R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə9/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   5   6   7   8   9   10   11   12   ...   153

sivilizasiyasını  (Hind  vadisində  ),  şəhər  dövlətlərə  II  minillikdə 

Xuanxe  vadisində  Đn  şahlığını  misal  göstərmək  olar.  E.  ə.  III 

minilliyin  birinci  yarısında  isə  Đran  imperiyası  formalaşmışdır. 

Feodal istehsal münasibətlərinin yaranması bu prosesə daha qüvvətli 

təkan  vermişdir.  Avropa  miqyasında  bu  hadisə  eramızın  V-XI 

əsrlərinə təsadüf edir. 

Yeni  Dünyada  isə  ilk  şəhər-dövlətlər  eramızın  ilk 

minilliyinin  birinci  yarısında  müasir  Meksika  və  Perunun 

ərazilərində  yaranmışdır.  Bu  sivilizasiyaların  nailiyyətləri  Köhnə 

Dünyada olan nailiyyətləri təkrarlamışdır. 

Mesopotamiya 

sivilzasiyası 

ətrafında 

vəziyyət 

fərqli 

olmuşdur.  Çaylararası  düzənliklərdəki  xalqların  vəziyyəti  daha  ağır 



idi.  Ona  görə  ki,  burada  yerləşən  köçəri  xalqların  basqını  üçün  hec 

bir  çətinlik  yox  idi.  Elə  bu  səbəbdən  də  yaranmış  Şummer, 

Babilistan  impeıyalarının,  daha  sonra  isə  Assuriya  dövlətlərinin 

ömürləri  uzun  olmamış  və  nəhayət  e.ə.  ilk  minilliyin  birinci 

yarısında bu əraziyə Đran sivilizasiyası daxil olmuşdur. Bu imperiya 

üç əsr hökm sürmüşdür. 

Dünya  sivilizasiyalarınm  inkişafında,  xüsusilə,  qədim  Yunan  və 

Roma  regional  sivilızasiyalarının  böyük  xidməti  olmuşdur.  Onların 

dilləri,  ədəbiyyatları,  incəsənət  və  memarlığı,  hərbi,  ticarət-bank 

əməliyyatları, Yunan demokratiyası və Roma hüququ bu günə qədər 

öyrənilir və tətbiq edilir. 

Yunan  sivilizasiyası  -  bu  sivilizasiyaya  Krit  adasında 

başlanılmışdı.  E.ə  IV  əsrin  ortalarında  yunan  şəhəri  Afmanı 

Makedoniyalı  Đsgəndər  ələ  keçirmişdir.  Sonralar  onlarla  şəhər 

Đsgəndərin  adına  adlandırılmışdır.  Əlverişli  mövqedə  yerləşən  bu 

şəhərlər 

dəfələrla 

sahibini 

dəyişdirmişdir. 

Bütün 

bunlara 


baxmayaraq,  Yunan  sivilizasiyasının  izlərini  indi  də  qoruyub 

saxlayır  və  inkişaf  etdirirlər.  Bu  şəhərlərə  Misirdə  Đsgəndəriyyə, 

Fransada Marsel, Đtaliyada Neapol, Krımda Feodosiya, Yevpatoriya, 

Kerç  və  s.  aiddir.  1991-ci  iidə  Afinada,  Qədim  Ellada  torpağında 

yaranan  demokratiyanın  2500  illiyi  münasibətilə  böyük  bayram 

keçirilmişdir. 



Roma sivilizasiyası - təməli e.ə. V-III əsrlərdə Orta Asiyada 

və  Tibr  vadisində  yaşayan  latınlar  tərəfindən  qoyulmuşdur. 

Romalılar Yunan demokratiyasını daha da inkişaf etdirərək dünyada 

ilk dəfə olaraq parlamentli mərkəzləşdirilmiş respublika yaratmışlar. 




Bu  dövrdə  Qərbi  Avropa  sivilizasiyasının  yaranmasında  və 

inkişafında  böyük  rol  oynayan  çoxlu  Roma  imperiya  şəhərləri 

yaranmışdır. Venesiya, Köln, London buna misal ola bilər. Lakin e.ə 

254-cü ildə əsası qoyulmuş Roma şəhərini tutmuş və qarət etmişlər. 

Bu  dövrdəki  dövlətlər  öz  ərazilərini  genişləndirmək  üçün 

daha  çox  müharibə  aparırdılar.  Yəni  bu  dövr  müharibələr  ilə 

səciyyələnir.  Bu  dövlətlərin  apardıqları  müharibələr,  şəhərsalma 

işləri,  yeni  dəniz  yollarının  kəşfı,  uzaq  ölkələrlə  ticarət  əlaqələrinin 

yaradılması  və  sairə  bilik  tələb  edirdi.  Buna  görə  də  Şimali 

Hindistan, Qədim Çin.  Misir, Finikiya müstəmləkəsi olan Karfagen 

sakinləri  arasında  dəniz  və  quru  yollannı  öyrənən,  başqa  ölkələrin 

sərvətləri  haqqında  coğrafi  biliklər  toplayan  səyyahlar  meydana 

gəlmişdir. 

Bu  dövrdə  dövlət  quruluşunun  iki  əsas  forması-monarxiya 

(Misir,  Babilistan,  Assuriya,  Đran  və  Roma  imperiyaları)  və 

respublika  (Finikiya  və  Yunanıstan  şəhər-dövlətləri  )  mövcud 

olmuşlar.  Yəni  bu  dövr  iri  dövlət  və  imperiyaların  yaranması  və 

dağılması ilə səciyyələnir. 

Orta  əsrlər  dövrü  V-XV  əsrləri  əhatə  edir.  Orta  əsrlər  dövrü 

siyasi xəritənin formalaşması feodalizm quruluşu ilə əlaqədardır. Bu 

dövrdə  formalaşan  feodalizm  cəmiyyətində  siyasi  vəziyyət  daha 

dərin  və  qarışıq  olmuşdur.  Erkən  orta  əsrlərdə  Avropada  elm  və 

mədəniyyət  dinin  təsiri  altında  durğunluğa  uğramışdır.  Quldarlıq 

dövrünün mütərəqqi elmi fikirləri yaddan çıxırdı. Hər cür proseslərin 

və hadisələrin baş verməsi, maddi varlıqların  yaranması haqqındakı 

fikirlər 

Allahın 

iradəsi 


ilə 

bağlanır, 

dini 

əfsanələr 



ilə 

əlaqələndirilirdi.  Cənubi  Asiya  regionunun  formalaşmasında  və 

Hindistan  yarımadasında  yaşayan  müxtəlif  etnik  qrupların 

birləşməsində  isə  brahmanizm  və  hinduizm  dinləri  mühüm  rol 

oynamışdır.  Burada  digər  regionlardan  fərqli  olaraq  əsir  qullara 

ehtiyac  olmamışdır.  Bunun  iki  səbəbi  var  idi.  Burada  yerli  işçi 

qüvvəsi  kifayət  qədər  idi.  Bu  brahmanizm  tərəfindən  yaranan  irsi 

kastalar cəmiyyəti ayrı-ayrı qruplara ayırırdı. 

Şərqi 

Asiya 


regionunun 

formalaşmasında 

isə 

Çin 


imperiyalarının böyük xidməti olmuşdur. Bu imperiyalara daxil olan 

digər  xalqlar  Çin  xalqına  öz  sivilizasiyalarını  qəbul  etdirə 

bilməmişlər.  O  dövrdə  heç  Çin  imperiyaları  da  regiondan  kənar 

işğalçı  müharibələrə  meyl  etməmişlər.  Ümumiyyətlə,  yaradılmış 




Böyük Çin Səddi çin xalqının təfəkküründə dərin iz buraxmışdır. Bu 

cür  möhtəşəm  səddi  yaradan  xalq  digər  dövlət  və  xalqların  əldə 

etdiyi nailiyyətləri onların əlindən almaq fikrinə düşməmişdir. 

Cənub  -  Şərqi  Asiya  regionunun  formalaşmasının  da  özünə 

məxsus  xüsusiyyətləri  olmuşdur.  Bu  regionda  nə  quldarlıq,  nə  də 

feodalizm dövründə regionun bütün hissələrinə təsir edə bilən güclü 

bir imperıya yaranmamışdır. Ona görə də yerli sivilizasiya mənbələri 

regional xarakter ala bilməmişdir. Bu region uzun müddət Hindistan 

və Çin sivilizasiyasından asılı vəziyyətdə olmuşdur. 

Siyasi  xəritənin  formalaşmasında  Yeni  dövr  -  XV-XVI 

əsrlərdən  Birinci  Dünya  müharibəsinin  qurtarmasına  qədər  olan 

dövrə  uyğun  gəlir.  Yeni  dövrün  XVI-XVII  əsrləri  Avropa 

sənayesinin  və  ticarətinin  inkişafı,  elmin  və  mədəniyyətin  sürətli 

yüksəlişi  ilə  xarakterizə  olunur.  Đlk  manufaktura  müəssələri  yaranır 

və  əmtəə  istehsalı  genişlənirdi,  istehsal  edilmiş  məhsulları  satmaq 

üçün  daxili  bazarlar  artıq  azlıq  edirdi,  yeni  bazarlara  ehtiyac 

duyulurdu. Qiymətli metallar-qızıl, gümüş çatmırdı. Avropaya qızıl, 

gümüş, ipək, qiymətli xəz-dərilər gətirilməsi  tələb olunurdu. 

Bundan  başqa,  Şərq  ölkələrinin  tükənməz  var-dövləti 

haqqında tacir və səyyahların söhbətləri də avropalıların təsəvvürünü 

coşdururdu.  Bu  tükənməz  sərvətləri  əldə  etmək  ümidi  ilə  yeni 

torpaqların  axtarıb  tapılmasına  can  atılırdı.  Beləliklə,  yuxarıda 

göstərilən  amillərin  təsiri  altında  Böyük  Coğrafi  Kəşflər  dövrü 

başlanır.  Bu  coğrafi  kəşflər  dövrü  XV  əsrin  ortalarından  XVI  əsrin 

ortalarına  qədər  olan  dövrü  əhatə  edir.  Baş  verən  coğrafi  kəşflər 

dünyanın siyasi xəritəsini əsaslı sürətdə dəyişdirmişdir. 

Deyilənlərlə  yanaşı,  bu  dövrdə  xristian  dini  parçalanmış,  iri 

imperiyalar  yaranmış,  bəşəriyyətin,  xüsusilə  demokratiyanın 

inkişafına səbəb olan bir neçə inqilab baş vermişdir. 

Avropada  baş  verən  Ingilis  burjua  inqilabı  (1642-  1660) 

kapitalizm  dövrünün  başlanmasından  xəbər  verirdi.  Ingiltərə 

sənayenin  inkişafına  ciddi  fikir  verir,  əvvəlcə  Hollandiyanı  və 

sonralar  isə  müəyyən  müddətdə  Fransanı  satış  bazarlarından 

sıxışdırıb  çıxarırdı.  Ingiltərə  iri  müstəmləkəçi  dövlətə  çevrilirdi. 

Lakin  buna  baxmayaraq  məhz  Fransa  bu  dövrdə  coğrafiya  və 

xəritəşünaslıq  sahəsində  görkəmli  işlər  görürdü.  Elə  bu  dövrdə 

burjua  inqilabları  nəticəsində  Đngiltərə  orta  əsrlərin  feodal 

monarxiyasından  burjua monarxiyasına keçmişdir. 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə