R b a y c a n X z r d n z g m



Yüklə 403,03 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix21.06.2018
ölçüsü403,03 Kb.
#50436
1   2   3   4   5   6   7

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


15 iyul 2016-cы il   № 41-44 (9047)

2

ukrayna baş nazirinin müavini 

nəqliyyat infrastrukturu ilə bağlı 

məsələlərin həlli yollarını təklif edib

Ölkələrimiz arasında 

əmtəə dövriyyəsinin inkişafı-

na heç bir maneə yoxdur.  Bu 

sözləri Azərbaycanda rəsmi 

səfərdə olarkən Ukrayna Baş 

nazirinin müavini, regional 

inkişaf, tikinti və mənzil-kom-

munal təsərrüfatı naziri 

Gennadi Zubko jurnalistlərə 

müsahibəsində deyib.

Ukrayna nazirinin sözlərinə görə, nəqliyyat infrastruktu-

ru ilə bağlı məsələlər ölkələrimizin potensialı nəzərə alına-

raq həll edilməlidir. G.Zubko İpək Yolunun bərpasını, habelə 

Azərbaycan neftinin Ukrayna ərazisi ilə Avropaya daşınması, 

Ukraynada  qaz  mənbələrinin  şaxələndirilməsi  imkanlarını 

nəzərdə  tutan  “Baltik  dənizi  –  Qara  dəniz  –  Xəzər  dənizi” 

nəqliyyat  dəhlizinin  yaradılmasını  bu  istiqamətdə  əsas  və-

zifələrdən biri adlandırıb.

Müxtəlif  sahələrdə  qarşılıqlı  əlaqələrin  yoluna  qoyul-

duğunu  edən  G.Zubko  vurğulayıb  ki,  hökumətlərarası  nü-

mayəndə  heyətinin  fəaliyyəti  əməkdaşlığın  genişlənməsinə 

və  dərinləşməsinə  yönəlib.  Onun  sözlərinə  görə,  ölkələri-

mizin ixrac-idxal potensialı son illərdə bir qədər azalıb. O, 

bu  prioritet  məsələnin  həllini  təkcə  əmtəə  və  məhsulların 

ixracının artırılmasında deyil, həm də lazımınca qiymətlən-

dirilməyən tranzit imkanlarının həyata keçirilməsində görür. 

Ukrayna Baş nazirinin müavini deyib: “Bu gün Azərbaycan 

nəqliyyat infrastrukturunda mühüm rol oynayan tərəfdaşlar-

dan biridir”.



“şimal-cənub” beynəlxalq 

nəqliyyat dəhlizi ilə bağlı 

müzakirələr aparılıb

İyulun 2-də Ba-

kıda “Şimal-Cənub” 

Beynəlxalq Nəqliyyat 

Dəhlizi ilə bağlı müza-

kirələr aparılıb.

“Azərbaycan  Dəmir 

Yolları”  QSC-nin  mət-

buat  katibliyindən    bil-

dirilib  ki,  müzakirələr 

Azərbaycan, İran və Ru-

siya dəmiryolçuları arasında keçirilən üçtərəfli görüş zamanı 

baş tutub.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Ca-

vid Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan la-

yihələr,  qarşıda  duran  perspektiv  vəzifələr  haqqında  ətraflı 

məlumat verib.

O bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəh-

lizinin  tikintisinin  reallaşdırılması Azərbaycanın  tranzit  po-

tensialının  artırılmasında,  ölkələrimiz  arasında  əlaqələrin 

daha da genişləndirilməsində mühüm rol oynayacaq.

Sonra  üçtərəfli  görüşdə  Azərbaycan  tərəfinin  Astara 

(Azərbaycan)-Astara  (İran)  birləşdirici  xəttinin  tikintisində, 

İran  tərəfinin  Qəzvin-Rəşt  birləşdirici  xəttinin  tikintisində 

gördüyü işlər, Rusiya-Azərbaycan-İran və Rusiya-Azərbay-

can-İran-Hindistan  marşrutları  üzrə  və  əks  istiqamətdə  yük 

daşınma  həcminin  artırılmasında  “Rusiya  Dəmir  Yolları” 

ASC-nin iştirakı, Rəşt-Astara (İran)-Astara (Azərbaycan) də-

mir yolu xəttinin tikintisinin maliyyələşdirilməsində də “Ru-

siya Dəmir Yolları” ASC-nin iştirak şərtləri müzakirə olunub.

Tədbirin sonunda müvafiq sənəd imzalanıb.

Qeyd  edək  ki,  “Şimal-Cənub”  Beynəlxalq  Nəqliyyat 

Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam 

Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-

də Sankt-Peterburq şəhərində bağlanıb. Razılaşma daxili pro-

sedurlardan keçdikdən sonra 2002-ci il mayın 21-də qüvvəyə 

minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublika-

sının Qanunu ilə ölkəmiz “Şimal-Cənub Beynəlxalq nəqliy-

yat dəhlizi haqqında Saziş”ə qoşulub.

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

2015-ci il dekabrın 7-də “Şimal-Cənub Beynəlxalq Nəqliyyat 

Dəhlizinin  Azərbaycan  Respublikasının  ərazisindən  keçən 

hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam im-

zalayıb. Həmin Sərəncama uyğun olaraq, 2016-cı il aprelin 

20-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası-

nın dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzun-

luğunda  dəmir  yolu körpüsünün  təməli  qoyulub,  2016-cı  il 

martın 1-dən isə Astara stansiyasından İran İslam Respubli-

kası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda 

yeni dəmir yolu xəttinin tikintisinə start verilib.

Həm  körpünün,  həm  də  dəmir  yolu  xəttinin  tikintisinin 

2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 

QSC yaradıldığı vaxtdan qarşısında qoyul-

muş əsas hədəflərdən biri beynəlxalq stan-

dartlara uyğun idarəetmə sisteminin yaradıl-

ması və inkişaf etdirilməsidir. Bu məqsədlə 

Gəmiçilikdə ardıcıl tədbirlər həyata keçirilir. 

Korporativ idarəetmə - bütün risklər nəzərə 

alınmaqla, şirkətin öz hədəflərinə biznes 

etikası normalarına riayət olunmaqla çatmaq 

üçün tətbiq etdiyi sistemdir.

Növbəti  addım  bu  sistemin  beynəlxalq 

normalara uyğunluq dərəcəsinin müəyyənləş-

dirilməsi  ilə  bağlıdır.  Bunun  üçün  “Ernst  & 

Young” şirkəti ilə AXDG arasında korporativ 

idarəetmənin qiymətləndirilməsi layihəsi üzrə 

müqavilə imzalanıb. Layihə çərçivəsində “Er-

nst & Young” şirkətinin məsləhətçiləri tərəfin-

dən korporativ idarəetmənin mövcud vəziyyə-

ti təhlil olunur, bu sahədə artıq tətbiq edilmiş 

bütün  zəruri  sənədlər  toplusu  nəzərdən  ke-

çirilir,  Gəmiçiliyin  rəhbər  işçiləri  və  aparıcı 

mütəxəssisləri ilə təlim və müsahibələr aparı-

lır. Nəticədə korporativ idarəetmənin daha da 

təkmilləşdirilməsi üçün təkliflər və yol xəritə-

si hazırlanacaq.

Gəmiçiliyin  rəhbərliyi  yaxın  dövrdə 

korporativ  idarəetmə  üzrə  müvafiq  reytinqin 

alınmasını da planlaşdırır.

İyulun 12-də Fövqəladə Hallar 

Nazirliyinin (FHN) Xəzər Hövzə 

Qəza-xilasetmə Xidmətinin təşkilat-

çılığı ilə “Neft Dağılmalarına Qarşı 

Hazırlığın Regional Təşəbbüsü” 

(OSPRI) şirkəti ilə birlikdə neft 

dağılmalarına qarşı hazırlıq və ca-

vabvermə tədbirləri üzrə “dəyirmi 

masa” keçirilib.

FHN-dən  bildiriblər  ki,  tədbi-

rin  keçirilməsində  məqsəd  dənizdə 

mümkün  neft  dağılmalarına  qarşı 

hazırlığın  müzakirəsi  və  beynəlxalq 

təcrübənin  bölüşülməsi, Aktau  Pro-

tokolu çərçivəsində regionda əməkdaşlıq imkan-

larının müzakirəsindən ibarət olub.

Tədbirdə  Fövqəladə  Hallar,  Ekologiya  və 

Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Res-

publikasının  Dövlət  Dəniz Administrasiyasının, 

SOCAR və BP-nin nümayəndələri iştirak ediblər.

FHN-in  Xəzər  Hövzə  Qəza-xilasetmə  Xid-

mətinin rəisi Piri Quluzadə tədbirin mahiyyətin-

dən danışıb, belə görüşlərin keçirilməsinin vacib-

liyini vurğulayıb. O, deyib ki, bu cür tədbirlərdə 

qazanılan  nəzəri  təcrübələr  neft  sahəsində  baş 

verə biləcək hadisələrin nəticələrinin aradan qal-

dırılmasında, belə hallara çevik reaksiya verilmə-

sində mühüm rol oynayır.

OSPRI-nin meneceri Peter Taylor iştirakçıla-

ra tədbir haqda məlumat verib, təmsil etdiyi qu-

rumun  yaranma  səbəbi  və  məqsədlərindən  söh-

bət açıb. Bildirib ki, şirkətin əsas fəaliyyəti neft 

dağılmalarına  qarşı  aidiyyəti  orqanlar  arasında 

əlaqələndirici funksiyanı yerinə yetirməkdir.

Çıxış edən natiqlər Azərbaycanın neft dağıl-

malarına qarşı milli tədbirlər sistemi, beynəlxalq 

və  regional  əməkdaşlığın  imkanları  və  onların 

reallaşdırılması,  lokal  yanğınların  neft  dağılma-

sında alət kimi istifadəsi və s. mövzularda ətraflı 

məlumat veriblər.

“Dəyirmi masa”ya iyulun 13-də yekun vuru-

lub.


Tahir Dadaşov

Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyinin 

beynəlxalq miqyasda 

tanınmış şirkətlərlə 

əməkdaşlığı inkişaf 

etməkdədir. Bu sırada 

dünyanın ən nüfuzlu 

təsnifat cəmiyyətlərin-

dən sayılan Amerika 

Gəmiçilik Bürosu (ABS) 

ilə iş birliyini xüsusi 

qeyd etmək olar.

Təsadüfi  deyil  ki,  ABS  şirkəti  Gəmiçiliyə 

İSO-9001, İSO-14001, OHSAS-18001 və İSO-

50001 üzrə 5 illik sertifikatlar verib. ABS Aka-

demiyası  isə  işçilərin  peşəkarlıq  səviyyəsinin 

yüksəldilməsi  və  fəaliyyətin  beynəlxalq  tələb-

lərə uyğun qurulması məqsədilə mütəmadi tre-

ninqlər təşkil edir. 

Belə qarşılıqlı faydalı əməkdaşlığın davamı 

iyulun  12-də  Gəmiçilikdə  keçirilmiş  görüşdə 

diqqət mərkəzində olub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapa-

lı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev res-

publikamızda  səfərdə  olan  Amerika  Gəmiçilik 

Bürosu Avropa Divizionunun şərq regionu üzrə 

vitse-prezidenti Vassilios Kroustallis və ABS-in 

Xəzər regionu və Rusiya Federasiyası üzrə bölgə 

meneceri Bişvadeep Banerjee ilə görüşüb.

Vassilios  Kroustallis  Bakıya  səfərinin 

məqsədlərindən  danışaraq,  burada  həyata  ke-

çirilən  layihələrə  toxunub,  Azərbaycan  Xəzər 

Dəniz  Gəmiçiliyi  ilə  əməkdaşlığı  yüksək  qiy-

mətləndirib. Qonaq ikitərəfli əlaqələrin daha da 

genişləndirilməsinə  tərəfdar  olduğunu  vurğu-

layıb  və  ABS-in  dəniz  nəqliyyatının  müxtəlif 

sahələrində xidmətlərini təklif edib.

Rauf  Vəliyev  Gəmiçiliyin  fəaliyyət  is-

tiqamətləri, görülən işlər və qarşıda düran hədəf-

lər barədə ətraflı söhbət açıb. Bildirib ki, istər do-

nanmaların, istərsə də sahil təşkilatlarının işinin 

beynəlxalq  standartlar  səviyyəsində  qurulması, 

mütəxəssislərin peşə hazırlığının artırılması, bu-

nun üçün xarici şirkətlərlə sıx əməkdaşlıq Gəmi-

çiliyin  başlıca  önəm  verdiyi  məsələlərdir.  Bey-

nəlxalq miqyasda tanınan Ernst & Young, Fitch 

Ratings, ABS kimi şirkətlərin təcrübəsi Azərbay-

can Xəzər Dəniz Gəmiçiliyi üçün böyük əhəmiy-

yət kəsb edir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapa-

lı Səhmdar Cəmiyyətinin sədri Amerika Gəmiçi-

lik Bürosu ilə iş birliyini dəyərləndirərək, ABS 

Akademiyasının  keçirdiyi  treninqlərin  səmərə-

sindən razılıq ifadə edib. Tərəflər qarşılıqlı ma-

raq doğuran bir sıra digər məsələlərə də toxunub-

lar. Görüşün sonunda Vassilios Kroustallis Rauf 

Vəliyevə AXDG-nin gəmi və sahil personalının 

korporativ təliminə yönəlmiş davamlı səylərinə 

görə ABS Akademiyasının  Sertifikatını  təqdim 

edib. 

Vüqar SADIQOV

Gəmiçiliyin rəhbərliyi yaxın dövrdə korporativ 

idarəetmə üzrə müvafiq reytinqin alınmasını planlaşdırır

neft dağılmalarına qarşı hazırlıq və cavabvermə 

tədbirləri üzrə “dəyirmi masa” keçirilib

Gəmiçiliyə abs akademiyasının sertifikatı təqdim olundu



Yüklə 403,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə