1. MƏHSULDAR QÜVVƏLƏRĐN YERLƏŞDĐRĐLMƏSĐNIN
ÖANUNAUYĞUNLUQLARI, PRĐNSĐPLƏRĐ VƏ AMĐLLƏRĐ
Đstehsalın
intensivləşdirilməsi,
onun
səmərəliliyinin
artırılması, bunun əsasında xalqın maddi və mədəni həyat
səviyyəsinin yüksəldilməsi hər hansı bir dövlətin iqtisadi
strategiyasının əsasını təşkil edir. Bu problemlərin müvəffəqiyyətlə
həlli müəyyən mənada məhsuldar qüvvələrin yerləşdirilməsinin
yaxşılaşdırılmasından, dövIətlərin, regionların təsərrüfatlarının daha
da ixtisaslaşdırılmasından və proporsional inkişafından, onların
malik olduğu yerli ehtiyatlardan daha səmərəli istifadə etmək
məqsədilə
müxtəlif
səviyyəli
ərazi-istehsal
komplekslərinin
formalaşması və inkişafından asılıdır.
Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, cəmiyyətin
inkişafına göstərdiyi müsbət təsir ilk növbədə məhsuldar qüvvələrin
mahiyyətindən irəli gəlir. Məhsuldar qüvvələr ictimai-istehsal
prosesində insanlarla təbiət arasında «maddələr mübadiləsi»ni
həyata keçirən subyektiv və maddi ünsürlər sistemidir. Başqa sözlə,
məhsuldar qüvvələr ıstehsal vasitələri və onları hərəkətə gətirən
insanların məcmuudur.
Đnsanların təbiət cismlərinə və qüvvələrinə olan münasibətini
ifadə edən məhsuldar qüvvələr istehsal üsulunun mühüm tərəfi olub
cəmiyyətin inkişafının əsasını təşkil edir. Məhz ona görə də inkişaf
etmiş məhsuldar qüvvələri cəmiyyətin əsl sərvəti adlandırırlar.
Məhsuldar qüvvələrin inkişafının ümumi qanunu ondan
ibarətdir ki, məhsuldar qüvvələrin sonrakı formalarının maddi
imkanları əvvəlki formaların daxılində yaranır və inkişaf edir. Lakin
onun özü yalnız cəmiyyətin yeni inkişaf pilləsində hakim formaya
çevrilir.
Yeni istehsal münasibətləri məhsuldar qüvvələrin inkişafını
sürətləndirən mühüm amil olmuşdur. Cəmiyyətin mədəni-məişət
bazasının, xidmət və mənəvi istehsal sahəsınin sürətlə artması bu və
ya digər dövlətin başlıca xəttini əks etdirir.
Đqtisadiyyatın inkişafının müasir mərhələsində məhsuldar
qüvvələrin düzgün yerləşdırilməsinin mühüm əhəmiyyəti vardır.
Ölkənin sosiai-iqtisadi inkişafını elmi-texniki tərəqqi əsasında
sürətləndirmək sahəsində qarşıda duran vəzifələrin müvəffəqiyyətlə
yerinə yetirilməsi müəyyən mənada məhsuldar qüvvələrin səmərəli