R b a y c a n X z r d n z g m



Yüklə 450,56 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix06.05.2018
ölçüsü450,56 Kb.
#42721
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


13 yanvar 2017-ci il   № 1-4 (9095)

4

- ...Bəs bayram günü ailənin yanın-

da olmayacaqsan?! – Həyat yoldaşımın 

ilk reaksiyası bu oldu və ardınca mənə 

emosional təzyiqi gücləndirmək üçün 

əlavə etdi: - Axı Bum-Bumun birinci 

bayramıdır... 

Əlbəttə,  bayram  axşamı  evdə,  ailə-

nin  yanında  olmaq  gözəldir.  Amma 

həmin  axşamı,  eləcə  də  yüzlərlə  başqa 

axşamları  ailəsindən  uzaqda  keçirməyə 

məcbur qalan insanlar da var axı. Sadəcə 

uzaqda qalan yox, ailəsinə zəng etməyə, 

övladının səsini eşitməyə belə imkanı ol-

mayan insanlar var. Niyə? Çünki açıq də-

nizdə heç bir telefon işləmir. Yalnız peyk 

rabitəsi istisnadır ki, onunla da evə zəng 

vura bilməzsən.

Kapitanla müsahibədən: 

- Hər dəfə evdən çıxanda iki yaşlı qı-

zım gəlib məni qucaqlayır, başını sinəmə 

söykəyib  deyir  ki,  “Ata  mənimdir.  Heç 

kimə vermərəm. Ata, getmə!” Bilmirəm 

onun başını nə ilə, necə qatım. Biz bura-

da özümüzə təsəlli vermək üçün bir-bi-

rimizə  deyirik  ki,  ailəmiz  üçün  əziyyət 

çəkirik. Amma əslində elə deyil. Əslində 

ailəmiz bizim üçün əziyyət çəkir. 

Cəlal Orucov 29 yaşında ikən Azər-

baycanın  ən  gənc  kapitanlarından  biri 

olub.  İndi  35  yaşı  var,  “Balakən”  gə-

mi-bərəsinin  kapitanıdır.  Özü  gəmiçi 

ailəsində  böyüsə  də,  valideynləri  onun 

diş həkimi olmasını istəyirlərmiş. Amma 

o,  uşaqlıqdan  kapitan  olmağı  arzulayıb 

və arzusuna da çatıb. İndi demək olar ki, 

bütün həyatı dənizdə keçir.

“Balakən”  bərəsi  Ələt  və Aktau  li-

manları  arasında  vaqonları  daşımaqla 

məşğuldur, nəhəng bir tennis topu kimi 

Ələtə  dəyib  Aktauya,  Aktauya  dəyib, 

Ələtə qayıdır. Dayanmaq yoxdur. Dənizi 

köndələn kəsib keçmək üçün bərəyə 22 

saat vaxt lazımdır. Bu müddətdə normal 

yuxu  rejimindən  söhbət  gedə  bilməz. 

Bərədə keçirdiyimiz 3 gün ərzində biz də 

istər-istəməz  həmin  rejimə  düşmüşdük: 

İmkan varsa, yat, çünki bilmək olmaz, 1 

saat sonra nə baş verəcək. Ona görə də, 

dənizçilərin sifətində demək olar ki, hə-

mişə bir narahatlıq və qayğı görürsən.

Amma başqa cür də mümkün deyil. 

Hazırda nəqliyyat – Azərbaycanda post-

neft dövrünün əsas strateji sahələrindən 

biridir.  Bizim  bərələr  Türkmənbaşı  və 

Aktau  limanlarına  durmadan  səfərlər 

etməklə  “Şərq-Qərb”  nəqliyyat  dəhlizi-

nin  dənizdən  keçən  hissəsini  işlək  sax-

layırlar. Bunun nə qədər vacib olduğunu 

göstərmək üçün sadəcə deyim ki, Xəzər-

də yeganə bərə donanması Azərbaycana 

məxsusdur. Yəni faktik olaraq böyük bir 

nəqliyyat dəhlizi bizim gəmiçilərin çiy-

nində dayanıb. 

“Balakən”  bərəsi  bir  dəfəyə  54 

vaqon götürə bilir. Onların bir qismi xü-

susi lift vasitəsilə aşağı göyərtəyə endiri-

lir, orada gəminin özünün kiçik teplovoz-

ları  vaqonları  qırağa  çəkirlər,  lift  qalxır 

və əməliyyat təkrar olunur.

Gəminin  yüklənməsi  prosesinə  nə-

zarət  edən  kapitanın  ikinci  köməkçisi 

Mövlud Səlimovun 29 yaşı var, yeni ailə 

qurub.


-  Bayramı  evdə  keçirməyəcəyin 

üçün ailədə söz-söhbət olmadı ki? 

- Bir az oldu. Amma gəmiçilərin hə-

yat  yoldaşları  kiminlə  ailə  qurduqlarını 

bilirlər. Hərçənd, yenə də vəziyyətlə ba-

rışmaları çətin olur. Mən özüm də gəmiçi 

ailəsində böyümüşəm, bunun nə demək 

olduğunu  yaxşı  bilirəm.  Təsəvvür  edin 

ki, ailənin bir üzvü gedir və aylarla onun 

yeri boş qalır. Hər işdə o boşluq hiss olu-

nur ki, evdə bir nəfər çatışmır... Bu, dəh-

şətli hissdir.

Vaqonların  yüklənməsi  başa  çatır, 

onlar  zəncirlə  göyərtəyə  bərkidilir,  xü-

susi  dayaqlar  qoyulur  ki,  gəmi  güclü 

küləyə  düşsə,  vaqonlar  aşmasın.  Əks 

halda  bərənin  tarazlığı  pozula  və  faciə 

baş verə bilər. Ona görə də, gəmiçilər bu 

sözü tez-tez təkrarlayırlar: “Dəniz zara-

fatı  sevmir”.  Burada  ən  xırda  detala  da 

son  dərəcə  ciddi  yanaşmalısan,  çünki 

gəmiçi də minaaxtaran kimi, səhvi ancaq 

bircə dəfə edir. 

Vaqonlar  tam  hazır  olandan  sonra 

bərənin  ümumi  balansı  yoxlanılır,  ehti-

yac  olsa,  ballast  çənlərinə  əlavə  su  vu-

rulur.  Və  yola  düşmək  olar:  “vaxt-pul-

dur” ifadəsi gəmiçilikdə xüsusilə praktik 

məna daşıyır.

...Kapitan  körpüsündə  işgüzar  bir 

gərginlik var. Komanda saat mexanizmi 

kimi dəqiq və sərrast işləyir. Dəqiq ko-

mandalar verən gənc kapitanın üzündəki 

yorğunluğa  bir  azca  gərginlik  də  əlavə 

olunub.

- 179 dərəcə!



- Oldu, 179 dərəcə.

- Sükan, sağa 5!

- Oldu, sağa 5.

- 181 dərəcə!

- Oldu, 181 dərəcə.

Körpüdən  aralanma  həssas  proses-

dir.  Ələt  limanında  suyun  altında  kanal 

qazılıb  və  gəmi  həmin  kanalla  hərəkət 

edir.  Əgər  kanaldan  çıxsa,  bərənin  altı 

yerə  dəyə  və  “otura”  bilər.  “Balakən” 

bərəsinin orta hesabla 4.5 metrlik hissəsi 

suyun altında olur. Ona görə də, kanal-

dan çıxmamaq üçün son dərəcə diqqətli 

olmaq lazımdır. 

Kapitanla müsahibədən: 

-  Adətən  görmüşük  ki,  kapitanlar 

yaşlı, zəhmli, sərt olurlar. Siz bunun tam 

əksisiniz.  Bu,  istisna  haldır,  yoxsa  me-

yarlar dəyişir? 

- Biz də lazım gələndə sərt də oluruq, 

cəzalandırmağı da bacarırıq. Əgər Rauf 

müəllim  (Azərbaycan  Xəzər  Dəniz  Gə-

miçiliyinin rəhbəri Rauf Vəliyev – V.M.) 

bu işi mənə həvalə edibsə, çalışıram ki, 

etimadı  doğruldum,  hansı  ölkəyə  gedi-

riksə,  Azərbaycanı  yüksək  səviyyədə 

təmsil  edək.  Dövlət  başçısının  gənclərə 

etimad göstərmək siyasəti bizim idarədə 

çox qabarıq nəzərə çarpır. Rauf müəllim 

gənclərə inanır və böyük üstünlük verir. 

Həmişə  deyir  ki,  dövlətimizi  layiqincə 

təmsil edin. Bu, böyük etimaddır. Kapi-

tan 24 saat gərginlikdə olur. Mən otağım-

da olanda da, yatanda da beynim gəmi-

nin yanındadır, sükan otağındadır. Çünki 

daşıdığım  məsuliyyətin  nə  qədər  böyük 

olduğunu dərk edirəm.

- Rauf müəllim özü şəxsən siz kapi-

tanlarla ünsiyyətdə olurmu? 

-  Bəli!  İstədiyimiz  vaxt  gedib  qə-

buluna  düşə,  istənilən  məsələ  haqqında 

danışa  bilirik.  Nə  vaxt  desələr  “kapitan 

gəlib”, deyir buyursun. 

...Doğrudan da, gəmi yolda olarkən 

Rauf Vəliyevin adından radioqram gəldi: 

O,  bütün  kapitanları  və  gəmi  heyətləri-

ni Yeni il münasibətilə təbrik edirdi. Bu 

gözəl jest bir daha xatırlatdı ki, gəmiçilər 

bayramı dənizdə keçirəcəklər. 

Bərədə  rahat  yaşamaq  üçün  bütün 

şərait var: kayutlar təmiz, isti və rahatdır. 

Gündə 3 dəfə yemək verilir, stolların üs-

tündə turşular, yaşıl salat, sular və şirələr, 

meyvə, hətta ketçup və limon suyu da var. 

Gecə bufet bağlanandan sonra yeməklə-

rin bir qismini stolun üstünə qoyurlar ki, 

kimsə acsa, yeyə bilsin.

Gəmidə ilk dəfə yol getmək insana 

bir  qədər  vahiməli  gəlir:  Sən  rahat,  isti 

yataqda  uzanmısan,  amma  bilirsən  ki, 

cəmi 3-4 metr o tərəfdə bumbuz zülmətli 

dəniz, güclü külək var. Amma sən bu so-

yuq cəhənnəmin içində rahatca yatmalı-

san... Məndə ilk cəhddən alınmadı. 

Gecə  2-dir,  qalxıb  kapitan  körpü-

sünə  gedirəm.  Orada  Mövlud  növbətçi-

dir, diqqətlə elektron xəritəyə və radara 

baxır. Ətrafa baxmağın isə mənası yox-

dur: Hər yer zülmət qaranlıqdır, 20 m/s 

gücündə  külək  əsir,  dəniz  görünmür  və 

sən elə bilirsən ki, gəmi elə zülmət qa-

ranlığın içində yırğalanır. 

-  Yırğalanma  tutmayıb  ki?  –  məni 

görən Mövlud soruşur.

- Yox. Amma nə gizlədim, bir az va-

himəlidir... 

-  Budur  vahiməli?  –  Gənc  dənizçi 

gülümsəyir,- Biz elə yırğalanma görmü-

şük  ki,  bax,  elə  bu  otaqda  bu  başdan  o 

başa  diyirlənmişik.  Bu,  yüngül  layladır 

sadəcə... 

Sonra isə ciddiləşib, əlavə edir:

- Əsl vahiməli bilirsən nədir? Aylarla 

ailəni  görmürsən,  20-25  insanla  balaca 

bir  qapalı  yerdə  qalırsan;  onlar  nə  qə-

dər gözəl insan olsalar da, eyni sifətləri 

görməkdən  yorulursan...  Bəzi  ölkələrdə 

gəmidən qayıtmış adamları məhkəməyə 

şahid qismində çağırmırlar ki, psixologi-

yaları yerində olmaya bilər. 

Kapitanla müsahibədən: 

- Gəmi dar bir məkandır, burada 20-

25 adam aylarla bir yerdə qalır. Yəqin ki, 

istər-istəməz narazılıqlar, konfliktlər qa-

çılmazdır... Belə hallarda necə edirsiniz? 

- Konfliktlər ola bilər, hamı insandır. 

Kiminsə  kimdənsə  xoşu  gəlməyə  bilər. 

Amma bu, bizim işimizə təsir edə bilməz 

və etmir də.

-  Komandanı  kapitanın  özü  forma-

laşdırır? 

-  Bəli.  Mən  hansısa  kadrı  gətir-

mək  istəsəm,  bu  haqda  məsələ  qaldıra 

bilərəm.


-  Bəs  kimsə  sizi  qane  etməsə,  onu 

kənarlaşdırmaqda sərbəstsinizmi? 

- Bəli. Belə hal olub. Amma söhbət 

yalnız işdən gedir. Şəxsi münasibətlərin 

məsələyə heç bir dəxli ola bilməz.

...Səhər artıq külək yatmışdı və gəmi 

dənizin yüngül qırçınlı səthi ilə saatda 13 

dəniz  mili  sürətilə  (təxminən  24  km/s) 

Qazaxıstan sahillərinə doğru gedirdi. Bu 

sürəti  bərəyə  onun  hər  biri  2000  at  gü-

cündə olan 2 böyük mühərriki verir. Gə-

minin  baş  mexaniki  Hənifə  Cəbrayılov 

bizim  üçün  maşın  şöbəsinə  maraqlı  bir 

ekskursiya  təşkil  edir.    Əgər  sizin  göz-

lərinizi bağlayıb, gətirib burada açsalar, 

özünüzü hansısa zavodda hiss edərsiniz. 

Xüsusi ayrılmış otaqda hətta tokar dəz-

gahı var. 

Gəmi dənizdə olarkən mühərrikin və 

ya  hərəkət  mexanizminin  hansısa  detalı 

xarab  olsa,  mexaniklər  onu  yerindəcə 

təmir  etməyə  qadirdirlər.  Mühərrik  gə-

minin iki aşağı göyərtəsi hündürlükdədir. 

Təkcə  porşen  silindirləri  təxminən  mən 

boydadır. 

...Aktau  bizi  sahildəki  zavod  baca-

larından  qalxan  qalın  tüstü  sütunları  ilə 

qarşılayır. Reysin ən məsuliyyətli məqa-

mı  çatıb:  körpüyə  yanalma  əməliyyatı. 

Hətta təcrübəli kapitanlar da bu məqam-

da həyəcan keçirirlər. Təsəvvür edin: 155 

metr  uzunluğunda  bərəni  bizim  məişət 

dililə desək, arxa tərəfi görmədən santi-

metr dəqiqliyi ilə “parkovka” etməlisən. 

Bərədəki  relslərin  ağzı  körpüdəki  rels-

lərə dəqiq oturmalıdır ki, vaqonlar çıxa 

bilsinlər. 

Kapitan əvvəlcə körpünün qabağın-

da bərə üçün düzgün mövqe seçir, gəmi-

nin burnunu sağa doğru hərləyib, sonra 

arxasını körpüyə tərəf verir. Yardım üçün 

qazaxların  yedək  gəmisi  yaxınlaşa  da, 

onun xidmətindən istifadə etmir.

Maraqla  prosesi  izləyirdim:  bərə-

nin  yanları  amortizator  əvəzi  körpünün 

qıraqlarında  asılmış  köhnə  avtomobil 

təkərlərinə  sürtünəcəkmi?  Sürtünmədi, 

bir neçə santimetrə qədər yaxınlaşsa da, 

toxunmadı.  Gənc  kapitan  Cəlal  Orucov 

155 metrlik bərə ilə sanki zərgər işi gö-

rür.

Kapitanla müsahibədən: 



-  Biz  illərlə  sürdüyümüz  maşını 

“parkovka”  edəndə  çətinlik  çəkirik.  Bu 

boyda  gəminin  körpüyə  belə  dəqiqliklə 

yan almasını necə, harada öyrənirsiniz? 

- İnanın ki, heç biz də maşını yaxşı 

“parkovka” edə bilmirik. Amma burada 

başqadır: mən özümdən 155 metr aralı-

da nəyin baş verdiyini bilməli və nəzərə 

almalıyam. Çox məsuliyyətli məqamdır. 

- Gəmini idarə etməyi öz Dəniz Aka-

demiyamızda öyrənmisiniz? 

- Bəli. Ümumiyyətlə, sizə deyim ki, 

Azərbaycan  gəmiçiləri  çox  güclüdürlər, 

dünyanın hər bir yerində işləyirlər. Tam 

səmimi  sözümdür,  Rusiyanı  çıxmaqla, 

başqa ölkələrdə bizdəki qədər güclü gə-

miçilər yoxdur. Hər halda, mən rast gəl-

məmişəm.


Bizim  gəmiçiliyin  tarixi  də  zəngin-

dir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-

nin əsası 1858-ci il mayın 21-də “Qafqaz 

və Merkuri” Səhmdar Cəmiyyətinin ya-

radılması ilə qoyulub. XIX əsrdə Bakıda 

neft hasilatının artımı Xəzərdə gəmiçili-

yin  inkişafına  təkan  verib.  Dünyada  ilk 

neftdaşıyan  “Aleksandr”  barjı  1873-cü 

ildə Xəzərdə istifadəyə verilib. İlk tanker 

– “Zərdüşt” də 1878-ci ildə Xəzərdə suya 

buraxılıb.  İlk  daxiliyanma  mühərrikli 

“Vandal” (1903-cü il), iki mühərriklə ça-

lışan ilk reversivli “Delo” (1908-ci il) gə-

milərində üzmək də Xəzər dənizçilərinin 

qismətinə düşüb.

...Vaqonlar  gəmidən  boşaldılanda 

gurultu  qopur  və  səma  işıqlanır: Aktau 

Yeni ilin gəlişini atəşfəşanlıqla qeyd edir. 

Bizim  saatla  isə  hələ  23:00-dır,  amma 

gəmidə tam sürətlə Yeni il hazırlıqları ge-

dir. Bufetdə yolka qurulub, Yeni il süfrə-

sinin  ayrılmaz  atributu  “paytaxt”  salatı 

da daxil olmaqla, 4 növ salat hazırlanıb, 

plov  dəmlənib...  Deyim  ki,  çox  ləzzətli 

plov idi. 

Kapitan  da  gəlib  heyətə  qoşulur  və 

bayram süfrəsinə əyləşir. Yeyib qalxanlar 

istirahət otağında musiqiyə səs verərək, 

əylənirlər.  Bayram  əhvalından  istifadə 

edib, kapitana bir neçə zarafatyana sual 

vermək şansını qaçırmıram: 

-  Aygün  Kazımovanın  “Matros” 

mahnısını eşitmisiniz? 

-  Əlbəttə! Amma  niyə  matros?  Sa-

hilə kapitan çıxır axı...

- Bəs Röyanın “Gəmiçilər” mahnısı-

nı necə? 

- Onu da eşitmiəm.

- Maraqlıdır: Doğrudanmı gəmiçilər 

Röyanın vurduğu düyünü aça bilməzlər? 

- Elə açarıq ki! Biz nə düyünlər gör-

müşük...


-  “Titanik”lə  bağlı  belə  bir  məşhur 

zarafat  var:  “Filmə  gəmiçi  zehniyyətilə 

baxsan, heç bir zövq ala bilməzsən”. Siz 

“Titanik”ə baxanda zövq ala bilirsiniz? 

- Mən sadəcə, film kimi baxıram.

- Bəs baxanda ağlınızdan keçirmi ki, 

məsələn, burada kapitan filan səhvi etdi?

- (Ciddiləşir...) Bilirsiniz, gəmi qəza-

sı elə bir şeydir ki, əgər özün hadisə ye-

rində  olmamısansa,  heç  vaxt  dəqiqliklə 

heç nə deyə bilməzsən.

...Gəmi  heyəti  uzaq  sahillərdə Yeni 

ili  qeyd  edirdi.  Əlbəttə,  bir  tərəfdən 

baxanda,  ailənin  yanında  bayram  ke-

çirmək  daha  gözəl  olardı. Amma  digər 

tərəfdən,  hazırda  yad  sularda  olsaq  da, 

bu gəmi Vətənin bir parçasıdır, Azərbay-

candır.  Biz  Qazaxıstanda  ola-ola, Azər-

baycanda,  “Balakən”dəyik,  ətrafda  da 

həmvətənlərimiz!  Maraqlı  hissdir.  Axı 

bu bayram həm də Dünya Azərbaycanlı-

larının Həmrəyliyi Günüdür.

Vaqonların  boşaldılıb-yüklənməsi 

haradasa 4 saat çəkir və səhər 5-də lövbə-

ri qaldırmaq zamanı gəlir. Qeyri-ixtiyari 

soruşuram:

- İndi çıxmaq bu qədər vacibdir ki? 

Yatıb dincəlib, səhər çıxsaq, nə olardı? 

“Starpom” Ziya Əhədov radarın ek-

ranına işarə edir:

-  Görürsən,  o,  “Akademik  Həsən 

Əliyev” bərəsidir. Bizi gözləyir. Biz çıx-

malıyıq ki, körpüyə yan alsın. 

“Strapom”  –  yəni  kapitanın  baş 

köməkçisi  gəmidə  ikinci  adamdır.  Bü-

tün prosesin idarə olunmasında onun çox 

böyük rolu var. Ziya da gəncdir, amma 

gəmiçilik işini çox yaxşı bilir. Buna səfər 

zamanı dəfələrlə əmin oldum.

Etiraf edim ki, ikinci günün sonun-

da  yorulduğumu  hiss  edirəm.  Xüsusilə 

də sabit yuxu rejiminin olmaması adamı 

əldən  salır.  Amma  yatmaq  da  alınmır. 

Kapitan  da  oyaqdır,  tez-tez  kayutundan 

çıxıb,  sükan  otağına  gəlir.  Gəmi  “avto-

pilot”  rejimində  olsa  da,  sükan  otağını 

bircə anlıq belə, boş qoymaq olmaz, qoy-

murlar da: orada həmişə kimsə var. 

Kapitanla müsahibədən: 

- Bir anlıq fərz etsək ki, elektronika 

sıradan  çıxdı,  GPS  söndü,  peyk  rabitə-

si  itdi...  Gəmini  lazım  olan  yerə  aparıb 

çıxara bilərsinizmi? 

-  Bəli.  Heç  bir  problem  yoxdur. 

Elektron  xəritə  son  bir  neçə  ildə  çıxıb. 

Ona  qədər  elə  dədə-baba  qaydası  ilə 

gəmini sürürdük. Və bunun üçün lazım 

olan cihazlar da gəmidə var.

- Yəni adi maqnit kompası, ulduzla-

rın bucağını ölçən üsturlab, adi xəritə və 

pərgar kimi?.. 

- Bəli, bəli... buyurun, gedək göstə-

rim.

Ələtə gecə çatdıq. Biz limana doğru 



gedəndə  digər  bərəmiz  –  “Bərdə”  artıq 

yola  çıxmışdı.  O  da  “Balakən”  ilə  eyni 

tipdədir, hətta rəngləri və quruluşları da 

eynidir.  Ümumilikdə,  Azərbaycanın  bu 

gün 13 bərəsi var. Onlar durmadan Ələt 

ilə Aktau və Türkmənbaşı limanları ara-

sında səfər edirlər. Dayanmaq olmaz. Bu 

dəniz  yolu  “Şərq-Qərb”  nəqliyyat  dəh-

lizinin  olduqca  vacib  hissəsidir,  bizim 

bərələr isə iki qitəni bir-birinə bağlayan 

dəniz  yolunun  işlək  qalmasını  təmin 

edirlər. 

Limanda  kapitan  Cəlal  Orucovla 

sağollaşırıq  –  o,  gəmini  məndən  qabaq 

tərk  edir.  Çünki  mən  hələ  sənədləşdir-

mədən  keçməliyəm,  o  isə  evinə  tələ-

sir – ailəsini görmək üçün bir neçə saat 

vaxtı var. Səhər saat 7-də evinə çatacaq, 

günorta  isə  yenə  gəmidə  olmalıdır.  Və 

yenə  də  iki  yaşlı  qızı  onu  qucaqlayıb, 

başını sinəsinə qoyaraq, “Ata mənimdir. 

Ata getmə” deyəcək. Yenə də gəmi yola 

düşəcək.  Yenə  də  onlarla,  yüzlərlə  ailə 

dənizdən gələn xəbərləri, hava məlumat-

larını dinləyərək, gedənlərin sağ-salamat 

qayıtmasını gözləyəcək. Yenə də külək-

lər qalxacaq, dalğalar nəhəng bərəni bir 

uşaq beşiyi kimi yırğalayacaq.

Kapitanla müsahibədən

- Heç dənizdə qorxduğunuz olubmu? 

-  Olub.  22-23  yaşım  vardı,  kapitan 

köməkçisi  idim.  Cəbəllüttariqdə  çox 

böyük  dalğaya  düşmüşdük.  Bax,  onda 

qorxmuşdum. 

Boşuna  demirlər  ki,  hara  getdiyi-

ni  bilən  gəmiyə  küləklər  qorxulu  deyil. 

Azərbaycan gəmiçiliyi hara getdiyini bi-

lir, ona görə də inkişafdadır. İndi bizim 

təkcə  müasir  gəmilərimiz  yox,  gənc  və 

çox bacarıqlı kapitanlarımız, mexaniklə-

rimiz, dənizçilərimiz var. Bu sahədə irə-

li getməyimizə heç bir fırtına mane ola 

bilməz.

Vüsal Məmmədov

Fotolar Miri Məcidlinindir.

AzVision.az

UZAq SAHİllƏRDƏ: Yenİ İlİ DAlğA vƏ 

külƏklƏRlƏ qARşIlAYAnlAR

2016-cı ilin dekabr ayı ərzində 

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru 

kəməri (BTC) vasitəsilə 2 milyon 386 

min 450 ton Azərbaycan nefti nəql 

edilib.

SOCAR-ın  mətbuat  xidmətindən  

bildirilib  ki,  ötən  ilin  yanvar-dekabr 

aylarında  bu  kəmərlə  28 

milyon  862  min  673  ton 

neft ötürülüb. Ümumiyyət-

lə, kəmər istifadəyə verilən 

gündən 2017-ci il yanvar ayının 1-dək 

BTC-yə  321  milyon  538  min  62  ton 

neft vurulub.

Bundan başqa, 2016-cı ilin dekabr 

ayında  BTC  kəməri  ilə  441  min  271 

ton Türkmənistan nefti nəql olunub.

2016-cı ilin dekabr ayı ərzində 

1 milyon 887 min 729 ton Azər-

baycan nefti Ceyhan limanından 

dünya bazarlarına çıxarılıb.

SOCAR-ın  mətbuat  xidmətindən  

bildirilib ki, bu həcmin 1 milyon 374 

min 823 tonunu Azərbaycan Respubli-

kası Dövlət Neft Fondunun nefti təşkil 

edib.


Ötən ilin yanvar-dekabr aylarında 

Ceyhan limanından ixrac olunmuş nef-

tin həcmi 28 milyon 640 min 827 ton 

olub.


Ümumiyyətlə,  Bakı-Tbilisi-Cey-

han əsas ixrac boru kəməri (BTC) istis-

mara verilən gündən 2017-ci il yanvar 

ayının  1-dək  Ceyhan  limanından  319 

milyon  834  min  599  ton Azərbaycan 

nefti dünya bazarına yola salınıb.



ötƏn İl Btc kƏMƏRİ İlƏ 

28,8 MİlYon ton AZƏRBAYcAn 

neftİ nƏql olUnUB

ceYHAn lİMAnInDAn 320 MİlYon tonADƏk 

AZƏRBAYcAn neftİ DünYA BAZARInA çIxARIlIB

RePoRtAj


Yüklə 450,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə