R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ


V.8. Aqrar sənaye kompleksi



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə23/53
tarix31.12.2021
ölçüsü2,56 Mb.
#82187
1   ...   19   20   21   22   23   24   25   26   ...   53
dunyanin-iqtisadi-ve-sosial-cografiyasi (2)

 

V.8. Aqrar sənaye kompleksi 

 



Aqrar  sənaye  kompleksi  (ASK)  hər  hansı  bir  ölkə 

təsərrüfatının  tərkib  hissələrindən  biridir.  Ölkənin  sosial-iqtisadi 

inkişafının, xalqın maddi rifah halının daha da  yüksəldilməsi ASK-

nın  hərtərəfli  inkişafı  və  onun  effektivliyinin,  səmərəliliyinin  daha 

da artırılması ilə sıx surətdə bağlıdır. 

ASK-nın strukturu 3 aparıcı sferadan, istehsal və infrastruktur 

sahələrdən  ibarətdir.  Bunlardan  1-cisi  ASK-nın  istehsal  vasitələri 

istehsalı  sahəsini  (traktor,  digər  müxtəlif  maşınlar,  kimya  və  s.),  2-

cisi  kənd  təsərrüfatı  və  meşə  təsərrüfatını,  3-cüsü  kənd  təsərrüfatı 

məhsullarının  toplanmasını,  saxlanmasını,  emalını  və  onların 

reallaşdırılmasını əks etdirir. 

ASK-nın  sürətli  inkişafı  isə  kənd  təsərrüfatının  və  digər  yardımçı 

sahələrin  texniki  avadanlıqlarla  daha  yaxşı  təmin  edilməsi  ilə 

bağlıdır. 

ASK-nın  inkişafı  və  formalaşmasında  80-dən  artıq  xalq 

təsərrüfatı  sahəsi  iştirak  edir.  O,  kənd  təsərrüfatı  məhsullarının 

istehsalı  və  emalı  üzrə  biri-biri  ilə  əlaqədə  olan  kənd  təsərrüfatı  və 

sənaye  müəssisələrinin  müəyyən  ərazidə  birləşməsini  təmin  edir. 

Onun  əsas  vəzifəsi  kənd  təsərrüfatı  məhsulları  istehsalının  sabit 

artımı şərti ilə əhalini ərzaq və digər kənd təsərrüfatı məhsulları ilə, 

heyvandarlığı  yemlə,  ayrı-ayrı  sənaye  sahələrini  müxtəlif  növ 

xammallarla təmin etməkdən ibarətdir. 

ASK-nın  inkişafı  biri-biri  ilə  əlaqəli  olan  çoxlu  sayda 

məsələləri 

həll 

edir. 


Buraya 

maddi-texniki 

bazanın 

təkmilləşdirilməsi,  ərzaq  probleminin  həllinin  başlıca  istiqamətləri, 

istehsal və sosial-məişət infrastrukturunun formalaşdırılması, iqtisadi 

səmərəliliyin  daha  da  yüksəldilməsi  təsərrüfat  mexanizminin 

getdikcə təkmilləşdirilməsi və s. daxildir. Onun  mahiyyəti ETT-nin, 

əmək  məhsuldarlığının  yüksəldilməsi,  məhsulun  keyfıyyətinin 

yaxşılaşdırılması  və  onun  dəyərinin  aşağı  salınmasını  təmin  etmək 

şərti  ilə  həm  də  kənd  təsərrüfatı  məhsullarının  istehsalını,  satışını, 

daşınmasını, 

sənaye 


emalını 

məqsədyönümlü 

surətdə 

birləşdirməkdən  ibarətdir.  Bunlarla  yanaşı  o,  kənd  təsərrüfatı 

məhsulları  istehsalına  emaledici  sənayenin  təsirini  daha  da 

gücləndirir.Bunun da nəticəsində kadrların peşə-texniki səviyyəsinə, 

xammalın keyfıyyətinə və nəqlinin ahəngdarlığına qarşı tələblər daha 

da  artmış  olur.  Kənd  təsərrüfatı  ilə  emaledici  sənaye  müəssisələri 

arasında  birbaşa  müqavilə  əlaqələri  keyfiyyətcə  yeni  pilləyə  qalxır. 

Beləliklə  də,  əmək  və  material  ehtiyatlarından  istifadənin 




mövsümiliyi  azalır,  təsərrüfatların  daha  möhkəmləndirilməsi  və 

genişləndirilməsi  üzrə  iri  obyektlər  tikilməsinə,  ən  yeni  texnika  və 

avadanlıqlar alınmasına yönəltməyə imkan verir. Fondla və enerji ilə 

təchizatın artımı aqrar əməyini sənaye əməyinin bir növünə çevirmiş 

olur.  Eyni  zamanda  ASK  elmi-texniki  tərəqqinin  nailiyyətlərinin 

tətbiqi  üçün  geniş  imkanlar  yaradır.  Deyilənlərlə  yanaşı,  ASK 

inteqrasiyası istehsalın ümumi faydalılığına nəzərəçarpacaq dərəcədə 

təsir  göstərir,  istehsalın  optimal  həcmdə  ixtisaslaşdırılmasına, 

torpaqlardan  daha  məqsədəuyğun  istifadə  edilməsinə,  çoxillik 

əkinlərin, 

ümumi 

əkin 


sahələrinin 

strukturunun 

daha 

da 


təkmilləşdirilməsinə,  meyvə-tərəvəz  anbarlarından,  digər  saxlama 

yerlərindən  və  soyuducu  tikililərdən  (obyektlərdən)  yaxşı  istifadə 

olunmasına, itki və tullantıların azalmasına şərait yaradır. 

ASK  kənd  təsərrüfatı  məhsulları  və  xammalların  istehsalı, 

emalı,  saxlanması  və  satışı  proseslərində  qarşıhqlı  surətdə  əlaqədə 

olan  bütün  müəssisələrin  səylərini  birləşdirməyə  imkan  verir.  Son 

məhsul buraxılışının məqsədəuyğun təşkilinə, iqtisadi səmərəliliyinin 

yüksəldilməsinə,  onların  istehlakçıya  vaxtlı-vaxtında  çatdırılmasına 

kömək  edir,  həm  də  fəaliyyətləri  vahid  idarəetmə,  planlaşdırma  və 

gəlirlərin bölüşdürülməsi sistemi əsasında qurulan kənd təsərrüfatı və 

sənaye  müəssisələrinin  və  b.  obyektlərin  qarşılıqlı  istehsal 

münasibətlərinin təşkilat formalarını nəzərdə tutur. 

ASK 

ictimai 


istehsalın 

təşkilinin 

yeni 

formalarının 



yaranmasına  və  inkişaf  etdirilməsinə  gətirib  çıxarır.  O,  sənaye 

müəssisələrinin  xammal  rayonlarına  yaxınlaşdırılmasını  təmin  edir, 

işçi qüvvəsindən səmərəli istifadə etməyə və istehsalın rentabelliyini 

yüksəltməyə imkan verir, kənddə istehsalı daha da təkmilləşdirməyin 

mühüm vasitəsinə çevrilir. 

ASK-nın  bütün  səviyyələrdə  vahid  bir  tam  kimi  idarə 

edilməsi,  planlaşdırılması  və  maliyyələşdirilməsi  əsasında  kənd 

təsərrüfatı  məhsulları  istehsalının  və  onunla  əlaqədə  olan  digər 

sahələrin  balanslaşdırılma  şəklində  inkişafını  təmin  etmək  və 

bununla da ət, süd və b. məhsulların istehsalı və istehlakının daima 

artırılması əsas vəzifə sayılır. 

ASK-mn  aparıcı  sahəsi  kənd  təsərrüfatıdır.  O,  maddi 

istehsalın  sənayedən  sonra  2-ci  aparıcı  sahəsi  hesab  edilir.  Küveyti 

və Sinqapuru nəzərə almasaq dünyanın elə bir ölkəsi yoxdur ki, əhali 

orada  kənd  təsərrüfatı  ilə  məşğul  olmasın.  Dünyada  elə  bir  istehsal 



sahəsi  yoxdur  ki,  orada  da  1,3  mlrd.  nəfər  (iqtisadi  cəhətdən  fəal 

əhalinin - 46%-i) işçi cəmləşmiş olsun. Kənd yerlərində yaşayanların 

sayı isə - 2,6 mlrd. nəfər təşkil edir. Đllik məhsul istehsalının 1/10-i 

kənd  təsərrüfatının  payına  düşür.  Dünya  ticarətinin  -  ixracatında 

kənd  təsərrüfatı  məhsullarının  çəkisi  -  10%  təşkil  edir.  Lakin 

tərkibinin  mürəkkəbliyinə  və  zənginliyinə  görə  o  heç  bir  təsərrüfat 

sahəsinə bənzəmir. 

Kənd  təsərrüfatının  inkişafı  ekstensiv  və  intensiv  yollarla 

təmin  edilir.  Ekstensiv  üsul  əkin  sahələrinin  genişləndirilməsi, 

əvvəllər  istifadə  olunmamış  torpaq  sahələrinin  istifadəyə  verilməsi, 

heyvanların  sayının  çoxaldılması  nəticəsində  ha  hesabı  ilə  məhsul 

istehsalını artırmaq intensiv inkişaf yolu adlanır. 

Kənd  təsərrüfatının  intensivliyinə  suvarma,  kimyalaşdırma, 

elektrikləşdirmə, 

mexanikləşdirmədən 

başqa, 


əsas 

istehsal 

proseslərinin 

avtomatlaşdırılması 

nəticəsində 

nail 


olmaq 

mümkündür.  Bir  sözlə,  intensivləşdirmə  istehsalın  texniki  cəhətdən 

təchizatını daha da yaxşılaşdırmaqla onun səmərəliliyinin artırılması 

kimi başa düşülür. 

Kənd  təsərrüfatı  dünya  regionlarında  müxtəlif  inkişafa  malik 

olduğundan bu və ya digər tədbirlər həyata keçirilir. Bu sahədə ĐOÖ-

in keçirdiyi tədbirlər daha çox diqqəti cəlb edir. Bu tədbirlərdən biri 

kənd  təsərrfatında  "yaşıl  inqilab"ın  həyata  keçirilməsidir.  Burada 

ETĐ-in nailiyyətlərindən istifadə edərək kənd təsərrüfatına ha hesabı 

ilə  daha  çox  məhsul  verə  bilən  bitki  sortlarının  daxil  edilməsi, 

irriqasiya  işlərinin  yüksək  səviyyədə  aparılması,  kənd  təsərrüfatı 

sahələrinin 

sənayeləşdirilməsi 

maşınlaşdırılması, 



kimyalaşdırılması, 

elektrikləşdirilməsi, 

avtomatlaşdırılması, 

bitkilərin  qorunmasına  lazım  olan  vasitələrdən  istifadə  gündəmə 

gəlir. 

"Yaşıl  inqilab"  tətbiq  edərək  ĐOÖ  kənd  təsərrüfatında  xeyli 

irəliləyişlərə  nail  olmuşlar.  Hətta,  Hindistan,  Pakistan,  Tailand, 

Đndoneziya, Çin hətta taxıl idxalatını da azaltmış, ya da ki, tamamilə 

yox etmişlər. 

Sənayedən  fərqli  olaraq,  kənd  təsərrüfatı  məhsulları  istehsalı 

relyefi,  mikroiqlimi,  torpaqları  müxtəlif  olan  çox  geniş  sahələrdə 

əldə  edilir.  Kənd  təsərrüfatında  bir  çox  istehsal  prosesləri  mövsümi 

xarakter  daşıyır,  çünki  bunlar  bitkilərin  boy  artması  və  heyvanların 



inkişafının  təbii  şəraiti  ilə  əlaqədardır.  Təbii  şərait  kənd  tasərrüfatı 

əməyinin gedişinə böyük təsir göstərir. 

Mexanikləşdirmə, elektrikləşdirmə, eləcə də kimyalaşdırma -

yüksək  məhsuldarlı  kənd      təsərrüfatının  inkişafı  üçün  başlıca 

şərtlərdən  sayılır.  Bunları  yalnız  güclü  sənayenin  mövcudluğu 

şəraitində həyata keçirmək mümkündür. Bu sahədə ĐEÖ seçilirlər. 

Đqtisadi  cəhətdən  fəal  olan  əhalinin  -  46  faizinin  çalışdığı 

kənd  təsərrüfatının  ixtiyarına  -  4,9  mlrd.  ha  və  ya  ümumi  torpaq 

sahəsinin  -  37%-i  verilmişdir.  Dünyada  illik  kənd  təsərrüfatı 

məhsulları  istehsalının  1/3-ni  verən  suvarılan  torpaqların  ümumi 

sahəsi  -  270  mln.  ha-ra  çatır.  Bunun  57  mln.ha-rı  Hindistanda,  52 

mln.  ha-rı  Çində  və  21  mln.  ha-rı  ABŞ-da  istifadədir.  Qeyd  etmək 

lazımdır  ki,  yer  kürəsində  deqradasiyaya  məruz  qalan  torpaqlar  da 

vardır ki, onlar da ümumi torpaq sahəsinin - 15-17%-indən çoxdur. 

Belə  torpaqlar  Avropada  -  23%,  Asiyada  -  18%,  Afrikada  -  17%, 

Cənubi Amerikada - 14%, Okeaniyada - 12% və Şimali Amerikada - 

7%-dən  çoxdur.  Kənd  təsərrüfatı  üçün  yararlı  torpaqlar  Avropada 

ümumi  torpaqların  -  47%-nə,  Okeaniyada  -  58%-nə,  Asiyada  isə  - 

42%-inə  bərabərdir.  Đşlənən  torpaqlar  ən  çox  Cənubi  və  Cənubi  - 

Şərqi  Asiya  və  Şimali  Amerika  regionundadırsa,  ən  çox  biçənək 

sahələri  Latın  Amerikasında  və  Avstraliyada  mövcuddur.  Çin, 

Avstraliya, ABŞ və Rusiya Federasiyası kənd təsərrüfatı üçün yararlı 

torpaqlarının çoxluğu ilə tanınırlar. 

Əhalinin  sayının  artımı  ilə  və  başqa  amillərlə  bağlı  olaraq 

adambaşma  düşən  əkin  sahələri  də  ayrı-ayrı  ölkələrdə  az  və  ya 

çoxdur.  Bu,  dünyada  adambaşına  -  0,3  ha,  Qazaxıstanda  -  1,9  ha, 

Kanadada  -  1,5  ha,  Çində  -  0,1  ha,  Yaponiyada  -  0,03  ha-dan  çox 

deyildir.  Kənd  təsərrüfatına  yararlı  torpaq  sahəsinin  -  70%-ni 

biçənəklər,  -  28%-ni  əkin  sahələri  və  -2%-ni  çoxillik  bitki  sahələri 

örtmüşdür. 

Qeyd etdik ki, kənd təsərrüfatı bitkiləri yetişdirməklə bərabər 

heyvanlar saxlamaqla məşğul olan xalq təsərrüfatının aparıcı sahəsi 

kimi  tanınır.  Bitkiçilik  dünyanın  bir  çox  ölkələrində  məhsul 

istehsalında  liderlik  etsə  də,  ĐEO-in  əksəriyyətində  heyvandarlıq 

məhsulları  aparıcı  rol  oynayır.  Bununla  yanaşı,  ĐOÖ-dən 

Monqolustanda, Uruqvayda, Mavritaniyada heyvandarlıq məhsulları 

əkinçiliyə nisbətən çox məhsul verməsi ilə diqqəti cəlb edir. ABŞ-da 



heyvandarlıq  məhsulları  ilə  bitkiçilik  məhsulları  eyni  miqdarda 

məhsul verirlər. 

Bitkiçilik  sahəsində  taxılçılıq,  texniki  bitkilər  becərilməsi, 

subtropik  bitkiçiliyi,  bağçılıq,  bostan  və  tərəvəzçilik,  üzümçülük, 

yağlı  bitkilər,  yem  bitkiləri  becərilməsi  sahələri  öz  əkslərini 

tapmışlar. 

Ərzaq 

çatışmamazlığının 



qarşısının 

alınmasında, 

heyvandarlıq  üçün  yem  hazırlanmasında,  ayrı-ayrı  sənaye  sahələri 

üçün xammal rolunu oynamaqda taxılçılıq təsərrüfatı ölçüyə gəlməz 

rol oynayır. Onun buğda, qarğıdalı, çəltik, arpa, darı, çovdar, vələmir 

və  bir  sıra  yerli  əhəmiyyət  kəsb  edən  növləri  vardır.  O,  dünyada 

strateji əhəmiyyət kəsb edən sahə kimi də tanınır. 

Müasir  dünya  taxılçılıq  təsərrüfatının  əkin  sahəsi,  ümumi 

məhsul toplanması, beynəlxalq ticarət və istehlak kimi dörd ayrılmaz 

hissəsi mövcuddur. 

Taxılçılıq təsərrüfatının inkişaf etdirilməsi üçün - 650 mln. ha 

əkin  sahəsi  (45%)  ayrılmışdır.  Dünya  regionları,  eləcə  də  ölkələri 

taxılçılığın 

kəmiyyət-keyfıyyət 

göstəricilərində 

biri-birindən 

fərqlənirlər. Daha doğrusu, Rusiyada, Böyük Britaniyada, Fransada, 

Đtaliyada,  ABŞ-da  ümumi  əkin  sahəsinin  50-60%-i,  Polşada, 

Macarıstanda, Rummiyada - 60-65%, Almaniyada - 70%-dən artığı, 

Vyetnamda  -  80%-i,  Yaponiyada  -  90%-dən  artığı  taxılçılıq  üçün 

ayrılmışdır. 

Taxılçıhq sahəsində buğda, çəltik və qarğıdalı daha çox əkin 

sahəsinə malikdir. Daha doğrusu, dünyada buğda becərilməsinə -215 

mln. ha, çəltik becərilməsinə - 155 min ha, qarğıdalı becərilməsinə - 

140 mln. ha əkin sahəsi ayrılmışdır. 

Hər il dünyada 2,2 mlrd. tondan artıq taxıl tədarük olunur ki, 

burada  da  -  Çin  -  504  mln.  ton,  ABŞ  -  350  mln.  t,  Hindistan  -  225 

mln.  ton,  Rusiya-  87  mln.  t,  Fransa  -  65  mln.  ton,  Đndoneziya  -  55 

mln.  ton,  Kanada  -  50  mln.  ton,  AFR-  45  mln.  ton,  Braziliya  -  45 

mln.  ton,  Argentina  -  35  mln.  ton  taxıl  tədarük  edirlər.  Tədarük 

olunmuş  taxılın  -  876  mln.  tonu  yemçilikdə  istifadə  olunur.  Bu 

məqsəd üçün - ABŞ-da -257 mln. t, Avropa Đttifaqı ölkələrində - 102 

mln. t, Çində - 139 mln. t, Kanadada - 27 mln. t, Rusiyada - 22 mln. 

t məhsul toplanmışdır. 

Hal-hazırda  dünyada  adambaşına  ildə  336  kq-a  qədər  taxıl 

tədarük olunduğu göstərilir. Bu, Kanadada - 1716 kq, Macarıstanda - 




1204 kq, ABŞ-da 1065 kq, Çində - 333 kq, Yaponiyada - 128 kq-dan 

çox deyildir. 

Taxıl tədarükündə Cənubun xüsusi çəkisi - 55%-dən artıqdır. 

Buğda əkinləri üçün ayrılmış 230 mln. ha-dan XX əsrin sonu 

XXI əsrin başlanğıcında 600 mln. t məhsul toplamlmışdır. Dünyanın 

70-dən  artıq  ölkəsində  buğdanın  -  20-dən  çox  növü  becərilsə  də, 

üstünlük  qnun  bərk  və  yumşaq  növlərinin  əkilməsinə  verilir.  Bərk 

növlərdən  makaron,  vermişel  və  s.  əldə  edilməsində  geniş  istifadə 

olunur.  Məhsul  tədarükündə  Çin  liderlik  edərək  ildə  -121  mln.  t. 

kəmiyyət göstəricisinə malikdir. Sonrakı yerləri - Hindistan (76 mln. 

t),  ABŞ  (63  mln.  t),  RF  (35  mln.  t)  tuturlar.  Buğda  ilk  dəfə  Qabaq 

Asiyada,  sonra  isə  Aralıq  dəniz  hövzəsi  ölkələrində  və  Afrikanın 

Şimal ərazilərində becərilmişdir. 

Çovdar  ərzaq  və  yem  məhsullarında  xammal  kimi  istifadə 

olunur.  Əkin  sahəsi  11  mln.  ha,  illik  toplanan  məhsul  isə  23  mln. 

tondan  artıqdır.  Rusiyada,  Polşada,  AFR-də,  Belorusiyada, 

Kanadada, ABŞ-da, Çində və Qazaxıstanda becərilir. 

Əsasən  atçılıq  təsərrüfatında  yem  kimi  istifadə  edilən  yulaf 

Şimali  Amerikada,  Qərbi  Avropada,  Rusiyada,  Kanadada,  Polşada, 

AFR-də,  Avstraliyada  becərilərək  əkin  sahəsi  16  mln.  ha,  məhsul 

tədarükü - 30 mln. tondan artıqdır. Bu sahədə Kanada dünyada 1-ci 

yeri tutur. 

Arpa  yem  üçün  tədarük  olunan  məhsullar  içərisində 

özünəməxsus yer tutur. Ən çox pivə hazırlanmasında gərəkli sayılan 

xammaldır.  Qərbi  Avropada,  Şərqi  Avropa  ölkələrində,  Qabaq  və 

Şərqi  Asiya  regionunda  -  64  mln.  ha  əkin  sahəsindən  -  150  mln.  t 

məhsul  toplanılır.  Ölkələrdən  RF,  Kanada,  Ukrayna,  AFR,  ABŞ, 

Fransa,  Đspaniya,  Türkiyə  seçilirlər.  Arpa  ən  çox  pivə  alınmasın 

istifadə  olunur.  Almaniyada  -1200dən  artıq  pivə  istehsal  edən 

müəssisə  fəaliyyət  göstərir.  Burada  ildə  adambaşına  -  150  litr  pivə 

buraxılır.  Belçika  da  həm  istehsalına,  həm  də  ixracatına  görə 

qabaqcıl yer tutur. Pivənin ən çox istehlakçısı Çin sayılır. Bu sahədə 

Çexiyanın  da  adını  çəkməklə  dünyada  ildə  1,0  mlrd.  qektolitr 

məhsul istehsal olunur. 

Qarğıdalı  Amerika  bitkisi  olub  -  140  mln.  ha  əkin  sahəsinə, 

ildə - 600 mln. t məhsul istehsalına malik olan tropik zonanın bitkisi 

sayılır.  Onun  7  növü  vardır.  O,  əsasən  Şimali  Amerikada,  Asiyada 

becərilir.  Son  vaxtlar  Çin,  Braziliya,  Meksika,  Fransa,  Argentina, 




CAR,  Koreya  Respublikası,  Malayziya  qarğıdalı  əkinləri  ilə 

tanınmaqdadırlar.  Eyni  zamanda,  Yaponiya,  Koreya  Respublikası, 

Çin, RF, Malayziya ən çox qarğıdalı məhsulu idxal edən ölkələrdir. 

ABŞ-da 


qarğıdalı 

əkilməsi, 

becərilməsi, 

yığılması 

100% 

mexanikləşdirilmişdir.  Hər  il  ABŞ-da  268  mln.  t  qarğıdalı  məhsulu 



toplamlır.  Bu,  Çində  -  137,3  mln.  t.,  Braziliyada  -  38  mln.  t, 

Kanadada - 28 mln. t, RF-də 31,2 mln. t. Meksikada - 26 mln. t-dan 

çox deyildir. 

Planetimizin  2,0  mlrd.  nəfərə  qədər  əhalisinin  ərzaq 

məhsulunu  çəltik  təşkil  edir.  Onun  70-dən  az  olmayan  növü 

becərilir.  Başlıca  olaraq  ekvatorial,  tropik  və  subtropik  qurşaqlarda 

becərilir.  Onun  vətəni  Hindistandır.  Əkin  sahəsi  -  151  mln.  ha-dır. 

Ondan da ildə - 600 mln. t məhsul əldə edilir. 

Asiya  ölkələri  illik  çəltik  məhsulu  toplantısının  9/10-nu, 

yerdə qalanını isə Cənubi Amerika, Şimali Amerika, Afrika ölkələri 

verirlər. Đldə Çin -192 mln. t, Hindistan - 132 mln. t, Đndoneziya - 51 

mln.  t,  Banqladeş  -  34  mln.  t,  Vyetnam  -  32  mln.  t.,  Myanma  -  30 

mln. t, Tailand - 25 mln. t., Filippin - 13 mln. t, Yaponiya - 11 mln. t. 

və Braziliya - 10 mln. t. çəltik məhsulu vermə gücünə malikdir. 

Dari  və  sorqo  (darıya  oxşar  dənli  bitki)  Afrikada,  Asiyada, 

ABŞ-da, Çində, Hindistanda, MDB məkanında becərilməklə ümumi 

əkin  sahəsi  -  83  mln.  ha  olsa  da  ildə  25  mln.  t  məhsul  toplamlır. 

Əsasən heyvandarhğın yemi üçün istifadə olunur. 

Soya  əsasən  ərzaq  bitkisi  olmaqla  ABŞ-da,  Çində,  Cənubi 

Amerikada becərilir. Əkin sahəsi - 66 mln. ha-ya çatır. Dünyanın 40-

dan  artıq  ölkəsində  becərilməklə  illik  məhsul  toplantısı  -  150  mln. 

tona  qədərdir.  ABŞ  həm  tədarükündə,  həm  də  ixracatında  liderlik 

edir. Đkinci, üçüncü yerləri Çin və Braziliya tuturlar. ABŞ-da məhsul 

toplantısı - 75 mln. tondan çoxdur (50%-dən çox). 

Taxılçılıq  təsərrüfatının  ümumi  şərhindən  sonra  qeyd  edə 

bilərik  ki,  1970-ci  ildə  dünya  bazarına  -  80  mln.  t  taxıl 

çıxarılmışdırsa, son illər bu 210 mln. tondan artıq olmuşdur. Aparıcı 

buğda  ixracatçılarına  -  ABŞ,  Kanada,  Avstraliya,  Fransa;  qarğıdalı 

ixracatçılarına  -  ABŞ,  Fransa,  Argentina;  çəltin  ixracatçılarına  -

Tailand,  ABŞ,  Hindistan,  Pakistan  və  Vyetnamı  aid  etmək 

mümkündür. 



Đldə  1-30  mln.  ton  arasında  taxıl  idxal  edən  ölkələrə 

Yaponiya,  RF,  Tayvan,  Koreya  Respublikası,  Çin,  Misir,  Braziliya, 

Đran, Đndoneziya, Pakistan, Banqladeş, Filippin, Əlcəzair, Venesuela, 

Mərakeş, Kuba və Səudiyyə Ərəbistanı misal ola bilər. Buraya az da 

olsa taxıl idxal edən daha 110 dövlətin adını daxil etmək olar. 

Əkinçilik  sahəsinin  biri  də  texniki  emala  malik  olmaqla 

ondan  yeyinti,  yüngül  sənayedə  və  heyvandarlığın  inkişaf 

etdirilməsində  xammal  kimi  geniş  istifadə  olunan  texniki  bitkilər 

hesab  edilir.  Onlardan,  eyni  zamanda,  hərbi  sənayedə  də  istifadə 

etmək  gərəkli  olur.  Bunlardan  şəkər  alınmasında  istifadə  olunan  - 

şəkər qamışını və şəkər çuğundurunu, eləcə də, günəbaxan, pambığı, 

kartofu, lifli kətam, tütünü və başqalarını göstərə bilərik. 

Adları sadalanan texniki bitkilər təbii şəraitə çox həssas, daha 

çox  əmək  və  kapital  tutumlu,  əmtəəli,  ixracat  üçün  yararlı 

xüsusiyyətləri  ilə  tanınırlar.  Bunlar  tərkib  və  keyfıyyətlərinə  görə 

(yağlı,  şəkərli,  kökü  meyvəli,  həyat  tonusunu  yüksəldən,  narkotik, 

meyvə) də qruplaşırlar. 

Yağ  alınmasında  geniş  istifadə  olunanlara  günəbaxanı, 

araxisi,  rapsı,  küncütü,  qıvrımlı  kətanı,  pambığı,  zeytunu,  tünq 

ağacını,  palmanı  aid  edə  bilərik.  Yağ  alınmasında  gərəkli  olan 

bitkilərin  məhsul  toplantısının  illik  miqdarı  ildən-ilə  dəyişərək  son 

vaxtlar -350-400 mln. tona çatmışdır. 

Günəbaxan  Argentinada  (6,5  mln.  t),  Rusiyada  (4,2  mln.  t.), 

Ukraynada (2,8 mln. t),  ABŞ-da (2,0 mln. t),  Fransada (1,9 mln. t), 

Çində (1,6 mln. t), Hindistanda (1,3 mln. t), Rummiyada (1,2 mln. t) 

becərilərək  illik  məhsul  tədarükü  -  27-30  mln.  tona  çatır.  Onun 

vətəni Şimali Amerika sayılır. Yayılma arealları şəkər çuğunduru ilə 

üst-üstə düşür. 

Raps  yağ  alınmasında,  eləcə  də  heyvandarlığın  inkişafında 

yem kimi istifadə olunur. Yazlıq və payızlıq növlərə malik olmaqla 

yağlılıq  dərəcəsi  -  50%  təşkil  edir.  Almaniyada,  Danimarkada, 

Finlandiyada,  Kanadada,  Çində,  Hindistanda  becərilir.  Đllik  toxum 

məhsulu tədarükü 50 mln. ton təşkil edir. 

Zeytunun  dünyada  60-dan  az  olmayan  növü  tanınır.  O, 

həmişəyaşıl  olmaqla  Aralıq  dənizi  regionunda  -  Đspaniyada, 

Đtaliyada, Yunanıstanda, eləcə də Portuqaliyada, Albaniyada, Maqrib 




ölkələrindən  olan  -  Liviyada,  Əlcəzairdə,  Tunisdə,  Mərakeşdə, 

əlbəttə,  Azərbaycanın  Abşeron  bölgəsində  becərilir.  Məhsul 

tədarükündə  Đtaliya  liderlik  edir.  Azərbaycanda  250  ha  bar  verən 

sahədən  ildə  yağ  alınmasında,  turşuya  qoyulmasında  istifadə  üçün 

300  min  ton zeytun  məhsulu  toplanılır.  Dünyada  isə  ildə  -  3,0  mln. 

ton zeytun məhsulu toplamaq mümkündür. 

Araxis  30-dan  çox  növə  malik  olmaqla  dünyanın  300-400 

mm yağıntı düşən bölgələrində - Afrikanın Saxel hissəsində, ABŞ-m 

Corciya  ştatı  ərazisində,  Hindistanda,  Seneqalda,  Qambiyada, 

Malidə,  Nigeriyada,  Çində,  Argentinada  becərilir.  Onun  yağlılıq 

dərəcəsi - 42%-dən çox olmamaqla təmizlənmiş illik məhsul yığımı -

700  min  ton  olsa  da  xam  halda  o  21  mln.  tondan  artığa  çatır. 

Hindistan  -  6,3  mln.  t;  Seneqal,  Qambiya,  Mali,  Nigeriya  birlikdə  -

4,3 mln. ton, ABŞ - 3,0 mln. t məhsul verməklə sonrakı yerlər Çin və 

Argentinaya məxsusdur. 

Palma-tropik 

və 

ekvatorial 



Afrikada, 

Malayziyada, 

Hindistanda əkin sahələrinə malikdir. 

Kokos  palması  dünyanın  90-dan  çox  ölkəsində  becərilməklə 

ümuməkin  sahəsi  10  mln.  ha-dır.  Asiya-Sakit  okean  regionunda, 

Okeaniyada əkin sahələrinə malikdir. Onun meyvəsinin hər birisinin 

çəkisi 1,5-2,5 kq-a çatır. Belə xammallardan nəinki yağ alınır, hətta 

ondan süd də əldə etmək mümkündür. 

Hər  il  dünyada  yuxada  göstərilən  xammallardan  -  soyadan 

ABŞ  -  6,0  mln.  ton,  Braziliya  -  2,6  mln.  t  yağ  alırlar.  Đldə 

günəbaxandan  8,0  mln.  tona  qədər  yağ  alınır  ki,  onun  da  2,0  mln. 

tonunu  MDB  məkanı  ölkələri  verir.  Dünyada  4,1  mln.  ton  zeytun 

yağının-verən  ölkələr  -Tspaniya  (2,2  mln.  t),  Đtaliya  -  (0,6  mln.  t), 

Yunanıstan (0,6 mln. t), Portuqaliya (0,4 mln. t) və Tunis (0,2 mln. 

ton)  sayılırlar.  Hər  il  dünyada  -  4,0  mln.  ton  pambıq  yağı  əldə 

olunur.  Bu  sahədə  Çin  (1,0  mln.  t)  fərqlənir.  Đstehsal  olunan  -  12,1 

mln.  ton  palma  yağının  istehsalçıları  -  Malayziya  -  6,6  mln.  t, 

Đndoneziya - 3,0 mln. t sayılırlar. 

Dünyada istehsal olunmuş bitki yağının - 23,0 mln. tonu ixrac 

olunur. 


Şəkər  alınmasında  ancaq  şəkər  qamışı  və  şəkər  çuğunduru 

istifadə olunur. 




Şəkər qamışı qədim növ olsa da, şəkər çuğunduru XVIII əsrin 

sonlarında 

Almaniyada 

mövcudlaşmışdır. 

Belə 

ki, 


şəkər 

çuğundurundan  şəkər  alınması  üçün  ilk  zavod  Almaniyada 

yaradılmışdır. Müasir dünyada hər iki xammaldan şəkər alınmasının 

nisbəti 70:30 kimi olmaqla şəkər qamışının xeyrinədir. Şəkər qamışı 

çoxillik,  istiliksevən  növ  olmaqla  tropik  və  subtropik  qurşağın 

musson iqliminə malik olan ölkələrində geniş sahələrlə tanıınr. Onun 

vegetasiya  dövründə  illik  temperaturun  miqdarı  -  6000°S-yə  qədər 

olur.  Ildə  -  1,2  mlrd.  ton  məhsulun  çoxunu  (19  mln.  ha  sahədən) 

ĐOÖ-lər  verirlər.  Bunlara  Çini,  Kubanı,  Braziliyanı,  Hindistanı  aid 

etmək olar. Đldə - 140 mln. tona qədər şəkə istehsal olunur ki, onun 

da 100 mln. tonunu şəkər qamışmdan əldə edirlər. 

Qeyd etmək lazımdır ki, Braziliya ildə şəkər qamışından 21,0 

mln. t, Hindistan - 14,2 mln. t, Çin - 8,6 mln. t, Avstraliya - 5,8 mln. 

t şəkər istehsalına malikdirlər. 

Şəkər  çuğundurundan  ərzaq  məhsulu  alınmasında,  həm  də 

heyvandarlığın  inkişafında  yem  kimi  geniş  istifadə  olunur.  O, 

mülayim  iqlim  qurşağıının  birillik  bitkisidir.  Đllik  tədarükü  -  300 

mln. t (əkin sahəsi - 7,0 mln. ha) olmaqla Ukraynada (31 mln. ton), 

Rusiyada  (26  mln.  t),  Fransada  (26  mln.  t),  ABŞ-da  (23  mln.  t) 

becərilir.  Göstərilənlərdən  başqa,  Niderlandda,  Polşada,  Türkiyədə, 

Almaniyada, 

Çində, 


Danimarkada, 

Norveçdə, 

Đsveçdə, 

Azərbaycanda şəkər çuğunduru əkilir. Qeyd etmək yerinə düşərdi ki, 

ABŞ  hər  il  şəkər  çuğundurundan  7,6  mln.  t,  Fransa  4,3  mln.  t, 

Almaniya 4,0 mln. t, Türkiyə 2,7 mln. ton şəkər istehsal edirlər. 

Texniki  bitkilərin  aparıcı  növlərindən  biri  də  kartofdur. 

Əsasən  mülayim  qurşağın  Avropa  ölkələrində,  eləcə  də  Asiyada, 

Şimali  Amerika  regionlarında  becərilərək  ümumi  əkin  sahəsi  -  20 

mln.  ha-nı  keçərək  illik  toplanmış  məhsulun  miqdarı  -  300  mln. 

tondan  az  deyildir.  Bu  sahədə  Çin  -  60  mln.  t,  RF  -  34  mln.  t, 

Hindistan - 23 mln. t, ABŞ - 22 mln. t, Polşa 20 mln. t, Ukrayna - 15 

mln.  t,  AFR-11,0  mln.  t,  Belorusiya  -  8,0  mln.  ton,  Niderland  -  8,0 

mln. t, Böyük Britaniya - 7,0 mln. t illik məhsul verməklə seçilirlər. 

Belarusiya  -800  kq,  Polşa  -  520  kq,  Niderland  -  500  kq,  Ukrayna  - 

300 kq adambaşma məhsul verirlər. Niderland ildə - 1,5 mln. t kartof 

məhsulu  ixrac  edərək  bu  sahədə  liderlik  edir.  Almaniya,  Fransa, 

Belçika  və  Kanadada  bu  ixracat  ildə  0,5  -1,0  mln.  ton  arasında 

dəyişir. 



Ərzaq,  yüngül,  hərbi  sənaye  üçün  məhsullar  alınmasında, 

eləcə  də  heyvandarlığın  yemi  olan  jımıx  alınmasında  pambıqçılığın 

xüsusi  əhəmiyyəti  vardır.  Pambıq  subtropik  və  tropik  qurşaqlarda 

becərilməklə - 35 mln. ha əkin sahəsinin olması ilə, 20 mln. tondan 

çox məhsul istehsalı ilə tanınır. Regionlardan - MDB, - 7,9%, Qərbi 

Avropa  -  2,3%,  Xarici  Asiya  -  51,5%,  Afrika  -  9,0%,  Şimali 

Amerika . 454% və Avstraliya - 3,3% illik məhsul verməklə dünya 

bazarına  məhsul  ixrac  edirlər.  Pambıq  lifi  verilməsində  isə  -  Çin  - 

4,1  mln.  t,  ABŞ  -  3,9  mln.  t,  Hindistan  -  2,7  mln.  t,  Pakistan  -  1,9 

mln.  t,  Özbəkistan  -  1,2  mln.  t,  Özbəkistan,  Türkmənistan, 

Tacikistan,  Qırğızıstan  birlikdə  -  2,0  mln.  t,  Türkiyə  -  0,8  mln.  t, 

Avstraliya - 0,7 mln. t, Braziliya - 0,6 mln. t, Yunanıstan - 0,4 mln. t, 

Misir  -  0,2  mln.  t  məhsul  verməklə  qədimdən  əkin  sahələrinə 

malikdirlər. 

Pambıqçılığın inkişafına görə dünyada Şərqi və Cənubi Şərqi 

Asiya  -  Çin,  Hindistan,  Pakistan;  Mərkəzi  Asiya  -  Özbəkistan, 

Türkmənistan,  Tacikistan,  Qırğızıstan,  Qazaxıstan;  Cənubi-Qərbi 

Asiya  -  Türkiyə,  Suriya,  Đran,  Đsrail;  Qərbi  Avropa  –  Yunaınstan, 

Đspaniya; Afrika - Misir, Sudan, Mali, Kot d Đvuar, Burkina - Faso, 

Benin,  Çad,  Zimbabre,  Mozambik,  Tanzaniya,  CAR;  Şimali 

Amerika  -  ABŞ,  Meksika;  Cənubi  Amerika  -  Braziliya,  Argentina, 

Paraqvay, Peru; Avstraliya; Azərbaycan arealları ayrılır. 

Hər  il  tədarük  olunmuş  pambığın  1/3-i  dünya  bazarına 

çıxarılır.  Bu  sahədə  ABŞ,  Özbəkistan,  Türkmənistan,  Avstraliya, 

Yunanıstan,  Suriya,  Misir,  Qərbi  Afrika  ölkələri  demək  olar  ki, 

"ixtisaslaşmışlar". 

Əsasən  Avropa  bitkisi  sayılan  uzun  lifli  kətan  Misirdə, 

Türkiyədə, Hindistanda, ABŞ və Argentinada, Rusiya və Belarusiya 

ərazilərində  becərilir.  Onun  230-dan  çox  növü  vardır.  Məhsulu  ən 

çox gəmiçilik üçün gərəkli olur. 

Cüt  -  kisələrin,  torların,  kəndirlərin  hazırlanmasında  xammal 

kimi  geniş  istifadə  olunaraq  əsasən  Banqladeş  və  Hindistanda 

becərilir.  Burada  Hind  və  Qanq  çaylarının  deltaları  cütün 

becərilməsi üçün əlverişli şəraitə malikdir. 

Cənubi-Şərqi  Asiyanın  Tailand,  Đndoneziya,  Malayziya 

ölkələri  ərazisində,  habelə  Hindistanda,  Çində,  Filippində,  Şri-

Lankada,  Afrikanın  Nigeriyasında  qeveya  ağacından  təbii  kauçuk 



əldə  olunur.  Đldə  toplanan  7,0  mln.  t  təbii  kauçuk  məhsulunun  -  5,0 

mln. tona qədərini Tailand, Đndoneziya və Malayziya verməkdədir. 

Tütün becərilməsi ilə dünyada - 35 mln. işçi qüvvəsi çalışdığı 

halda 100 mln-dan artıq əhali ondan xeyir götürür. Onun 60-dan artıq 

növü  məlumdur.  Hər  il  8  mln.  tondan  az  olmayan  məhsulun 

verilməsində  ABŞ,  Çin,  Hindistan,  Türkiyə,  Pakistan,  Yunanıstan, 

Đtaliya,  Zimbabre,  Malavi,  Braziliya,  Argentina,  Yaponiya, 

Đndoneziya,    Koreya    Respublikası,    Azərbaycan,    Gürcüstan    kimi 

dövlətlər iştirak edirlər. Tütün yığılmasında Çin (2,7 mln. t) dünyada 

1-ci  yer  tutursa,  2-ci  yer  ABŞ-a  (0,7  mln.  t)  məxsusdur.  Siqaret 

buraxılmasında (dünyada 5,5 mln. t) Asiya Çinin (1647 mlrd. ədəd), 

Yaponiyanın,  Đndoneziyanın,  Koreya  Respublikasının,  Hindistanın 

hesabına dünya regionları arasında liderlik edərək - 2,8 mln. t məhsul 

toplantısı ilə fərqlənir. 

Kolumbiya,  Şərqi  Asiya  (Myanma,  Çin,  Laos),  Orta  Şərq 

(Əfqanıstan),  Mərkəzi  Asiya  (Qırğızıstan,  Cənubi  Qazaxıstan) 

narkotik məhsullar becərilməsinin başlıca rayonları sayılırlar. 

Đnsanların həyat tonusunu yüksəldən bitkilərdən çay, kofe və 

kakaonun adını çəkə bilərik. 

Dünyanın  49  ölkəsində  1000-dən  artıq  növü  olan  çay  qədim 

bitkilərdən sayılır. Onun vətəni Çin hesab edilir. Onun Çində 6 növü 

becərılir.  Đldə  dünyada  2-8-3,0  mln.  ton  məhsul  istehsalında 

Hindistan - 810 min t, Çin - 616 min t, Şri-Lanka, Böyük Britaniya, 

Keniya,  RF,  Azərbaycan,  Gürcüstan  tanınırlar.  Keyfıyyətli  çay 

istehsalında Şri-Lanka, Hindistan qabaqda gedirlər. 

Kofenin vətəni Efiopiyadır. 40-dan artıq növə malik olmaqla 

ildə  -  6,5  mln.  ton  məhsul  istehsal  olunur.  Tanınan  ölkələr 

Kolumbiya - 0,73 mln. t, Đndoneziya - 0,37 mln. t, Kot d Đuvar - 0,28 

mln. t, Meksika - 0,22 mln. t, Qvatemala - 0,17 mln. t, Kosta-Rika -

0,15  mln.  t  məhsul  verməklə  tanınırlar.  "Arabika"  növü  məhsul 

istehsalında 1-ci yeri tutsa da "robusta" növü ən bahalı sayılaraq 1,0 

tonu 1000 dollara satılır. 

Həmişəyaşıl  bitki  növlərindən  sayılan  kakaonun  vətəni 

Cənubi  Amerikadır.  Đstehsalı  -  3,0  mln.  tondan  az  deyildir. 

Braziliyada,  Đndoneziyada,  Qanada,  Malayziyada,  Nigeriyada, 

Kamerunda, Ekvadorda, Kolumbiyada, Niderlandda, ABŞ-da, Kot d 

Đvuarda  əkilir.  Kakaonun  1,0  tonu  923  dollara  satılır.  Məhsul 

istehsalında Qərbi Afrika 1-ci, Latın Amerikası 2-ci və Cənubi-Şərqi 

Asiya regionu 3-cü yeri tutur. 



Subtropik  qurşağın  rütubətli  areallarında  üzümçülük  sahəsi 

inkişaf  etdirilir.  Onun  dünyada  70-dən  çox  növü  tanınır.  Əsasən 

Aralıq dənizi hövzəsi ölkələri üçün səciyyəvi sayılır. Bundan başqa, 

Yaxın  və  Orta  Şərq,  ABŞ  (Kaliforniya),  Avstraliyanın  Viktoriya  və 

Yeni Cənubi Uels ştatları, CAR (Keyptaun) üzüm becərilməsində və 

məhsul  toplanmasında  tanınırlar.  Đtaliya  ildə  -    13  mln.  t  üzüm 

•məhsulu  toplamaqla  dünyada  1-ci,  Fransa  isə  2-ci  yeri  (10  mln.  t.) 

tutur. Đldə dünya ölkələrində 10 mln. ha üzüm bağlarından - 60 mln. 

tondan  çox  məhsul  yığılır.  Üzümçülük  sahəsi  göstərilən  ölkələrdə 

şərab istehsahının çoxluğuna səbəb olmuşdur. Ona görə də Fransada 

üzüm  becərilən  bölgənin  adı  ilə  adlandırılan  keyfıyyətli  şampan, 

konyak,  bordo;  Đtaliyada  vermut,  Almaniyada  mozel  və  reyn 

şərabları, Portuqaliyada portveyn (şirin çaxır), Yunanıstanda konyak 

məmulatları  dünyada  şöhrət  qazanmışlar.  Adambaşına  üzüm  şərabı 

istehsalında  liderlik  edən  ölkələr  Đtaliya  (ildə  100  1)  və  Fransadan 

(ildə 1001) ibarətdir. Dünyada isə bu kəmiyyət göstəricisi - 5 litrdən 

az deyildir. 

Sitrus  bitkilərinə  portağal,  mandarin,  limon,  qreyfrut  və  sair 

növlərin  becərilməsi  daxildir.  Bunlar  da  subtropik  qurşağının 

əkinçilik növləridir. Orta illik məhsul toplanması - 100 mln. t təşkil 

edir.  Bunun  da  -  64,0  mln.  tonu  portağalin  hesabınadır.  Cənubi 

Braziliya, ABŞ, Đspaniya, Đtaliya portağal tədarükündə qabaqcıl yeri 

tuturlar. 

Qreyfrut 

tədarükündə 

ABŞ 


tanırsa, 

mandarin 

yetişdirilməsində  -Yaponiya  dünyada  1-ci  yeri  tutmaqla,  Çin  və 

Cənubi-Şərqi Asiya ölkələri də burada iştirak edirlər. 

Tropik Asiyanın bitkisi sayılan (Hindistanm) banan rütubət və 

istilik  sevən  növ  hesab  edilir.  Đldə  toplanan  60  mln.  tona  qədər 

bananın  2/5-ni  Asiya,  '/i-nü  Cənubi  Amerika  verməklə,  sonrakı 

yerləri Şimali və Mərkəzi Amerika, eləcə də Afrika regionu tuturlar. 

Ən çox banan tədarükü Hindistana, Braziliyaya, Ekvadora, Filippinə, 

Meksikaya  aiddir.  Hələ  II  Dünya  müharibəsinə  qədər  banan 

ixracatına  görə  Mərkəzi  Amerika  ölkələrini  haqlı  olaraq  "banan" 

respublikaları adlandırmışlar. 

Bitkiçiliyin  sahələrindən  biri  də  tərəvəzçilikdir.  Örtülü 

təsərrüfatları  da  nəzərə  alsaq  tərəvəzçilik  ancaq  qütblərdə  inkişaf 

etməmişdir.  Đldə  -  600  mln.  tona  qədər  tədarük  olunan  tərəvəz 

məhsulunun  yığılmasında  Asiya  -  67%-lə,  Avropa  14%-lə,  Şimali 

Amerika  -  9%-lə,  Afrika  -  7%-lə  iştirak  edir.  Dünyada  tərəvəz 



məhsulu toplanmasında Çin - 39%, Hindistan - 9%, ABŞ- 7% xüsusi 

çəkiyə  malikdir.  Bu  kampaniyada  Türkiyə,  Đtaliya,  Đspaniya  və 

Rusiya kimi iri dövlətlər də iştirak edirlər. 

Kənd  təsərrüfatı  üçün  ayrılmış  yararlı  əkin  sahələri 

strukturunda  çox  da  yer  tutmayan  bağçılıq  çox  zəhmət  tələb  edən 

sahə kimi tanınır. Alma, armud, şaftalı, qoz, fındıq, gilas, albalı, kivi 

və  s.  məhsulları  toplanmasında  Asiyanın  xüsusi  çəkisi  daha  çox 

olmaqla - 40% təşkil edir.  Đldə orta hesabla - 450 mln. tondan artıq 

müxtəlif  meyvə  məhsulları  toplanılır.  Dünyada  il  ərzində  toplanan 

meyvənin - 12%-ni Çin, 10%-ni Hindistan, 8%-ni Braziliya, 7,5 %-

ni ABŞ verməklə sonrakı yerləri Đtaliya və digər dövlətlər tuturlar. 

Əkinçilik  sahəsinin  son  illərdə  dinamik  inkişaf  edən 

sahələrindən  biri  də  gülçülük  təsərrüfatıdır.  Bu  sahə,  xüsusi  ilə  də 

Şimali Amerika və Qərbi Avropa ölkələri üçün daha çox xarakterdir. 

Dünyada  ən  yaxşı  tülpan  becərilməsi  ilə  Niderland  məşhurdursa, 

qızılgül becərilməsində Bolqarıstanm tayı-bərabəri yoxdur. 

Niderlanda  tülpan  hələ  400  il  bundan  əvvəl  Türkiyədən 

gətirilmişdir.  Đlboyu  məhsul  verən  tülpan  isti  oranjereyalarda  da 

becərilərək  nəinki  daxili  bazarda  realizə  olunur,  eləcə  də  AFR-ə, 

Fransaya,  Yaponiyaya,  Sinqapura,  ABŞ-a,  Kanadaya  da  göndərilir. 

Onun  forma  və  rənginə  görə  1000-ə  qədər  növləri  becərilməkdədir. 

Yığılan  məhsul  daha  çox  Aalsmere  şəhərində  yaradılmış  gül 

auksionunda realizə olunur. Đldə 2,0 mlrd. ədəddən artıq tülpan satışa 

göndərilir. 

Deyilənlər  sahəsində  Türkiyənin,  Fransanın,  Hindistanm, 

Braziliyanın, 

Kolumbiyanın 

və 


bəzi 

Afrika 


ölkələrinin 

özünəməxsusluğu vardır. 

Heyvandarlıq  dünya  kənd  təsərrüfatının  ikinci  aparıcı  və  ən 

qədim 


sahəsi 

sayılır. 

Onun 

strukturu 



mürəkkəb 

olmaqla 


iribuynuzlulardan, 

xırdabuynuzlulardan, 

donuzçuluqdan, 

quşçuluqdan, 

maralçılıqdan, 

atçılıqdan, 

vəhşi 

heyvanlar 



saxlanılmasından, arıçılıqdan, ipəkçilik və balıqçılıqdan ibarətdir. O, 

illik  kənd  təsərrüfatı  məhsulları  istehsalının  1/5-ni  verir.  Göstərilən 

heyvanların ümumi sayı 5,0 mlrd. başa yaxındır. 

Kənd  təsərrüfatının  əkinçilik  sahəsində  olduğu  kimi 

heyvandarlığın  da  inkişaf  etdirilməsi  intensiv  və  ekstensiv  yollarla 

həyata keçirilir. 




Đribuynuzlular demək olar ki, dünya  regionları üzrə bərabər 

yerləşdirilmişlər.  Onların  sayı  -  1,3  mln.  başdır.  Lakin 

məhsuldarlığı  regionlar  üzrə  qeyri-bərabərdir.  Avropada,  Şimali 

Amerikada  iribuynuzlu    malqaranın    südçülük-ətiçilik  və  südlük 

istiqamətlisi  saxlanılır.  Son  illər  dünyada  550  mln.  ton  süd 

sağılmışdır.  Süd  sağınında  ABŞ,  RF,  Hindistan,  AFR,  Fransa 

irəlidədirlər. ABŞ da ildə hər baş inəkdən - 7,7 min kq süd sağıldığı 

halda Đsraildə bu göstərici - 8,4 min kq-dan çoxdur. 

Qərbi  Avropa  ölkələri  dünya  süd  sağımının  30%-dən 

çoxunu  verirlər.  Ətlik  istiqamətli  növlər  isə  mülayim  və  subtropik 

qurşağın  daha  çox  quraq  keçən  rayonlarında  bəslənilir.  Belə 

ölkələrdən  ABŞ-ın,  Kanadanın,  RF-nm,  AFR-in,  Avstraliyanın, 

Yeni  Zelandiyanın  adını  çəkmək  olar.  XX  əsrin  sonunda  dünyada 

220 mln. ton ət istehsal olunmuşdur. 

Məlumdur  ki,  iribuynuzluların  sayına  görə  dini  adət-

ənənələr əsasında Hindistan liderlik edir. Son illərin məlumatlarına 

görə Hindistanda iribuynuzluların ümumi sayı 510 mln. başa çatır. 

Bu kəmiyyət göstəricisi Braziliyada - 165 mln. baş, Çində 140 mln. 

baş, ABŞ-da - 101 mln. baş, Argentinada - 52 mln. baş, Pakistanda 

48 mln. baş, Rusiyada 36 mln. başa qədər çata bilir. 

Xırdabuynuzlular  dünyada  1,3  mlrd.  sayı  keçmişlər.  Onlar 

Çində  -  135  mln,  Avstraliyada  -  123  mln,  Hindistanda  56  mln, 

Đranda 50 mln, Yeni Zelandiyada - 48 mln, Böyük Britaniyada - 42 

mln, Türkiyədə 33 mmrbaşdan artıqdır. 

ĐEÖ-də  ətlik-yunluq  və  ətlik  istiqamətli,  ĐOÖ-də  isə 

çoxməqsədli  və  yun  alınması  istiqamətində  olan  növlər  bəslənilir. 

Son  illər  dünyada  -  2,5  mln.  ton  yun  tədarük  olunmuşdur.  Yun 

tədarükündə  fərqlənən  dövlətlərə  Avstraliya,  Yeni  Zelandiya,  Çin, 

Rusiya və Qazaxıstanı misal göstərə bilərik. 

Donuzçuluq təsərrüfatı, Şimali Amerikada, Avropada, eləcə 

də  Asiyanın  bir  çox  ölkələrində  qədim  inkişaf  tarixinə  malikdir. 

Mövcud 954 mln. baş donuzun 470 mln. başı Çində saxlanılır. Latın 

Amerikasından  -  Braziliya,  Meksika,  Qərbi  Avropadan  -  AFR, 

Đspaniya,  Fransa;  Şərqi  Avropadan  -  Rusiya,  Polşa  donuzçuluğun 

inkişafında fərqlənirlər. 



Keçi  saxlanması  dünyanın  Çin,  Hindistan,  Somali,  Sudan, 

Efiopiya,  Nigeriya,  Banqladeş,  Pakistan,  Đran,  Türkiyə  (anqor 

keçiləri),  ABŞ  dövlətləri  üçün  səciyyəvi  olmaqla  dünyada  onların 

sayı  -  700  mln-dan  çoxdur.  Onlar  süd,  ət,  yun,  dəri,  qalantereya 

məhsulları  alınmasında  istifadə  olunurlar.  Çində  -  50  mln, 

Pakistanda - 30 mln, Türkiyədə - 20 mln. keci saxlanılır. Bunun 3,0 

mln. başı anqor keçilərinin hesabınadır. 

ABŞ-da, Argentinada, Asiya regionunda 60 mlndan artıq at 

saxlanılır.  Bunun  26  mln.  başı  Amerikada,  17  mln-u  Asiyadadır. 

Müsəlman  dünyası  xalqları  onun  ətindən,  südündən,  ərzaq 

məhsulları kimi istifadə edirlər. 

XX  əsrin  2-ci  yarısmdan  sürətli  inkişafa  malik  olan 

sahələrdən  biri  də  quşçuluqdur.  14  mlrd-dan  çox  saya  malik 

olmaqla Çində - 3,1 mlrd. ev quşları saxlanılaraq bu sahədə o, lider 

sayılır.  Sonrakı  yerldəri  ABŞ,  Braziliya,  Đndoneziya  tutur.  Son 

illərdə  toyuqların  verdikləri  yumurta  -  47  mln.  t  və  ya  700  mlrd. 

ədəd təşkil etmişdir. Çin - 400 mlrd. ədəd, Rusiya - 34 mlrd. ədəd, 

Hindistan - 28 mlrd.  ədəd  yumurta verməklə  göstərilən ardıcıllıqla 

birinci beşliyə daxil olurlar. Adambaşına düşən yumurta sayında isə 

Niderland  (720  ədəd),  Belçika  (390  ədəd),  Yaponiya  (370  ədəd), 

Çexiya  (350  ədəd),  Belorusiya  (340  ədəd),  ABŞ  (315  ədəd)  və 

Fransa (350 ədəd) dünyada tanıınrlar. 

Heyvandarlıqla balıqçılığın xüsusi yeri vardır. Ondan alınan 

məhsulların  75  faizi  insanların  ərzaq  məhsulu  kimi  gərəkli  olursa, 

yerdə  qalanından  balıq  unu,  qidalandırıcı  əlavələr  və  balıq  yağı 

alınmasında,  heyvanların  yemi  üçün,  eləcə  də  əczaçılıqda  geniş 

istifadə olunur. 

Balıqçılıqda  120  mln.  insan  çalışır.  Ondan  ildə  55  mlrd. 

dollar  dəyərində  məhsul  alınır.  Bunların  yerinə  yetirilməsində  1,3 

mln. balıqtutan gəmi iştirak edir. 

Balıqçılıq  bəşər  cəmiyyətinin  ən  qədim  istehsal  sahəsi 

olmaqla  öz  inkişafında  Atlantik,  Sakit,  Hind  və  Şimal  Buzlu 

okeanlarına,  habelə  daxili  dəniz  və  digər  sututarlara  əsaslanır.  XX 

əsrin sonu üçün yuxanda göstərilən mənbələrdən - 125 mln. t balıq 

və  müxtəlif  dəniz  məhsulları  əldə  edilmişdir.  Bu  sahədə  Atlantik 

okeanı - 28%, Sakit okean - 63%, Hind okeanı -9% xüsusi çəki ilə 

tanınırlar.  Ölkələrdən  isə  Çin,  Peru,  Çili,  Yaponiya,  ABŞ, 



Hindistan, Đndoneziya, RF, Tailand və Norveç özlərinə məxsus yer 

tuturlar. 

Dünya kənd təsərrüfatının ümumi xarakteristikasından aydın 

olur  ki,  onun  kəmiyyət,  keyfıyyət  göstəricilərinin  yerinə 

yetirilməsində heç də bütün regionlar eyni çəkiyə malik deyillər. Bu 

əsasdan  da  Asiya,  Şimali  və  Mərkəzi  Amerika  (xüsusilə  ABŞ, 

Kanada, Meksika), Cənubi   Amerika,  Qərbi  Avropa,  Cənubi 

Avropa,  Şərqi  Avropa,  Mərkəzi-Şərqi  Avropa,  Afrika,  Avstraliya 

və  Okeaniya  regionları  kənd  təsərrüfatının  bütün  sahələri  üzrə, 

eləcə də ixtisaslaşma dərəcəsinə və s. əlamətlərinə görə biri digərini 

təkrarlanırlar. 

Yekunda  onu  da  qeyd  etməliyik  ki,  XX  əsrin  sonunda  və 

XXI 

əsrin 


başlanğıcında 

dünya 


təsərrüfatının 

beynəlmiləlləşdirilməsi,  kənd  təsərrüfatının  inkişafı  həb  də  təbb 

olunan  səviyyədə  deyildir.  Apancı  texnika,  texnologiya  ĐEÖ-də, 

xüsusilə Şimali Amerika və Avrasiya ölkələrində cəmlşsə də, ĐOÖ-

də  insanların  həyat  səviyyələri  ilə  yanaşı  ölkələrin  iqtisadi  inkişaf 

səviyyələrinin aşağı olması hələ də davam edir. 




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə