R b a y c a n X z r d n z g m



Yüklə 497,19 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix21.06.2018
ölçüsü497,19 Kb.
#50259
1   2   3   4   5   6   7   8

Oktyabrın 18-də Azərbay-

can Respublikasının Dövlət 

Dəniz Administrasiyasında 

ölkəmizin dövlət müstəqil-

liyinin bərpasının 25-ci 

ildönümünə həsr olunmuş 

tədbir keçirilib.

Azərbaycan  Respublikasının 

Dövlət  Dəniz  Administrasiyasının 

mətbuat  xidmətinin  verdiyi  məlu-

mata  görə,  tədbirdə  Dövlət  Dəniz 

Administrasiyasının rəhbərliyi, ad-

ministrasiyanın  struktur  bölmələ-

rinin,  tabeliyində  olan  qurumların 

əməkdaşları, eləcə də kütləvi infor-

masiya vasitələrinin nümayəndələ-

ri iştirak ediblər.

Dövlət  Dəniz  Administrasiya-

sının rəisi Qüdrət Qurbanov bildi-

rib  ki,  Sovet  İttifaqının  süqutun-

dan  sonra Azərbaycan  18  oktyabr 

1991-ci ildə öz müstəqilliyini bərpa 

edib. Bununla da, zəngin dövlətçi-

lik  ənənələrinə  sahib  olan  Azər-

baycan 70 illik fasilədən sonra son 

100 il ərzində ikinci dəfə öz dövlət 

müstəqilliyini qazanıb. Əgər 1918-

1920-ci  illərdə  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  birinci  müstəqil-

liyi cəmi 23 ay çəkmişdisə, hazırda 

respublikamız artıq 25 ildir ki, bey-

nəlxalq hüququn müstəqil subyekti 

- suveren dövlətdir.

Həmçinin  Qüdrət  Qurbanov 

bildirib ki, müstəqilliyə gedən yol 

mürəkkəb  siyasi  proseslərlə,  qan-

lı  hadisələrlə  müşayiət  edilib.  Ta-

rixin  bu  mərhələsinin  canlı  şahidi 

olduğumuzdan onların miqyası da, 

o  hadisələri  törədənlərin  məramı 

da  bizə  yaxşı  məlumdur.  Qismə-

timizə  düşən  və  ömrümüzün  ən 

yaddaqalan hadisəsi isə ümummilli 

lider  Heydər  Əliyevin,  xalqımı-

zın məşəqqətləri və şəhidlərimizin 

qanı  bahasına  qazanılan  bu  azad-

lığı  və  müstəqilliyi  dərin  zəkası, 

fitri  siyasi  istedadı  və  əlbəttə  ki, 

sonsuz Vətən eşqi ilə xilas etməsi 

olub. Bütün mənalı və şərəfli ömrü 

boyu “Azadlıq və istiqlaliyyət hər 

bir  xalqın  milli  sərvətidir”  düşün-

cəsi ilə çarpışan ulu öndər Heydər 

Əliyev  müstəqilliyin  ilk  illərində 

haqlı olaraq deyirdi: “Müstəqilliyi 

qazanmaq  asan,  onu  qorumaq  isə 

çox çətindir”.

Eyni  zamanda  qeyd  edilib  ki, 

Prezident  İlham  Əliyev  tərəfindən 

ölkəmizin  bu  gün  siyasi,  sosial 

və iqtisadi sahələrdə  nə qədər bö-

yük  inkişaf  yolu  keçdiyi  göz  qa-

bağındadır  və  daxildə  sabit  siyasi 

vəziyyətə,  daimi  islahatlarla  tək-

milləşdirilən və cəmiyyətin maraq-

larına  cavab  verən  siyasi  sistemə, 

dövlət-vətəndaş  münasibətlərində 

harmoniyaya,  davamlı  iqtisadi  in-

kişafa  nail  olan  Azərbaycan  Res-

publikası dünya dövlətləri arasında 

özünə  layiqli  yer  tutaraq  regionda 

lider olan bir ölkəyə çevrilib.

Bununla  yanaşı,  Azərbayca-

nın əldə etdiyi uğurların real mən-

zərəsini  görmək  üçün  iqtisadiyya-

tımızın  strateji  cəhətdən  mühüm 

sahələrdən  biri  olan  dəniz  nəqliy-

yatı  sahəsində  formalaşdırılmış 

siyasətə uyğun olaraq həyata keçi-

rilən  davamlı  islahatlardan,  eləcə 

də bu sahədə əldə edilmiş uğurlar-

dan bəhs edilib.

Tədbir  daha  sonra  administ-

rasiyanın  struktur  bölmələrinin 

və  tabeliyində  olan  qurumların 

əməkdaşlarının  ölkəmizin  dövlət 

müstəqilliyinə həsr olunmuş çıxış-

ları ilə davam etdirilib.

A Z

R B A Y C A N



X Z R D N Z G M

L Y


И

ИЧИ И И


28 oktyabr 2016-cы il   № 69-72 (9075)

3

“Müstəqilliyi qazanMaq asan, 

onu qoruMaq isə çox çətindir”

Yol var, açılmayan düyün kimidi,

Yol var, yol gedəndə yolda itirsən.

Yol var, bəxtə bağlı oyun kimidi,

Yol var, yol bitməmiş, özün bitirsən.

Yol var, işartısı yoxdu sevincin,

Çoxalır hər addım kədərin, qəmin.

Yol var, boğazında ilgəkdi sanki,

Getdikcə, nəfəsin daralır sənin.

Yol var, enişləri yoxuşundan çox,

Yol var, zirvələrə aparar səni.

Yol var, yol getdikcə “yol açar” sənə,

Kədərdən biryolluq qoparar səni.

Yol var, əllərindən tutacaq sənin,

Çatdırar əlçatmaz arzularına.

Seçim imkanını Tanrı buraxıb

Bəndənin özünün ixtiyarına.

Bəli, hər yol adamı ağ günə 

çıxarmır. Hər yol adamı xoşbəxtliyə 

qovuşdurmur. Sonu başlanğıcdan 

betər və ya sonu görünməyən o 

qədər yollar var ki!  Yol var aydınlı-

ğa aparır, yol var qaranlığa. Zirvəyə 

qaldıran yollar da var, uçuruma 

itələyən yollar da. Yol var, getdikcə 

genişlənir, yol var daralır. Bir sözlə, 

yol da çoxdu, yolçu da. Yolçudan, 

onun istəyindən, seçimindən çox 

şey asılıdır. Nə istədiyini bilmədən 

yol seçmək çətindir. Hara və niyə 

gedəcəyini bilmədən,  yola çıxmaq 

nəyə lazım?! Əbəs deməyiblər ki, 

“Niyyətin hara, mənzilin də ora”.

Uşaqlıqda yaşlılardan ən çox 

eşitdiyim suallardan biri də bu olub: 

“Ay bala, hara gedirsən?” Hara get-

mək istədiyimi öyrənəndən  sonra 

ya “Yaxşı yol” arzulayırdılar,  ya da 

məsləhət verirdilər: “Bax, bu yolla 

getsən, sənin üçün daha yaxşı olar. 

Həm kəsədir, həm də rahat”.

“Bizim  üstünlüyümüz  ondan 

ibarətdir  ki,  həmişə  öz  yolumuzla 

gedirik, öz siyasətimizi aparırıq, heç 

kimin sözü ilə oturub-durmuruq. Ona 

görə bu gün Azərbaycanda inkişaf və 

sabitlik var.”

Hər  birimizin  ürəyindən  xəbər 

verən  bu  fikirləri  möhtərəm  Prezi-

dentimiz  İlham  Əliyev  Nazirlər  Ka-

binetinin  2016-cı  ilin  doqquz  ayının 

sosial-iqtisadi  inkişafının  yekunları-

na  və  qarşıda  duran  vəzifələrə  həsr 

olunmuş  iclasında  söyləyib.  əsası 



ulu öndər heydər əliyev tərəfindən 

qoyulan,  hazırda  prezident  ilham 

əliyev  tərəfindən  layiqincə  davam 

etdirilən bu yol isə qısa bir dövrdə 

azərbaycanı  regionun  lider  dövlə-

tinə, dünyada söz sahiblərindən bi-

rinə çevirib. 

“Azərbaycan 

Respublikasının 

dövlət  müstəqilliyinin  bərpasının 

iyirmi  beşinci  ildönümü  haqqında” 

Azərbaycan  Respublikası  Preziden-

tinin  2016-cı  il  11  oktyabr  tarixli 

Sərəncamı  isə  müstəqillik  dövrün-

də  keçdiyimiz  yola  aydın  işıq  salır: 

“Əsrlər  boyu  müstəqillik  arzusu  ilə 

yaşamış  xalqımız  ayrı-ayrı  dövrlər-

də  müxtəlif  imperiyaların  və  böyük 

dövlətlərin  tərkibində  olmasına  bax-

mayaraq,  hər  bir  xalqın  milli  varlı-

ğının  mahiyyətini  təşkil  edən  amil-

ləri – dilini, milli-mənəvi dəyərlərini 

və  mədəniyyətini  göz  bəbəyi  kimi 

qoruyub  saxlamaqla  yanaşı,  dünya 

mədəniyyəti  xəzinəsinə  də  misilsiz 

töhfələr  vermişdir.  Dövlət  müstəqil-

liyimizin  bərpası  bizə  azərbaycançı-

lıq məfkurəsi ətrafında sıx birləşərək 

beynəlxalq hüququn subyektinə çev-

rilmək və demokratik, hüquqi, dünyə-

vi dövlət qurmaq imkanı yaratmışdır.

Ötən  25  il  ərzində  Azərbaycan 

xalqı  dövlət  quruculuğu  prosesində 

ən  ümdə  amal,  arzu  və  niyyətləri-

ni  gerçəkləşdirərək  bütün  sahələrdə 

əldə etdiyi nailiyyətlərlə haqlı olaraq 

fəxr edə bilər. Uğurlu daxili və xari-

ci  siyasətimiz  sayəsində  dövlətçilik 

ənənələrimiz  möhkəmlənmiş,  iqtisa-

diyyatımız  inkişaf  etmiş,  mədəniy-

yətimiz  zənginləşmişdir.  Müstəqil 

Azərbaycan Respublikası bu gün hər 

bir vətəndaşımız və xaricdə yaşayan 

soydaşımız üçün əsl qürur mənbəyi-

dir.

1991-ci  ildən  etibarən  müstəqil-



lik yollarında ilk addımlarını atarkən 

Azərbaycan keçirdiyi dərin siyasi, iq-

tisadi və sosial böhranla yanaşı, Ermə-

nistanın hərbi təcavüzü, azərbaycanlı-

lara qarşı yürütdüyü etnik təmizləmə 

siyasəti  və  Ermənistan-Azərbaycan 

Dağlıq  Qarabağ  problemi  ilə  üz-üzə 

qalmışdı.  Yalnız  ümummilli  lider 

Heydər  Əliyevin  1993-cü  ildə  haki-

miyyətə  qayıdışı  və  apardığı  müd-

rik siyasət nəticəsində ölkənin məhv 

olma təhlükəsinə, separatçılıq meyil-

lərinə  və  başlanan  vətəndaş  mühari-

bəsinə  son  qoyuldu,  dövlətlə  xalqın 

birliyi  təmin  edildi.  İctimai-siyasi 

sabitliyin bərqərar olması, hərbi əmə-

liyyatların  dayandırılması  və  “Əsrin 

müqaviləsi”nin  imzalanması  bütün 

sahələrdə  genişmiqyaslı  islahatların 

başlanmasına zəmin yaratdı.

Prezident İlham Əliyev Azərbay-

canın dövlət müstəqilliyinin bərpası-

nın  25-ci  ildönümünə  həsr  olunmuş 

rəsmi  qəbulda  dərin  məzmunlu  və 

əhatəli çıxışı zamanı həmin dövrü xa-

rakterizə  edərkən  xüsusilə  vurğuladı 

ki, xarici siyasət prioritetləri məhz o 

illərdə  müəyyən  edildi.  Azərbaycan 

müasir dünyəvi dövlət kimi öz inki-

şafına  başladı.  Yəni,  məhz  o  illərdə 

ölkəmizin  gələcəyi  ilə  bağlı  strateji 

addımlar atıldı. Bu gün tarix göstərir 

ki, bu, yeganə düzgün yol idi.

Beynəlxalq  ictimaiyyət  də  etiraf 

edir ki, Azərbaycan bu gün, sözün əsl 

mənasında, öz yolu ilə gedən, öz milli 

maraqları əsasında müstəqil xarici si-

yasət yürüdən ölkədir. Bəli, Azərbay-

canın müstəqil və şəffaf xarici siyasət 

kursu  var.  Xarici  siyasətimiz  taraz-

laşdırılmış və çoxqütblü fundamental 

əsaslarla həyata keçirilir.

Ötən  illərdə  bütün  sahələrdə  qa-

zandığımız böyük uğurların heç biri-

ni təsadüfi saymaq olmaz.  Ərazisinin 

bir  hissəsinin  erməni  işğalı  altında 

olmasına  baxmayaraq,  Azərbaycan 

2004-2014-cü  illərdə  dünyada  ən 

yüksək  iqtisadi  artım  göstəricilərinə 

malik  oldu,  yoxsulluğu  50  faizdən 

təqribən 5 faizə endirə bildi. 

Azərbaycan insan inkişafı indek-

sində öz yerini xeyli yaxşılaşdıraraq, 

2004-cü ildə 187 ölkə arasında 91-ci 

yerdən 2015-ci ildə 78-ci yerə və orta 

insan  inkişafı  qrupundan  yüksək  in-

san inkişafı qrupuna yüksəlməyə nail 

olub.


Azərbaycan  enerji  resursları  ilə 

zəngin ölkə kimi tanınsa da, “qara qı-

zıl”ın  insan  kapitalına  çevrilməsinə, 

iqtisadiyyatımızın  şaxələndirilməsi 

yolu  ilə  neftdən  asılılığının  azaldıl-

masına  xüsusi  fikir  verilir. Azərbay-

canda savadlılığın səviyyəsi 100 faizə 

yaxındır.

2012-2013-cü  illərdə  BMT  Təh-

lükəsizlik Şurasının qeyri-daimi üzvü 

kimi Azərbaycan beynəlxalq sülh və 

təhlükəsizliyin  möhkəmləndirilmə-

sinə öz mühüm töhfəsini verdi. 

Bu  ilin  iyun  ayında Azərbaycan 

BMT  Baş  Assambleyasında  keçiril-

miş səsvermədə iştirak edən 184 üzv 

dövlətdən 176-nın səsini qazanmaqla 

2017-2019-cu illər üçün BMT-nin İq-

tisadi və Sosial Şurasına üzv seçildi. 

2011-ci  ildə  Azərbaycan  ən  bö-

yük beynəlxalq platforma olan Qoşul-

mama Hərəkatına üzv oldu. Yarandığı 

tarixdən bəri beynəlxalq sülh və təh-

lükəsizliyin gücləndirilməsində əsaslı 

rol  oynayan  Qoşulmama  Hərəkatına 

üzv ölkələrin dövlət və hökumət baş-

çılarının  bu  il  sentyabrın  13-18-də 

Venesuela  Bolivar  Respublikasının 

Marqarita  adasında  keçirilmiş  XVII 

Sammitinin  yekun  sənədində  2019-

cu  ildə  XVIII  Zirvə  toplantısının 

Azərbaycanda keçirilməsi barədə qə-

rar qəbul olunub.  2019-2022-ci illər-

də isə Azərbaycan Qoşulmama Hərə-

katına sədrlik edəcək.

Azərbaycan  tamhüquqlu  üzv  ol-

duğu  regional  beynəlxalq  təşkilatlar 

çərçivəsində də fəallıq nümayiş etdi-

rir  və  yeni  əməkdaşlıq  formalarının 

müəyyən  edilməsi  üçün  təkliflərlə 

çıxış  edir.  Bu  xüsusda,  ATƏT,  Av-

ropa  Şurası,  İƏT,  MDB,  Türkdilli 

Dövlətlərin Əməkdaşlıq Şurası, İqti-

sadi  Əməkdaşlıq  Təşkilatı,  QUAM, 

QDİƏT  və  başqalarını  qeyd  etmək 

olar.


Azərbaycanın təşəbbüskarı oldu-

ğu və həyata keçirdiyi enerji və nəq-

liyyat layihələri regional əməkdaşlığa 

töhfə verir. Ölkəmiz “Şimal-Cənub” 

və “Şərq-Qərb” nəqliyyat dəhlizləri-

nin həyata keçirilməsində fəal  iştirak 

edir.  Transxəzər  Beynəlxalq  Nəqliy-

yat Marşrutundan artıq uğurla istifadə 

olunur. Tikintisi tezliklə başa çatdırı-

lacaq  Bakı-Tbilisi-Qars  dəmir  yolu 

layihəsi  bütün  regionun  nəqliyyat 

imkanlarını  genişləndirməklə,  yük 

axınını xeyli sürətləndirəcək. 

Azərbaycan  bir  çoxlarının  enerji 

əməkdaşlığı  və  enerji  təhlükəsizli-

yi  layihəsi  adlandırdığı  “Cənub  Qaz 

Dəhlizi”nin təşəbbüskarıdır. 

Xəzər  dənizi  Xəzər  regionu 

ölkələrinin xalqlarının iqtisadi inkişa-

fı və rifahına, həmçinin dünya enerji 

təhlükəsizliyinin  təmin  olunmasına 

yönələn bir çox beynəlxalq və regio-

nal layihələrin mühüm tərkib hissəsi-

dir. Xəzər dənizinin sülh və əməkdaş-

lıq məkanı kimi inkişaf etdirilməsinə 

xüsusi töhfə verən Azərbaycan əmin-

dir ki, Xəzər dənizinin hüquqi statusu 

ilə  bağlı  bütün  məsələlər  Xəzəryanı 

dövlətlərin suveren hüquqlarına hör-

mət  və  qarşılıqlı  faydalı  tərəfdaşlıq 

ruhunda,  həmçinin  tərəflər  arasında, 

xüsusən  regional  sabitlik,  təhlükə-

sizlik  və  Xəzər  hövzəsində  iqtisadi 

və  elmi-tədqiqat  fəaliyyəti  ilə  bağlı 

məsələlərdə  inam  və  etibarın  möh-

kəmləndirilməsi  yolu  ilə  həll  oluna-

caq. 

Gündən-günə  gözəlləşən  Bakı-



mız  isə  artıq  dünya  miqyasında  si-

yasi,  mədəni,  idman  və  biznes  təyi-

natlı  mötəbər  tədbirlərin  keçirildiyi 

məkana  çevrilib.  İlk  növbədə,  məhz 

xoşməramlı siyasətimiz bu kimi təd-

birlərin  paytaxtımızda  keçirilməsini 

mümkün edir. 

Doğru  yolda  olduğumuza  əmin-

liyini dövlətimizin başçısı çox gözəl 

ifadə  edib:    “Biz  düzgün  yoldayıq. 

Bu  yol  inkişaf  yoludur,  müstəqillik 

yoludur. Ötən 25 ilin 23 ili şanlı tarix 

illəridir.  Bu  gün  Azərbaycan  dünya 

miqyasında  müasir,  sürətlə  inkişaf 

edən,  gözəl,  qonaqpərvər,  ləyaqətli 

ölkə kimi tanınır.

İyirmi  beş  il  böyük  tarixdir.  Biz 

artıq bütün dünyaya sübut etmişik ki, 

müstəqil  həyat  yaşaya  bilərik,  uğur-

la  yaşaya  bilərik.  Bizim  gözəlləşən 

şəhərlər, abadlaşan regionlar və dün-

yanın ən gözəl şəhərlərindən biri olan 

Bakı bunun əyani sübutudur.

Biz  gələcəkdə  bu  yolla  gedə-

cəyik,  müstəqil  siyasət  aparacağıq. 

Xalqın iradəsi əsasında irəli gedəcə-

yik. Müstəqilliyimiz dönməzdir, əbə-

didir.”


Konstitusiyada dəyişikliklər edil-

məsi  məqsədi  ilə  sentyabrın  26-da 

keçirilən  ümumxalq  səsverməsinin  

(referendum)  nəticələri  isə  bir  daha 

göstərdi ki, xalqımız möhtərəm Pre-

zidentimizin  alternativi  olmayan  si-

yasətini dəstəkləyir, bu dəstəyə sadiq-

dir. 


Bir sözlə, seçdiyi və getdiyi uğur-

lu yolun hesabına artıq dünyada söz 

sahibi olan Azərbaycanın müstəqilli-

yinin  daha  da    möhkəmləndirilməsi 

və  onun  gələcək  nəsillərə  ərməğan 

edilməsi üçün biz öz yolumuzla gedi-

rik. Bizi daha gözəl günlərə qovuşdu-

racaq yolla. İstədiyimiz isə təkcə bu-

dur ki, haqq yolu, düzgün yol oduğu 

üçün  bu  yolda Tanrı  da  həmişə  yar-

dımçımız olsun.

Rasif  TAHİROV

Əsrə bərabər  25 il

Biz gələcəkdə də öz yoluMuzla gedəcəyik 



Yüklə 497,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə