R b a y c a n X z r d n z g m



Yüklə 403,03 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix21.06.2018
ölçüsü403,03 Kb.
#50436
1   2   3   4   5   6   7

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


15 iyul 2016-cы il   № 41-44 (9047)

3

Azərbaycan Xəzər Dəniz Gəmi-

çiliyinin rəhbərliyi Dəniz Akademi-

yasının təhsildə uğurlu nəticələri 

ilə fərqlənən məzunlarının işlə 

təmin olunmasına, karyera inkişa-

fına, əlavə təhsil almasına, habelə 

sosial müdafiəsinin gücləndirilmə-

sinə daim xüsusi diqqət yetirir. Re-

gionda dənizçilik sahəsində yeganə 

ali təhsil müəssisəsi olan Azərbay-

can Dövlət Dəniz Akademiyasında 

tələbələrin savadlı mütəxəssis kimi 

yetişməsi Gəmiçiliyin perspektivli, 

bilikli kadrlarla təminatında əhə-

miyyətli rol oynayır.

Bu günlərdə Dəniz Akademiyasın-

da  bakalavr  pilləsini  bitirən  IV  kurs 

tələbələri buraxılış işlərini müdafiə et-

dilər. 10 ixtisas üzrə təhsil alan gənclər 

Azərbaycanda  dəniz  nəqliyyatı  sahə-

sində  nüfuzlu  mütəxəssislərdən  ibarət 

müdafiə komissiyaları qarşısında çıxış 

etdilər, gələcək sərbəst həyatın astana-

sında son imtahandan keçdilər.

“Azərbaycan  Xəzər  Dəniz  Gəmi-

çiliyi”  Qapalı  Səhmdar  Cəmiyyətinin 

sədri  Rauf  Vəliyev  bu  vəzifəyə  təyin 

olunandan  dəfələrlə  Dəniz  Akademi-

yasının  tələbələri  ilə  rəsmi  və  qey-

ri-rəsmi görüşlər keçirib, onların həm 

təhsili,  həm  də  sosial  problemləri  ilə 

yaxından tanış olub, çətinliklərin həl-

li  üçün  müvafiq  qurumlara  tapşırıqlar 

verib.  Gənclərlə  səmimi  söhbətlərdə 

onlara  dənizçi  peşəsinin  məsuliyyəti 

ilə yanaşı, hörməti və şərəfi barədə fi-

kirlərini çatdırıb.

Buraxılış  prosesinin  məsuliyyətini 

nəzərə  alaraq,  Rauf  Vəliyev  iyunun 

28-də      Dəniz Akademiyasında  olub, 

müdafiələrin  obyektiv  və  şəffaf  aparılması  ilə 

maraqlanıb.  Cəmiyyətin  sədri  auditoriyalar-

da  tələbələrin  çıxışlarını  dinləyib,  bütövlükdə 

gənclərin  hazırlığına  diqqət  yetirib,  onlara  və 

müəllimlərə tövsiyələrini verib.

Qeyd  edək  ki,  iyunun  əvvəlində  Akade-

miyanın  “Dəniz naviqasiyası”, “Gəmi elekt-

rotexnikası” və “Gəmi mexanikası” fakültələ-

rində konvensiya ixtisasları üzrə təhsil alan IV 

kurs tələbələri arasında peşəkar mütəxəssislər 

və  Gəmiçiliyin  rəhbər  şəxsləri  ilə  müsahi-

bələrdən  keçməklə  seçim  aparılıb.  Təhsildə 

akademik  göstəriciləri,  nizam-intizamları, 

fərdi  keyfiyyətləri  ilə  fərqlənən  11  tələbəyə 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı 

Səhmdar  Cəmiyyətinin  sədri  Rauf  Vəliyevin 

imzası  ilə  işə  qəbul  üçün  zəmanət  məktubu 

təqdim  edilib.  Onlar  Dəniz  Akademiyasını 

uğurla bitirdikdən sonra Gəmiçilik sistemində 

işlə təmin ediləcəklər.



Litva nəqliyyat və İKT sahəsində Azər-

baycanla əməkdaşlığın genişləndirilməsində 

maraqlıdır. Litvanın nəqliyyat və kommu-

nikasiya naziri Rimantas Sinkyaviçyus bu 

fikri AZƏRTAC-ın xüsusi müxbirinə mü-

sahibəsində söyləyib. R.Sinkyaviçyus deyib: 

“Biz şəhər və kənd yerləri arasında rəqəmsal 

qeyri-bərabərliyin azaldılması üzrə elektron 

kommunikasiyalar sahəsində Avropa İtti-

faqında nümunəvi hesab edilən iri layihələ-

rin reallaşdırılması təcrübəsini bundan 

sonra da bölüşməyə hazırıq”.

Nazir TASİM (Transavrasiya Yüksək Sürətli 

İnformasiya  Magistralı)  layihəsinin  sürətləndi-

rilməsində  Litvanın  maraqlı  olduğunu  bildirib. 

Azərbaycanın da fəal iştirak etdiyi bu layihənin 

məqsədi Qərbi Avropa və Şərqi Asiya ölkələrin-

dən keçən transmilli lifli-optik xətt çəkilməsidir.

R.Sinkyaviçyusun fikrincə, Litvanın ictimai 

sektorda  elektron  xidmətlər  yaradılması  sahə-

sində təcrübəsi də Azərbaycan üçün maraqlı ola 

bilər. Nazir bildirib ki, Litva elektron ictimai-in-

zibati  xidmətlər  sahəsində  tərəqqi  baxımından 

Aİ ölkələri arasında liderlərdən biridir. Litvanın 

DocLogix şirkəti “Azərbaycan Respublikasında 

G-Cloud bazasında vahid elektron sənəd dövriy-

yəsi”  layihəsinin  reallaşdırılması  çərçivəsində 

öz xidmətlərini təklif edir və əməkdaşlığın uğur-

la davam etdiriləcəyinə ümid bəsləyir.

Nazir  diqqətə  çatdırıb  ki,  Litvanın  İKT 

şirkətləri  Azərbaycana  maliyyə  sektoru,  ener-

getika və elektron hökumət sahəsində müvafiq 

həllər, habelə gəmi agentlərindən və ekspeditor-

lardan başlamış, stividorlarına və Dövlət Dəniz 

Limanının müdiriyyətinə qədər dəniz limanının 

bütün  iştirakçıları  üçün  həllər  təklif  edə  bilər-

lər.  Nazirin  sözlərinə  görə,  ölkələrimiz  arasın-

da  əməkdaşlığın  mümkün  sahələrindən  biri  də 

strateji  dövlət  resursu  olan  radiotezliklərindən 

səmərəli istifadə edilməsidir.

R.Sinkyaviçyus deyib: “Qeyd etmək lazım-

dır ki, “Azərpoçt” MMC və “Lietuvos pastas” 

səhmdar cəmiyyəti SC/STEFİ sistemi vasitəsilə 

elektron  pul  köçürmələrinin  təşkilində  əmək-

daşlıq edirlər. 2015-ci il aprelin 1-də iki ölkənin 

poçt təşkilatları arasında müvafiq müqavilə im-

zalanıb.


Nazir  R.Sinkyaviçyus  nəqliyyat,  avtomobil 

dəhlizlərinin  və  aviaaxınların  inkişafı  sahəsin-

də  əməkdaşlıq  məsələsinə  də  toxunaraq  bildi-

rib  ki,  ölkələrimiz  yaxın  gələcəkdə  avtomobil 

daşımaları sahəsində hökumətlərarası müqavilə 

imzalamağı planlaşdırırlar. Nazir qeyd edib ki, 

yaxşı inkişaf etmiş nəqliyyat infrastrukturuna və 

logistika mərkəzləri şəbəkəsinə malik olan Litva 

Azərbaycan yüklərinin Avropa və Skandinaviya 

ölkələrinə təhlükəsiz, sürətli və ucuz daşınma-

sını təklif edə bilər. Sevindirici haldır ki, Azər-

baycan  ilə  Litva  arasında  əmtəə  dövriyyəsinin 

artması  litvalı  və  azərbaycanlı  avtodaşıyıcılar 

tərəfindən daşımaların həcminin artmasına gəti-

rib çıxarır.

Nazir onu da diqqətə çatdırıb ki, Baltik də-

nizinin  ən  Şimal  hissəsində  donmayan  liman 

olan Klaypeda limanı öz müasirliyi və səmərəli 

işləməsi  sayəsində  Azərbaycan  yüklərinin  Av-

ropaya  və  Skandinaviya  ölkələrinə  təhlükəsiz, 

sürətli  və  qənaətlə  daşınması  üçün  böyük  im-

kanlar yarada bilər. Neft, həmçinin taxıl və digər 

kənd təsərrüfatı məhsullarının daşınması xü-

susi maraq doğurur. Son beş ildə Klaypeda li-

manının infrastrukturuna sanballı sərmayələr 

qoyulması sayəsində limanda bu məhsulların 

boşaldılması və yenidən yüklənməsi imkan-

ları xeyli artıb.

Litvalı  nazir  deyib:  “Kombinə  edilmiş 

“Vikinq”  nəqliyyat  layihəsinə  Azərbaycan 

Dəmir Yollarının da qoşulması bizi çox se-

vindirir. Bu, Litva, Ukrayna və Belarus də-

mir yollarını, Klaypeda, İliçevsk və Odessa 

stividor  şirkətlərinin  və  limanlarının  birgə 

layihəsidir. Ukrayna, Belarus və Litva ərazi-

sindən keçən marşrut Baltik regionundakı bir 

sıra dəniz konteyner və kontreyler xətlərini 

Qara dənizin, Aralıq dənizinin və Xəzər də-

nizinin analoji sistemi ilə birləşdirir. Layihə da-

şımaların vahid tarif üzrə həyata keçirilməsinə 

imkan verir.

Litvadan aviasiya marşrutlarının genişləndi-

rilməsində maraqlı olduğunu bildirən Rimantas 

Sinkyaviçyus Azərbaycan Respublikası ilə Litva 

Respublikası  arasında  birbaşa  müntəzəm  hava 

yolu açılmasını prioritet istiqamətlərdən biri ad-

landırıb.

Nazir Bakı-Tbilisi-Qars dəmir yolunun Litva 

üçün əhəmiyyətini də vurğulayaraq bildirib ki, 

bu xətt Çinin cənub yolunun mühüm hissəsi və 

Rusiya ərazisindən keçməklə malların daşınma-

sı üçün potensial alternativ variantlardan biridir.

2014-cü  ilin  payızında Azərbaycan  paytax-

tında  olmuş  litvalı  nazir    müsahibəsində  Bakı 

haqqında  təəssüratlarını  bölüşüb.  R.Sinkyaviç-

yus deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu - tarixi 

Böyük İpək Yolunun inkişafı üçün yeni imkan-

lar”  mövzusunda  beynəlxalq  konfrans  çərçivə-

sində  biz  Azərbaycanın  nəqliyyat  naziri  Ziya 

Məmmədovla  hər  iki  dövlət  üçün  əhəmiyyətli 

olan bir sıra məsələləri müzakirə etdik. Bakıda 

məni çox yaxşı qəbul etdilər. Sizin gözəl, müa-

sir şəhəriniz, səmimi və xeyirxah insanlar mənə 

çox xoş təsir bağışladı”.



Gənclərə qayğı Gəmiçiliyin perspektivli, bilikli 

kadrlarla təminatında əhəmiyyətli rol oynayacaq

xəzər dənizində nərə balıqlarının 

kommersiya ovuna texniki 

moratorium davam etdiriləcək

İyunun 29-da Qazaxıstanın Astana şəhərində Xəzər 

dənizinin  Su  Bioloji  Resursları  Komissiyasının  36-cı 

sessiyası keçirilib.

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  (ETSN) 

mətbuat  xidmətindən  verilən  məlumata  görə,  tədbirdə 

Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavi-

ni Rauf Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti ilə 

təmsil olunub.

Sessiyada Xəzəryanı ölkələr tərəfindən bioresurs eh-

tiyatlarının  vəziyyəti,  ümumi  icazə  verilən  balıq  ovu, 

balıqartırma və elmi məqsədlər üçün kvotaların mənim-

sənilməsi, həmçinin balıq ehtiyatlarının mühafizəsi üzrə 

məlumatlar təqdim olunub. Həmçinin 2016-cı və 2017-

ci illərdə Xəzər dənizində nərə balıqlarının kommersiya 

ovuna  texniki  moratoriumun  davam  etdirilməsi,  yalnız 

cüzi  həcmdə  balıqartırma  və  elmi-tədqiqat  məqsədləri 

üçün kvotaların mənimsənilməsi haqqında ümumi qərar 

qəbul edilib.

Eyni zamanda, “Xəzər dənizinin su bioloji resursla-

rının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş”ə 

uyğun olaraq Rusiya Federasiyasının təqdim etdiyi bildi-

riş əsasında bu sazişin 2016-cı il mayın 24-dən etibarən 

qüvvəyə  minməsi  barədə  məlumat  verilib.  Sazişin  rati-

fikasiyasının  bütün  Xəzəryanı  ölkələrdə  başa  çatmasını 

nəzərə alaraq, Komissiyanın statusunun təsisatlararası sə-

viyyədən hökumətlərarası status səviyyəsinə qaldırılması 

haqqında elan verilib.

Yeni Komissiyanın birinci təsisedici hökumətlərarası 

sessiyasının rotasiya qaydasına uyğun olaraq cari ilin no-

yabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul 

olunub.

ölkədaxili yükdaşıma 

qiymətləri sabit qalıb

Cari ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni 

dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma 

qiymətləri milli valyutada 34,7 faiz bahalaşıb.

Dövlət  Statistika  Komitəsinin  mətbuat  xidmətindən 

bildirilib ki, bu ilin iyun ayında isə may ayına nisbətən 

yükdaşıma  qiymətləri  0,4  faiz,  ölkələrarası  yükdaşıma 

qiymətləri dəmir yolu və hava nəqliyyatında 0,7 faiz, də-

niz nəqliyyatında 0,6 faiz, avtomobil nəqliyyatında 0,2 

faiz bahalaşıb. Ölkədaxili yükdaşıma qiymətləri isə sabit 

qalıb.


hər vəhşi heyvanı və ya 

quşu ovlamaq olmaz

Azərbaycan Respublikası ərazisində 2016-2017-ci 

illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi 

heyvanların və quşların ovlanmasının müddətləri və 

normaları, ov icazələrinin bölgü cədvəlləri hazırlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib 

ki, respublika ərazisində Dağıstan turunun (təkə), qaba-

nın,  dovşanın,  bataqlıq  qunduzunun  (nutriya),  cüllütün 

(ağquyruq, çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep 

və çöl haçaquyruq cüllütü istisna olmaqla), qazın (ağqaş 

və qırmızıdöş qaz istisna olmaqla), ördəyin (ağgöz qara 

ördək,  göydimdik  və  mərmər  cürə  istisna  olmaqla)  və 

qaşqaldağın ovlanmasına icazə verilir.

Dağıstan turu bu il iyunun 18-dən oktyabrın 15-dək, 

qaban sentyabrın 17-dən dekabrın 17-nə kimi, dovşan isə 

2016-cı  il  noyabrın  12-dən  2017-ci  il  yanvarın  14-dək 

ovlana bilər. Bataqlıq qunduzunu oktyabrın 8-dən gələn 

il fevralın 18-nə qədər volyerlərdə saxlamaq üçün ovla-

maq olar.

Cüllütün  ovu  bu  il  sentyabrın  17-dən  noyabrın  12-

dək, qazın, ördəyin və qaşqaldağın ovu isə 2016-cı il ok-

tyabrın 15-dən 2017-ci il martın 11-nə kimi mümkündür.

Bununla  əlaqədar  vətəndaşları  maraqlandıran  əlavə 

məlumatların alınması və ov icazələrinin əldə edilməsi 

üçün aidiyyəti üzrə ərazi ekologiya və təbii sərvətlər şö-

bələrinə müraciət oluna bilər. 



litva nəqliyyat və ikt sahəsində azərbaycanla 

əməkdaşlığın Genişləndirilməsində maraqlıdır


Yüklə 403,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə