R b a y c a n X z r d n z g m



Yüklə 450,56 Kb.

səhifə1/8
tarix06.05.2018
ölçüsü450,56 Kb.
  1   2   3   4   5   6   7   8


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

13 yanvar 2017-ci il    № 1-4 (9095) 

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

…Azərbaycan  2016-cı  ildə  öz  inamlı 

inkişafını  davam  etdirmişdir,  ölkəmizdə 

təhlükəsizlik  tədbirləri  təmin  edilmişdir, 

Azərbaycan  xalqı  sülh,  əmin-amanlıq  şə-

raitində yaşamışdır və yaşayır. Ölkəmizdə 

sabitliyin  mənbəyi  xalqımızın  iradəsidir, 

xalqımızın seçimidir. Bu gün ölkəmiz dün-

ya miqyasında sabitliyi ilə seçilən ölkələr-

dən biridir. Əlbəttə ki, gördüyümüz bütün 

bu  işləri  dünya  kontekstindən  ayırmaq 

mümkün deyil. Dünyada və bölgədə gedən 

təhlükəli proseslərə fikir verərkən bir daha 

görürük ki, Azərbaycan öz yoluna sadiqdir, 

müstəqillik,  inkişaf  yolu  ilə  gedir  və  biz 

çalışmışıq və çalışacağıq bundan sonra da 

ölkəmizi,  xalqımızı  mümkün  olan  risklər-

dən qoruyaq, öz müstəqil yolumuzu təmin 

edək. Artıq tarix və ətrafda baş verən ha-

disələr  göstərir  ki,  bizim  seçdiyimiz  yol 

yeganə düzgün yoldur. Bu, müstəqillik yo-

ludur, sabitlik, inkişaf yoludur.

2016-cı  ildə  ölkə  qarşısında  duran 

demək olar ki, bütün əsas vəzifələr təmin 

edildi.  Bildiyiniz  kimi, Azərbaycan  neftlə 

zəngin olan digər ölkələr kimi, neftin qiy-

mətinin aşağı düşməsindən əziyyət çəkirdi. Ancaq neft 

ixrac  edən  bütün  ölkələrin  addımlarına  nəzər  salsaq 

görərik  ki, Azərbaycan  o  ölkələrdəndir  ki,  bu  böhranlı 

vəziyyətdən də uğurla çıxa bilmişdir. Neftlə zəngin olan 

bir neçə başqa ölkə var ki, bizim kimi bu vəziyyətdən 

uğurla çıxa bilmişdir. Neftin qiyməti isə 3-4 dəfə aşağı 

düşmüşdür.  Bu,  o  deməkdir  ki,  əsas  gəlir  mənbəyimiz 

olan neft bizə 3-4 dəfə az gəlir gətirmişdir. Biz əlbəttə 

ki, bu böhranlı vəziyyətdən çıxış yolunu tapmalı idik və 

hesab  edirəm  ki,  tapmışıq.  Bütün  çətinliklərə,  itkilərə 

baxmayaraq,  biz  iqtisadi  sabitliyimizi  qoruya  bildik, 

bu ağır vəziyyətdən şərəflə çıxa bildik. 2016-cı ildə də 

ölkəmizdə iqtisadi inkişafla bağlı çox önəmli addımlar 

atılmışdır. Bir daha qeyd etmək istəyirəm, hər bir ölkənin 

inkişafı üçün əsas şərt təhlükəsizlikdir, sabitlikdir, vətən-

daş həmrəyliyidir. Bu da bizdə var. Təhlükəsizlik qoru-

nur, bir daha demək istəyirəm ki, xalqın iradəsinə əsasla-

nan sabitlik, vətəndaş birliyi və həmrəyliyi 2016-cı ildə 

daha da artmışdır. Bütün Azərbaycan xalqı vahid amal 

uğrunda birləşib ki, ölkəmizi daha da inkişaf etdirək və 

müstəqilliyimizi daha da möhkəmləndirək.

2016-cı ildə biz müstəqilliyimizin bərpasının 25 illi-

yini qeyd etmişik və bu gözəl bayramı yaxşı nəticələrlə, 

uğurlarla qarşılamışıq.

İqtisadi  sahədə  2016-cı  ildə  önəmli  addımlar  atıl-

mışdır. 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə 

qalacaq. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, 

mənim  tərəfimdən  imzalanmış  sərəncamlar  iqtisadi  is-

lahatları  daha  da  dərinləşdirir  və  bizə  imkan  verir  ki, 

gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. 

Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir. 

Əminəm ki, bu nəticələr bu il və bundan sonrakı illərdə 

daha da qabarıq şəkildə özünü göstərəcək.

Ümumi  daxili  məhsul  aşağı  düşsə  də,  -  bunun  da 

əsas səbəbi neftin qiymətinin 3-4 dəfə aşağı düşməsidir 

və  bundan  irəli  gələn  investisiyaların,  dövlət  investisi-

yalarının azalmasıdır, - digər önəmli göstəricilər bizi se-

vindirir. Xüsusilə, ölkəmizdə qeyri-neft sənaye istehsalı 

keçən il 5 faiz artmışdır. Bu, o deməkdir ki, bizim uzun 

illər  ərzində  apardığımız  siyasət  öz  nəticəsini  göstərir. 

Sənayeləşmə, qeyri-neft sektorunun, sahibkarlığın inki-

şafı, bax, bu, gözəl nəticəni təmin edibdir. Böhranlı ildə 

qeyri-neft sənayemizin 5 faiz artması, hesab edirəm ki, 

çox böyük göstəricidir.

…Baxmayaraq ki, gəlirlərimiz 3-4 dəfə aşağı düşüb, 

Azərbaycanda yaradılmış gözəl sərmayə iqlimi hesabına 

biz ölkəmizə 8 milyard dollar xarici investisiya cəlb edə 

bilmişik. Bu da çox gözəl göstəricidir. Çünki bu gün bü-

tün dünyada iqtisadi böhran yaşanır, maliyyə çətinlikləri 

müşahidə olunur və belə vəziyyətdə xaricdən investisiya 

gətirmək çox çətin məsələdir. Biz bunu təmin etmişik və 

ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qo-

yulmuşdur. Daxili sərmayə isə 3,7 milyard dollar olmuş-

dur. Əvvəlki illərlə müqayisədə bu, daha aşağı rəqəm-

dir. Ancaq bu, başadüşüləndir, bunun səbəbi də bəllidir. 

Beləliklə, ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 

milyon  dollar  sərmayə  qoyulmuşdur.  Bir  daha  demək 

istəyirəm ki, bu, çox gözəl göstəricidir. Bu göstəricinin 

mütləq rəqəmləri də çox böyükdür. Əgər bunu adamba-

şına hesablasaq görərik ki, biz bəlkə də dünya miqyasın-

da ən qabaqcıl yerlərdən birini tuturuq.

2016-cı  ildə  əsas  vəzifələrdən  biri  valyuta  ehtiyat-

larımızı, xüsusilə Neft Fondunun vəsaitini qorumaq idi. 

Biz buna nail ola bilmişik. Mən indi dünyada 

gedən proseslərə xalqımızın diqqətini bir daha 

yönəltmək  istəyirəm.  Demək  olar  ki,  neftlə 

zəngin  olan  bütün  ölkələrin  valyuta  gəlirləri 

böyük  dərəcədə  aşağı  düşüb.  Neft  fondları, 

suveren fondlar, digər fondlar, pensiya fondla-

rı, bunların müxtəlif adları var. Bu fondlarda 

yığılan  vəsait  kəskin  şəkildə  aşağı  düşmüş-

dür. Azərbaycanda isə biz demək olar ki, Neft 

Fondunun gəlirlərini qoruya bildik. Neft Fon-

dunun  gəlirləri  cəmi  4  faiz  aşağı  düşmüşdür. 

Çünki biz valyuta ehtiyatlarımızın şaxələndi-

rilməsi istiqamətində vaxtilə addımlar atmışıq. 

Bizim valyutamız həm dollarda, həm avroda, 

həm  Britaniya  funtunda  saxlanılır.  Dolların 

möhkəmlənməsi,  avronun,  funtun  aşağı  düş-

məsi  nəticəsində  bax,  dollar  ekvivalentində 

bizim Neft Fondumuzun valyuta ehtiyatları 4 

faiz aşağı düşmüşdür. Əgər bu məzənnə fərqi 

olmasaydı, biz o az səviyyəli tənəzzülə də uğ-

ramazdıq.  Yəni,  bu  gün  Azərbaycan  Dövlət 

Neft  Fondunda  33  milyard  dollar  vəsait  var. 

Biz bunu qorumuşuq, qoruyacağıq və əminəm 

ki, bu il bunu daha da artıracağıq.

Əlbəttə, böhrandan çıxmaq üçün ən asan 

yol valyuta ehtiyatlarını xərcləməkdir və biz bunu bəzi 

yerlərdə  görürük.  Ancaq  biz  gələcəyi  düşünürük.  Biz 

uzunmüddətli  strategiyamızı  qururuq.  Biz  illər  boyu 

valyuta ehtiyatlarımızı qorumuşuq, yığmışıq, ölkə üçün 

lazım olan infrastruktur, sosial layihələrə yönəltmişik və 

bu gün də qoruyuruq, artırırıq və artırmalıyıq.

Bizim gördüyümüz işlər dünyanın aparıcı, mötəbər 

beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də 

yüksək qiymətləndirilir. Bu da çox vacibdir. Çünki biri 

var bunu biz özümüz deyirik, biri də var ki, bunu bey-

nəlxalq  qurumlar  qeyd  edir.  Dünya  Bankının  “Doing 

Business”  hesabatında Azərbaycan  65-ci  yerdədir.  Bu, 

yaxşı göstəricidir. Əlbəttə, biz çalışmalıyıq ki, daha yük-

sək pilləyə çıxaq. Ancaq indiki şəraitdə dediyim bütün 

o amilləri nəzərə alaraq hesab edirəm ki, bu, kifayət qə-

dər yüksək göstəricidir. Dünyanın aparıcı iqtisadi bey-

nəlxalq forumunun - Davos Ümumdünya İqtisadi Foru-

munun  hesablamalarına  görə, Azərbaycan  iqtisadiyyatı 

dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə 

irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxmışdır. Bu 

da hesab edirəm ki, rekord göstəricidir. Biz MDB mə-

kanında yenə də birinciyik və bu birinciliyi saxlamışıq. 

Bax, budur, beynəlxalq aparıcı iqtisadi qurumların hesa-

batları.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

(Yanvarın 10-da Azərbaycan Respublikası Prezidentinin 

sədrliyi  ilə  keçirilən  Nazirlər  Kabinetinin  2016-cı  ilin 

sosial-iqtisadi  inkişafının  yekunlarına  və  qarşıda  duran 

vəzifələrə həsr olunan iclasındakı nitqindən)

Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycan 

Respublikasında “İslam Həmrəyliyi İli” elan edilmə-

si haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan uzun əsrlərdən 

bəri  İslam  sivilizasiyasının  əsas  mərkəzlərindən  biri 

olub. O, İslam dininin yayılmasında və eyni zamanda, 

Müsəlman  İntibahının  bərqərar  olmasında  mühüm  rol 

oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxt-

lardan İslam dininin maddi və qeyri-maddi irsinin for-

malaşmasına zəmin yaradıb. 743-cü ildə tikilən Şamaxı 

Cümə  məscidi  və  ölkəmizin  muzeylərində  saxlanılan 

qədim əlyazmalar bunun bariz nümunəsidir.

Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet 

dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstər-

diyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Hə-

min məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi 

qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə 

qayğısı sayəsində son illər ərzində İslam mədəniyyəti-

nin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdər-

bəy,  Şamaxı  Cümə  məscidləri  və  Gəncə  şəhərindəki 

“İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq 

təmir  olunub,  ölkəmizin  paytaxtında  Cənubi  Qafqazın 

ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib.

Azərbaycan  Respublikası  İslam  Əməkdaşlıq  Təş-

kilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini 

birləşdirən  digər  mötəbər  qurumların  üzvü  seçilərək 

İslam  aləmi  ilə  qarşılıqlı  faydalı  münasibətlər  qurub, 

qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların 

təşkilatçısı kimi çıxış edib.

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapması-

na,  multikulturalizmin,  mədəniyyətlərarası  və  siviliza-

siyalararası  dialoqun  qurulmasına,  İslam  dəyərlərinin 

dünyada  təbliğinə  böyük  töhfələr  verib. Azərbaycanın 

İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 

2018-ci  ildə  Naxçıvan  şəhərlərinin  İslam  mədəniyyə-

tinin  paytaxtı  elan  olunmasında  öz  ifadəsini  tapıb.  IV 

İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhə-

rində  keçirilməsi  ilə  bağlı  qərar  isə  ölkəmizin  İslam 

həmrəylinin  möhkəmləndirilməsi  sahəsində  növbəti 

əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Sərəncamın imzalanmasında məqsəd İslam həmrəy-

liyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus 

mövqeyinin möhkəmləndirilməsini təmin etməkdir.

Sərəncamda Nazirlər Kabinetinə 2017-ci ilin Azər-

baycanda  “İslam  Həmrəyliyi  İli”  elan  edilməsinə  dair 

tədbirlər  planını  bir  ay  müddətində  hazırlayıb  Prezi-

dentə təqdim etmək tapşırılır.

Azərbaycan  Respublikası  Prezidenti  Administ-

rasiyası rəhbərinin Sərəncamı ilə “20 Yanvar faciə-

sinin  iyirmi  yeddinci  ildönümünün  keçirilməsi  ilə 

bağlı tədbirlər planı” təsdiq edilib.

Sənəddə  respublikanın  şəhər  və  rayonlarında,  o 

cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə 

bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədə-

niyyət  ocaqlarında  faciəyə  həsr  olunmuş  tamaşaların 

göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdiril-

məsi,  bu  tədbirlərin  kütləvi  informasiya  vasitələrində 

geniş  işıqlandırılması,  dünya  ictimaiyyətinin  diqqəti-

ni  faciəyə  yönəltmək  məqsədilə  Azərbaycanın  xarici 

ölkələrdəki  səfirlikləri,  diplomatik  nümayəndəlikləri 

və  icmaları  vasitəsilə  müvafiq  tədbirlərin  keçirilməsi, 

dünyanın aparıcı kütləvi informasiya vasitələrində, elə-

cə də televiziya kanallarında və internet şəbəkələrində 

20 Yanvar faciəsi barədə materialların verilməsi nəzər-

də tutulub.

Tədbirlər planına əsasən, respublikanın bütün təd-

ris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs ke-

çiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların 

ailələrinə  humanitar  yardım  veriləcək,  Şəhidlər  xiya-

banı  ərazisində  lazımi  işlər  aparılacaq, Azərbaycanda 

fəaliyyət  göstərən  əsas  dini  konfessiya  və  qurumlar 

tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasim-

lər təşkil ediləcək.

Bundan başqa, Sərəncamda paytaxt ictimaiyyətinin 

yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, 

saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi-

nin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomo-

billər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, 

gün  ərzində  Şəhidlər  xiyabanında  matəm  musiqisinin 

səsləndirilməsi,  respublikanın  şəhər  və  rayonlarında, 

kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bay-

raqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.



BU SAYIMIZDA

İllƏR BİZİ YAşADIR, BİZ İllƏRİ 

PReZİDent İlHAM ƏlİYevİn Ən BöYük ARZUSU MüStƏqİl AZƏRBAYcAn,  

vARlI AZƏRBAYcAn, MƏğRUR AZƏRBAYcAn vƏ Dİnc AZƏRBAYcAnDIR

GƏMİçİlİk GƏMİlƏRİn oPeRAtİv 

tƏMİR olUnMASI üçün BAkI lİMAnInA 

üZƏn eMAlAtxAnA GönDƏRƏcƏk

“Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” Qapalı Səhmdar 

Cəmiyyəti Bakı Beynəlxalq Də-

niz Ticarət Limanına gəmilərin 

operativ təmir olunması üçün 

üzən emalatxana göndərəcək.

Səh. 2

“xAnkƏnDİ” xƏZƏR HövZƏSİnDƏ  

AnAloqU olMAYAn GƏMİDİR

Bu yeni gəmi “cənub qaz Dəhlizi”nin  

reallaşmasına sanballı töhfə verəcək

2016-cı ilin dekabr ayı ərzində 1 milyon 887 min 729 

ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarları-

na çıxarılıb.

SOCAR-ın  mətbuat  xidmətindən    bildirilib  ki,  bu  həcmin  1 

milyon 374 min 823 tonunu Azərbaycan 

Respublikası Dövlət Neft Fondunun nef-

ti təşkil edib.

2017-cİ İl DünYADA “BeYnƏlxAlq DAvAMlI 

tURİZM İlİ” kİMİ qeYD eDİlƏcƏk

üç qADIn GülƏşçİMİZ BeYnƏlxAlq ReYtİnq 

cƏDvƏlİnDƏ İlk onlUqDA qƏRARlAşIB

Ömrümüzdən bir il də keçdi

daha bir ilə əlvida dedik. Yeni ilin 

ilk günlərində ixtiyarsız arxaya 

baxır, yaddaşımızı vərəqləyir, tarixə 

çevrilən ilin əlamətdar hadisələri-

ni yada salırıq. Möhtərəm Prezi-

dentimiz İlham Əliyev tərəfindən 

“Multikulturalizm ili” elan edilən  

2016-cı ildə də üzümüzdə təbəssüm

gözümüzdə sevinclə müşayət olunan 

əlamətdar hadisələr, aylara, illərə 

dəyən xoş günlərimiz az olmadı.

Dünya Güləş Birliyi ötən ilin yekun-

larına əsasən, 2017-ci ilin ilk reytinq si-

yahısını açıqlayıb.

Qadın pəhləvanların reytinq sıralama-

sında 7 güləşçimizin adı var. Onlardan 3-ü 

ilk onluğa daxildir.



BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili dünyada 

“Beynəlxalq davamlı turizm ili” elan edib.

Dünya  Turizm  Təşkilatının  rəsmi  saytının  verdiyi  xəbərə 

görə, “Beynəlxalq davamlı turizm ili”nin 

rəsmi açılışı yanvarın 18-də İspaniyanın 

Madrid şəhərində olacaq. 

2016

-cı ilin yaddaqalan hadisələrindən biri də may 

ayında “Xankəndi” sualtı tikinti gəmisinin 

Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündən suya 

endirilməsi oldu. “Xankəndi” xüsusi 

olaraq “Şahdəniz-2” layihəsinin sualtı 

konstruksiyalarını quraşdırmaq üçün 

layihələndirilib və  inşa edilib.

Səh. 5

Səh. 6

ceYHAn lİMAnInDAn 320 MİlYon tonADƏk 

AZƏRBAYcAn neftİ DünYA BAZARInA çIxARIlIB

Səh. 8

2017-cİ İl AZƏRBAYcAnDA “İSlAM HƏMRƏYlİYİ İlİ” elAn eDİlİB

20 YAnvAR fAcİƏSİnİn 27-cİ İlDönüMünün keçİRİlMƏSİ 

İlƏ BAğlI tƏDBİRlƏR PlAnI tƏSDİq eDİlİB

Səh. 3

Səh. 4





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə