R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə4/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   2   3   4   5   6   7   8   9   ...   153

həm  məkan,  həm  də  təsərrüfat  fəaliyyəti  nöqteyi-nəzərindən  tam 

əhatə  etdiyi  halda,  ərazi-istehsal  kompleksinə  daxil  olan  sahələrin 

sayı  və  onun  məkan  ölçüsü  iqtisadi  rayondan  kiçik  olur.  Bundan 

başqa,  iqtisadi  rayon  zəngin  təbii  sərvətlərə,  sərbəst  əmək 

qabiliyyətli əhaliyə, əlverişli nəqliyyat-cöğrafı mövqeyə və s. malik 

ola  bilər.  Lakin  müxtəlif  obyektiv  səbəblər  üzündən  onlar  ictimai-

istehsal  dövriyyəsinə  tam  cəlb  olunmaya  bilər.  Ərazi-istehsal 

kompleksləri  üçün  isə  əksinə,  bu  ehtiyatların  ictimai  istehsal 

dövriyyəsinə  cəlb  edilməsi,  həmin  ərazinin  malik  olduğu  ehtiyatlar 

və  digər  əlverişli  imkanların  artıq  reallaşdırılması  və  yaxud  da  ən 

səciyyəvi xüsusiyyətlərindən biridir. 

Bir  qayda  olaraq  ərazi-istehsal  kompleksinin  özəyini  sənaye 

təşkil etsə də, kompleksin sahə tərkibi geniş olub xalq təsərrüfatının 

müxtəlif  sahələrini  əhatə  edə  bilər.  Bu  zaman  ərazi-istehsal 

kompleksinin istehsal strukturunun səmərəliliyi istehsalların sayının 

çoxluğu  ilə  deyil,  istehsal  və  istehlak  sahələrinin  müxtəlif 

elementlərinin səmərəli şəkildə əlaqələndirilməsi ilə müəyyən edilir. 

Ərazi-istehsal  kompleksi  yalnız  o  zaman  optimal  sayıla  bilər  ki, 

məhsul  istehsal  və  əhali  üçün  lazımı  həyat  şəraiti  yaradılması 

minimal ictimai əmək məsrəfləri ilə həyata keçirilsin. Ərazi-istehsal 

kompleksinin  sahələri  istehsalın  miqyası  və  səmərəliliyindən,  eləcə 

də  ərazi  əmək  bölgüsündəki  rolundan  asılı  olaraq  ixtisaslaşmış  və 

xidmətedici sahələrə ayrılır. 

Đxtisaslaşmış  sahələrin  əsasını  konkret  şəraitə  uyğun  olaraq 

müxtəlif  sahələrin  müəssisələrinin  iqtisadi  əlaqələri  təşkil  edir.  Bu 

sahələr ərazi-istehsal kompleksinin inkişafının əsas istiqamətlarində 

və  ərazi  əmək  bölgüsündə  əsas  rol  oynayaraq,  məhsulun  ərazi 

təyinatından  asılı  olaraq  rayonlararası  və  rayondaxili  sahələrə 

bölünürlər.  Adətən,  rayonlararası  sahələrə  o  sahələr  aid  edilir  ki, 

onların  məhsulu  əsasən  başqa  rayonlara  göndərilmək  üçün  nəzərdə 

tutulur.  Rayondaxili  ixtisaslaşmış  sahələrin  məhsulu  isə  bir  qayda 

olaraq ərazi-istehsal kompleksinin öz daxilində istehlak olunur. 

Xidmətedici  sahələr  kompleksi  xalq  təsərrüfatının  ayrı-ayrı 

elementiərini  bütöv  şəkildə  birləşdirır.  Bu  bütövlük  ərazı-istehsal 

kompleksinin mühüm əlamətlərindən biri olub, onu istehsalların adi 

ərazi  təmərküzləşməsindən  və  yaxud  qruplaşmasmdan  fərqləndirir 

və  ərazi-istehsal  kompleksinin  məhsuldar  qüvvələrin  ərazi  üzrə 

təşkilinin  bir  forması  kimi  mütərəqqiliyini  müəyyən  edir.  Ərazi-




istehsal  kompleksinin  xidmətedici  sahələri  təsərrüfatın  əsas 

sahələrini  və  əhalinin  tələbatmı  ödəmək  funksiyasını  yerinə  yetirir. 

Ərazi-istehsal  kompleksinin  xidmətediçi  sahələrinə  ilk  növbədə 

maddi  istehsalın  tikinti,  nəqliyyat,  rabitə,  ticarət,  mənzil-kommunal 

təsərrüfatı,  maarif,  səhiyyə  və  s.  aid  edilir.  Burada  onu  göstərmək 

Iazımdır  ki,  bəzi  ərazi-istehsal  komplekslərində  yuxarıda  adları 

çəkilən infrastruktur sahələri ilə yanaşı sənaye və kənd təsərrüfatının 

da  sahələri  olur  ki,  onlar  da  yerli  əhəmiyyət  kəsb  etmir,  lakin 

kompleksin öz tələbatmı ödəyir. 

Məlumdur  ki,  ərazi-istehsal  kompleksləri  müəyyən  ərazi 

daxilində  formalaşır.  Bu  baxımdan,  mövcud  ərazi-istehsal 

komplekslərinin  inkişaf  səviyyəsini  qiymətləndirmək,  onlarda 

istifadə  olunmayan  ehtiyat  mənbələrini  aşkara  cıxarmaq,  istehsal 

strukturunu  daha  da  təkmilləşdirmək,  yeni  formalaşanların  isə 

düzgün  inkişaf  istiqamətinin  planlaşdırılması  və  idarə  olunmasını, 

kompleksə  daxil  olacaq  müəssisələrin  tərkibini  müəyyən  etmək  və 

onların nəzərdə tutulan vaxtda işə salınmasını həyata keçirmək üçün 

və  s.  ərazi-istehsal  komplekslərinin  sərhədinin  düzgün  müəyyən 

edilməsi mühüm əhəmiyyət kəsb edir. 

Đqtisadi inkişafm müasir mərhələsində ərazi-istehsal komplekslərinin 

formalaşması  və  inkişafı,  demək  olar  ki,  ayrı-ayrı  bölgələrdə 

məhsuldar 

qüvvələrin 

yerləşdirilməsi 

probleminin 

bütün 


məsələlərini özündə əhatə edir. 

Sənayenin  ərazi  üzrə  daha  bərabər  yerləşdirilməsinə, 

regionların  inkişaf  səviyyəsinin  tarazlaşdırılmasına  dair  işlərin 

genişləndiyi  bir  vaxtda  respublikalarda  və  ayrı-ayrı  regionlarda 

məhəlli istehsal komplekslərinm formalaşması və inkişafı məsələləri 

olduqca  böyük  əhəmiyyət  kəsb  edir.  Ayrı-ayn  rayonların  sənaye 

cəhətdən  inkişafının  təmin  edilməsi,  əmək  ehtayatlanmn  ictimai 

istehsala  daha  səmərəli  şəkildə  cəlb  olunması  və  digər  xalq 

təsərrüfatı vəzifələrinin yerinə yetirilməsində onların malik olduqları 

imkanların  tam  səfərbər  edilməsi  və  s.  məhəlli  ərazi-istehsal 

komplekslərinin  formalaşması  və  inkişafı  yolu  ilə  həyata  keçirilə 

bilər. 


Bir  sözlə,  məhəlli  ərazi-istehsal  kompleksləri  ərazicə  o  qədər  də 

böyük  olmayan  dövlətlərdə  məhsuldar  qüvvələrin  ərazi  üzrə 

təşkilinin  ən  mütərəqqi  formalarmdandır.  Bu  komplekslər  bır  və  ya 



bir  neçə  yerli  ehtiyatların  kompleks  istifadə  olunması  əsasında 

formalaşır və inkişaf edirlər. 

Bir qayda olaraq iri və regional ərazi-istehsal komplekslərinə 

xas olan xüsusiyyət və əlamətlər məhəlli komplekslərində də özünü 

büruzə  verir.  Bununla  belə  məhəlli  ərazi-istehsal  komplekslərinin 

özünəməxsus  bir  sıra  xarakterik  əlamətləri  vardır.  Birincisi,  onların 

sərhədi  iri  ərazi-istehsal  komplekslərinə  nisbətən  daha  kiçik  və 

dəyişkəndir  və  bu  komplekslər  müəyyən  dərəcədə  müvəqqəti 

xarakter  daşıyır.  Bununla  əlaqədar  olaraq  məhəlli  komplekslərin 

mövcudluğu  müəyyən  funksiyaları  yerinə  yetirmək  üçün  tələb 

olunan vaxtda və çərçivədə məqsədəuyğundur. 

Đkincisi,  iri  və  regional  ərazi-istehsal  kompleksləri  ilə 

müqayisədə  məhəlli  kompleksləri  daha  məhdud  olur  və  istehsalın 

texnoloji  həlqələri  onlarda  daha  az  inkişaf  edir.  Bundan  başqa 

məhəlli  komplekslərdə  sahələrin  sayı  daha  az  olur  və  onlar 

arasındakı  əlaqələr  bir  o  qədər  də  intensiv  olmur.  Odur  ki,  məhəlli 

kompleksləri  tərkibinə  daxil  olduqları  regional  ərazi-istehsal 

komplekslərinə  nisbətən  ölkə  miqyasında  daha  az  sayda  məhsul 

istehsalı  üzrə  ixtisaslaşırlar  və  bunun  da  nəticəsində  bir  qayda 

olaraq,  həmin  məhsulların  istehsalında  onların  xüsusi  çəkisı  aşağı 

olur. 

Qeyd 


etmək 

lazımdır 

ki, 

məhəlli 


ərazi-istehsal 

komplekslərinin  formalaşması  və  inkişafı  Azərbaycan  Respublikası 

üçün  xüsusilə  aktualdır.  Bu  ondan  irəli  gəlir  ki,  baxmayaraq,  son 

onilliklərdə  xalq  təsərrüfatının  quruluşunun  yerli  təbii-iqtisadi 

imkanlara müvafiq olaraq daha da təkmilləşdirilməsi sahəsində xeyli 

iş görülmüşdür.  Əvvəlki kimi  yenə də respublikanın ümumi sənaye 

məhsulu  istehsalının  başlıça  hissəsi  Bakı-Sumqayıt  sənaye 

rayonunun payına düşür. Halbuki sənaye cəhətdən zəif inkişaf etmiş 

rayonlar  xeyli  potensial  inkişaf  imkanlarına  malikdirlər.  Bu 

imkanlardan  istifadə  olunması  respublikada  məhsuldar  qüvvələrin 

yerləşdirilməsinin  yaxşılaşdırılması sahəsində qarşıda duran bir sıra 

problemlərin,  o  cümlədən  mövcud  ərazi  nisbətlərinin  ardıcıl  olaraq 

təkmilləşdirilməsi, 

ayrı-ayrı 

rayonların 

inkişaf 


səviyyəsinin 

tarazlaşdırılması,  onların  xammal  ehtiyatlarından  daha  dolğun  və 

səmərəlı 

istifadə 

olunması, 

əmək 


qabiliyyətli 

əhalinin 

məşğuliyyətinin  daha  da  yaxşılaşması  kimi  problemlərin  həlli  üçün 

əlverişli  imkan  yarada  bilər.  Göstərilən  problemlərin,  eləcə  də 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə