etdikdən və hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa cəhdlər
göstərdikdən, siyasi və iqtisadi cəhətdən əvvəllər sanki zəncirlənmiş
insanlar hüquq və azadlıqlardan az və ya çox dərəcədə real istifa etmək
imkanı əldə etdikdən dərhal sonra, onilliklərlə hüquqa etinasızlığın və
onun lazımınca qiymət verilməməsinin hökmranlıq etdiyi cəmiyyətin
hüquq mədəniyyətinin aşağı səviyyədə olduğu bütün çılpaqlığı ilə özünü
büruzə verdi».1
Hüquq mədəniyyəti müəyyən əsas başlanğıcları bilməyi, qüvvədə
olan qanunvericiliyin əsas müddəalarına bələd olmağı və onlardan
istifadə etməyi bacarmağı nəzərdə tutur. Dövlətin hüquq sistemi, qüvvədə
olan qanunvericiliyi haqqında zəruri biliklərə malik olmayan vətəndaşlar
öz hüquqlarından lazımında istifadə etməyi və onları inkişaf etdirməyi,
vəzifələrinin nədən ibarət olduğunu, eləcə də öz qanuni mənafelərini necə
müdafiə etməyi istənilən səviyyədə realizə edə bilməzlər. Dəhşətlisi odur
ki, qanunyaradıcılıq fəaliyyətini həyata keçirən şəxslərin özləri zəruri
hüquqi biliklərə malik olmadıqları halda belə bir məsul işlə məşğul
olurlar. Yaxud insan taleyini məhkəmə vo müxtəlif instansiyalı hüquq-
mühafizə orqanlarında çalışan, lakin hüquq elminin dəyərlərindən xə
bərsiz olan, qanunların və hüquq normalarının əsil mahiyyətini dərk
etməyən, humanist hisslərdən uzaq olan vo ədalətin şərtlərinə məhəl qoy
mayan hüquqşünaslar həll edirlər. Belə səviyyəsiz hüquqşünasların dövlət
hakimiyyəti və idarəetmə orqanlarında yüksək vəzifə tutmaları cəmiyyətə
və dövlətə ziyan verməkdən savayı heç bir fayda gətirmir.
Hüquq mədəniyyətinin xarakteristikası ilə bir araya sığmayan vo
hüquq düşüncəsinin soviyyəsizliyino dəlalət etməklə narahatlıq doğuran
məsələlərdən biri xüsusən do hüquq-mtihafızo orqanlarında fəaliyyət
göstərən hüquqşünasların öz elmi yönümlərini düzgün müəyyən etmə
mələridir. Burada söhbət o problem haqqında gedir ki, istintaq, məhkəmə,
prokurorluq və daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışan ali
təhsilli hüquqşünaslar elmi tədqiqatla məşğul olmaq istəyərkən praktiki
fəaliyyətinə tamamilə uyğun gəlməyən mövzulara müraciət edirlər. Doğ
rudur, hüquqşünasın hüququn istənilən sahəsi üzrə tədqiqatlar aparmaq
hüququ vardır və bu hüquq heç nə ilə məhdudlaşdırıla bilməz. Lakin əsas
problem məsələnin başqa tərəfidir. Məsələn, necə olur ki, məhkəmədə
cinayət əməllərinə dair işlər üzrə fəaliyyətlə məşğul olan hüquqşünas
Туманов B.A. Правовой нигилизм в историко-идеологическом ракурсе // Госу'
дарства и право. 1993, № 8, с.52.
300
dissertasiya mövzusu üçün beynəlxalq hüquqa müraciət edir. Soruşulur:
məgər, dövlətlərarası sosial-iqtisadi və siyasi münasibətlərin araşdırılması
cinayət qanunvericiliyinin hələ də təhlilə böyük ehtiyacı olan aktual
problemləri ilə eyniləşdirilməsi düzgündürmü? Belə vəziyyətdə praktika
ilə elmi-nəzəri tədqiqat fəaliyyəti bir-birinə nə dərəcədə uyğundur?
Günün çox hissəsini cinayət işləri materiallarını öyrənməklə məşğul olan
müstəntiq və ya hakimin işdən sonra beynəlxalq hüququn problemləri ilə
məşğul olmasının hansı hüquq düşüncəsinin məhsulu olduğunu müəyyən
etmək, fıkrimizcə, yalnız öz əməli peşəsinə hörmətsizlik, hüquq mədəniy-
yətsizliyi kimi qiymətləndirilə bilər.
Müasir mərhələdə «hüquq mədəniyyəti» anlayışından cəmiyyətin
bütün hüquqi üstqurumunun xarakteristikası üçün istifadə olunur. O,
hüququn, hüquq düşüncəsinin, hüquq münasibətlərinin, qanunçuluğun və
hüquq qaydasının, qanunyaradıcılığın və hüququ tətbiqetmənin özünü,
habelə digər hüquqi fəaliyyəti, bütün pozitiv hüquqi gerçəkliyi fəaliyyəti
və onun tərkib hissələrinin inkişafı ilə birlikdə təcəssüm etdirir.
Hüquq mədəniyyəti, artıq qeyd edildiyi kimi, cəmiyyətin mədə
niyyətinin aynlmaz tərkib hissəsidir. Bu mədəniyyət tədricən, ictimai inkişaf
varisliyi vasitəsilə, bir-birini əvəz edən nəsillərin birgə əmoyilə və onların
müsbət təcrübəsinin ümumiləşdirilməsi yolu ilə təşəkkül tapır. Cəmiyyətin
mədəniyyəti ümumbəşəri əxlaqi-mənəvi dəyərlərin tarixən təşəkkül tapmış
mükəmməl sistemidir. O, cəmiyyətin həyat tərzi, məişəti və insanlar arasında
qarşılıqlı münasibətlərin təkrarlanması əsasında fonnalaşır.
Əxlaqi-mənəvi və hüquqi dəyərlərin sistemi olan hüquq mədəniyyəti
hüquqi gerçəkliyin inkişaf səviyyəsində nail olunmuş normativ-hüquqi
aktlarda, hüquq düşüncəsində və qanuna itaotli həyat tərzində ifadə olu
nur. Buna görə də mürəkkəb və çoxşaxəli hadisə olan hüquq mədəniyyəti
aşağıdakıları nəzərdə tutur:
1) hüquq düşüncəsinin səviyyəsinin müəyyən edilməsi, yəni cə
miyyətin hüquqi gerçəkliklərinin qavranılması;
2) ümumi mədəni zəminlər, sivilizasiyalılıq səviyyəsi, milli köklər və
rüşeymlər, tarixi abidələr, adət və ənənələr;
3) əhalinin qanunları və hüquq qadalarını lazımi dərəcədə bilmələri,
hüquq normalarına vo onların nüfuzuna hörmətlə yanaşılmasının yüksək
səviyyəsi;
4) hüquqyaradıcılığın və hüququ realizənin, qanunyaradıcılıq pro
seslərinin yüksək keyfiyyəti;
301
5) hüquqi fəaliyyətin, hüquq-mühafizə orqanlarının işinin səmərəli
və keyfiyyətli üsulları;
6) vətəndaşların və vəzifəli şəxslərin qanuna itaətliliyi və s.
İnsansız və onun fəaliyyəti, bu fəaliyyətin və qabaqcıl təfəkkürün mü
tərəqqi istiqamətləri olmadan hüquq mədəniyyətinin mövcudluğu qeyri-
mümkündür. Başqa sözlə, hüquq mədəniyyəti və onun səviyyəsi haqqmda
qanunların və hüquq qaydalarının fəaliyyət göstərdiyi, eləcə də insanın
hüququ tətbiqetmə fəaliyyətinin mövcud olduğu yerdə danışmaq olar. Hüquq
mədəniyyəti hüquqi reallığın on mühüm dəyər komponentlərinin bütün
məcmusunu əhatə edən parlaq ifadə olunan məqsədə malikdir. Hüquq mə
dəniyyəti sosial hadisə kimi öz inkişafını cəmiyyətdə mövcud olan hüquqi
reallıqların fəaliyyətində tapır. Hüquq mədəniyyətinin inkişafı cəmiyyətin
ümumi mədəniyyətinin inkişaf səviyyəsilə bağlıdır.
Cəmiyyətin hüquq mədəniyyətinin mühüm komponenti olan şəx
siyyətin hüquq mədəniyyəti şəxsiyyətin sosiallaşmasını və fərdin hüquqa-
uyğun fəaliyyətini bu və ya digər dərəcədə təmin edən cəmiyyətin inkişaf
dərəcəsini və xarakterini əks etdirir. Şəxsiyyətin və ya fərdin bu fəaliyyəti
cəmiyyətin hüquqi sfcradakı mütərəqqi hərəkətlərinə və onun mədə
niyyətinə uyğun olmalıdır. Məhz bunun sayəsində həm şəxsiyyətin özü,
həm do bütövlükdə cəmiyyət hüquqi cəhətdən daim zənginləşir. Hüquq
mədəniyyəti hüquqi şüurun və varlığın üzvi birliyinin komponenti qis
mində çıxış edir.
Beləliklə, hüquq mədəniyyəti dedikdə, müxtəlif əsaslara görə struk-
turlaşmalı olan, şəxsiyyətin və cəmiyyətin keyfiyyətli hüquqi vəziyyəti
kimi qəbul oluna bilən xüsusi sosial hadisə başa düşülür.
Hüquq mədəniyyəti nəzəriyyəsində təşəkkül tapmış materiallardan
kompleks şəkildə istifadə edilməsindən ötrü, hər şeydən əvvəl, problemin
hərtərəfli öyrənilməsini təmin etmək zəruridir. Bununla yanaşı hər bir
konkret halda hüquq mədəniyyətinin dərk edilməsinin ciddi müəyyən
edilmiş kriteriyaları ön plana çəkilir.
Hüquq mədəniyyəti məsələsinə həsr edilən sosioloji və fəlsəfi təh
lillər hüquqi kulturologiyanm başlıca məqsəd və istiqamətlərini müəy
yənləşdirməyə, diqqəti həmin problemin bütöv bir sosial orqanizm kimi
dinamikasına cəmləşdirməyə imkan verir.
Cəmiyyətin mədəniyyətin haqqmda elmi baxışlarını aşağıdakı üç
mühüm qrupa ayırmaq olar:
302
1) mədəniyyətin formalaşmasına və inkişafına dair antropoloji
baxışlar;
2) mədəniyyətin formalaşmasına və inkişafına sosioloji baxışlar;
3) mədəniyyətin formalaşmasına və inkişafına fəlsəfi baxışlar.
Mədəniyyətin antropoloji aspektdə təhlili zamanı cəmiyyətin
mədəniyyəti insan tərəfindən yaradılan, təbii nemətlərdən fərqlənən bütün
nemətlərin məcmusu kimi dərk edilir.
Cəmiyyətin mədəniyyətinə sosioloji yanaşma mənəvi dəyərlərin cə
mini özündə ehtiva edir. Burada mədəniyyət ictimai həyatın komponenti
qismində çıxış edir.
Nəhayət, mədəniyyətə fəlsəfi baxış zamanı mədəniyyət ictimai
inkişafla bağlı olmayan xalis analitik hadisə kimi başa düşülür. Bu zaman
mədəniyyət ictimai inkişafın digər hadisələrindən fərqləndirilir.
Mədəniyyətə antropoloji yanaşmanın müsbət cəhəti təhlillərin geniş-
liyindən ibarətdir, çünki bu zaman mədəniyyətə ictimai həyatın ən müx
təlif sferalarının təzahürü qismində baxılır.
Şəxsiyyətin və cəmiyyətin mütərəqqi inkişafı hüquqi vasitələrin bu
istiqamətdəki təyinatını sosial tərəqqinin ən əhəmiyyətli cəhətlərinə yö
nəldir. Bu nöqteyi-nəzərdən hüquq mədəniyyəti yalnız sosial tərəqqinin
ümumi kontekstində tam dərəcədə dərk edilə bilər. Həqiqi hüquq mədə
niyyəti tarixi keçmişin ən yaxşılarım oxz etmədən, təbii ki, cansız olardı,
onun gələcəyinin heç bir perspektivinə ümid etmək olmazdı.
Cəmiyyətin hüquq mədəniyyəti şəxsiyyətin azadlıqlarının və təhlü
kəsizliyinin, insan hüquqlarının təmin olunmasının mühüm şərti, şəxsiy
yətin hüquqi müdafiəsinin və vətəndaş fəallığının qarantı olmaqla, dövlət
hakimiyyəti qarşısında insana yuridik əhəmiyyətli hüquqi statusunu veril
məsini və onun müdafiəsinin qanunla, məhkəmə ilə təmin olunmasını bir
vəzifə olaraq qoyur.
Beləliklə, cəmiyyətin hüquq mədəniyyəti ilk növbədə aşağıdakı
səviyyələrdən asılıdır:
1) cəmiyyət üzvlərinin hüquqi şüurunun inkişaf səviyyəsindən. Bu
səviyyə insan hüquq və azadlıqlarının dəyəri, mübahisələrin həlli zamanı
hüquqi prosedurların dəyəri, kompromislərin axtarılması kimi hüquqi
fenomenlərin nə dərəcədə dərindən mənimsənilməsini əks etdirir;
2) hüquqi fəaliyyətin inkişaf səviyyəsindən. Bu səviyyə hüquqşünas-
tədqiqatçıların, alimlərin, aspirantların və tələbələrin nəzəri fəaliyyətinin
göstəricisidir;
303
Dostları ilə paylaş: |