iqtisadi şəraitdir. İstehsalın bu vo ya digər şəraiti və maddi nemətlərin
bölgüsü insanları siniflərdə birləşdirən vo bu sinifləri ayıran sosial-sinfi
mənafelərin işlənib hazırlanmasının əsas səbəbidir.
Dördüncüsü, sosial həyatın müxtəlif ictimai institutlara təsir dərə
cəsini nəzərə almaqla idrakın metodologiyasında əhəmiyyətli korrektiv-
ləri aydınlaşdırmaq zəruridir. Sosial-tarixi tədqiqatların başlıca metod
larından biri empirik metod olmalıdır. Məhz bu metod sayəsində sosial-
taıixi hadisələrin izahından müşahidə edilməyən faktlardan irəli gələn və
müstəsna dərəcədə mücərrəd ehtimallara əsaslanan hər şey çıxarılmalıdır.
Bununla əlaqədar olaraq filosofların, sosioloqların vo digər humanitar
elm nümayəndələrinin leksikonundan «xalq ruhu», «dünya ruhu» kimi
anlayışlar çıxarılmalıdır. İ.S.Koninin fikrincə, humanitar elmlər bu sözün
elmi mənasında pozitiv olmalı, yəni tətbiqi, pozitiv (konkret) vəzifələrin
həllinə yönəldilməlidir ki, sosiologiya da məhz buna çağırır.1
Sosiologiyanın və onun adının yaranması tarixindən. Sosiologiya öz
adma görə fransız filosofu Öqyüst Konta borclu olsa da,2 lakin o, faktiki
olaraq çox erkən yaranmışdır. Sosiologiyanın tənqidçiləri bunu unudur vo
sosiologiyanı Kontun konkret təlimi ilə eyniləşdirirlər. Sosiologiyanın rü-
şcymlərini qədim yunan siyasi təlimlərində axtaımaq lazımdır.
«Siyasət» termini Aristotel tərəfindən bu təlimi göstərmək üçün e.o.
IV yüzillikdə işlədilmişdir. Aristotelə qədər isə artıq onun müəllimi Pla
ton siyasi dünyagörüşün bəzi nəzəri, bəzi praktiki cəhətlərini tədqiq
etmişdi. Siyasətin bəzi nəzəri və praktiki cəhətləri Rlatonun «Dövlət»
traktatı vo «Qanunlar» əsərində ifadə edilmişdir.
Bir çox yüzilliklər keçdikdən sonra fransız mütəfəkkiri Sen-Simon
(1760-1825) yeni «siyasət» yaratmağa səy göstərmişdir. Bu «siyasət»
fizika metoduna və riyazi metodlardan istifadə etməklə təbiəti öyrənən di
gər pozitiv dəqiq elmlərin metoduna uyğun olmalı idi.3 Səciyyəvi haldır
ki, o öz elmi fəaliyyətini fiziki-siyasi fəaliyyət adlandırmışdır. Biz isə onu
müasir ənənəyə arxalanmaqla empirik sosiologiya adlandıra bilərik.
Sen-Simonun sosiologiya üçün əhəmiyyət kəsb edən ideyaları
aşağıdakılardan ibarət idi:
1) siyasət - bu, fizika kimi pozitiv elmdir;
1 Колн И.С. Позитивизм в социологии. ЛГУ, J 964, с.207.
2 Трошина IT.l t. Социалистическая концепция Огюста К о т а . МГУ, 1984, с.72
’ Арон Р. Этапы развития социалистической мысли. М ., «Прогресс» и «Универе»,
1993, с.607.
86
2) müasir siyasətin predmetini təkcə yalnız dövlət quruculuğu deyil,
bütövlükdə cəmiyyətin vəziyyəti təşkil edir;
3) insan ruhunun inkişafı gedişində fəlsəfi metafizika vasitəsilə
ilahiyyatdan pozitiv elmə hərəkət prosesi həyata keçirilir;
4) cəmiyyətin əqli inkişafının hər bir pilləsi və hər bir fəlsəfi sistem,
əsasında mülkiyyətin və istehsalın müəyyən qaydası dayanan siyasi sis
temlərlə bağlıdır. Cəmiyyətin sinfi təşkilatı isə bunun nəticəsidir.
Əgər Sen-Simon siyasətin ancaq A.Smitiıı siyasi iqtisadı ruhunda
sosial fəlsəfənin analoqu və ya sosiologiyanın proobrazı kimi pozitiv elm
olmasım arzu edirdisə, Konl artıq onun elmlər sistemindəki yerini qəti
olaraq müəyyənləşdirir, bununla yanaşı, onun əsas anlayışlarının və me
todlarının tərifini verirdi 1830-1842-ci illərdə Kontun «Pozitiv fəlsəfə
kursu» altı cildliyinin dərc edilməsi ilə sosiologiya özünün xüsusi adını
və sistemini əldə etdi. Kont sosiologiyaya sosial qayda (struktur) və
sosial tərəqqi (dinamika) haqqında iimıımiləşdirici elm kimi tərif ve
rirdi.
XIX yüzilliyin sonuna doğru sosiologiyanın inkişafına layiqli töhfəni
ingilis mühəndisi, publisist və Filosof Herbert Spenser (1820-1903) verdi.
O özünün Kont təlimindən asılı olmadığını iddia edirdi.
Kont «sosiologiya» termininin təsdiqi qənaətinə dərhal gəlməmişdi.
Yeni elm üçün başlanğıcda o, artıq elmi dairələrdə mövcud olan «sosial
fizika» ifadəsindən istifadə etmişdi.
Kontun fikrincə, sosiologiyanın qlobal məqsədi bütün insanları əhatə
edən və birləşdirən gələcək cəmiyyətin elmi təsvirindən ibarətdir. Bu
xeyirxah məqsədə nail olmaq üçün mövcud olınıış və mövcud olan
ictimai orqanizmlərin tədqiqilə məşğul olmaq zəruridir. Bu mənada
sosiologiya və biologiya yeganə ümumi başlıca cəhətə malikdir. Məhz
sosiologiya və biologiya idrak prosesində tamdan onun hissələrinə doğru
hərəkət edirlər. Tamdan onun hissələrinə doğru hərəkət sosiologiyanın
əsas metodunun seçilməsini qabaqcadan müəyyən edir. Təhlil, yəni tamın
analitik hissələrə bölgüsü belə olmalıdır. Kont hesab edirdi ki, bu metod
hissələrdən tama, sadədən mürəkkəbə, qcyri-miikəmməllikdən mükəm
məlliyə doğru ictimai tərəqqi qanununu elmi cəhətdən ciddi surətdə
əsaslandırmağa imkan verir.
XVII yüzilliyin sosial fizikasının ardınca təbiətşünaslığın tərəqqi
sindən ruhlanan bir çox sosioloqlar digər elmi fənnlərin terminologi
yasını, prinsip və qanunlarını təqlid edərək sosiologiyanı təbiətşünaslığın
87
spesifik sahəsi kimi inkişaf etdirməyə cəhd göstərirdilər. Sosiologiyada
mexanistik məktəb belə təşəkkül tapmışdır. Bu məktəbin nümayəndələri
xüsusi sosial mexanika (sosial fizikanın analogiyası üzrə) yaratmaq və
ya sosio-modoniyyot hadisələrini o dövrün energetika və mexanika ter
minlərində interpretasiya etməyə çalışırdılar. Topoloji cəbr ideyasından
ruhlanan elə alimlər də var idi ki, onlar «topoloji» sosiologiya və psixo
logiyanın quruluşunu verməyə başlamışdılar. Bu səylərin əksəriyyəti
uğursuz alındı. Lakin bəzi alimlər «müvazinət», «struktur», «təşkilat»,
«sistem» kimi anlayışlar ətrafında yeni düşüncələrini ortaya qoya bildilər.
Kont sosiologiyasının yaranmasınadək cəmiyyətin pozitiv inkişafını
axtaran heç bir qanun, ən başlıcası sosial reallıqlar haqqında müstəqil elm
mövcud olmamışdır. Tarixçilər əsasən ictimai həyat və onun təkamül qa
nunlarım axtarmır, ancaq hadisələri təsvir etməklə kifayətlənirdilər. Filo
soflar isə ən yaxşı aləmquruculuq haqqında təsəvvürlərini irəli sürür,
bəzən empirik tədqiqatları ön plana çəkirdilər.
Akademik alimlərin gənc sosiologiya elminə qcyri-liitfkar münasibə
tinə baxmayaraq, o, məktəblər və istiqamətlər üzrə ixtisaslaşaraq uğurla
inkişaf edirdi. Sosiologiyada mərkəzi məktəblərdən biri üzvi sosiologiya
olmuşdur. Bu məktəbin nümayəndələri Kontun görüşlərinə tərəfdar çıxır
dılar. Kont göstərirdi ki, sosiologiya bilavasitə biologiya ilə birləşərək,
onunla «üzvi bədən fizikasını» təşkil edir və cəmiyyətə özünəməxsus or
qanizm, daha yüksək qayda kimi baxır. Bu məktəbin əsas nümayəndəsi
Spenser olub. O, psixologiyanı biologiya ilə sosiologiya arasında bağ
layıcı həlqə hesab edirdi.
İbn Həldun Ərəb Şərqində sosiologiyanın banisidir. Ərəb Şər
qinin siyasi-hüquqi fikrində dövlətin idarəçilik formasının müsəlman
doktrinasının formalaşması Tunisdən olan görkəmli filosof, sosioloq İbn
Holdunun (1332-1406) adı ilə bağlıdır.
İbn Holdunun dövlət və siyasət haqqında ləlimi onun məşhur «Mü
qəddimə» əsərində ifadə olunmuşdur. Cəmiyyəti və dövləti qarşılıqlı əla
qədə təhlil edən bu konsepsiya öz dövrünün orijinal təlimlərindən biri
olmuşdur. Həmin təlim öz qarşısına, hər şeydən əvvəl, dövlətin təkamü
lünün (insan cəmiyyətinin yaranmasının), inkişafının və süqutunun təbii
qanunauyğunluqlarını aşkar etmək məqsədini qoymuşdu. İbn Həldun bu
problemləri «sivilizasiyanın» meydana gəlməsinin forma və kateqoriya
larının göstəriciləri qismində nəzərdən keçirmişdir.
İbn Holdunun təliminə görə, insanlar ilk əvvəllər vəhşi (təvəhhüş)
88
vəziyyətində, yaxud öz mənşəyi) yaratmış, nəhayət, onlar insan birliyində
(ictimada) birləşmiş insanlara çevrilmişlər. Bu birlik öz inkişafında
aşağıdakı iki mərhələdən keçmişdir.
1) primitivlik (bədəvi 1 ik) mərhələsi;
2) sivilizasiya (hidaro) mərhələsi.
Bu mərhələlər bir-birindən yaşayış vasitələrinin eldə edilməsinin xa
rakterindən asılı olaraq fərqlənirdi. Primitivlik mərhələsində yaşayış
vasitələri əkinçilik, maldarlıq və yığım vasitəsilə əldə olunurdu. Siviliza
siyada isə əldə olunan yaşayış vasitələrinə sənətkarlıq və ticarət də əlavə
olunmuşdur. Həmin mərhələlər istehlak xarakterinə görə do fərqlənirdi.
İnsanlar primitiv vəziyyətdə ancaq zəruri olan şeyləri, sivilizasiyada isə
«fayda gətirən» və «zərurətdən məhrum olan» şeyləri istehlak edirdilər.
İbn Holdunun təliminə görə, primitivlik və sivilizasiya insan cəmiy
yətinin keyfiyyətcə iki fərqli mərhələsidir. Onlar eyni və ya bir-birinə ya
xın olan ərazi (məkan) çərçivəsində məskunlaşmış müxtəlif insan birlik
lərindən ibarətdir. Mütəfəkkirin fikrincə, primitiv birlikdən sivilizasiyaya
keçid cəmiyyətin daxili inkişafının deyil, digər birlikdə yaranmış və artıq
yaşayış vasitələrinin ələ keçirilməsinin (zəbt edilməsinin) nəticəsidir. O,
belə keçidi eyni zamanda da bərabərlikdən və ibtidai (primitiv) demokra
tiyadan hökmranlıq etmək, qeyri-bərabərlik, əzmək və tabelik münasibət
lərinə keçidlə əlaqələndirirdi. Bu nöqteyi-nəzərdən İbn Holdunun konsep
siyasının bəzi məqamları mülkün, yəni mülkiyyətin (əmlak münasibə
tinin) meydana gəlməsini aşkar edir. Müxtəlif insan qrupları arasında
qeyri-bərabərliyin, o cümlədən sivilizasiyaya keçidin zəmini qismində
xüsusi mülkiyyət münasibətləri, bu münasibətlərin təşəkkül tapması çıxış
edir.
Beləliklə, İbn Həlduna görə, insanların qruplaşması münasibətləri
son həddə mülkün, yəni müəyyən qrupun həm öz daxilində, həm do hə
min qrupla digər qruplar arasında hökmranlıq və tabelik münasibətlərinin
əmələ gəlməsinə gətirib çıxarmışdır. Mülk-hakimiyyət «dünyəvi nemət
lər» üzərində mülk-sahibliyi»nin bərqərar olmasına səbəb olmuşdur. İbn
Həldun burada «dünyəvi nemətlər» dedikdə, əvvəllər tabe edilmiş qrup
laşmalara məxsus olmuş nemətləri nəzərdə tuturdu. Onun fikrincə, haki
miyyət-sahiblikdən ibarət olan mülk nəinki izafi məhsulun, həm də in
sanların hakimiyyətə və «dünyəvi ncmotlor»ə sahib olmaq səylərinin
mənbəyi kimi çıxış etmişdir.
Deməli, İbn Iloldunuı təsəvvüründə mülk aşağıdakılarda təzahür
edirdi:
89
Dostları ilə paylaş: |