R b a y c a n X z r d n z g m



Yüklə 497,19 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix21.06.2018
ölçüsü497,19 Kb.
#50259
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


28 oktyabr 2016-cы il   № 69-72 (9075)

5

Pakistan “Şimal-Cənub” nəqliyyat 

dəhlizinə maraq göstərir.

İqtisadiyyat  naziri  Şahin  Mustafa-

yevin  Pakistan  İslam  Respublikasının 

Baş  naziri  Məhəmməd  Nəvaz  Şərifin 

ölkəmizə  səfəri  çərçivəsində  nümayən-

də  heyətində  təmsil  olunan,  Pakistanın 

Baş  nazirinin  xarici  işlər  üzrə  xüsusi 

müşaviri Said Tariq Fatemi ilə keçirdiyi 

görüşdə Azərbaycan iqtisadiyyatı barədə 

məlumat verilib, nəqliyyat və tranzit im-

kanlarına dair təqdimat keçirilib, iqtisadi 

sahədə  əməkdaşlığın  genişləndirilməsi 

imkanları müzakirə edilib.

İqtisadiyyat  Nazirliyindən  bildirilib 

ki,  nazir  Şahin  Mustafayev Azərbaycan 

və Pakistan arasında əlaqələrin yüksək sə-

viyyədə olduğunu, əməkdaşlığın müxtə-

lif sahələrdə, o cümlədən iqtisadi sahədə 

uğurla davam etdiyini vurğulayıb. Qeyd 

olunub  ki,  “Şərq-Qərb”  və  “Şimal-Cə-

nub” nəqliyyat dəhlizlərinin kəsişməsin-

də  yerləşən  Azərbaycan  əlverişli  geost-

rateji  mövqeyə  və  tranzit  imkanlarına 

malikdir. Azərbaycanda müasir standart-

lara cavab verən nəqliyyat infrastrukturu 

yaradılıb,  ölkəmiz  Bakı-Tbilisi-Ceyhan 

boru  kəmərinin  və  bu  yaxınlarda  istifa-

dəyə  veriləcək  Bakı-Tbilisi-Qars  dəmir 

yolu layihəsinin fəal iştirakçısıdır. Hazır-

da  “Şimal-Cənub”  və  “Şərq-Qərb”  nəq-

liyyat dəhlizlərinin inkişafı istiqamətində 

işlər davam etdirilir. “Şimal-Cənub” nəq-

liyyat  dəhlizinin  digər  alternativ  dəhliz-

lərdən  üstünlüyü  barədə  danışan  Şahin 

Mustafayev  bildirib  ki,  dəhlizin  önəmli 

həlqələrindən  olan Astara  çayı  üzərində 

dəmir yolu körpüsünün və Azərbaycanda 

8,3 kilometrlik dəmir yolu xəttinin tikin-

tisi  2016-cı  ilin  sonunadək  yekunlaşdı-

rılacaq.  Bakı  Beynəlxalq  Dəniz  Ticarət 

Limanı  Azərbaycanın  tranzit  imkanları-

nın reallaşdırılması baxımından əhəmiy-

yətlidir. Hazırda limanın ərazisi də daxil 

olmaqla  azad  ticarət  zonası  tipli  xüsusi 

iqtisadi  zona  yaradılır.  Bu  yaxınlarda 

Ələt  Azad  Ticarət  Zonasına  məsləhət 

xidmətinin göstərilməsinə dair Birləşmiş 

Ərəb  Əmirliklərinin  şirkəti  ilə  müqa-

vilə imzalanıb. Nazir görülən tədbirlərin 

Azərbaycanın  beynəlxalq  əhəmiyyətli 

nəqliyyat  qovşağı  kimi  rolunu  daha  da 

artırdığını, ölkəmizin tranzit imkanlarını 

genişləndirdiyini  vurğulayıb,  Pakistanın 

“Şimal-Cənub”  nəqliyyat  dəhlizinin  və 

Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Limanı-

nın  imkanlarından  yararlana  biləcəyini 

diqqətə çatdırıb.

Pakistanın  Baş  nazirinin  xarici  işlər 

üzrə  xüsusi  müşaviri  Said  Tariq  Fatemi 

Pakistan-Azərbaycan  iqtisadi  əlaqələ-

rinin  inkişaf  etdiyini  bildirib,  ölkəsinin 

nəqliyyat infrastrukturu barədə məlumat 

verib. Said Tariq Fatemi Pakistanın “Şi-

mal-Cənub”  nəqliyyat  dəhlizinə  maraq 

göstərdiyini vurğulayıb.

Görüşdə Azərbaycan və Pakistan ara-

sında əczaçılıq, turizm, kənd təsərrüfatı, 

ticarət  və  s.  sahələrdə  əməkdaşlıq  pers-

pektivləri,  eləcə  də  qarşılıqlı  maraq  do-

ğuran digər məsələlər müzakirə edilib.



Trans-Anadolu qaz boru kəmərinin 

(TANAP) Çanaqqala boğazından keçə-

cək 17,6 kilometrlik dəniz hissəsinin 

tikintisinə 2017-ci ilin yayında başlanı-

lacaq.

Bu  barədə  AZƏRTAC-a  eksklüziv 

müsahibəsində TANAP-ın  baş  direktoru 

Saltuk Düzyol deyib.

TANAP-ın  baş  direktoru  bildirib  ki, 

boru  kəmərinin  Çanaqqala  boğazından 

keçəcək 2x36 düymlük dəniz hissəsi üzrə 

bu  il  iyulun  27-də  “TANAP  Doğal  Gaz 

İletim A.Ş.” ilə “SapuraKencana” şirkə-

ti arasında müqavilə imzalanıb. Hazırda 

“SapuraKencana” şirkəti tərəfindən detal 

mühəndislik və satınalma prosesi davam 

edir.  Dəniz  hissəsinin  inşasına  2017-ci 

ilin  yay  aylarında  başlanılması  planlaş-

dırılır.

Qeyd  edək  ki,  Xəzərin  Azərbaycan 

sektorundakı  “Şahdəniz-2”  yatağından 

çıxarılan  qazı  Türkiyəyə  və  bu  ölkədən 

Avropaya  nəql  edəcək  TANAP  “Cə-

nub  Qaz  Dəhlizi”nin  tərkib  hissəsi  olan 

layihədir.  TANAP  Türkiyə-Gürcüstan 

sərhədində  Cənubi  Qafqaz  Boru  Kəmə-

rinə,  Türkiyə-Yunanıstan  sərhədində  isə 

“Trans-Adriatik” (TAP) qaz boru kəmə-

rinə birləşəcək. Uzunluğu 1850 kilometr 

olan TANAP Türkiyənin Ardahan vilayə-

tinin  Posof  qəsəbəsindən  başlayaraq  və 

boru kəməri marşrutu boyunca 20 rayon, 

67 mahal və 600 kənddən keçərək Ədir-

nənin İpsala qəsəbəsində Avropaya keçə-

cək.  Əskişəhərə  qədər  olan  hissəsinin 

2018-ci ilin ortasında istismara verilməsi 

nəzərdə tutulur.

TANAP-a tələb olunan kapital xərc-

ləri  9,2  milyard  ABŞ  dollarıdır.  Bu  il 

Azərbaycanın  “Cənub  Qaz  Dəhlizi”  la-

yihəsinə 2 milyard 809 milyon dollar və-

sait ayıracağı nəzərdə tutulur. Həmin və-

saitin 55,7 faizi yaxud da 1,566 milyard 

dolları  TANAP-a  sərf  ediləcək.  Layihə 

üzrə Azərbaycan şirkətlərinin xərclərinin 

2020-ci  ilədək  ümumilikdə  6,2  milyard 

dollar olacağı planlaşdırılır.

Boru  kəmərinin  Gürcüstan-Türkiyə 

sərhədi-Əskişəhər  56  düym  diametrli 

hissəsinin uzunluğu təxminən 1373 kilo-

metr, Əskişəhər-Türkiyə-Yunanıstan sər-

hədi boyunca 48 düym diametrli hissəsi-

nin uzunluğu isə 459 kilometrdir. Bundan 

başqa, TANAP 2x36 düym diametrli 17,6 

kilometr  uzunluğunda  sualtı  hissədən 

də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk 

mərhələ sona çatdırılıb və hazırda ikinci 

mərhələ  üzrə  işlər  davam  etdirilir.  Boru 

kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 

milyard kubmetrdir və sonradan bu həc-

min 31 milyard kubmetrədək artırılması 

imkanı var.

Layihə çərçivəsində 4 lot üzrə indiyə-

dək  1326  kilometr  uzunluğunda  xəndək 

qazılıb  və  1110  kilometr  boru  marşrut 

xətti  boyunca  düzülüb.  990  kilometr 

uzunluğunda  boruların  isə  qaynağı  ta-

mamlanıb.

TANAP-ın səhmdarlarının bu layihə-

də  payı  belədir:  “Cənub  Qaz  Dəhlizi” 

QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP 

şirkəti - 12 faiz.



kiçik həcmli gəmilər üzrə dövlət 

Müfəttişliyi səyyar xidmətlərin 

göstərilməsini davam etdirir

Fövqəladə Hallar 

Nazirliyinin (FHN) 

Kiçik Həcmli Gəmilər 

üzrə Dövlət Müfəttiş-

liyinin əməkdaşları 

sentyabrda və oktyab-

rın əvvəllərində Mingəçevir və Gəncə şəhər-

lərində, Şəmkir rayonunda fəaliyyət göstərən 

216 gəmi istifadəçisinin su nəqliyyatı vasitələ-

rinə səyyar texniki baxış keçirib və onlara 

aidiyyəti sənədləri təqdim ediblər.

FHN-dən  bildiriblər ki, eyni zamanda, ki-

çik həcmli gəmilərin dövlət qeydiyyatı, texniki 

baxışı, sürücülük vəsiqələrinin alınması və gə-

milərin  təhlükəsiz  istismarı  mövzusunda  maa-

rifləndirmə tədbirləri də keçirilib.

Müfəttişliyin  Xəzər  dənizinin  sahilboyu 

ərazilərində  keçirilmiş  əməliyyat  tədbirlərinin 

nəticəsi  olaraq  texniki  baxışdan  yayınan,  təh-

lükəsiz  istismar  qaydalarının  tələblərini  pozan 

37 gəmi istifadəçisi barəsində qanunvericiliyin 

tələbləri əsasında tədbir görülüb.



tanap-ın çanaqqala Boğazından keçəcək dəniz 

hissəsinin inŞasına 2017-ci ilin yayında BaŞlanılacaq

görüŞdə azərBaycanın nəqliyyat və tranzit iMkanlarına dair təqdiMat keçiriliB

terminaldakı səhmlərini satacaq

İtaliyanın “Iren 

Group” enerji şirkəti 49,07 

faiz səhmdarı olduğu “Olt 

Offshore LNG Toscana” 

şirkətinin mülkiyyətində 

olan 138 min kubmetr 

saxlama tutumuna malik “FSRU Toscana” adlı 

üzən mayeləşdirilmiş təbii qaz (liquefied natural 

gas-LNG) terminalındakı səhmlərini satacaq.

Bu barədə şirkətdən edilən şərhdə deyilir.

“Iren Group”un idarə heyətinin sədri Massi-

milano Bianko terminaldakı səhmlərin satışının 

şirkətin  yeni  investisiyaları  üçün  yaxşı  mənbə 

olacağını deyib.

“FSRU Toscana” adlı üzən LNG terminalı 

“Exmar” şirkəti tərəfindən idarə edilir. İtalyanın 

enerjisinin 4 faizini təmin edən “FSRU Tosca-

na” illik 700 milyon kubmetr təbii qaz ekviva-

lentində 450 milyon kubmetr LNG istehsal edir.

transavropa şəbəkəsinin genişləndirilməsi 

məsələləri müzakirə edilib

Belçikanın paytaxtı Brüsseldə Avropa 

İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı Proqramının 

“İqtisadi inteqrasiya və Aİ siyasətinə uyğun-

laşma” üzrə II çoxtərəfli platforma çərçivəsin-

də nəqliyyat panelinin XI iclası keçirilib.

Nəqliyyat  Nazirliyinin  mətbuat  xidmətin-

dən    bildirilib  ki,  iclas  zamanı  Rotterdamda 

(Niderland)  keçirilmiş  proqramda  iştirak  edən 

ölkələrin nəqliyyat nazirlərinin görüşündən son-

ra  həyata  keçirilən  işlər,  yarana  biləcək  prob-

lemlərin  aradan  qaldırılması  yolları,  eləcə  də 

Transavropa  şəbəkəsinin  genişləndirilməsi  is-

tiqamətində həyata keçiriləcək layihələr və on-

ların maliyyələşdirilmə mexanizmləri ilə bağlı 

məsələlər müzakirə edilib.

Qeyd  edək  ki,  müzakirələrdə Azərbaycanı 

Nəqliyyat  Nazirliyi  və  Yeni  Bakı  Beynəlxalq 

Dəniz Ticarət Limanının nümayəndələri təmsil 

edib.

aralıq dənizindən avropaya keçməyə cəhd 

edən 3611 nəfər həlak olub və ya itkin düşüb

İlin əvvəlindən 

indiyədək Aralıq də-

nizi vasitəsi ilə Avropa 

sahillərinə 316 min 311 

mühacir və qaçqın gəlib. 

Bu barədə Beynəlxalq 

Miqrasiya Təşkilatının mətbuat katibi Coel Mil-

lman brifinqdə çıxış edərkən məlumat verib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatı-

na əsasən, Aralıq dənizindən Avropaya keçməyə 

cəhd edən 3611 nəfər həlak olub və ya itkin düşüb. 

Millman qeyd edib ki, Avropa İttifaqı ilə Türkiyə 

arasında  sazişin  imzalanmasından  sonra  Yuna-

nıstanda və Qərbi Balkan ölkələrində mühacir və 

qaçqınların sayı 56 faiz artıb.

Euronews  telekanalının  məlumatına  əsasən, 

Almaniya federal kansleri Angela Merkelin mü-

hacir  axınını  zəiflətmək  məqsədi  daşıyan Afrika 

səfəri  başa  çatmaq  üzrədir.  Merkel  Mali  və  Ni-

gerdən  sonra  Efiopiyaya  gəlib.  Mali  və  Nigerdə 

münaqişələr,  Efiopiyada  isə  gərgin  daxili-siyasi 

vəziyyət nəticəsində bu ölkələrdən Avropaya mü-

hacir  axını  artmaqdadır.  Angela  Merkel  afrikalı 

həmkarlarına maliyyə və texniki yardım, həmçi-

nin hərbi əməkdaşlıq vəd edib.

Almaniyanın  özündə  və  xaricdə  isə  Angela 

Merkelin miqrasiya siyasəti güclü tənqidlərə mə-

ruz qalır. Oktyabrın 11-də yeni sorğunun nəticələ-

ri  dərc  olunub: Almaniyanın  hakim  partiyasının 

populyarlığı onun bütün tarixi ərzində ilk dəfə 30 

faizdən aşağı enib.



Tahir Dadaşov

Azərbaycan Respublikasının Dövlət 

Dəniz Administrasiyasında cari ilin 12-13 

oktyabr tarixlərində Avropa İttifaqı tərə-

findən maliyyələşdirilən “Azərbaycan Res-

publikasında dəniz nəqliyyatı sahəsində 

məsuliyyətin artırılmasında Dövlət Dəniz 

Administrasiyasına dəstək” adlı tvinninq 

layihəsi çərçivəsində Dəniz tələbləri ilə 

bağlı məsuliyyətin məhdudlaşdırılması 

haqqında 1976-cı il tarixli Beynəlxalq 

Konvensiyaya və adıçəkilən beynəlxalq 

konvensiyanın 1996-cı il tarixli Protokolu-

na dair seminar keçirilmişdir.

2015-ci ilin 16 noyabr tarixindən hə-

yata  keçirilməsinə  başlanılan  və  başlıca 

məqsədi  Azərbaycanda  dəniz  üzgüçülü-

yünün təhlükəsizliyi və dənizin çirkləndi-

rilməsinin qarşısının alınması ilə əlaqədar 

beynəlxalq  konvensiyalarda  nəzərdə  tu-

tulmuş məsuliyyət prosedurlarının Avropa 

İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə 

həyata keçirilməsində və tətbiqi məsələlə-

rində  Dövlət  Dəniz  Administrasiyasının 

potensialını  gücləndirməkdən  ibarət  olan 

“Azərbaycan Respublikasında dəniz nəq-

liyyatı  sahəsində  məsuliyyətin  artırılma-

sında  Dövlət  Dəniz  Administrasiyasına 

dəstək” adlı tvinninq layihəsi çərçivəsində 

keçirilən seminarda Dövlət Dəniz Admi-

nistrasiyasının  əməkdaşları  ilə  yanaşı, 

Azərbaycan  Yeni  Nəsil  Hüquqşunaslar 

Assosiasiyasının  nümayəndələri  və  Bakı 

Dövlət  Universitetinin  dəniz  və  enerji 

hüququ  fakültəsinin  müəllim  və  magist-

rantları iştirak etmişlər.

Seminar  zamanı  Tvinninq  layihəsi 

çərçivəsində ölkəmizə dəvət olunan İspa-

niyalı mütəxəssislər — professor J.L.Ga-

baldon, kapitan L.Fernandez və R.Pastor 

tərəfindən  “Dəniz  tələbləri  ilə  bağlı  mə-

suliyyətin  məhdudlaşdırılması  haqqında 

Beynəlxalq  Konvensiya”nın  tarixçəsi, 

dəniz tələbləri ilə bağlı məsuliyyəti məh-

dudlaşdırmaq hüququna malik olan şəxs-

lər,  məhdudlaşdırmanın  təsdiq  edilməsi, 

məhdudlaşdırma fondları və onların təsir-

ləri, eləcə də Azərbaycan Respublikasının 

Ticarət  Gəmiçiliyi  Məcəlləsində  dəniz 

tələbləri ilə bağlı məsuliyyətin yeni qlobal 

məhdudlaşdırılması  sistemi  barədə  işti-

rakçılara geniş məlumat verilmişdir.

Həmçinin  seminarda  dəniz  tələbləri 

ilə bağlı məsuliyyətin məhdudlaşdırılma-

sı haqqında 1976-cı il tarixli Beynəlxalq 

Konvensiya  və  adıçəkəkilən  beynəlxalq 

konvensiyanın 1996-cı il tarixli Protokolu 

ilə bağlı gəmi toqquşmaları üzrə praktiki 

misallar  verilmiş  və  iştirakçıları  maraq-

landıran  suallar  ətraflı  cavablandırılmış-

dır.


Seminarın sonunda iştirakçılara serti-

fikatlar təqdim edilmişdir. 



dəniz tələBləri ilə Bağlı Məsuliyyətin MəhdudlaŞdırılMası 

haqqında 1976-cı il tarixli Beynəlxalq konvensiyaya və konvensiyanın 

1996-cı il tarixli protokoluna dair seMinar keçirilMiŞdir

Rumıniyada keçirilən Beynəlxalq 

Asiya Multimodal Logistika Konfran-

sının iştirakçılarına Ələt qəsəbəsində 

yaradılan Azad Ticarət Zonası tipli 

iqtisadi zona barədə məlumat verilib.

Bu  barədə  “Bakı  Beynəlxalq  Dəniz 

Ticarət  Limanı”  QSC-nin  mətbuat  xid-

mətindən məlumat verilib.

Konfransda “Bakı Beynəlxalq Dəniz 

Ticarət Limanı” QSC-nin baş direktoru-

nun  logistika  məsələləri  üzrə  müşaviri 

Tural Əliyev iştirak edib.

Təşkil olunan konfrans eyni zamanda 

Beynəlxalq Nəqliyyat və Logistika möv-

zusuna həsr olunmuş Beynəlxalq Trans-

logistika  Sərgisinin  açılış  mərasiminə 

həsr olunub.

Rəsmi şəxslərin, Yeni İpək Yolu bo-

yunca  yerləşən  ölkələrin,  eyni  zamanda 

Avropanın iş adamları və tədqiqatçıların 

iştirak  etdiyi  tədbirə  150-dən  çox  işti-

rakçı  qatılıb.  Konfransda  Rumıniyanın 

“CFR  Marfa”  şirkəti,  “DP  Cargo  Rail 

Romania”, “DP World”, “DB Schenker”, 

“Rofersped”, “Kontantza” Limanı, “Da-

cia-Renault”, “Transferoviar Grup”, “E-P 

Rail”, “Vest Trans Rail”, “Ferest group”, 

“VTG  Germany  H.  Essers”,  “China 

Chopping”, “TTS”, “Rail Cargo”, “Titan 

Containers”,  “Unicorm  group”,  “BCVO 

Logistics”,  “Xpo  Logistics”,  “Delfinul 

Trans”, “CAEM”, “DPD. Alberti e San-

ti”, “ASG Wind”, “SSI Schaefer”, “Toyo-

ta Material Handling” və sair kimi böyük 

şirkətlər və qruplar iştirak ediblər.

Paneldə  çıxış  edən  Tural  Əliyev 

“hub”  strategiyası  və  Ələt Azad  Ticarət 

Zonası  barədə  məlumat  verib.  O  bildi-

rib ki, Ələt qəsəbəsində inşa edilən yeni 

Bakı Limanı və yaxın gələcəkdə yaradı-

lacaq  Azad  Ticarət  Zonası  tipli  iqtisadi 

zona  nəyinki  Azərbaycanın,  həmçinin 

bütün  regionun  nəqliyyat  və  logistika 

şəbəkəsinə  təsir  göstərəcək.  Bu  da  öz 

növbəsində Azərbaycanın istehsal poten-

sialını  artıracaq.  Bu  proseslərin  hər  biri 

Azərbaycan  Respublikasının  Prezidenti 

İlham Əliyevin ölkənin regional “hub”a 

(qovşaq)  çevrilməsi  istiqamətində  apar-

dığı siyasətin bir hissəsidir.



Beynəlxalq asiya MultiModal logistika konfransında 

ələt azad ticarət zonası Barədə MəluMat veriliB

Macarıstanın “rail cargo hungaria 

zrt” şirkəti transxəzər Beynəlxalq 

nəqliyyat Marşrutuna qoşulub

“Qazaxıstan 

Dəmir Yolları” 

Səhmdar Cəmiy-

yətinin mətbuat 

xidmətinin ver-

diyi xəbərə görə, 

Qazaxıstanın “KTZ 

Express” SC və Macarıstanın “Rail Cargo Hun-

garia Zrt” şirkəti Asiya-Avropa-Asiya marşrutu-

nu inkişaf etdirmək barədə razılığa gəlib.

Asiya-Avropa-Asiya  istiqamətində  bey-

nəlxalq  intermodal  daşımaların  inkişaf  etdiril-

məsi haqqında saziş “Qazaxıstan Dəmir Yolla-

rı” Səhmdar Cəmiyyətinin törəmə şirkəti “KTZ 

Express” SC və Macarıstanın nəhəng “Rail Car-

go Hungaria Zrt” nəqliyyat-ekspedisiya şirkəti 

tərəfindən Astanada imzalanıb.

Sənəd  Qazaxıstan-Macarıstan  biznes  fo-

rumu  çərçivəsində  beşinci  İşgüzar  Şuranın  ic-

lasının nəticələrinə əsasən imzalanıb. Görüşdə 

Asiya və Avropa arasında beynəlxalq ticarətin 

inkişafı  üçün  yükdaşımaların  əhəmiyyətini 

qeyd  edən  tərəflər  Asiya-Avropa-Asiya  is-

tiqamətində intermodal daşımaların təşkilinə və 

onların gələcək inkişafına kömək etmək barədə 

razılığa gəliblər.

Saziş  Transxəzər  Beynəlxalq  Nəqliyyat 

Marşrutu  üzrə  Çin-Avropa-Çin  yükdaşımala-

rında  multimodal  servisin  inkişafını  və  onun 

irəlilədilməsi üçün müştəri bazasının birgə ya-

radılmasını nəzərdə tutur.

Tərəflər yükdaşımalar üçün cəlbedici şərtlə-

rin yaradılması barədə razılığa gəliblər.



ərazi sularımızda gəmilərin hərəkətinin 

idarəetmə sisteminin müasir standartlara 

uyğun təşkil edildiyi xüsusi qeyd edilmişdir

     Azərbaycan 

Respublikasının Döv-

lət Dəniz Administra-

siyasında Beynəlxalq 

Hidroqrafiya Təşkilatı-

nın direktoru Mustafa 

İpteslə Administrasiya-

nın rəhbərliyinin görüşü keçirilmişdir.

Görüş zamanı Azərbaycan Respublikasının 

Beynəlxalq Hidroqrafiya Təşkilatına üzvlüyünun 

üstünlükləri barədə fikir mübadiləsi aparılmış, 

cənab Mustafa İptes tərəfindən ölkəmizin nüfuzlu 

təşkilata qoşulması yönündə təkliflər verilmiş və 

bu təşkilata qoşulmağa dair köməklik göstəriləcə-

yi vurğulanmışdır.

Eyni  zamanda,  Azərbaycan  Respublikasının 

Beynəlxalq Dəniz Təşkilatı, eləcə də  Beynəlxalq 

Hidroqrafiya  Təşkilatı  ilə  əlaqələrinin  yüksək 

səviyyədə  olduğu  xüsusi  vurğulanmış  və  Bey-

nəlxalq Hidroqrafiya Təşkilatı ilə gələcək əmək-

daşlıq perspektivləri müzakirə edilmişdir.

Qeyd edilmişdir ki, Beynəlxalq Hidroqrafiya 

Təşkilatının  Azərbaycan  Respublikasının  “Bey-

nəlxalq Hidroqrafiya Təşkilatı haqqında Konven-

siya”ya  qoşulması  ilə  bağlı  dəvətinə  əsasən  ha-

zırda  Respublikamızın  adıçəkilən  Konvensiyaya 

qoşulması  məsələsinə  aidiyyəti  dövlət  orqanları 

tərəfindən baxılmaqdadır.

Sonda  Beynəlxalq  Hidroqrafiya  Təşkilatının 

direktoru  Mustafa  İptes  Administrasiyasının  ta-

beliyində  Dəniz  Üzgüçülüyünün  Təhlükəsizliyi 

Mərkəzinin  Uzaq  Məsafədən  Tanınma  və  İzlən-

mə Milli Mərkəzində olmuş, adıçəkilən Mərkəzin 

fəaliyyəti  ilə  tanış  olarkən  Azərbaycan  Respub-

likasının  ərazi  sularında  gəmilərin  hərəkətinin 

idarəetmə  sisteminin  müasir  standartlara  uyğun 

təşkil  edildiyini,  eləcə  də  dəniz  üzgüçülüyünün 

təhlükəsizliyi sisteminin yüksək səviyyədə forma-

laşdırıldığını xüsusilə qeyd etmişdir.



yeni Bakı limanında distribusiya 

mərkəzi yaratmaq istəyir

“Techint” 

şirkəti region 

üzrə distribusiya 

mərkəzini Bakı 

Beynəlxalq Dəniz 

Ticarət Limanında 

yaratmaq istəyir.

Bakı  Limanın-

dan  bildirilib ki, “Bakı Beynəlxalq Dəniz Ticarət 

Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun 

tanınmış  “Techint”  şirkətinin  prezidenti  Paolo 

Rocca ilə keçirdiyi görüşdə Ələt qəsəbəsində ya-

radılacaq Azad Ticarət Zonasında şirkətin regional 

distribusiya mərkəzinin yaradılması müzakirə olu-

nub. Qonağa yeni Bakı Limanının inkişaf konsep-

siyası  və  yaradılan  Ələt Azad  Ticarət  Zonasının 

Azərbaycanın qeyri-neft sektorunun inkişafına və 

regional əməkdaşlığa, ticarət dövriyyəsinin artma-

sına ciddi töhfə verəcəyi barədə məlumat verilib.

Paolo Rocca öz növbəsində Ələt qəsəbəsində 

yaradılacaq Azad Ticarət Zonasından böyük göz-

ləntilərinin olduğunu bildirib və məhz buna görə 

də  region  üzrə  öz  distribusiya  mərkəzinin  yeni 

Bakı Limanında yaratmaq istədiklərini vurğulayıb.

“Techint” Latın Amerikasının ən böyük polad 

boru istehsal edən şirkətidir və neft-qaz sahəsin-

də dünyanın ən böyük boru təchizatçılarındandır. 

70 illik təcrübəyə və 19500 peşəkar heyətlə şirkət 

energetika,  infrastruktur  və  arxitektura  sektorla-

rında  mühəndislik,  təchizat  və  tikinti  xidmətləri 

göstərir.



Yüklə 497,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə