pozulur. Məsələn, heç bir yerin qanunvericiliyində birbaşa danışılmırdı
ki, SSRİ vətəndaşları öz istəyi ilə ölkənin hüdudlarını tərk etmək
hüququna malik deyillər, lakin təcrübədə vəziyyət məhz belə olmuşdur.
Yaxud SSRİ-nin tərkibinə daxil olan müttəfiq respublikaların onun
tərkibindən çıxmaq hüququ konstitusiyada təsbit edilsə də, əslində heç bir
respublika bu hüququndan istifadə etmək iqtidarında deyildi.
Müasir Azərbaycan gerçəkliyi bir tərəfdən belə növ sosial problem
lərin mövcudluğuna münasibətdə özünün ölçüyəsığmaz aşkarlığı və
açıqlığı ilə xarakterizə olunur. Digər tərəfdən isə hazırda qanunyarat-
manm bəzi sahələrində baş verən proseslər və yaranmaqda olan ənənələr
(məsələn, Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qanun
norması qüvvəyə mindikdən dərhal sonra ona əlavə və dəyişikliklər
edilməsi prosesləri hərəkətə gətirilir və bu ondan irəli gəlir ki, qanunların
qəbuluna mütəxəssislər cəlb olunmur, qanunlar bəzən son dərəcə tələs-
kənliklə qəbul olunur, ictimai rəy nəzərə alınmır və s.) sosiologiyanın
buna bilavasitə və geniş müdaxiləsini tələb edir.
Hüququn sosioloji cəhətdən öyrənilməsi son dərəcə zəruri və gə
rəklidir. Bu, cəmiyyətdə həyata keçirilən hüqııqyaratma prosesinə mü
nasibətdə aşkarlığı təmin edir, mövcud olan və qarşıya çıxa bilən sosial
problemlərin həllini asanlaşdırır, özünün qanunvericilik həllini tələb edən
sosial və hüquqi münaqişələrin qarşısının alınmasına yardım göstərir.
Məsələyə sosiologiyanın müdaxilə etmədiyi hallarda isə qəbul olunan
qanunvericilik aktlarının böyük əksəriyyəti hərəkətsiz qalır, əhali isə
praktikada onlardan asanlıqla yan keçmənin əlverişli üsullarını əldə
edirlər.
Məlumdur ki, bütün müasir sivil cəmiyyətlərdə vergilərin vaxtında
və tam həcmdə ödənilməsi dövlətin vergi siyasətinin başlıca istiqamətini
təşkil edir. Məhz vergilərin ödənilməməsi və ya tam həcmdə ödənilmə-
məsi müasir cəmiyyətlərdə hüquq pozuntularının ən tipik və kütləvi for
masına çevrilmişdir. Elə bir dövlət tapılmaz ki, onun cinayət qanunveri
ciliyində vergiləri ödəməkdən yayınmağa görə cinayət məsuliyyəti və
cəzası nəzərdə tutulmasın. Statistik məlumatlar belə bir nəticəyə gəlməyə
imkan verir ki, hazırda vergi ilə bağlı hüquq pozuntuları dünyanın bir çox
dövlətlərində adi şəxsi hüquqazidd davranışın çərçivəsindən kənara
çıxmış və cəmiyyətin atributiv xarakteristikasına çevrilmişdir. Bu isə
vergi ödənilməsi sferasında hüquqazidd davranış fenomeninin tədqiqində
nəinki kriminologiyanın və yurisprudensiyanın, həm də iqtisadi-siyasi
45 2
sahələrin, eləcə də hüquq sosiologiyasının vasitələrindən xüsusi istifadə
nin zəruriliyini və labüdliiyünü diktə edir.
Sosioloji təhlillər vergi sferasında sabit deviant davranış ənənələrinin
formalaşmasına stimullaşdırıcı təsir göstərən bir sıra müxtəlif təbiətli
amillərin aşkar olunmasına şərait yaradır. Bunlara iqtisadi, siyasi, hüquqi,
taşkilati amilləri, dünyagörüşü amilini və ya psixoloji amilləri aid etmək
olar.
Amillərin iqtisadi qrupuna vergilərin həddən artıq yüksək olması,
xüsusən də xırda formalarda xüsusi sahibkarlığın inkişafında dövlətin
maraqlı olmaması aiddir. Vergi orqanlarının işinin təşkilində yol verilən
nöqsanlar və onların zəruri resurslarla təminatının zəif olması təşkilati
amillər hesab olunurlar. Ili'ıquqi amillərə vcıgi qanunvericiliyində möv
cud olan qeyri-sabitlik, qeyri-müəyyənlik və boşluqlar daxildir. Cəmiy
yətə yad olan və sosial qruplar, təbəqələr içərisində yarıtmaz ideologi
yanın mövcudluğu və bu ideologiya əsasında əhalinin müəyyən hissəsi
içərisində daxili münaqişəli situasiyaların formalaşması dünyagörüşü
amillərinə aiddir. Əhali arasında belə psixoloji vəziyyətin formalaşması
tələb olunan maddi sərvətlərə və sosial uğurlara hüquqi vasitələrin
köməyilə nail olunmasını qeyri-mümkün edir
Yuxarıda sadalanan amillər kompleksi bir-birilə qarşılıqlı əlaqədədir
və buna görə də onların ncylrallaşdırılması üçün xüsusi mükəmməl proq
ramlar çərçivəsində birləşmiş etibarlı tədbirlər sisteminin olmasını tələb
edir. Yalnız sosial qaydanın ümumi tədbirlərinin, təşkilati, hüquqi və
xüsusi tədbirlərin kompleksi, 'eləcə də xüsusi profilaktiki tədbirlər vergi
sahəsində hüquq pozuntularının sosial cəhətdən qarşısının alınmasını
təmin edə bilər.
Qanunvericilik sahəsində sosioloji tədqiqatlar ya sadəcə olaraq in
formasiyalı olan ınürəkkəblilik dərəcəsinə, ya da modelləşdirmə və ya
sorğu kimi daha mürəkkəb tədqiqat texnologiyalarının tətbiqinə əsaslan
dığına görə fərqləndirilirlər.
Modelləşdirmə sosioloqlar tərəfindən qanun layihəsinin qanun qis
mində qəbul olunduğu vaxt həmin qanun layihəsinin şərti modelinin işlə
nib hazırlanmasından və situasiyanın hipotetik cəhətdən yenidən canlan-
dırılmasmdan ibarətdir. Belə situasiyanın modelləşdirilməsi müvafiq
qanunun qəbulunun mümkün nəticələrini nəzərdə tutmağa imkan yaradır.
Modelləşdirmənin şübhə doğurmayan üstünlükləri tətbiqi-riyazi metod
lardan istifadə edilməsinin mümkünlüyündən ibarətdir ki, bu da proq-
453
Dostları ilə paylaş: |