R b a y c a n X z r d n z g m



Yüklə 337,66 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix01.02.2018
ölçüsü337,66 Kb.
#23177
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


30 iyun 2016-cы il   № 37-40 (9043)

6

“Transneft”: “Sənaye təhlükəsizliyi 

tələblərinin pozulması faktlarına görə 

11 inzibati işin başlanmasına baxmaya-

raq, vəziyyət daha pisləşib”.

Rusiyanın “Transneft” şirkəti krimi-

nal  vəziyyətlə  əlaqədar  Mahaçqala-No-

vorossiysk marşrutu ilə nəql olunan nef-

tin  həcminin  azaldığını  və  Mahaçqala 

limanındakı  “Daqnefteprodukt”  termi-

nalına boşaldılan zaman neftin həcmində 

itkilərin qeydə alındığını bildirib.

Şirkətin  yaydığı  məlumatda  bildiri-

lir ki, yaranmış vəziyyət Xəzər neftinin 

Rusiya  infrastrukturundan  keçən  ixrac 

kanallarının  bağlanmasına  və  mühüm 

tranzit kanalının itirilməsinə gətirib çıxa-

ra bilər.

Məlumatda deyilir ki, neftin tankerlərdən 

“Daqnefteprodukt” terminalına boşaldılma-

sından sonra yaranan itkilər və problemlərlə 

bağlı  yük  sahiblərindən  “Transneft”in  ün-

vanına  mütəmadi  olaraq  müraciətlər  daxil 

olur:  “Neftin  çənlərə  (“Daqnefteprodukt” 

terminalının çənlərinə - redaktor.) boşaldıl-

ması zamanı, itkilərin həcmi, qüvvədə olan 

normativlərə  əsasən,  0,2  faizi  keçməməli-

dir. Türkmənistandan yük göndərənlər qeyd 

edirlər ki, 2013-cü ildə itkilərin həcmi 0,69 

faiz, 2014-cü ildə - 0,84 faiz, 2015-ci ildə - 

0,44 faiz, 2016-cı ilin birinci rübündə isə ar-

tıq 1,43 faiz təşkil edib”, - deyə şirkət qeyd 

edib.

“Daqnefteprodukt” terminalının çənlərin-



dən  neft  daha  sonra  “Çernomortransneft”ə 

(“Transneft”ə  daxildir)  təhvil  verilərək  ma-

gistral neft boruları sisteminə nəql edilir. La-

kin, 2016-cı ilin mayında Türkmənistandan 5 

min ton neft qəbul edən “Daqnefteprodukt” 

terminalı  həmin  həcmi  “Transneft”in  siste-

minə təhvil verməkdən imtina edib. Hazırda 

“Daqnefteprodukt” yükün sahibini terminalın 

çənlərində “ölü” qalıqların əmələ gəlməsinə 

dair aktı imzalamağa məcbur etməyə çalışır”, 

- deyə məlumatda bildirilir.

Bundan  başqa,  “Transneft”  “Daqnef-

teprodukt”dan nefti təhvil alan zaman onun 

tərkibində  xlorlu  duzların  konsentrasiya 

göstəricilərinin  və  suyun  həddindən  artıq 

yüksək olduğunu qeydə alıb.

“Yalnız 2016-cı ilin birinci rübü ərzində 

“Daqnefteprodukt”un  çənlərindən  kondisi-

yaya  uyğun  olmayan  neftin  qəbulu  16  dəfə 

dayandırılıb.  2015-ci  il  ərzində  isə  50-dək 

analoji hal qeydə alınıb”, - deyə məlumatda 

bildirilir.

“Rostexnadzor”  tərəfindən  yoxlamalar 

keçirilərək, sənaye təhlükəsizliyi tələblərinin 

pozulması faktlarına görə 11 inzibati işin baş-

lanmasına baxmayaraq, vəziyyət daha pislə-

şib.

“Nəticədə, 



Mahaçqala-Novorossiysk 

marşrutu ilə nəql olunan neftin həcmi azalır. 

“Lukoyl” 2013-cü ildən Mahaçqala limanın-

dan neftin nəqlini iki dəfə azaldaraq, həcm-

ləri Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə 

yönəldib.  Türkmənistan  istehsalçıları  da 

Mahaçqala limanından neftin nəqlini dayan-

dırmaq  niyyətində  olduqlarını  bildiriblər”,  - 

deyə “Transneft”in açıqlamasında bildirilir.

“Daqnefteprodukt”  Səhmdar  Cəmiyyə-

tindəki  kriminal  vəziyyət  və  respublikanın 

inzibati qurumlarının fəaliyyətsizliyi, faktiki 

olaraq,  Xəzər  neftinin  Rusiya  Federasiya-

sının  dövlətə  məxsus  yeganə  infrastrukturu 

vasitəsilə  ixrac  marşrutunun  bağlanmasına 

gətirib çıxarır.

Tranzit kanalının itirilməsi isə neftin po-

tensial  həcmlərinin  Bakı-Tbilisi-Ceyhan  və 

Gürcüstan  limanlarına  yönəldilməsinə  gəti-

rib  çıxaracaq”,  -  deyə  “Transneft”in  açıqla-

masında bildirilir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ümumdünya 

Qaçqınlar Günü münasibətilə yaydığı hesabata görə, 2015-ci ildə 

dünyada qaçqın, məcburi köçkün və sığınacaq axtaran insanların 

sayı 65,3 milyon nəfər olub.

Hələ 2011-ci ildə BMT dünyadakı qaçqınların sayının 42,5 mil-

yona çatdığını elan etmişdi. Cəmi beş il keçməsinə baxmayaraq bu 

kədərli rekordu daha böyük rəqəmlə yeniləmək lazım gəlib. Hesa-

batda  bildirilir  ki,  planetimizdə  hər  113-cü  insan  qaçqınlıq  həyatı 

yaşamağa  məcburdur  və  cəmi  bir  il  ərzində  qaçqınların  sayı  12,4 

milyon çoxalıb. Yeni qaçqın kütləsinin yarıdan çoxu cəmi üç ölkə-

nin payına düşür: Suriya (4,9 milyon nəfər), Əfqanıstan (2,7 milyon 

nəfər) və Somali (1,1 milyon nəfər).

Türkiyə artıq  ikinci  ildir  ki,  ən  çox  qaçqın  qəbul  edən  ölkələr 

siyahısında ilk yerdə durur. Bu ölkəyə pənah gətirən qaçqınların sayı 

2,5 milyondan artıqdır.

Ekspertlərin  rəyincə,  “soyuq  müharibə”  dövründən  qalmış  və 

həllini gözləyən münaqişələr, eləcə də son illərdə alovlanan yeni mü-

naqişə ocaqları və vətəndaş müharibələri qaçqınların sayının sürətlə 

artmasının əsas səbəbləridir.



Təkcə bu yaxınlarda bir həftə ərzində 

ən azı, 880 miqrant və qaçqın Aralıq dəni-

zini keçmək istərkən dənizdə boğulub. Bu 

barədə Birləşmiş Millətlər Təşkilatının 

qaçqınlar üzrə agentliyi bildirib. Böyük 

Birtaniyanın “The Guardian” media qu-

rumu yazır ki, dənizdə boğulanların sayı 

ilə bağlı rəqəm İtaliyaya aparılan sağ 

qalmış qaqçınlarla müsahibə nəticəsində 

müəyyənləşdirilib.

Birləşmiş Millətlər Təşkilatının qaçqınlar 

üzrə agentliyi tərəfindən o da qeyd edilib ki, 

bu il dənizi keçmək istərkən boğulan miqrant 

və  qaçqınların  sayı  2510  nəfərə  çatıb,  ötən 

ilin  müvafiq  dövründə  isə  bu  rəqəm  1855 

idi. Bu barədə də BMT-nin sözçüsü Uilyam 

Spindler məlumat verib. O bildirib ki, hazır-

da  insan  qaçaqmalçıları  insanları  qayıqlara 

dolrurur, amma bu zaman bir çox məqamları 

qətiyyən nəzərə almırlar: “Bu qayıqlar üzmək 

üçün o qədər də yararlı deyil və dənizi keç-

mək üçün bir sıra zəruri göstəricilərə cavab 

vermir.  Elə  buna  görə  onlar  sahildən  arala-

nandan az sonra xilasediciləri köməyə çağır-

mağa  məcbur  olurlar.  Xilasedicilər  köməyə 

tələssələr də, bəzən hər şey çox gec olur”...

Qeyd  edək  ki,  Yaxın  Şərqin  Suriya,  Li-

viya kimi dağılmaqda olan ölkələrində ölüm 

və  qırğınlardan  canını  qurtarmağa  çalışan 

qaçqınların Aralıq  dənizində  bu  cür  müəm-

malı və kütləvi şəkildə batması ilə bağlı prob-

lem  getdikcə  kəskinləşməkdədir.  Boğulma 

halları ildən-ilə çoxalır və kütləviləşir. Dünya 

birliyi və beynəlxalq təşkilatlar isə heç nə ilə 

kömək edə bilmir.



Tahir DADAŞOV

60 mindən çox mühacir 

həlak olub və ya itkin düşüb

Son  20  il  ərzində 

bütün  dünyada  dəniz 

və  ya  quru  yolla  təh-

lükəsiz  ərazilərə  keç-

məyə cəhd edərkən 60 

mindən  çox  mühacir 

həlak olub və ya itkin 

düşüb. Bu barədə mə-

lumatlar  Miqrasiya 

üzrə  Beynəlxalq  Təş-

kilatın məruzəsində yer alıb.

RİA  Novosti  informasiya  agentliyinin  verdiyi  xəbərə  görə, 

“Ölüm səyahəti: həlak olmuş və ya itkin düşmüş mühacirlərin müəy-

yən  olunması  və  izlənməsi”  adlı  məruzə  1996-cı  ildən  indiyədək 

miqrasiya ilə bağlı vəziyyəti qiymətləndirir.

Təşkilatın məlumatına əsasən, 2015-ci ildə təhlükəsiz ərazilərə 

keçməyə cəhd göstərən 5,4 min mühacir həlak olub və ya itkin dü-

şüb. Bu il isə Avropaya üz tutan hər 23 qaçqından biri həyatını itirir. 

Ölümlə nəticələnən faciələrin 80 faizi mühacirlər Aralıq dənizindən 

keçərkən baş verir.



RUSiYA xƏZƏR nefTinin MühüM 

TRAnZiT kAnAlInI iTiRƏ BilƏR

qAÇqInlARIn SAYI 

RekoRD hƏDDƏ ÇATIB

DƏniZDƏ BoĞUlAnlARIn SAYI ARTIR

“Mistral” tipli iki gəmi alıb

Misir Dövlət Te-

leviziyasının verdiyi 

məlumata görə Mi-

sirin Fransadan al-

dığı “Mistral” tipli 

helikopterdaşıyan 

gəmi İsgəndəriyyə 

sahillərinə gəlib. 

Fransa Misirin 

dəniz donanmasına 

qoşulub.

Misirin  keçmiş 

prezidentinin  şərəfinə  “Camal  Əbdül  Nasir”  adlanan  helikopter-

daşıyan gəmi Aralıq dənizində Fransa ilə birgə keçirilən “Kleopat-

ra-2016” hərbi təlimlərində iştirak edib.

Misir Fransadan “Mistral” tipli iki gəmi alıb. Bunlar Misir donan-

masının heyətində ən yeni gəmilər olacaq. Uzunluğu 199 metr, eni 

32 metr, hündürlüyü 58 metr olan helikopterdaşıyan gəminin ümumi 

yük tutumu 22 min tona bərabərdir.

Dənizdə birlikdə 

patrul xidməti çəkəcəklər

İndoneziya,  Ma-

layziya  və  Filippin 

son vaxtlar dəniz qul-

durlarının  gəmilərə 

artan  hücumu  və 

insanların  girov  gö-

türülməsi  ilə  bağlı 

Sulu  dənizində  birgə 

patrul xidmətinin təş-

kili barədə prinsipial razılığa gəliblər. Bu barədə üç ölkənin mü-

dafiə  nazirlərinin  Manilada  keçirilmiş  görüşünü  ümumiləşdirən 

“STAR” qəzeti məlumat yayıb.

Malayziyanın  müdafiə  naziri  Hişamuddin  Huseynin  sözlərini 

sitat gətirən qəzet yazır: “Üç ölkə arasında dənizdə, havada patrul 

xidmətinin birlikdə təşkili və kəşfiyyat məlumatlarının mübadiləsi-

nin aparılması nəzərdə tutulur”. Nazirin sözlərinə görə, nümunə kimi 

Malak  körfəzində  aparılan  birgə  patrul  xidməti  əsas  götürüləcək. 

Belə  ki,  həmin  ərazidə  xidmətin  uğurlu  təşkili  nəticəsində  burada 

2004-cü ildə baş verən hadisələrin sayı 37-dən 2015-ci ildə cəmi 3-ə 

enib.

Əməkdaşlığın  son  formatının  üç  ölkənin  müdafiə  nazirlərinin 



gələn ay Cakartada keçiriləcək görüşü zamanı dəqiqləşdiriləcəyi bil-

dirilir.


Turist gəmisi yoxa çıxıb

“New Straits Times” 

nəşrinin yaydığı məlu-

mata əsasən, malayziyalı 

xilasedicilər iyunun 24-də 

Cənub Çin dənizində 

təhlükə siqnalı vermiş 

gəminin axtarışlarına 

başlayıblar. Göyərtəsində 

24 nəfər olan gəminin tu-

ristlərə xidmət göstərdiyi 

bildirilir.

Gəmi  ilə  son  əlaqə  hadisədən  bir  gün  əvvəl  yerli  vaxtla  saat 

23:00-də saxlanılıb. Həmin vaxt gəmi Malayziyanın qərbində yer-

ləşən Sabah ştatının yaxınlığında olub. Bundan sonra gəminin heyəti 

ilə əlaqə kəsilib.

Yayılan  məlumatda  bildirilir  ki,  göyərtədə  12  çinli  turist,  yerli 

kurortlardan birinin 6 əməkdaşı və eyni sayda heyət üzvləri var.



Yüklə 337,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə