R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə5/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   2   3   4   5   6   7   8   9   ...   153

əhalinin  yüksək  təbii  artımı  ilə  səciyyələnən  və  sərbəst  əmək 

ehtiyatlarına  malik  olan  Azərbaycan  Respublikasında  iş  yerlərinin 

sayının  mövcud  əmək  ehtiyatlarına  uyğunluğunun  təmin  edilməsi 

kimi  mühüm  iqtisadi  və  sosial  problemin  müvəffəqiyyətlə  həyata 

keçirilməsində istehsalın ərazilərdə təşkilinin mütərəqqi forması olan 

məhəlli  ərazi-istehsal  komplekslərinin  formalaşması  və  inkişafının 

müstəsna əhəmiyyəti vardır. 

2)  Regionların,  ayrı-ayrı  dövlətlərin  və  iqtisadi  rayonların 

təsərrüfatının qarşılıqlı əlaqədə kompleks inkişafı. 

Bu  qanunauyğunluq  xalq  təsərrüfatının  kompleks  inkişafı, 

rayonlararası əhəmiyyətə malik olan və ictimai əməyin ərazi bölgüsü 

sistemində  ölkənin  bütövlükdə  və  onun  iqtisadi  rayonlarının 

ixtisaslaşmasını  müəyyən  edən  istehsalın  qarşılıqlı  surətdə  əlaqədar 

sahələrinin  məcmusunun  ahəngdar  inkişafını,  region  və  dövlətlərin 

ərazisində  yerləşən  müəssisələrin  tələbatını  iqtisadi  cəhətdən 

səmərəli  ödəyən  istehsal  sahələrinin  eyni  vaxtda  inkişafını  nəzərdə 

tutur. 

Đqtisadi 



rayonların 

təsərrüfatının 

ərazi 

kompleksini 



tamamlayan  sahələr,  eyni  zamanda  xidmət  sahələri  xalq 

təsərrüfıtının  ixtisaslaşmış  sahələrinin  qarşılıqlı  əlaqədə  olmasını 

müəyyən edir. 

Təsərrüfatın  bu  cür  inkişafı  istehsal  vasitələri  və  istehlak 

malları  istehsalı  arasında,  sənaye  və  kənd  təsərrüfatı,  istehsal  və 

bütün  nəqliyyat  növləri  ilə  daşımalar  arasında,  xalq  təsərrüfatı  ilə 

xammal  və  əmək  ehtiyatları  arasında  düzgün  ictimai  istehsalın 

səmərəliliyinin yüksəldilməsinə kömək edir. 

Müasir 

mərhələdə 



ictimai 

istehsalın 

səmərəliliyinin 

yüksəldilməsi  tələbi  ilə  əlaqədar  olaraq,  ayrı-ayrı  regionların 

təsərrüfatlarının  kompleks  inkişafı  müxtəlif  miqyaslı  ərazi-istehsal 

birləşmələrinin  formalaşması  və  inkişafı  probleminin  aktuallığı 

getdikcə artır. 

Region,  dövlət  və  iqtisadi  rayonların  təsərrüfatlannın 

kompleks  inkişaf  etdirilməsi  malik  olduqları  ehtiyatlardan  və 

imkanlardan daha səmərəli istifadə edilməsi əsasında onların inkişafi 

qarşısında duran bir sıra mühüm sosial-iqtisadi problemlərin həllinin 

sürətləndirilməsini nəzərdə tutur. 

Bəzi  dövlətlərdə  indiyə  qədər  təsərrüfat  sahələrinin 

inkişafının  komplekslilik  səviyyəsinin  aşağı  olması  nəticəsində 




məhsuldar qüvvələrin qeyri-qənaətbəxş şəkildə yerləşməsi və sosial-

iqtisadi inkişaf fərqlərinin mövcud olması davam etməkdədir. 

Elə  bu  səbəbdən  də  Azərbaycanın  zəngin  yerli  xammal 

sərvətlərindən 

istifadənin 

ancaq 


ilkin 

emal 


səviyyəsində 

məhdudlaşması,  onların  hazır  məhsul  istehsalı  üçün  sonrakı 

işlənməsinin  zəif  həyata  keçirilməsi  uzun  müddət  davam  etmişdir. 

Nəticədə  istehsal  potensialı  zəif  olan  regionlarda  real  imkanların 

olmasına  baxmayaraq,  sənayenin  müvafıq  sahələrinin  meydana 

gəlməsi müəyyən müddət mümkün olmamışdır. 

Respublikanın  suverenlik  əldə  etdiyi  şəraitdə  məhsuldar 

qüvvələrin  ümumi  inkişaf  səviyyəsinə  görə  regionlar  arasında 

tarixən  yaranmış  fərq  təkcə  iqtisadi  və  sosial  inkişaf  sahəsindəki 

uyğunsuzluqlardan  biri  kimi  yox,  həm  də  siyasi  əhəmiyyət  kəsb 

edən məsələ kimi qiymətləndirilməlidir. 

Ərazi-istehsal  komplekslərinin  formalaşdırılması  rayonların 

kompleks  inkişafının  səmərəsini  yüksəldir.  Həmin  komplekslərdə 

təsərrüfat  qarşılıqlı  əlaqədə  inkişaf  edir,  təbiətin  mühafizəsi  və 

əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi  vəzifələri  yerinə  yetirilir. 

Müxtəlif  ərazilərin  aqrar-sənaye  komplekslərinin  formalaşdırılması 

çərçivəsində  aqrar-sənaye  inteqrasiyası  buna  kömək  edir.  Məqsədli 

iqtisadi  proqramların  yerinə  yetirilməsi  ölkənin  xalq  təsərrüfatının 

ərazi  üzrə  təşkilinin  müxtəlif  səviyyələrində  kompleksliyin 

yüksəldilməsinə səbəb olur. 

3) Respublikaların, ayrı-ayrı rayonların sosial-iqtisadi inkişaf 

səviyyələrinin  bərabərləşdirilməsi,  şəhərlə  kənd  arasında  mühüm 

fərqlərin  ləğv  edilməsi  xalq  təsərrüfatının  ərazi  üzrə  təşkilinin  əsas 

qanunauyğunluqlarından biridir. 

Hər  bir  iqtisadi  rayonun  təsərrüfatının  hərtərəfli  inkişafı 

rayonlararası ixtisaslaşması ilə yanaşı, kənd və şəhər əhalisinin həyat 

səviyyəsinin daha da yaxınlaşmasına, şəhər ilə kənd arasında sosial-

iqtisadi  və  mədəni-məişət  fərqlərinin  aradan  qaldırılmasına  kömək 

edir.  Đqtisadi  islahatların  ardıçıl  həyata  keçirilməsi  şəhərlə  kənd 

arasında olan qeyri-bərabərliyin ləğv olunmasmı təmin edir. 

Rayonların  iqtisadi  inkişaf  səviyyəsinin  bərabərləşməsi 

ümumən 


ərazidə 

xalq 


təsərrüfatının 

inkişafının 

daha 

da 


sürətlənməsinin ən mühüm amillərindən biridir. Eyni zamanda ayrı-

ayrı  iqtisadi  rayonlarda  istehsal  olunan  milli  gəlirə,  adambaşına 

düşən  sənaye  məhsuluna,  sənaye  və  kənd  təsərrüfatı  istehsalının 



səmərəsinə, əmək məhsuldarlığının səviyyəsinə və sairəyə  görə bir-

birinə getdikcə daha çox yaxınlaşma müşahidə olunur. 

Đstehsalın məskunlaşmaya doğru hərəkəti dövlətlərin və ayrı-

ayrı 


iqtisadi 

rayonların 

iqtisadi 

inkişaf 


səviyyələrinin 

bərabərləşdirilməsinin mühüm vasitələrindəndir. 

Uzun müddət belə hesab edilirdi ki, məskunlaşma avtornatik 

olaraq  istehsala  doğru  meyl  edir.  Buna  görə  də  istehsal  harda  gəldi 

yerləşdirilə bilər. Lakin tədricən məlum oldu ki, məskunlaşmanı bir 

çox  qeyri-xammal  istehsal  sahələrinin,  işçi  qüvvəsinin  cəmləşdiyi 

yerlərdə  də  yerləşdirmək  daha  məqsədəuyğundur.  Bir  çox  hallarda 

yeni  sənaye  müəssisələrinin  yerləşdirildiyi  yeri  dəyişmək  və  lazımi 

yarımfabrikatları  daşıyıb  gətirmək  əhalini  onıın  tikildiyi  yerə  cəlb 

etməkdən daha asan olur. Bu zaman sosial cəhətlər, əhalinin xidmət 

sahələri  müəssisələri  ilə  təmin  olunması  mühüm  rol  oynayır.  Elə 

buna görə də hazırda demoqrafik şərait elədir ki, əhali iqtisadiyyatın 

inkişaf etdirildiyi rayonlarda yerləşdirilir, həm də adambaşına düşən 

sənaye  məhsulu  istehsalının  səviyyəsi  aşağı  olduğu  rayonlara 

«yeridilir».  Məlum  olduğu  kimi,  sənaye  və  kənd  təsərrüfatı  əməyi 

özünün  müəyyən  qarşısı  alınmaz  spesifik  xüsusiyyətlərə  malikdir. 

Kənd  təsərrüfatında  istehsal  vasitəsi  torpaq  sayrlır.  Müəyyən  iqlim 

şəraitində  kənd  təsərrüfatı  işlərinin  mövsümi  olması,  onların 

gedişinin təbii şəraitin xarakteri ilə sıx bağlıhğı ilə əlaqədardır. 

Buna  görə  də  şəhərlə  kəndin  yamlaşmasından  söhbət 

getdikdə  istehsalda  və  məişətdə  istehsalın  mexanikləşdirilməsində, 

mənzil  tikintisində,  təhsilin,  istirahətin,  mədəni-məişət  xidmətinin 

təşkilində  kənd  həyat  tərzinin  şəhər  həyat  tərzinə  yaxınlaşması 

nəzərdə  tutulur.  Lakin  xalis  coğrafi  fərqlər  də  mövcuddur.  Kənd 

yerlərindən şəhərlərə nəqliyyat ilə gəlməyin mümkünlüyü şəraitində 

bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  kənd  yaşayış  məntəqələrinin 

şəbəkəsi inkişaf edir. 

Hər bir iqtisadi rayona xalq təsərrüfatı sahəsində ixtisaslaşma 

xasdır,  yəni  onun  təsərrüfatları  göndərdiyi  məhsulun  müəyyən 

hissəsinin  müqabilində  həmin  ərazinin  hüdudları  daxilində  istehsal 

edilməyən və ya kifayət qədər istehsal olunmayan məhsullar alır. Bir 

qayda olaraq ixtisaslaşma məhsulları istehsalı həmin ərazi üçün daha 

əlverişli  olur  və  buna  görə  də  onun  xüsusi  qayğılarının  obyektinə 

çevrilir.  Əməyin  bölgüsü  və  ölkənin  ayn-ayrı  hissələrində  xalq 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə