R b a y c a n X z r d n z g m



Yüklə 497,19 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix21.06.2018
ölçüsü497,19 Kb.
#50259
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


28 oktyabr 2016-cы il   № 69-72 (9075)

7

Oktyabrın 20-də gecə silahlı 

şəxslər Liviya sahil mühafizəsi 

xidmətinin fərqlənmə nişanı olan 

geyimdə Aralıq dənizində 150 

mühaciri daşıyan qayığa hücum 

ediblər.

TASS informasiya agentliyi xə-

bər verir ki, insident nəticəsində azı 

4 mühacir həyatını itirib.

Liviya sahil mühafizə xidməti-

nin  hücumu  qayıqda  həyəcana  sə-

bəb  olub.  Qayığının  zədələnməsi 

səbəbindən mühacirlər dənizə tökü-

lüb.  Hadisə  nəticəsində,  həmçinin 

15-25  mühacirin  də  itkin  düşdüyü 

bildirilir.

Beynəlxalq  Miqrasiya  Təşki-

latının  məlumatına  əsasən,  ilin  əv-

vəlindən  oktyabrın  16-dək  Aralıq 

dənizi vasitəsi ilə Avropa ölkələrinə 

319  min  mühacir  və  qaçqın  gəlib. 

Bununla yanaşı, 3,6 min nəfər suda 

boğularaq həlak olub və ya itkin dü-

şüb.

İtaliya  Sahil  Təhlükəsiz-



lik  Komandanlığının  keçir-

diyi  əməliyyatlar  nəticəsində 

Aralıq  dənizində  3  min  300 

miqrant  xilas  edilib.    Ana-

dolu  agentliyi  xəbər  verir  ki,  

xilasetmə əməliyyatları zama-

nı iki qayıqda yeddi miqrantın 

cəsədi də aşkar olunub.

Aralıq  dənizinin  İtaliya 

ilə  Liviya  arasında,  Siciliya 

kanalı adlandırılan bölgəsində 

miqrantların  xilas  olunması 

əməliyyatları davam etdirilir.

Macarıstanın populyar 

Heviz kurortu Budapeştdən 

təqribən 190 kilometr cə-

nub-qərbdə, meşələrin əhatə-

sində yerləşir. Əhalisi təx-

minən beş min nəfər olan eyni 

adlı şəhərcikdə sakit həyat 

hökm sürür. Hara baxsanız 

müxtəlif fəvvarələr, maraqlı 

heykəltəraşlıq kompozisiyaları 

görərsiniz. Burada istirahət 

edənlər Heviz fermer bazarına 

getməyi də xoşlayırlar. Bazardakı 

piştaxtalarda ekoloji təmiz məhsul-

lar, xüsusən bal, qab-qacaq, məişət 

əşyaları və suvenirlər diqqəti cəlb 

edir.

Hevizi ən çox məşhurlaşdıran isə 

eyni  adlı  termal  göldür.  Bu,  bioloji 

baxımdan  aktiv  olan  ən  böyük  təbii 

müalicəvi  göldür.  Hətta  qışda  da  gö-

lün  suyunun  temperaturu  24  dərəcə-

dən aşağı enmir. Bu səbəbdən ilboyu 

su prosedurları üçün yararlıdır. Bura-

dakı  istirahət-müalicə  kompleksinin 

ərazisinə giriş pulludur. Giriş haqqı 6 

avrodan başlayır. Hesab edirlər ki, bu 

göldə  çimmək  dayaq-hərəkət  apara-

tının  müxtəlif  xəstəliklərinin,  o  cüm-

lədən  revmatizmin,  oynaq  və  onurğa 

sütunu  xəstəliklərinin,  xroniki  gine-

koloji və digər xəstəliklərin müalicəsi 

üçü faydalıdır.

Göl  38  metr  dərinlikdə  yerləşən 

hidrokarbonat tərkibli bulaqlardan qi-

dalanır. Onun suyunda çoxlu mineral 

maddələr var. Saniyədə 410 litr suyun 

yer  səthinə  çıxması  sayəsində  cəmi 

72 saat ərzində gölün suyu tamamilə 

təzələnir.  Göldə  temperatur  7  bulaq 

suyunun qarışması hesabına formala-

şır. Bu qaynaqlardan ikisindən qaynar 

su, beşindən soyuq su çıxır. Hava şəra-

itindən asılı olaraq gölün temperaturu 

24-38 dərəcə arasında dəyişir.

Heviz  gölünün  bəzi  yerlərində 

dərinlik  38,5  metrə  çatır.  Gölün  əra-

zisinin üçdə iki hissəsində isə dərinlik 

1,5-2 metrdir: əlinizi uzatsanız gölün 

dibinə  çatar.  Buradakı  yumşaq  lil  və 

palçıq da müalicəvi effektə malikdir.

Gölün suyu insanı sakitləşdirir və 

təravətləndirir, müntəzəm və fasiləsiz 

su  axını  orqanizmə  xoş  yüngül  ma-

saj  təsiri  bağışlayır.  Burada  heç  kəs 

üzmür.  İnsanlar  xilasetmə  dairələrinə 

söykənərək suyun ilıq səthində sərbəst 

şəkildə  uzanıb  dincəlirlər.  Gölün  di-

bindən fasiləsiz fontan vuran bulaqlar 

burada dincələnlərin göl səthində asta-

ca dreyf etməsinə şərait yaradır. Onu 

da qeyd edək ki, həkimlə məsləhətləş-

mədən  gölün  suyunda  30  dəqiqədən 

çox qalmaq tövsiyə olunmur.

Yeri  gəlmişkən,  Hevizdə  içməli 

mineral su bulaqları da var. Bu suyun 

tərkibindəki  kükürd  xroniki  qastritlər 

və mədə turşuluğunun azlığı kimi hal-

larda  yaxşı  təsir  göstərir.  Şəhərin  bir 

neçə hissəsində yerləşən bu bulaqların 

suyundan hər kəs pulsuz istifadə edə 

bilər.


Hevizdə istirahət edənlər çox olsa 

da, göl daim canlıdır. Buradakı çəhra-

yı, ağ, yasəməni rəngli güllər xoş ətir 

saçır. Göldə bitkilərdən əlavə, balaca 

balıqlar da var. Onlar suda çimən in-

sanlara  əsla  mane  olmur.  İlin  soyuq 

fəslində  isə  bura  köçəri  quşlar  –  ör-

dəklər  və  qu  quşları  uçub  gəlir.  Gö-

lün dövrəsindəki gözəl meşə onu kə-

nar təsirlərdən – küləkdən, tozdan və 

hay-küydən qoruyaraq, ətrafda unikal 

mikroiqlim yaradır.

Alimlər  bildirirlər  ki,  güclü  və  zərif  cinsin 

nümayəndələrinin orta yuxu müddəti son 10 ildə 

2 saat qısalıb.

“healthvesti.com” saytı xəbər verir ki, Böyük 

Britaniyada yerləşən klinik mərkəzin əməkdaşla-

rı belə qənaətə gəliblər.

Əvvəllər həkimlər insanların gecə istirahətinə ayırdıqları saatların 

sayına görə narahatlıq keçirmirdilər. Amma hazırda insanın orta yuxu 

müddəti təqribən 5 saatdır. Halbuki ötən illərdə bu göstərici 7 saata 

bərabər idi.

Az yatmaq işləyən kişi və qadınlarda müşahidə olunur. Həkimlər 

müşahidə ediblər ki, cavanlar istirahət günlərində adəti üzrə olduğun-

dan yarım saat çox yatırlar. Tədqiqatçıların sözlərinə görə, insan pen-

siya yaşına çatanda, onun statistik informasiyası əsaslı surətdə dəyişir.

Alimlər həyəcan təbili çalaraq bildirirlər ki, insanlar gecə istirahə-

tinə getdikcə daha az vaxt ayırırlar. Maddi rifah halının yüksəldilməsi 

ilə bağlı yaşanan stress, ortaya çıxan problemlər yuxunu ərşə çəkir.

Myanmada Çinduin çayında baş 

vermiş gəmi qəzası nəticəsində həlak 

olanların sayı 70 nəfərə çatıb. Bu 

barədə oktyabrın 20-də Myanmar 

Eleven qəzetinin internet versiyası 

məlumat yayıb.

Xilasedicilər  suyun  üzərinə  qal-

dırdıqları çay gəmisində 40-dək cəsəd 

aşkarlayıblar. Otuz nəfərdən çox insan 

hələ  də  itkin  düşmüş  sayılır.  Ölənlər 

arasında budda bayramını qeyd etmək 

üçün  məbədlərdən  birinə  gedən  çox-

lu  dövlət  qulluqçularının,  universitet 

müəllimləri və tələbələrinin, həmçinin 

yanğın mühafizəsi xidməti əməkdaşla-

rının böyük qrupunun olduğu bildirilir.

Qəza  oktyabrın  9-u  -  bazar  günü 

səhər  saatlarında  baş  verib.  Qəzetin 

məlumatına  görə,  150-170  sərnişin 

üçün  nəzərdə  tutulan  çay  gəmisinin 

göyərtəsinə 300-dək insan yığışıb. Su-

altı maneəyə toxunan gəmi çevrilərək 

batıb. Qəzadan dərhal sonra 154 nəfəri 



xilas etmək mümkün olub.

Tahir Dadaşov

silahlı Şəxslər Mühacirlərin qayığına hücuM ediBlər

aralıq dənizində 3 Min 300 Miqrant xilas ediliB

ən Böyük Mineral sulu göl

yuxuMuz ərŞə çəkilir

gəMi qəzası nəticəsində ölənlərin sayı 70 nəfərə çatıB

yarızarafat, 

yarıgerçək

Burnumuzu çox yerə soxduğumuz üçün 

ağızla yediyimizi bəzən burnumuzdan gətirir-

lər?

qəribədir, ən tənbəl adam da küyə gedir.

əvvəllər çox şeyə fikir vermədiyim üçün 

indi mənə fikir vermirlər?

it hürən tərəfə gedəcək adam üçün nə gecə, 

nə gündüz?!

arı olan varı ilə öyünməz.

ədəb-ərkan da dəbə düşsəydi...

hər lüt gəzən aləmi bəzəyən deyil.

qismətdən artıq... demək olmur.

dilə-dişə düşmək işə düşməkdən daha 

pisdir.

fikirləşməyə həmişə dəyər.

kişi də söz aparıb-gətirər?

Bulanıq suda da ancaq və ancaq olan şeyi 

tutmaq olur.

kimi gününə, kimi də özünə gün ağlayır.

ağıllı adamların susmağa ixtiyarı yoxdur. 

yoxsa axmaqların səsi dünyanı başına gö-

türər.

təmizliyi sevmədiyimiz üçün erməniləri 

işğal etdikləri ərazilərimizdən təmizləmirik?

adam var işləri, adam var həmişə dişləri 

qaydasında olur.

əyriyə düz deyən də elə düzə əyri deyənin 

tayıdır.

Boynumu gərək yoğunladam. son vaxtlar 

bütün günahları mənim bonuma tökürlər.

krandan suyu gələn adama quyu niyə 

qazırlar?

Bu boyda yalan olar? yalan nə boyda olan-

da yaxşıdır ki?

adamın təpəsindən çıxan tüstüyə baxanda 

siqaret tüstüsünə min şükür!

əvvəllər heç nə olmayanda da abır-həya 

var idi.

Maraqlıdır, işdən baş çıxarmayanlar pul 

necə çıxarırlar?

indi adı toy dəftərində olmayanlar daha 

çox sevinir.

turp o qədər xeyirlidir ki, çox adamın 

başında turp əkirlər?

Bəziləri ələ verəcəyindən qorxduğu üçün 

saqqal saxlamır?

əcəli gəlməyinin üstünə kim gəlsə  ölməz.

ağzı qatıq kəsməyənin ayranı nə olar?

suyu heç gəlməyəndə də suyu süzülə-sü-

zülə gəlir.

Bəzilərinin saqqızını oğurlayandan  mən 

ən azı oğurlaya bilməsinlər deyə saqqız çeynə-

mirəm.

görəsən bığ saxlasam, kimsə altından 

keçər?

keyfiyyəti sevdiyi üçün hər şeyin çürüyünü 

çıxardır?

Baisin evi nədəndir ki, yıxılmır?

Bəzi adamların ayaqlarını da qorumaq 

lazımdır. çünkü həmin adamların ayaqlarının  

bildiyini çox adamın heç başı bilmir.

guya yenilik edirlər:qurdu qoyuna tapşı-

rırlar.

Başları omadığı üçün aş olan yerdə bəziləri 

baş olmaq istəyir?

hər üç adamdan ikisinin çörəyi diz üstə-

dirsə, çörəkdə bərəkət qalar?

əcdadları uzunqulaq olmayıbsa, ermənilər 

bizə münasibətdə niyə bu qədər uzunqulaqlıq 

edirlər?

təbiəti çox sevdiklərinə görə bəziləri qar-

lı-şaxtalı qış günlərində də  özlərini tez-tez dağ 

başına qoyurlar? 

Məni o qədər “baqaja” qoyublar ki, bəzən 

maşınla getmək vacib olanda da, az qalır 

özüm “baqaja” minim.

iki ən yaxşı adamın adını çəkə bilərsən? 

sən allah, ikincisi də mənəmsə, vay bu dünya-

nın halına.

iş adamın cövhəri olduğu üçün “qa” 

deyəndə də mənə iş verirlər, “qu” deyəndə də?

hər üç sözündən ikisi yalan, biri də iftira 

olmayan yəqin ki, erməni deyil.

Başqa millətlərə həmişə kəniz olan ermə-

nilər niyə yuxularında  daha çox 3 kəniz yox, 

3 dəniz görürlər?

yumurtadan yun qırxanlar çoxaldığı üçün 

yumurta bahalaşır? 

ən pis inflyasiya adamların ucuzlaşması-

dır.

iynə deyil ki! adamlığı da itirmək olar?

heyf deyil vegeterianlıq. ən azı bilirsən ki, 

bir-birinin ətini yemirlər.

hər kəs adətən iştahasına görə vəzifə istə-

yir.

ermənilərin yeri-yurdu olmayıbsa, biz də 

onlara yerini göstərməməliyik?

yaxşı ki, kommunizm qura bilmədik. 

yoxsa onu sökməyə də filan qədər vaxtımız 

gedərdi. 

Şəxsən mən hansısa “kişi”nin sırğa taxma-

ğının əleyhinə deyiləm. Bir şərtlə ki, ləçək də 

bağlasın.

qulaqlardan dadlı nə isə bişirmək olur? 

niyə adətən daha çox adamın qulağını kəsmək 

istəyirlər?

düzəltməsən, “çaşmaqdan” pis şey yoxdur.

deyəsən yuxarıdan baxanda yaxşı gö-

rünürəm. yoxsa niyə bu qədər adam mənə 

ancaq yuxarıdan aşağı baxır?

filankəsə araq butulkası atıblar. inciyib. 

Butulka boş olduğu üçün?!

Rasif  TAHİROV

sərxoş sürücünü qəbul 

etməyən avtomobil

ABŞ-da düşünülmüş və avtomobillərin sükanı 

arxasına yerləşdirilmiş yeni elektron sistem toxunuş 

və nəfəs qəbulediciləri ilə sürücünün spirtli içki 

qəbul etdiyini təsdiqləyərsə avtomobil kilidlənir və 

maşını idarə etmək mümkün olmur.

Amerika mütəxəssislərinin hazırladıqları bu elekt-

ron  sistem  avtomobil  qəzalarına  son  qoyacaq.  Sürü-

cülər içkili olduqda sistem işə düşəcək. Əvvəlcə avto-

mobili işə salmaq üçün sükan arxasına yerləşdirilmiş 

elektron sistemlə spirtli içki testindən keçmək lazım-

dır. Nəfəs sensoru qandakı alkoqolu ölçür və sürücü 

spirtli içki qəbul etmiş olarsa, maşın hərəkət etmir.



uçan avtomobillər 

Tezliklə fan-

tastik filmlərdə 

nümayiş etdirilən 

uçan avtomobillər 

reallığa çevrilə-

cək. Belə ki, 2017-

ci ildə "AeroMo-

bil 3.0" adlı uçan avtomobil satışa çıxarılacaq.

"belta.by"  saytı  xəbər  verir  ki,  Slovakiya  şirkəti 

həmin avtomobillərin istehsalını həyata keçirəcək.

"AeroMobil 3.0" avtomobilinin təqdimat videosu 

hələ  2014-cü  ildə  "YouTube"  videohostinqində  yer-

ləşdirilib. İndi bu çarxa baxış sayı 10 milyona bəra-

bərdir.

Bu  avtomobil  səmada  saatda  200  kilometrədək 



sürət yığa biləcək. Avtomobil uçmaq üçün qanadlarını 

açmalı  və  ən  azı  300  metr  uçuş  zolağı  məsafəsində 

boş  məkana  malik  olmalıdır.  Gələcəyin  avtomobili 

havada 1 saat uçmaqdan ötrü 15 litr yanacaq işlədir.

"AeroMobil"  uçan  avtomobilinin  qiyməti  200 

min avro təşkil edir. Bundan başqa, belə avtomobili 

idarə etmək üçün yalnız sürücülük vəsiqəsi deyil, həm 

də pilot lisenziyası tələb olunur.



ziyarətçilərə ilan masajı təklif olunur

Filippinin Sebu 

şəhərindəki heyvanxa-

naya gələn turistlərə 

ilk baxışda maraqlı 

görünən pulsuz ilan 

masajı təklif olunur. 

Bu vaxt masaj insanlar 

tərəfindən deyil, ümumi çəkiləri 250 kiloqram olan 

böyük ilanlar tərəfindən edilir. Əlbəttə ki, bu prose-

durla ziyarətçilərin heç də hamısı razılaşmır.

Heyvanxananın əməkdaşları ziyarətçilərə qurşağa 

qədər  soyunmağı,  bərk  bambuk  çarpayının  üzərinə 

uzanmağı və özlərini dörd Birma pitonunun ixtiyarına 

verməyi təklif edirlər. Bu pitonların adı Mişel, Uolter, 

İ-Ci və Danieldir. Müştəri ilə ünsiyyət zamanı gözlə-

nilməz aclıq tutmalarından qaçmaq üçün hər bir masaj 

seansı ərəfəsində bu ilanların hər biri 10 cücə yeyir.

Heyvanxananın əməkdaşlarının bildirdiyinə görə, 

bu  təhlükəli  canlıların  insan  bədəni  üzərində  10-15 

dəqiqə hərəkəti orqanizmə sakitləşdirici və sağlamlaş-

dırıcı təsir göstərir.

Belə masaj qəbul etmiş ziyarətçilərdən birinin bil-

dirdiyinə görə, masaj zamanı nəfəsi ilanlara tərəf ver-

mək olmaz, çünki bu, onlara iynə batırma və ya zərbə 

təsiri bağışlayır. İkincisi, əgər təhlükə hiss edirsinizsə, 

heç vaxt köməyə çağırmaq olmaz. Bu zaman bədən-

dəki titrəyişi hiss edən ilanlar bunu onlara hücum kimi 

qəbul edə bilərlər.

Heyvanxananın əməkdaşının bildirdiyinə görə, bu 

prosedur çoxlarına qorxulu gəlsə də, sonda ondan çox 

razı qalırlar.



etibarlı bank kartı hazırlanıb

Fransanın 

“Oberthur Tech-

nologies” şirkəti 

təhlükəsizlik 

kodunu hər saat 

dəyişən kredit 

kartı hazırlayıb. 

İstehsalçıların 

fikrincə, belə təhlükəsizlik tədbiri kart oğurlandığı 

zaman ondan istifadəni qeyri-mümkün edəcək.

  “techcult.ru”  saytının  verdiyi  xəbərə  görə,  son 

zamanlar  kredit  bank  kartları  ilə  bağlı  internet  fırıl-

daqçılığı geniş yayılıb. Əksər banklar şübhəli əməliy-

yatların nişanlanması yolu ilə fırıldaqçılarla mübarizə 

aparmağa çalışsa da, bu sistem özünü doğrultmayıb. 

Fransanın  “Sosiete  General”  və  “Groupe  BPCE” 

bankları  “Oberthur  Technologies”  şirkəti  tərəfindən 

hazırlanmış və fırıldaqçılığın qarşısının alınması üzrə 

“Motion Code” adlı yeni sistem tətbiq edib.

Kredit kartının arxa tərəfində yerləşdirilmiş kiçik 

ekranda hər saat təhlükəsizlik kodu dəyişilir ki, bu da 

fırıldaqçı  əməliyyat  cəhdlərinin  qarşısını  alır.  Ekran 

möhkəm sukeçirməz materialdan hazırlanıb və üçillik 

kiçik litium akkumulyator vasitəsilə işləyir.

Azərbaycan Respublikası ərazisin-

də tanınan və ekvivalentliyi müəyyən 

edilmiş (nostrifikasiya olunmuş) xari-

ci dövlətlərin ali təhsil müəssisələrinin 

diplomlarını almış şəxslər barədə mə-

lumat bazası istifadəyə verilib. Məlu-

mat bazasına Təhsil Nazirliyinin say-

tındakı  “Nostrifikasiya”  bölməsinin 

“Tanınan diplomların sahibləri barədə 

məlumat bazası” (http://edu.gov.az/az/

nostrification/search) keçidindən daxil 

olmaq olar.

Nazirlikdən  bildiriblər ki, bazanın 

yaradılması Prezident İlham Əliyevin 

“Dövlət orqanlarının elektron xidmət-

lər  göstərməsinin  təşkili  sahəsində 

bəzi  tədbirlər  haqqında”  Fərmanın-

dan irəli gələn vəzifələrin icrası işinin 

səmərəliliyinin  artırılması  məqsədlə-

rinə xidmət edir.

Məlumat  bazasında  ilkin  olaraq 

2013-cü il mayın 13-dən bu günədək 

ekvivalentliyi  müəyyənləşmiş  (nost-

rifikasiya  olunmuş)  xarici  dövlətlərin 

ali təhsil müəssisələrinin diplomlarını 

almış  şəxslər  barədə  məlumatlar  yer-

ləşdirilib.  Axtarış  panelində  diplomu 

təsdiqlənmiş  şəxsin  soyadı,  adı  və 

atasının  adı  yazılmaqla  onun  təhsil 

aldığı ölkə, müəssisə, ixtisası və təh-

sil səviyyəsi barədə məlumatları əldə 

etmək  mümkündür.  Məlumat  bazası 

mütəmadi yenilənəcəkdir.

Bazadakı  məlumatlardan  həm 

nostrifikasiya  olunmuş  diplomların 

sahibləri, həm də onları işəgötürənlər 

faydalana bilərlər.



tanınan diploMlarla Bağlı yeni MəluMat Bazası

səyahətçilər üçün modul ev

Stokholmun 

“MAP” memarlıq 

studiyası meşə və 

dağları gəzdikdən 

sonra yorulmuş 

səyahətçilər üçün 

evcik layihəsini 

təqdim edib.

  “novate.ru”  saytı  bildirir  ki,  “DICE” 

adlanan bu evdə yolundan azmış və səfər 

zamanı heydən düşmüş turistlər bir gecəlik 

qala bilərlər.

Evcik  istənilən  yer  üçün  (düzənlik 

və ya çətin keçilən dağ) adaptasiya oluna 

bilər. Burada yalnız pəncərədən düşən təbii 

işıqdan istifadə ediləcək.



Yüklə 497,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə