R b a y c a n X z r d n z g m



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix30.12.2017
ölçüsü0,51 Mb.
#18742
1   2   3   4   5   6   7   8

Öz ənənəsinə sadiq qalan 

Ermənistan prezidenti Serj Sarkis-

yan bütün tədbirlərdə olduğu kimi, 

MDB Dövlət Başçıları Şurasının 

sentyabrın 16-da Bişkekdə keçi-

rilən iclasında da Azərbaycanla 

bağlı etdiyi qərəzli, təxribat xa-

rakterli çıxışla əslində heç kəsi 

təəccübləndirmədi. Ermənistan 

prezidentinin boşboğazlığı, Azər-

baycan haqqında heç bir məntiqə 

sığmayan, yalan, böhtan xarakterli 

çıxışlar etməsi və özünü biabırçı 

vəziyyətə salması, belə görünür, 

artıq onda vərdişə çevrilib. Serj 

Sarkisyan Bişkekdəki çıxışı ilə 

erməni tərəfinin Ermənistan-Azər-

baycan, Dağlıq Qarabağ münaqişə-

sinin nizamlanmasında nəinki sülh 

istəmədiyini, hətta növbəti təxribat-

lar üçün əsas yaratmağa çalışdığını 

nümayiş etdirdi.

MDB  Dövlət  Başçıları  Şurası-

nın iclasında bu il aprelin əvvəlində 

Azərbaycan-Ermənistan  qoşunla-

rının təmas xəttində baş vermiş ha-

disələrlə  bağlı  ölkəmizdən  şikayət 

xarakterli yersiz çıxışı ilə Sarkisyan 

növbəti dəfə özünü biabır etdi.

Aprel  döyüşlərinin  Ermənistan 

tərəfinin  Azərbaycanın  işğal  olun-

muş  ərazilərində  ölkəmizə  qarşı 

silahlı təxribatı nəticəsində baş ver-

diyini sanki “unudan” Sarkisyan hə-

yasızcasına dedi ki, bu hadisələr hər-

bi itkilərə gətirib çıxarmaqla yanaşı, 

mülki vətəndaşların da həlak olması 

ilə nəticələnib və sülh prosesinə cid-

di zərbə vurub.

Qeyd  etdiyimiz  kimi,  Sarkis-

yan  həm  Ermənistandakı  tədbirlər-

də, həm də iştirak etdiyi beynəlxalq 

sammitlərdə,  konfranslarda  Azər-

baycan  haqqında  cəfəngiyat  dolu 

çıxışlar  edir.  Xüsusilə  də  erməni 

gənclərin, diaspor nümayəndələrinin 

qarşısında həmişə boşboğazlıq edən 

Ermənistan  dövlətinin  başçısı  Biş-

kekdə bir məqamı nəzərə almamışdı: 

onun  qarşısında  nə  beyni  zəhərlən-

miş erməni gəncləri, nə də xəyanət-

kar  diaspor  nümayəndələri  var  idi. 

Onun  qarşısında  həqiqəti  çox  gözəl 

bilən  dövlət  və  hökumət  başçıları, 

ən  əsası  isə  Azərbaycan  Prezidenti 

İlham Əliyev var idi. Yəqin o, çıxış-

ların  əlifba  sırası  ilə  edildiyinə  və 

Azərbaycan Prezidentinin artıq çıxı-

şının  başa  çatmasına  arxayın  olub 

belə “cəsarətlənmişdi”.

Azərbaycan  Prezidentinin  Er-

mənistan  dövlətinin  başçısına  sillə 

kimi dəyən sərt cavabı isə özünü çox 

gözlətmədi. Prezident İlham Əliyev 

əlifba sırası ilə çıxış etməli olan Be-

larus Prezidenti Aleksandr Lukaşen-

kodan  ona  danışmaq  üçün  imkan 

verməsini  xahiş  etdi  və  Ermənistan 

prezidentini  yerinə  oturtdu.  Erməni 

tərəfinin bu yersiz şikayətlərlə artıq 

bütün beynəlxalq təşkilatları bezdir-

diyini vurğulayan dövlətimizin baş-

çısı Sarkisyanın qərəzli çıxışına tam 

əsaslı cavab verərək dedi: “Təsəvvür 

edirsinizmi,  vəziyyət  kifayət  qədər 

paradoksaldır:  Ermənistan  suveren 

dövlətin  ərazisini  işğal  edir,  onun 

ərazi bütövlüyünü pozur, Dağlıq Qa-

rabağdan və ona bitişik yeddi rayon-

dan yerli azərbaycanlı əhalini qovur, 

bir milyon insanı qaçqın və məcburi 

köçkün vəziyyətinə salır, işğal edil-

miş ərazilərdə hər şeyi, o cümlədən 

tarixi,  dini,  mədəni  abidələrimizi, 

bütün  infrastrukturu  dağıdır,  -  bu, 

ATƏT-in iki missiyasının məruzələri 

ilə təsdiq edilib, - sonra isə 20 ildən 

artıq  müddətdə  danışıqlar  prosesini 

imitasiya etməklə məşğul olur. Eyni 

zamanda, bu prosesin sonsuz olması 

üçün  vaxtaşırı  müxtəlif  təxribatlara 

əl atır və onlardan biri məhz bu ilin 

aprelində  oldu.  Azərbaycanın  dinc 

sakinlərinin  beş  yüzdən  çox  evi  er-

məni  ordusu  tərəfindən  artilleriya 

atəşinə məruz qaldı, yüzdən çox ev 

dağıdıldı,  aralarında  uşaqlar  da  ol-

maqla,  təxminən  on  dinc  vətəndaş 

qətlə yetirildi, həlak oldu”.

MDB  Dövlət  Başçıları  Şurası 

iclasının  Qırğızıstanın  paytaxtında 

keçirilməsi  guya  Sarkisyana  Dağlıq 

Qarabağ  münaqişəsinin  nizamlan-

ması ilə bağlı 1994-cü ildə imzalan-

mış Bişkek protokolunu yada salıb. 

Amma  Sarkisyan  çıxışına  hazırlaş-

mamışdan  əvvəl  bu  sənədə  nəzər 

salsaydı, belə biabırçı vəziyyətə düş-

məzdi. Bu ilin aprelində atəşkəs reji-

minin pozulduğunu deyən Sarkisyan 

sözünə  “qüvvət”  vermək  üçün  Biş-

kek sazişinin “müddətsiz” bağlandı-

ğını bildirdi. Amma protokolda açıq 

şəkildə yazılıb ki, “tez bir zamanda 

müvafiq  razılaşmanın  bağlanması 

yolu  ilə  icra  hakimiyyəti  rəhbərləri 

və  nümayəndələrinin  silahlı  qarşı-

durmanın  dayandırılması  və  onun 

nəticələrinin  aradan  qaldırılması 

üzrə  səylərini  tam  dəstəkləyirlər...”. 

Görəsən, Sarkisyan “tez bir zaman-

da” və “müddətsiz” ifadələri arasın-

da fərqi görürmü? İyirmi ildən artıq 

bir  müddət  Ermənistana  təcavüzkar 

siyasətdən  imtina  etməyə  niyə  bəs 

etmir?..

Bişkek protokolu Sarkisyan üçün 

belə vacib sənəddirsə, niyə məhz ap-

rel  döyüşlərində  Azərbaycan  Ordu-

sundan sarsıdıcı cavab zərbəsi aldıq-

dan sonra bunu xatırlamaq qərarına 

gəlib.  Görünür,  zərbənin  təsiri  hələ 

keçməyib və keçməyəcək də. Amma 

bu sənəd yalnız atəşkəsin təmin edil-

məsi  deyil,  həm  də  işğal  olunmuş 

torpaqların  geri  qaytarılması,  BMT 

Təhlükəsizlik  Şurasının  qətnamələ-

rinin  yerinə  yetirilməsi,  məcburi 

köçkünlərin  doğma  yurd-yuvalarına 

qaytarılması, tez bir zamanda daya-

nıqlı sülhün əldə edilməsini nəzərdə 

tutur. Sarkisyan deyəndə ki 1994-cü 

il razılaşması qeyd-şərtsiz yerinə ye-

tirilməlidir, görəsən sənəddəki digər 

məqamların  üstündən  niyə  sükutla 

keçir?

Azərbaycan  Prezidenti  İlham 



Əliyev  beynəlxalq  tribunalarda 

dəfələrlə  bildirdiyi  həqiqətləri  bir 

daha  vurğulayaraq  Sarkisyanın  sə-

falət girdabına saldığı və səbri tükən-

miş ermənilərin qəzəbini soyutmağa 

və havadarlarından imdad diləməyə 

ünvanlanmış bu mənasız çıxışını tu-

tarlı dəlillərlə tamamilə alt-üst etdi: 

“Beynəlxalq  təşkilatlar  bu  məsələ-

nin  necə  tənzimlənməli  olduğunu 

çox dəqiq anlayırlar. Ali beynəlxalq 

struktur  var  –  BMT  Təhlükəsizlik 

Şurası. Bu strukturdan yüksəyi yox-

dur.  Təhlükəsizlik  Şurası  1990-cı 

illərin  əvvəllərində  dörd  qətnamə 

qəbul edib. Həmin sənədlərdə ermə-

ni  işğalçı  qüvvələrinin  Azərbaycan 

ərazisindən  qeyd-şərtsiz  və  dərhal 

çıxarılması  tələb  olunur.  Bu  qət-

namələr  yerinə  yetirilmir.  Ermənis-

tan onlara məhəl qoymur və keçmiş 

Dağlıq  Qarabağ  Muxtar Vilayətinin 

inzibati sərhədlərini süni şəkildə də-

yişdirməklə, həmin ərazini qanunsuz 

məskunlaşdırmaqla  yeni  reallıqlar 

yaratmağa çalışır. Bu, tamamilə qa-

nunsuzdur, cinayətdir və bu cinayət 

indiyə qədər davam edir”.

Beləliklə,  çıxışına  yalanla  baş-

layan  Ermənistan  prezidenti  siyasi 

cəhətdən  bəsirətsizliyini  göstərmək-

də davam etdi. Sarkisyan münaqişə-

nin  beynəlxalq  hüququn  norma  və 

prinsipləri  əsasında  siyasi  yollarla 

həll  edilməli  olduğunu  dedi.  Yəni, 

həqiqətənmi ona aydın deyil ki, bey-

nəlxalq  norma  və  prinsiplər  işğalçı-

nın tərəfində deyil və ola da bilməz? 

Dövlət və hökumət başçıları qarşısın-

da səriştəsiz olduğunu açıq nümayiş 

etdirmək ona bu qədərmi lazım idi?

Prezident  İlham  Əliyev  Sarkis-

yanın  bu  fikirlərinin  məhz  işğalçı 

Ermənistana  aid  olduğunu  sərt  şə-

kildə vurğulayaraq məsələnin həqiqi 

tərəflərini  bir  daha  diqqətə  çatdır-

dı: “Biz sülh prosesinə sadiqik. Biz 

konstruktiv  işləyirik.  Minsk  qrupu 

mövcuddur. Amma erməni tərəfi bu 

formatdan yalnız danışıqlar prosesi-

nin sonsuz olması üçün istifadə edir. 

Onlar  sülh  istəmirlər.  Onlar  bizim 

ərazilərimizi  daim  nəzarət  altında 

saxlamaq və hər yerdə Azərbaycanı 

bunda  ittiham  etmək  istəyirlər  ki, 

guya  biz  nəyisə  pozuruq.  Biz  zərər 

çəkmiş tərəfik. Biz heç kəsin ərazi-

sini işğal etməmişik. Bizim ərazilə-

rimiz,  beynəlxalq  birlik  tərəfindən 

tanınmış Azərbaycan ərazilərinin 20 

faizi işğal altındadır”.

Beləliklə, Ermənistan prezidenti 

Azərbaycan  Prezidentinin  faktlara 

əsaslanan tutarlı cavabının qarşısın-

da çıxılmaz vəziyyətə düşdü və təbii 

ki,  susmaq  məcburiyyətində  qaldı. 

Bu  sərt  cavabın  qarşısında  nə  isə 

danışmağın  yersiz  olduğunu  anla-

yan  Sarkisyan  özünü  gülünc  vəziy-

yətə salsa da, yenə də ona xas olan 

həyasızlıqdan  əl  çəkməyərək  “Ya-

lana cavab verməyin sadəcə mənası 

yoxdur”  deməklə  Prezident  İlham 

Əliyevin  qarşısında  məğlub,  aciz 

vəziyyətə düşdüyünü açıq-aşkar nü-

mayiş etdirdi. Onun Azərbaycanı gü-

nahlandırmaq üçün etdiyi cılız cəhd 

bu dəfə də uğursuzluqla nəticələndi.

Azərbaycan Prezidentinin “Mən 

yalana  artıq  cavab  verdim”  deməsi 

isə  Ermənistan  dövlətinin  başçısına 

növbəti dəfə tərs sillə effekti verdi.

Xatırladaq  ki,  Ermənistan  pre-

zidentinin  Azərbaycan  dövlətinin 

qarşısında  bu  cür  məğlub  duruma 

düşməsi  birinci  dəfə  deyil.  2014-

cü  il  aprelin  24-də  Praqada  dövlət 

və  hökumət  başçılarının  iştirakı  ilə 

“Şərq  tərəfdaşlığı”  Proqramının  5 

illiyinə  həsr  olunmuş  Sammitdə 

Türkiyənin  bu  Zirvə  toplantısında 

təmsil  olunmamasından  sui-istifadə 

edən  Ermənistan  prezidenti  çıxışı-

nı  bütünlükdə  qondarma  “erməni 

soyqırımı”  ilə  bağlı  mülahizələrə 

həsr  etmiş  və  qardaş  ölkəni  əsassız 

olaraq ittiham etmişdi. Dövlətimizin 

başçısı “bu masa arxasında Türkiyə 

nümayəndələri  yoxdur,  ancaq  mən 

buradayam”  deməklə  Ermənistan 

prezidentinə tutarlı cavab vermişdi.

Sərkisyanın  sərsəmliyi  onu  öz 

ölkəsində  də  üzüqara  edib.  Belə 

ki,  erməni  ekspertlər  Sərkisyanın 

Bişkekdə  özünü  biabır  etdiyini  və 

Azərbaycan  dövlət  başçısı  tərəfin-

dən miskin vəziyyətə salındığını bil-

dirirlər.  Ekspert  Qraçya  Qalustyan 

“ArmenianReport”a  təqdim  etdiyi 

yazıda bildirir ki, Sərkisyan Bişkek-

də Azərbaycan Prezidenti tərəfindən 

alçaldılıb  və  bu  vəziyyətə  düşmək-

dənsə “dezertilik” etsəydi daha yaxşı 

olardı.  Qalustyan  yazır:  “Beləliklə, 

Sərkisyan  MDB  dövlət  başçılarının 

Bişkekdə  keçirilən  sammiti  zamanı 

çıxış  edib.  O,  çıxışında Azərbayca-

nın  ünvanına  tənqidlər  səsləndirib. 

O, çıxışını və bu tənqidləri kağızdan, 

yavaş-yavaş, monoton, darıxdırıcı və 

bir  neçə  dəfə  səhv  edə-edə  oxuyur-

du.  Ona  görə  də  Sərkisyanın  çıxışı 

zalda  əyləşənlərdə  əsnəmək  yarat-

mışdı.  Təkcə  elə  bu  fakt  Sərkisyan 

və  Ermənistan  üçün  biabırçılıqdır. 

Bizim ölkəni savadsız, heç kim üçün 

maraqlı olmayan, çıxışı ilə publika-

ya təsir etməyi bacarmayan, natiqlik 

qabiliyyəti  olmayan  bir  şəxs  təmsil 

edir.  Ona  heç  öz  həmkarları  belə, 

qətiyyən  hörmət  etmir  və  bunu  heç 

gizlətmirlər  də.  Bu,  ilk  dəfə  deyil 

və  əvvəllər  dəfələrlə  təkrarlanıb,  o 

cümlədən  Rusiya  prezidenti  Putinin 

iştirakı  ilə.  Belarus  dövlət  başçısı 

Lukaşenko  da  açıq  şəkildə  Sərkis-

yana qarşı hörmətsizlik etdi. Məsələ 

ondadır ki, əlifba sırasına əsasən Lu-

kaşenko çıxış etməli idi. Amma Əli-

yev çıxış üçün ona şərait yaradılma-

sını  istədi  və  Lukaşenko  bu  imkanı 

yaratdı.  O,  istəsəydi  bundan  imtina 

edə  də  bilərdi.  Amma  nəyə,  kimə 

görə - Sərkisyana görəmi? Lukaşen-

konu hər şeyə görə tənqid etmək olar, 

bircə  praqmatizmə  görə  yox.  O,  tə-

bii ki, Əliyevə Sərkisyanı alçaltmaq 

imkanı  yaratdı.  Azərbaycan  Prezi-

dentinin çıxışının sərt tonu çox vacib 

idi.  Azərbaycan  Prezidenti  dedi  ki, 

Ermənistan  öz  şikayətləri  ilə  bütün 

beynəlxalq  təşkilatları  bezdirib.  Bu, 

çoxlu  KİV  nümayəndəsi  və  əsasən 

də  MDB  dövlət  başçılarının  qarşı-

sında  səsləndi.  Onlardan  heç  biri 

Əliyevə  narazılıq  bildirmədi  -  hətta 

Sərkisyanın öz çıxışında təşəkkür et-

diyi Rusiya və Qazaxıstan prezident-

ləri də. Bəs, bizim prezident nə etdi? 

Sadəcə, “yalana cavab verməyin, sa-

dəcə, mənası yoxdur” dedi. O dəqiqə 

də  Azərbaycan  dövlət  başçısından 

cavab aldı: “Mən yalana artıq cavab 

verdim”. Görəsən, biz alçalmağa nə 

vaxta  qədər  dözəcəyik?  Görəsən, 

bizi  belə  tədbirlərdə  lazım  olanda 

qaçmağı  belə,  bacarmayan  adamlar 

nə vaxta qədər təmsil edəcəklər?”. 

A Z

R B A Y C A N



X Z R D N Z G M

L Y


И

ИЧИ И И


23 sentyabr 2016-cы il   № 61-64 (9067)

2

Şərqlə-Qərbin, Şimalla-Cənu-

bun qovşağında yerləşən Azərbay-

can, unikal coğrafi mövqeyə malik 

olan dünyanın nəqliyyat sektorunda 

baş verən proseslərdən kənarda 

qalmayıb. Əksər hallarda isə bu 

proseslərin təşəbbüskarı elə Azər-

baycandır. Qloballaşan dünyada 

ölkəmizin bu sahədə rolu artaraq 

strateji əhəmiyyət kəsb edir. Azər-

baycan dünyanın ən mühüm və bö-

yük yol ayrıcı kimi qəbul olunur. Bu 

baxımdan da, “yol ayrıcı”nın yarat-

dığı imkanlardan səmərəli istifadəni 

təmin etməklə tranzit xidmətlərini 

postneft dövründə büdcənin əsas 

gəlir mənbələrindən birinə çevirmək 

qarşıda duran başlıca vəzifələrdən 

biridir. Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyevin siyasi 

dəstəyi ilə dövlət maraqlarını təmin 

edəcək irimiqyaslı işlər görülür. 

Ölkəmizdə tranzit yükdaşımaları 

stimullaşdırılmasına dair, dövlət 

başçısının imzaladığı çoxsaylı sərən-

cam və fərmanlar, verdiyi qərarlar, 

yüksək səviyyədə apardığı danışıqlar 

bu sahənin inkişafını təmin edəcək.

Azərbaycan  hökumətinin,  xüsusən 

“Azərbaycan  Dəmir  Yolları”  QSC-nin 

beynəlxalq  nəqliyyat  dəhlizlərində  fəal 

iştirakı,  tranzit  daşımalarının  artırılması 

və  müvafiq  infrastrukturun  inkişaf  etdi-

rilməsi  məsələlərini  aktuallaşdırması  və 

gündəliyə  gətirməsi,  strateji  baxımdan 

olduqca  mühüm  addımdır.  Həm  də,  bu 

addım zaman etibarı ilə tam yerinə düş-

dü. Ona görə ki, bunun üçün hazırda çox 

əlverişli konyuktura və siyasi şərait möv-

cuddur.

Azərbaycan  üçün  hazırda  prioritet 



olan  Transxəzər  Beynəlxalq  Nəqliyyat 

Marşrutu və Beynəlxalq “Şimal-Cənub” 

Nəqliyyat dəhlizi ilə yanaşı, Cənub-Qərb 

və  Vikinq  layihələrinin  işləməsi  üçün 

səylər göstərilir.

Transxəzər  Beynəlxalq  Nəqliyyat 

Marşrutunun  (TBNM)  məqsədi  Çin, 

Mərkəzi Asiya,  Xəzər  və  Qara  dənizlə-

ri hövzələri və Avropa ölkələrindən yük 

daşımaları dövriyyəsini Azərbaycan üzə-

rindən keçməklə hər iki istiqamətdə artı-

raraq, dövriyyə dinamikasının rəqabətli-

yini  gücləndirməkdir.  TBNM  dəhlizinin 

iqtisadi  əsaslandırılması  və  potensialın 

müəyyən  edilməsi  üçün  Avropa  İttifaqı 

və  Çin  arasındakı  106  milyon  tondan 

artıq və dəyəri 520 milyard avrodan çox 

ticarət dövriyyəsini qeyd etmək lazımdır. 

TBNM  vasitəsilə  yükdaşımaları  12  gün 

ərzində  həyata  keçirilir  və  multimodal 

daşımanı  bu  marşrut  üzrə  əlverişli  edir. 

Artıq  TBNM  vasitəsi  ilə  3  yük  qatarı 

Çindən Avropa istiqamətində nəql edilib. 

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi 

yekunlaşdırılandan sonra, minimum gün-

də  1  qatarın  bu  marşrutla  nəql  edilməsi 

planlaşdırılır. Şərq-Qərb nəqliyyat dəhli-

zində Azərbaycanın logistik imkanlarının 

artırılması  istigamətində  vacib  addımlar 

atılır. Hazırda, məhz Azərbaycanın təşəb-

büsü ilə Türkiyə və Gürcüstanın da işti-

rak  etdiyi  Bakı-Tbilisi-Qars  dəmir  yolu 

tikilir. Bu yol istismara verildikdən sonra 

Azərbaycan ilk dəfə Avropaya dəmir yolu 

şəbəkəsinə çıxış əldə edəcək. Paralel ola-

raq Azərbaycanın  özündə  zəruri  infrast-

ruktur segmentləri yaradılmaqdadır. Yeni 

Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Limanı 

kompleksinin  bərə  terminalının  fəaliy-

yətə başlaması dəmir yol vasitəsilə yük-

daşımaların əhəmiyyətini artıracaq. Eyni 

zamanda Bakı Beynəlxalq Dəniz Ticarət 

Limanı ərazisində azad iqtisadı zona da 

yaradılacaq,  bununla  əlaqədar,  artıq  bir 

çox xarici şirkətlərlə müqavilələr bağla-

nıb. Bu əməkdaşlıq nəticəsində regionda 

ilk dəfə sürücüsüz daşıma, yəni öz-özünü 

idarə  edən  və  süni  intellektə  sahib  nəq-

liyyat  vasitələrinin  istifadəsi  tətbiq  olu-

nacaq.  Hazırda  Bakının  Ələt  qəsəbəsi 

yaxınlığında  özündə  nəqliyyat  və  logis-

tika  sənayesi,  əczaçılıq  klasteri,  ümumi 

istifadə üçün neft təchizatı bazası obyekt-

ləri,  o  cümlədən  emaletmə,  qablaşdır-

ma  və  etiketləmə  ərazilərini  birləşdirən 

Azad  Ticarət  Zonası  da  daxil  olmaqla 

müasir  liman  kompleksi  inşa  edilir.  Bu 

yeni xidmətlərinin tətbiqi, Azərbaycanda 

gələcəkdə gəlirlərin artmasını təmin edən 

amillərdəndir.

“Şimal-Cənub”  Beynəlxalq  Nəq-

liyyat  Dəhlizi  tranzit  dəhlizləri  arasında 

mühüm  əhəmiyyət  kəsb  edən  dəhlizlər-

dən  biridir.  Bu  layihə  Hindistan,  Hind 

okeanı sahilində yerləşən dövlətləri, İran, 

Azərbaycan,  Rusiya  və  Skandinaviya 

dövlətlərini vahid nəqliyyat marşrutunda 

birləşdirir. Rusiya ilə Hindistan arasında 

illik ticarət dövriyyəsi 8,3 milyon ton (8 

milyard  avro),  Rusiya  və  İran  arasında 

- 4 milyon ton (1,3 milyard avro), Rusi-

ya və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) 

arasında  –  5,5  milyon  ton  (2,7  milyard 

avro) təşkil edir, Finlandiyanın isə Hin-

distan ilə illik ticarət dövriyyəsi 341 min 

ton (651 milyon avro), İran ilə - 10 min 

ton (41 milyon avro), Körfəz Əməkdaşlıq 

Şurası (KƏŞ) ilə - 1 milyon ton (1,6 mil-

yard avro) təşkil edir və bu dövriyyələrin 

əsas hissəsi Hind Okeanından Süveyş ka-

nalı, Aralıq dənizi və Baltik dənizi vasitə-

silə daşınmaqdadır. Şimal-Cənub Tranzit 

Dəhlizi  digər  marşrutlarla  müqayisədə 

(xüsusilə, Süveyş kanalından keçən dəniz 

yolu) əsas üstünlüyü tranzit məsafəsinin 

və tranzit vaxtının iki-üç dəfə az olması-

dır. Hazırda, Azərbaycanla İran arasında 

yüklər  avtomobillər  vasitəsilə  daşınır, 

dəhlizin digər hissələrində isə dəmir yolu 

ilə.  Azərbaycan  və  İran  dəmir  yolları 

birləşdirildikdən  sonra  yükdaşımaların 

xərcləri daha da aşağı düşəcək və bu amil 

tranzit  yüklərinin  çoxalmasına  xidmət 

edəcək.


Azərbaycanın  tranzit  potensialını 

artıracaq  və  digər  nəqliyyat  layihələri 

arasında  mühüm  əhəmiyyət  kəsb  edən 

layihələrdən  biri  də,  Cənub–Qərb  nəq-

liyyat  dəhlizi  hesab  olunur.  Dəhliz  İran 

Körfəzi  /  Hindistan  –  İran  –  Azərbay-

can – Gürcüstan – Qara dəniz – Avropa 

marşrutu üzrə fəaliyyət göstərəcək. Qeyd 

olunan nəqliyyat dəhlizinin inkişaf pers-

pektivi Avropa İttifaqı ölkələri ilə ticarət 

dövriyyəsini  ildən  –  ilə  genişləndirən 

Hindistan  dövlətidir.  Avropa  İttifaqı  ilə 

Hindistan arasında cari ticarət dövriyyə-

si illik 25,5 milyon ton təşkil edir və bu 

dövriyyənin  94  faizi  Hind  okeanından 

Süveyş kanalı və Aralıq dənizi vasitəsi ilə 

Avropa İttifaqına daşınmaqdadır. Bundan 

əlavə, 2014 – cü ilin statistik məlumatla-

rına görə Avropa İttifaqı ölkələrinin İran 

və  Körfəz  Ölkələri  Əməkdaşlıq  Şurası 

ölkələri ilə ticarət dövriyyəsi 207,1 mil-

yard ABŞ dolları təşkil etmişdir. Cənub–

Qərb Tranzit Dəhlizinin daşıma müddəti 

baxımından 50 faiz qısa və tranzit qiymə-

ti baxımından isə rəqabətə davamlıdır.

Birləşmiş  nəqliyyat  qatarı  “Vikinq” 

Layihəsinin  marşrutu  Litva,  Belarus  və 

Ukrayna  ərazisindən  keçərək  Baltik  re-

gionun  dəniz  xətlərini  Qara  dəniz  və 

Xəzər  dənizinin  analoji  xətləri  ilə  bir-

ləşdirir.  Layihənin  əsas  məqsədlərindən 

biri TRASEKA dəhlizi vasitəsilə Şimali 

Avropadan Mərkəzi Asiya, Çin, Əfqanıs-

tan,  Pakistan,  Hindistan  və  İran  körfəzi 

ölkələri istiqamətində əlavə yüklərin də-

mir yolu ilə daşınmasına cəlb etməkdir.

“ADY Express” şirkətindən bildirilib 

ki, nəzərə alsaq ki, 2016-cı ilin 7 ayı ər-

zində, təkcə dəmir yolu vasitəsi ilə, 9 mil-

yon tona yaxın yük daşınıb, ilin sonuna 

qədər bu rəqəm 16 milyon tona çatacaq. 

2014-sü  ildə  isə  Azərbaycanda  dəmir 

yolu  vasitəsi  ilə  21  milyon  tona  yaxın 

yük nəql edilib. Reallaşdırılan nəqliyyat 

dəhlizləri,  tikintisi  başa  çatan  nəqliyyat 

qovşaqları,  yaradılan  hablar  tam  fəaliy-

yətə  başladıqdan  sonra  isə  Azərbaycan 

ərazisindən  daşınan  yüklərin  həcmi  ildə 

50  milyon  tona  çata  bilər.  Burada  həm 

Azərbaycan  dəmir  yolları,  həm  Azər-

baycan  Dəniz  Gəmiçiliyinin,  həm  Bakı 

Beynəlxalq  Dəniz Ticarət  Limanının  və 

tranzit  yükdaşımalarda  xidmət  göstərən 

digər dövlət qurumlarının ümumi gəlirlə-

rini hesablayanda (hər nəql olunan 1 ton 

yükə ümumən təxminən 50 ABŞ dolları), 

Azərbaycan dövlətinin görəcək faydasını 

(hər il təxminən 2,5 milyard ABŞ dolları) 

görmək çətin deyil.

Azərbaycanın  apardığı  regional 

ticarət  siyasətinin  xüsusiyyəti  ondan 

ibarətdir  ki,  bu  4  marşrutların  konkret 

coğrafi  və  yükdaşıma  çərçivəsi  olsa  da, 

gələcəkdə  onlar  arasında  bəzi  sinerjilər 

yaradıla bilər. Onların hərəsi digərini ta-

mamlayaraq, bu ticarət siyasətinin təmə-

lində  duran  yükdaşımalarının  şaxələn-

dirilməsini  təmin  edə  bilər. Azərbaycan 

ərazisindən  keçən  bu  4  tranzit  dəhliz-

lərin  təkmilləşdirilməsi  dəniz  və  dəmir 

yolu  nəqliyyatı  üçün  uzunmüddətli  eti-

barlı  bazarın  formalaşmasında,  ticarət 

əlaqələrinin  genişləndirilməsində,  yük 

daşımaları ilə bağlı infrastruktur sahələ-

rinin inkişafında faydalı olacaq. Nəqliy-

yat dəhlizlərinin potensialından səmərəli 

istifadə, həmçinin gələcəkdə bu sahənin 

qeyri-neft  sektorunda  xüsusi  çəkisinin 

artması ilə nəticələnəcək.

nəqliYYAt DəhliZlərinin potenSiAlInDAn SəMərəli iStifADə, həMçinin GələcəKDə BU 

SAhənin qeYri-neft SeKtorUnDA XüSUSi çəKiSinin ArtMASI ilə nəticələnəcəK

AZərBAYcAn preZiDenti ilhAM əliYeVin tUtArlI 

cAVABI SArKiSYAnA tərS Sillə effeKti VerDi

“transxəzər şərq-qərb 

ticarət və tranzit 

Dəhlizi” mövzusunda 

forum keçirilib

Vyanada Azərbaycan 

Respublikasının Avstriyadakı 

səfirliyinin təşəbbüsü və təşki-

latçılığı ilə Avstriya İqtisadiyyat 

Palatası və Türkiyə, Gürcüstan, 

Qazaxıstan və Türkmənista-

nın Avstriyadakı səfirlikləri ilə 

birgə “Transxəzər Şərq-Qərb 

Ticarət və Tranzit Dəhlizi” 

mövzusunda forum keçirilib.

Forumu  giriş  sözü  ilə  Avst-

riya  İqtisadiyyat  Palatasının  vit-

se-prezidenti Rixard Şents açaraq, 

Şərq-Qərb  nəqliyyat  dəhlizinin 

əhəmiyyəti, onun Avropa və Asiya 

arasında  ticarət  və  iqtisadi  əmək-

daşlığa  verə  biləcəyi  töhfə  barə-

sində danışıb.

Daha  sonra  ölkəmizin  Avstri-

yadakı  səfiri  Qalib  İsrafilov  çıxış 

edib.  O,  belə  bir  aktual  və  vacib 

mövzu  barədə  forumun  təşkilinə 

verdikləri  dəstəyə  görə  Avstriya 

İqtisadiyyat  Palatasına,  həmçinin 

Türkiyə,  Gürcüstan,  Qazaxıstan 

və  Türkmənistanın  Avstriyadakı 

səfirliklərinə təşəkkürünü bildirib. 

Natiq Şərq-Qərb Ticarət və Tranzit 

Dəhlizinin təkcə nəqliyyat dəhlizi 

deyil - qeyd olunan dəhliz üzərin-

də yaşayan xalqların mədəniyyət-

lərini birləşdirən bir vasitədir, deyə 

bildirib.  Daha  sonra  qeyd  olunan 

ölkələrin Avstriyada akkreditasiya 

olunmuş səfirləri çıxış ediblər.

Tədbirin  rəsmi  hissəsindən 

sonra  Azərbaycan,  Gürcüstan, 

Qazaxıstan, Türkmənistan və Tür-

kiyənin  aidiyyəti  dövlət  qurumla-

rının, həmçinin nəqliyyat və logis-

tika  şirkətlərinin  nümayəndələri 

qısa  təqdimatlarla  çıxış  ediblər. 

Tədbir Avstriya  və  region  ölkələ-

rindən  olan  nəqliyyat  şirkətləri 

arasında  ikitərəfli  görüşlərlə  ye-

kunlaşıb.

Elgün Niftəliyev

“Xankəndi” gəmisinin  

2017-ci ilin əvvəllərində  

tamamlanması planlaşdırılır

“Şahdəniz-2” layihəsi 

çərçivəsində ilk dəfə olaraq 

Xəzər dənizində sualtı  

infrastruktur yaradılır. Bu-

nun üçün hazırda “Xankən-

di” adlı sualtı əməliyyatlar 

üzrə ixtisaslaşmış xüsusi gəmi 

tikilir. Gəmi Bakı Gəmiqayır-

ma Zavodunda inşa olunur. 

Zavod “Xankəndi” layihəsini 

2017-ci ilin əvvəllərində ta-

mamlamağı planlaşdırır.

Zavod  həmçinin  SOCAR-ın 

dənizdə  neft-qaz  əməliyyatları-

nın  genişləndirilməsi  məqsədilə 

inşa  etdirdiyi  müasir  tələblərə 

cavab verən 6-cı nəsil yarımdal-

ma qazma qurğusunun tikintisin-

də  də  fəal  iştirak  edib.  Dənizin 

1000  metrədək  dərinliklərində 

12 min metr qazma gücünə ma-

lik  qurğunun  pantonlarının  və 

üst  göyərtələrinin  inşası  burada 

tikilib təhvil verilib. Maliyyələş-

dirilməsi  Dövlət  Neft  Fondu  ilə 

birgə  həyata  keçirilən  qurğunun 

tikintisi gələn ilin əvvəlində başa 

çatdırılacaq, bununla da Xəzərdə 

aparılan qazma işləri daha da in-

tensivləşdiriləcək.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə