R b a y c a n X z r d n z g m



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix30.12.2017
ölçüsü0,51 Mb.
#18742
  1   2   3   4   5   6   7   8


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

23 sentyabr 2016-cı il    № 61-64 (9067) 

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

Azərbaycan Respublikası öz 

müstəqilliyinə qovuşduqdan sonra 

ölkənin gələcək inkişafını şərt-

ləndirəcək idarəetmə sisteminin 

qurulması istiqamətində davamlı 

addımlar atılmağa başlanmışdır. 

Ümummilli lider Heydər Əliyevin 

hakimiyyətə qayıdışından sonra 

səmərəli idarəetmənin konseptual 

əsaslarının yaradılması, norma-

tiv-hüquqi bazanın zənginləşdiril-

məsi istiqamətində ciddi tədbirlər 

həyata keçirilmişdir.     

Müasir  mərhələdə  də  dövlət 

idarəetməsinin  təkmilləşdirilməsi  is-

tiqamətində  inzibati  islahatların  hə-

yata  keçirilməsi  müntəzəm  xarakter 

almışdır.  Dövlət  idarəetməsinin  tək-

milləşdirilməsi,  hər  şeydən  öncə,  dövlət-vətəndaş 

münasibətlərinin tənzimlənməsi baxımından olduqca 

vacibdir. Deməli, dövlət idarəetmə sisteminin təkmil-

ləşdirilməsi, bütövlükdə, cəmiyyətin dinamik inkişafı 

baxımından  mühüm  əhəmiyyət  kəsb  edir.  Son  onil-

liklərdə Azərbaycanda iqtisadi, siyasi, sosial, hüquqi 

sahələrdə  köklü  dəyişikliklər  aparılmış,  hakimiyyət 

sistemində,  mülkiyyət  münasibətlərində  yenidənqur-

ma prosesi getmiş, müasir dövlət qulluğu institutu for-

malaşmışdır.

Azərbaycan  Respublikasının  Prezidenti    İlham 

Əliyev  dövlət  idarəetməsinin  cəmiyyət  üzvlərinin 

maraqları  çərçivəsində  həyata  keçirilməsinin  təmin 

olunması istiqamətində prinsipial addımların atılma-

sını  xüsusi  nəzarətdə  saxlayır.  Respublikada  həyata 

keçirilən inzibati islahatların başlıca hədəfi idarəetmə-

nin cəmiyyətin gözləntilərinə cavab verməsini təmin 

etməkdən ibarətdir.

"Bizim  bütün  işimizin  mərkəzində  ,  təməlində 

Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətən-

daşının  rahat,  rifah  içində  yaşaması  bizim  başlıca 

borcumuzdur"   fikirlərinin müəllifi olan Azərbaycan 

Respublikasının      Prezidenti    İlham  Əliyev  Böyük 

Britaniyanın  "The  Business Year"  jurnalına  müsahi-

bəsində  deyib:  "Bizim  həyata  keçirdiyimiz  siyasətin 

əsasında insan amili, vətəndaşlarımızın rifahı məsələsi 

dayanır. Bütün addımlarımız, gördüyümüz işlər Azər-

baycan  xalqının  maraqlarına  xidmət  edir.  Təbii  ki, 

xalqımızın etimadı, dəstəyi olmasaydı, biz bu nəhəng 

planları həyata keçirə bilməzdik." 

"Azərbaycan  Respublikasının  Konstitusiyasında 

dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respub-

likasının Referendum Aktının layihəsi ümumxalq mü-

zakirəsinə (referenduma) çıxarılaraq kütləvi informa-

siya vasitələrində dərc edilib. Ümumxalq səsverməsi 

(referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.

Referendum  aktı  layihəsində  Azərbaycan  Kons-

titusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 

maddənin  əlavə  olunması  nəzərdə  tutulur.  Əlavə  və 

dəyişikliklər  insan  hüquq  və  azadlıqlarının  qorun-

masına  təminat  verən  əsasların  təkmilləşdirilməsini; 

səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin for-

malaşdırılmasını, icra hakimiyyəti şaqulisinin və icra 

intizamının  möhkəmləndirilməsini;  həyata  keçirilən 

iqtisadi islahatların effektivliyini və ardıcıllığını təmin 

etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmil-

ləşdirilməsini;  qanunvericilik  hakimiyyətinin  fəa-

liyyəti  ilə  bağlı  yeni  tələblərin  müəyyən  edilməsini; 

dövlətin  təhlükəsizliyinə,  cəmiyyətdə  sabitliyə  əlavə 

təminatın yaradılmasını nəzərdə tutur. Ümumiyyətlə, 

dəyişikliklər  ölkədə  baş  vermiş  əsaslı  yeniliklərdən 

irəli gəlir və müasir dövrdə cəmiyyət həyatının əsas 

sahələrini əhatə edir.

Dəyişikliklərə nəzər yetirsək, yeni referendum ak-

tına əsasən, dövlət başçısı Milli Məclisi buraxmaq sə-

lahiyyətinə də malik olacaq, prezident seçilməklə bağ-

lı 35, deputat seçilməklə bağlı 25 yaş məhdudiyyəti 

aradan qaldırılacaq, prezidentlik müddəti 5 ildən 7 ilə 

qaldırılacaq, birinci vitse-prezident və vitse-prezident-

lər təyin olunacaq... Konstitusiyaya təklif edilən bu və 

ya digər dəyişikliklər Azərbaycanın inkişafı baxımın-

dan mühüm islahatlar kimi dəyərləndirilməlidir.

Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqla-

rı və azadlıqları" ilə bağlı fəslinin 15 maddəsinə əlavə 

və  dəyişiklik  nəzərdə  tutulmuşdur  ki,  bu  da  ümumi 

dəyişikliklərin  60  faizdən  çoxunu  təşkil  edir.  La-

yihəyə əsasən, insan ləyaqətinin qorunması, hüquq və 

azadlıqlara həm məhkəmə təminatı verilməsi, həm də 

onun inzibati qaydada müdafiə olunması, vətəndaşla-

rın əmək hüququnun daha etibarlı təminatı məqsədilə 

lokautun qadağan edilməsi, mülkiyyət konsepsiyasına 

Qərb hüquq sisteminə uyğun mütərəqqi sosial məsu-

liyyət anlayışının daxil edilməsi, dövlət orqanlarının 

vətəndaşa münasibətdə məsuliyyətinin yüksəldilməsi, 

mümkün özbaşınalıq hallarının qarşısını alacaq tələb-

lərin sərtləşdirilməsi, eyni tələblərin həm də bələdiy-

yələr və bələdiyyə qulluqçuları üçün müəyyənləşdiril-

məsi, fərdi məlumatların qorunmasına etibarlı təminat 

yaradılması,  insan  hüquq  və  azadlıqlarının  qanunla 

məhdudlaşdırılmasının  dövlət  tərəfindən  gözlənilən 

nəticəyə mütənasibliyinin təsbit olunması və s. insan 

və  vətəndaş  hüquq  və  azadlıqlarının  təmin  edilməsi 

yönündə olduqca mütərəqqi təkliflərdir.

Bundan  başqa,  dəyişikliklərə  və  əlavələrə 

əsasən,  sahibkarlıq  sahəsində  dövlətin  tənzim-

ləyici  funksiyasının  sərhədləri  dəqiq  müəyyən 

edilir, sahibkarlığın dövlət tərəfindən tənzimlən-

məsi liberallaşdırılır. Sahibkarlıq sahəsində yalnız 

dövlət  maraqlarının,  insan  həyat  və  sağlamlığı-

nın  müdafiəsi  ilə  bağlı  tənzimlənmənin  konkret 

məqsədi aydınlaşır və buna xidmət etməyən qay-

dalar lazımsız hesab edilir. Eyni zamanda, xüsusi 

mülkiyyətin  sosial  funksiyaları  vurğulanır,  onun 

cəmiyyətə  ziyan  vurmaq  imkanları  məhdudlaş-

dırılır.  Təklif  edilən  dəyişikliklər  vətəndaşların, 

o  cümlədən  sahibkarların  dövlət  məmurlarının 

özbaşınalıq və qanuna zidd davranışlarından qo-

runmasına  əlavə  təminat  yaradır.  Dəyişikliklər 

qəbul edildikdən sonra bu maddəyə əlavələr digər 

qanunlarda öz əksini tapacaq. Bələdiyyələrin və 

onların vəzifəli şəxslərinin vətəndaşlar qarşısında 

məsuliyyəti də artırılacaqdır.

Ümumiyyətlə,  qarşıdakı  referendumu  Azərbay-

canda  dövlətçiliyin  güclənməsinə,  cəmiyyətin  və 

xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş 

növbəti  təşəbbüs  kimi  bu  layihə  xüsusi  əhəmiyyətə 

malikdir.  Düşünürəm  ki,  istər  parlament  seçkiləri, 

istərsə də prezident seçkiləri ilə əlaqədar yaş həddinin 

götürülməsi  demokratik  prinsiplərin  gücləndirilməsi 

deməkdir.

Konstitusiya ilə bağlı təklif edilən bu dəyişikliklər 

dövrümüzün  tələblərinə  uyğundur.    Bu  dəyişikliklər 

konstitusiyamızın  və  idarəçilik  sisteminin  təkmilləş-

məsinə xidmət edir.

Azərbaycan Respublikasında   islahatların başlıca 

istiqamətini  cəmiyyət  üzvlərinin  maraqlarına  cavab 

verən,  onların  istək  və  tələblərini  dəqiqliklə  nəzərə 

ala bilən dövlət idarəetmə sisteminin yaradılması təş-

kil edir. Vətəndaşlara göstərilən dövlət xidmətlərinin 

keyfiyyətinin  yüksəldilməsi  istiqamətində  kompleks 

tədbirlərin həyata keçirilməsi də  demokratik islahat-

ların vacib istiqamətlərindən birini təşkil edir.



26  sentyabr  ümumxalq  səsverməsi  (referen-

dum) günüdür. Gəlin bir nəfər kimi, Azərbaycanın 

inkişafının  sürətlənməsinə  və  müstəqilliyimizin 

əbədiliyinə mühüm töhfə olacaq Konstitusiya isla-

hatlarına səs verək!

M. HƏSƏNOV,

siyasi elmlər üzrə fəlsəfə doktoru

BU SAYIMIZDA

DəniZ AKADeMiYASInDA 

“AçIq qApI Günü”

“ViKinq trAin” lAYihəSinin 

GələcəK perSpeKtiVləri 

MüZAKirə olUnUB

Bakıda “Vikinq train” layihəsinin gələcək perspektivlə-

ri müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyin-

dən bildirilib ki, müzakirələr sentyabrın 15-də “Azərbaycan 

Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Litva Respub-

likasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Val-

das  Lastauskas  ilə  keçirilən  görüşdə 

aparılıb.

Səh. 5

AZərBAYcAn preZiDenti  

ilhAM əliYeVin tUtArlI cAVABI  

SArKiSYAnA tərS Sillə effeKti VerDi

Öz ənənəsinə sadiq qalan Ermənistan prezidenti Serj 

Sarkisyan bütün tədbirlərdə olduğu kimi, MDB Dövlət Baş-

çıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən iclasın-

da da Azərbaycanla bağlı etdiyi qərəzli, təxribat xarakterli 

çıxışla əslində heç kəsi təəccübləndir-

mədi. 

Sentyabrın 9-da Azərbaycan Xəzər Dəniz Gəmiçili-

yinin Dəniz Akademiyasında “Açıq qapı günü” - yeni-

cə tələbə adını qazanan gənclər və onların valideynləri 

ilə görüş keçirilib. Görüşdə Gəmiçiliyin rəhbər işçiləri, 

donanma rəisləri, gəmi təmiri zavodlarının direktor-

ları, Bakı Gəmiqayırma Zavodunun və Gəmiçiliyin 

alyans tərəfdaşı olan “Caspian 

Marine Services Ltd” şirkətinin 

nümayəndələri iştirak ediblər.

Səh. 2

Səh. 3

Xəzər qazının Mərkəzi Avropaya 

nəql edilməsi üçün qaz kəməri 

tikintisi barədə saziş imzalanıb

iş ADAMI cəBəllütAriq 

BoğAZInI üZərəK KeçiB

“Sigma Technologies” şirkətinin sahibi olan 51 yaşlı 

Dino Sebti Cəbəllütariq boğazını 

üzərək keçən ilk mərakeşli kimi 

tarixə düşüb. 

nöVBəti oliMpiADAnIn 

təşKilAtçIlArI BU SəViYYəYə nAil 

olMAq üçün çoX çAlIşMAlIDIlAr

Budapeştdə  Avstriya,  Bolqarıstan,  Macarıstan,  Rumı-

niya və Avropa İttifaqı arasında qaz kəmərinin Rumıniya 

hissəsinin tikintisi barədə saziş imzalanıb.

Bu barədə “Euronews” agentliyinin “Mərkəzi və Cənubi 

Avropada beynəlxalq qaz kəməri real 

cizgilər  kəsb  edir”  adlı  materialında 

məlumat verilir.

Bakının ev sahibliyi etdiyi, sentyabrın 2-dən start götürən, 

sentyabrın 13-də Milli Gimnastika Arenasında təntənəli bağlanış 

mərasimi keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 

175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparırdı. 

Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord 

göstəricidir. Azərbaycan bu mötəbər yarışda üç kişi və üç qadın 

komandası ilə təmsil olunurdu.

On bir turdan ibarət yarışlarda kişilərin 

mübarizəsində  aktivində  20  xal  olan ABŞ 

millisi çempion adını qazandı. 



Səh. 6

Səh. 7

Səh. 8

26 sentyabr ümumxalq səsverməsi (referendum) günüdür    

AZərBAYcAnIn inKişAfInIn SürətlənMəSinə Və 

MüStəqilliYiMiZin əBəDiliYinə MühüM töhfə olAcAq 

KonStitUSiYA iSlAhAtlArInA SəS VerəK!

Respondentlərin 87 

faizi Konstitusiyaya əlavə 

və dəyişikliklərin zəruri 

olduğunu qeyd edib

Fransanın 

“Opinon 

Way” Tədqiqatlar İnstitutu 

Azərbaycanda  referendum 

öncəsi  mühitin  qiymətlən-

dirilməsi  məqsədilə  ölkə 

əhalisi arasında rəy sorğu-

su keçirib.

Sorğu 


müddətində 

Azərbaycanın bütün ərazisini əhatə etmək-

lə  kvotalı  təsadüfi  seçmə  metodologiyası 

əsasında müəyyənləşdirilmiş 1200 respon-

dentlə üz-üzə müsahibə aparılıb.

Tədqiqat  məqsədləri  üçün  3  blokda 

qruplaşdırılmış  12  sualdan  ibarət  sorğu 

anketindən  istifadə  edilib  ki,  bu  suallar 

respondentin  sosial-demoqrafiq  göstəri-

ciləri,  ölkədə  mövcud  siyasi-iqtisadi  və-

ziyyət haqqında baxışları və 

qarşıdan  gələn  referendu-

ma  çıxarılacaq  məsələlərə 

münasibətini  öyrənməyə 

istiqamətlənib.

Tədqiqat  müddətində 

rəyi soruşulanların 81 faizi 

Azərbaycan  Respublika-

sında  siyasi  sistemin  fəa-

liyyətindən  razı  olduğunu 

bildirib.  Respondentlərin 

93 faizi hazırda Azərbaycanda həyata ke-

çirilən işlərin düzgün istiqamətdə aparıldı-

ğı qənaətindədir.

Sorğuda iştirak edənlərin 96 faizi Pre-

zident  kimi  İlham  Əliyevin  öz  vəzifəsini 

uğurla icra etdiyini göstərib.

Respublikamızda  bir  sıra  problemlə-

rin  mövcud  olduğu  fikrində  olan  respon-

dentlər  ən  vacib  problemlər  kimi  Er-

mənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsini (77 faiz) və iqtisadi durumla 

bağlı çətinliyi (41 faiz) qeyd ediblər.

Rəyi öyrənilən respondentlərin 82 faiz 

sentyabrın 26-da keçiriləcək referendum-

da iştirak edəcəyini göstərib. Yalnız bütün 

respondentlərin  5  faizi  hələ  də  səsvermə 

prosesinə  qatılmaq  barədə  yekun  qərar 

vermədiyini bildirib.

Bütün respondentlərin 87 faizi Kons-

titusiyaya  təklif  edilən  əlavə  və  dəyişik-

liklərin ümumilikdə zəruri olduğunu qeyd 

edib.  Konstitusiyaya  təklif  edilən  bu  və 

ya digər əlavə və dəyişikliklər nəticəsində 

müvafiq sahələrin inkişafına təsirinə gəlin-

cə, respondentlərin 88 faizi bu təsirin müs-

bət olacağı qənaətindədir. Xüsusən də rəyi 

öyrənilənlər təhlükəsizliyin və müdafiənin 

təmin edilməsi və insan hüquqları və azad-

lıqlarının konstitusion təminatları ilə bağlı 

təkliflərin  bu  sahələrdə  gələcək  inkişafa 

stimul verəcəyini düşünürlər.



fransa şirkəti Azərbaycanda referendum öncəsi 

mühitin qiymətləndirilməsi məqsədilə sorğu keçirib

26 sentyabr 

qeyri-iş 

günüdür

Konstitusiyada dəyi-

şikliklər edilməsi məqsə-

di ilə sentyabrın 26-na 

ümumxalq səsverməsi 

(referendum) təyin edilib.

Sentyabrın  26-sı  bazar 

ertəsinə  təsadüf  edir.  Seçki 

Məcəlləsinin 8.2-ci maddə-

sinə əsasən, səsvermə günü 

seçki  (referendum)  keçi-

rilən ərazidə iş günü hesab 

olunmur.


Buna  görə  də  26  sent-

yabr  ölkədə  qeyri-iş  günü-

dür.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə