R b a y c a n X z r d n z g m



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix30.12.2017
ölçüsü0,51 Mb.
#18742
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


23 sentyabr 2016-cы il   № 61-64 (9067)

5

“Mistral” tipli ikinci helikopterdaşıyıcısı təhvil verilib

Fransanın Sen-Nazar şəhərində 

“Mistral” tipli ikinci helikopterdaşı-

yıcısı təntənəli surətdə Misirə təhvil 

verilib. Misir KİV-ləri xəbər verir ki

sabiq prezident Ənvər Sədatın adı ve-

rilən helikopterdaşıyıcı yaxın günlərdə 

Fransa limanını tərk edib Misirin 

şimal paytaxtına – İsgəndəriyyə lima-

nına gələcək.

Təntənəli mərasimdə iştirak edən Misir rəsmi nümayəndə heyətinin rəh-

bəri,  ölkənin  Hərbi  Dəniz  Donanmasının  komandanı  Üsamə  Rabia  bildirib 

ki, Yaxın Şərqdəki müxtəlif təhdidlər öz resurslarının müdafiəsi və milli təh-

lükəsizliyinin təmin olunması üçün Misiri zəruri vasitələr əldə etməyə sövq 

edir. Komandanın sözlərinə görə, təhlükəsizlik Misirə tərəqqi yolunda sürətli 

templərlə irəliləmək və bütün sahələrdə ölkənin liderliyini təsdiqləmək imkanı 

verəcək.


Xatırladaq ki, “Mistral” tipli ilk helikopterdaşıyıcısı bu il iyunun 23-də 

İsgəndəriyyə sahillərinə gəlib çatıb.



Asya Hacızadə

Yeni gəmi 

150 sərnişin üçün 

nəzərdə tutulub

Avstraliyanın “Austal Limited” 

gəmiqayırma şirkəti “Rəşid Behbudov” 

adlı yeni 70 metrlik katamaran tipli 

gəmini sifarişçi “Caspian Marine Ser-

vices” (CMS) şirkətinə təhvil verib.

 “Austal Limited” şirkəti xəbər verir ki, 

gəmi 150 sərnişin üçün nəzərdə tutulub.

Qeyd edək ki, gəminin tikintisinə dair 

müqavilə 2015-ci ilin iyununda imzalanıb. 

Tikinti  işlərinə  2015-ci  ilin  oktyabrında 

başlanılıb. Müqavilənin dəyəri 34 milyon 

dollar təşkil edib.



Müxtəlif məsələlər üzrə fikir  

mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Hərbi 

Dəniz Qüvvələri komandanının rəhbərlik 

etdiyi nümayəndə heyəti Koreya Res-

publikasının Hərbi Dəniz Qüvvələri baş 

komandanının dəvəti ilə bu ölkəyə işçi 

səfər edib.

Müdafiə  Nazirliyinin  mətbuat  xidmə-

tindən  bildiriblər  ki,  səfər  zamanı  Hərbi 

Dəniz  Qüvvələri  komandanının  vəzifələ-

rini icra edən 1-ci dərəcəli kapitan Hicran 

Rüstəmzadə Koreya Respublikasının Hər-

bi  Dəniz  Qüvvələrinin  baş  komandanı  ilə 

görüşüb.


Görüşdə  iki  ölkənin  hərbi  dəniz  qü-

vvələri  arasında  əməkdaşlıq  məsələləri 

müzakirə olunub, qarşılıqlı təcrübə müba-

diləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi 

aparılıb.

Səfər zamanı 1-ci dərəcəli kapitan H.Rüstəmzadə Hərbi Dəniz Akademi-

yasının su-qayıq donanmasının gəmi inşaat müəssisəsində və bir sıra başqa 

hərbi obyektlərdə olub.



Gəminin kapitanı həlak olub, 

iki heyət üzvü isə yaralanıb

Yaponiyanın Vakayama 

prefekturası sahillərində Cənubi 

Koreya bayrağı altında üzən kiçik 

tankerdə partlayış baş verib. Bu 

barədə Yaponiya Sahil Mühafizəsi 

Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, “Eiwa Maru 3” adlı gəminin kapitanı həlak 

olub, daha iki heyət üzvü yaralanıb.

İlkin məlumatlara görə, gəmidə partlayış göyərtədə qaynaq işi aparı-

larkən baş verib. Hazırda Sahil Mühafizəsi hadisənin səbəblərini araşdırır.

Kimyəvi  məhsullar  daşıyan  tankerin  su  tutumu  740  tona  bərabərdir. 

Hadisə zamanı gəminin göyərtəsində olan yük barədə məlumat verilmir.

Ukrayna İnfrastruktur Nazirliyinin 

saytı xəbər verir ki, Ukrayna və Gürcüstan 

hökumətlərinin nümayəndələri Batumi-

də keçirilən Beynəlxalq Dəniz Forumu 

çərçivəsində hər iki ölkənin dəniz limanı 

vasitəsilə birbaşa beynəlxalq dəmir yo-

lu-bərə yollarının təşkili haqqında saziş 

imzalayıb. Bu, nəqliyyat sahəsində Ukray-

na-Gürcüstan dövlətlərarası beynəlxalq 

əlaqələrin inkişafına və fəallaşdırılmasına 

kömək edəcək.

Saziş Ukrayna, Gürcüstan, Qazaxıstan və 

Azərbaycanı Böyük İpək Yolunda birləşdirən 

mühüm sənəddir. Bu təşəbbüs böyük perspek-

tivə malikdir. Məlumatda bildirilir ki, ölkələ-

rimiz  logistikanı  sadələşdirmək,  nəqliyyatı 

daha ucuz etmək, ən başlıcası isə malların çat-

dırılma sürətini artırmaq və bununla da biznes 

üçün  maksimim  komfort  yaratmaq  üçün  bö-

yük qüvvə sərf ediblər.

Hazırda  bazar  iştirakçıları  üçün  yüklərin 

çatdırılma  sürəti  çatdırılmanın  qiymətindən 

daha çox önəm daşıyır və malların iki-üç ay 

deyil, 9-15 gün ərzində çatdırılması üçün bü-

tün şirkətlər əlavə xərclər ödəməyə hazırdırlar. 

Nazirliyin məlumatında qeyd edilir ki, Ukray-

na malların Çindən gətirilməsini 9-10 sutka-

yadək azaltmaq vəzifəsini qarşısına qoyub.

Ukrayna 

2016-cı 


ilin 

sonunadək 

Transxəzər  Beynəlxalq  Nəqliyyat  Dəhlizinin 

iştirakçı  ölkələri  ilə  danışıqlar  əsnasında  da-

şımalarda birbaşa tarifi 15 faiz azaltmağı, ha-

belə Ukraynadan Çinə müvafiq marşrut üzrə 

malların çatdırılma vaxtını 10 faiz azaltmağı 

nəzərdə tutur.

Ukraynadan  Çinə  ilk  eksperimental  yük 

qatarı Yeni İpək Yolu marşrutu üzrə yanvarın 

15-də buraxılıb.

BAtUMiDə UKrAYnA, GürcüStAn, 

qAZAXIStAn Və AZərBAYcAnI BöYüK ipəK 

YolUnDA BirləşDirən SənəD iMZAlAnIB

“G20” biznes jurnalının sentyabr 

nüsxəsində Bakı limanından bəhs edilib

“G20” biznes jurnalının sentyabr nüsxə-

si Bakı limanı və onun Avrasiyada nəhəng 

ticarət və logistika qovşağı olmasından bəhs 

edir.

Məqalədə  Qədim  İpək  Yolunun  ən  əlve-

rişli  mövqeyində,  Azərbaycan  ərazisinin  bir 

sıra vacib karvansaralara və iri regional ticarət 

mərkəzlərinə ev sahibliyi etməsi göstərilir. Av-

ropa və Asiyanın strateji kəsişməsində, Çin, Türkiyə, İran, Rusiya kimi ba-

zarların yaxınlığında yerləşən Azərbaycan və Bakı Beynəlxalq Dəniz Ticarət 

Limanı Avrasiyanın ən böyük ticarət və logistika “hub”ı olmağa hazırdır.

Qeyd edək ki, “G20” biznes jurnalı Beynəlxalq Ticarət Palatası G20 rəh-

bərinin məsləhətçi qrupunun rəsmi nəşridir və hər il G20 və B20 sammitlərin-

də təqdim edilir.

Yaponiyanın və Çinin rəsmi nümayən-

dələri arasında dəniz mövzusunda iki gün 

davam edən müzakirələr sentyabrın 15-də 

Hiroşimada başa çatıb.

Həmin gün tərəflər bir gün əvvəl başlamış 

müzakirələri davam etdirərək dənizdə və hava-

da gözlənilməz qarşıdurmanı aradan qaldırmaq 

üçün  əlaqə  mexanizminin  yaradılması  barədə 

danışıqlar aparıblar.

NHK  televiziya  kanalının  Yaponiya  hö-

kumətindəki mənbələrə istinadla yaydığı məlu-

mata görə, tərəflər müxtəlif problemlər ətrafın-

da, o cümlədən həmin mexanizmin tətbiqinin 

vaxtı barədə müzakirələr aparıblar.

Həmin mənbələrin bildirdiyinə görə, tərəf-

lər Şərqi Çin dənizindəki təbii qaz yataqların-

dan hasilatla bağlı razılaşmada irəliləyişə nail 

ola  bilməyiblər.  Yaponiya  nümayəndə  heyə-

ti  Çin  tərəfini  dənizdə  qaz  yataqlarının  birgə 

mənimsənilməsi  barədə  razılıq  əldə  olunması 

üçün  müzakirələri  bərpa  etməyə  çağırıb.  Hə-

min danışıqlar Çin tərəfinin dənizdə birtərəfli 

qaydada apardığı layihələrlə bağlı dayanıb.

Çin  tərəfi,  ümumiyyətlə,  birgə  fəaliyyətlə 

bağlı razılaşmanın əleyhinə çıxış edir.



Vüqar Ağayev

DəniZ MöVZUSUnDA iKitərəfli 

MüZAKirələr ApArIBlAr

“türk axını”nın dənizdən keçəcək hissəsinin  

inşası üçün türkiyədən ilk icazəni alıb

Rusiyanın enerji nəhəngi 

“Gazprom” şirkəti “Türk axını” qaz 

boru kəmərinin (Turkish Stream) də-

nizdən keçəcək hissəsinin inşası üçün 

diplomatik kanallar vasitəsilə Türkiyə-

dən ilk icazəni alıb.

Bu  barədə  “Gazprom”dan  edilən  

şərhdə deyilir. “Gazprom”un idarə heyəti-

nin sədri Aleksey Miller “Türk axını” layihəsinin ilk mərhələsində türkiyəli 

səlahiyyətlilər ilə birgə işi davam etdirdiklərini deyib.

Qeyd edək ki “Türk axını” üzrə ilk boru kəmərinin tikintisinə 2019-cu 

ilin ikinci yarısında başlanılacağı planlaşdırılır. “Türk axını” ilə Rusiya qa-

zının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmər-

lə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin 

daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə 

üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

Sentyabrın 10-da Azərbaycan Yelkənli 

İdman Federasiyası (AYİF) tərəfindən təşkil 

olunmuş “Yay məktəbi-2016”nın bağlanış 

mərasimi keçirilib.

Tədbirdə  Federasiyanın  rəhbərliyi,  bey-

nəlxalq  dərəcəli  mütəxəssislər,  idmançılar  və 

ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AYİF-in prezidenti Qüdrət Qurbanov çıxı-

şında  ölkəmizdə  idmana  göstərilən  diqqət  və 

qayğıdan, federasiyanın yaranmasından və in-

kişaf tarixindən danışıb. Bildirib ki, Rio-de-Ja-

neyroda keçirilən XXXI Yay Olimpiya Oyun-

larında Azərbaycanın uğurları və idmançıların 

sayına görə ən çox medal qazanan ölkələr ara-

sında  birinci  yeri  tutması  idmana  göstərilən 

diqqət və qayğının parlaq göstəricisidir.

Federasiyasının prezidenti diqqətə çatdırıb 

ki, yelkənli idman növü Azərbaycanda əvvəl-

lər geniş yayılsa da, sonra diqqətdən kənarda 

qalıb. Hazırda dövlətimizin başçısının idmana 

göstərdiyi  diqqət  və  qayğı  nəticəsində  idma-

nın bu növü yenidən inkişaf etməyə başlayıb. 

Yelkənli idmanın kütləviləşməsi və yayılması 

məqsədilə ötən ildən başlayaraq Bakıda “Yay 

məktəbi” təşkil olunur.

Sonra  AYİF-in  xətti  ilə  Azərbaycanda 

fəaliyyətə  başlayan  beynəlxalq  mütəxəssis-

lər  –  Burcu Alqon  Corcanni,  Seyhun  Yıldız 

və Tuğçe Subaşı gələcəkdə iştirak edəcəkləri 

beynəlxalq yarışlar barədə ətraflı məlumat ve-

riblər.


Tədbirdə  “Yay  məktəbi”nin  iştirakçıları-

na, həmçinin ölkəmizdə ilk dəfə təşkil olun-

muş yelkənin “Optimist” sinfi üzrə Federasiya 

Kuboku yarışlarının qaliblərinə medal, kubok 

və müvafiq mükafatlar verilib.

Daha  sonra  ölkəmizdə  yelkənli  idmanın 

geniş  təbliği  və  idmanın  bu  növünə  mara-

ğın  artırılması  məqsədilə  “Media  müsabiqə-

si-2016” haqqında təqdimat olub. Təqdimatda 

ölkəmizdə  sağlam  həyat  tərzinin  təşviqi  və 

cəmiyyətdə  idmana  marağın  daha  da  artırıl-

masında KİV-in rolundan və əhəmiyyətindən 

bəhs olunub. Eləcə də bu prosesdə iştirak edən 

mətbuat nümayəndələrinə və tərəfdaşlara mü-

kafatlar təqdim edilib.

“YelKənli YAY MəKtəBi-2016”nIn BAğlAnIşI olUB

Bakıda “Vikinq train” layihəsinin gələcək 

perspektivləri müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mət-

buat  katibliyindən  bildirilib  ki,  müzakirələr 

sentyabrın 15-də “Azərbaycan Dəmir Yolları” 

Qapalı Səhmdar Cəmiyyətində Litva Respub-

likasının  Azərbaycandakı  fövqəladə  və  səla-

hiyyətli  səfiri  Valdas  Lastauskas  ilə  keçirilən 

görüşdə aparılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin səd-

ri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda 

reallaşdırılan layihələr, qarşıda duran perspek-

tiv  vəzifələr  haqqında  ətraflı  məlumat  verib. 

Görüşdə  Azərbaycanla  Litva  arasında  əmək-

daşlıq əlaqələrinin və “Vikinq train” layihəsi-

nin gələcək perspektivləri müzakirə olunub.

Səfir Valdas  Lastauskas  “Azərbaycan  Də-

mir Yolları” QSC-də bütün sahələrində həyata 

keçirilən genişmiqyaslı islahatları yüksək qiy-

mətləndirib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha 

da genişləndirilməsi qərara alınıb.

Qeyd edək ki, “Viking train” layihəsi 3 ölkə 

-  Litva,  Belarus  və  Ukraynanı  əhatə  etməklə 

yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz 

hövzəsinə  daşınmasını  əhatə  edir. Azərbayca-

nın  bu  layihədə  iştirakı  daha  geniş  perspek-

tivlər vəd edir. Belə ki, “Viking train” layihə-

si Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, 

bundan sonra həm Şərq istiqamətində, (Mərkə-

zi Asiya və Çin) həm də Cənub istiqamətində 

(İran körfəzi və Hindistan) və əks istiqamətdə 

yüklərin daşınmasına imkan yaradacaq. Şima-

li  Avropa  (Baltikyanı,  Skandinaviya  və  sair) 

dövlətlərinin İran, Pakistan, Hindistan və Ərəb 

ölkələri  ilə  ticarət  dövriyyəsi  kifayət  qədər 

yüksək  olduğundan  Azərbaycan  tranzit  ölkə 

kimi bundan bəhrələnəcək.

“ViKinq trAin” lAYihəSinin GələcəK 

perSpeKtiVləri MüZAKirə olUnUB



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə