R b a y c a n X z r d n z g m



Yüklə 450,56 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix06.05.2018
ölçüsü450,56 Kb.
#42721
1   2   3   4   5   6   7   8

Sürixdə “Şimal-Cənub” və 

“Cənub-Qərb” beynəlxalq nəqliyyat 

dəhlizlərinin perspektivləri müzakirə 

olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-

nin  ictimaiyyətlə  əlaqələr  şöbəsindən  

bildirilib ki, müzakirələr İsveçrənin Sü-

rix şəhərində “Azərbaycan Dəmir Yol-

ları” QSC-nin sədri Cavid Qurbanovla 

“InterRail Holding AG” şirkətinin səd-

ri  Hans  Raynhard  arasında  keçirilən 

ikitərəfli görüş zamanı baş tutub.

Görüş  zamanı  İsveçrə  yüklərinin 

“Şimal-Cənub”  və  “Cənub-Qərb”  bey-

nəlxalq nəqliyyat dəhlizlərinə cəlb edil-

məsi,  isveçrəli  tərəfdaşlarla  əməkdaş-

lığın  perspektivləri  məsələsi  müzakirə 

olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-



nin  sədri  Cavid  Qurbanov  bildirib  ki, 

Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyevin böyük qayğı və dəstəyi 

ilə  beynəlxalq  nəqliyyat  dəhlizlərinin 

reallaşması  prosesində  ölkəmiz  aktiv 

iştirak edir, ölkənin tranzit potensialının 

artırılması istiqamətində mühüm addım-

lar atılır. Əsas vəzifəmiz Azərbaycanın 

əlverişli  coğrafi  mövqeyindən  istifadə 

edərək,  beynəlxalq  nəqliyyat  dəhlizləri 

çərçivəsində,  Mərkəzi  və  Şərqi Asiya-

dan Avropaya və əks istiqamətdə, ölkə 

ərazisindən  keçən  marşrutlara,  tranzit 

yüklərin cəlb edilməsidir. Bu marşrutla-

ra yük axının cəlb edilməsi üçün bütün 

imkanlar səfərbər edilib.

C.Qurbanov,  həmçinin  bildirib  ki, 

“Azərbaycan  Dəmir  Yolları”  QSC-

nin  İsveçrənin  “Stadler  Rail  Group” 

şirkəti  ilə  geniş  əlaqələri  mövcuddur. 

Hazırda  şirkətin  istehsalı  olan  KİSS 

markalı  ikimərtəbəli  elektrik  qatarları 

Bakı-Sumqayıt  marşrutunda  istismar 

olunur. Eyni zamanda “Azərbaycan Də-

mir  Yolları”  QSC-nin  sifarişi  ilə  gələ-

cəkdə  Bakı-Tbilisi-Qars  marşrutu  üzrə 

hərəkət  edəcək  qatarlar  üçün Azərbay-

can  tərəfi  “Stadler”  şirkətinə  30  ədəd 

yataq tipli vaqon sifariş edib.

“InterRail  Holding  AG”  şirkətinin 

prezidenti Hans Raynhard öz çıxışında 

“Şimal-Cənub” dəhlizinin aktivləşdiril-

məsində  çox  maraqlı  olduqlarını  vur-

ğulayıb. Həmçinin “Azərbaycan Dəmir 

Yolları” QSC ilə bu istiqamətdə həyata 

keçiriləcək  strateji  əməkdaşlığın  önə-

mindən danışıb.

Qeyd  edək  ki,  “InterRail  Holding 

AG”  şirkəti  İsveçrənin  “TransInvest” 

holdinqinə  daxildir.  Mərkəzi  və  Şərqi 

Avropa,  Rusiya,  Mərkəzi  Asiya  kimi 

ərazilərdə  əlaqələri  olan  “TransInvest” 

111 fərdi şirkətlərlə dünyanın 34 ölkə-

sində fəaliyyət göstərir.

Şirkətin  əsas  dörd  coğrafi  biznes 

istiqaməti  var:  Avropa  İttifaqı-İsveçrə, 

Rusiya-Şərqi Avropa, Orta Şərq-Mərkə-

zi  Asiya,  Asiya–Uzaq  Şərq.  “TransIn-

vest”  İrandan  Avropaya  və  Avropadan 

İrana yüklərin idxalı və ixracı ilə məşğul 

olan nəqliyyat şirkətidir. İranın müxtəlif 

şəhərlərində  14  ofisi  ilə  təmsil  olunan 

bu şirkət Bəndər-Abbas və Tehran kimi 

şəhərlərdə  300  min  kvadratmetr  çox 

olan xüsusi anbarların və terminalların 

sahibidir.

“InterRail Holding AG” dəmir yolu 

ilə yükdaşıma xidmətləri üzrə Avropada 

və Avrasiya məkanında aparıcı şirkətlər-

dən  biridir.  Beynəlxalq  blok  qatarların 

operatoru kimi fəaliyyət göstərir. Avra-

siya qitəsində, xüsusilə də MDB ölkələ-

rində  ümumi  və  konteynerləşdirilmiş 

yüklərin daşınması və konteyner ticarəti 

ilə məşğul olur. Geniş vaqon parkına sa-

hibdir.


Şirkətin  Belarusda,  Çində,  Alma-

niyada,  Hindistanda,  İranda,  Qazaxıs-

tanda,  Polşada,  Rusiyada,  İsveçrədə, 

Ukraynada  və  Özbəkistanda  törəmə 

şirkətləri və nümayəndəlikləri var.

Strateji Yol Xəritəsinin icrası nəti-

cəsində tranzit və ümumi daşımalarda, 

ikitərəfli və çoxtərəfli daşıma-

larda artım gözlənilir.

Bu  barədə  TRASEKA  nəq-

liyyat  dəhlizi  layihəsinin  hö-

kumətlərarası 

komissiyasının 

Azərbaycan  üzrə  Milli  katibi 

Akif  Mustafayev  “Azərbaycan 

Respublikasında  logistika  və 

ticarətin  inkişafına  dair  Strateji 

Yol  Xəritəsi”  ilə  bağlı  fikir  bil-

dirərkən deyib.

O bildirib ki, tranzit və ümu-

mi  daşımalarda  artım  təxminən 

30 faizdən yuxarı gözlənilir.

“Azərbaycanda  logistika  və 

ticarətin  inkişafına  dair  Strate-

ji  Yol  Xəritəsi”ndə,  həmçinin 

qeyd  edilib  ki,  “Şərq-Qərb”  və 

“Şimal-Cənub”  nəqliyyat  dəhlizlərində 

Azərbaycanın  rəqabətqabiliyyətliliyini 

təmin  etmək  üçün  sərhəd-keçid  prose-

durları sadələşdiriləcək.

Azərbaycanın 

rəqa-


bətqabiliyyətliliyini  təmin 

etmək məqsədilə sərhəd-ke-

çid  prosedurlarının  sadələş-

dirilməsi  üçün  idxal-ixrac 

əməliyyatlarına  və  tranzit 

yüklərinin  daşınmasına  sərf 

olunan vaxt və xərclər opti-

mallaşdırılmalı,  beynəlxalq 

dəhlizlər  boyu  yol  infrast-

rukturları  genişləndirilməli, 

yenidənqurma işləri və tikin-

ti layihələri başa çatdırılmalı 

və  beynəlxalq  standartlara 

uyğunlaşdırılmalıdır.  Eks-

pertlər  hesab  edir  ki,  Azər-

baycanda  həyata  keçirilən  çox  mühüm 

infrastruktur  layihələr  ölkəmizi  dünya-

nın  ən  böyük  logistika  mərkəzlərindən 

birinə çevirəcək.

Strateji  Yol  Xəritəsinə  əsasən  Bakı 

Beynəlxalq  Dəniz  Ticarət  Limanının, 

Heydər Əliyev Beynəlxalq Aeroportu və 

ölkənin  daxili  ticarət  şəbəkəsinə  çevik 

inteqrasiyasını  təmin  etmək  üçün  avto-

mobil və dəmir yolu əlaqələri gücləndi-

rilcək. Rayonlararası əlaqələrin yaxşılaş-

dırılması məqsədilə avtomobil yollarının 

tikintisi və təmiri prioritet olacaq. Yük-

daşıma həcmi iqtisadi səmərəliliyi təmin 

edəcək səviyyəyə çatdıqdan sonra dəmir 

yolu əlaqələri də qurulacaq. Daha sonra 

qarşıya  qoyulan  məqsədlərin  reallaşdı-

rılması  üçün  sahilboyu  ərazilərdə  yeni 

logistika  və  ticarət  mərkəzlərinin  yara-

dılmasına başlanılacaq.

Litvanın “www.slaptai.lt” porta-

lında məşhur jurnalist, bu portalın 

rəhbəri Gintaras Visotskasın “Qrün-

vald döyüşündə litvalılara kömək 

edən...erməni alayı olub?” sərlövhəli 

məqaləsi dərc edilib.

Məqalə müəllifi 2015-ci ildə sadə-

lövh Litvanın Klaypedada erməni xaç-

karları  qoyulmasına  icazə  verməsinin 

səhv  addım  olduğunu  göstərir.  G.  Vi-

sotskas əmindir ki, bu addımların dərin 

siyasi mənası var. Hətta ilk baxışda Lit-

va-erməni  dostluğunun  müsbət  əlamə-

ti  olan  bu  addımın  da  siyasi  nüansları 

çoxdur. Xüsusən ona görə ki, Klaypeda 

liman  şəhərində  qoyulmuş  xaçkar  Lit-

vada yeganə deyil. Bundan əvvəl Kau-

nasdakı Krestovaya dağında da xaçkar 

qoyulub. Artıq Şyauylyay şəhərində də 

xaçkar qoymaq arzuları barədə xəbərlər 

eşidilir.

Jurnalist yazır ki, Litva ermənilərin 

bu dövlət ərazisində xaçkar qoymasına 

icazə verməklə istər-istəməz Türkiyəni 

özündən  uzaqlaşdırır.  Onun  fikrincə, 

Litva  öz  ərazisində  xaçkar  qoyulması-

na  icazə  verməzdən  əvvəl  heç  olmasa 

bu  məsələnin  Türkiyə  versiyasına  da 

müraciət  etməli  idi:  axı  amansız  rus-

türk  müharibəsi  dövründə  ermənilərlə 

yanaşı  türklər  də  kütləvi  şəkildə  həlak 

olublar. G.Visotskas qeyd edir ki, Litva 

hələ 2005-ci ildə rəsmi Yerevana xüsusi 

ehtiramını bildirərək 1915-ci ildə ermə-

ni soyqırımını etiraf etmişdi.

2016-cı  il  dekabrın  24-də  Ermə-

nistanın Baltikyanı bölgədəki səfiri (bu 

səfirliyin iqamətgahı Vilnüsdə yerləşir) 

Tiqran Mkrtçyanın rus.delfi.ee portalına 

“Bizim ortaq cəhətlərimiz çoxdur” sər-

lövhəli müsahibəsi dərc ediləndən son-

ra  xaçkarların  xoş  niyyətlə  qoyulması 

məqalə  müəllifində  güclü  şübhə  doğu-

rub. Erməni diplomat Estoniyaya rəsmi 

səfəri  zamanı  Ermənistanın  Baltikyanı 

ölkələr barəsində planları haqda jurna-

listə ətraflı məlumat verib.

Ermənilərlə  pribaltlar  arasında 

ümumi  cəhətlər  olmasına  şübhə  edən 

G.Visotskas  vurğulayır  ki,  istər  Litva-

nı, istər Latviyanı, istərsə də Estoniyanı 

son  onilliklərdə  bircə  qarış  belə  özgə 

torpağını  işğal  etməkdə  günahlandır-

maq  mümkün  deyil.  Ermənistan  isə 

Azərbaycan ərazilərini hələ də işğal al-

tında saxlayır.

Litvalı  jurnalistin  fikrincə,  ən  ma-

raqlısı  budur  ki,  Ermənistan  səfirinin 

dediyinə görə, guya 1410-cu ildə Qrün-

vald  döyüşündə  litvalıların  səlibçilərə 

qalib  gəlməsinə  kömək  edən  ...erməni 

alayı olub. G.Visotskas yazır: “görünür, 

Litvada yeni erməni abidələri qoyulma-

sı üçün ilkin şərait yaradılır. Ona görə 

ki, əgər biz ermənilərin burada xaç qoy-

malarına  elə-belə,  heç  bir  ciddi  siyasi 

motiv  və  özümüz  üçün  fayda  olmadı-

ğı halda imkan versək, onda Qrünvald 

döyüşündə  köməyə  görə  qat-qat  artıq 

dərəcədə təşəkkür bildirmək lazım gələ-

cək”.


Nigar Cəfərli

Azərbaycan təbii qazının Av-

ropaya nəqlini nəzərdə tutan 

“Trans-Adriatik” (TAP) qaz boru 

kəməri üzrə indiyədək Yunanıstan 

və Albaniyada boruların 129 kilo-

metri qaynaq edilib.

Bu  barədə  TAP-ın  “twitter”  səhifə-

sində  məlumat  verilir.  Bildirilir  ki,  bu 

vaxtadək  Yunanıstan  və  Albaniya  TAP 

boru kəməri marşrutu boyunca 244 kilo-

metr  ərazi  təmizlənib,  166  kilometr  bo-

rular xətt üzrə düzülüb və boruların 129 

kilometri qaynaqlanıb.

Qeyd edək ki, TAP-ın təməli keçən il 

mayın 17-də Yunanıstanın Saloniki şəhə-

rində qoyulub. “Trans-Adriatik” qaz boru 

kəmərinin tikintisi üzrə işlərin təxminən 

32 faizi icra olunub.

Xəzər  dənizinin  Azərbaycan  sekto-

rundakı  “Şahdəniz-2”  yatağından  hasil 

olunacaq  qazın  Avropaya  daşınmasını 

təmin  edəcək  TAP-ın  ilkin  ötürücülük 

qabiliyyəti ildə 10 milyard kubmetr ola-

caq və bu həcmin gələcəkdə 20 milyard 

kubmetrədək  artırılması  nəzərdə  tutulur. 

Boru  kəmərinin  uzunluğu  871  kilometr 

(Yunanıstan  –  547  kilometr, Albaniya  – 

211 kilometr, Adriatik dənizi – 105 kilo-

metr, İtaliya – 8 kilometr), diametri isə 48 

düymdür (sualtı hissə - 36 düym). 2020-

ci ilədək layihə üzrə Azərbaycan şirkət-

lərinin  xərclərinin  1,2  milyard  dollar 

olması gözlənilir. TAP üzrə tələb olunan 

kapital xərcləri 5 milyard dollardır. Boru 

kəmərinin 2020-ci ildə istismara verilmə-

si nəzərdə tutulur.

TAP-ın  inşasında  ümumilikdə  53 

mindən  çox  borudan  istifadə  olunacaq. 

Boru  kəmərinin  Yunanıstan  hissəsində 

32 min, Albaniya hissəsində 12 min, Ad-

riatik dənizi hissəsində 8 min 750, İtali-

ya  hissəsində  isə  660  borudan  istifadə 

ediləcək.  Boruların  ümumi  çəkisi  526 

min tondur. Bunun da Albaniya hissəsin-

də 126 min tonu, Yunanıstanda 323 min 

tonu, dəniz hissəsində 72 min tonu, İta-

liyada isə 5 min tonu istifadə olunacaq.

TAP-ın  səhmdarları  belədir:  BP  (20 

faiz),  SOCAR  (20  faiz),  “Snam  S.p.A.” 

(20  faiz),  “Fluxys”  (19  faiz),  “Enagás” 

(16 faiz) və “Axpo” (5 faiz).



BMT Baş Məclisinin 70-ci 

sessiyası 2017-ci ili dünyada 

“Beynəlxalq davamlı turizm ili” 

elan edib.

Dünya  Turizm  Təşkilatının 

rəsmi saytının verdiyi xəbərə görə, 

“Beynəlxalq davamlı turizm ili”nin 

rəsmi  açılışı  yanvarın  18-də  İspa-

niyanın  Madrid  şəhərində  olacaq. 

2017-ci  ildə  beş  mühüm  sahədə, 

o cümlədən hərtərəfli və dayanıqlı 

iqtisadi inkişaf; sosial cəlbedicilik, 

məşğulluq və yoxsulluğun azaldıl-

ması;  təbii  ehtiyatlardan  səmərəli 

istifadə,  ətraf  mühitin  mühafizə-

si  və  iqlim  dəyişikliyi;  mədəni 

dəyərlər,  müxtəliflik  və  irs;  qarşı-

lıqlı anlaşma, sülh və təhlükəsizlik 

məsələlərində turizmin rolunu təş-

viq edəcək.

Dünya  Turizm  Təşkilatının 

(DTT)  baş  katibi  Taleb  Rufai 

“Beynəlxalq  davamlı  turizm  ili” 

ilə  əlaqədar  ictimaiyyətə  müraciət 

edib.


DTT-nin  saytı  xəbər  verir  ki, 

müraciətdə  BMT  Baş  Məclisinin 

2017-ci  ili  dünyada  “Beynəlxalq 

davamlı  turizm  ili”  elan  etməsi-

nin  təsadüfi  olmadığı  bildirilir. 

Qeyd  edilir  ki,  turizm  getdikcə 

daha çox və haqlı olaraq ən yaxşı 

dünyaya  qədəm  qoymağa  kömək 

edən  sektor  kimi  tanınır.  2017-ci 

il  gələcək  üçün  turizmin  töhfəsini 

təşviq  etmək  baxımından  əlverişli 

imkandır. DTT, həmçinin turizmin 

davamlı inkişafda və 2030-cu ildən 

sonra  rolunu  müəyyənləşdirmək 

istəyir. Əlbəttə, turizm sektorunun 

formalaşmasına  qədər  mövcud 

olan  bir  çox  problemlər  qalmaq-

dadır. Taleb Rifai qeyd edir ki, o, 

bu  nadir  və  faydalı  sektorda  bir 

məsələni hər zaman yadda saxlaya-

caq ki, bu da turizmin ümid sektoru 

olmasıdır. Turizm iqtisadiyyatın ən 

davamlı sektorlarından biri olmaq-

la yanaşı, həm də hər gün müxtəlif 

mədəniyyətlərdən,  qitələrdən  olan 

insanları bir araya gətirir. Səyahət 

vasitəsilə  biz  dözümlü,  qayğıkeş 

olmaq kimi keyfiyyətlər qazanırıq 

ki,  bu  da  qloballaşma  dövründə 

çox vacibdir.

Müraciətin tam mətnini aşağı-

dakı  linkdən  oxumaq  olar:  http://

www.tourism4development2017.

org/news/the-year-ahead-harnes-

sing-the-power-of-tourism-to-bu-

ild-a-better-world/

Xatırladaq ki, “Beynəlxalq da-

vamlı  turizm  ili”nin  rəsmi  açılışı 

yanvarın  18-də  İspaniyanın  Mad-

rid şəhərində olacaq.

A Z

R B A Y C A N



X Z R D N Z G M

L Y


И

ИЧИ И И


13 yanvar 2017-ci il   № 1-4 (9095)

6

cƏnUB-şƏRqİ ASİYA ölkƏlƏRİnİn DƏnİZDƏ 

tƏHlükƏSİZlİYİ MƏqSƏDİlƏ Yenİ tƏşkİlAt YARADIlIR

Yaponiyanın Sahil Mü-

hafizəsi Cənub-Şərqi Asiya 

ölkələrinin dənizdə təhlükə-

sizliyini möhkəmləndirəcək 

yeni təşkilat yaratmaq niy-

yətindədir. Bu barədə Kyodo 

agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 

yeni təşkilatın əsas vəzifəsi Cə-

nub Çin dənizində Çinin artan 

ərazi iddiaları ilə bağlı region ölkələri arasında əməkdaşlığı güclən-

dirməkdir. Yaponiya Şərqi Çin dənizindəki Senkaku adaları ilə bağlı 

Tokio və Pekin arasında yaranmış ərazi mübahisəsi sahəsində təcrü-

bəsini bu təşkilat vasitəsilə həmin ölkələrlə bölüşmək niyyətindədir. 

Bununla yanaşı, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və 

dəniz quldurları ilə mübarizə məsələləri də diqqət mərkəzində olacaq.

Təşkilatın aprel ayında fəaliyyətə başlaması və dənizdə təhlükə-

sizliklə bağlı simpoziumlar keçirəcəyi gözlənilir. İlkin olaraq bu təd-

birlərə Tailand və Myanmadan rəsmi şəxslər dəvət olunacaq.

Yaponiya hələ əvvəllər bir sıra ölkələrlə patrul gəmilərinin təqdim 

edilməsi barədə razılıq əldə edib.

Pekin artıq bir neçə on ildir ki, regionun bəzi ölkələri ilə Cənub 

Çin dənizindəki əsas ticarət yollarının keçdiyi adaların mənsubiyyəti 

ilə bağlı mübahisə aparır. Burada söhbət əsasən Sişa arxipelaqından 

(Paraselsk adaları), Nanşa (Spratli) və Huanyan (Skarboro) adaların-

dan gedir. Həmin mübahisəyə bu və ya digər dərəcədə Vyetnam, Bru-

ney, Malayziya və Filippin cəlb olunublar.

“şİMAl-cƏnUB” vƏ “cƏnUB-qƏRB” BeYnƏlxAlq nƏqlİYYAt 

DƏHlİZlƏRİnİn PeRSPektİvlƏRİ MüZAkİRƏ olUnUB

tRAnZİt vƏ üMUMİ DAşIMAlARDA ARtIM GöZlƏnİlİR

“lİtvA klAYPeDA lİMAn şƏHƏRİnDƏ eRMƏnİ xAçkARlARI qoYMAqlA SƏHvƏ Yol veRİB”

2017-cİ İl DünYADA “BeYnƏlxAlq DAvAMlI 

tURİZM İlİ” kİMİ qeYD eDİlƏcƏk

nƏHƏnG AYSBeRq PARçAlAnA BİlƏR

Antarktidada Larsen C buz 

şelfindən nəhəng bir aysberqin 

ayrılmaq üzrə olduğu ilə bağlı 

məlumat yayılıb.

sciencedaily.com 

saytının 

verdiyi  xəbərə  görə,  buz  şelfində 

yaranmış  çat  nəticəsində  5  min 

kvadratkilometr  sahəsi  olan  ays-

berq parçalana bilər. Tədqiqatçılar 

buz dağının parçalanmasının səbəblərini araşdırırlar.

Qeyd edək ki, aysberqin sahəsi Birləşmiş Krallığın Norfolk vilayəti 

və ya ABŞ-ın Delaver ştatının ərazisi qədərdir. Larsen C buz şelfi isə 

Uelsin ərazisindən iki dəfə böyükdür.

İnSAnlARIn HƏYAtInI DƏYİşDİRƏcƏk 

Beş texnoloGİYA

“IBM” şirkəti yaxın beş ildə 

insanların həyatını dəyişdirə-

cək beş texnologiyadan ibarət 

illik reytinqini dərc edib. Bu 

texnologiyalardan biri erkən 

mərhələdə psixiki və koqnitiv 

pozuntular, neyrodegenerativ 

xəstəliklərə diaqnoz qoymağa 

imkan verən şifahi və yazılı 

danışığın təhlili sistemidir.

indicator.ru saytı xəbər verir ki, ikinci texnologiya “super qəhrə-

manların görmə qabiliyyətidir”. Şirkətin mütəxəssislərinin fikrincə, beş 

il sonra dalğa uzunluğu diapazonunda görməyə imkan verən cihazlar 

geniş yayılacaq. Bu, ətraf aləmin öyrənilməsi üçün yeni imkanlar ya-

radacaq.


Böyük məlumatlar üzərində iş sahəsində irəliləyiş gözlənilir. Eks-

pertlər  hesab  edirlər  ki,  böyük  massivli  informasiyanı  səmərəli  emal 

etməyə imkan verən texnologiyalar, məsələn, ərzaq və enerji istehsalı 

problemlərinin həllini tapmağa kömək edəcək.

“Çipdə laboratoriyalar” adlandırılan dördüncü texnologiya orqaniz-

min maye təhlili zamanı normadan ən kiçik sapmaları qeydə almağa 

imkan verəcək. Beləliklə, simptomların yaranmasından əvvəl orqanla-

rın pozulmaları barədə məlumat əldə etmək mümkün olacaq.

Beşinci texnologiya ətraf mühitin çirklənməsinin aşkarlanması ilə 

bağlıdır. Sensor texnologiyalar, silisium fotonikası və süni intellekt təh-

lükəli maddələri bir anda aşkara çıxarmağa imkan verəcək.

tAP-In İnşASI üZRƏ İnDİYƏDƏk YUnAnIStAn vƏ 

AlBAnİYADA BoRUlARIn 129 kİloMetRİ qAYnAqlAnIB



Yüklə 450,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə