R b a y c a n X z r d n z g m



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix05.02.2018
ölçüsü0,59 Mb.
#24496
  1   2   3   4   5   6   7   8


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

9 dekabr 2016-cı il    № 81-84 (9087) 

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

D

ekabrın 6-da “Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəli-

yev “Qazaxıstan Dəmir Yolları” SC-nin dəvəti 

ilə “Sənayeləşdirmə Günü” tədbirlərində iştirak 

etmək üçün Astanada səfərdə olub. 

“Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Kanat 

Alpısbayevlə görüş zamanı   mühüm tədbirə dəvə-

tinə görə öz təşəkkürünü bildirən  Rauf Vəliyev son 

dövrlər Azərbaycanda dənizçilik sahəsində aparılan 

köklü islahatlar, bu sahəyə dövlət dəstəyi, donan-

manın yenilənməsi istiqamətində görülən işlər və s. 

məsələlərdən ətraflı söhbət açıb. Bildirib ki, "Şərq-

Qərb"  beynəlxalq  nəqliyyat  dəhlizi  arasında  ən 

qısa  yolun  ölkələrimizin  ərazisindən  keçməsi  hər 

iki  ölkəyə  mövcud  nəqliyyat  potensialından  daha 

səmərəli istifadəyə imkan verir. İstər Azərbaycan-

da, istərsə də Qazaxıstanda nəqliyyat infrastruktu-

runun təkmilləşdirilməsi, tranzit potensialının artı-

rılması üçün çox böyük işlər həyata keçirilir. Bakı 

Beynəlxalq Dəniz Ticarət Limanı, yaxınlarda inşa-

sı  başa  çatdırılacaq  Bakı-Tbilisi-Qars  dəmir  yolu 

xətti, o cümlədən Qazaxıstanda  dəmir yolları  və 

limanların genişləndirilməsi bu istiqamətdə əmək-

daşlığın inkişafı və birgə layihələrin icrası üçün ge-

niş imkanlar yaradır.

Azərbaycanın  Qazaxıstandakı  fövqəladə  və 

səlahiyyətli  səfiri  Rəşad  Məmmədovun  da  iştirak 

etdiyi  görüşdə  Transxəzər  Beynəlxalq  Nəqliyyat 

Marşrutu  çərçivəsində  əməkdaşlıq  məsələləri  də 

diqqət mərkəzində olub. Öz növbəsində “Qazaxıs-

tan Dəmir Yolları” SC-nin sədri Kanat Alpısbayev 

də  Gəmiçiliklə  əməkdaşlıqdan  məmnun  olduğunu 

və bu əməkdaşlığın eyni zamanda nəzərdə tutulan 

layihələrin  gerçəkləşdirilməsinə  zəmin  yaratdığını 

bildirib.

Danışıqlardan  sonra  Rauf  Vəliyev  və  Kanat 

Alpısbayev  iki  qurum  arasında  strateji  əməkdaş-

lıq və birgə müəssisənin yaradılmasına dair müqa-

vilə  imzalayıblar.  Strateji  əməkdaşlıq  haqqında 

müqaviləyə  əsasən  tərəflər  nəqliyyat  sahəsində 

cari  və  gələcəkdə  reallaşdırılması  nəzərdə  tutulan 

layihələrə investisiyaların cəlb edilməsi, Azərbay-

can  və  Qazaxıstan  limanlarından  yükdaşımaların 

həcminin artırılması, müxtəlif istiqamətlər üzrə da-

şımalara dair iş planının hazırlanması, hər iki quru-

mun mövcud infrastruktur, xüsusilə də gəmiqayır-

ma, gəmi təmiri, yükaşırma və digər  imkanlarından 

istifadə edilməsi, logistika və gəmilərə agent xid-

mətlərinin göstərilməsi sahəsində əməkdaşlığı inki-

şaf etdirmək üzrə razılığa gəliblər. 

Qazaxıstana  səfəri  çərçivəsində  “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Və-

liyev  bu  ölkənin    baş  nazirinin    birinci  müavini 

Askar Maminlə də görüşüb. Görüş zamanı iki ölkə 

arasında birgə həyata keçirilən nəqliyyat layihələ-

rindən danışılıb. Bildirilib ki, hər iki ölkə preziden-

tinin  müxtəlif  sahələrdə    həyata  keçirdiyi  uğurlu 

əməkdaşlıq  siyasəti  münasibətlərimizin  daha  da 

möhkəmlənməsinə xidmət edir. Tərəflər yaxın gələ-

cəkdə  reallaşması  nəzərdə  tutulan  birgə  nəqliyyat 

layihələri, bu layihələrin hər iki ölkənin iqtisadiy-

yatına  verəcəyi  töhfələr  haqqında  da  müzakirələr 

aparıblar. 

Sonra Gəmiçiliyin nümayəndə heyəti Qazaxıs-

tan  Respublikasının  Prezidenti  Nursultan  Nazar-

bayev  və  digər  dövlət  rəsmilərinin  iştirakı  ilə  ke-

çirilən  “Sənayeləşdirmə  Günü”  tədbirində  iştirak 

edib.  Telekörpü  vasitəsilə  tədbir  iştirakçılarına 

Qazaxıstanda başa çatdırılan müxtəlif infrastruktur 

layihələri, o cümlədən “Almatı - Şu istiqamətində 

ikinci  dəmiryol  xətti”  və  “Kurık  bərə  kompleksi” 

təqdim edilib və istismara verilib.

Kurık  limanında  istismara  verilən  yeni  bərə 

kompleksindən  yüklərin  vaqonlardan  boşaldılma-

dan birbaşa bərələrə yüklənib Xəzəryanı ölkələrə, 

ordan  isə  Avropaya  daşınması  mümkün  olacaq. 

Ümumi sahəsi 40 hektar olan bərə kompleksi ildə 

4 milyon ton yükün aşırılmasına imkan yaradacaq. 

Kurık limanının əlverişli coğrafi mövqeyi, eyni za-

manda limanda suyun dərinliyinin böyük tutumlu 

gəmilərin yan alması üçün münasib olması gələcək-

də bu limandan ən müxtəlif təyinatlı yüklərin yola 

salınması  və  qəbuluna  imkan  verir.  Bu  kompleks 

Transxəzər  Beynəlxalq  Nəqliyyat  Marşrutu  üzrə 

artan konteyner həcmlərinin qarşılanmasında mü-

hüm rol oynayacaq. Buradan Azərbaycan istiqamə-

tində səfərlər zamanı  mövcud və yeni bərələrdən 

istifadə olunacaq.

Qeyd edək ki, bu günə kimi Qazaxıstan ərazi-

sindən tranzit yükdaşımaları yalnız Aktau limanın-

dan həyata keçirilirdi. Aktau limanının yük aşırma 

imkanlarının məhdud olması və  eyni zamanda li-

manın coğrafi yerləşməsi, onun küləklərin birbaşa 

təsirinə  məruz  qalması  yükdaşımalara  mənfi  təsir 

göstərirdi. Yeni Kurık bərə kompleksinin istismara 

verilməsi  isə  Xəzər  dənizində  yükdaşımanın  həc-

minin artmasına səbəb olacaq. Kurık kompleksinin 

Bakı  Limanına  daha  yaxın  məsafədə    yerləşməsi 

yüklərin daha tez zaman kəsiyində ünvana çatma-

sına imkan yaradacaq.

Kurık  limanından  ilk  yola  salınan  gəmilərdən 

biri Gəmiçiliyin “Şahdağ” gəmi-bərəsi olub. Əsaslı 

təmirdən bu yaxınlarda çıxan “Şahdağ” gəmi-bərə-

si  Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda 

dəmir yolu vaqonları və sərnişin daşıyacaq.

Xatırladaq ki, Gəmiçilik Xəzərdə yeganə bərə 

operatoru kimi fəaliyyət göstərir və hazırda 13 gə-

mi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat  Marş-

rutu üzrə yükdaşımalara cəlb olunub. Rəqabətəda-

vamlı  xidmət  göstərmək  üçün  istənilən  gəmiçilik 

şirkəti  kimi  Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi 

də  donanmasında  gəmi-bərələrinin  sayını  artır-

mağa  xüsusi  önəm  verir.  Bu  məqsədlə  Gəmiçilik 

2016-cı ilin oktyabr ayında  daha 2 unikal Ro-Pax 

tipli  gəmi-bərənin  tikintisini  Bakı  Gəmiqayırma 

Zavodunda  sifariş  verib.  Bununla  da  "Şərq-Qərb" 

və əks istiqamətdə artması gözlənilən yüklərin da-

şınması heç bir maneə olmadan həyata keçiriləcək. 

Bərələrin sayının artırılması həm də Azərbaycanın 

regionda nəqliyyat-loqistika qovşağına çevrilməsi, 

ölkənin  tranzit  potensialının  gücləndirilməsi  üçün 

də  çox böyük əhəmiyyətə malikdir.



BU SAYIMIZDA

AzərbAycAnın dəniz nəqliyyAtı sistemi  

AvrAsiyA məkAnının ən mühüm nəqliyyAt- 

trAnzit qovşAqlArındAn birinə çevrilib

Azərbaycan tarixən qədim ipək yolunun keçdiyi və bir-bi-

rinə uzaq məsafədə yerləşən dövlətləri ən qısa yolla birləşdirən, 

ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkan olub. Ölkəmizin bu 

sahədəki tarixi rolu indi - qloballaşan dünyanın yeni geoiqtisadi 

çağırışları kontekstində daha da artaraq strateji əhəmiyyət kəsb 

edir. Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə 

çevrilən Azərbaycan həm də bu sahədə yeni təşəbbüslərin müəlli-

fidir. ipək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal 

dəstəkçisi olan respublikamız müxtəlif 

istiqamətlərə tranzit daşımalarının 

səmərəli təşkilinə də etibarlı təminat 

verir.

səh. 3

12 dekabr ümummilli liderin anım günüdür

UlU Öndər heydər əliyev dühAsını, UcAlığını, 

bÖyüklüyünü həmişə xAtırlAyAcAğıq

Tarixdə elə şəxsiyyətlər 

yetişib ki, onlara nəinki təmsil 

etdikləri xalqın taleyində, eləcə 

dünya siyasətində olduqca 

böyük missiyanı həyata keçir-

mək səadəti nəsib olub. 

səh. 2

AUdit yoxlAmAsınA 

hAzırlıq işləri ApArılır

Azərbaycan 

respublikasının 

dövlət dəniz Ad-

ministrasiyasında 

beynəlxalq dəniz 

təşkilatına üzv 

dövlətlərin audit 

sxeminə (ımsAs) 

əsasən keçirilməsi 

nəzərdə tutulan 

audit yoxlamasına hazırlıq işlərinin 

aparılması məqsədilə görüş keçirilib.

“Al JAzeerA” telekAnAlı bAkı limAnı 

hAqqındA videomAteriAl hAzırlAyıb

kArAte üzrə respUblikA çempionAtının 

qAlibləri müəyyənləşib

Biznes forumda enli də-

mir yoluna malik ölkələrin 

milli dəmiryol şirkətlərinin

aparıcı nəqliyyat, logistika 

və maşınqayırma müəs-

sisələrinin, Azərbaycanın və 

Rusiyanın əlaqədar dövlət 

idarəetmə orqanlarının rəh-

bərləri iştirak ediblər. 

Azərbaycanın  Baş  nazirinin  müavini 

Abid Şərifov biznes forumda çıxış edərək, 

iştirakçıları  Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyev adından salamla-

yıb, onlara uğurlar və rifah arzu edib. 



Yeniyetmə və gənclər arasın-

da 17-ci, böyüklərin isə karate 

üzrə 24-cü respublika çempiona-

tının qalibləri məlum olub.

“Sərhədçi”  İdman  Olimpi-

ya  Mərkəzində  keçirilmiş  yarışda 

paytaxt  və  müxtəlif  regionlardan 

41 klubu təmsil edən 430 idmançı 

iştirak edib.



“Əl Cəzirə” (Al Jazeera Arabic) telekanalının hazırladığı videoma-

terialda bildirilir ki, Azərbaycanda həyata keçirilən böyük investisiya 

layihələri bu ölkədə neft-qaz sektoruna alternativ layihələrdir.

Kanalın hazırladığı videomaterialda Ələt qəsəbəsində yaradı-

lan yeni Bakı Limanı və onun ətrafında yerləşəcək Azad Ticarət 

Zonası  tipli  xüsusi  iqtisadi  zona  barədə  məlumat  verən  limanın 

baş direktorunun müşaviri Zaur Həsənov bildirib ki, Azərbaycanın 

Xəzər  dənizi  sahilində,  dəmir  yollarının 

və su yollarının kəsişdiyi yerdə yerləşmə-

si, onu Asiya və Avropanı birləşdirən bir 

mərkəzə çevirir.

səh. 5

səh. 7

“AzərbAycAn xəzər dəniz Gəmiçiliyi” qsc və 

“qAzAxıstAn dəmir yollArı” sc ArAsındA 

əməkdAşlıq hAqqındA müqAvilə imzAlAnıb

bAkıdA “strAteJi tərəfdAşlıq 1520: dünyAnın 

dÖrd tərəfini birləşdirən - xəzər reGionU” 

mÖvzUsUndA beynəlxAlq biznes forUm keçirilib

səh. 4

səh. 8



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə