R b a y c a n X z r d n z g m



Yüklə 403,03 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix21.06.2018
ölçüsü403,03 Kb.
#50436
1   2   3   4   5   6   7

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


15 iyul 2016-cы il   № 41-44 (9047)

7

hər il 250 min insan 

iqlim dəyişikliyinin 

qurbanı olacaq

2030-cu ilədək iqlim dəyişikliyi hər il 250 

min nəfərin ölümünə səbəb olacaq. Əsas ölüm 

səbəbləri malyariya, ishal, günvurma və aclıq 

olacaq.

Bu fikirlər iqlim dəyişikliyinin insan səhhə-

tinə təsiri ilə bağlı Dünya Səhiyyə Təşkilatının 

Parisdə keçirilən konfransında səslənib.

İstiləşmə və rütubətin artması xəstəlik ya-

yan  həşəratların  çoxalıb  yayılmasına  gətirib 

çıxaracaq.  Həddindən  artıq  istilərdən  və  qu-

raqlıqdan  çoxlu  sayda  insan  ziyan  çəkəcək. 

Havanın  çirklənməsi  nəticəsində  bitkilərin 

çiçəklənmə dövrü uzanacaq ki, bu da astma və 

allergiyadan əziyyət çəkən insanların sayını ar-

tıracaq.  İstiləşmə  və  daşqınlar  su  mənbələrini 

çirkləndirəcək.  Nəticədə  çirkli  sudan  istifadə 

edənlər müxtəlif xəstəliklər tapacaqlar.



yarızarafat, 

yarıGerçək

bu dünyada nə vaxtsa əzab çəkməyən yoxdur. 

amma nədənsə bu, nadir hallarda vicdan əzabı 

olur.

pis şeylər həmişə adama “gəl-gəl” deyir.

qurdu qurd edən qoyunlardır.

mənim darvinin nəzəriyyəsi ilə işim yoxdur. 

amma əməllərindən bəlli olur ki, ermənilər insan 

törəmələri deyillər.

mən ağıllı adamların varlı olmağını istədiyim 

qədər  də,  varlı  adamların  ağıllı  olmalarını  istə-

yirəm.

ən tez gözə çarpan itki insanın yerişini itir-

məsidir.

adamın əlinin çörəyə çatması üçün boyu nə 

qədər olmalıdır?

Gözdə olmasa, adamın “plyus”u nə qədər çox 

olsa, yaxşıdır.

ən pis artıq-əskik danışıqdakı artıq-əskikdir.

yaxşı  ki,  qanım  birinci  qrupdur.  nədəsə  bi-

rinci olmaq da lazımdır.

isti ölkələrdə çox adamın insafını şaxta hara-

da vurur?

başqalarının  fikrini  göydə  oxumaq  istəyir-

sənsə, yerdə kitab çox oxu.

kiçik günah da böyük səhvdən pisdir.

başqalarının  nazı  ilə  çox  oynayan  bəzən  öz 

oyununu itirir.

bişməmiş söz bişməmişlərin ən dözülməzidir.

ən böyük aldatma insanın özünü aldatması-

dır.

it gəzdir, söz gəzdirmə.

bəzən adama elə od qoyurlar ki, bir neçə so-

yuq qışı keçirməyə bəs edər.

quş yaxşı şeydir. amma hər şeyə quş qoymaq 

olmaz.

mənim bütün həyatım təəssüflə keçib. təəs-

süf!

hətta yaraşıqlı olmasa da, adamın gərək bir 

üzü olsun.

ağlıma heç nə gəlməsə yaxşıdır. heç olmasa 

başım ağrımaz.

Gedənin arxasınca danışmağın söz azadlığına 

nə dəxli?

hər şey gün kimi aydın olmayan yerdə aydın-

lığa çıxmaq çətindir.

başqalarını  dərindən  tanıya-tanıya  özümə 

hörmətim artır.

müftə ancaq və ancaq yalan olur.

səhv həmişə adama gəl-gəl deyir.

ən yaxşı ağa sözünün ağasıdır.

dovşanların nə günahı var ki, hər kəs bir gül-

lə ilə həm də iki dövşan vurmaq istəyir?

bütün borc yiyələri sağlığımı istəsə, neçə əsr 

yaşayaram.

mənim üçün adama aşağıdan yuxarı baxan-

lar da, yuxarıdan aşağı baxanlar da bir bezin qı-

rağıdırlar.

ayıların  oyunundan  adətən  ən  çox  armud 

yiyələri baş açır.

cızıq  nədir  ki,  ondan  çıxan  adamın  gözləri 

çox şeyi görmür?!

it nə qədər çox olsa itaparan şeylər də o qədər 

çox olar.

adam var, nəyi qurtarsa da, bəhanəsi qurtar-

mır.

hər yalanın arxasında bir məkr dayanır.

adam bərkə düşəndə bəlkələr çoxalır.

suyu süzülə-süzülə gələni ən azı su üçün gön-

dərməzlər.

yanğınsöndürənlər hara baxır? bazar od tu-

tub yanır.

adam var zibilin içindədir, adam var zibil – 

içində.

iplər keyfiyyətsiz olduğu üçün ipiqırıqlar çox-

dur?

aşpaz  olmasan  da,  sözü  ağzında  bişirəndən 

sonra çıxart.

hava çirkləndiyi üçün çox adam yalanla nəfəs 

alır?

ən  pis  oxuyanlar  kiminsə  qulağına  oxuyan-

lardır.

torpaq bərk olduğu üçün bəziləri əməllərin-

dən utanıb yerə girmirlər?

bəziləri  başlarında  turp  əkmək  üçün  özləri 

münbit şərait yaradırlar.

kişi ki, kişiliyə yaraşmayan iş gördü, olur nə? 

ay sağ ol, olur sən deyən.

yalan onu eşitmək istəyənlər üçündür.

neçə min cahilə bir ağıllı düşür?

bəziləri dayaz ağılları ilə çox uzağa necə ge-

dirlər?

işində ol. allah məni belə yaradıb. məsləhət 

bilsəydi, sənin kimi yaradardı.

mən  heç  vaxt  kökəlməyəcəyəm.  o  qədər  ət 

tökən var ki...

var-dövlətim bircə başdı, onu da qayğıdan iki 

gündən-bir itirirəm.

qoyunu qurda ən çox çoban tapşırır.

nə vaxta kimi bizə elə gələcək ki, ermənilərin 

dəyirmanına su tökənlərin suyunu təkcə “azər-

su” kəsməlidir?

Rasif TAHİROV

Dünyada ilk dəfə olaraq “Stadiumconcept” 

memarlıq studiyasının mütəxəssisləri tərəfindən 

üzən stadionun layihəsi hazırlanıb.

İdman qurğusu 2022-ci ildə keçiriləcək futbol 

üzrə dünya çempionatı üçün nəzərdə tutulub.

Üzən  stadion  dəniz  və  okeanlarda  böyük  mə-

safələr qət edərək planetin istənilən şəhərində mü-

hüm futbol çempionatının keçirilməsində əhəmiy-

yətli rol oynayacaq.

Layihədə ekoloji problemlər də öz həllini tapıb. 

Nəhəng  üzən  stadionun  əsas  enerji  mənbələri  su, 

külək və günəş olacaq. Stadionda yarışları 65 min 

tamaşaçı izləyə biləcək.

Memarlar  sözügedən  layihəni  idman  arxitek-

turası  tarixində  maraqlı  yenilik  kimi  dəyərləndi-

rirlər.


Tahir Dadaşov

İnşaat sahəsində beynəlxalq nüfu-

za malik “Engineering News Record” 

(ENR) jurnalı 2016-cı il üçün “Ən yaxşı 

qlobal layihələr” müsabiqəsinin qalib-

lərini elan edib. Müsabiqəyə “Thornton 

Tomasetti” şirkəti tərəfindən təqdim 

edilmiş “SOCAR Tower” “Ofis binası” 

nominasiyasında qalib gəlib.

SOCAR-ın mətbuat xidmətindən bildiri-

lib ki, “ENR” jurnalının təşkil etdiyi müsa-

biqənin əsas məqsədi dizayn və tikinti sahə-

sində həyata keçirilən ən görkəmli layihələri 

müəyyənləşdirmək, onların arxasında duran 

komandaları  mükafatlandırmaqdır.  Dünya 

miqyasında  tanınmış  ekspertlərdən  ibarət 

münsiflər heyəti 15 ölkədən 23 layihə seçib, 

onları  təhlükəsizlik,  innovasiya,  dizayn  və 

inşaat  üstünlükləri  parametrləri  üzrə  təhlil 

edib, qlobal layihə komandalarının əməkdaş-

lığına xüsusi diqqət yetirib. Müsabiqəyə hava liman-

ları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, 

təhsil,  səhiyyə,  hərbi,  sənaye  əhəmiyyətli  tikililər, 

idman  və  su  qurğuları  və  digər  obyektlər  təqdim 

olunub. Münsiflər heyəti tərəfindən layihələri həya-

ta keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə 

gəlməsi,  tikililərin  yerli  ictimaiyyət 

və ya tikinti sənayesi üçün əhəmiy-

yəti  də  nəzərə  alınıb.  Müsabiqənin 

qalibləri  haqqında  ətraflı  məlumat 

“ENR”  jurnalının  sentyabrın  19-da 

dərc  ediləcək  buraxılışında  verilə-

cək. Qaliblərə mükafatlar oktyabrın 

11-də  Nyu-Yorkdakı  “Hilton  Mid-

town” otelində keçiriləcək təntənəli 

mərasimdə təqdim olunacaq.

SOCAR-ın  yeni  inzibati  bina-

sı – “SOCAR Tower” Koreya Res-

publikasının  “Heerim  Architects  & 

Planners Co. Ltd” şirkəti tərəfindən 

təqdim  olunan  “Külək-alov”  kon-

sepsiyası  əsasında  tikilib.  Tikinti 

işləri  2010-cu  ildə  başlanılıb,  təx-

minən  beş  il  ərzində  paytaxtın  ən 

gözəl  memarlıq  nümunələrindən 

biri  ərsəyə  gəlib.  “SOCAR  Tower” 

beynəlxalq standartlara tam cavab verir, binanın təh-

lükəsizlik və texniki sistemlərinin idarə edilməsi va-

hid mərkəzdən həyata keçirilir.

Çinin Cənubi Şaolin məbədinin rahibi Şi Liliang suyun üstündə yerimək 

haqqında Bibliyadakı rəvayəti reallaşdırıb.

Rusiyanın vesti.ru saytı xəbər verir ki, çinli rahib su hövzəsinin səthində 

üzən 200 faner lövhədən istifadə etməklə 125 metr qaçmağı bacarıb. O, qaçı-

şın sürəti ilə tarazlığın saxlanmasının ahəngi nəticəsində suda batmamağa nail 

olub.

Şi  Liliang  təcrübəsinə  8  il  əvvəl  başlayıb  və  su  üzərində  yalnız  18  metr 



qaçıb. O vaxtdan rahib şəxsi rekordunu hər il yeniləyir. O, ötən il də bu üsulla 

120 metr qaçıb. Bu dəfə rekordçu rahib yalnız üçüncü cəhddə nəticəni yaxşılaş-

dırmağı bacarıb.

Özbəkistan Prezidenti İslam Kərimov 

ölkənin Qaşqadərya vilayətində böyük sərkər-

də və dövlət xadimi Əmir Teymurun 700 il 

əvvəl tikdirdiyi körpünün yenidənqurmadan 

sonrakı vəziyyəti ilə tanış olub.

Böyük İpək Yolunun keçdiyi Karşi şəhərin-

dəki Kaşkadərya çayı üzərində tikilmiş körpü-

nün ətrafında salınan və 24 hektar ərazini əhatə 

edən tarixi bağ da bərpa olunub. Çay boyu sağ 

və  sol  ərazilərdə  yaşıllıqlar  salınıb,  istirahət 

üçün digər infrastruktur yaradılıb. Orta əsrlərdə 

bu ərazidən Hindistanı və İranı Avropa ilə bir-

ləşdirən karvan yolu keçib.

Macar alimi və səyahətçisi German Vam-

beri yazır ki, 1860-cı illərdə Karşi şəhərində 

10 karvansara, böyük bazar və istirahət etmək 

üçün səfalı bağ olub.

Prezident İslam Kərimov vilayətdə tikilən 

digər obyektlərlə də tanış olub.

Qulu Kəngərli

üzən stadionda dünya 

çempionatı keçiriləcək

2016-cı ilin ən yaxşı ofis binası

əmir teymurun 700 il əvvəl tikdirdiyi körpü yenidən qurulub

çinli rahib suyun üzərində 

125 metr məsafəni qaçmağı bacarıb



A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


15 iyul 2016-cы il   № 41-44 (9047)

baş redaktor

rasif iman oğlu

tahirov

ünvanımız:

az1003, bakı şəhəri,

xanlar küçəsi, 22

telefonlarımız:

baş redaktor

(050) 670-33-76

redaktor

(070) 252-39-02

qəzetin təsisçisi:

“azərbaycan xəzər dəniz

Gəmiçiliyi”

qapalı səhmdar 

cəmiyyəti

qəzet “dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 275

tiraj: 2000

sifariş: 1911

8

qadın voleybolçularımız avropa 

liqası yarışlarının qalibi olublar

İyulun 3-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi 

Avropa Liqası yarışlarının qalibi olub.

Millimiz turnirin final mərhələsi çərçivəsində Bakı İdman Sara-

yında Slovakiya yığması ilə qarşılaşıb.

İtaliyalı baş hakim Giorgio Qnaninin idarə etdiyi oyunun ilk seti 

millimizin 25:15 hesablı üstünlüyü ilə başa çatıb. İkinci setdə də vo-

leybolçularımız fərqləniblər – 25:22. Üçüncü setdə Azərbaycan vo-

leybolçuları 25:20 hesabı ilə qalib gələrək matçın taleyini həll ediblər. 

Bununla da görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə ye-

kunlaşıb.

Komandalar  arasında  iyunun  30-da  Slovakiyada  keçirilən  ilk 

oyunda millimiz 3:1 hesabı ilə qalib gəlmişdi. İki görüşün nəticəsinə 

görə, Azərbaycan millisi Avropa Liqası yarışlarının qalibi olub. Avro-

pa Liqasının mahiyyətini artırmaq üçün bu ildən birinci yerin sahibi 

gələn il keçiriləcək dünya Qran-prisinə vəsiqə qazanacaq. Beləliklə 

millimiz bu vəsiqəni də təmin edib.

Oyundan sonra mükafatlandırma mərasimi keçirilib.

Qızıl  medalları  millimizin  voleybolçularına  Azərbaycan  Milli 

Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Avro-

pa Voleybol Konfederasiyasının nümayəndəsi Slobadan Miloş təqdim 

ediblər.


Sonda Azərbaycanın dövlət himni səsləndirilib.

Hazırda  millimizin  heyətinə  gənc  oyunçular  cəlb  olunub.  Əsas 

məqsəd Avropa Liqasının finalına yüksəlmək, gələn il IV İslam Həm-

rəylik Oyunlarında və paytaxtımızda keçiriləcək Avropa çempionatı-

nın final mərhələsində ölkəmizi uğurla təmsil etməkdir.

cüdo üzrə azərbaycan millisinin 

“rio-2016” olimpiya oyunları  

üçün heyəti müəyyənləşib

Rio-de-Janeyro  Yay 

Olimpiya  Oyunlarında 

çıxış edəcək Azərbaycan 

cüdoçularının 

heyəti 

açıqlanıb.

Azərbaycan  Cüdo 

Federasiyasının  mətbu-

at  xidmətindən  bildiri-

lib  ki,  baş  məşqçi  Peter 

Zayzenbaxer  iki  çəki 

dərəcəsində 

seçimini 

Beynəlxalq Cüdo Federasiyasının reytinqində daha yüksək mövqedə 

qərarlaşanların  xeyrinə  edib. Avstriyalı  mütəxəssis  Olimpiadaya  60 

kiloqram çəki dərəcəsində Orxan Səfərovu, 100 kiloqram çəkidə isə 

Elmar Qasımovu aparmağı qərara alıb. Nəticədə İlqar Müşkiyev və 

Elxan Məmmədov dörd illiyin zirvə yarışından kənarda qalıb.

Digər  çəkilərdə Azərbaycanı  Nicat  Şıxəlizadə  (66  kq),  Rüstəm 

Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri 

(100 kq-dan yuxarı) təmsil edəcəklər.

Qeyd  edək  ki,  XXXI  Yay  Olimpiya  Oyunlarının  proqramına 

əsasən cüdo yarışları iyulun 6-12-də keçiriləcək.



lionel messi və atası 21 aylıq 

həbs cəzasına məhkum edilib

İspaniyada məh-

kəmə “Barselona” 

klubunun argentinalı 

ulduz futbolçusu 

Lionel Messini və 

atası Xorge Messini 

vergidən yayındıqları 

üçün 21 aylıq həbs 

cəzasına məhkum 

edib. AZƏRTAC 

“Euronews”a istinad-

la xəbər verir ki, ölkə qanunlarına görə, Lionel Messi iki ildən az 

müddətə həbs cəzası aldığı üçün məhkum edilməyəcək.

Qeyd edək ki, məşhur futbolçunun və atasının vergidən yayınma-

ları ilə əlaqədar məhkəmə prosesi xeyli vaxtdır davam edirdi.

iyunun 10-da futbol üzrə xv avropa 

çempionatının final görüşü keçirilib.

Parisin  Sen-Deni  rayonunun  “Stade  de 

Frans”  stadionunda  keçirilən  Portuqali-

ya-Fransa  matçından  əvvəl  möhtəşəm  şou 

nümayiş etdirilib.

Daha sonra final görüşü start götürüb.

Portuqaliyanın start heyətində Rui Pat-

risio, Sedrik, Pepe, Fonte, Qerrero, Renato 

Sançes,  Adrien  Silva,  Uilyam  Karvalyo, 

Joao Mari, Ronaldo və Nani meydana çıxıb.

Fransa  millisinin  ilk  onbirliyində  isə 

Loris, Sanya, Kosielni, Ümtiti, Evra, Poq-

ba, Matuidi, Sissoko, Qrizman, Paye və Jiru 

yer alıb.

Matçı  ingiltərəli  Mark  Klattenburqun 

rəhbərlik  etdiyi  hakimlər  briqadası  idarə 

edib.

Final  qarşılaşmasında  ilk  hissədə  he-



sab açılmayıb. İlk yarıda Fransa millisinin 

müəyyən ərazi üstünlüyü olsa da bu hesab-

da əksini tapmayıb.

İlk  hissədə  ən  yadda  qalan  hadisə  isə 

Portuqaliya  yığmasının  kapitanının  zə-

dələnərək meydanı tərk etməsi olub. Oyu-

nun 25-ci dəqiqəsində Kristiano Ronaldonu 

Rikardo Quaresma əvəzləyib.

İlk  hissədə  olduğu  kimi,  ikinci  hissədə 

də Fransa millisi daha çox hücum edən tərəf 

olub.  Lakin  Portuqaliya  millisinin  qapıçısı 

Rui  Patrisionun  inamlı  oyunu  nəticəsində 

fransızlar  qol  vura  bilməyiblər.  Oyunun 

sonlarına  yaxın  isə  fransızların  heyətində 

Andre-Pyer  Jinyakın  vurduğu  zərbə  qapı 

dirəyinə dəyib.

Oyunda qalibi müəyyən etmək üçün iki 

15  dəqiqədən  ibarət  əlavə  vaxt  oynanilıb. 

İlk  15  dəqiqədə  qapılara  qol  vurulmayıb. 

İkinci  on  beş  dəqiqəyə  Portuqaliya  millisi 

hücumlarla başlayıb. Nəticədə oyunun 109-

cu dəqiqəsində Portuqaliya millisinin heyə-

tində Eder fərqlənib. Onun uzaq məsafədən 

vurduğu zərbə qarşısıalınmaz olub. Qoldan 

sonra  Fransa  millisi  çox  cəhd  göstərsə  də 

bu,  heç  nəyi  dəyişməyib.  Beləliklə,  Por-

tuqaliya  yığması  tarixində  ilk  dəfə  olaraq 

Avropa çempionu olub.

Oyundan  sonra  qalibin  mükafatlandı-

rılması  mərasimi  olub.  Gümüş  medallar 

Fransa yığmasının üzvlərinə təqdim edilib. 

Sonra kürsüyə Portuqaliya millisinin üzvlə-

ri  çıxıblar.  Qızıl  medallar  və Avropa  çem-

pionatını  kuboku  qalib  komandaya  təqdim 

edilib.

Qeyd  edək  ki,  Fransa  millisinin  üzvü 



Qrizman altı qolla çempionatın bombardiri 

olub.


portuqaliya tarixdə ilk dəfə 

avropa çempionu adını qazanıb

Yüklə 403,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə