R b a y c a n X z r d n z g m



Yüklə 497,19 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix21.06.2018
ölçüsü497,19 Kb.
#50259
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


28 oktyabr 2016-cы il   № 69-72 (9075)

2

Bu ilin sonuna qədər Transxəzər Bey-

nəlxalq Nəqliyyat Marşrutu ilə 5 test qatarı 

göndəriləcək.

Bu  barədə  razılıq  Çin  Xalq  Respublikasın-

da  səfərdə  olan  “Azərbaycan  Dəmir  Yolları” 

QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdi-

yi nümayəndə heyətinin oktyabrın 25-də Siçuan 

vilayətinin paytaxtı olan Çenqdu şəhərində keçi-

rilən görüşü zamanı əldə olunub.

Azərbaycan  nümayəndə  heyəti  ilə  danı-

şıqlarda  Çenqdu  Bələdiyyə  limanı  və  Logistik 

mərkəzinin  direktoru  Çen  Zhonq  Uey,  Çenqdu 

Beynəlxalq  dəmir  yolu  xidmətinin  sədri  və  baş 

direktoru Fan Jun və digər rəsmi şəxslər iştirak 

ediblər.

Görüş zamanı Çinin Siçuan vilayətinin iqtisa-

di imkanları, ixrac potensialı və ixrac yolları mü-

zakirə olunaraq, burada istehsal olunan malların 

Avropaya nəql edilməsi zamanı, Azərbaycan əra-

zisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat 

Marşrutundan  istifadə  imkanları  diqqət  mərkə-

zində olub.

Qeyd edək ki, Siçuan vilayəti son illər ərzin-

də Çində sürətlə inkişaf edən vilayətlərdən biri-

dir. Bu, Çinin iqtisadı potensialının artırılmasına 

xidmət  edən  iqtisadı  inkişaf  proqramının  ikinci 

mərhələsi çərçivəsində həyata keçirilən layihələr-

dən biridir. Məhz bu mərhələdə, Sakit okean sahi-

lində yerləşən vilayətlərdən sonra, Çinin mərkə-

zi  və  qərb  rayonlarının  inkişafı  nəzərdə  tutulur. 

Məhz bu rayonlardan qərbə doğru yüklərin nəql 

edilməsi, quru yolla, başqa sözlə desək, Yeni İpək 

Yolundan  istifadəsi  nəzərdə  tutulur  və  iqtisadi 

baxımdan əlverişli sayılır.

Çin  tərəfi  Transxəzər  Beynəlxalq  Nəqliyyat 

Marşrutundan istifadə etməkdə maraqlı olduqla-

rını “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri 

Cavid  Qurbanovun  diqqətinə  çatdıraraq,  Azər-

baycanın  əlverişli  coğrafi  mövqedə  yerləşməsi-

ni  nəzərə  alaraq,  burada  regional  hab  yaratmaq 

arzusunda  olduqlarını  bildiriblər.  Qeyd  ediblər 

ki,  əhalinin  sıx  yaşadığı  və  iqtisadıyyatı  sürətlə 

inkişaf  edən  ölkələr  -  İran,  Türkiyə  və  Cənubi 

Avropa ölkələri ilə ticarət dövriyyəsini artırmaq 

məqsədilə  həmin  ölkələrə  yük  qatarlarını Azər-

baycan ərazisindən keçməklə göndərmək niyyə-

tindədirlər. Yəni yüklərin Azərbaycana, buradan 

isə təyinatı üzrə ya İrana (Astara stansiyasından), 

ya Türkiyəyə (Bakı-Tbilisi-Qars dəmir yolu va-

sitəsilə) ya da Avropaya (Gürcüstanın limanların-

da istifadə etməklə Qara dəniz vasitəsilə) çatdı-

rılması nəzərdə tutulur. Bunun üçün Çində “One 

Belt One Road” yəni “Bir Kəmər Bir Yol” adlı 

xüsusi proqram da hazırlanıb. Proqram çərçivə-

sində Transxəzər Beynəlxalq Nəqliyyat Marşru-

tundan daimi istifadə edilməsi və bu yolda yük 

qatarlarının sayının artırılması nəzərdə tutulur.

Azərbaycan  və  Çin  nümayəndə  heyətləri 

qarşılıqlı maraq kəsb edən digər məsələləri mü-

zakirə  edərək,  bu  ilin  sonuna  qədər  Transxəzər 

Beynəlxalq Nəqliyyat Marşrutu ilə 5 test qatarın 

göndərilməsi haqda razılığa gəliblər. Tərəflər ara-

sında növbəti görüşün Bakıda keçirilməsi haqda 

qərar qəbul edilib.



Birgə əməkdaşlıq məsələləri müzakirə olunub

Xorvatiyanın gəmiqayırmanın key-

fiyyəti və səmərəliliyi baxımından qlo-

bal bazarda ən səriştəli şirkətlərindən 

sayılan “J.E.K” MMC-nin direktoru 

Yosip Etoroviç və “ULYANİK” şirkəti-

nin nümayəndəsi Alen Cukon oktyab-

rın 24-də  “Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyə-

tinin sədri Rauf Vəliyevlə görüşüblər.

Sədr Rauf Vəliyev Azərbaycanda dəniz nəqliyyatının inkişafına göstərilən 

dövlət dəstəyi, Gəmiçilikdə həyata keçirilən islahatlar barədə qonaqlara ətraflı 

məlumat  verib.  Ötən  illərdə  Xorvatiya  gəmiqayırma  müəssisələrində Azər-

baycan Xəzər Dəniz Gəmiçiliyi üçün inşa edilən  gəmilərdən söhbət açılıb və  

gələcəkdə Gəmiçiliyin balansında olan gəmilərin təmirində birgə əməkdaşlıq 

məsələləri müzakirə olunub.        

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir müba-

diləsi aparılıb.

Azərbaycanda olmaqdan, əməkdaşlıqla bağlı hərtərəfli müzakirələrdən və 

göstərilən qonaqpərvərlikdən məmnunluqlarını ifadə edən xorvatiyalı qonaq-

lar qısa zamanda qazandıqları böyük uğurlara görə “Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyini təbrik ediblər. 

kür çayında biogen maddələrin miqdarı 

normadan dəfələrlə artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf 

Mühit üzrə Milli Monitorinq Departamenti Kür 

və Araz transsərhəd çaylarının, həmçinin onla-

rın transsərhəd qollarının çirklənmə vəziyyətini 

öyrənmək məqsədilə oktyabr ayının II ongünlüyü 

üçün növbəti monitorinqlər həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, Kür çayında su-

yun sərfi oktyabr ayının I ongünlüyünə nisbətən saniyədə 23 kubmetr artıb. 

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən tə-

mizlənmədən  birbaşa  su  obyektlərinə  axıdılan  məişət  tullantıları  və  sənaye 

müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında 

biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki 

spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3,1, 

Ağstafaçay su anbarında isə 2,8 dəfə yol verilən qatılıq həddini keçib.

Fenolların Araz çayı üzrə Horadizdə 2, Birinci Şahsevəndə 3, Bəhramtəpə-

də isə 3,2 dəfə qatılıq həddini keçdiyi qeydə alınıb.

Mis birləşmələri Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxi-

lində tərəddüd edib. Suyun oksigen rejimi isə bütün məntəqələrdə sanitar nor-

ma daxilində dəyişib.



xəzər dənizinin hüquqi statusu müzakirə edilib

Oktyabrın 23-24-də Tehranda Xəzəryanı 

dövlətlərin xarici işlər nazirlərinin müa-

vinləri səviyyəsində Xəzər dənizinin hüquqi 

statusu haqqında Konvensiyanın işlənib 

hazırlanması üzrə xüsusi işçi qrupun 47-ci 

iclası keçirilib.

İki  gün  davam  edən  iclasda Azərbaycan, 

İran,  Qazaxıstan, Türkmənistan  və  Rusiyanın 

nümayəndələri  Konvensiyanın  bir  sıra  müd-

dəalarını müzakirə ediblər. Dənizin dibinin və 

təkinin  bölgüsü,  gəmiçilik,  o  cümlədən  hərbi 

gəmilərin  dənizdə  üzməsi,  su  bioloji  resurs-

larının  mühafizəsi  və  səmərəli  istifadəsi  kimi 

məsələlər əsas müzakirə mövzusu olub.

İranın xarici işlər naziri Məhəmməd Cavad 

Zərif  Xəzərin  hüquqi  statusu  ilə  bağlı  müza-

kirələrin qarşılıqlı anlaşma şəraitində keçdiyini qeyd edib. O, tərəflərin müza-

kirələr zamanı konstruktiv mövqe nümayiş etdirdiklərini, bunun da problemin 

ədalətli şəkildə həll olunmasına imkan yaratdığını söyləyib.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında bil-

dirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması istiqamətində 

aparılan danışıqlar konstruktiv xarakter daşıyır. Dövlət başçılarının Zirvə top-

lantıları çərçivəsində əldə olunmuş razılaşmalar, qəbul edilmiş qərarlar Xəzər 

dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərinin razılaş-

dırılması prosesinə öz töhfəsini verib və ümumilikdə Konvensiya layihəsi üzrə 

işin sürətləndirilməsini təşviq edir.

Xəzəryanı ölkələrin nümayəndələri danışıqların yekununu müsbət qiymət-

ləndirərək İran hökumətinə bu görüşü yüksək səviyyədə təşkil etdiyinə görə 

təşəkkürlərini bildirdilər.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlan-

ması üzrə xüsusi işçi qrupun növbəti iclası Aşqabad şəhərində keçiriləcək.



Oktyabrın 25-27-də Riqada Böyük Britani-

yanın “Confidence Capital” şirkətinin təşkilat-

çılığı ilə neft-qaz ticarəti və nəqli üzrə VI Baltik 

konfransı keçirilib.

Konfransda  aparıcı  neft-qaz  və  nəqliyyat 

şirkətləri və müəssisələrinin, dövlət strukturları-

nın nümayəndələri, Böyük Britaniya, Rusiya, Be-

larus, Qazaxıstan, Baltikyanı ölkələr, Polşa, Bel-

çika, İsveçrə və Avropanın bir sıra dövlətlərindən 

ekspertlər iştirak ediblər.

Konfransda Avrasiya İqtisadi İttifaqının işti-

rakçı  ölkələrinin  ixrac  rüsumlarının  razılaşdırıl-

ması,  dəniz  daşımalarına  tələbatın  dinamikası, 

tərsanələrin  sifariş  portfelləri,  təbii  maye  qazın 

uzunmüddətli  və  nağd  bazarları,  Şərqi  Baltik 

ölkələrinin  ticarət  axınının  –  maye  karbohid-

rogenlərin dünya ticarət axınının bir hissəsi kimi 

nəzərdən  keçirilməsi,  qiymətqoymanın  xüsu-

siyyətləri  və  Rusiya  ixrac  neftinin  Baltikyanı 

ölkələrdə  bölüşdürülməsi  məsələləri  müzakirə 

olunub.


Konfransın  dünya  neft-qaz  bazarına  həsr 

edilmiş  birinci  sessiyasında  neft  bazarları  üzrə 

“S&P  Global  Platts”ın  aparıcı  redaktoru  Nik 

Kolman  dünyada  neftin  qiymətinə  dair  məruzə 

ilə çıxış edib. Bildirib ki, geosiyasi vəziyyətin də-

yişməsi ilə əlaqədar Avropaya ixracın həcmi artıb 

və avqust ayında yeni rekord səviyyəyə – gündə 

2000 barrelə çatıb. Rusiyanın neft-qaz şirkətləri 

ilə rəqabət aparan İran (gündə 3,7 milyon barrel) 

beynəlxalq bazara, eləcə də Avropa bazarına qa-

yıdıb. Polşanın “Lotos” şirkəti tədricən İran nef-

tinə keçir.

“World  Economic  Forum”un  neft  və  qaz 

departamentinin  rəhbəri  Maçey  Kolaskovski 

dünyada neftə tələbatın perspektivləri və bunun 

regiona təsiri barədə məruzəsində regionda neft 

hasilatına təsir göstərən iki əsas amili qeyd edib. 

Bu amillərdən birincisi 2020-ci ildən atmosferə 

karbon qazı atılmasının azaldılması üzrə tənzim-

ləyici tədbirləri nəzərdə turan BMT–nin iqlim də-

yişikliyi haqqında Çərçivə Konvensiyasının Paris 

Sazişinin imzalanması, ikincisi isə elektromobil-

lərin meydana çıxması və kütləvi yayılmağa baş-

lamasıdır.

M.Kolaskovski qeyd edib ki, neft sənayesin-

dən ehtiyatların balansa qoyulmasına və hasilatın 

yüksəlməsinə əsaslanmayan qiymət təklifləri ha-

zırlamaq tələb olunur.

“Şərq-Qərb”  İnstitutunun  (Belçika)  ener-

ji  təhlükəsizliyi  üzrə  böyük  elmi  işçisi  Danila 

Boçkarev  AZƏRTAC-a  müsahibəsində  Azər-

baycandan  enerji  daşıyıcıları  (xüsusilə  təbii  qa-

zın) təchizatının Avropanın enerji daşıyıcılarının 

şaxələndirilməsi  siyasəti  üçün  həlledici  rolunu 

vurğulayıb. “Əslində Bakı “Cənub” qaz dəhlizi-

nin – Aİ enerji siyasətinin mərkəzidir. Brüsselin 

bu mövqeyi bir sıra obyektiv amillərlə izah edilir:

- Qaz təchizatının mövcudluğu. Azərbaycan 

nəhəng ehtiyat bazalarına malikdir, son illər ölkə-

də qaz istehsalı və ixracı artır.

- “Cənub” qaz dəhlizi üçün əsas mənbə olan 

“Şahdəniz-2” yatağında işləyən beynəlxalq enerji 

şirkətlərinə əlverişli biznes və investisiya mühiti 

yaradılıb.

- Avropa şirkətləri, o cümlədən bp artıq Azər-

baycanda  işləyir  və  əməkdaşlıqdan  bütövlükdə 

razıdır.

- Nəqliyyat infrastrukturu “Cənub” qaz dəh-

lizini formalaşdıraraq sürətlə inkişaf edir ki, bu 

da artıq 2020-ci ildə Azərbaycan qazının Avropa 

bazarına  göndərilməsinə  imkan  yaradacaq.  Bu 

infrastruktur  gələcəkdə Azərbaycandan  “Şahdə-

niz-2” layihəsinə aid olmayan əlavə qaz göndə-

rilməsi məqsədilə inkişaf etdirilə bilər”.

Bütün  bu  faktlar  Brüsselin Avropaya  enerji 

ehtiyatlarının əsas təchizatçılarından biri qismin-

də Azərbaycana tərəfdaş marağını izah edir.

“Confidence  Capital”  şirkətinin  direktoru 

Andrey Rudenko da Avropanın enerji təhlükəsiz-

liyində Azərbaycanın mühüm rolunu vurğulayıb. 

Qeyd edib ki, Azərbaycanın ixrac etdiyi neft növ-

lərindən biri olan “Azeri Light” markası bir çox 

kotirovkalarda  qiymət  formalaşdıran  səbətlərə 

daxildir, aparıcı analitiklər tərəfindən nəzərə alı-

nır və Aralıq dənizində emal üçün əsas növlərdən 

biridir.


“Confidence  Capital”  şirkətinin  direktoru 

deyib  ki,  hər  zaman  dövlətin  mənafeyi  naminə 

müstəqil  siyasət  yürüdən Azərbaycan Avropaya 

neft və qazın mühüm ixracatçılarından biri olaraq 

qalır.

Neft-qaz ticarəti və nəqli üzrə VI Baltik kon-



fransı öz işini “Avropa qaz bazarı; bunker üçün 

yanacaq bazarı”, “Dəniz daşınması, neftdaşıyan 

və qazdaşıyan tankerlər bazarı” adlı sessiyalarla 

davam etdirib.



Nigar Cəfərli

Rusiya öz təbii qazını zəruri zəmanət təmin 

olunacağı təqdirdə “Türk axını” qaz boru 

kəməri (Turkish Stream) ilə Avropaya çatdırma-

ğa hazırdır.

 “ria.ru” saytı xəbər verir ki, bu fikri Rusiya-

nın xarici işlər naziri Serqey Lavrov səsləndirib.

Türkiyə  və  Rusiya  arasında  layihə  üzrə  hö-

kumətlərarası  sazişin  imzalandığını  xatırladan 

S.Lavrov müqavilə çərçivəsində inşa ediləcək bir 

boru kəmərinin Yunanıstandan keçməklə Avropa-

ya çatdırılmasının planlaşdırıldığını bildirib.

“Cənub  axını”  layihəsinin  müvəffəqiyyətsiz 

olduğunu xatırladan nazir deyib: “Buna görə də 

Avropadan təkcə kağız üzərində, yəni rəsmi zə-

manətlərin alınacağı təqdirdə “Türk axını” layihə-

si üzrə bir boru kəmərinin Avropaya çatdırılması 

real ola bilər”.

Rusiyanın enerji nəhəngi “Gazprom”un idarə 

heyətinin sədri Aleksey Miller isə oktyabrın 24-də 

Rusiya Prezidenti Vladimir Putin ilə görüşündən 

sonra  deyib:  “Son  proseslər  çərçivəsində  “Türk 

axını”  üzrə  planlaşdırılan  iki  boru  kəmərinin  ti-

kintisi işlərinin 2019-cu ilin sonunda tamamlan-

ması nəzərdə tutulur”.

Xatırladaq  ki,  İstanbulda  keçirilən  XXIII 

Dünya  Enerji  Konqresi  çərçivəsində  oktyabrın 

10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 

ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə 

“Türk  axını”  qaz  boru  kəməri  layihəsi  üzrə  hö-

kumətlərarası saziş imzalanıb. Sazişi Türkiyənin 

enerji və təbii sərvətlər naziri Berat Albayrak və 

Rusiyanın energetika naziri Aleksandr Novak im-

zalayıb. “Türk axını” ilə Rusiya qazının Türkiyə-

dən keçməklə Avropaya çatdırılması nəzərdə tu-

tulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr 

qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin 

daxili  tələbatının  ödənilməsi  üçün  istifadə  edil-

məsi planlaşdırılır. Layihə üzrə iki boru kəməri-

nin tikilməsi nəzərdə tutulur.



neft-qaz ticarəti və nəqli üzrə vı Baltik konfransı 

 “türk axını” layihəsi üçün avropa ittifaqından zəManət gözləyir

transxəzər Beynəlxalq nəqliyyat 

MarŞrutu ilə 5 test qatarı göndəriləcək

Oktyabrın 11-də “Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin 

sədri Rauf Vəliyev BP şirkətinin logistika və 

infrastruktur məsələləri üzrə vitse-prezidenti 

Con Milnlə görüşüb.

Sədr Rauf Vəliyev müstəqilliyinin 25 illiyini 

qeyd  etməyə  hazırlaşan  cavan  respublikamız-

da  son  illər  həyata  keçirilən  nəhəng  nəqliyyat 

layihələri,  dövlət  başçısı  cənab  İlham  Əliyevin 

Gəmiçiliyin inkişafına, donanmalarının ən müa-

sir  gəmilərlə  zənginləşməsinə  göstərdiyi  daimi 

diqqət və qayğısını vurğulayıb, regionda ən bö-

yük Bakı Gəmiqayırma Zavodunda Gəmiçiliyin 

sifarişi ilə inşa olunan və tikintisi planlaşdırılan 

gəmilər barədə qonağa ətraflı məlumat verib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində apa-

rılan  köklü  islahatlar,  Gəmiçiliyin  beynəlxalq 

şirkətə  çevrilməsi,  Xəzərdə  aparıcı  mövqeyinin 

qorunub saxlanılması və Xəzərdənkənar fəaliy-

yətinin genişləndirilməsi üçün görülən əməli iş-

lər və əldə olunan nailiyyətlər də qeyd olunub.

Görüş  zamanı  dünyanın  ən  böyük  qaz  ya-

tağı işlənmə layihələrindən biri olan “Şahdəniz 

Mərhələ 2”-də Azərbaycan Xəzər Dəniz Gəmi-

çiliyinin  əhəmiyyətli  rolu  vurğulanıb,  gəmiləri-

nin neft-qaz layihələrinin təminatına həmişə ha-

zır olmaları, dənizçilərin peşəkarlığı ilə yanaşı, 

Xəzərdə əvvəlki layihələrin gerçəkləşdirilməsin-

də, o cümlədən BP ilə əməkdaşlıq çərçivəsində 

həyata  keçirilən  əməliyyatlarda  qazandıqları 

zəngin təcrübə diqqətə çatdırılıb.

Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi  ilə 

əməkdaşlığın  hazırkı  səviyyəsindən  məmnun-

luğunu ifadə edən BP şirkətinin vitse-prezidenti 

Con Miln birgə layihələrin davam etdiriləcəyini 

bildirib.

Görüşdə həmçinin əməkdaşlığın perspektiv-

ləri ətrafında da fikir mübadiləsi aparılıb.



“DƏNİZ”

azərBaycan xəzər dəniz gəMiçiliyinin rəhBəri 

Bp-nin vitse-prezidenti ilə görüŞüB

azərbaycan prezidentinin sərəncamı 

tranzit yükdaşımanı stimullaşdıracaq

Prezident İlham Əliyev “Azərbay-

can Respublikasının Vergi Məcəlləsində 

dəyişiklik edilməsi haqqında” Azərbaycan 

Respublikasının 2016-cı il 30 sentyabr 

tarixli 318-VQD nömrəli Qanununun 

tətbiqi barədə Sərəncam imzalayıb.

İqtisadi İslahatların Təhlili və Kommu-

nikasiya Mərkəzi Sərəncamı şərh edib.

Sənəddə qeyd olunur ki, ölkə iqtisadiyyatının bütün sferaları üzrə həyata 

keçirilən islahatların səmərəliliyinin, biznes mühitinin həm yerli, həm də xari-

ci sahibkarlar üçün əlverişliliyinin təmin edilməsi məqsədilə vergi sistemində 

də dövrün tələbinə uyğun bir sıra zəruri dəyişikliklər həyata keçirilib.

Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsi ölkədə biznes 

mühitinin əlverişliliyi, optimal vergi dərəcələrinin tətbiqi, tranzit yük daşınma 

sahəsində bəzi yeniliklər baxımından da faydalı olacaq. Dəyişiklik həm avto-

mobil, həm də gəmi ilə tranzit yükdaşımalarının, həmçinin sahibkarlar üçün 

gəlirlərin atması deməkdir.

Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsini sürətləndir-

mək və effektivliyi təmin etmək üçün Prezident Nazirlər Kabinetinə 3 ay vaxt 

verib. Bu müddət ərzində Nazirlər Kabineti aktların yeni vergi Qanununa uy-

ğunlaşdırılması barədə təkliflərini dövlət başçısına təqdim etməli, Nazirlər Ka-

binetinin normativ hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılması barədə Pre-

zidentə məlumat verməlidir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ 

hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılmasının beş ay müddətində həyata 

keçirilməsinə də Nazirlər Kabineti nəzarət etməli və ölkə Prezidentinə məlu-

mat verməlidir. Bu normativ aktların Qanuna uyğunlaşdırılmasını isə Ədliyyə 

Nazirliyi həyata keçirəcək.




Yüklə 497,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə