R b a y c a n X z r d n z g m



Yüklə 450,56 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix06.05.2018
ölçüsü450,56 Kb.
#42721
1   2   3   4   5   6   7   8

Bakıda Azərbaycan Res-

publikası və Rusiya Federa-

siyası arasında Xəzər dəni-

zinin hüquqi statusu üzrə 

ikitərəfli məsləhətləşmələr 

keçirilib.

Xarici  İşlər  Nazirliyinin  mətbuat 

xidmətindən    bildiriblər  ki,  görüşdə 

Azərbaycan  Respublikası  xarici  işlər 

nazirinin  müavini  Xələf  Xələfovun 

və  Rusiya  Federasiyası  Prezidentinin 

MDB  İştirakçı-Dövlətləri  ilə  sərhəd-

lərin  delimitasiyası  və  demarkasiyası 

üzrə xüsusi nümayəndəsi, Xarici İşlər 

Nazirliyinin xüsusi tapşırıqlar üzrə sə-

firi İqor Bratçikovun rəhbərlik etdiyi 

nümayəndə heyətləri iştirak ediblər.

Görüşdə Xəzər dənizinin hüquqi 

statusu haqqında Konvensiya layihə-

si üzrə geniş fikir mübadiləsi aparılıb. 

Xəzəryanı  ölkələrin  Zirvə  toplantı-

sına  hazırlıq  məqsədilə  keçirilməsi 

nəzərdə  tutulan  Xəzəryanı  ölkələrin 

Xarici  İşlər  Nazirlərinin  Müşavirə-

sinə qədər sözügedən Konvensiya la-

yihəsində açıq qalan bütün məsələlər 

üzrə razılığın əldə olunmasının vacib-

liyi  vurğulanıb.  Bu  məqsədlə  Xəzər 

dənizinin  hüquqi  statusu  haqqında 

Konvensiyanın  işlənib  hazırlanması 

üzrə  Xəzəryanı  ölkələrin  xarici  işlər 

nazirlərinin  müavinləri  səviyyəsində 

xüsusi işçi qrupunun növbəti görüşü-

nün səmərəli yekunlaşması üçün birgə 

səylərin artırılmasının zəruriliyi qeyd 

edilib.  Müzakirələr  zamanı  bütün 

Xəzəryanı  ölkələr  tərəfindən  qəbul 

ediləcək  Konvensiyanın  hər  bir  sa-

hilyanı dövlətin suveren hüquqlarının 

təmin olunmasına və onların maraqla-

rına xidmət etməli olduğuna dair fikir 

mübadiləsi aparılıb.

Hər  iki  ölkə  arasında  mövcud 

olan  mehriban  qonşuluq  və  dostluq 

münasibətləri ruhunda keçən görüşdə 

Xəzər dənizi məsələləri üzrə ikitərəfli 

formatda aparılan məsləhətləşmələrin 

mövqelərin  yaxınlaşdırılmasına  və 

açıq qalan məsələlərin razılaşdırılma-

sına xidmət etdiyi qeyd olunub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı 

Səhmdar Cəmiyyəti Bakı Beynəlxalq Dəniz Ticarət 

Limanına gəmilərin operativ təmir olunması üçün 

üzən emalatxana göndərəcək.

 “Bibiheybət” Gəmi Təmiri Zavodunda Gəmiçi-

liyə məxsus üzən emalatxananın təmirinə başlanılıb.

Təmir başa çatdıqdan sonra üzən emalatxananın 

yedək gəmisi ilə Ələtə - yeni Bakı Beynəlxalq Dəniz 

Ticarət Limanına aparılması gözlənilir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə 

yüklərin  vaxtında  daşınması  üçün  fəaliyyətdə  olan 

bərələrin  Ələt  limanında  operativ  təmirinə  zərurət 

yaranıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara 

veriləndən sonra “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə 

daşınan yüklərin həcmində də artım proqnozlaşdırıl-

dığından Gəmiçiliyin rəhbərliyi üzən emalatxananın 

təmirinə qərar verib.

Üzən  emalatxana  Xəzərin  ən  böyük  yükaşırma 

müəssisəsinə  yan  alacaq  gəmilərə  operativ  xidmət 

göstərməyə  imkan  verəcək.  Bununla  da  gəmilərin 

səfərlərarası  cari  təmirində  vaxt  itkisi  aradan  qaldı-

rılacaq.  Əvvəllər  gəmilərin  “Bibiheybət”  və  “Zığ” 

gəmi təmiri zavodlarında həyata keçirilən cari təmir 

işləri bundan sonra yeni Bakı Beynəlxalq Dəniz Ti-

carət Limanında gerçəkləşdiriləcək.

Müasir standartlara cavab verəcək üzən emalatxa-

nada gəmilərin təmiri ilə bağlı bütün xidmətlər göstə-

riləcək. Burada işçi heyətin yaşayışı üçün də zəruri 

hər şey nəzərə alınıb. Kayutlar, yeməkxana, istirahət 

otağı ilə yanaşı, üzən qurğuda Gəmiçiliyin internet və 

lazımı avadanlıqlarla təchiz edilən stasionar ofisi də 

fəaliyyət göstərəcək. Bu da Gəmiçiliyin əməkdaşları-

nın Bakı Beynəlxalq Dəniz Ticarət Limanında distant 

fəaliyyət göstərməsinə və işin səmərəliliyini daha da 

artırmağa imkan verəcək.

Gəmiçiliyin  rəhbəri  Rauf  Vəliyev  24  saat  növ-

bəlilik qrafiki ilə icra edilən təmir prosesi ilə yaxın-

dan tanış olub. Bildirilib ki, təmir işləri plana uyğun 

aparılır. Təmirin yanvarın sonunda başa çatdırılacağı 

nəzərdə  tutulub.  Təmirlə  bağlı  tapşırıqlarını  verən 

sədr daha sonra üzən qurğunun aparılacağı Bakı Bey-

nəlxalq Dəniz Ticarət Limanında olub.

Hazırda  emalatxananın  yerləşəcəyi  ərazidə  Gə-

miçiliyin  sifarişi  ilə  “Caspian  Marine  Services” 

şirkəti dibdərinləşdirmə işləri görür. İşin gedişatı ilə 

maraqlanan  “Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi” 

QSC-nin sədri Rauf Vəliyev limanın nümayəndələri 

ilə də görüşüb. Söhbət zamanı gələcəkdə həyata ke-

çiriləcək müştərək layihələr haqqında da fikir müba-

diləsi aparılıb.

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



13 yanvar 2017-ci il   № 1-4 (9095)

2

İri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyə-

tində fiskal dayanıqlılığın təmin olunması, gəlirlərin və 

xərclərin  proqnozlaşdırılmasına  və  icrasına  nəzarətin 

daha da gücləndirilməsi, habelə   bu sahədə idarəetmə-

nin təkmilləşdirilməsi və şəffaflığın  artırılması məqsə-

di  ilə  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  

qƏRARA  AlIR:

1. “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təs-

diq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri 

dövlət şirkətlərinin Siyahısı” təsdiq edilsin (1 nömrəli 

əlavə).

2. “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smeta-



larının tərtibi Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smeta-

larının icrası üzrə monitorinq aparılması Qaydası” təs-

diq edilsin (3 nömrəli əlavə).

4. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Siyahı-

da sadalanan iri dövlət şirkətlərinin gəlirlər və xərclər 

smetalarına baxılma və həmin smetaların təsdiq edilmə-

si üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın:



komissiyanın sədri

Yaqub  Eyyubov  –  Azərbaycan  Respublikası  Baş 

nazirinin birinci müavini

komissiyanın üzvləri:

Şahin  Mustafayev  –  Azərbaycan  Respublikasının 

iqtisadiyyat naziri

Samir Şərifov  – Azərbaycan Respublikasının ma-

liyyə naziri

Fazil  Məmmədov  –  Azərbaycan  Respublikasının 

vergilər naziri

Elman  Rüstəmov  –  Azərbaycan  Respublikası 

Mərkəzi Bankının sədri

Rüfət Aslanlı –  Azərbaycan Respublikası Maliyyə 

Bazarlarına  Nəzarət  Palatasının  Direktorlar  Şurasının 

sədri.


5.  Komissiyanın  cari  fəaliyyətinin  təşkili  məqsə-

di  ilə  Komissiyanın  Katibliyi  yaradılsın  və  Katibliyin 

funksiyalarının həyata keçirilməsi Azərbaycan Respub-

likasının Maliyyə Nazirliyinə həvalə edilsin.

6. Müəyyən edilsin ki:

6.1. iri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərc-

lər  smetalarının  ilkin  layihələrini  hər  il  iyulun  1-dək 

Komissiyanın Katibliyinə təqdim edir;

6.2. Komissiya təqdim olunmuş layihələrin müza-

kirəsini və qiymətləndirilməsini həyata keçirir və mü-

vafiq düzəlişlərin aparılması zərurəti yarandıqda, həmin 

layihələri hər il sentyabr ayının 15-dək iri dövlət şirkət-

lərinə qaytarır;

6.3. iri dövlət şirkətləri, Komissiyanın rəyi nəzərə 

alınmaqla, gəlir və xərclər smetaları layihəsində düzə-

lişlər edərək, layihəni sentyabr ayının 25-dək Komissi-

yanın Katibliyinə təqdim edir;

6.4. Komissiya hər il noyabr ayının 1-dək iri dövlət 

şirkətlərinin gəlir və xərclər smetalarını təsdiq edir;

6.5. iri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və 

xərclər  smetalarının  rüblük  icrası  barədə  hesabatı  hər 

rübdən sonra 30 gün ərzində, illik icrası barədə hesabatı 

isə hər il aprel ayının 1-dək Komissiyaya təqdim edir;

6.6. Komissiya altı ay müddətində bu qərarın 6.5-ci 

bəndinə əsasən təqdim olunmuş gəlir və xərclər smeta-

larının illik icrası barədə hesabatların təhlilini, qiymət-

ləndirilməsini və monitorinqini aparır, bu barədə arayış 

hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə 

təqdim edir;

6.7. gəlirlər və xərclər smetaları təsdiq edildikdən 

sonra iri dövlət şirkətlərinin gəlirlər və xərclərində Ko-

missiya ilə razılaşdırılmaqla dəyişikliklər edilə bilər.

7. “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər 

smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarı 

ləğv edilsin.



Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası nazirlər



kabinetinin 2016-cı il 30 dekabr

tarixli 534 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

Gəlirlər və xərclər smetaları  



hazırlanmalı, təsdiq edilməli və icrası 

üzrə monitorinq aparılmalı olan iri  

dövlət şirkətlərinin siyahısı 

 

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti.



2. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti.

3. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cə-

miyyəti.

4.  “Azərbaycan  Dəmir  Yolları”  Qapalı  Səhmdar 

Cəmiyyəti.

5. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti.

6. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti.

7.  “Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi”  Qapalı 

Səhmdar Cəmiyyəti.

8. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti.

9. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq 

Səhmdar Cəmiyyəti.

10. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı 

Səhmdar Cəmiyyəti.

11.  Azərbaycan  Respublikası  Rabitə  və  Yüksək 

Texnologiyalar  Nazirliyinin  tabeliyində  olan  qurumlar 

(“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Aztelekom” 

Məhdud  Məsuliyyətli  Cəmiyyəti,  “Azərpoçt”  Məhdud 

Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi” İs-

tehsalat Birliyi).



qeyd:  qərara  edilmiş  əlavələrin  tam  mətni  ilə  

www.cabmin.gov.az  saytında tanış  ola bilərsiniz.

AZƏRBAYcAn ReSPUBlİkASInIn nAZİRlƏR kABİnetİnİn qƏRARI

№ 534                                                                                                                          Bakı şəhəri, 30 dekabr 2016-cı il

İRİ DövlƏt şİRkƏtlƏRİnİn GƏlİRlƏR vƏ xƏRclƏR SMetAlARI HAqqInDA

GƏMİçİlİYİn RƏHBƏRİ AZƏRBAYcAn  

DƏnİZçİlİk kollecİnDƏ  

GƏlƏcƏYİn DƏnİZçİlƏRİ üçün 

YARADIlAn şƏRAİtlƏ tAnIş olUB

“Azərbay-

can Xəzər Dəniz 

Gəmiçiliyi” QSC-

nin sədri Rauf 

Vəliyev Azərbay-

can Dövlət Dəniz 

Akademiyasının 

nəzdində  Azər-

baycan Dənizçilik 

Kollecində olub.   

Gəmiçiliyin 

rəhbəri  aparılan 

təmir  və  bərpa  

işlərindən  sonra 

kollecdə gələcəyin 

dənizçiləri  üçün 

yaradılan  şərait-

lə  yaxından  tanış 

olub. 


Kollecdə    9 

və  11  illik  təhsil 

əsasında  dənizçi 

peşəsinə  yiyələn-

mək  mümkündür. 

Təhsil  ocağında 

eyni zamanda  ix-

tisasartırma  kurs-

ları da təşkil edilir 

və  kursları  uğurla 

bitirən  gənclərə 

müvafiq sertifikat-

lar verilir.  

Gəmiçiliyin rəhbəri “Gəmi daxiliyanma mühərrikləri, gəmi 

təmirinin təşkili” fənni üzrə  imtahan prosesini  də izləyib. Tələ-

bələr imtahanı  kənar müdaxilə olmadan - kompüter vasitəsi ilə 

verirlər. Sədr Rauf Vəliyev kurs iştirakçılarının təhsili ilə də  ma-

raqlanıb.  

Daha sonra kollecin idman meydançasına baxış keçirilib. 

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

qərarı ilə 2016-cı ildən Gəmiçiliyin   tabeliyinə verilən bu təh-

sil  ocağı əvvəllər “Dəniz Balıq Sənayesi Kolleci” kimi fəaliyyət 

göstərib.   

GƏMİçİlİk GƏMİlƏRİn oPeRAtİv tƏMİR olUnMASI 

üçün BAkI lİMAnInA üZƏn eMAlAtxAnA GönDƏRƏcƏk

“qURBAn ABASov” kRAn 

GƏMİSİnİn xƏZƏRİn RUSİYAYA  

AİD SUlARInDA İStİSMAR  

olUnMASI nƏZƏRDƏ tUtUlUR

Rusiya  federasiyasının  “Marine  offshore  contractor” 

MMc şirkəti “qurban Abasov” kran gəmisini “Azərbaycan 

xəzər  Dəniz  Gəmiçiliyi”  qSc-dən  icarəyə  götürmək  istəyir. 

Bunun üçün Gəmiçiliyin rəhbərliyi ilə danışıqlara başlanılıb.

“AXDG” QSC-nin sədri Rauf Vəliyevlə görüşdə qonaqlar gə-

miyə ətraflı baxış keçirdiklərini və onun texniki göstəricilərindən 

tam razı qaldıqlarını bildiriblər. Sonuncu təmir zamanı tamamilə  

modernləşdirilən “Qurban Abasov” kran gəmisinin Xəzərin Rusi-

yaya aid sularında istismar olunması nəzərdə tutulur.

Söhbət zamanı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-

nin  sədri  Rauf  Vəliyev  indiyədək  əməkdaşlıq  etdikləri  digər 

şirkətlər kimi, “Marine Offshore Contractor” MMC-nin də etibar-

lı tərəfdaş olacağına əminliyini ifadə edib. Görüşdə eyni zamanda 

gələcəkdə birgə layihələr çərçivəsində əməkdaşlıq perspektivləri 

də müzakirə olunub.



xƏZƏR DƏnİZİnİn HüqUqİ StAtUSU üZRƏ İkİtƏRƏflİ MƏSlƏHƏtlƏşMƏlƏR keçİRİlİB


Yüklə 450,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə