R b a y c a n X z r d n z g m



Yüklə 403,03 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix21.06.2018
ölçüsü403,03 Kb.
#50436
1   2   3   4   5   6   7

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


15 iyul 2016-cы il   № 41-44 (9047)

6

keçən ilki səhvlərə yol 

verilməyəcək

1933-34-cü  il  qış  gəmi  təmi-

rində  keçən  illərə  nisbətən  dəyər 

və keyfiyyət əlamətlərinə daha ar-

tıq diqqət veriləcəkdir. Bu il keçən 

ildə buraxılan səhvlərin təkrar edil-

məsinə  yol  verməmək  üçün  illik 

plan  kvartal,  ay  və  hətta  günlərə 

bölünmüşdür.

Bunun  vasitəsilə  gündəlik  işin 

nədən ibarət olması və hansı sahə-

də rəhbərliyi artırmaq lazım gəldi-

yini  daha  aydın  bilmək  mümkün 

olacaqdır.

Hal-hazırda  təmir  aparmaq  və 

maliyyə  planını  həyata  keçirmək 

üçün 225 işçi lazımdır. Bunun üçün 

də  vaxtında  hazırlıq  aparılmaqda-

dır.

Keçən  il  gəmilərin  təmir  edil-



məsi üçün 54 gün vaxt sərf edilir-

di.  Bəzən  də  bu  müddət  ayrı-ayrı 

sexlər  və  şəxslər  tərəfindən  yuba-

dılırdı. Lakin bu il bu kibi hallara 

son  qoyulmuş  və  gəmilər  34  gün 

müddətində  təmir  edilib  istismara 

buraxılacaqdır.

Defeqt  cədvəllərinin  düzgün 

tərtib  edilməsi  üçün  ŞTD  texniki 

şöbəsinə  lazımı  göstəriş  verilmiş-

dirki, nəticədə qış gəmi təmiri he-

sabına olaraq təmir edilən “KRAS-

NAYA  ARMİYA”,  “QAŞEN”  və 

“ROZA LUQSENBURQ” gəmilə-

ri vaxtından 5-6 gün əvvəl istisma-

ra buraxılmışdır.



“Qaspi bolşeviki” qəzeti, 

№ 103(141), 3 oktyabr 1933-cü il

material və işçi qüvvəsi 

tezliklə əldə edilməlidir

Bu ilki qış gəmi təmiri noyabr 

ayının  25-dən  başlayacaqdır.  Bu 

müddətdə  28  neft  donanması  gə-

miləri təmir ediləcəkdir. Materialın 

olmaması  işdə  kəsirin  əmələ  gəl-

məsinə səbəb olacağı indidən aşkar 

edilməkdədir.  Beləki,  kabelin  ol-

mamasından elektrik qaynaqçıların 

12 matoru işsiz qalmış, beləliklə tə-

mir ediləcək 18-dən artıq matorun 

təmir  müddəti  yubadılmaqdadır. 

Neft  gəmilərinin  təmiri  üçün  540 

ton səthi dəmir lazım olduğu halda 

zavod bu miqdarın yalnız 80 tonu-

nu  ala  bilmişdir.  Tüstü  turbası  bir 

ədəd belə olsun əldə edilməmişdir.

“Qaspi bolşeviki” qəzeti, 

№ 103(141), 3 oktyabr 1933-cü il

texminimum 

yoxlanmasını verdilər

Avqustun 15-də “SOVET” gə-

misi aşağı komanda üzvlərinin tex-

minimum buraxılışı olmuşdur.

Bu buraxılışda 5 nəfər öz tex-

minimum  yoxlamasını  vermişdir. 

Hal-hazırda  bunlar  təcrübəyə  bu-

raxılmışlar. Kaçaqarlar qazanın iş-

lədilməsinə, yanacağın qənaət edil-

məsinə artıq diqqət vermədədirlər.



MITUXIN,

“SOVET” gəmisi komandası,

“Qaspi bolşeviki” qəzeti,  

№ 103(141), 3 oktyabr 1933-cü il

işçilərin mədəni-məişəti 

pozulur

Bakı birləşmiş gəmi təmirat za-

vodları direktorunun qərarına görə 

gecə saat 12-dən sonra zavod içəri-

sinə bir nəfər də olsun işçi buraxıl-

mır. Bu qərar zavod işçilərinin və 

təmirə dayanan gəmi ekipajlarının 

mədəni-məişət  halını  pozur.  Belə-

ki, bütün tamaşa müəssisələri gecə 

saat 12-yə qədər işləyir.

Belə olduqda işçi və ekipajçıla-

rın kino və teatrlardan istifadə edə 

bilməyəcəkləri şübhəsizdir.

Zavod idarələri bu barədə lazı-

mı təşəbbüsdə bulunmalıdırlar.

Nırnenqo.

“Qaspi bolşeviki” qəzeti, № 

103(141), 3 oktyabr 1933-cü il

müqəssirlər cəzalandı

Sentyabrın  26-da  yükləmə  za-

manı  liman  işçilərinin  14-cü  qru-

punda  çalışan  briqadir  Hüseyn 

Şahbazov başda olmaq üzrə qrup-

pa  üzvülərindən  Qulam  Dadaş, 

Hüseynov Novruz, Rəzaq Ağa Əli 

oğlu, Əjdər İsa oğlu, Novruz Abbas 

oğlu, Qasım Rüstəm oğlu, İsmayıl 

İsmayıl oğlu, Nusər Feyzulla oğlu 

və İsrail Əmrəli oğlu 60 çift Torq-

sin  corabını  oğurlamaları  aşkar 

edilmişdir. Yoxlama zamanı briqa-

dir Hüseyn Şahbazovun evindən 3 

çift qaloş, Rəzaq Ağa Əli oğlundan 

7 metr çit və bir baş şalı, İsmayıl 

İsmayıl  oğlundan  14  metr  çit  və 

başqalarından sap tapılmışdır.

Sosializm  əmlakına  xəyanətlə 

baxanların  oktyabrın  1-də  məh-

kəməsi  olmuşdur.  Məhkəmə  Bakı 

xalq  məhkəməsinin  səyyar  briqa-

dası  prokuror  Cəfərzadə,  xalq  ic-

lasçısı  Rəcəbov  və  Məhəmmədo-

vun iştirakı ilə keçirilmişdir.

Müqəssirlərin hamısı öz təqsir-

lərini boyunlarına almışlar.

Beləliklə  səyyar  məhkəmə 

müqəssirlərin 9-na 5 il həbs cəza-

sı kəsməklə səsdən məhrum etmiş, 

müqəssir  Qasım  Rüstəm  oğlunun 

15  yaşı  olduğunu  nəzərə  alaraq 

onun cəzasını azaltmış və məcbu-

ri işə göndərməklə aldığı maaşının 

15 faizinin saxlanmasını qərara al-

mışdır.


“Qaspi bolşeviki” qəzeti, 

№ 103(141), 3 oktyabr 1933-cü il

najidenov işdən götürüldü

Şimal  xətti  üzrə  taxıl  daşıyan 

quru  yük  donanması  gəmilərinin 

ekipajçılarını  “SUXOFLOTES” 

QİQ  lazımı  qədər  təchiz  etmə-

mişdir.  Maxac  –  Qala  və  Qrasna-

vodskidə  ərzaq  əldə  etmək  üçün 

QİQ-nin  bu  limanlarda  xüsusi 

məntəqələri olmamışdır.

QİQ idarəsi müdiri HACIBEK-

JANS ərzaqın Qrasnovodski lima-

nına  göndərməsində  özünü  təmiz-

liyə  çıxararaq,  bir  sıra  obyektiv 

səbəbləri irəli sürərək, göstərir ki, 

idarəyə  Qrasnovodskidə  necə  və 

hansı  gəmilərin  olduğu  vaxtında 

məlum edilməyir.

Beləki,  sentyabr  ayında  Qras-

novodskidə  4  gəmi  olduğu  halda 

QİQ 16 gəmi ekipajı üçün ət gön-

dərmiş,  əti  alan  məntəqə  müdürü 

onu  saxlamaq  üçün  soyuducu  qa-

bın olmadığını nəzərə alıb, 4 gəmi 

ekipajına  “nə  qədər  ət  lazımdır 

aparın”  deyə  təklif  etmişdir.  Ko-

manda  isə  ətin  hamısını  almadı-

ğından göndərilən ət su nəqliyyatı 

ilə əlaqəsi olmayan xüsusi şəxslərə 

satılmışdır.

Buğda  daşınması  ilə  məşğul 

olan  komanda  üzvləri  meyvədən 

dəxi təchiz edilməmişdir. Pomidor, 

alma,  qarpız  və  qeyri  meyvələr 

başqa şəxslərə satılmışdır.

Sentyabrın  19-da  NAJİDE-

NOV  Qrasnovodskyə  bir  boçka 

bitki  yağı  göndərməli  idi.  Yağ 

Bakport  ambarına,  dublikat  isə 

Qrasnovodskiyə  göndərilmişdir. 

Qrasnovodskiyə göndəriləcək yağ, 

sentyabrın  28-nə  qədər  sqladda 

qalmışdır.

Nəticədə  komanda  üzvlərinin 

təchizatını  pozmaqla  məşğul  olan 

NAJDENOVUN işdən götürülmə-

sini Quru yük donanması firqə bi-

rosu qərara almışdır.

Firqə komitəsinin bu qərarı bü-

tün “SUXOFLOTES” QİQ-nin iş-

çiləri arasında dərindən təhlil edil-

məlidir.

“Qaspi bolşeviki” qəzeti, 

№ 104(142), 4 oktyabr 1933-cü il

işçi təchizatını pozanları 

məsuliyyətə

Neft məhsulu və quru yük da-

şınması  uğrunda  mübarizə  edən 

Qaspi bəhriyyəlilərini kifayət qədər 

ərzaq cəhətcə təchiz etmək məsələ-

sində bir sıra operativ idarələr quy-

ruqda sürünürlər.

İşçilərin  ərzaqı  10  günlərlə 

Qasnıc-ın  mərkəzi  ambarında  ya-

tıb qalır. Ambar müdüriyyəti tərə-

findən dəfələrlə xəbər verilməsinə 

baxmayaraq,  “nəqliyyat  yoxdur, 

hələ bizə indi bu mallar lazım de-

yil”  kimi  yersiz  sözlər  kooperativ 

idarələri  tərəfindən  irəli  sürülür. 

Məsələn: İşçilər üçün alınan qrupa-

nın aparılması üçün ambar müdü-

riyyəti sentyabr ayının 20-də “Nef-

teflotes” QİQ idarəsinə xəbər verir. 

Lakin  kooperativ  idarəsi  qrupuna 

12  gün  ambarda  saxlatdırdıqdan 

sonra oktyabrın 2-də göndərir.

“Suxoflotes”  QİQ  idarəsi  dəxi 

12 gündən sonra 6,5 ton qrupanın 

yalnız  2  tonunu  aparır.  Qənd,  çay 

və sənaye malları da aylarla QAS-

NİCİN ambarında qalır və beləlik-

lə  işçilər  öz  normalarını  vaxtında 

ala bilmirlər.

İşçi normasını yubadanlar tez-

liklə məsuliyyətə alınmalıdır.

ƏLİYEV ƏLƏSGƏR,

ƏLƏKBƏROV.

“Qaspi bolşeviki” qəzeti, № 

106(144), 6 oktyabr 1933-cü il

dönüş yaradılmışdır

Oktyabr  ayında  quru  yük  do-

nanması  quru  yük  daşınmasında 

qəti dönüş yaratmağa başlamışdır. 

Planın ödənilməsi üçün bütün im-

kanlardan  istifadə  edilməkdədir. 

Oktyabrın  10  günü  müddətində 

Maxaç-Qaladan  Qrasnovodskiyə 

yeni məhsuldan 15663 ton taxıl da-

şımaqda  10  günlük  tapşırıq  139,1 

faiz, aylıq plan isə 44,9 faiz ödənil-

mişdir.


Maxaç-Qalaya  gəmilərin  daha 

tez göndərilməsi şəraiti yaradılmış 

və liman təşkilatları buna ciddi fi-

kir  verməkdədir.  Məsələn:  “OR-

LENOQ”  gəmisi  45  saat  əvəzinə 

20  saata,  “MEREDYAN”  42  saat 

əvəzinə 28 saata, “EQVATOR” 39 

əvəzinə 12, “QRASNAYA ZNAM-

YA”  41  saat  əvəzinə  16  saata  və 

“POLUYAN”  28  saat  əvəzinə  12 

saata yüklənib göndərilmişdir.

10  gün  müddətində  Astraxan-

dan 9052 qub metr meşə materialı 

daşınmışdır ki, bu da aylıq planın 

68,9  faizini  təşkil  edir.  Lakin  bu 

demək deyil ki, meşə materialları-

nın daşınmasında kökündən dəyiş-

mə əmələ gəlmişdir. Hazırda meşə 

materialının belə sürətlə daşınması 

sentyabr kəsirinin hesabınadır. Ok-

tyabr ayında bunlardan əlavə 8500 

ton  sulfat  daşınmalıdır  ki,  10  gün 

müddətində  Qara-Boqaz  körfəzin-

dən bu miqdarın 2803 tonu daşın-

mışdır.

“Qaspi bolşeviki” qəzeti, 

№ 113(151), 15 oktyabr 1933-cü il

təmiri yubadan səbəbləri 

tezliklə aradan qaldırın

“YUPİTER”  gəmisinin  qaza-

nının təmizlənməsi üçün oktyabrın 

9-da  “ZAQFEDERASİYA”  zavo-

duna gətirilir. Lakin mexanik QO-

SATKİN  maşın  qomandasını  yer-

ləşdirmək, təmirə hazırlıq aparmaq 

və  nəhayət  gəmini  təmirdən  tez 

buraxılmasını təmin etmək əvəzinə 

işi  başlı-başına  buraxaraq  2  sutka 

gəmiyə gəlməmiş və neft daşınma-

sı  işinin  ağır  vaxtında  sərxoşluqla 

məşğul olmağa başlamışdır.

QOSATKİN  sərxoş  olduğu 

üçün  gözətçi  tərəfindən  zavoda 

buraxılmamış  və  bunun  ona  baha 

başa  gələcəyini  düşünərək  özünü 

xəstəlik  vərəqəsi  ilə  təmin  etmiş-

dir.  Bundan  başqa  işə  başçılıq  et-

mək  və  briqadaları  yerləşdirmək 

əvəzinə  mexanikin  birinci  müavi-

ni  QAÇQALDA  və  2-ci  müavini 

BELEDSKİ  (firqə  üzvü)  maşın 

qomandasını  dağıtmış  və  gəmini 

tamamilə  adamsız  buraxmışlardır. 

Gəmi qapitanı isə gəmini mexanik 

ilə təmin etmək üçün heç bir tədbir 

görməmişdir. O, mexanikin harada 

olduğunu  və  nə  işlə  məşğul  oldu-

ğunu belə bilməmişdir.

Bütün  bunlar  qazanın  təmi-

rinə  səhlənkarlıqla  yanaşmaq  və 

neft daşınmasına zərbə vurmaqdan 

başqa bir şey deyildir.

Bu hadisə tək “YUPİTER” gə-

misində  deyil,  “AMERİQA”  gə-

misində də baş vermişdir. “AME-

RİQA” gəmisi mexaniki PRONİN 

qazanın təcili qaldırılması işi əvə-

zinə  gəmini  qomandasız  qoymuş 

ki,  nəticədə  gəmi  5  saatdan  artıq 

prostoy etmişdir. “YUPİTER” gə-

misi mexaniki QOSATKİN müha-

kimə ediləcək, 1-ci və 2-ci müavin-

ləri  QAÇQALDA  və  BELEDSKİ 

isə  həmkarlar  ittifaqından  xaric 

ediləcəklərdir.

“YUPİTER”  və  “AMERİQA” 

gəmilərin  vaxtında  təmir  edilmə-

diyi  üçün  gəmi  mexanik  şöbəsi 

naçalniki  ŞESTAQOVA  göstəriş 

verilmişdir.

QASPİ bəhriyyələri neft daşın-

ması işinə zərbə vuran sərxoş, zi-

yankar  və  səhlənkarlara  qarşı  qəti 

tədbirlər görməli, daşınma planının 

artıqlaması ilə ödənilməsi uğrunda 

çarpışmalıdırlar.



“Qaspi bolşeviki” qəzeti, 

№ 113(151), 15 oktyabr 1933-cü il

pambıq və taxıl uğrunda da 

təmirat kibi mübarizə etməli

SƏLYAN  rayonunun  “FRUN-

ZE”  adına  qolxozu  “Vanostru-

a”gəmi  təmirat  emalatxanasının 

hamiliyindədir.  Emalatxana  tərə-

findən buraya 3 nəfərdən ibarət bir 

briqada göndərilmişdir. Bu briqada 

sentyabrın  axırlarına  qədər  qolxoz 

qalaraq, firqə kütləvi işlərin canlan-

dırılmasına çalışmaqla pambıq top-

lanışı işində dəxi ciddiyyətlə iştirak 

etmişdir.  Bu  briqadanın  ciddiyyəti 

sayəsində  qolxozun  trakdor  ləva-

zimatına lazım olan kənd təsərrüfat 

inventar təmin edilmişdir.

Hazırda  zavod  qolxoz  üzvülə-

rindən  bir  neçəsini  emalatxanaya 

gətirərək  onlardan  ixtisasçı  işçi 

(dülgər, dəmirçi və çilingər) hazır-

layaraq qolxoza göndərəcəkdir.

Kənd ilə şəhər rabitəsi cəmiy-

yətinin  istər  qolxozda,  istərsədə 

emalatxanada  rəhbərliyi  olduqca 

zəifdir.  Rəhbərlik  bir  yana  dur-

sun, cəmiyyət hələ bu vaxta qədər 

nə  qədər  üzvü  olduğu  və  üzvülük 

haqqının vaxtında toplanıb və top-

lanılmadığını bilmir.

“VANO  STRUA”  təşkilatları 

hamilikdə olan qolxozlar üzərində 

öz  yardım  və  rəhbərliklərini  can-

landırmaqla, pambıq və taxıl məh-

sulu uğrunda da təmirat kibi müba-

rizə etməlidirlər.



“Qaspi bolşeviki” qəzeti,  

№ 116 (154), 18 oktyabr 1933-cü il

qasparın məsul işçilərini iclaslara 

çağırmaq haqqında aq (b) f bq 

və bbq-nın 17 oktyabr 1933-cü il 

tarixli qərarı

BQ  və  BBQ  qeyd  edirlər  ki, 

neft daşımasının qızğın zamanında 

Qasparın  məsul  işçiləri  çoxlu  iş-

çilərlə işdən avara edilirlər.

BQ  və  BBQ  təklif  edilər  ki, 

naviqasiya  zamanı,  noyabrın  20-

nə  qədər  Qasparın  məsul  rəhbər-

lərinin,  bilxassə  Maqsimov,  Qri-

banov,  Sarokin,  Bruk  və  Bojevets 

yoldaşların, AQ (b) F BBQ təsdiqi 

olmadan, hər hansı bir iclasa olursa 

olsun çağrılması qədəğan edilsin.

BQ  və  BBQ;  neft  vuran  gəmi 

qapitanlarının operativ işdən avara 

qoyulmasını olduqca yol verilməz 

sayır.

AQ (b) F BQ və BBQ

“Qaspi bolşeviki” qəzeti, 

№ 117 (155), 20 oktyabr 1933-cü il

“vano strua” hamilik işlərində 

ön sıralarda gedir

“Vano  Strua”  gəmi  təmirat 

emalatxanasının  hamiliyində  olan 

Qaspi  su  seqsiyyasının,  Xudat  

sovxozuna  emalatxana  tərəfindən 

lazımı köməklik göstərilmədədir.

Emalatxana tərəfindən 15 ədəd 

çuqun peç, 1500 kiloqram mismar 

və pamidor, yerpələng və sair mey-

və - göyərti üçün yeşiklər hazırla-

nıb göndərilmişdir.

Becərmə  və  alaq  qampaniyası 

vaxtında emalatxanın yerli qomitə-

si sədri ilə birlikdə 50 nəfər məzu-

niyyətçi işçilər öz məzuniyyətlərini 

sovxozda çalışaraq sovxoz işçiləri 

arasında  firqə  kütləvi  işlərin  can-

landırılmasına çalışmışlar.

Sovxozda  proletar  rəhbərliyi-

nin  daha  da  möhkəmləndirilməsi 

üçün emalatxanada, traqtor hissələ-

ri və kənd təsərrüfatına lazım olan 

maşınlar  təmir  edilərək  göndəril-

mişdir.


Bu sovxoz becərmə alaq məhsul 

toplanışı  qampaniyasını  ən  zərbəli 

bir  surətdə  qurtardığı  üçün  Qaspi 

hevzə qomitəsi yermeşə ittifaqı və 

Qaspi  su  seqsiyasının  keçici  qızıl 

bayrağı ilə mükafatlandırılmışdır.



Əli Kəbiri.

“Qaspi bolşeviki” qəzeti, 

№ 117 (155), 20 oktyabr 1933-cü il

“volodarski” gəmisi kəsir 

içərisində

Neft  donanmasının  “VOLO-

DARSKİ”  gəmisi  plan  üzrə  okt-

yabr  ayında  MAXAC-QALAYA 

buqsir  ilə  8  reis  etməlidir.  Lakin 

oktyabrın  21-nə  kibi  ancaq  4  reis 

etmişdir. Bununda 3 reisini buqsir 

ilə getmişdir.

Gəmi  Bakıdan  Maxac-Qalaya 

43 saata, 1-ci reisini 54 saat getmiş, 

bu  reisdə  11  saat  prostoj  etmişdir 

ki, buna da havanın pis olması sə-

bəb olmuşdur.

Bundan 


başqa 

gəmi 


MAXAC-QALADA boşaldırıldıq-

dan  sonra  “AFRİKA”  şalandasını 

gözləməsi  üçün  4  saat  40  dəqiqə 

prostoj  etmişdir.  Şalandasında  4 

saat gecikdirilməsi, neft boşaltmaq 

üçün verilən barqaz nasosunun zəif 

olmasından əmələ gəlmişdir.

Gəmi bu nöqsanları 2-ci reisdə 

yenə təkrar edərək, (oktyabrın 5-də) 

3 saat şalandanın doldurulmasında, 

oktyabrın  8-də  Maxac-Qalada  şa-

landanın boşaldılmasında 9 saat və 

3-cü reisində yenə Bakıda şalanda-

nın doldurulması üçün 2 saat pros-

toj  etmişdir.  Bundan  əlavə,  yenə 

ayın  13-də  növbə  gözləmədə  bir 

saat 25 dəqiqə və 19-da neft boşalt-

maq üçün Maxac-Qalada şlanq ol-

madığından 3 saat prostoj etmişdir.

Gəmi  müdüriyyəti  dəfələrlə 

neft donanmasından nasoslar üçün 

dəri  tələb  etmişsədə,  bu  dərilərin 

verilməməsi  və  nasosların  vaxtın-

da  təmir  edilməməsi  nəticəsində 

Maxac-Qalada  2  saat  15  dəqiqə 

prostoj etmişdir.

Gəmi  etdiyi  bütün  bu  noqsan-

ların  aradan  qaldırılması  üçün  öz 

əməli təklifləri neft donanması qar-

şısında  qoymuşsada,  lakin  bu  qə-

dər prostoj saatların əmələ gəlməsi 

səbəblərinin kökünü qırmaq işində 

neft  donanması  heç  bir  iş  görmə-

mişdir.


“Qaspi bolşeviki” qəzeti, 

№ 121 (159),  24 oktyabr 1933-cü il

təmirə dayanan gəmilər lazımi 

materyal ilə təmin edilməli

“VANO STRUA” gəmi təmirat 

emalatxanasında  qış  gəmi  təmirat 

işləri olqun haldadır. Gəmilərin tə-

minatı üçün 20 ton 5 millimetro, 10 

ton 6 millimetro, 10 ton 4 millimet-

ro  50-50,  60-65  künclü  dəmirinə 

qaz turbaları lazım olduğu halda bu 

vəqtə qadar tədarük edilməmişdir. 

Elektrik  toqlarından  istifadə  üçün 

mis qırıntıları, armaturlar, elektrik 

cərəyanı  nəql  edən  tellər,  kükürt 

və  başqa  turşuların  emalatxanada 

olmaması elektrik mexaniki işlərin 

gedişini dayandırmaqdadır.

Bu vaqta qədər ŞTD oylədə yer 

qazıyan  gəmilər  idarəsi  tərəfindən 

təmirə ehtiyacı olan gəmilər ema-

latxanaya  plansız  olaraq  verildi-

yindən,  emalatxana  təmirat  planı 

pozulmasına səbəb olur və iş pro-

sesində böyük əngəllər törədirdi.

Bunun qarşısını almaqdan ötəri 

indidən gəmi təmiratı 34-cü il 1-ci 

qvartal  planı  yer  qazıyan  gəmilər 

idarəsi  tərəfindən  alınmışdır  ki, 

bunun  da  müqavilanaməsi  tez  bir 

zamanda bağlanacaqdır.

Hal  hazırda  emalatxanada  24 

təsərrüfat briqadası təşkil olunmuş-

dur.  Briqadalar  arasında  möhkəm 

iş  mübadiləsini  artırmaqdan  ötəri 

briqada  sos  yarış  müqavilənaməsi 

bağlanmışdır.

Bundan  əlavə  tək-tək  briqa-

daların  iş  fəaliyyətini  keyfiyyətcə 

yaxşılaşdırmaq üçün mühəndis iş-

çilərdən onların üzərində rəhbərlər 

təşkil olunmuşdur.

Astraxan  gəmi  təmirat  zavo-

du  tərəfindən  çaqırılmış  sosializm 

yarışını  bu  emalatxana  böyük 

ruh  yüksəkliyi  ilə  qəbul  edərək, 

“Zaqfederasiya”  gəmi  təmirat  za-

vodunun  işdə  möhkəm  keyfiyyət 

uğrunda  mübarizə  üçün  sosializm 

yarışına çaqrımışdır.

Bütün emalatxanada olan dəz-

gahlar  müayinədən  keçirilmiş  va 

pasportlaşma işləri qurtarmışdır.

Prostoya  yol  verməmək  üçün 

emalatxana  Qaryaqin  rayonu 

MTS-dən  1500  bocqanın  təmir 

olunması  işinə  başlamışdır  ki,  bu 

yollarla işçi prostoyu ilə mübarizə 

aparılmaqdadır.



“Qaspi bolşeviki” qəzeti, 

№ 157 (195), 10 dekabr 1933-cü il

O illərdə “Dəniz” nədən yazırdı

(Nöqtəsinə, vergülünə dəymədən)

“dəniz”


Yüklə 403,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə