Səh. 3

GəMiçilikDə kADrlArın bilik və 

təCrübələrinin ArtırılMASınA 

xüSuSi Diqqət yetirilir

“Baltik və Beynəlxalq Dəniz Şurası” (BİMCO) Azərbay-

can Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Caspian Marine 

Services” şirkətinin mütəxəssisləri üçün təlimlər keçib. 

Məqsəd gəmiçilik sahəsində çalışan əməkdaşların beynəlxalq 

təcrübəyə yiyələnməsinə köməklik 

göstərmək və onları bu sahədə  yeni-

liklərlə tanış etmək olub. 

Səh. 2

“AvrASiyAnın yeni 

qovşAqlArınA Diqqətli bAxış: 

AzərbAyCAnın yeni bAkı liMAnı”

Astanada SPE-nin (Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyə-

tinin) “Çağırışlar, dəyişikliklər və imkanlar” mövzusunda üçüncü 

Xəzər Texniki konfransı və sərgisi keçirilib. Sərgidə neft-qaz səna-

yesini təmsil edən 400 nəfər peşəkar işçi və tələbələr iştirak edib.

Konfransın spikerləri qismində hökumətlərin, operator-şirkət-

lərin,  konsaltinq  firmalarının,  energetika  sahəsində  tədqiqat 

şirkətlərinin (KazMunaiGas, KAZENERGY, ТОО “PSA”, World 

Petroleum  Council,  ExxonMobil  Ka-

zakhstan  Inc.  və  s.)  yüksəkvəzifəli  nü-

mayəndələri cəlb edilib.

SPe-nin xəzər texniki konfrAnSı 

və SərGiSi keçirilib

rAfAel AğAyev kArAte üzrə 

beşqAt DünyA çeMPionuDur

ABŞ-ın tanınmış “Forbes” jurnalı “Avrasiyanın yeni 

qovşaqlarına diqqətli baxış: Azərbaycanın yeni Bakı Limanı” 

başlıqlı geniş məqalə dərc edib.

Vade Şepardın müəllifi olduğu məqalədə qeyd olunur ki, Ba-

kıdan  65  kilometr  cənubda  -  Ələt  qəsə-

bəsinin 20 kvadratkilometrlik ərazisində 

yerləşən yeni Bakı Limanı böyük planlar 

qovşağıdır. 



Avstriyanın Lints şəhərin-

də keçirilən karate üzrə dünya 

çempionatı Azərbaycan milli 

komandası üçün uğurlu olub.

Karate  üzrə  dördqat  dünya 

çempionu  Rafael  Ağayev  (75 

kq) növbəti dəfə dünya çempi-

onu olub.

Səh. 5

Səh. 7

Səh. 8

12 noyAbr  konStituSiyA GünüDür

inSAnın, onun hüquqlArının və AzADlıqlArının Ali Dəyər kiMi 

qəbul olunMASı  konStituSiyAMızın əSAS qAyəSini təşkil eDir

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi-

ni rəhbər tutaraq qərara alıram:

1. “2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına 

dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2.  “Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi”  Qapalı  Səhmdar  Cəmiyyəti  bu 

Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının həyata keçirilməsini təmin etsin 

və bununla bağlı görülən işlər barədə hər il Azərbaycan Respublikasının Prezi-

dentinə məlumat versin.

3.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərəncamdan  irəli 

gələn məsələləri həll etsin.

ilham əliyev,

Azərbaycan respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2016-cı il.



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhm-

dar  Cəmiyyətinin  sədri  Rauf  Vəliyev    noyabrın  8-də 

“AXDG” QSC-nin kollektivini  Dövlət Bayrağı Günü və  

Konstitusiya  Günü  münasibətilə  təbrik  edib.  Təbrikdə 

deyilir:

Əziz həmkarlar!

Sizi qarşıdan gələn əlamətdar  bayramlar -  9 noyabr 

- Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü 

münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, 

möhkəm cansağlığı, səadət və müstəqil Azərbaycanımı-

zın  tərəqqisi  naminə  çətin  və  şərəfli  işinizdə  yeni-yeni 

uğurlar arzulayıram.

Bu gün milli-mənəvi dəyərlərə və ümumbəşəri ideal-

lara sadiqliyimizi nümayiş etdirən üçrəngli bayrağımızın 

dünyanın 180-dən artıq müstəqil dövlətinin bayraqları ilə 

bir sırada dalğalanmasından qanuni iftixar hissi keçirdi-

yimiz kimi, hər bir müddəası xalqın iradəsini ifadə edən 

Əsas Qanunumuzla da haqlı olaraq fəxr edirik. 

Üçrəngli  bayrağımız  dövlətimizin  müstəqilliyini  tə-

cəssüm etdirməklə bərabər, həm də  xalqımızın kimliyi-

ni ifadə edir. Yaradıcısı Ulu öndər Heydər Əliyev olan,  

bütün  insan  hüquqları  təsbit  edilən  Konstitusiyamız  isə 

həm də xalqımızın azad, demokratik dövlət qurmaq, dün-

ya birliyində layiqli yer tutmaq istəyini, sülhə, tərəqqiyə, 

bəşəriyyətin  inkişafına  öz  töhfəsini  bəxş  etmək  əzmini  

nümayiş etdirir.

Milli suverenliyin simvolu olan üçrəngli bayrağımızın 

dövlət atributu kimi bərpası Ulu öndərimizin  adı ilə bağ-

lıdır. Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Nax-

çıvan Muxtar Respublikasının Ali Məclisində Ümummilli 

lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən 

sessiyada muxtar respublikanın dövlət bayrağı kimi qəbul 

olunub. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya 

aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Res-

publikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi 

elan edərkən, onun dövlət rəmzlərini, o cümlədən üçrəng-

li dövlət bayrağını da qəbul edib.

Bütün  sahələrdə  Ulu  öndərin  siyasətini  layiqincə 

davam  etdirən  möhtərəm  Prezidentimiz  İlham  Əliyevin 

milli ideallara bağlılığı özünü üçrəngli bayrağımıza mü-

nasibətdə də qabarıq göstərir. Müvafiq fərman və sərən-

camları ilə 9 noyabr - Dövlət Bayrağı Gününün təsis edil-

məsi də, Bakının ən münasib ərazisində Dövlət Bayrağı 

Meydanının, həmin meydanda Dövlət Bayrağı Muzeyinin 

yaradılması da milli  atributlarımızı daim uca tutan ölkə 

başçımızın bayrağımıza sonsuz sevgisinin təcəssümüdür. 

  Gəmilərimizin  də  dor  ağacında  müstəqilliyimizin, 

suverenliyimizin,  istiqlaliyyətimizin  rəmzi  olan  bayra-

ğımızın dalğalanması isə bizdə təkcə sonsuz iftixar hissi 

yaratmır. Bu həm də, harada üzməsindən asılı olmayaraq, 

gəmilərimizin müstəqil  Azərbaycanımızın bir parçası ol-

duğuna işarədir.

Bu gün qəlbi Vətən sevgisi ilə döyünən hər bir azər-

baycanlının ən böyük arzusu Dövlət bayrağımızın Azər-

baycanın  işğal  altında  olan  torpaqlarında  dalğalandığını 

görməkdir.  Möhtərəm  Prezidentimizin  böyük  məharətlə 

həyata keçirdiyi uğurlu siyasət, regionun lider dövlətinə 

çevrilən ölkəmizin bütün dünyanı heyran qoyan iqtisadi 

tərəqqisi,  gündən-günə  möhkəmlənən  ordumuzun  xü-

susən bu il aprel döyüşlərində torpaqlarımızı hər an işğal-

dan azad etmək qüdrətində olmasını bir daha sübut etməsi 

bu ülvi arzumuzun da gerçəkləşəcəyinə bizdə qəti əminlik 

yaradır. 



Bayramlarınız mübarək olsun!

Rauf  Vəliyev,                                   

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri

“2016-2020-ci illərdə Azərbaycan respublikasında gəmiçiliyin inkişafına 

dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

AzərbAyCAn reSPublikASı PreziDentinin SərənCAMı

bAyrAM  təbriki

AzərbAyCAn bAyrAğının 

tArixi qəDiMDir

Dövrün, hadisələrin və mən-

sub olduğu dövlətin ən önəmli 

əlamətlərini özündə əks etdirən 

bayraqlar mühüm tarixi abidə-

dir. Bayraqda ideoloji, siyasi, 

sosial, sinfi, dini, milli və digər 

ideyalar daha cəmləşmiş forma-

da öz təcəssümünü tapır.

Səh. 4


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə