R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə7/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   2   3   4   5   6   7   8   9   10   ...   153

istehsalı daha çox su və enerji işlədən sənaye sahəsidir. Buna görə da 

həmin  sənayenin  bir  çox  sahələri  yerləşdirilərkən  onların  su-enerji 

təchizatı  şəraitinə  xüsusi  diqqət  yetirilir.  Xammal  istehsalı 

rayonlarında  yeyinti məhsulları sənayesinin elə sahələri  yerləşdirilir 

ki,  onlar  tez  xarab  olan  xammallardan  istifadə  edirlər.  Məsələn, 

şəkər,  konserv,  yağ,  pendir,  nişasta-patka,  şarabçılıq  (ilkin  şərab 

emalı), meyvəqurutma və s. sahələrini qeyd etmək olar. 

Bir  sıra  hallarda  istehsalın  iqtisadi  cəhətdən  əsaslandırılmış 

yerləşdirilməsi  onun  istehsal  olunan  məhsulun  istehlak  edildiyi 

yerlərə  yaxınlaşdırılmasını  nəzərdə  tutur.  Məsələn,  daşımaların 

səmərəli  təşkili  və  istehsal  xərclərinin  azalması  naminə  neftayırma 

zavodları  başlıca  olaraq,  neft  məhsulları  istehlakı  rayonlarında 

yerləşdirilir. 

Hazır  məhsul  istehlakı  rayonlarında  (xammal  bazalarının 

mövcudluğu  nəzərə  alınmaqla)  mədən,  yüngül  sənaye  və  yeyinti 

məhsulları sənayesi üçün avadanlıq buraxan maşınqayırma sahələri, 

habelə  traktorqayırma  və  kənd  təsərrüfatı  maşınqayırma  sənayesi 

yaradılır.  Şəkər  zavodları  üçün  avadanhq  əsasən  başlıca  şəkər 

çuğunduru  istehsalı  rayonlarında  buraxılır.  Məhsul  istehlakı 

rayonlarında,  ilk  növbədə  iri  sənaye  mərkəzlərində  yeyinti 

məhsulları  sənayesinin  bir  çox  sahələri,  məsələn,  unüyütmə, 

çörəkbişirmə, üzlü süd məhsulları sahələri və başqa sahələri inkişaf 

etdirilir.  Tərəvəz-kartof  və  süd  məhsulları  istehsalı  iri  şəhərlərin  və 

sənaye mərkəzlərinin yaxınlığında təşkil olunur. 

Istehsal sahələrinin xammal mənbələrində, yanacaq-enerji və 

məhsul  istehlakı  rayonlarında  yerləşdirilməsinin  iqtisadi  cəhətdən 

əsaslandırılması  ölkələrin  və  onların  iqtisadi  rayonlarının  təbii, 

iqtisadi və əmək ehtiyatlarından səmərəli istifadə olunmasına, əmək 

məhsuldarlığının daha da yüksəlməsinə və məhsulun maya dəyərinin 

aşağı düşməsinə səbəb olur. 

Məhsuldar  qüvvələrin  inkişafında  və  yerləşdirilməsində 

beynəlxalq 

əmək 

bölgüsünun 



üstünlüklərindən 

və 


iqtisadi 

faydalılığından istifadə edilir. 

Azərbaycan  Respublikasında  istehsalı  inkişaf  etdirmək  və 

onu  səmərəli  yerləşdirmək  tədbirlərini  həyata  keçirərkən,  xarici 

ölkələrlə  əməkdaşlığı  dərinləşdirmək  və  təkmilləşdirmək,  iqtisadi 

inteqrasiyanı  inkişaf  etdirmək  vəzifələri,  habelə  dünya  təsərrüfat 

sistemində ictimai əməyin səmərəli bölgüsü vəzifələri rəhbər tutulur. 



Beynəlxalq  əmək  bölgüsü  iqtisadiyyatın  inkişafında  düzgün 

nisbətlər  yaranmasına  və  onların  hər  birinin  xalq  təsərrüfatında  hər 

bir  dövlətin  hüdudları  daxilində  məhsuldar  qüvvələrin  səmərəli 

yerləşdirilməsinə,  onların  əmək  və  maddi  istehsal  ehtiyatlarından 

daha səmərəli istifadə olunmasma kömək edir. 

Hər  hansı  bir  dövlətin  beynəlxalq  əmək  bölgüsündə  fəal 

iştirakı  hər  şeydən  əvvəl  ixtisaslaşdırılmış  ixrac  sahələrinin, 

yardımçı  sahələrin  və  istehsalın  sürətli  inkişafını  müəyyən  edir  ki, 

bu  da  yeni  sənaye  mərkəzlərinin,  iri  müəssisələrin  yaradılmasına 

gətirib  çıxarır.  Öz  növbəsində  bunlar  mövcud  sənaye  qovşaqlarının 

strukturunu dəyişdirir. Onların yaranması üçün yeni nəqliyyat yolları 

çəkilir.  Əlavə  enerji  qurğuları,  tikinti  bazaları  yaradılır.  Xidmət 

müəssisələrinin mürəkkəb sistemi meydana gəlir. Bütün bunlar ayrı-

ayrı rayonlann daxili ərazi strukturunu, rayondaxili və rayonlararası 

əlaqələrin nisbətlərinin xarakterini dəyişir. 

Hər hansı bir ölkənin iqtisadi inteqrasiyasının istiqamətləri və 

elmi-texniki  tərəqqiyə  dair  kompleks  proqramını  həyata  keçirilməsi 

onların  təsərrüfatında,  o  cümlədən  istehsalın  sahəvi  və  ərazi 

strukturunda,  müəyyən  müsbət  dəyişikliklərin  baş  verməsinə  imkan 

yaratmışdır. 

Azərbaycan  Respublikasının  təbii  sərvətlərindən  səmərəli 

istifadə  olunmasında,  məhsuldar  qüvvələrin  sürətlə  inkisaf 

etdirilməsində  1994-cü  ilin  sentyabrında  xarici  iri  neft  şirkətləri  ilə 

bağlanılmış «Əsrin müqaviləsi»nin müstəsna əhəmiyyəti olmuşdur. 

Müqaviləyə 

əsasən 


Bakı-Tbilisi-Ceyhan 

və 


Bakı-

Novorossiysk  magistral  əsas  ixrac  neft  boru  kəmərlərinin  çəkilməsi 

deyilənlərə  subutdur.  Đnşa  edilmiş  neft  kəməri  boyunca  iri  sənaye 

obyektlərinin  tikilməsi,  kəmərin  çəkilişi  üçün  tikinti  təşkilatlarının 

yaradılması,  yeni  qəsəbələrin  salınması,  sosial-mədəni  obyektlərin 

tikilməsi, 

əlavə 

nəqliyyat 



yollarının 

çəkilməsi, 

iri 

neft 


terminallarının  yaradılması  və  s.  həyata  keçirilir.  Yeni  tikinti 

təşkilatlan  müvafiq  rayonların  inkişafının  böyük  amilinə  çevrilir, 

kəmər boyu  yerləşən bütün sistem isə iqtisadi cəhətdən fəal zonaya 

aitdir. 


Getdikcə  daha  da  güclənən  dövlətlərarası  ixtisaslaşma  və 

kooperativləşmə  rayonların  və  tam  bir  sıra  sənaye  qovşaqlarının  və 

mərkəzlərinin daxili strukturuna müsbət təsir göstərir. Respublikanın 

ərazisində yerləşən bir sıra iri sənaye qovşaqlarının və mərkəzlərinin 




daxili  strukturuna  müsbət  təsir  göstərir.  Respublikanın  ərazisində 

yerləşən  bir  sıra  iri  sənaye  müəssisələri  xarici  ölkələrlə  müxtəlif 

kooperasiya  əlaqələrinin  təsiri  altında  formalaşır.  Xarici  ölkələrin 

iştirakı ilə birgə müəssisələr yaratmaq prosesi güclənir. 

Məhsuldar  qüvvələrin  yerləşdirilməsi  təsərrüfatın  inkişafına  və 

onun  ünsürlərinin  qarşılıqlı  fəaliyyətinə  həlledici  təsir  göstərən 

obyektiv  prosesləri  əks  etdirir.  Məhsuldar  qüvvələrin  inkişafı  və 

ərazi  təşkili  müəyyən  amillərin  təsiri  altında  baş  verir.  Həmin 

amillərdən aşağıdakıları qeyd etmək olar: 

a)  istehsalın  yerləşdirilməsi  şəraitinə  təsir  edən  və  hətta  onu 

dəyişdirən  elmi-texniki  tərəqqi  ilə  bağlı  texniki-iqtisadi 

amillər: 

b)  təbii ehtiyatlann kəşfi və təbii şəraitlə əlaqədar olan və ətraf 

mühitin mühafızəsi iiə bağlı təbii amiilər; 

c)  keçmişin  əmək  vərdişlərini,  məskunlaşma  xüsusiyyətini  əks 

etdirən tarixi amillər; 

d)  sosial  (əhalinin  həyat  şəraiti  ilə  bağlı),  habelə  siyasi,  hərbi-

strateji və başqa amillər. 

Prinsiplərdən  fərqli  olaraq  amillərin  təsiri  təkamül  yolu  ilə  və 

nisbətən sakit dəyişir, prinsiplər çox vaxt siyasi xarakter daşıyır. 

Xalq  təsərrüfatının  ərazi  strukturuna  təsir  xüsusıyyətlərinə  görə 

bütün  amilləri  (texniki-iqtisadi,  təbii,  tarixi,  sosial-iqtisadi)  şərti 

olaraq  ədalətli  (sabit)  və  dinamiklik  (inkişaf)  amillərə  bölmək  olar. 

Eyni  zamanda  ərazi  strukturunun  inkişafının  (dinamikasının)  Özü 

əməyin  coğrafi  bölgüsünün  dərinləşməsi  təsərrüfatı  ərazi  təşkilinin 

mürəkkəbləşməsi  ilə  səciyyələnir.  Buna  görə  də  dinamiklik 

amillərini  öz  növbəsində  intensiv  (əsasən  dərin  inkişafa  təsir 

göstərən)  amillərə  və  ekstensiv  (eninə  inkişafı  müəyyən  edən) 

amillərə bölmək olur. 

Qeyd  edildiyi  kimi,  xalq  təsərrüfatının  ərazi  üzrə  təşkili  təkcə 

onun ünsürlərinin  yerləşdirilməsi deyil, həm də  qarşılıqlı fəaliyyəti, 

qarşılıqlı  surətdə  bir-birini  tamamlaması  və  bərabər  tabeliyidir. 

Qarşılıqlı  fəaliyyət  amilləri  xammaldan,  ərazidən,  nəqliyyatdan, 

əmək  ehtiyatlarından,  tullantılardan  birgə  istifadə  edən  istehsalın 

ərazicə bir-birinə yaxınlaşmasının iqtisadi səmərəsini müəyyən edir, 

yəni  təsərrüfatın  ünsürləri  arasında  əlaqələrin  xarakterinə  və 

intensivliyinə təsir göstərir. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə