R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə14/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   10   11   12   13   14   15   16   17   ...   153

Mineral resurslardan neft və qaz yanacaq istehsalında xüsusı 

yer tutur. Neft - 102 ölkədə və qaz - 85 ölkədə ehtiyatlarının coğrafi 

yerləşməsi  dünya  dövlətlərinin  həmişə  maraq  dairəsində  olmuşdur. 

Kömürdən fərqli olaraq  maye və qaz  yanacağının qiymətində hər il 

dəyişikliklər  baş  verir.  Bu  isə  bəzi  ölkələrdə  yanacaq  ehtiyatlarının 

azalması,  bəzilərində  isə  istehsalın  mürəkkəbliyi  ilə  izah  olunur. 

Məsələn,  80-cı  illərin  əvvəllərində  neft  ehtiyatı  95  mlrd.  ton  idisə, 

son illərdə bu rəqəm 800 mlrd. ton hesablanmışdır. 

Dünyada  qaz  ehtiyatlarının  kəşfı  1980-1990-cı  illərdə  35 

trln.m3, son illərdə isə 600 trln. m3-ə çatmışdır. Yanacaq ehtiyatları 

kəşfinin  belə  göstəriciləri  birinci  növbədə  yeni  yataqların 

mənimsənilməsi, ikincisi isə ümumi geoloji ehtiyatların kəşf olunub 

artıq istehsal astanasında dayanması ilə izah olunur. Nəticədə məlum 

olur  ki,  müasir  dünya  iqtisadiyyatında  neftə  və  qaza  olan  tələbat 

daha  üstündür.  Geoloq-alimlər  belə  hesab  edirlər  ki,  neft  və  qaz 

yataqları  77  mln.  km2  sahəni,  o  cümlədən  48  mln.km2  qurunu,  29 

mln. km2 şefl zonasını əhatə edir. 

Çoxsaylı  neft  -  50  min  və  qaz  yataqları  içərisində  daha 

əhəmiyyət  kəsb  edən  nəhəng  hövzələrdir.  Həmin  hövzələrin  hər 

birində  neft  ehtiyatı  500  mln.tona,  hətta  1  mlrd.  tona,  qaz  isə  1 

trln.m3-ə  bərabərdir.  Dünyada  50-yə  qədər  belə  iri  hövzə  vardır. 

Onların  yarıdan  çoxu  Yaxın  Şərq  ölkələrində  yerləşir.  Dünyada 

nəhəng qaz hövzələri 20-dən çoxdur ki, onlarda da ümumi ehtiyatın 

70%-i cəmlənmişdir. Bu növ hövzələr əsasən MDB ölkələri üçün də 

xarakterikdir. 

Yer  kürəsində  uran  da  geniş  yayılmışdır.  Onun  potensial 

ehtiyatı  10  mln.  t  hesablanmışdır.  Tərkibində  0,1%  uran  olan 

yataqların  mənimsənilməsi  iqtisadi  cəhətdən  səmərəli  hesab  olunur. 

1  kq  uran  xammalının  istehsalı  80  ABŞ  dollarına  başa  gəlir.  Atom 

enerjisi  üzrə  beynəlxalq  agentliyin  məlumatına  görə  80-ci  illərin 

sonunda yuxarıda göstərilən qiymətlə uzlaşan uran ehtiyatı 1,6 mln. 

tona  qədərdir.  Bu  baxımdan  zəngin  ehtiyata  malik  birinci  yeddi 

dövlət  bunlardır:  Avstraliya  (460  min  t.),  CAR  (250  min  t.),  Niger 

(180 min t.), Braziliya (165 min t.), Kanada (155 min t.), ABŞ (125 

min  t.)  və  Namibiya  (100  min  t.).  Hesablamalara  əsasən  ümumi 

ehtiyatın 2/3-si Qərbin inkişaf etmiş dövlətlərinin, 1/3-i isə inkişafda 

olan ölkələrin payına düşür. MDB dövlətləri içərisində uran istehsalı 



və  ixracına  görə  Rusiya  Federasiyası  fərqlənir.  Ümumiyyətlə 

dünyanın urana olan tələbatı tam ödənilir. 

Litosfer  nəinki  mineral  yanacaqlarla,  eləcə  də  alternativ 

enerji mənbəyi ilə, yəni geotermal enerji ilə də zəngindir. Geotermal 

enerji  mənbələri  iki  tipə  bölünür.  Birinci  tip  yeraltı  təbii  istilik 

mənbələrini - qaynar suları, buxar və  ya buxar-su qarışığını özündə 

birləşdirir.  Đsti  sular  və  ya  buxar  birbaşa  istifadə  oluna  bilən  enerji 

mənbələridir. 

Đkinci tip - dağ süxurlarının daxili istiliyidir. Həmin süxurlara 

böyük  təzyiq  altında  su  vurularsa  onlardan  alınan  buxardan  istilik 

enerjisi kimi də istifadə etmək olur. 

Hər iki variantın istifadəsinin ümumi çatışmamazlığı buradan 

geotermik enerjinin zəif konsentrasiyasından irəli gəlir. O ərazilərdə 

ki,  belə  isti  mənbələr  yer  səthinə  yaxın  yerləşir  və  temperaturu  30-

40°C-ə  bərabər  olur,  onlardan  təsərrüfatda  istifadə  edilməsi  üçün 

şərait  yaranır.  Su,  buxar,  buxarlı  su  qarışığı  temperaturdan  asılı 

olaraq iki qrupa bölünür. 

Đsti 


su 

mənbələrindən 

istifadə 

olunması 

onların 

temperaturundan  əsaslı  surətdə  asılıdır.  Qeyd  etmək  lazımdır  ki, 

geotermal  enerji  dörd  fərqləndirici  xüsusiyyətə  malikdir.  Birinci,  o, 

tükənməyən sərvətlər qrupuna daxildir. 70-ci illərin hesablamalarına 

əsasən  10  metr  dərinliyə  qədər  onların  ehtiyatı  ənənəvi  yanacaq 

ehtiyatlarından 3,5 min dəfə artıqdır. Ona görə də bəzi tədqiqatçılar 

hətta  5  km  dərinlikdə  belə  geotermal  enerji  ehtiyatlarının  həddən 

artıq  çox  olduğunu  göstərirlər.  Đkincisi,  geotermal  enerji  mənbələri 

çox geniş yayılmışdır. Onun yerləşməsi əsasən Yer kürəsi sahəsinin 

1/10-ni  əhatə  edən  aktiv  seysmik  və  vulkanik  zona  ilə  əlaqədardır. 

Bu  zona  içərisində  daha  perspektivli  «geotermal  rayonlar»  ayırmaq 

mümkündür  (Kaliforniya,  Kamçatka,  Şimali  Qafqaz).  90-cı  illərin 

əvvəllərində  təkcə  keçmiş  SSRĐ-də  50-yə  qədər  yeraltı  isti  su 

mənbələri aşkar edilmişdir. Üçüncüsü, geotermal enerji böyük vəsait 

qoyuluşu  tələb  etmir.  Çünki  yer  təkindən  çıxan  və  ya  çıxarılan  bu 

mənbələr  artıq  təbiət  tərəfindən  istifadəyə  yararlı  vəziyyətə 

gətirilmişdir.  Dördüncüsü,  geotermal  enerji  ekoloji  cəhətdən  tam 

zərərsiz olmaqla bərabər ətraf mühiti çirkləndirmir. 

Torpaq  resursları  dünya  torpaq  fondunun  təsərrüfat  üçün 

yararlı  hissəsidir.  Đnsanlar  bütün  yerüstü  fəaliyyətlərində  belə 

resurslardan  istifadə  edirlər.  Kənd  təsərrüfatı  istehsalı  üçün  əsas 



vasitə  olmaqla  bərabər  şəhər,  qəsəbə,  kənd,  sənaye  müəssisələri, 

nəqliyyat,  rabitə  və  sairələrinin  yerləşməsi  üçün  müstəsna 

əhəmiyyəti vardır. 

Dünya  torpaq  fondunun  ümumi  sahəsi  149  mln.  km2  və  ya 

14,9  mlrd.hektardır.  Antarktida  və  Qrenlandiya  sahələrini  nəzərə 

almasaq bu 135 mln, kv. km və ya 13,5 mlrd. hektara çatır. 

Ayrı-ayrı  regionlar  içərisində  torpaq  fondunun  böyüklüyünə 

görə  fərqlənən  ərazilər  Afrika,  MDB,  Xarici  Asiya,  Şimali  və 

Cənubi Amerikadır. 

Torpaq  fondunun  strukturu  bir  o  qədər  də  əlverişli  deyildir. 

Torpaq  resurslarını  mənimsəyən  və  ondan  istifadə  edən  insanlar 

planetimizin  torpaq  fondunun  strukturuna  təsir  etmiş,  onu  tədricən 

dəyişmişlər.  Bu,  ilk  növbədə  əkilən  torpaqların  genişlənməsi,  otlaq 

və  meşə  sahələrinin  sıxışdırılması  ilə  izah  olunur.  Dünya  torpaq 

fondunun  11%-i  becərilir.  MDB,  Afrika  və  Şimali  Amerikada  bu 

göstərici  orta  dünya  səviyyəsində,  Xarici  Avropa  və  Okeaniyada 

qismən  yüksək  səviyyə  ilə  xarakterizə  olunur.  Onu  da  qeyd  etmək 

lazımdır  ki,  ABŞ  (190  min  ha.),  Hindistan  (166  min  ha.),  Rusiya 

Federasiyası (130 min ha.), ÇXR (93 min ha.), Kanada (46 min ha.). 

Qazaxıstan  (35  min  ha.),  Ukrayna  (min  34  ha)  daha  çox  becərilən 

torpaq sahələrinə malıkdir. 

Təbii  çəmənlik  və  otlaq  sahələri  Xarici  Avropa  müstəsna 

olmaqla  bütün  dünya  regionlarında  becərilən  torpaqlardan  üstünlük 

təşkil edir və hətta Avstraliyada bu 10 dəfə arıqdır. Həmçinin MDB-

də,  Xarici  Avropada,  Şimali  Amerikada  meşə  torpaqları  böyük 

sahələri,  Cənub  Amerikada  isə  ərazinin  təxminən  yarısını  tutur. 

Yaşayış  məntəqələri,  sənaye  və  nəqliyyatın  altında  olan  torpaqlar 

həm  dünya  üzrə  və  həm  də  regionlar  üzrə  1-2%  arasında  tərəddüd 

edir.  Təkcə  Xarici  Avropa  və  Şimali  Amerikada  bu  göstərıci  bir 

qədər yüksəkdir. 

Dünya  torpaq  fondunun  başlıca  problemi  kənd  təsərrüfata 

yararlı  torpaqların  deqradasiyasıdır.  Torpaqların  deqradasiyasına 

onların 

eroziyası, 

çirklənməsi, 

təbii 


otlaqların 

bioloji 


məhsuldarlığının 

azalması, 

şoranlaşma, 

bataqlaşma, 

yaşayış 

məntəqələri,  sənaye  və  nəqliyyat  tikintiləri  üçün  tələbata  uyğun 

olmaması  və  s.  aid  edilir.  Bəzi  hesablamalara  görə  bəşəriyyət  artıq 

buna görə 2 mlrd. hektar məhsuldar torpaq sahəsini itirmişdir. Təkcə 

eroziya  səbəbindən  nəinki  geridə  qalmış,  hətta  geniş  torpaqlara 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə