R b a y c a n X z r d n z g m



Yüklə 497,19 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix21.06.2018
ölçüsü497,19 Kb.
#50259
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


28 oktyabr 2016-cы il   № 69-72 (9075)

4

Bütün xidMətlər üzrə artıM MüŞahidə olunuB

Bu ilin 9 ayı ərzində “Bakı Bey-

nəlxalq Dəniz Ticarət Limanı” QSC-də 

(Bakı Limanı) göstərilən bütün xidmət-

lər üzrə artım müşahidə olunub.

“Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Li-

manı”  QSC-nin  mətbuat  xidmətindən  

bildirilib  ki,  ən  böyük  artım  irihəcmli 

nəqliyyat  vasitələrində  (TIR),  o  cümlə-

dən qoşqu və digər avtotexnikanın daşın-

ması üzrə qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı 

Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3,2 

dəfə artıb və əksər hallarda yükün son ünvanı Qazaxıstan və Türkmənistan 

olub.


Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 41 faiz 

artaraq 3,25 milyon tona çatıb. Ümumi yükaşırmanın 86,8 faizi tranzit yükaşır-

manın payına düşüb. Yük dövriyyəsinin artması ilə gəmi yanalmalarının sayı 

da 82 faiz artıb.

Son doqquz ayda Bakı Limanı vasitəsilə 16 min 255 ədəd irihəcmli nəq-

liyyat vasitələri və digər avtotexnikanın aşırılması həyata keçirilib. Bu rəqəm 

keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 min 110 ədəd artım deməkdir. 

Bunların 9323 ədədi (57,4 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 6932 ədədi 

(42,6 faiz) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

2015-ci ilin doqquz ayı ilə müqayisədə TEU ekvivalentində konteynerlə-

rin aşırılması 73 faiz artaraq 13 min 859 TEU təşkil edib. Neft və neft məhsul-

larının aşırılması isə 79,8 faiz artaraq 1,24 milyon ton olub. Ələt qəsəbəsində 

yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 13 faiz artaraq 25 min 582 

ədədə çatıb. Bunlardan 7240 vaqon (28 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 

18 min 342 (72 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər 

iki istiqamətdə sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 

dəfə artaraq 17 min 11 nəfər olub.

Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 

2016-ci ilin son doqquz ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz 

artaraq 324 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlə-

rin və tikinti malların idxalının payına düşüb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri 

Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə 

heyəti oktyabrın 23-də İran İslam Respublika-

sında səfərdə olub.

Qurumun mətbuat xidmətindən  bildirilib ki, 

səfər çərçivəsində Tehran şəhərində Azərbaycan, 

İran,  Gürcüstan  dəmir  yollarının  rəhbərləri  və 

dünyanın aparıcı dəmir yolu şirkətlərindən sayı-

lan “Deutsche Bahn” dövlət şirkətinin nümayən-

dələri arasında dördtərəfli görüş keçirilib.

Görüşdə  “Azərbaycan  Dəmir Yolları”  QSC-

nin  sədri  Cavid  Qurbanov,  İran  Dəmir Yolunun 

baş direktoru Mohsen Purseyid Ağayi, “Gürcüs-

tan Dəmir Yolları” SC-nin baş direktoru Mamuka 

Baxtadze  və  “Deutsche  Bahn”  şirkətinin  icraçı 

direktoru Andre Hempel iştirak ediblər.

Danışıqlar  zamanı  Cənub-Qərb  beynəlxalq 

nəqliyyat dəhlizinin inkişaf perspektivləri müza-

kirə olunub. Həmin marşrutla Hindistan və İran 

körfəzi ölkələrindən Avropaya və əks istiqamət-

də yükdaşımaların həyata keçirilməsi mexanizmi 

ətrafında  fikir  mübadiləsi  aparılıb.  Bildirilib  ki, 

Cənub-Qərb dəhlizi bu istiqamətdə yüklərin nəql 

edilməsi  üçün  ən  əlverişli  marşrutdur.  Görüşdə 

“Deutsche  Bahn”  şirkətinin  qeyd  olunan  dəhliz 

vasitəsilə  yükdaşımalarda  iştirakı  məsələsi  mü-

zakirə  edilib.  Alman  dəmiryolçuları  Avropadan 

İrana, İran körfəzi ölkələri və Hindistana yüklə-

rin  nəql  edilməsi  zamanı  bu  marşrutdan  istifa-

də  edilməsində  maraqlı  olduqlarını  bildiriblər. 

Tərəflər arasında uzun müddətdir müzakirə olu-

nan “Deutsche Bahn” şirkətinin iştirakı ilə sınaq 

qatarının göndərilməsinə dair texniki məlumatlar 

dinlənilərək, noyabr ayının sonunda Cənub-Qərb 

marşrutu ilə test qatarının göndərilməsi haqda qə-

rar qəbul olunub. Qərara əsasən, 41 konteynerdən 

ibarət olacaq test qatarı Rumıniyanın Konstanta 

limanından yola salınacaq və 8 gün ərzində Teh-

rana çatacaq. Konteynerlər Konstanta limanından 

gəmi ilə Gürcüstan limanına nəql edilərək, oradan 

dəmir yolu ilə Azərbaycanın Astara stansiyasına, 

Astaradan  yük  avtomobilləri  ilə  İranın  Qəzvin 

stansiyasına  yola  salınacaq  və  oradan  yenidən 

dəmir yolu vasitəsilə Tehrana çatdırılacaq. Belə-

liklə, Almaniyanın “Deutsche Bahn” şirkəti Cə-

nub-Qərb marşrutunda yüklərin nəql edilməsində 

iştirak  edəcək  və  bu  marşrutda  əməli  fəaliyyətə 

başlayacaq.

Xatırladaq  ki,  Cənub-Qərb  nəqliyyat  dəhlizi 

Fars  körfəzi-Hindistan–İran–Azərbaycan–Gür-

cüstan–Qara dəniz–Avropa marşrutu üzrə fəaliy-

yət göstərir. Cənub-Qərb nəqliyyat dəhlizı “Azər-

baycan  Dəmir  Yolları”  QSC-nin  sədri  Cavid 

Qurbanovun  təşəbbüsü  ilə  yaradılıb.  Marşrutun 

ilk  təqdimatı  2016–cı  il  yanvarın  14-də  Bakıda 

keçirilib  və  elə  həmin  zaman Azərbaycan,  Gür-

cüstan,  İran  və  Ukrayna  dəmir  yolları  arasında 

müvafiq razılaşma imzalanıb. Cənub–Qərb tran-

zit dəhlizinin digər marşrutlarla müqayisədə (xü-

susilə Süveyş kanalından keçən dəniz yolu) əsas 

üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının 

iki-üç dəfə az olmasıdır. Misal üçün, əgər dəniz 

yolu ilə daşıma İran körfəzi və Hindistandan Av-

ropaya təqribən 30-40 gün təşkil edirsə, Cənub–

Qərb tranzit dəhlizi ilə bu müddət 15 gün təşkil 

edir.

İrana  səfəri  çərçivəsində  “Azərbaycan  Də-



mir Yolları” QSC-nin sədri Cavid Qurbanov İran 

Dəmir Yolunun  baş  direktoru  Mohsen  Purseyid 

Ağayi ilə görüş də keçirib. Görüşdə Astara (Azər-

baycan)–Astara (İran) stansiyaları arasında dəmir 

yolunun və iki ölkə sərhədində Astaraçay üzərin-

də inşa edilən dəmir yolu körpüsünün tikintisi ilə 

bağlı  son  məlumatlar  dinlənilib,  inşaat  işlərinin 

gedişinə dair müzakirələr aparılıb. Eyni zamanda, 

İranın Astara stansiyasında inşa edilən yük termi-

nalının  texniki  imkanları  haqda  danışan  tərəflər 

terminalın gələcək fəaliyyəti ilə bağlı fikir müba-

diləsi aparıblar.



cənuB-qərB Beynəlxalq nəqliyyat dəhlizinin 

inkiŞaf perspektivləri Müzakirə olunuB

Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı 

özünün 71-ci ildönümünü qeyd etdi. 1945-ci il 

oktyabrın 24-də BMT-nin yaranması haqqın-

da qanun qüvvəyə minib. Qanun Çin, Fran-

sa, Sovet İttifaqı, Böyük Britaniya, Amerika 

Birləşmiş Ştatları və digər dövlətlər tərəfindən 

imzalanıb. BMT-nin qanunu 1945-ci il aprel 

ayının 25-26-da San-Fransiskoda keçirilən 

beynəlxalq təşkilat yaratmaq üçün Birləşmiş 

Millətlər konfransında razılaşdırılıb. Sənəd 

1945-ci il iyunun 26-da imzalanıb.

Təşkilata “Birləşmiş Millətlər” adı ABŞ Pre-

zidenti Franklin Ruzvelt tərəfindən təklif olunub. 

Bu ad Birləşmiş Millətlərin 1942-ci il 1 yanvar 

deklarasiyasında 26 ölkənin faşizmə qarşı müba-

rizəni davam etdirmək öhdəliyindən sonra qüv-

vəyə minib. 1948-ci ildən etibarən isə oktyabrın 

24-ü  BMT  günü  kimi  qeyd  edilir.  Həmin  gün 

münasibətilə bütün dünyada BMT-nin məqsədlə-

ri və nailiyyətlərinə həsr olunan iclas, diskussiya 

və  sərgilər  keçirilir.  1971-ci  ildə  Baş  Məclisin 

tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün 

ölkələrdə bayram kimi qeyd edilir.

Azərbaycan  BMT-nin  fəal  üzvlərindən  biri 

kimi bu təşkilatın fəaliyyətində özünəməxsus yeri 

ilə  seçilir.  Azərbaycan  Respublikası  müstəqil-

liyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 

29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq 

məqsədilə  BMT-nin  Baş  Məclisinə  və  dünya 

dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 

1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasın-

da Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı 

qətnamə  qəbul  edilib.  BMT-nin  Nyu-Yorkdakı 

iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün 

- Azərbaycanın dövlət bayrağı qaldırılıb.

1992-ci  il  martın  6-da  Azərbaycanın  BMT 

yanında daimi nümayəndəliyinin fəaliyyətə baş-

laması  ölkəmizin  bu  qurum  ilə  əməkdaşlığının 

qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin 

noyabrında  isə  BMT-nin  ölkəmizdə  daimi  nü-

mayəndəliyi açılıb. Azərbaycanın BMT yanında 

daimi nümayəndəliyi qısa müddətdə həm təşki-

lat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə 

siyasi, iqtisadi, elmi-texniki, mədəni və humani-

tar sahələrdə əməkdaşlıq qurub.

Azərbaycanın BMT-yə üzv kimi qəbul olun-

ması  Ermənistanın  ölkəmizə  qarşı  təcavüzünün 

genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqə-

tinin  münaqişə  bölgəsində  baş  verən  hadisələrə 

cəlb  edilməsi  və  dünya  ictimaiyyətində  obyek-

tiv  rəyin  formalaşdırılması  istiqamətində  vacib 

rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın 

Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə 

əlaqədar  Təhlükəsizlik  Şurası  sədrinin  6  bəya-

natında, eləcə də qurumun 822, 853, 874 və 884 

saylı qətnamələrində Azərbaycanın ərazi bütöv-

lüyü, suverenliyi və sərhədlərinin toxunulmazlı-

ğının  zəruriliyi  bildirilib.  İşğalçı  ölkənin  silahlı 

qüvvələrinin  zəbt  olunmuş Azərbaycan  ərazilə-

rindən  dərhal  çıxarılması,  atəşkəsin  təmini  və 

münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.

2011-ci il oktyabrın 24-də Azərbaycanın hə-

yatında çox əlamətdar və tarixi hadisə baş verib. 

BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbay-

can bu mötəbər təşkilatın üzvü seçilib. Gərgin şə-

raitdə keçən və bir neçə turdan ibarət səsvermədə 

155  ölkə  Azərbaycanın  namizədliyini  dəstək-

ləyərək, etimad göstərərək ölkəmizi bu mötəbər 

təşkilata  üzv  seçib.  Prezident  İlham  Əliyev  bu 

əlamətdar  hadisə  münasibətilə  bəyanatında  de-

yib: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir. 

Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, si-

yasətimizin təntənəsidir”.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, 

ədalətin və beynəlxalq hüququn norma və prin-

siplərinin  qorunmasını  BMT  Təhlükəsizlik  Şu-

rasında  özünün  prioritet  məqsədi  kimi  qarşıya 

qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-da-

imi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib,  

sədrliyi  dövründə  beynəlxalq  sülh  və  təhlükə-

sizliyin  qorunmasına  töhfələrini  verib,  Şuranın 

gündəliyində  duran  məsələlərin  müzakirəsində 

fəal rol oynayıb və daim öz qətiyyətli mövqeyini 

ortaya qoyub.

2012-ci il mayın 4-də Azərbaycan Respub-

likasının Prezidenti İlham Əliyevin sədrliyi və 

BMT-nin  baş  katibi  Pan  Gi  Munun  iştirakı  ilə 

Təhlükəsizlik Şurasının “Terror aktlarının bey-

nəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdid-

lər:  Terrorçuluqla  mübarizə  üzrə  öhdəliklərin 

yerinə  yetirilməsində  beynəlxalq  əməkdaşlığın 

gücləndirilməsi” mövzusunda yüksək səviyyəli 

iclası  keçirilib.  2013-cü  ilin  oktyabrından  eti-

barən  Təhlükəsizlik  Şurasında  başlayan  ikinci 

sədrlik  dövründə  BMT  tarixində  ilk  dəfə  ola-

raq  ölkəmizin  təşəbbüsü  ilə  oktyabrın  28-də 

qurumun  “Birləşmiş  Millətlər  Təşkilatı  və  İs-

lam  Əməkdaşlıq  Təşkilatı  arasında  tərəfdaş-

lıq  əlaqələrinin  gücləndirilməsi”  mövzusunda 

yüksək  səviyyəli  iclası  keçirilib. Azərbaycanın  

sədrliyi dövründə Afrikanın Böyük Göllər regi-

onu, Sudan-Cənubi Sudan münasibətləri, Soma-

li, Mərkəzi Afrika Respublikası, Suriyada kim-

yəvi  silahlar  məsələsi  və  humanitar  vəziyyət, 

Mali, Konqo Demokratik Respublikası, Somali, 

Qərbi  Səhra  bölgəsi,  Livan  və  Fil  Dişi  Sahili 

üzrə çoxsaylı müzakirələr keçirilib, qətnamələr 

və bəyanatlar qəbul olunub. Beləliklə, Azərbay-

can Təhlükəsizlik Şurasına iki illik qeyri-daimi 

üzvlüyü müddətində bu təşkilatda sadiq olduğu 

ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, 

ədalətə uğurla xidmət edib.

Azərbaycan  beynəlxalq  sülhün  və  təhlükə-

sizliyin möhkəmləndirilməsi və qorunmasında, 

davamlı inkişaf və demokratikləşmə prosesində 

BMT-nin vacib rol oynadığını qəbul edir. Eyni 

zamanda, rəsmi Bakı BMT-nin XXI əsrdə dün-

yanı  narahat  edən  təhdid  və  problemlərə  qarşı 

mübarizə  apara  bilməsi  üçün  qurum  çərçivə-

sində  islahatların  həyata  keçirilməsi  ideyasını 

dəstəkləyir.

24 oktyabr BMt günü idi 

azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, 

davamlı inkişaf və demokratikləşmə prosesində BMt-nin vacib rol oynadığını qəbul edir

“Şahdağ” gəmisi yenidən transxəzər Beynəlxalq 

nəqliyyat Marşrutunda yükdaşımalara cəlb ediləcək

Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyinin 

“Şahdağ” gəmi-bərə-

si “Zığ” Gəmi Təmiri 

Zavodunda əsaslı 

təmirdən çıxıb.

Keçən ayın sonun-

dan start verilən təmir 

işləri  qısa  vaxtda  və 

yüksək 

keyfiyyətlə 



həyata keçirilib. “Şah-

dağ”ın baş və köməkçi 

mühərrikləri,  su,  yağ, 

yanacaq, ballast və sair sistemləri əsaslı təmir olunub. Braşpil, lövbər qurğu-

ları və zəncirləri saz hala gətirilib, sükan  qurğusu və digər mexanizmlərdə 

zəruri təmir işləri görülüb.

Eyni zamanda, gəminin bütün sualtı və suüstü hissələri tam təmizlənərək 

rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edi-

lib.

Qeyd edək ki, “Şahdağ” yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Mar-



şrutunda istismar ediləcək, Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xət-

lərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və sərnişin daşı-

yacaq.

“DƏNİZ”

doqquz ayda 164,4 milyon ton yük daşınıb

Azərbaycanın nəqliyyat sektorunda 

fəaliyyət göstərən müəssisələr və fiziki 

şəxslər tərəfindən 2016-cı ilin yanvar-sent-

yabr aylarında 164,4 milyon ton yük və 

1406,1 milyon sərnişin daşınıb.

Dövlət  Statistika  Komitəsinin  mətbuat 

xidmətindən  bildirilib ki, yüklərin 63,8 faizi 

avtomobil nəqliyyatı, 27,0 faizi boru kəməri, 

6,7 faizi dəmir yolu, 2,4 faizi dəniz, 0,1 fai-

zi isə hava nəqliyyatı ilə daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 

sərnişin daşınması 1,9 faiz artıb. Sərnişinlərin 88,6 faizi avtomobil, 11,2 faizi 

metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.



Alman şirkətinin nümayəndələri Azərbay-

can ərazisindən keçən dəhlizdən istifadə edərək, 

Asiya ilə Avropa arasında yükdaşımalar həyata 

keçirməkdə maraqlı olduqlarını bildiriblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat 

katibliyindən  bildirilib ki, bu barədə “Azərbaycan 

Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun 

başçılıq  etdiyi  nümayəndə  heyətinin  Çin  Xalq 

Respublikasında səfəri zamanı Çinin Şanxay şəhə-

rində Azərbaycan dəmiryolçuları ilə Almaniyanın 

məşhur nəqliyyat-loqistika şirkəti olan DHL-in bir 

qolu sayılan “DP DHL global forwarding” kompa-

niyasının nümayəndələri arasında keçirilən görüş 

zamanı deyilib.

Danışıqlarda  “Azərbaycan  Dəmir  Yolları” 

QSC-nin sədri Cavid Qurbanov, “DP DHL global 

forwarding”  şirkətinin  Şanxay  bölgəsinin  rəhbəri 

Allen Chen və digər rəsmi şəxslər iştirak ediblər.

Söhbət zamanı, ümumilikdə Şərq-Qərb marş-

rutu və onun tərkib hissəsi olan Transxəzər Bey-

nəlxalq  Nəqliyyat  Marşrutunun  inkişafı,  pers-

pektivləri  və  yüklərin  cəlb  olunması  məsələləri 

müzakirə olunub. Alman şirkətinin nümayəndələri 

Azərbaycan  ərazisindən  keçən  dəhlizdən  istifadə 

edərək,  Asiya  ilə  Avropa  arasında  yükdaşımalar 

həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər. 

Qeyd edilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat 

Marşrutunun tərkib hissəsi olan Bakı-Tbilisi-Qars 

dəmir  yolu  istifadəyə  verildikdən  sonra,  bu  nəq-

liyyat  dəhlizi  ilə  yükdaşımaların  həcmi  dəfələrlə 

artacaq,  Asiya  ölkələri  ilə  Avropa  arasında  yük-

lərin  çatdırılma  vaxtı  qısalacaq.  Görüşdən  sonra, 

“Azərbaycan  Dəmir  Yolları”  QSC-nin  sədri  Ca-

vid Qurbanov və onu müşayiət edən rəsmi şəxs-

lər “DP DHL global forwarding” kompaniyasının 

Şanxaydakı yük anbarlarına baş çəkərək, şirkətin 

iş prinsipləri ilə tanış olaraq, burada cəmləşdirilən 

yüklər, onların həcm və tərkibi haqda məlumatlar 

əldə ediblər.

Qeyd  edək  ki,  Almaniyanın  DHL  şirkətinin 

ümumilikdə dünya üzrə 220 ölkədə nümayəndəli-

yi, ofisi və 500 mindən artıq əməkdaşı var, dünyada 

ilk 10 işəgötürənlərin siyahısında yerləşib, 1 saat 

ərzində 1 milyon müştəriyə xidmət göstərir, Çində 

500 min kvadratmetr anbar sahəsinə malikdir.

Bu vaxta kimi, DHL Azərbaycandan keçməklə 

5 sınaq qatarı yola salıb. 2015–ci il noyabrın 29-

da Çinin Lianyungang limanından ilk test qatarı, 

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitə-

si ilə Türkiyənin Manisa şəhərinə yola salınıb. Bu 

il iyul ayının 9 və 31-də, həmçinin avqustun 20-də 

və sentyabrın 6-da isə Çindən ardıcıl olaraq 4 blok 

qatarının nəqli həyata keçirilib.



alManiya Şirkəti azərBaycan ərazisindən keçən dəhlizlə 

yükdaŞıMalar həyata keçirMəkdə Maraqlıdır

Bakı limanı dünya səviyyəli 

yaşıl liman kimi inkişaf edir

BMT-nin 

Qlobal Ətraf 

Mühit Fondunun 

nümayəndə heyəti 

Ələt qəsəbəsində 

yerləşən Bakı 

Beynəlxalq Dəniz 

Ticarət Limanında 

olub.

BMT nümayəndə heyətinin səfərlərinin əsas məqsədi - Yaşıl Liman la-

yihəsinin ərazisi ilə tanış olmaq olub. Bakı Limanın İstismar Xidmətinin mü-

diri Yevgeni Si qonaqları liman ərazisi ilə tanış edərək bildirib ki, Bakı Limanı 

ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq dünya səviyyəli Yaşıl Liman 

(Green Park) kimi inkişaf edir.

O bildirib ki, bu inkişaf tədbirləri enerji, tullantıların idarə edilməsi, su və 

hava keyfiyyətinə nəzarət, eləcə də dayanıqlı biznes təcrübələri kimi sahələri 

əhatə edir. Yaşıl limanlar yüklərin paylanması, o cümlədən materialın idarə 

edilməsi  (saxlanması  və  paketlənməsi),  tullantıların  idarə  edilməsi,  fiziki 

paylaşdırma kimi əməliyyatların ekoloji və enerji nəticələrinin azaldılmasına 

yönələn fəaliyyət həyata keçirir.

Ələt qəsəbəsində tikilməkdə olan yeni Liman karbon tullantılarının həc-

mini azaldan müxtəlif təsirli texnologiyalar tətbiq etməklə Yaşıl Liman statu-

sunu əldə etməyə çalışır və bu məqsədlə materialdan təkrar istifadə, emal və 

gübrələşdirmə vasitəsilə liman əməliyyatlarının tullantılarını azaltmağa yönəl-

miş proqram tətbiq edəcək. Yaşıl zonalar sahil boyunca limanın şimal və qərb 

hissəsində yaradılacaq. Bu zonalar təbii yarımsəhra landşaft üzrə müsbət təsir 

ilə nəticələnən torpağın zənginləşdirilməsi və yerli mikroiqlimin saxlanılması 

işlərinə yönəlib. Tikililərin damlarında toplanan yağış sularından bu estetik 

landşaftları inkişaf etdirmək və sulamaq üçün istifadə ediləcək.



Yüklə 497,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə