R b a y c a n X z r d n z g m



Yüklə 257,08 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix06.05.2018
ölçüsü257,08 Kb.
#42770
  1   2   3   4   5   6


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

16 fevral 2016-cı il    № 5-8 (9011) 

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

BU SAYIMIZDA

Yuxarı sİnİf şagİrdlərİ İlə 

görüşlərİn faYdası çox olacaq

“greenpeace”: 

Mübahİsəlİ Yük daşıYan 

“Modern express”

5-cİ “qıZıl Top”unu qaZanan Messİ...

...Və nİYə ona səs VerMədİM?

“azərbaycan respublikasında təhsilin inkişafı üzrə 

dövlət strategiyası”nda təhsil sisteminin müasir tələblərə 

uyğun hədəfləri müəyyənləşdirilmiş, təhsil işçiləri 

qarşısında yeni məsul vəzifələr qoyulmuşdur. ölkəmizin 

təhsil sistemi dünyanın ən qabaqcıl dövlətlərinin təhsil 

prinsiplərindən istifadə etməklə  

təkmilləşdirilir. 

qlobal ekologiya qrupu olan “greenpeace” 

təşkilatının iddiasına görə, problemli avtomobil 

daşıyıcısı olan “Modern express” ehtimal ki, fransa 

bazarı üçün nəzərdə tutulmuş mübahisəli taxta-

şalban materialı daşımaları ilə  

məşğuldur.

Milli komandaların baş məşqçiləri və kapitan-

ları, həmçinin media nümayəndələrinin qatıldığı 

sorğuda səslərin 41,33 %-ni toplayan “barselona” 

və İspaniya millisinin hücumçusu lionel Messi 

karyerasında 5-ci dəfə dünyanın ən yaxşı futbolçu-

su üçün nəzərdə tutulan “qızıl top” mükafatına 

layiq görülüb.

aZərbaYcan döVləT dənİZ 

akadeMİYasına beYnəlxalq 

serTİfİkaT Verİləcək

azərbaycan xəzər dəniz gəmiçiliyinin və onun 

struktur bölmələrinin fəaliyyətinin beynəlxalq stan-

dartlar səviyyəsində qurulması, o cümlədən müasir 

tələblərə uyğun sertifikatların alınması gəmiçilik 

rəhbərliyinin daim diqqət mərkəzində olan məsələlər-

dəndir. bu istiqamətdə mütəmadi tədbirlər görülür və 

beynəlxalq qurumlarla müvafiq iş aparılır.

səh. 3

qonaqlar aZərbaYcanın dənİZ 

nəqlİYYaTı quruMları İlə əMəkdaşlığa 

böYük Maraq gösTərİblər

ukraynanın odessa şəhərində yerləşən dəniz 

Mühəndis bürosu Mdb məkanında gəmi layihələndi-

rilməsi ilə məşğul olan ən tanınmış və nüfuzlu layihə 

təşkilatlarındandır. bu günlərdə dəniz Mühəndis 

bürosunun baş direktoru gennadi Yeqorov və baş 

konstruktoru Valeri Tonyuk bakıda işgüzar səfərdə 

olublar.

səh. 2

səh. 3

səh. 5

səh. 8

                                   Rauf  Vəliyev: 

“gənclər MənİM gəMİçİlİkdə 

ən çox güVəndİYİM qüVVədİr”

2 fevral – Gənclər Gü-

nündə “Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” Qapalı 

Səhmdar Cəmiyyətinin sədri 

Rauf Vəliyev Gəmiçilikdə 

çalışan gənclərlə və Azər-

baycan Dövlət  Dəniz Aka-

demiyasının tələbələri ilə 

görüşdü. 

Qeyri-rəsmi  şəraitdə  keçən  gö-

rüşü Rauf Vəliyev “Gənclər mənim 

Gəmiçilikdə  ən  çox  güvəndiyim 

qüvvədir” sözləri ilə başladı. O, bil-

dirdi ki, gənclər bizim gələcəyimiz-

dir, inkişafın və müasirləşmənin ön 

cəbhəsidir.  Azərbaycanda  gənclər 

siyasəti  həmişə  dövlət  siyasətinin 

əsas tərkib hissəsi kimi xüsusi əhə-

miyyətə  malikdir.  Gənclərə  diqqət 

və qayğı Ulu Öndər Heydər Əliye-

vin  Azərbaycana  rəhbərliyinin  hər 

iki  dövründə  həyata  keçirilən  si-

yasətin önündə dayanıb. Ümummil-

li liderimiz deyirdi ki, “cəmiyyətin 

gələcək  tərəqqisi  bir  çox  cəhətdən 

indi gənclərimizə nəyi və necə öy-

rətməyimizdən  asılı  olacaq.  Gənc-

lərimiz  mükəmməl  təhsil  almalı, 

həyatı  dərindən  öyrənməli,  dünya-

da  gedən  prosesləri  bilməli,  lazımi 

fəaliyyət göstərib, öz xalqına, döv-

lətinə xidmət etməlidir.” Əgər Hey-

dər  Əliyev,  hakimiyyətinin  birinci 

dövründə  daha  çox  gənclərin  bir 

kadr  kimi  yetişməsinə  çalışırdısa, 

müstəqil  Azərbaycana  rəhbərliyi 

dövründə artıq onları dövlətin idarə 

edilməsində aparıcı qüvvə kimi gö-

rürdü.

Rauf  Vəliyev Azərbaycan  döv-



lətinin  gənclər  siyasətinin  forma-

laşmasında  və  gənc  nəslin  geniş 

fəaliyyət meydanına çıxarılmasında 

Ulu  Öndərin  təşəbbüsü  və  iştirakı 

ilə keçirilən ölkə gənclərinin I Foru-

munun xüsusi rolu olduğunu söylə-

di. 1996-cı il fevralın 2-də keçirilən 

bu forum Heydər Əliyevin gənclik-

lə bağlı strategiyasının ilk təntənə-

si  kimi  dəyərləndirildi.  Hazırda  bu 

siyasət  möhtərəm  Prezidentimiz 

İlham Əliyev tərəfindən uğurla da-

vam etdirilir. 

Gəmiçiliyin  sədri  onu  da  qeyd 

etdi  ki,  dövlət  başçısı  daim  gənc-

ləri  böyük  qüvvə  kimi  qiymətlən-

dirərək,  informasiya-kommunika-

siya texnologiyaları əsrində yüksək 

ixtisaslı  gənclərin  yetişdirilməsini 

qarşıya  mühüm  vəzifə  kimi  qoyur. 

Prezident  İlham  Əliyev  bildirir  ki, 

“neft-qaz  Tanrıdan  verilən  böyük 

nemətdir. Biz bundan uğurla və mə-

harətlə  istifadə  edirik. Amma  gec-

tez, bu təbii sərvətlər tükənəcək və 

bilik,  zəka,  səviyyə  isə  ölkəmizin 

dayanıqlı inkişafını uzun illər bun-

dan  sonra  da  təmin  edəcəkdir.  Ən 

yaxşı inkişaf etmiş ölkələrin təcrü-

bəsinə baxsaq görərik ki, o ölkənin 

inkişafında  ən  aparıcı  rol  oynayan 

neft-qaz deyil, bilikdir, elmi-texniki 

tərəqqidir, yeni texnologiyalardır.“

Rauf Vəliyev  Gəmiçilikdə  apa-

rılan  islahatlardan,  onun  inkişaf 

perspektivlərindən,  müasir  bey-

nəlxalq standartlara cavab verən bir 

şirkət quruculuğundan geniş söhbət 

açdı, bu işlərdə gənclərə güvəndiyi-

ni  bir  daha  vurğuladı:  “Bizim  sizə 

ehtiyacımız var. Bu, ölkə rəhbərliyi-

nin apardığı siyasətin bir hissəsidir. 

Bizim də borcumuz bu siyasətə öz 

dəstəyimizi verməkdir.”

Tam  səmimi  şəraitdə  davam 

edən görüşdə gənclər onları düşün-

dürən suallarla Gəmiçiliyin sədrinə 

müraciət  etdilər.  Suallar  göstərdi 

ki,  bu  gün  gəncləri  Gəmiçilikdə 

kadr  siyasəti,  tədris  və  istehsalat 

təcrübələrinin  təşkili,  sosial  prob-

lemlərin  həlli,  donanmanın  ye-

niləşdirilməsi,  tələbələrin  hərbi 

xidmətdən sonra işlə təminatı və s. 

kimi məsələlər maraqlandırır. Rauf 

Vəliyev bütün suallara ətraflı cavab 

verdi, gənclərə bu məsələlərdə töv-

siyələrini çatdırdı.

Sonra sədr görüş iştirakçılarının 

çoxsaylı  suallarını  cavablandırdı. 

Görüşdə  Gəmiçiliyin  gənclərlə  iş 

üzrə  mütəxəssisi  Cabir  Süleymanlı 

təqdimatla  çıxış  edərək,  “AXDG” 

QSC-də gənclərə münasibətdən,  o 

cümlədən  işə  qəbulda  məhz  onla-

ra  üstünlük  verilməsindən,  karyera 

imkanlarından  danışdı.  Bildirdi  ki, 

bu gün Gəmiçilik işçilərinin 26 %-i, 

2015-ci ildə karyera yüksəlişi olan-

ların 51 %-i gənclərdir. 

Görüşün  sonunda  əməkdə  və 

təhsildə fərqlənən gənclərə qiymətli 

hədiyyələr təqdim olundu, xatirə şə-

killəri çəkildi. 



“Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə 

arxalanacaq, onun imkanlarından maksimum istifadə edəcəyik”

Heydər ƏLİYEV,

Ümummilli Lider

.......................................................................................................

“Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki gələcəkdə 

ölkənin müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf 

edir.  Ancaq  ənənələr  yaşayır,  milli  dəyərlər  yaşayır  və  ölkənin  hərtərəfli,  uğurlu 

inkişafı  üçün,  Azərbaycan  xalqının  rihaf  halının  yüksəldilməsi  üçün  hər  bir  insan 

öz  əməyini  göstərməlidir.  İndiki  gənclər  müstəqillik  dövründə  formalaşırlar.  Bu, 

böyük xoşbəxtlikdir, böyük səadətdir. Gənclərdən bir şey tələb olunur ki, onlar yaxşı 

oxusunlar, bilikli, savadlı olsunlar, öz Vətəninə sadiq olsunlar və özlərinin fəaliyyəti ilə 

bu gün və gələcəkdə ölkəmizin inkişafına xidmət göstərsinlər.”

İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti


Yüklə 257,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə