R b a y c a n X z r d n z g m



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix30.12.2017
ölçüsü0,51 Mb.
#18742
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


23 sentyabr 2016-cы il   № 61-64 (9067)

3

hərbi gəmi tankerlə 

toqquşub

Filippində  ölkənin  Hərbi-Dəniz 

Qüvvələrinə məxsus gəmi Liberiya bay-

rağı altında üzən tankerlə toqquşub.

RİA Novosti agentliyinin verdiyi xə-

bərə  görə,  qəza  nəticəsində  zərərçəkən 

olmayıb, hərbi gəmiyə cüzi ziyan dəyib.

Məlumata  əsasən,  tankerlə  hərbi 

gəmi  Zamboanqa  şəhəri  yaxınlığında, 

sahildən 1 km aralıda toqquşub.

Faktla  bağlı  araşdırma  aparılır.  Fi-

lippin  Sahil  Mühafizəsi  Xidməti  heyəti 

yerli və Ukrayna vətəndaşlarından ibarət 



tankerin yola düşməsinə qadağa qoyub.

Biz fəxr edirik ki, Azərbaycanda savad-

lılıq  təxminən  100  faizdir.  Bu,  çox  böyük 

göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar 

savadlı,  bilikli  olsunlar,  gələcəkdə  özləri 

üçün  gözəl  həyat  qura  bilsinlər,  dövləti-

miz üçün dəyərli vətəndaşlar olsunlar. Ona 

görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. 

Bu istiqamətdə də islahatlar aparılır. Eyni 

zamanda, müəllimlərin fəaliyyətini stimul-

laşdırmaq  üçün  islahatlar  aparılır.  Müəl-

limlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, 

hər bir məktəbin əsas qiyməti onun fəaliy-

yətinin  göstəriciləri  ilə  bağlıdır.  Hər  bir 

məktəb  çalışmalıdır  ki,  təhsilin  səviyyəsi 

yüksək olsun.

Azərbaycan uğurla inkişaf edən ölkədir. 

Son illər ərzində biz bütün istiqamətlər üzrə 

böyük nailiyyətlərə imza atmışıq. Elə etmə-

liyik  ki,  bu  inkişaf  dayanıqlı  olsun.  Buna 

nail olmaq üçün isə əlbəttə ki, insanlar ha-

zırlıqlı,  gənclər  bilikli  olmalıdırlar.  Əgər 

inkişaf  etmiş  ölkələrin  tarixinə  və  bu  gü-

nünə baxsaq, görərik ki, o ölkələrdə təhsil, 

texnologiya, elm inkişaf edir. Biz də bu yolla 

gedirik.  Azərbaycanda  gənc  nəslin  bilikli, 

savadlı olması ölkəmizi gücləndirir. Çünki 

iqtisadiyyatda,  sənayedə,  bütün  sahələrdə 

çox  gözəl  mütəxəssislər  lazımdır.  Ölkəmi-

zin çox uğurlu inkişaf dinamikası var. Kadr 

hazırlığı,  mütəxəssislər,  peşəkarlar  əlbəttə 

ki, bu dinamikaya əlavə güc verəcək. Ona 

görə, təhsilin keyfiyyəti ilə bağlı çox önəmli 

addımlar atılır, islahatlar aparılır.

… Bizim gənc nəslimiz vətənpərvər ol-

malıdır, milli ruhda böyüməlidir. Burada da 

əlbəttə  ki,  müəllimlərdən  çox  şey  asılıdır. 

Gənclərin həm ailələrdə, həm məktəblərdə 

milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət 

daşıyır. Xüsusilə indiki şəraitdə ki, dünya-

da  müxtəlif  proseslər  gedir,  qloballaşma 

adı  ilə  faktiki  olaraq  eyniləşmə  siyasəti 

aparılır,  kütləvi  informasiya  vasitələri  ilə 

müxtəlif təxribatlar ortaya atılır. Ona görə, 

Azərbaycan  cəmiyyəti  bundan  sonra  da 

çox  möhkəm,  milli,  mənəvi  dayaqlar  əsa-

sında inkişaf etməlidir. Bu gün bu, belədir. 

Bu gün bizim siyasətimizin təməlində mil-

li  maraqlarımız,  milli  dəyərlərimiz,  Azər-

baycan dəyərləri dayanır. Bu dəyərlər hər 

bir Azərbaycan vətəndaşı üçün hər şeydən 

üstün  olmalıdır.  Elə  etməliyik  ki,  gələcək 

nəsil  də  bu  istiqamətdə  inkişaf  etsin.  Ona 

görə, vətənpərvərlik, Vətənə olan bağlılıq, 

milli  mənəvi  dəyərlər  məktəblərdə  mütləq 

geniş  vüsət  almalıdır,  müəllimlər  də  bu 

istiqamətdə  daha  fəal  iş  aparmalıdırlar. 

Xüsusilə nəzərə alsaq ki, xalqımız çox iste-

dadlı  xalqdır,  dünya  xəzinəsinə  çox  böyük 

töhfələr veribdir, tarix boyu bizim görkəmli 

nümayəndələrimiz dünya üçün böyük işlər 

görmüşlər.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanın haqlı mövqeyi 

açıq-aşkar dəstəklənir

Sentyabrın 13-18-də Venesuela 

Bolivar Respublikasının Marqarita 

adasında Qoşulmama Hərəkatına 

üzv ölkələrin dövlət və hökumət 

başçılarının “İnkişaf naminə sülh, 

suverenlik və həmrəylik” devizi altın-

da XVII Sammiti keçirilib.

Sammitin  yekun  sənədində  Ermə-

nistan-Azərbaycan, Dağlıq Qarabağ mü-

naqişəsi ilə bağlı bənd də yer alıb.

Yekun  sənəddə  dövlət  və  hökumət 

başçıları  BMT  Təhlükəsizlik  Şurasının 

qəbul  etdiyi  dörd  qətnaməyə  baxma-

yaraq,  Ermənistan-Azərbaycan  mü-

naqişəsinin  hələ  də  həll  olunmaması, 

beynəlxalq və regional sülh və təhlükə-

sizliyi  təhdid  altında  qoymaqda  davam 

etməsi ilə bağlı təəssüf ifadə ediblər. On-

lar BMT Nizamnaməsində öz əksini tap-

mış gücdən istifadə etməmək prinsipinin 

önəmini  bir  daha  təsdiq  edib,  tərəfləri 

münaqişəni  Azərbaycan  Respublikası-

nın ərazi bütövlüyü, suverenliyi və bey-

nəlxalq  səviyyədə  tanınmış  sərhədləri 

əsasında həll etməyə çağırıblar.

Beləliklə, 120 dövlətin üzv olduğu, 

BMT-dən  sonra  dünya  miqyasında  ən 

çox  ölkənin  təmsil  olunduğu  nüfuzlu 

beynəlxalq təsisatın - Qoşulmama Hərə-

katının  yekun  sənədində  Azərbaycanın 

haqlı  mövqeyi  açıq-aşkar  dəstəklənir. 

Bu, Ermənistanın beynəlxalq miqyasda 

aldığı daha bir zərbə, Azərbaycan diplo-

matiyasının isə daha bir uğurudur.



Bərə qəzası nəticəsində 

18 nəfər həlak olub

Tailandın mərkəzi hissəsində

Ayutthay şəhəri yaxınlığında çay 

bərəsinin qəzaya uğraması nəticəsin-

də azı 18 nəfər həlak olub.

TASS  informasiya  agentliyi  xəbər 

verir ki, həyatını itirənlər arasında qa-

dınlar və bir uşaq da var.

İnsident  nəticəsində,  həmçinin  10 

nəfərdən çox insanın itkin düşdüyü bil-

dirilir.  Qəza  yerində  axtarış-xilasetmə 

işləri davam edir.

Qeyd  edək  ki,  Çaoprayya  çayında 

150 nəfər sərnişin daşıyan bərə Banq-

kokdan  80  kilometr  məsafədə  körpü 

dirəyinə çırpılaraq batıb. Bərə dini mə-

rasimdən  sonra  Ayutthay  şəhərindən 

Banqkoka qayıdan müsəlmanları daşı-

yırmış.

Bərənin 67 yaşlı kapitanı polis tərə-



findən saxlanılıb və ona qarşı təhlükəli 

idarəetmə  və  həddən  artıq  yüklənmiş 

gəmi  ilə  reysə  çıxmaqla  bağlı  ittiham 

irəli sürülüb.



2004-cü ildən etibarən 15 sent-

yabr bütün respublikamızda Pre-

zident Sərəncamı ilə “Bilik günü” 

kimi qeyd edilir. Möhtərəm Prezi-

dentimiz cənab İlham Əliyevin çox-

şaxəli fəaliyyətində Gənclər siyasəti 

çox mühüm yer tutur. Gənclər ölkə-

mizin ictimai-siyasi, sosial-iqtisadi, 

elmi-mədəni  həyatında böyük rol 

oynayırlar və Azərbaycanda gənclər 

siyasəti həmişə dövlət siyasətinin 

əsas tərkib hissəsi kimi xüsusi əhə-

miyyətə malikdir.

Dövlət başçısının bu siyasəti Azər-

baycan  Xəzər  Dəniz  Gəmiçiliyinin 

rəhbərliyi  tərəfindən  tam  dəstəklənir 

və  bizim  strukturlarda  uğurla  həyata 

keçirilir.  Gəmiçilikdə  gənclərə  hər  bir 

sahədə  yer  verilir,  bütün  lazımi  şərait 

yaradılır. Ali  təhsilli  dənizçi  kadrların 

hazırlanması  zərurətini  nəzərə  alaraq, 

Azərbaycan Dövlət Dəniz Akademiya-

sında tədris prosesi, onun maddi-texni-

ki  bazası,  laboratoriya  və  trenajorları 

ildən-ilə  təkmilləşdirilir,  yeni,  müasir 

avadanlıqlar alınır.

Sevindirici haldır ki, sentyabrın 15-

də Dəniz Akademiyasının yeni korpusu 

tələbələrin  istifadəsinə  verilib.  Kazım 

Kazımzadə küçəsi, 127 ünvanda, “Elm-

lər  Akademiyası”  metrosunun  yaxın-

lığında  yerləşən  dördmərtəbəli  binada 

Xəzər Dəniz Gəmiçiliyinin vəsaiti he-

sabına  əsaslı  təmir  işləri  görülüb,  əra-

zisi abadlaşdırılıb. Yeni tədris korpusu-

nun foyesində Ümummilli lider Heydər 

Əliyevin  zəngin  həyat  yolundan  bəhs 

edən guşə yaradılıb, burada Ulu Öndə-

rin büstü qoyulub. Heydər Əliyev guşə-

sində  toplanan  eksponatlar  gənclərin 

dövlətçilik  və  vətənpərvərlik  ruhunda 

tərbiyəsində mühüm rol oynayır.

Tədris  korpusunda  20  auditoriya, 

o  cümlədən  kompyuter  otağı,  geniş 

akt zalı, 240 nəfərlik yeməkxana təşkil 

olunub, binanın istilik sistemi yenidən 

qurulub. Burada təmizlik və səliqə-sah-

man  göz  oxşayır.  Auditoriyalar  inter-

net,  proyektor  avadanlıqları  və  əyani 

vəsaitlərlə tam təmin edilib, müəllimlər 

üçün də hər cür şərait yaradılıb.  

Gəmiçilik sistemində bu tədris ilin-

dən daha bir təhsil müəssisəsi fəaliyyətə 

başlayır.  Nazirlər  Kabinetinin  19  may 

2016-cı il tarixli, 197 nömrəli qərarı ilə 

Təhsil  Nazirliyinin  Dəniz  Balıq  Səna-

yesi Kolleci “Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyə-

tinin  tabeliyinə  verilib  və Azərbaycan 

Dənizçilik  Kolleci  adlandırılıb.  Gəmi-

çiliyin rəhbərliyi Dənizçilik Kollecinin 

fəaliyyəti ilə bağlı zəruri tədbirlər həya-

ta keçirib. İndiyə qədər özünün binası 

olmayan  bu  kollec  üçün  Əhmədlidə 

tədris binası ayrılıb. Bilik gününə qədər 

bu bina da tam təmir edilərək, sentyab-

rın 15-də istifadəyə verilib.

Binada 44 tədris otağı, idman zalı, 

foye və dəhlizlər əsaslı təmirdən çıxıb, 

ərazidə böyük həcmdə abadlıq işləri gö-

rülüb, yeni hasar çəkilib, asfalt döşənib.

Bilik günü həm Dəniz Akademiya-

sı, həm də Dənizçilik Kolleci qapılarını 

tələbələrin üzünə açdı, yeni tədris ilinə 

start  verildi.  Dənizçi  peşəsi  insandan 

fədakarlıq, bilik, iradə tələb edir və indi 

hər şey gənclərin özlərindən asılıdır. Bu 

çətin yolda onlara uğurlar arzulayırıq.



Vüqar  SADIQOV

AZərBAYcAn DöVlət DəniZ AKADeMiYASInIn 

Yeni təDriS KorpUSU iStifADəYə VerilDi

Sentyabrın 9-da Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyinin Dəniz Akade-

miyasında “Açıq qapı günü” - yeni-

cə tələbə adını qazanan gənclər və 

onların valideynləri ilə görüş keçirilib. 

Görüşdə Gəmiçiliyin rəhbər işçiləri

donanma rəisləri, gəmi təmiri zavodla-

rının direktorları, Bakı Gəmiqayırma 

Zavodunun və Gəmiçiliyin alyans 

tərəfdaşı olan “Caspian Marine Ser-

vices Ltd” şirkətinin nümayəndələri 

iştirak ediblər.

 

Azərbaycan  Dövlət  Dəniz Akademiya-



sının rektoru Çingiz Əliyev görüşü açaraq, 

builki  tələbə  qəbulunun  yekunları, Akade-

miyada tədrisin təşkili, tələbələr üçün yara-

dılan şərait barədə məlumat verdi.

Bildirdi ki, 2016-2017-ci tədris ili üçün 

müəyyən  edilmiş  qəbul  planında  nəzərdə 

tutulan 370 yerə 309 abituriyent daxil olub. 

İlk  dəfə  olaraq  onların  sırasında  600-dən 

yuxarı  bal  toplayanlar  da  var.  Bu,  çox  se-

vindirici  haldır.  Hazırda  Dəniz  Akademi-

yasında 1200-ə yaxın tələbə təhsil alır. Son 

iki ildə onların müvəffəqiyyət göstəriciləri 

(imtahanlardan uğurla keçənlərin sayı) 67,5 

faizdən  80,45  faizə,  keyfiyyət  göstəriciləri 

isə (imtahanlardan “əla” və “yaxşı” qiymət 

alanların sayı) 13,5 faizdən 36,7 faizə yük-

səlib. Bugün Akademiyada 63 tələbə əlaçı-

dır, əla və yaxşı oxuyanlar 305 nəfərdir.

Azərbaycan  Dövlət  Dəniz Akademiya-

sının  beynəlxalq  əlaqələri  ildən-ilə  geniş-

lənir.  Artıq  10  ölkədən  17  ali  məktəb  ilə 

əməkdaşlıq edilir. Onların sırasında Rusiya, 

Türkiyə, Polşa, Ukrayna, Latviya, Bolqarıs-

tan və sair ölkələrin aparıcı dənizçilik uni-

versitetləri və akademiyaları var. 

Sosial məsələlərə gəldikdə isə, tələbələr 

dərs vəsaitləri, yataqxana, geyim forması və 

gündə 2 dəfə isti yeməklə pulsuz təmin olu-

nurlar.  Bu,  Gəmiçilik  rəhbərliyi  tərəfindən 

Akademiyanın  qayğılarına  və  problemlə-

rinə yaxından göstərilən diqqət, atılan əməli 

addımlar nəticəsində mümkün olub.

“Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi” 

QSC sədrinin birinci müavini Zamiq İsma-

yılov Xəzərdə ticarət gəmiçiliyinin və neft 

donanmasının tarixi, respublikamızda dəniz 

nəqliyyatının  inkişafı,  ölkə  rəhbərliyinin 

Gəmiçilik  qarşısında  qoyduğu  vəzifələr, 

strateji hədəflər barədə  ətraflı söhbət açdı. 

Vurğuladı  ki,  Ulu  Öndər  Heydər  Əliyev 

həm sovet dönəmində, həm də müstəqillik 

illərində  dəniz  nəqliyyatına  böyük  qaygı 

göstərib,  prezident  İlham  Əliyevin  diqqə-

ti  sayəsində  bu  sahədə  struktur  islahatları 

uğurla  davam  etdirilir,  Gəmiçiliyin  müasir 

standartlara uyğun çevik bir şirkətə çevril-

məsi  istiqamətində  əhəmiyyətli  addımlar 

atılır. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 

hazırda istər regionda, istərsə də bütövlük-

də MDB məkanında texniki imkanlarına və 

maddi-texniki  bazasına  görə  liderlər  sıra-

sındadır.

Zamiq İsmayılov yeni, müasir gəmilə-

rin  istismarında  bilikli  və  mükəmməl  sa-

vada malik kadrlara ehtiyac duyulduğunu 

söyləyərək xüsusi qeyd etdi ki,  Akademi-

yanı  müvəffəqiyyətlə  bitirən  məzunların 

əksəriyyəti Azərbaycan  Xəzər  Dəniz  Gə-

miçiliyində, Bakı Gəmiqayırma Zavodun-

da, bir sıra digər yerli və xarici şirkətlərdə 

çalışırlar.

Bugün  Gəmiçilikdə  Akademiyanı 

müxtəlif  vaxtlarda  bitirmiş  790-a  yaxın 

məzun işləyir, onların 274-ü rəhbər işçidir. 

Məzunlar  nəinki  Xəzərdə,  həm  də  bey-

nəlxalq sularda işləmək imkanına malikdir-

lər.

Zamiq  İsmayılov  birinci  kursa  daxil 



olmuş  tələbələrə,  bütövlükdə  Dəniz  Aka-

demiyasının  tələbə-müəllim  heyətinə  yeni 

tədris ilində uğurlar arzuladı, 500-600 bal-

dan yuxarı nəticə göstərən 9 tələbəyə nout-

buk təqdim etdi.

Bakı Gəmiqayırma Zavodunun baş di-

rektor  müavini  İmanverdi  Həsənov  Xəzər 

hövzəsində  ən  böyük  və  müasir  sənaye 

müəssisələrindən  olan  BGZ-də  gənclərin 

karyera  imkanlarından,  iş  şəraitindən,  hə-

yata  keçirilən  layihələrdən  danışdı,  bilikli 

mütəxəssislərə  istehsalatda  həmişə  yer  ol-

duğunu vurğuladı.

Sonda gənclərin və valideynlərin sualla-

rı səsləndi, görüş iştirakçıları Dəniz Akade-

miyasının auditoriyaları və laboratoriyaları 

ilə tanış oldular.

DəniZ AKADeMiYASInDA “AçIq qApI Günü”

T Ə H S İ L   H Ə R   B İ R   D Ö V L Ə T İ N   G Ə L Ə C Ə Y İ D İ R



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə