R b a y c a n X z r d n z g m


Ö mrümüzdən bir il də keçdi



Yüklə 450,56 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix06.05.2018
ölçüsü450,56 Kb.
#42721
1   2   3   4   5   6   7   8

Ö

mrümüzdən bir il də keçdi

daha bir ilə əlvida dedik. Yeni 

ilin ilk günlərində ixtiyarsız arxaya 

baxır, yaddaşımızı vərəqləyir, tarixə 

çevrilən ilin əlamətdar hadisələrini 

yada salırıq. Möhtərəm Prezidentimiz 

İlham Əliyev tərəfindən “Multikul-

turalizm ili” elan edilən  2016-cı ildə 

üzümüzdə təbəssüm, gözümüzdə 

sevinclə müşayət olunan əlamətdar 

hadisələr, aylara, illərə dəyən xoş 

günlərimiz az olmadı.

Hələ ötən il yanvarın 10-da 2015-

ci ilin sosial-iqtisadi inkişafının yekun-

larına və qarşıda duran vəzifələrə həsr 

olunmuş iclasında Prezident İlham Əli-

yev 2016-cı il haqqında demişdi: “Biz 

2016-cı ildə iqtisadi inkişaf templərini 

təmin  etməliyik.  Bu,  asan  məsələ  de-

yil.  Ümumiyyətlə,  keçən  il  müşahidə 

olunan  mənzərə  deməyə  əsas  vermir 

ki,  2016-cı  ildə  dünyada  iqtisadi  böh-

ran  başa  çatacaq.  Belə  olan  halda  biz 

daha da səmərəli işləməliyik və iqtisadi 

inkişaf templərini daxili resurslar hesa-

bına,  düşünülmüş  siyasət,  islahatlar,  o 

cümlədən struktur islahatları nəticəsin-

də təmin etməliyik. Xüsusilə qeyri-neft 

sektorunun  inkişafı  böyük  əhəmiyyət 

daşıyır. Son illər ərzində bu istiqamət-

də  böyük  işlər  aparılmışdır.  Əgər  biz 

vaxtilə  qeyri-neft  sektorunun  inkişafı 

ilə məşğul olmasaydıq, bu gün iqtisadi 

inkişafımız o qədər də uğurlu olmazdı. 

İqtisadi  şaxələndirmə,  qeyri-neft  sek-

torunun  inkişafı  2016-cı  ildə  iqtisadi 

sahədə əsas prioritet olacaqdır. Əminəm 

ki, biz bu il ərzində bu istiqamətdə daha 

da böyük uğurlara nail olacağıq”.

Bəli,  dünyada  iqtisadi  böhranın 

davam etməsinə baxmayaraq, yola sal-

dığımız ildə də ölkəmizin  inkişafı tə-

min edildi. Mühüm uğurlara imza atan 

gənc, müstəqil Azərbaycanın siyasi və 

beynəlxalq  mövqeləri  daha  da  möh-

kəmləndi.  Prezident  İlham  Əliyevin 

Azərbaycan  Respublikasının  milli  iq-

tisadiyyat perspektivi üzrə Strateji Yol 

Xəritəsini  təsdiq  etməsi  də,  qeyri-neft 

sektorunun şaxələndirilməsi də, sənaye 

parklarının  yaradılması  da...  əhəmiy-

yətli məsələlərdir. Bundan başqa, Azər-

baycan  Konstitusiyasına  təklif  olunan 

əlavə və dəyişikliklərlə bağlı referendu-

mun keçirilməsi, Avropanın enerji təh-

lükəsizliyində  mühüm  rol  oynayacaq 

Trans-Adriatik  boru  kəməri  -  TAP-ın 

təməlinin qoyulmasını da  ötən ilin ən 

yaddaqalan hadisələrindən hesab etmək 

olar. Keçən il qəbul edilən bir çox qə-

rarların,  xüsusilə  ölkə  iqtisadiyyatının 

şaxələndirilməsi  istiqamətində  atılmış 

mühüm  addımların  daha  gözəl  nəti-

cələrini isə yaxın illərdə görəcəyik. Xü-

susən, neftin qiymətinin aşağı düşməsi 

nəticəsində  valyuta  gəlirlərimizdəki 

azalmaların qeyri-neft ixracının inkişafı 

ilə bərpa ediləcəyinə şübhə yoxdur.

2016-cı ildə də Azərbaycan bir sıra 

mötəbər  beynəlxalq  tədbirlərə    uğurla 

ev sahibliyi etdi. Bu sırada Formula-1 

Avropa Qran-prisini, 42-ci Ümumdün-

ya  Şahmat  Olimpiadasını,  IV  Qlobal 

Bakı  Forumunu,  Dünya  Xəbər Agent-

liklərinin V Konqresini və Asiya və Sa-

kit  Okean  Ölkələri  Xəbər Agentlikləri 

Təşkilatının  XVI  Baş  Assambleyasını 

və digər tədbirləri qeyd etmək olar. 

Beynəlxalq  aləmdə  gedən  icti-

mai-siyasi proseslər, xüsusən, maliyyə 

böhranı  və  iqtisadi  tənəzzül  keçən  il 

dünyanın əksər, hətta bəzi güclü iqtisa-

diyyata  malik    dövlətlərini  belə  sosial 

layihələri arxa plana keçirməyə məcbur 

etdi. Azərbaycanda isə sosial sahədəki 

bütün proqramlar əvvəlki qaydada icra 

edildi. 


Daim 

diqqətdə 

saxlanılan 

məsələlərdən biri əhalinin sosial müda-

fiəsinin lazımi səviyyədə təmin edilmə-

si idi. 2016-cı ildə əhalinin pul gəlirləri 

7 faiz, orta əməkhaqqı isə 9 faiz artdı. 

Vətəndaşların  rifah  halını  yüksəltmək 

məqsədilə Prezident İlham Əliyev tərə-

findən sosial xarakterli bir sıra fərman 

və sərəncamlar imzalandı. Nazirlər Ka-

bineti yanında İcbari Tibbi Sığorta üzrə 

Dövlət Agentliyi yaradıldı. 

Prezident İlham Əliyevin “Əhalinin 

özünəməşğulluğunun  təmin  olunma-

sı  sahəsində  əlavə  tədbirlər  haqqında” 

2016-cı il 7 aprel tarixli Sərəncamının 

icrası  istiqamətində  məqsədyönlü  işlər 

uğurla  davam  etdirildi.  Rəqabətqabi-

liyyətli  ailə  təsərrüfatlarının  formalaş-

dırılmasına,  kiçik  və  orta  sahibkarlığı 

dəstəkləməyə  yönələn  sosialyönlü  la-

yihələri  reallaşdıracaq  “ABAD”  (Ailə 

Biznesinə Asan Dəstək) publik hüquqi 

şəxs yaradıldı.

Devalvasiyanın  təsirlərindən  əha-

linin müdafiəsi məqsədilə tammiqyaslı 

tədbirlər həyata keçirildi. “Azərbaycan 

Respublikasında 2017-ci il üçün yaşa-

yış minimumu haqqında” qanun layihə-

si qəbul edildi. Bu qanuna görə, 2017-ci 

ildə Azərbaycanda  yaşayış  minimumu 

155  manat  müəyyən  edilib  ki,  bu  da 

2016-cı illə müqayisədə 13,97 faiz çox-

dur.  Əhalinin  əsas  sosial-demoqrafik 

qrupları üzrə yaşayış minimumu əmək 

qabiliyyətli  əhali  üçün  164,5  manat, 

pensiyaçılar üçün 130,2 manat, uşaqlar 

üçün 136,6 manat nəzərdə tutulub.

Sosial  sahədə  büdcə  vəsaitlərinin 

ildən-ilə artırılması əhalinin sosial baxı-

mından aztəminatlı təbəqəsinə dövlətin 

qayğısını bir daha təsdiq edir. Hazırda 

sosial təminat sistemi 2,5 milyon adamı 

və  ya  respublika  əhalisinin  26  faizini 

təşkil  edir.  Əmək  və  Əhalinin  Sosial 

Müdafiəsi Nazirliyi tərəfindən 1 milyon 

312 min nəfərə əmək pensiyası, 506,1 

min nəfərə müxtəlif növ müavinətlər və 

Azərbaycan Respublikası Prezidentinin 

aylıq  təqaüdləri  ödənilir.  2016-cı  ildə 

dövlət  hesabına  xaricə  müalicəyə  128 

əlil,  o  cümlədən  58  uşaq  göndərilib, 

regionlarda 1015 əlilin istirahəti təşkil 

edilib. Qarabağ müharibəsi əlillərinə və 

şəhid  ailələrinə  Bakıda  və  regionlarda 

yaşayış binaları tikilir, onlar minik av-

tomobili ilə təmin edilirlər.

Sosial  təminat  sisteminin  mühüm 

bir  istiqaməti  də  aztəminatlı  ailələrin 

yoxsulluğun  doğurduğu  çətinliklərdən 

müdafiəsi  üçün  onların  ünvanlı  dövlət 

sosial yardımı proqramı ilə əhatə olun-

masıdır.  Ölkəmizdə  162  min  ailənin 

707 min nəfər üzvü ünvanlı dövlət so-

sial yardımı ilə təmin edilir.

Bütün bunlar göstərir ki, güclü iq-

tisadi  və  sosial  siyasət  Azərbaycanda 

dövlət  siyasətinin  əsas  istiqamətlə-

rindən  biridir.  Sosial  sahədə  uğurlar, 

xalqın  ildən-ilə  yüksələn  rifahı  dövlə-

timizin başçısının uzaqgörən siyasətini 

əyani olaraq bir daha təsdiq edir. 

Prezident  İlham  Əliyev  Dünya 

Azərbaycanlılarının  Həmrəyliyi  Günü 

və  Yeni  il  münasibətilə  Azərbaycan 

xalqına  təbrikində  2016-cı  ildə  keçi-

rilən  referendumun  nəticələrini  xalqın 

dövlət  tərəfindən  yürüdülən  siyasətə 

böyük  dəstəyi  kimi  qiymətləndirib  və 

bu  dəstək  və  inama  görə  Azərbaycan 

xalqına  minnətdarlığını  bildirib.  “Bir 

daha  Azərbaycan  xalqını  əmin  etmək 

istəyirəm,  bütün  səylərimi  qoyacağam 

ki, bundan sonra da dövlətimizin, xalqı-

mızın  maraqları  layiqincə  qorunsun”, 

- deyə dövlətimizin başçısı vurğulayıb.

2016-cı  ildə  nəqliyyat  təhlükəsiz-

liyi istiqamətində də çox işlər görüldü. 

“Şərq-Qərb” nəqliyyat dəhlizinin icrası 

artıq başa çatır və “Şimal-Cənub” nəq-

liyyat  dəhlizinin  istifadəyə  verilməsi 

istiqamətində  Azərbaycan  çox  önəmli 

addımlar atıb.

“Şərq-Qərb”    və  “Şimal-Cənub”  

nəqliyyat  dəhlizlərinin  Azərbaycan 

tərəfinə düşən payı üzrə görüləcək işlə-

rin başa çatdırıldığını qeyd edən dövlə-

timizin başçısı deyib: “Biz qısa müddət 

ərzində  bütün  işləri  başa  çatdırdıq  və 

beləliklə, gələcəkdə əlavə səylər qoya-

raq çalışacağıq ki, bu iki önəmli magist-

ral tezliklə işə düşsün”.

Dünya  Azərbaycanlılarının  Həm-

rəyliyi  Günü  və  Yeni  il  münasibətilə 

Azərbaycan  xalqına  təbrikində  Prezi-

dent  İlham  Əliyev  2016-cı  ildə  ener-

ji  təhlükəsizliyi  istiqamətində  atılmış 

önəmli addımlardan da bəhs edib.

“Cənub  Qaz  Dəhlizi”  layihəsinin 

uğurla  icra  edildiyini  diqqətə  çatdıran 

dövlətimizin  başçısı  deyib:  “Bu  ilin 

əvvəlində ölkəmizin təşəbbüsü ilə artıq 

ikinci dəfə idi ki, Cənub Qaz Dəhlizinin 

Məşvərət  Şurası  Bakıda  keçirilmişdir 

və  iştirak  edən  bütün  ölkələr  və  bey-

nəlxalq təşkilatlar qəbul edilmiş yekun 

qətnamədə Azərbaycanın liderlik rolu-

nu bir daha vurğulamışlar. “Cənub Qaz 

Dəhlizi”  Azərbaycanın  təşəbbüsü  və 

böyük  maliyyə  dəstəyi  ilə  icra  edilən 

qlobal, beynəlxalq enerji layihəsidir”.

Prezident İlham Əliyev vurğulayıb 

ki, “Cənub Qaz Dəhlizi” tarixi layihə-

dir. Layihə icra olunandan, bütün işlər 

başa  çatandan  sonra  Azərbaycan  çox 

böyük  mənfəət  görəcəkdir.  “Beləliklə, 

bu il proqram üzrə bütün işlər yüksək 

səviyyədə  aparılmışdır  və  əminəm  ki, 

bu  nəhəng  transmilli  layihə  vaxtında 

istifadəyə  veriləcəkdir.  Eyni  zamanda, 

bu  il  bizim  yeni  qaz  yataqlarımızdan 

çıxarılacaq  qazın  həcmi  də  müəyyən 

edilmişdir  və  beləliklə,  “Cənub”  Qaz 

Dəhlizini qidalandıracaq layihələr ara-

sında  təkcə  “Şahdəniz”  layihəsi  deyil, 

eyni zamanda, “Abşeron” qaz yatağı da 

olacaqdır”, - deyə dövlətimizin başçısı 

bildirib.

2016-cı ildə ölkəmizin beynəlxalq 

mövqelərinin  daha  da  möhkəmləndi-

yini qeyd edən Prezident İlham Əliyev 

deyib: “Bizim dostlarımızın sayı artıb, 

bizi istəməyən qüvvələr, bizə qarşı vax-

taşırı kampaniyalar aparan qüvvələr isə 

siyasi  səhnədən  gedirlər.  Azərbaycan 

beynəlxalq təşkilatlarda böyük uğurlar 

qazana bilmişdir”.

Dövlətimizin başçısı İslam Əmək-

daşlıq  Təşkilatı,  Qoşulmama  Hərəkatı 

çərçivəsində  Ermənistan-Azərbaycan, 

Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı 

çox  vacib  sənədlərin  qəbul  edildiyi-

ni  bildirib.  Vurğulayıb  ki,  Ermənis-

tan-Azərbaycan,  Dağlıq  Qarabağ  mü-

naqişəsinin  həlli  xarici  siyasətimizin 

əsas prioritetidir.

“Deyə  bilərəm  ki,  bizim  siyasi  və 

diplomatik  mövqelərimiz  il  ərzində 

daha  da  möhkəmlənmişdir.  Qondarma 

“Dağlıq  Qarabağ”  qurumunu  heç  bir 

ölkə tanımır və tanımayacaq. Münaqişə 

Azərbaycanın  ərazi  bütövlüyü  çərçi-

vəsində  öz  həllini  tapmalıdır.  Bunun 

başqa yolu yoxdur. BMT Təhlükəsizlik 

Şurasının  dörd  qətnaməsi  icra  edilmə-

lidir.  Status-kvonun  qəbuledilməzliyi 

haqqında artıq həm bu məsələ ilə bağ-

lı fəaliyyət göstərən həmsədr ölkələrin 

prezidentləri, eyni zamanda, ATƏT və 

digər  qurumların  rəhbərləri  dəfələrlə 

bəyanatlar vermişdir”, - deyə Prezident 

İlham Əliyev qeyd edib.

Müstəqilliyimizin  25  illiyini  qeyd 

etdiyimiz  bayram  ilində  Azərbaycan 

Ordusu  daha  da  gücləndi. Tarixi  qələ-

bəmiz olan aprel döyüşləri isə Azərbay-

can Ordusunun gücünü nümayiş etdir-

di. Aprel ayının ilk günlərində  erməni 

silahlı qüvvələrinin növbəti təxribatının 

qarşısını alan ordumuz düşmənə sarsı-

dıcı zərbələr vurdu və 1994-cü ildən bu 

günə qədər ilk dəfə  Azərbaycan işğal 

edilmiş torpaqların bir hissəsini işğalçı-

lardan azad etdi. Ağdərə, Füzuli, Cəb-

rayıl  rayonlarının  işğalçılardan  azad 

edilən  minlərlə hektar torpağı indi or-

dumuzun tam nəzarəti altındadır. 

“Azərbaycan xalqı, Azərbaycan əs-

gəri, zabiti əsl qəhrəmanlıq göstərmiş-

dir. Bizim bayrağımız bu gün Ağdərə, 

Füzuli,  Cəbrayıl  rayonlarının  işğaldan 

azad  edilmiş  torpaqlarında  dalğala-

nır.  Azad  edilmiş  torpaqlarda  olarkən 

Azərbaycan  bayrağı  altında  mən  bir 

daha  demişdim  ki,  Azərbaycan  xalqı 

və  Azərbaycan  dövləti  öz  torpağında 

ikinci  erməni  dövlətinin  yaranmasına 

heç  vaxt  icazə  verməyəcəkdir.  Aprel 

döyüşləri bizim şanlı tariximizdir. Ap-

rel döyüşləri bizim tarixi qələbəmizdir. 

Bu  qələbə  münaqişənin  həllini  yaxın-

laşdırır”, - deyə Prezident İlham Əliyev 

vurğulayıb.

2016-cı  ildə  idman  sahəsində  də 

möhtəşəm uğurlara imza atıldı. İdman-

çılarımız  mötəbər beynəlxalq turnirlər-

də 297-si qızıl, 250-si gümüş, 290-nı isə 

bürünc olmaqla ümumilikdə 837 medal 

qazandılar. Əvvəlki illə müqayisədə də 

medalların  sayında  artım  var.  Belə  ki, 

2015-ci ildə bu rəqəm 823 olub.

Ötən  il  respublikamızda  fəaliyyət 

göstərən  federasiyalarla  birlikdə  ölkə-

mizdə 200-dən çox yarış təşkil olundu, 

Azərbaycan 52 beynəlxalq turnirə yük-

sək səviyyədə ev sahibliyi etdi. 

XXXI  Yay  Olimpiya  Oyunlarına 

əvvəlki  olimpiadalarla  müqayisədə 

daha geniş tərkibdə – idmanın 18 növü 

üzrə  56  idmançı  (57  lisenziya)  ilə  qa-

tıldıq.  Bu,  ötən  Olimpiya  Oyunları  ilə 

müqayisədə 4 idman növü çox idi. Tri-

atlon, kamandan oxatma, velosiped və 

kanoe-slalom  üzrə  yarışlarda  ilk  dəfə 

təmsil  olunduq.  “Rio-2016”da  18  (1 

qızıl,  7  gümüş  və  10  bürünc)  medal 

qazandıq. Medalların sayına görə Azər-

baycan komandası 14-15-ci yerləri bö-

lüşdü. Bu göstərici üzrə yığma koman-

damız  Avropa  ölkələri  arasında  7-ci, 

keçmiş Sovet İttifaqı respublikaları ara-

sında 2-ci, müsəlman ölkələri arasında 

isə 1-ci yeri tutdu.

Sentyabrda  Rio-de-Janeyroda  təş-

kil olunan XV Yay Paralimpiya Oyun-

larında  24  idmançımız  cüdo,  atletika, 

pauerliftinq,  üzgüçülük,  güllə  atıcılığı 

və kamandan oxatma yarışlarında mü-

barizə apardılar. Komandamız 1 qızıl, 8 

gümüş və 2 bürünc olmaqla ümumilik-

də 11 medal əldə etdi. Paralimpiya yığ-

mamız  medalların  ümumi  sayına  görə 

iştirakçı  ölkələr  arasında  33-cü, Avro-

pa  ölkələri  arasında  16-cı,  müsəlman 

ölkələri  sırasında  6-cı,  MDB  ölkələri 

arasında isə 3-cü yerdə qərarlaşdı.

Ötən  ilin  iyununda  Azərbaycan 

növbəti  mötəbər  yarışa  –  Formula-1 

Avropa Qran-prisinə yüksək səviyyədə 

ev sahibliyi etdi. Dünyanın ən məşhur 

Formula-1  pilotlarının  ölkəmizdə  bir 

araya  gəlməsi  Azərbaycanın  idman 

uğurunun növbəti təntənəsi idi. 

Formula-1  yarışının  ölkəmiz  üçün 

əhəmiyyətini  yüksək  qiymətləndirən 

Azərbaycan  Prezidenti  İlham  Əliyev 

deyib: “Formula-1 yarışının keçirilməsi 

bir  daha  ölkəmizin  qüdrətini  göstərdi. 

Çünki  Formula-1  yarışının  keçirilməsi 

hər bir ölkəyə nəsib olmur, hər bir ölkə 

bu məsuliyyəti öz üzərinə götürə bilmir 

və çətinlik çəkir. Ancaq biz bu yarışı da 

uğurla keçirmişik. Formula-1 yarışının 

Azərbaycanda  keçirilməsinin  ölkəmi-

zin  dünyada  tanıdılması  üçün  müstəs-

na  əhəmiyyəti  vardır.  Beş  yüz  milyon 

tamaşaçı  auditoriyası  olan  bu  yarışa 

bütün  qitələrdə  baxmışlar  və  şəhəri-

mizin  gözəlliyini,  insanlarımızın  qo-

naqpərvərliyini bütün dünya görübdür. 

Təsadüfi deyil ki, biz də bunu nəzərdə 

tuturduq, planlaşdırırdıq ki, bu yarışdan 

sonra  ölkəmizə  gələn  turistlərin  sayı 

dəfələrlə artacaq və artıb”.

Keçən  il  Azərbaycanda  keçirilən 

ən  mötəbər  yarışlardan  biri  də  42-ci 

Ümumdünya  Şahmat  Olimpiadası 

oldu. Sentyabrın 1-14-də “Baku Crystal 

Hall”da təşkil olunan olimpiadada 181 

kişi və 142 qadın komandası mübarizə 

apardı.  Bu,  iştirakçı  ölkələrin  sayına 

görə olimpiada tarixində rekord göstə-

rici idi. Azərbaycan Şahmat Olimpiada-

sında üç qadın və üç kişi komanda ilə 

təmsil olunurdu.

Gələn il Bakı IV İslam Həmrəyli-

yi  Oyunlarına,  Formula-1 Azərbaycan 

Qran-prisinə,  qadınlar  arasında  voley-

bol  üzrə  Avropa  çempionatının  final 

mərhələsinə ev sahibliyi edəcək. İslam 

Həmrəyliyi Oyunlarında dörd minədək 

atlet  idmanın  21  növü  üzrə  yarışlarda 

mübarizə aparacaq.

Azərbaycanda  sosial-iqtisadi  inki-

şaf  sahəsində  əldə  olunan  uğurlar,  ya-

radılan infrastruktur və maliyyə poten-

sialı, yeni iqtisadi reallıqlar ölkəmizdə 

uzun bir dövrü əhatə edən keyfiyyətcə 

yeni  iqtisadi  inkişaf  strategiyasının  iş-

lənib  hazırlanmasını  obyektiv  zərurətə 

çevirib. Prezident İlham Əliyevin söz-

ləri ilə desək: “Biz artıq neftdən sonrakı 

dövrə qədəm qoymuşuq. Demək olmaz 

ki, neft və qaz erası bitib. Sadəcə, biz bu 

faktoru kənara qoymalıyıq və öz iqtisa-

di  strategiyamızı  elə  formalaşdırmalı-

yıq ki, sanki bizdə neft və qaz yoxdur”.

Bu baxımdan “Milli iqtisadiyyat və 

iqtisadiyyatın əsas sektorları üzrə Stra-

teji Yol Xəritəsinin başlıca istiqamətlə-

ri”  haqqında Azərbaycan  Respublikası 

Prezidentinin 2016-cı il 16 mart tarix-

li  Sərəncamı  fundamental  bir  inkişaf 

proqramı  olmaqla  ölkəmizin  əməli 

cəhətdən  yaxın  illərdə  davamlı  inki-

şaf  modelinə  keçid  konsepsiyası  kimi 

dəyərləndirilməlidir.

Strateji Yol Xəritəsində bütünlükdə 

milli iqtisadiyyatın və onun əsas sektor-

larının idarə olunması və tənzimlənmə-

sinin təkmilləşdirilməsi ilə bağlı konk-

ret istiqamətlər müəyyənləşdirilib. 

2020-ci  ilədək  olan  dövr  üçün 

müəyyən  edilmiş  strateji  məqsədlərə 

nail  olunması  nəticəsində  Azərbay-

canda 2020-ci ildə real Ümumi Daxili 

Məhsulun  400  milyon  birbaşa  və  205 

milyon  dolayı  olmaqla,  ümumilikdə 

605  milyon  manat  artacağı  və  10  min 

900  birbaşa  və  8  min  dolayı  olmaqla, 

18 min 900 yeni iş yerinin yaradılacağı 

proqnozlaşdırılır.

Strateji  Yol  Xəritəsi  çərçivəsində 

nəzərdə tutulmuş tədbirlərin icrası üçün 

təxminən 3 milyard 160 milyon manat 

investisiya vəsaiti tələb olunur. Bu isə 

müvafiq  texniki-iqtisadi  əsaslandır-

malar  aparıldıqdan  sonra  dövlət-özəl 

maliyyələşdirmə  mənbələri  hesabına 

təmin ediləcək.

Azərbaycan  dövləti  qarşıya  qoy-

duğu  məqsədlərə,  qəbul  etdiyi  bütün 

proqramların,  layihələrin  yerinə  ye-

tirilməsinə    həmişə  tam  nail  olub.  Bu 

baxımdan  bu  tarixi  strateji  sənədin  də 

uğurla reallaşacağına heç bir şübhə ola 

bilməz. Çünki Strateji Yol Xəritəsində 

reallaşması  nəzərdə  tutulan  tədbirlər, 

qarşıya qoyulan hədəflər, məqsədlər re-

aldır, ölkəmizin mövcud potensial im-

kanlarına əsaslanır.

Xalqımız  Yeni  ilə  yeni  arzular, 

ümidlər və daha böyük qələbələr sorağı 

ilə qədəm qoyub.

Prezident  İlham  Əliyevi  “Zama-

nı  qabaqlayan  ağırtəbiətli  mükəmməl 

şəxsiyyət və siyasətçi” kimi xarakterizə 

edən  “Rossiya  seqodnya”  Beynəlxalq 

İnformasiya Agentliyinin baş direktoru 

Dmitri Kiselyov deyib: “Hesab edirəm 

ki,  İlham  Əliyev  üçün  ən  qiymətli  və 

ən əziz meyar onun ölkəsi üçün qarşı-

ya qoyduğu məqsədlərə çatmaqdır. Bu, 

müstəqil  Azərbaycan,  varlı  Azərbay-

can, məğrur Azərbaycan və dinc Azər-

baycandır”.

Hər  birimizin  ürəyindən  xəbər 

verən bu  gözəl sözlərə təkcə bir əlavə-

miz  var:  “Qoy  bu  müqəddəs  yolda 

2017-ci ili ölkəmizdə “İslam Həmrəyli-

yi İli” elan edən dövlətimizin başçısına 

Tanrı özü  yardımçı olsun!”

Rasif  TAHİROV

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



13 yanvar 2017-ci il   № 1-4 (9095)

3

İllƏR BİZİ YAşADIR, BİZ İllƏRİ

PReZİDent İlHAM ƏlİYevİn Ən BöYük ARZUSU MüStƏqİl AZƏRBAYcAn, 

vARlI AZƏRBAYcAn, MƏğRUR AZƏRBAYcAn vƏ Dİnc AZƏRBAYcAnDIR


Yüklə 450,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə