R b a y c a n X z r d n z g m



Yüklə 337,66 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix01.02.2018
ölçüsü337,66 Kb.
#23177
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


30 iyun 2016-cы il   № 37-40 (9043)

BAş ReDAkToR

Rasif iman oğlu

TAhiRov

ünvanımız:

AZ1003, Bakı şəhəri,

xanlar küçəsi, 22

TelefonlARIMIZ:

Baş redaktor

(050) 670-33-76

Redaktor

(070) 252-39-02

qəzetin təsisçisi:

“Azərbaycan xəzər Dəniz

Gəmiçiliyi”

qapalı Səhmdar 

cəmiyyəti

qəzet “Dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“Azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 275

Tiraj: 2000

Sifariş: 1815

8

Boksçularımız dünya təsnifat 

turnirini  uğurla başa vurublar

İyunun 16-dan 25-dək 

Bakının ev sahibliyi etdiyi və 

“Rio-2016” Olimpiya Oyunla-

rına lisenziya xarakterli boks 

üzrə dünya təsnifat turnirin 

sonuncu günündə final qar-

şılaşmaları Azərbaycan yığ-

masının üzvləri üçün uğurla 

nəticələnib.

Axşam proqramında isə həl-

ledici döyüşə çıxan Azərbaycan 

millisinin üzvləri, Rüfət Hüseynov (49 kq) və Teymur Məmmədov (81 kq) 

yarışın qalibi adını qazanıblar.

Digər atletimiz - 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Kam-

ran Şahsuvarlı da artıq lisenziya qazanıb. Bunun üçün Kamranın dörddəbir 

finalda uduzduğu Maykl Oreylli finalda türkmənistanlı Aslanbek Açilovu 

məğlub etməli idi. İlk “beşliy”in Rioya vəsiqə qazandığı çəki dərəcəsində 

çempion məhz Oreylli olub. Açilov Oreylli ilə həlledici qarşılaşmaya çıx-

maqdan imtina edib və nəticədə Kamran Şahsuvarlı da Rio Olimpiadasına 

lisenziya əldə edib.

Beləliklə, Azərbaycanın kişilərdən ibarət boks üzrə milli komandası ta-

rixdə ilk dəfə olaraq Olimpiadada tam heyətlə təmsil olunacaq.

Xatırladaq ki, bunadək ən yüksək nəticə 12 il əvvəl Afina Yay Olimpi-

ya Oyunlarında qeydə alınıb. Dəri əlcək ustalarımız həmin yarışda doqquz 

nəfərlə təmsil olunmuşdular. Hazırda isə Azərbaycan 10 çəki dərəcəsində 

təmsil olunacaq. Qadın boksunda yeganə lisenziyanı millimizə Anna Alek-

seyevna qazandırıb.

klublarımızın rəqibləri bəllidir 

İyunun 20-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 

2016-2017-ci il mövsümü üçün püşkatma mərasimi keçirilib. Avroliqanın 

ilk təsnifat mərhələsində 96 klub mübarizəyə başlayacaq. Daha yüksək 

reytinqli 18 komanda isə ikinci təsnifat mərhələsindən yarışa qoşulacaq.

Avroliqaya  püşkatmada  Azərbaycan  klublarının  rəqibləri  də  məlum 

olub. “Neftçi” Maltanın “Balzan” klubu, “Qəbələ” isə Gürcüstanın “Samt-

redia” komandası ilə üz-üzə gələcək. Gəncənin “Kəpəz” komandası isə Ki-

şineunun “Daçia” klubu ilə qarşılaşacaq.

UEFA Avropa Liqasının ilk mərhələsinin oyunları iyunun 30-da və iyu-

lun 7-də, ikinci təsnifat mərhələsinin görüşləri isə iyulun 14-də və 21-də 

keçiriləcək.

Avropa Liqasının final görüşü gələn il mayın 24-də İsveçin Solna şəhə-

rində keçiriləcək.



A

zərbaycan son illər iri miqyaslı 

tədbirlərə, o cümlədən mötəbər 

idman yarışlarına yüksək səviy-

yədə ev sahibliyi edir. Artıq dünyada idman 

ölkəsi kimi tanınan Azərbaycan “Bakı-

2015” ilk Avropa Oyunlarının əla təşkili ilə 

diqqəti bir daha özünə yönəltdi. Bütün bun-

lar dövlətimizin uğurlu idman siyasətindən 

xəbər verir. Avropa və dünya çempionatları, 

irimiqyaslı yarışlar mükəmməl təşkilatçı-

lıq, yerli idmançıların beynəlxalq arenada 

uğurlu çıxışı ölkəmizdə idmana göstərilən 

dövlət qayğısının bariz nümunəsidir.

formula-1 Avropa qran-prisi: 

mükəmməl təşkilatçılıq səviyyəsi

Azərbaycan  iyunun  17-19-da  daha  bir 

mötəbər idman yarışına ev sahibliyi etdi. Ba-

kıda  ilk  dəfə  Formula-1  Avropa  Qran-prisi 

təşkil olundu. Bu mövsümdə Formula-1 üzrə 

dünya  çempionatının  səkkizinci  mərhələ-

si olan Bakı yarışı çox maraqla gözlənilirdi. 

Yeni  mədəniyyət,  incəsənət,  adət-ənənə,  ən 

əsası  tras  sürət  sevən  azarkeşlərin  və  For-

mula-1  pilotlarının  diqqətini  çəkirdi.  Hamı 

dinamik inkişaf edən bu ölkəni canlı görmək 

arzusunda idi.

Yarışın  Azərbaycanda  təşkil  olunma-

sını  yüksək  qiymətləndirən  “Formula  One 

Management”in  prezidenti  Berni  Ekklstoun 

bu  barədə  danışarkən  deyib:  “Bakı  Şərq  və 

Qərb  mədəniyyətini  özündə  birləşdirən  uni-

kal  şəhərdir.  Formula-1  yarışlarında  şəhərin 

gözəlliyi,  tarixi  və  coğrafiyası  mühüm  amil 

hesab  olunur.  Biz  də  Bakının  tarixini  və 

gözəlliyini bütün dünyadakı Formula-1 azar-

keşlərinə nümayiş etdirmək qərarına gəldik”.

Yüksək təşkilatçılığın arxasında təbii ki, 

gərgin iş və hazırlıq dayanır. 6,006 kilometr-

lik trekin hazırlanması, təhlükəsizlik işlərinin 

təşkili, pit binasının və Paddok ərazisinin ti-

kintisi peşəkar komandanının uğurlu işi kimi 

qiymətləndirilə bilər.



qədim və müasir memarlıq abidələrini 

əhatə edən valehedici trek

Beynəlxalq Avtomobil Federasiyası tərə-

findən yüksək qiymətləndirilən Bakı trekinin 

layihəsi  almaniyalı  memar  Herman  Tilkeyə 

məxsusdur.  Yarışın  keçirildiyi  Bakı  şəhər 

halqası  ilə  bağlı  üç  variantın  hazırlandığı-

nı  vurğulayan  Herman  Tilke:  “Hazırkı  treki 

seçməyimizin  səbəbi  Bakının  tarixi,  müasir 

görünüşünü  dünyaya  çatdırmaqdır.  Müəllifi 

olduğum  bütün  treklər  mənim  üçün  əzizdir. 

Ancaq Bakı şəhər halqası hazırda onların ara-

sında mənə ən doğma olanıdır”. 

Həqiqətən  də  İçərişəhərin  qala  divar-

ları  ətrafında  tam  yeni  bir  macəranın  eniş-

li-yoxuşlu dar keçidləri ilə yanaşı, sahilboyu 

müasir göydələnlərə və Xəzər dənizinə ecaz-

kar  mənzərənin  açıldığı  geniş  sürət  zolağını 

özündə birləşdirən Bakı şəhər halqasında bo-

lidləri ilə şütüməyi pilotlar özləri də səbirsiz-

liklə gözlədiklərini bildirirdilər. Ona görə ki, 

Melburn, Monako və Sinqapur kimi, Bakı da 

şəhər trasına ev sahibliyi edirdi. Belə ki, Ba-

kıda keçirilən yarış zamanı avtomobillər də-

nizkənarı bulvar boyunca hərəkət edir, şəhə-

rin  ən  qədim  hissəsi  olan  və  UNESCO-nun 

dünya  irsi  siyahısına  daxil  edilən  İçərişəhər 

Tarix-Memarlıq  Qoruğunun  ətrafında  dövrə 

vururdular. Beləliklə, yarışı izləyən televiziya 

tamaşaçıları və qonaqlar şəhərin tam simasını 

görmək imkanı qazanırdılar.

Müxtəlif çətinlikli 20 döngəsi, dar keçid-

ləri və ən maraqlısı sahil boyunca saatda 340 

kilometr sürətlə hərəkət etmək imkanı verən 

2,2  kilometr  uzunluğunda  olan  hissə  Bakı 

şəhər  halqasını  cari  Formula-1  təqvimində 

ən sürətli şəhər treki olmasına imkan verirdi. 

Qran-pridə  orta  sürət  210,  maksimum  sürət 

isə saatda 340 kilometr nəzərdə tutulsa da, ya-

rışda ən yüksək sürət də məhz elə bu hissədə 

saatda 364 kilometr olaraq qeydə alındı.



Bakı qran-prisini 187 ölkədə  

500 milyon tamaşaçı izləyib

Yarım  milyard  tamaşaçı  auditoriyası  ilə 

dünyada  ən  çox  izlənilən  idman  turnirlərin-

dən  olan  Formula-1  yarışının  keçirilməsinin 

Bakıya  həvalə  olunması  Azərbaycanın  bey-

nəlxalq  idman  aləmində  qazandığı  nüfuzun 

göstəricisi hesab edilə bilər. Ölkəmiz birinci 

Avropa Oyunlarından sonra Formula-1 kimi 

mühüm yarışı da yüksək səviyyədə təşkil etdi 

və bu mütəxəssislər, eləcə də pilotların özləri 

tərəfindən yüksək qiymətləndirildi. 

Formula-1 azarkeşlərinin, habelə turistlə-

rin ölkəmizə rahat gələ bilməsi üçün müva-

fiq  prosedur  sadələşdirildi  və  bununla  bağlı 

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə 

sərəncam imzaladı. Dövlətimizin başçısı Av-

ropa  Qran-prisinə  hazırlıq  işlərini  də  daim 

nəzarətdə  saxlayırdı.  Azərbaycan  Prezidenti 

İlham  Əliyev  ilə  görüşdə  Berni  Ekklstoun 

Bakıda  gördüyü  inkişaf  proseslərinin  onda 

dərin təəssürat yaratdığını, bu tədbirin Bakı-

da  keçirilməsinin Azərbaycanda  gedən  inki-

şaf prosesləri ilə bağlı məlumatların dünyada 

yayılması işinə xidmət edəcəyini bildirmişdi.

Təbii  ki,  mötəbər  yarışlar  ölkəmizin 

sürətli inkişafını, Azərbaycan xalqının zəngin 

mənəvi  dəyərlərini,  qonaqpərvərliyini  bütün 

dünyaya nümayiş etdirmək baxımından misil-

siz imkandır. Bu baxımdan dünyanın müxtəlif 

ölkələrindən minlərlə Formula-1 azarkeşinin 

ölkəmizə gəlməsi, həmçinin yarışı işıqlandır-

maq üçün 160-dək əcnəbi jurnalistin Bakıya 

ezam olunması, ümumilikdə Qran-prini tele-

viziya  vasitəsilə  187  ölkədə  500  milyon  ta-

maşaçının  izləməsi Azərbaycanın  təbliğində 

mühüm rol oynadı.



Bakı formula-1 pilotlarının gözü ilə

Bu  mötəbər  yarışla  əlaqədar  ölkəmizə 

gələn  pilotlar,  komandaların  üzvləri,  habelə 

azarkeşlər  də  yarışın  yüksək  səviyyədə  ke-

çirilməsi  ilə  yanaşı,  Azərbaycanın  zəngin 

mədəniyyətinə,  qədim  tarixinə,  habelə  mil-

li mətbəximizə, xüsusən də paytaxt Bakının 

füsunkar gözəlliyinə valeh olduqlarını dönə-

dönə vurğulayırdılar.

Yarışdan əvvəl də Bakıya səfər etmiş is-

paniyalı  pilot,  Formula-1  Avropa  Qran-pri-

sinin  ulduz  elçisi  Fernando Alonso  Bakının 

Qərb ilə Şərqin ahəngdarlığını özündə yüksək 

səviyyədə təcəssüm etdirdiyini vurğulayaraq 

demişdi: “Azərbaycanın çox zəngin tarixi və 

mədəniyyəti  var.  Ölkənizə  səfərim  zamanı 

xalçalarınızla tanış oldum. Doğulduğum İspa-

niyada da xalçaçılıq ənənəsi var. Ancaq Azər-

baycan xalçaları özünəməxsusluğu ilə seçilir, 

naxışları isə çox gözəl və fərqlidir. Səfər etdi-

yim ölkələrdə hər zaman oranın mədəniyyəti 

ilə maraqlanıram. Deyə bilərəm ki, sizin ölkə-

niz zəngin adət-ənənəyə malikdir. Mətbəxiniz 

isə xüsusilə fərqlənir. Qonaqpərvərlik hər bir 

insanın üzündən hiss olunur”.

Formula-1  üzrə  üçqat  dünya  çempionu 

Luis Hamilton da özünün “İnstagram” səhifə-

sində  Azərbaycan  paytaxtını  ecazkar  şəhər 

adlandırıb.

Daha  bir  pilot,  “Force  İndia”  komanda-

sının meksikalı pilotu Serxio Peres isə Bakı 

şəhər halqasının özünəməxsusluğuna heyran-

lığını belə ifadə edib: “Bakı trası çox mürək-

kəbdir.  Əsl  yürüş  trasına  nail  olmaq  üçün 

Herman Tilke çox çalışıb. Burada səhvə yer 

yoxdur və mənim çox xoşuma gəlir. Axı For-

mula-1  məhz  belə  də  olmalıdır.  Bakıda  hər 

dövrə meydan oxuyur və mən çox şadam ki, 

belə bir tras ixtiyarımıza verilib”.

formula-1 Avropa qran-prisi:  

Azərbaycanın daha bir uğuru

Formula-1 Avropa Qran-prisinin üç günü-

nün həyəcanı başa çatdı. Lakin bu unudulmaz 

anlar,  yüksək  sürətin  doğurduğu  adrenalin, 

parlaq  qələbələr,  sərt  döngələr,  şəhərimizin 

tarixi hissəsinin və müasir görkəminin mavi 

Xəzərin  fonunda  möhtəşəm  vəhdətinin  do-

ğurduğu bənzərsiz mənzərə, dünyanın məşhur 

müğənnilərinin konsertləri paytaxtın sakinlə-

ri, Formula-1 azarkeşləri ilə yanaşı, pilotların 

da xatirəsində uzun illər qalacaq.

Beləliklə, sürətlə inkişaf edən, beynəlxalq 

aləmdə böyük nüfuz qazanan, sayılıb-seçilən 

müasir  müstəqil  Azərbaycan  daha  bir  mö-

təbər  uğura  imza  ataraq  Formula-1  tarixinə 

özünə məxsus parlaq səhifə yazdı.



Səxavət QULİYEV

AZƏRBAYcAn foRMUlA-1 AvRoPA qRAn-PRiSinin 

TARixinƏ öZünƏMƏxSUS PARlAq SƏhifƏ YAZDI

Yüklə 337,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə