R b a y c a n X z r d n z g m



Yüklə 450,56 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix06.05.2018
ölçüsü450,56 Kb.
#42721
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


13 yanvar 2017-ci il   № 1-4 (9095)

5

2016-cı ildə Bakı Limanında yüka-

şırma 47 faiz artıb.

“Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Li-

manı”  QSC-nin  mətbuat  xidmətindən  

bildirilib ki, Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyevin ölkə iqtisadiy-

yatının  diversifikasiyasına  yönəlmiş  si-

yasətinin tələblərinə cavab verərək, “Bakı 

Beynəlxalq  Dəniz  Ticarət  Limanı”  QSC 

xarici  yüklərin  cəlb  olunması,  Limanda 

dünya standartlarına cavab verən əməliy-

yat standartların tətbiqi üçün fəaliyyətini 

davam etdirib. Nəticədə 2016-cı ildə Bakı 

Limanında  bütün  istiqamətlər  üzrə  ciddi 

artım qeydə alınıb. Ümumi yükaşırmanın 

həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 

47 faiz artaraq 4,5 milyon tona çatıb. Yü-

kaşırmanın  87  faizi  tranzit  yükaşırmanın 

payına düşüb.

Eyni zamanda ən böyük artım təkərli 

texnikanın xüsusən də, irihəcmli nəqliyyat 

vasitələrinin  (TIR)  aşırılmasında  qeydə 

alınıb. Belə ki, keçən ilin müvafiq 

dövrü ilə müqayisədə Bakı Lima-

nının xidmətlərindən istifadə edən 

bu tipli nəqliyyat vasitələrinin sayı 

3 dəfəyə yaxın artıb və rəqəm ifa-

dəsində 23 min 415 ədəd irihəcmli 

nəqliyyat vasitəsi təşkil edib. Mə-

lumat üçün qeyd edək ki, bu rəqəm 

keçən ilin müvafiq dövründə 8756 

ədəd  olub.  Bunların  13  min  791 

ədədi  (58,3  faiz)  Bakı-Aktau-Ba-

kı istiqamətində, 9850 ədədi (41,7 

faiz)  isə  Bakı-Türkmənbaşı-Bakı 

istiqamətində hərəkət edib.

2015-ci il ilə müqayisədə TEU 

ekvivalentində konteynerlərin aşı-

rılması 28,5 faiz artaraq 17 min 100 TEU 

təşkil edib. Neft və neft məhsullarının aşı-

rılması isə 2 dəfəyə yaxın (87,5 faiz) ar-

taraq  1  milyon  575  min  tona  çatıb.  Ələt 

qəsəbəsində yerləşən yeni Bərə Termina-

lında vaqon aşırılması 17,4 faiz artaraq 36 

min  896  ədədə  çatıb.  Bunlardan  11  min 

109  vaqon  (30,1  faiz)  Bakı-Aktau-Ba-

kı  istiqamətində,  25  min  787  (69,9  faiz) 

Bakı-Türkmənbaşı-Bakı 

istiqamətində 

hərəkət edib. Hər iki istiqamətdə sərnişin-

daşıma  isə  keçən  ilin  müvafiq  dövrü  ilə 

müqayisədə 2 dəfəyə yaxın artaraq 20 min 

203 nəfər olub.

Bakı  şəhərində  yerləşən  Əsas  Yük 

Terminalında  aşırılan  yüklərin  miqdarı 

2016-ci ildə keçən ilin müvafiq dövrü ilə 

müqayisədə 8,2 faiz artaraq 418,1 min ton 

olub. Aşırılan yüklərin böyük hissəsi tran-

zit  konteynerlərin  və  tikinti  materialları-

nın idxalının payına düşüb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlı-

ğı digər ölkələrdə sığınacaq axtaran qaçqın 

və miqrantlar arasında qurbanların sayının 

artmasından xeyli narahat olduğunu bildirir. 

Onların çoxu kontrabandçıların xidmətindən 

istifadə edir və Avropaya gedən yolda Aralıq 

dənizində batır. Keçən həftə dənizdə 100-dən 

çox adamın həlak olması barədə məlumat daxil 

olub.

 BMT-nin Xəbərlər Mərkəzi bildirir ki, 2016-

cı ildə 5000-dən çox qaçqın və miqrant Aralıq də-

nizində batıb.

Son vaxtlar müharibə və təqiblərdən ehtiyat 

edən  xeyli  sayda  insan  sərhədləri  keçir.  Aralıq 

dənizi sığınacaq axtaranların və miqrantların is-

tifadə etdikləri ən təhlükəli marşrutlardan biridir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 

məlumatına görə, 2016-cı ildə gündə orta hesabla 

14 qaçqın və miqrant dənizdə həlak olub. Müqa-

yisə  üçün  qeyd  edək  ki,  2015-ci  ildə Avropaya 

Aralıq  dənizi  ilə  bir  milyondan  çox  qaçqın  və 

miqrant keçib və 3771 nəfər həlak olub. Qaçqın-

lar üzrə Ali Komissarlıq bütün ölkələri, o cüm-

lədən  Avropa  İttifaqı  dövlətlərini  qaçqınların 

müdafiəsini  təmin  etməyə,  sığınacaq  üçün  leqal 

müraciət formalarına, o cümlədən ailələrin köçü-

rülməsi və yenidən birləşdirilməsi proqramlarını 

genişləndirməyə imkan yaratmağa çağırıb.



Misir ilə İtaliyanın “Eni” neft-qaz şirkəti arasında Misirin 

su sərhədlərində təbii qaz axtarışı üzrə müqavilə imzalanıb.

Müqaviləyə  görə,  2017-ci  ilin  ilk  rübündən  etibarən  Misir 

Aralıq dənizindəki su sərhədlərində təbii qaz axtaracaq.

Misirin neft və mineral ehtiyatlar naziri Tarık əl Molla ölkəsi-

nin İtaliyanın “Eni” neft-qaz şirkəti ilə Aralıq dənizindəki su sər-

hədlərində yerləşən “Zöhr” qaz yatağında kəşfiyyat üzrə müqavilə 

imzaladığını bildirib.

O, 2015-ci ilin avqustunda kəşf edilən və super-nəhəng qaz 

yatağı olan “Zöhr”də təxminən 30 trilyon kubfut (təxminən 2,7871 

trilyon kubmetr) qaz ehtiyatı olduğunun təxmin edildiyini deyib.

Kəşfiyyat işlərinin 2017-ci ilin ilk rübündə başlayacağını bil-

dirən nazir təbii qazla yanaşı, xam neft də hasil ediləcəyi təqdirdə 

bölgənin “əsrin quyusu” olacağını qeyd edib.

Bütün İStİqAMƏtlƏR üZRƏ 

cİDDİ ARtIM qeYDƏ AlInIB

GünDƏ oRtA HeSABlA 14 qAçqIn vƏ 

MİqRAnt DƏnİZDƏ HƏlAk olUB

BƏRƏ YAnIB

İndoneziya sahillərində sərnişin daşıyan bərədə yanğın baş 

verib. Yanğın nəticəsində 2 nəfər həlak olub, 17 nəfər xəsarət 

alıb. Bundan başqa, 17 nəfər itkin düşüb.

Bu barədə yerli Xilasetmə İdarəsi məlumat yayıb.

Hadisənin Cakarta yaxınlığındakı sularda baş verdiyi bildiri-

lir. Bərənin göyərtəsində təxminən 200 sərnişin olub.



2016

-cı ilin yaddaqalan 

hadisələrindən biri də 

may ayında “Xankəndi” sualtı tikinti gə-

misinin Bakı Gəmiqayırma Zavodunun 

yanalma körpüsündən suya endirilməsi 

oldu. “Xankəndi” xüsusi olaraq “Şah-

dəniz-2” layihəsinin sualtı konstruksiya-

larını quraşdırmaq üçün layihələndirilib 

və  inşa edilib.

Bu  nəhəng  gəmi  suya  endirildikdən 

sonra əsas kranla təchiz olundu. Bundan 

sonra isə sertifikatlaşdırma və istismar sı-

naqlarına başlandı.

Gəminin iki iri gövdə seksiyası Bakı-

ya Sinqapurdan gətirilmiş və burada inşası 

başa çatdırılmış burun hissəsi ilə birləşdi-

rilmişdir. 2017-ci ilin aprel ayında “Şah-

dəniz-2” üzrə sualtı quraşdırma işləri baş-

lananadək gəmi tam hazır olacaq. Həmin 

vaxtadək    “Xankəndi”  zavodun  yanalma 

körpüsündə qalacaq.

Mütəxəssislərin  fikrincə,  bu  gəmi 

təkcə  Azərbaycanın  deyil,  bütövlükdə 

Xəzərin gəmiçilik tarixində yeni bir era-

nın  başlanğıcını  qoyur.  Ölkəmizin  neft 

və  qaz  donanmasının  yeni  texnologiyalı 

ən müasir gəmisi olan “Xankəndi” suyun 

dərinliyinin 550 metrədək çatdığı ərazilər-

də Xəzərdə ilk dəfə dünya səviyyəli sualtı 

qurğular inşa etmək üçün nəzərdə tutulub. 

Gəmi  10  il  -  2017-2027-ci  illər    ərzində 

“Şahdəniz” yatağında işləyəcək və bunun-

la da “Cənub Qaz Dəhlizi”nin gerçəkləş-

məsinə öz töhfəsini verəcək.

“Xankəndi”  təsnifat  nəzarəti  altında 

tikilmiş  nadir  gəmidir.  Gəminin  uzunlu-

ğu  155,  eni  32,  əsas  göyərtəsi  13  metr-

dir.  Bu  unikal  gəmi  böyük  dalğalarda 

fəaliyyət  göstərə  bilmək  üçün  dinamik 

mövqeləndirmə sisteminə malikdir. Onun 

600 metrədək sualtı əməliyyatlar aparmaq 

üçün  900  metrik-tonluq  əsas  kranı,  iki 

ədəd  18  nəfərlik  dalğıc  kapsulu  sistemi, 

eyni sayda məsafədən idarə olunan cihazı 

var.  Möhkəmləndirilmiş  avadanlıqendir-

mə şaxtası, 6 ədəd 4,4 meqavat və 2 ədəd 

3,2 meqavat gücündə generatoru olan iki 

mühərrik  bölməsi  də  gəminin  nəhəngli-

yindən xəbər verir. Gəminin ümumi çəkisi 

17600  tondur  və  suya  oturumu  6,5  metr 

olmaqla daşıma gücü 5000 metrik-ton təş-

kil edəcək.

Hazırda gəminin tam istismara veril-

məsi üçün hazırlıq işləri nəzərdə tutuldu-

ğu  qrafikə  uyğun  gedir.  Sentyabr  ayında 

gəminin əsas mühərrikləri işə salınıb.

Qeyd  edək  ki,  “Xankəndi”nin  məhz 

Bakı Gəmiqayırma Zavodunda inşa edil-

məsi  ikiqat  nailiyyətdir.  Çünki  bu  zavo-

dun tikintisi özlüyündə son illərdə Azər-

baycanda  həyata  keçirilən  ən  iri  iqtisadi 

layihələrdən biri sayılır. Yeni zavod ölkə-

mizin iqtisadi gücünü və bütün sahələrdə 

öncül mövqelərə malik olmasını təsdiqlə-

yir. Bu müəssisənin işə düşməsi tədricən 

Azərbaycanın  gəmiçilik  sahəsində  idxal-

dan  asılılığını  aradan  qaldıracaq,  Xəzər 

donanmasını  müasirləşdirməyə  imkan 

verəcək.

Zavod  Qaradağ  rayonu  ərazisində, 

Bakı-Astara magistral yolunun 25-ci kilo-

metrliyində  Keppel,  Böyük  Britaniyanın 

“Royal  Haskoning”  və  Norveçin  “TTS 

Handling  System AS”  şirkətlərinin  birgə 

hazırladıqları  konseptual  layihə  əsasında 

SOCAR-ın  “Neftqaztikinti”  Tresti  tərə-

findən  inşa  edilib.  Müəssisə  Finlandiya, 

Niderland,  Almaniya,  Çex  Respublikası, 

Böyük  Britaniya,  Koreya  və  Sinqapurda 

yüksək  standartlar  səviyyəsində  istehsal 

edilmiş  avadanlıqla  təchiz  olunub.  İsteh-

sal  prosesində  metalkəsmə,  profiləymə, 

lövhəəymə, üçölçülü borukəsmə rəqəmsal 

avadanlığı kimi müasir texnoloji vasitələr-

dən istifadə olunur.

Müəssisə  elə  layihələndirilib  ki,  bö-

yük həcmdə yükgötürmə qabiliyyəti olan 

gəmiləri tikmək və müxtəlif təyinatlı gə-

miləri  təmir  etmək  imkanına  malikdir. 

Geniş  və  müasir  infrastruktura  malik  ol-

ması da onun nəhəngliyini göstərir. Belə 

ki,  zavodun  beşmərtəbəli  inzibati  binası, 

istehsalat sahələri, təlim mərkəzi, özünün 

elektrik  təchizatını  etibarlı  şəkildə  təmin 

etmək üçün yarımstansiya binaları var.

Təkcə yanalma körpüsünün uzunluğu 

1630 metrdir. Həmin yanalma körpüsündə 

indi  zavodun  tikdiyi,  indiyədək  Xəzərdə 

analoqu olmayan “Xankəndi” gəmisi da-

yanıb.  Bu  gəminin  inşasının  uğurla  başa 

çatdırılması zavodun aldığı sifarişləri bö-

yük  səriştə  və  yüksək  keyfiyyətlə  yerinə 

yetirdiyini  göstərir  və  yeni  müvəffəqiy-

yətlərə zəmanət verir. 



Flora SADIQLI

“xAnkƏnDİ” xƏZƏR HövZƏSİnDƏ AnAloqU olMAYAn GƏMİDİR

 Bu yeni gəmi “cənub qaz Dəhlizi”nin reallaşmasına sanballı töhfə verəcək

96 tRİlYon kUBMetRlİk tƏBİİ qAZ vƏ 

865 MİlYon BARRellİk neft eHtİYAtI 

olDUğUnU PRoqnoZlAşDIRIR

Livan Aralıq dənizində neft və təbii qaz axtarışı üzrə yeni-

dən tender elan edib.

 “reuters.com” xəbər verir ki, Livanda yeni hökumət tərəfin-

dən 2013-cü ildən bəri dayandırılan Aralıq dənizində neft və təbii 

qaz axtarışı üzrə tender prosesinə yenidən başlamaq üçün iki fər-

man imzalanıb.

Livan Aralıq  dənizi  sahillərində  96  trilyon  kubmetrlik  təbii 

qaz və 865 milyon barrellik neft ehtiyatı olduğunu proqnozlaşdırır.

Fərmanlara əsasən, hasilat və kəşfiyyat tenderləri ilə imzala-

nacaq sazişlərin şərtləri müəyyən edilir. Hökumət, eyni zamanda, 

karbohidrogen sənayesi üzrə vergi tənzimləməsi və bir karbohid-

rogen qanunu hazırlamaq üçün iki ayrı komissiya yaradılmasına 

qərar verib.

2013-cü ildə neft və təbii qaz axtarışı üzrə tenderlərdə iştirak 

etmək hüququ qazanan 46 şirkətdən yenidən əməliyyat üzrə müra-

ciət edən 12 şirkət arasında “Chevron”, “Total” və “Exxon Mobil” 

də var.


BAtAn GƏMİDƏ YeRlİ fUtBol koMAnDASInIn 

üZvlƏRİ vƏ AZARkeşlƏRİ olUB

Uqandanın Albert gölündə baş verən gəmi qəzasında 30-a 

yaxın insan həlak olub. Bu barədə keçən ilin dekabrın 26-da 

AFP agentliyi məlumat yayıb.

 Hadisə bazar günü baş verib. Batan gəmidə yerli futbol ko-

mandasının üzvləri və azarkeşləri olub.

Yerli polis idarəsinin nümayəndəsinin məlumatına görə, gəmi-

dəkilər şənliyin gedişində göyərtənin bir tərəfinə yığışıblar. Nəticə-

də bərk yırğalanmağa başlayan gəmi çevrilib və gəmidəkilər göldə 

boğularaq ölüblər.

ARAlIq DƏnİZİnDƏ 

tƏBİİ qAZ AxtARAcAq

Azərbaycan və Ukrayna arasında 

dəniz üzgüçülüyünün təhlükəsizliyi 

sahəsində ikitərəfli əməkdaşlıq müzakirə 

olunub.

Azərbaycan Respublikası Dövlət Də-

niz  Administrasiyasının  mətbuat  xidmə-

tindən  verilən  xəbərə  görə,  müzakirələr 

Azərbaycan  Respublikasının  və  Ukray-

nanın  Prezidentlər  Şurasının  V  İclasının 

Protokolunun və Azərbaycan ilə Ukrayna 

arasında  iqtisadi  əməkdaşlıq  məsələləri 

üzrə  Birgə  Hökumətlərarası  Komissiya-

sının  11-ci  iclas  Protokolunun  icrasının 

təmin edilməsi ilə əlaqədar, Odessa şəhə-

rində  Ukraynanın  İnfrastruktur  Nazirli-

yinin əməkdaşları ilə işçi görüşü zamanı 

aparılıb.

İşçi  görüşündə  hər  iki  ölkə  arasın-

da dəniz nəqliyyatının inkişafı sahəsində 

ikitərəfli əməkdaşlığın həyata keçirilməsi-

nin əhəmiyyəti vurğulanaraq, Azərbaycan 

Respublikası Dövlət Dəniz Administrasi-

yasının  fəaliyyət  istiqamətləri,  vəzifələri 

və səlahiyyətləri barədə Ukrayna tərəfinə 

ətraflı məlumat verilib.

Görüşdə  dəniz  üzgüçülüyünün  təh-

lükəsizliyi sahəsində ikitərəfli əməkdaşlı-

ğın həyata keçirilməsi üçün dövlət bayraq 

və  liman  nəzarəti,  gəmilərin  hərəkətinin 

idarəetmə  xidmətinin  fəaliyyəti,  dəniz 

üzgüçülüyünün  təhlükəsizliyi  sahəsin-

də tariflərin tətbiq edilməsi, dəniz hidro-

texniki  qurğularının  qeydiyyatı,  dənizdə 

gəmilərin  uzaq  məsafədən  tanınması  və 

izlənməsi,  keyfiyyətə  nəzarət  sisteminin 

tətbiqi,  fəaliyyət  istiqamətlərinə  uyğun 

olaraq  elektron  xidmətlərin  təkmilləşdi-

rilməsi,  təsnifat  cəmiyyətlərinin  fəaliy-

yətlərinə razılıq verilməsi və onların işinə 

nəzarət edilməsi, Ukraynada dəniz axtarış  

xilasetmə  koordinasiya  fəaliyyəti  və 

hüquqi  aspektləri  sahəsində  müzakirələr 

aparılıb. Həmçinin təcrübə mübadiləsinin 

perspektivləri nəzərdən keçirilib.

Görüş  dəniz  nəqliyyatı  sahəsində 

əməkdaşlığın genişləndirilməsi və uğurla 

davam  etdirilməsi  üçün  qanunvericiliklə 

müəyyən  edilən  səlahiyyətlər  çərçivəsin-

də, hər iki qurum arasında təcrübə müba-

diləsinin aparılması, ikitərəfli işçi qaydada 

məsləhətləşmələrin  davam  etdirilməsi  və 

növbəti  işçi  görüşün  Bakı  şəhərində  hə-

yata  keçirilməsinin  mümkünlüyü  barədə 

müzakirələrlə yekunlaşıb.

DƏnİZ üZGüçülüYünün tƏHlükƏSİZlİYİ SAHƏSİnDƏ 

İkİtƏRƏflİ ƏMƏkDAşlIq MüZAkİRƏ eDİlİB

“şİMAl-cƏnUB” DƏHlİZİ çƏRçİvƏSİnDƏ 

İRAnDA tİkİlƏn DƏMİRYolU köRPüSü 

YAnvARIn 19-DA İStİSMARA HAZIR olAcAq

Yanvarın 19-da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat 

Dəhlizi çərçivəsində tikilən İranın ən iri dəmir yolu körpüsü 

istismara hazır olacaq.

 “Financial Tribune” saytı xəbər verir ki, bu barədə İranın yol 

və şəhərsalma nazirinin müavini Xeyirullah Xadəmi deyib.

Onun sözlərinə görə, körpünün tikintisi iki həftəyə yekunla-

şacaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində 

İran istiqamətində Astara (Azərbaycan)-Astara (İran)- Rəşt-Qəz-

vin dəmir yolu xəttinin bir hissəsi olan bu körpü yanvarın 19-da 

istismara hazır olacaq.

Yerli mütəxəssislər tərəfindən icra edilən layihə barədə məlu-

mat verən X.Xadəmi söyləyib ki, 1,43 kilometr uzunluğunda olan 

körpü İranın Gilan vilayətində yerləşən Məncil şəhərində Səfidrud 

çayının sahillərini birləşdirəcək. Bu körpü son inşaat mərhələsin-

də olan Qəzvin-Rəşt dəmir yolunun da bir hissəsidir.

Hesablamalara  görə,  “Şimal-Cənub”  Beynəlxalq  Nəqliyyat 

Dəhlizi istismara veriləndən sonra Azərbaycan ilə İran arasında 

mövcud 600 min ton ticarət dövriyyəsi ildə 5 milyon tona (ildə 

500 milyon dollar) yüksələcək.



Yüklə 450,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə