R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə8/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   4   5   6   7   8   9   10   11   ...   153

Eyni  rayonlar  bəzən  müxtəlif  sahələrin  bir  çox  sənaye 

müəssisələrinin  yerləşdirilməsi  üçün  əlverişli  olurlar.  Lakin  bir  sıra 

resurslar  (su,  enerji,  yanacaq,  əmək  və  s.)  məhdudluq  təşkil  edə 

bilər. Bu bütün istehsal sahələrinin rayonda yerləşdirilməsi imkanını 

müəyyən dərəcədə məhdudlaşdırır. 

Eyni  zamanda  yeni  yataqların  kəşf  edilməsi  sənaye  sahələrinin 

rayonda yerləşdirilməsi imkanını müəyyən dərəcədə məhdudlaşdırır, 

həmçinin  yeni  yataqların  kəşf  edilməsi  sənaye  sahələrinin  rayonda 

əlavə yerləşdirilməsi üçün həlledici amilə çevrilə bilər. Buna görə də 

ayrı-ayn amillərin təsiri çoxcəhətli, müxtəlif istiqamətli ola bilər. Bu, 

hər şeydən əvvəl mürəkkəb kompleks amillərə aiddir. 

Təbii amil mühüm çoxcəhətli kompleks amildir. Təbii şəraitin və 

ehtiyatların  özünün  varlığı  bir  çox  hallarda  ərazinin  iqtisadi 

inkişafını ən güclü amilinə çevrilir. Eyni zamanda təbii ehtiyatlardan 

kompleks  istifadə  edilməsi  təbiətin  və  ətraf  mühitin  qorunması 

problemini kəskin şəkildə qarşıya qoyur. 

Ekoloji  amil  təbii  ehtiyatlardan  kompleks  istifadənin  yeni 

amilinə  və  stımuluna  çevrilir.  Ekoloji  problem  müasir  dövrün  ən 

mühüm  təbii-elmi  və  sosial-iqtisadi  problemlərdən  biridir. 

Bəşəriyyətin  rifahı  xeyli  dərəcədə  onun  düzgün  həllindən  ibarətdir. 

Bu  problemin  vacibliyi  və  kəskinliyi  təbii  ehtiyatların  daha  çox 

tükənməsi  və  ətraf  mühitin  çirklənməsi  prosesi  ilə  müəyyən  edilir. 

Bu  isə  məhsuldar  qüvvələrin  inkişafı  yolunda  əngələ  çevrilir.  Təbii 

tarazlığı  saxlamaq  məqsədilə  tullantısız  istehsalat  zərurətə  çevrilir. 

Həmin  istehsalat,  təbii  xammaldan  kompleks  istifadə  olunması  və 

onun emalı ilə əlaqədardır. Bununla birlikdə ekoloji amil torpaqdan 

səmərəli  istifadə  olunmasını,  onun  rekultivasiyasını  tələb  edir. 

Ekoloji  amil  nəzərə  alınmaqla  hasilat  miqyasları,  təbii  şəraitdən  və 

təbii ehtiyatlardan istifadə olunma məhdudlaşdırılır, bəzi halda hətta 

onlardan istifadə olunması tamamilə qadağan edilir. 

Ərazi  amili  hazırda  və  xüsusən  perspektivdə  böyük  əhəmiyyət 

kəsb edir. Onun təsiri çoxcəhətlidir. Bir tərəfdən o məhdudlaşdırma 

amili,  başqa  bir  halda  fəallaşdırma  amili  sayılır.  Perspektivdə  bu 

amil  ölkənin  əsas  rayonlarının  inkişafının  intensiv  yolunu 

stimullaşdıracaq,  ərazidən  istifadə  olunmasının  bu  və  ya  digər 

variantının  məqsədəuyğunluğunu  müəyyən  etmək  üçün  diqqətli 

hesablamalar  aparılmasını  və  həmin  varianta  qiymət  verilməsini 

tələb 


edəcəkdir. 

Məhsuldar 

qüvvələrin 

müasir 


dövrdə 


yerləşdirilməsinin  cox  mühüm  və  çoxcəhətli  kompleks  amili 

əhalidir,  xüsusən  əmək  ehtiyatlarıdır.  Əhalinin  zəif  artımı,  elmi-

texniki  inqilab  dövründə  əmək  ehtiyatlarına,  onların  təhsil 

səviyyəsinə və peşə hazırlığına tələbiərin  yüksəlməsi insan əməyini 

daha  qiymətli  edir.  Yeni  demoqrafık  vəziyyət  yaranmışdır.  Belə 

vəziyyət  məhsuldar  qüvvələrin  yerləşdirilməsinə  getdikcə  daha  çox 

təsir 

göstərir. 



Məhsuldar 

qüvvələrin 

yerləşdirilməsi 

qanunauyğunluqları  xeyli  dərəcədə  insan  amili  ilə  bağlıdır.  Bu, 

respublika,  rayon  soviyyələrində  daha  yaxşı  hiss  olunur.  Məsələn, 

komplekslik,  iqtisadi  səmərə  ərazinin  bir  çox  rayonlarında  ən  yeni 

sahələrin  daha  da  artırılması  zərurətıni  irəli  sürür.  Bunlar  əsasən 

qadın  və  ya  kişi  əməyinin  tətbiq  edildiyi  tam  sahələrdir,  eyni 

zamanda  işçi  qüvvəsindən  tam  istifadə  olunması  kimi  sosial 

problemlər qarşıya çıxır. 

Hazırda  ayrı-ayrı  ölkələrin  əhalisi  ilə  bağlı  olan  sosial  amillər 

məhsuldar  qüvvələrin  yerləşdirilməsinə  getdikcə  daha  çox  təsir 

göstərməyə  başlayır.  Beləliklə,  hər  bir  rayonda,  hər  bir  konkret 

ərazidə  məhsuldar  qüvvələrin  yerləşdirüməsinin  müəyyən  şəraiti 

təşəkkül tapmışdır. 

 

II. DÜNYANIN MÜASĐR SĐYASĐ VƏ ĐQTĐSADĐ XƏRĐTƏSĐ 

 

Đnsan  cəmiyyətinin  inkişafını  özündə  əks  etdirən  dünyanın 



müasir siyasi xəritəsinin formalaşması uzun tarixi yol keçmişdir. Bu 

formalaşma  min  illər  boyu  davam  edib  və  yeni  ölkələrin 

yaranmasında  və  dağılmasında,  sərhədlərin  dəyişilməsində,  yeni 

torpaqların  kəşfində,  metropoliya  və  koloniyaların  yaranmasında, 

dünyanın  təkrar-təkrar  bölüşdürülməsində  öz  əksini  tapmışdır. 

Xüsusilə  siyasi  xəritənin  dəyişilməsində  siyasi  hadisələrin,  həm  də 

müharibələrin gedişi təsiredici amillər sayılır. 

Siyasi xəritə bir neçə formalaşma mərhələlərinə bölünür. Bu 

dövrləşmədə  tarixi-  coğrafi  yanaşmanın  xüsusi  əhəmiyyəti  vardır. 

Bu  yanaşma  bəşər  tarixinin  dövrlərə  bölünməsinə  əsaslanır.  Bu 

dövrləşmənin  müxtəlif  variantları  vardır.  Məlumdur  ki,  tarix  qədim 

dövrə,  orta  əsrlərə,  yeni  və  ən  yeni  dövrlərə  bölünür.  Bu  şəkildə 

bölgü  ictimai-iqtisadi  formasiyaların  xüsusiyyətlərinə  əsaslanır. 

Bundan  əlavə,  bəşər  tarixi  sivilizasiyalara  da  bölünərək  öyrənilir. 

Buraya  kənd  təsərrüfatı  sivilizasiyasi,  sənaye  sivilizasiyası,  elmi-



texniki  sivilizasiyalar,  informasiya  sivilizasiyası  aiddir.  Sinfi  bölgü 

olmayan yanaşma dünyada daha geniş yayılmışdır. 

Qədim dövr eramızın V əsrinə qədərki dövrü əhatə edir. Đlkin 

coğrafi  biliklər  hələ  ibtidai  icma  quruluşu  dövründə  meydana 

gəlməyə başlamışdır. Bu biliklər öz əksini əvvəllər əfsanələrdə, sadə 

rəsmlərdə  -  "xəritələrdə"  tapırdı.  Müasir  dövrə  gəlib  çıxmış  ən 

qədim rəsmlər Qədim Şərqdə (Babil, Misir), Çində yaşamış xalqlara 

məxsusdur.  Salamat  qalmış  qayaüstü  rəsmlərə  Cənubı  Amerikanın 

və  Cənubi  Asiyanın  dağlıq  rayonlarında  da  rast  gəlinir.  Deməli, 

insanların  ətraf  mühit  haqqında  empirik  təsəvvürləri  əmək 

fəaliyyətləri  ilə  birlikdə  meydana  gəlmiş  və  onların  malik  olduqları 

informasiyaların  əsasını  təşkil  etmişdir.  Yəni  siyasi  xəritədə 

dəyişikliklər  öz  başlanğıcını  ictimai  əmək  bölgüsü  və  şəxsi 

mülkiyyətin yaranması, eləcə də ictimaiyyətin siniflərə parçalanması 

dövründən  götürür.  EIə  o  dövrdən  sosial  hadisə  kimi  dövlət,  yəni 

dünyanın siyasi xəritəsi ilə əlaqəsi olan əsas ərazi taksonomik vahidi 

yaranır.  Bu,  quldarlıq  quruluşu  dövrünü  əhatə  edir.  Quldarlıq 

dövründə hərbi rəhbərlər, sonralar meydana gələn irsi hökmdarlar iri 

torpaq  və  pul  sahibi  olmuşlar.  Onların  yaşadıgı  malikanələrin 

yanında  isə  zadəganlar,  qoşunlar,  onlara  yaxın  sənətkarlar,  tacirlər, 

azad  əkınçilər  məskunlaşırdı.  Bu  yaşayış  məntəqələrindən  də 

sivilizasiyanın  əsasını  qoyan  şəhər-dövlətlər  yaranmışdır.  Beləliklə, 

hələ eramızdan xeyli əvvəl IV-III minilliklərdə çaylararası hövzədə-

Mesopotamiyada,  Çində,  Misirdə  ilk  quldarlıq  dövlətlərinin 

formalaşması başlamışdır. 

Feodal  ıstehsal  münasibətlərinin  yaranması  bu  prosesə  daha 

qüvvətli  təkan  vermişdir.  Lakin  qədim  şahər-dövlətləri  çox  zəif 

idilər.  Onlar  üçün  ən  qorxulu  təhlükə  köçəri  xalqların  basqını  idi. 

Sonralar  onlardan  qorunmaq  üçün  daha  güclü  mərkəzləşdirilmiş 

dövlətlər yaranmışdır. Onların yaranmasında coğrafı mövqe və ətraf 

mühit  mühüm  rol  oynayırdı.  Məsələn:  Qədim  Misirdə  bir  tərəfdən 

Liviya  səhrası,  digər  tərəfdən  Qırmızı  dəniz  ilə  xarici  basqınlardan 

yaxşı  qoruna  bilirdilər.  Bu  səbəbdən  də  işğal  müharibələri 

aparmamış,  silahlı  dəstələrin  sayını  artırmamışdılar.  Nəticədə  isə 

eramızdan  əvvəl  VIII  əsrin  əvvəllərində  Efiopiya  şahları  asanlıqla 

Misiri işğal etmişlər. O vaxtdan başlayaraq Misir əldən- ələ keçmiş 

və  yalnız  XX  əsrin  əvvəllərində  öz  müstəqilliyini  bərpa  edə 

bilmişdir.  Đlk  şəhər  dövlətlərinə  e.ə  III  minillikdə  egeyellin 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə