R b a y c a n X z r d n z g m



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix30.12.2017
ölçüsü0,51 Mb.
#18742
1   2   3   4   5   6   7   8

Sentyabrın 19-u XX əsrdə 

Azərbaycanın dünya elminə 

bəxş etdiyi görkəmli simalardan 

biri - şərqşünas alim, pedaqoq, 

filologiya elmləri doktoru, pro-

fessor Aida İmanquliyevanın 

xatirə günü idi.

Azərbaycan  şərqşünaslığın-

da yeni dövr ərəb ədəbiyyatının 

ilk  tədqiqatçısı  A.İmanquliyeva 

özündən sonra çağdaş ərəb ədə-

biyyatının tədqiqində yeni bir sə-

hifə, yeni bir yol açıb.

1962-ci  ildə  Azərbaycan  Dövlət 

Universitetinin  (indiki  Bakı  Dövlət 

Universiteti)  şərqşünaslıq  fakültəsi-

ni  bitirən Aida  İmanquliyeva  1966-cı 

ildə  namizədlik,  1989-cu  ildə  doktor-

luq dissertasiyasını müdafiə edib. A.İ-

manquliyeva Azərbaycan Elmlər Aka-

demiyası  Şərqşünaslıq  İnstitutunda 

kiçik elmi işçidən bu elm ocağının di-

rektoru vəzifəsinədək yüksəlib. O, keç-

miş  SSRİ-də  Şərqşünaslıq  Cəmiyyəti 

rəyasət  heyətinin,  Şərq  Ədəbiyyatının 

Tədqiqi üzrə Əlaqələndirmə Şurasının 

üzvü olub.

Aida xanım İmanquliyevanın elmi 

fəaliyyətinin  əhatə  dairəsi  geniş  və 

çoxşaxəli  idi.  Onun  elmi  əsərlərində 

Qərb və Şərq mədəni ənənələrinin sin-

tezi, yaradıcılıq üslubunun inkişafı və 

yeni  bədii  cərəyanların  təşəkkül  tap-

ması tədqiq olunub. Bu da nəinki ərəb 

ədəbiyyatının,  həmçinin  bütün  yeni 

Şərq  ədəbiyyatının  gələcəkdə  tədqiqi 

üçün çox mühüm zəmin yaradır.

Bu  gün  dünyanın  bütün  dövlət-

ləri, o cümlədən də ərəb Şərqi ilə ge-

niş əlaqələr yaradıldığı bir vaxtda, bu 

ölkələrin  həyatının  hər  bir  sahəsi  ilə 

daha  yaxından  tanış  olmağa  ehtiyac 

duyulur.  Bu  ehtiyacı  ödəməkdə  Aida 

xanım  İmanquliyevanın  elmi  əsərləri-

nin  özünəməxsus  yeri  və  əhəmiyyəti 

vardır.


Üç monoqrafiya (“Mixail Nuaymə 

və  “Qələmlər  birliyi”,  Moskva,  1975; 

“Cübran  Xəlil  Cübran”,  Bakı,  1975; 

“Yeni  ərəb  ədəbiyyatının  korifeylə-

ri”,  Bakı,  1991)  və  70-dən  artıq  elmi 

məqalənin müəllifi olan A.İmanquliye-

va Şərq filologiyası sahəsində yazılmış 

bir çox elmi əsərlərin redaktoru olub.

Tədqiqatçıların  haqlı  olaraq  qeyd 

etdikləri kimi, Aida xanım İmanquliye-

vanın adı müasir şəraitdə ərəb məhcər 

ədəbiyyatının beynəlxalq miqyasda ən 

görkəmli tədqiqatçısı kimi tarixə əbə-

di həkk olunub. Bu faktı nəinki Azər-

baycan və keçmiş sovet ərəbşünasları, 

hətta  Avropa  şərqşünasları,  ərəblərin 

özləri belə, etiraf edirlər.

Aida  İmanquliyevanın  doğulduğu, 

böyüdüyü  və  gəlin  gəldiyi  iki  ailənin 

Azərbaycan  xalqının  ədəbi-mədəni 

fikrində öz yeri vardır. Belə bir mühit 

Aida xanımın ədəbi-elmi yaradıcılıqla 

hərtərəfli məşğul olması üçün mənəvi 

zəmin yaradıb.

Aida xanımın atası Nəsir İmanquli-

yev Azərbaycanın çox məşhur mətbu-

at nümayəndələrindən biri olub. Nəsir 

müəllim  uzun  illər  “Bakı”  və  “Baku” 

qəzetlərinin  redaktoru  işləyib.  Aida 

xanım  görkəmli  Azərbaycan  yazıçısı, 

alim və pedaqoq Mir Cəlal Paşayevin 

ocağına gəlin köçüb.

Boya-başa  çatdığı  mötəbər  ziyalı 

mühitinin  məlum  təsirinin  nəticəsidir 

ki, Aida İmanquliyevanın həyat və ya-

radıcılığı milli ziyalı qadınlar içərisin-

də  bənzərsizliyi,  yüksək  məziyyətləri, 

nəcib xüsusiyyətləri ilə seçilirdi.

Aida  xanımın  xatirəsi  ürəklərdə 

əbədi yaşayır. Əsərləri dönə-dönə oxu-

nur, təhlil və tədqiq edilir, tərcümə olu-

nur,  yenidən  işıq  üzü  görür.  Elmi  irsi 

araşdırılır  və  təbliğ  edilir.  Onun  əsər-

ləri,  elmi  monoqrafiyaları  bu  gün  də 

öz  aktuallığını  qoruyub  saxlayır.  Tam 

əminliklə  demək  olar  ki,  gənc  nəsil-

lər  də  görkəmli  şərqşünas  alim  Aida 

İmanquliyevanın  əsərlərinə  daim  mü-

raciət edir, onu həmişə minnətdarlıqla 

xatırlayır.



Budapeştdə Avstriya,  Bolqarıstan, 

Macarıstan, Rumıniya və Avropa İtti-

faqı arasında qaz kəmərinin Rumıniya 

hissəsinin tikintisi barədə saziş imza-

lanıb.

Bu barədə “Euronews” agentliyinin 

“Mərkəzi  və  Cənubi  Avropada  bey-

nəlxalq  qaz  kəməri  real  cizgilər  kəsb 

edir” adlı materialında məlumat verilir.

Məqsəd - bu ölkələrin qaz nəqli sis-

temlərini əlaqələndirməkdir ki, Bolqa-

rıstandan  və  Rumıniyadan  keçməklə 

Avropanın Cənubuna nəql edilən Xəzər 

qazı Mərkəzi Avropaya çatdırıla bilsin.

İqlim və energetika məsələləri üzrə 

komissar Migel Kanete deyib: “Biz şə-

bəkə yaradırıq. Bu, ənənəvi böyük qaz 

kəməri yox, kiçik qaz kəmərləri şəbəkə-

si  olacaq  və  cənubdan  şərqə  və  qərbə 

gələn axınları bölüşdürməyə, beləliklə 

enerji  mənbələrini  şaxələndirməyə  və 

qiyməti azaltmağa imkan verəcək.

Qaz kəmərinin Rumıniya hissəsinin 

uzunluğu  550  km,  ümumi  dəyəri  isə 

təqribən  560  milyon  avro  olacaq.  La-

yihənin maliyyələşdirilməsində Avropa 

İttifaqı fəal iştirak edir.

Rumıniyanın energetika naziri Vik-

tor  Vlad  Qriqoresku  deyib:  “Bu  qaz 

kəməri Avropa İttifaqı tərəfindən ümu-

mi marağın təmin edilməsi mexanizmi 

deyilən  üsulla  ciddi  maliyyə  dəstəyi 

alıb.  Aİ-nin  sərmayəsi  təxminən  180 

milyon avroya bərabərdir. Biz isə 220 

milyon avro yatıracağıq. Bu, enerji təh-

lükəsizliyindən  əlavə,  həm  də  ÜDM-i 

artırmağa və yeni iş yerləri açmağa im-

kan verəcək”.

Layihə yeni tərəfdaşların qoşulması 

üçün  açıqdır:  Budapeştdə  Yunanıstan 

və Ukrayna da niyyət deklarasiyası im-

zalayıblar.

Xatırladaq  ki,  bu  il  iyul  ayın-

da  Bakıda  SOCAR  ilə  Rumıniyanın 

“Transgaz”  şirkəti  arasında  Qarşılıqlı 

Anlaşma  Memorandumu  imzalanıb. 

Həmin sənədə əsasən, təbii qazın nəqli 

sahəsində  əməkdaşlığın  möhkəmlən-

dirilməsi,  Azərbaycan  və  Xəzər  dəni-

zi  regionundan  qaz  tədarükü  hesabına 

qaz  tranziti  və  paylanması  sahəsində 

Rumıniyanın  potensialından  istifadə 

olunması  imkanlarının,  habelə  ümumi 

maraq doğuran potensial perspektivlə-

rin araşdırılması, uzunmüddətli sazişlər 

və  ya  spot-sövdələşmələr  əsasında,  o 

cümlədən AGRİ (Azərbaycan-Gürcüs-

tan-Rumıniya interkonnrektor) layihəsi 

çərçivəsində  maye  qazın  qəbulu  üzrə 

potensial terminallar da daxil olmaqla, 

Rumıniya  bazarına  təbii  və  maye  qaz 

tədarükü və treydinqi sahəsində əmək-

daşlıq  imkanlarının  birgə  öyrənilməsi 

kimi məsələlər nəzərdə tutulur.

A Z

R B A Y C A N



X Z R D N Z G M

L Y


И

ИЧИ И И


23 sentyabr 2016-cы il   № 61-64 (9067)

6

təhlükəsizlik qaydalarına 

ciddi riayət edin

Baş Dövlət Yol Polisi İdarəsi paytaxt 

sakinlərinə müraciət edib.

Yeni  dərs  ilinin  başlanması  ilə  əlaqədar 

paytaxtda nəqliyyat vasitələri ilə yanaşı, piya-

daların da hərəkətində intensivlik xeyli artıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Döv-

lət Yol Polisi İdarəsindən bildiriblər ki, bunu 

nəzərə  alaraq  qurum  hərəkət  iştirakçılarını, 

xüsusilə  də  piyadaları  küçə  və  yollarda  təh-

lükəsizlik qaydalarına ciddi riayət etməyə və 

öz nümunəvi davranışları ilə uşaqlara, yeniyet-

mələrə örnək olmağa çağırır.

Müraciətdə deyilir: “Təəssüflə qeyd etmə-

liyik ki, hər il paytaxtın avtomobil yollarında 

baş  verən  yol-nəqliyyat  hadisələrinin  çoxu 

- təxminən 55 faizi piyadaların vurulması ilə 

bağlı olur. Bu qəzaların əksəriyyəti məhz pi-

yadaların onlar üçün müəyyən olunmayan yer-

lərdən keçmələri səbəbindən baş verir. Baxma-

yaraq ki, təkcə paytaxt ərazisində 40-dan çox 

yeraltı-yerüstü, bir o qədər nizamlanan və yüz-

lərlə  nizamlanmayan  piyada  keçidləri  möv-

cuddur, yenə də piyadalarımız kütləvi şəkildə 

bu qaydaları pozurlar. Nəticədə əziyyət çəkən, 

xəsarət alan və bəzən dünyasını dəyişənlər də 

məhz piyadaların özləri olurlar”.

Qeyd olunub ki, bəziləri yol polisini sürü-

cülərlə müqayisədə piyadalara qarşı zəif mü-

barizə aparmaqda suçlayırlar. Amma il ərzin-

də  140  minədək  piyadanın  məsuliyyətə  cəlb 

edilməsi  faktı  bu  fikirlərin  tam  əksini  sübut 

edir. Sürücülərin yol verdikləri qayda pozun-

tularının 60-70 faizi xüsusi texniki vasitələrin 

köməyi ilə aşkarlanır.

“Aparılan təhlillər, ictimai qurumlar, qey-

ri-hökumət təşkilatları ilə birgə keçirilən sor-

ğular  da  göstərir  ki,  qaydanı  pozan  hərəkət 

iştirakçıları  arasında  müxtəlif  yaş  həddində 

olan insanlar var. Onların böyük əksəriyyəti-

nin bu hərəkətlə bağlı gətirdikləri arqument ya 

tələsmək, yaxud da diqqət yetirməməkdir. Na-

rahatedici hallardan biri də odur ki, belə piya-

daların əksəriyyətinin yanında azyaşlı uşaqlar 

olur.  Bu  isə  uşaqlarda  kiçik  vaxtlarından  yol 

qaydalarına biganəlik kimi xoşagəlməz vərdiş-

lərin formalaşmasına səbəb olur.

Hörmətli  hərəkət  iştirakçıları,  bir  daha 

yaşından, həyatda tutduğu mövqedən asılı ol-

mayaraq, hər bir kəsi yol hərəkəti qaydalarına 

ciddi riayət etməyə dəvət edir, bu qaydaların 

insan həyatının qorunması üçün nə qədər va-

cib və əhəmiyyətli olmasına diqqət yetirməyə 

çağırırıq. Xahiş edirik ki, özünüzün, doğmala-

rınızın həyatının qorunması üçün bu çağırışı-

mıza düşünülmüş şəkildə yanaşasınız”, - deyə 

müraciətdə qeyd edilib.

Dənizin dibindən Bizans 

dövrünə aid qablar tapılıb

Türkiyə arxeo-

loqları indiki Antalya 

şəhərində XII əsrdə 

qəzaya uğramış Bizans 

gəmisindən dənizin 

dərinliklərinə düşüb 

qalmış yüzlərlə naxışlı saxsı qab və onların 

qalıqlarını aşkarlayıblar.

 planet-today. ru saytı  xəbər verir ki, əl iş-

ləmələri ilə bəzədilmiş, yüksək keyfiyyətə ma-

lik olan bu qablar təxminən min ilədək dənizin 

dibində qalıb.

Qeyd edək ki, alimlər batmış gəminin qa-

lıqlarını hələ də tapa bilməyiblər.

italiya sahil mühafizə xidməti 

2,7 min miqrantı xilas edib

İtaliya sahil mühafizə xidmətinin həya-

ta keçirdiyi 23 əməliyyat nəticəsində sutka 

ərzində 2,7 min miqrantın həyatı xilas edilib.

TASS  agentliyinin  məlumatına  görə,  bu 

barədə xidmətin rəsmi bəyanatında deyilir.

Xilasetmə  əməliyyatları  zamanı  19  qəza-

ya  uğramış  hava  ilə  doldurulan  qayıqdan  və 

4  yelkənli  balıqçı  gəmisindən  qeyri-hökumət 

təşkilatlarının iştirakı ilə 15 nəfərin cəsədi aş-

karlanıb.

İtaliya sahillərinə doğru dənizlə ilin əvvə-

lindən 155 min nəfər gəlib. Onların əksəriyyəti 

Afrika ölkələrinin vətəndaşıdır.

ölkə əhalisinin sayı 

0,6 faiz artıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 59,8 

min  nəfər  və  ya  0,6  faiz  artaraq  2016-cı  il 

avqustun 1-nə 9765,4 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən bildiriblər 

ki,  əhalinin  sıxlığı  bir  kvadratkilometrə  113 

nəfər  olub.  Ölkə  əhalisinin  ümumi  sayından 

53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 

49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına 

və hər 1000 kişiyə isə hazırda 1007 nəfər qadın 

düşür.


Ədliyyə  Nazirliyinin  rayon  (şəhər)  qey-

diyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul 

ayları ərzində ölkədə 91,5 min, yaxud hər gün 

orta  hesabla  430  doğulan  körpə  qeydə  alınıb 

və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 

təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğ-

lan, 46,6 faizi isə qız uşaqlarından ibarət olub. 

Körpələrin 1612-si əkiz, 45-i isə üçəm doğu-

lub.

festival zamanı azı 

16 nəfər suda boğulub

Hindistanın Maharaştra ştatında 

Qaneşa ilahəsi festivalının son günündə 

mərasim iştirakçıları ilahənin gil fiqurla-

rını suya batırarkən azı 16 nəfər həyatını 

itirib.

Yerli  xalq  tərəfindən  müdriklik  və  fira-

vanlıq  ilahəsi  Qaneşaya  həsr  edilən  festi-

val bu il sentyabrın 5-də başlayıb. Ənənəyə 

əsasən,  insanlar  ilahənin  gil  fiqurlarını  (fil 

başlı insan təsviri) alaraq bir neçə gün onlara 

ibadət edir, sonradan isə həmin fiqurları suda 

həll olunana qədər çay və ya göldə batırırlar.

Ölüm halları festivalın daha aktiv qeyd 

olunduğu  Maharaştra  ştatında  ilahənin  gil 

fiqurlarının  suya  batırılması  mərasimində 

baş verib.



Alimlər dünya iqlimi 

üçün yosunun faydalı 

olduğunu bildiriblər

Danimarka alimləri dünya iqliminə 

dəniz yosununun təsirini öyrənmək üçün 

tədqiqat aparıblar.

medikforum.ru  saytı  xəbər  verir  ki,  

tədqiqatın  nəticələrinə  əsasən,  bu  bitkilər 

iqlim  üçün  əvvəllər  güman  olunduğundan 

daha vacibdir. Bir neçə ilə ərzində aparılan 

araşdırma nəticəsində məlum olub ki, məhz 

yosunlar su ekosistemlərində karbon qazının 

miqdarını  tənzimləyir  və  bu  funksiyası  ilə 

qlobal istiləşmə üçün maneələr yaradır.

Alimlərin sözlərinə görə, yosunlar su al-

tında olan meşələrə bənzəyir. Bu bitkilər kar-

bon qazının miqdarını tənzimləməklə onun 

azalmasına  kömək  edir.  Bu  tapıntı  qlobal 

istiləşməyə  bitkilərin  təsirinin  öyrənilməsi 

məsələsində  alimlərə  irəliyə  addım  atmağa 

imkan verəcək.



Ekologiya və Təbii Sərvətlər Na-

zirliyi (ETSN), IDEA İctimai Birliyi 

və dəniz ətraf mühiti üzrə ixtisas-

laşmış dünya şöhrətli “Blue Marine 

Foundation” (BMF) təşkilatı ilə bir-

gə xüsusi əhəmiyyətə malik içməli su 

mənbəyi olan və suvarma əhəmiyyətli 

Kür çayının sahil ərazilərində “Təmiz 

Kür” adlı təmizlik kampaniyasına 

başlayıb.

ETSN-in  mətbuat  xidmətindən 

verilən  məlumata  görə,  kampaniyaya 

Salyan şəhərinin və Sabirabad rayonu-

nun Məmişlər kəndinin Kür çayı sahil-

lərində start verilib. Keçirilən aksiyada 

nazirliyin əməkdaşları və IDEA İctimai 

Birliyinin könüllüləri ilə birgə yüzlər-

lə  ictimaiyyət  və  müxtəlif  QHT  nü-

mayəndələri,  o  cümlədən  əsasən  yerli 

gənclərdən  ibarət  könüllülər  dəstəsi 

iştirak edib.

Kampaniyanın  əsas  məqsədi  Kür 

çayı sahillərinin tullantılarla çirkləndi-

rilməsinin qarşısının alınması, o cüm-

lədən  bu  ərazilərdə  təmizliyə  riayət 

olunması,  xüsusilə  atılan  məişət  tul-

lantılarının Kür çayı və nəticə etibarilə 

Xəzər  bioresurslarına  vurduğu  zərər-

lərlə bağlı ictimaiyyətin maarifləndiril-

məsidir.

Nazirliyin  aidiyyəti  qurumları 

tərəfindən  tullantıların  idarə  olunması 

istiqamətində  mütəmadi  olaraq  mo-

nitorinqlər,  reydlər  keçirilir,  fiziki  və 

hüquqi  şəxslər  qanunamüvafiq  qay-

dada cərimə edilir. Lakin bu, mövcud 

problemlərin aradan qaldırılmasına ki-

fayət etmir. Məlumdur ki, ətraf mühit 

problemlərinin aradan qaldırılmasında 

normativ  və  institusional  tədbirlərlə 

yanaşı, ictimai aksiya və maarifləndir-

mə  fəaliyyəti  xüsusi  əhəmiyyət  kəsb 

edir.  Bununla  əlaqədar  ETSN  İDEA 

İctimai Birliyi ilə birgə ictimaiyyəti, o 

cümlədən  çay  kənarına  yaxın  yaşayış 

məskənlərinin  sakinlərini  Kür  çayını 

çirkləndirməməyə  və  canlılara  həyat 

verən  “Ana”  dediyimiz  Kürün  sahil-

lərini təmiz saxlamaqla onu qorumağa 

çağırır. ETSN və İDEA İctimai Birliyi 

ictimaiyyət nümayəndələrinin müxtəlif 

təbəqələrinin  bu  kampaniyaya  qoşul-

masını  yüksək  qiymətləndirir.  Bu  is-

tiqamətdə tədbirlər Kür çayının sahil-

boyu yaşayış ərazilərində məskunlaşan 

əhali üçün mütəmadi olaraq davam et-

diriləcək.

Məlumatda  bildirilir  ki,  Qafqaz 

regionunda  ən  böyük  su  hövzəsi  olan 

Kür çayı ölkəmizin əsas su mənbəyidir. 

Min  illərdir  Kür  çayı  ətrafında  məs-

kunlaşmış  əhali  çayın  suyundan  həm 

təsərrüfat sahələrinin suvarılması, həm 

də içməli su kimi istifadə edir. Amma 

təəssüf  ki,  bu  nemət  hesab  etdiyimiz 

suyun  qədrini  bilməyən  bəzi  insan-

lar çayın sahillərinə məişət tullantıları 

atmaqla  onu  daha  da  çirkləndirir,  in-

feksion xəstəliklərinin yayılması üçün 

münbit  şərait  yaradırlar.  Su  mənbələ-

rinin çirklənməsi suyu əhalinin içməsi 

və  təsərrüfat  işlərində  istifadəsi  üçün 

yararsız  etməklə  bərabər,  həmin  höv-

zələrdəki biomühitə də olduqca mənfi 

təsir göstərir.



Kürün qəDrini BiləK 

Xəzər qazının Mərkəzi Avropaya nəql edilməsi 

üçün qaz kəməri tikintisi barədə saziş imzalanıb

elMi fəAliYYətinin əhAtə 

DAirəSi Geniş Və çoXşAXəli iDi


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə