R b a y c a n X z r d n z g m



Yüklə 337,66 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix01.02.2018
ölçüsü337,66 Kb.
#23177
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


30 iyun 2016-cы il   № 37-40 (9043)

5

Çində Beynəlxalq Transxəzər 

Nəqliyyat Marşrutunun inkişaf pers-

pektivləri müzakirə olunub.

“Müzakirələr  Çin  Xalq  Respubli-

kasının  Şanxay  şəhərində  Beynəlxalq 

Transxəzər Nəqliyyat Marşrutunun inkişaf 

perspektivlərinə  həsr  olunmuş  “dəyirmi 

masa”da aparılıb.

“Dəyirmi  masa”da  iştirak  edən  Bey-

nəlxalq  Transxəzər  Nəqliyyat  Marşrutu 

Müşahidə  Şurasının  sədri,  “Azərbaycan 

Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyə-

tinin sədr müavini İqbal Hüseynov bildi-

rib ki, 2015-ci il avqustun 3-də bu marşrut 

üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, 

Türkiyə  və  Çin  Xalq  respublikaları  ara-

sında konteyner daşımalarına start verilib, 

daha sonra isə Ukrayna bu marşruta qoşu-

lub.

Konteyner  daşımalarının  daha  da  in-



kişaf etdirilməsinin vacibliyindən danışan 

natiq  bu  tədbirin  Beynəlxalq  Transxəzər 

Nəqliyyat Marşrutuna yüklərin cəlb olun-

ması istiqamətində mühüm rol oynayaca-

ğını bildirib.

Sonra  “dəyirmi  masa”da  Beynəlxalq 

Transxəzər  Nəqliyyat  Marşrutunun  və 

“Nomad  Ekspress”  nəqliyyat-logistika 

xidmətinin  inkişaf  perspektivləri,  Çindən 

və  əks  istiqamətə  yük  daşımanın  coğra-

fiyasının  genişləndirilmə-

si,  marşrutun  cəlbediciliyi 

–  yeni  multimodal  qərarlar, 

Avropa  ilə  Asiya  arasında 

yük daşımalarının artırılması 

üçün  yeni  imkanlar  mövzu-

larında müzakirələr aparılıb.

Tədbir  çərçıvəsində  Qa-

zaxıstan,  İran,  Rusiya  və 

Ukrayna  dəmir  yollarının, 

Almaniyanın  logistik  şirkəti 

olan  DHL-in  rəhbər  işçiləri 

ilə  ikitərəfli  görüşlər  keçiri-

lib.


Azərbaycan xalqı öz 

keçmişi, xüsusilə də fa-

şizmə qarşı müharibədə 

iştirakı ilə fəxr edir. Bu 

baxımdan İkinci Dünya 

müharibəsinin veteran-

ları  ən əziz və ən mötə-

bər insanlarımızdır.

Bu  günlərdə  biz  – 

Azərbaycan  Dövlət  Dəniz 

Akademiyasının  bir  qrup 

tələbəsi  belə  mötəbər  in-

sanlardan birinə -101 yaşlı 

müharibə  veteranı  Əhməd 

Məmməd  oğlu  Mirzəyevə    baş  çəkdik. 

Söhbət  zamanı öyrəndik ki, sinəsini Bö-

yük Vətən müharibəsi ordeni, “Almaniya 

üzərində Qələbəyə görə”, “Qafqazın mü-

dafiəsinə görə” medalları və sair təltiflər 

bəzəyən  Əhməd  baba  1915-ci  il  mayın 

8-də Bakıda doğulub. Energetika sahəsin-

də mühədis işləyib. Müharibə başlayanda 

26 yaşı olub. Moskva ətrafında , Kalinin 

cəbhəsi  istiqamətində  gedən  döyüşlərdə 

qəhrəmancasına vuruşub və belə döyüşlə-

rin birində gənc leytenant Əhməd Mirzə-

yev ağır yaralanır... 

Amma  Böyük  Vətən  müharibəsin-

dən 71 il ötsə də, o illərin ağrı-acıları nə 

Əhməd  babanın  yaddaşından  silinib,  nə 

də  canından  çıxıb.    Oğlu Vadim  bildirdi 

ki, 10 il bundan əvvəl tibbi müayinədən 

keçərkən  həkimlər  atasının  kürəyində 

qəlpə aşkarlayıblar.

Söhbət  zamanı  Əhməd  baba  ölkə-

mizdə müharibənin ağrı-acılarını görmüş  

insanlara  daim  diqqət  və  qayğı  göstəril-

məsindən  razılıq  etdi.  Dedi  ki,  Ümum-

milli  lider  Heydər  Əliyev  Böyük  Vətən 

müharibəsi  veteranlarının  igidlik  və  şü-

caətlərini həmişə yüksək qiymətləndirib. 

Ulu Öndərin layiqli davamçısı Prezident 

İlham Əliyev də faşizmə qarşı müharibə-

nin iştirakçısı olmuş insanlara hər zaman 

diqqət  və  qayğı  ilə  yanaşır.  Dövlətimi-

zin  başçısının  həyata  keçirdiyi  mühüm 

əhəmiyyətli  tədbirlər  hesabına  müharibə 

veteranlarının  sosial  müdafiəsi  daha  da 

yaxşılaşır. Elə bu yaxınlarda - Qələbənin 

71 illiyi ərəfəsində Azərbaycan Preziden-

tinin  Sərəncamı  ilə  1941-1945-ci  illər 

müharibəsi iştirakçılarına, həlak olmuş və 

ya sonradan vəfat etmiş döyüşçülərin dul 

arvadlarına, arxa cəbhədə fədakar əməyə 

görə  orden  və  medallarla  təltif  olunmuş 

şəxslərə birdəfəlik maddi yardımın veril-

məsi də dövlətimizin başçısının veteran-

lara qayğısının bariz nümunəsidir.

Bütün bunlara baxmayaraq, zaman öt-

dükcə sıraları seyrəlir onların. Seyrəldik-

cə də  daha çox mənəvi yardıma ehtiyac 

duyurlar. Söhbət əsnasında da bunu hiss 

etmək çətin deyildi. 

Sonda  Əhməd  baba  ilə  xatirə  şəkli 

çəkdik  və  ona  tez-tez  baş  çəkəcəyimizə 

söz verdik. 

Mənsur CÜMŞÜDOV,

Azərbaycan Dövlət Dəniz  

Akademiyasının tələbəsi 

Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyinin “Om” ye-

dək-təchizat gəmisinin “Bibi-

heybət” Gəmi Təmiri Zavo-

dunda dok təmiri yekunlaşıb. 

Gəmi doka qaldırıldıqdan 

sonra bütün gövdəsi təmiz-

lənərək rənglənib, zəruri 

gövdə-qaynaq işləri aparılıb.

Gəmi  təmirçiləri  “Om”un 

mexanizm və boru sistemlərində 

lazımi  yoxlama  və  təmir  işləri 

görüblər. Gəminin elektrik ava-

danlıqları və avtomatikası tənzimlənərək, istismara hazır vəziyyətə gətirilib, xidməti 

və yaşayış otaqlarında heyətin çalışması və dincəlməsi üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki,  AXDG-nin yedək və təchizat gəmiləri dənizdəki neft-qaz yataq-

larının təminatında əhəmiyyətli rol oynayır. “Om” gəmisi də “Azneft” İstehsalat 

Birliyi ilə müqavilə əsasında “Günəşli” yatağında aparılan əməliyyatlarda yaxından 

iştirak edəcək.

BeYnƏlxAlq TRAnSxƏZƏR nƏqliYYAT MARşRUTUnUn 

inkişAf PeRSPekTivlƏRi MüZAkiRƏ olUnUB

Yüklərin Azərbaycandan 

keçməsini tövsiyə edib

Qazaxıstan beynəlxalq daşı-

yıcılara Ukraynadan Qazaxısta-

na yüklərin daşınması zamanı 

iyulun 1-dən etibarən alternativ 

marşrutdan yararlanmağı tövsiyə 

edib.

Qazaxıstanın  İnvestisiya  və 

İnkişaf  Nazirliyinin  mətbuat  xid-

mətinin  verdiyi  xəbərə  görə,  na-

zirlik yüklərin çatdırılmasını təşkil 

edərkən Gürcüstan və Azərbaycan-

dan keçməklə Xəzər dənizinə, oradan Aktau limanına, eləcə də Türkiyə, İran, 

Türkmənistan və Özbəkistan ərazilərindən istifadə etməyi tövsiyə edib.

Məlumatda qeyd edilib ki, bu tövsiyə Ukrayna və Rusiya arasında azad 

ticarət zonası haqqında müqavilənin 1 yanvar 2016-cı il tarixdən qüvvədən 

düşməsi ilə əlaqədardır.

kiçik həcmli gəmi istifadəçilərinə 

müvafiq sənədlər verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilər üzrə Dövlət 

Müfəttişliyinin əməkdaşları Lənkəranda tədbir keçirib.

FHN-nin  Cənub  Regional  Mərkəzində  təşkil  olunan  tədbirdə  keçirilmiş 

texniki baxışa uyğun olaraq 430 kiçik həcmli gəmi istifadəçilərinə müvafiq 

sənədlər verilib.

Tədbirdə Müfəttişliyin əməkdaşlarının kiçik həcmli gəmilərin dövlət qey-

diyyatı, texniki baxışı, sürücülük vəsiqələrinin alınması və gəmilərin təhlükə-

siz istismarı mövzusunda çıxışları dinlənilib, iştirakçıları maraqlandıran sual-

lar cavablandırılıb.



Dəniz nəqliyyatı 

ilə sərnişin daşınması 

artmışdır

2016-ci ilin yanvar-may aylarında 

dəniz nəqliyyatı ilə daşınmış sər-

nişinlərin sayı əvvəlki ilin müvafiq 

dövrünə nisbətən 2,2 dəfə artaraq 6,6 

min nəfər olub.

Bu  nəqliyyat  növü  ilə  daşınmış 

yüklərin  həcmi  2156,1  min  ton  təşkil 

edib. Yüklərin 43,6 faizi neft məhsul-

ları olub.

Həmin dövr ərzində dəniz limanla-

rında  3668,1  min  ton  həcmində  yük-

ləmə-boşaltma  işləri  həyata  keçirilib. 

Yüklərin 93,1 faizini tranzit mallar təş-

kil edib. 2016-ci il mayın 1-i vəziyyə-

tinə limanlarda göndərilmək üçün 36,6 

min ton idxal yükləri olub.



nobel Sülh Mükafatı laureatı 

Məhəmməd Yunus Azərbaycanda gedən 

iqtisadi inkişafı yüksək qiymətləndirib

Azərbaycanda azad 

ticarət zonasının yara-

dılması ideyası region 

dövlətlərinin inkişafına 

dəstək verəcək.

Bu  fikir  “Bakı  Bey-

nəlxalq  Dəniz  Ticarət 

Limanı”  QSC-nin  baş 

direktoru  Taleh  Ziyado-

vun  Nobel  Sülh  Müka-

fatı  laureatı  Məhəmməd 

Yunus ilə görüşündə səs-

ləndirilib.

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus ölkəmizə səfəri çərçivə-

sində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti ilə maraqlanıb.

Bakı Limanının nəhəng nəqliyyat logistika mərkəzinə çevriləcəyini deyən 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziya-

dov perspektivdə duran məsələlərə toxunub. O, Azərbaycanda azad ticarət zo-

nası yaradılması ideyasının region dövlətlərinin inkişafına da dəstək verəcəyi-

ni vurğulayıb.

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Azərbaycanda gedən iq-

tisadi inkişafı yüksək qiymətləndirib. O, özünün məşhur iqtisadi nəzəriyyələri 

haqqında da məlumat verib.

Yeni ipək Yolunun həyata  

keçirilməsində ilk nəticələrini qeyd edir

“Bir kəmər, bir 

yol” (İpək Yolu İqti-

sadi Kəməri və XXI 

əsrin Dəniz İpək Yolu) 

təşəbbüsünün həyata 

keçirilməsi ilk nəti-

cələrini verir.

Sinxua  agentliyi-

nin  məlumatına  görə, 

bu  cür  qiyməti  Çinin 

Kommersiya Nazirliyi verib.

Kommersiya  nazirinin  köməkçisi Tun  Daoçi  Çinin Avrasiya  ölkələri  ilə 

ticari-iqtisadi əlaqələrinin inkişafını “son dərəcə sürətli” kimi səciyyələndirib.

Statistikaya görə, 2015-ci ildə “Bir kəmər, bir yol” təşəbbüsünün əhatə et-

diyi ölkələrə yatırılan Çin investisiyalarının həcmi 18,2 faiz artaraq 14,8 mil-

yard ABŞ dollarına bərabər olub. İl ərzində imzalanmış podrat tikinti müqa-

vilələrinin dəyəri 7,4 faiz artıb və 92,6 milyard dollar təşkil edib.

Çin və tərəfdaş ölkələr birlikdə altı iri iqtisadi dəhliz yaratmağı planlaşdı-

rır. Onlardan biri Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçməklə Çindən 

Avropaya uzanan Transxəzər beynəlxalq nəqliyyat marşrutudur.

Azərbaycan “İpək Yolu İqtisadi Kəməri” layihəsinin iştirakçısıdır. Azər-

baycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında 

“İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma 

Memorandumu Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət 

səfəri çərçivəsində imzalanıb.

SöZ veRDik ki...

“om” yedək-təchizat gəmisi təmirdən çıxdı



Yüklə 337,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə