R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


  Sosial yayınmaların strukturu və onların



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə90/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   86   87   88   89   90   91   92   93   ...   131

3.  Sosial yayınmaların strukturu və onların 
öyrənilməsi səviyyələri
Sosial  yayınmalar  iki  səviyyədə  -   fərdi  və  kütləvi  (toplayıcı,  sis­
temli) səviyyələrdə öyrənilir.
Fərdi  səviyyədə  söhbət  müəyyən  şəxsin  konkret  hərəkəti  (və  ya 
kollektivin  fəaliyyət  aktı,  beynəlxalq  münasibətlərdə  dövlətin  aksiyası) 
haqqında  gedir.  Kütləvi  səviyyə  isə  sosial  normalar  sisteminin  pozun­
tularına dair aktların məcmusunu nəzərdə tutur.
Sosial  normadan  fərdi  yayınmanın  strukturunu  qısa  şəkildə 
nəzərdən  keçirək.  Hər  şeydən  əvvəl,  qeyd  etmək  lazımdır  ki,  əgər sosial 
norma  hərəkətin  etalonu  kimi  qəbul  olunarsa,  həmin  etalondan  yayınma 
ən  müxtəlif istiqamətlərdə  baş  verə  bilər.  Hərəkət  (xəta)  obyektiv  və ya 
subyektiv  əlamətlərinə  görə  sosial  normaya  uyğun  gəlməyə  bilər.  Yəni 
baş  vermiş  xəta  ilə  sosial  norma  öz  motivlərinə,  birbaşa  və  ya  dolayı 
nəticələrinə  görə  bir-birilə  üst-üstə  düşməyə  bilər.  Həmin  xəta  yenilikçi 
və  ya  mühafizəkar,  faydalı  və  ya  zərərli,  təsadüfi  və  ya  tipik  hərəkət­
lərdən  törəyə  bilər.  Normadan  yayınmaların  xarakteristikasının  sayı  da 
belə hallarda dəfələrlə arta, çoxala bilər.
Hərəkətin  (xətanın)  strukturu  psixoloqlar  və  hüquqşünaslar  tərə­
findən  kifayət  qədər tam  və  ətraflı  öyrənilmişdir.  İnsanın  fiziki  aləmdəki 
hərəkəti  (onun  törətdiyi  xəta,  yaxud  kriminal  əməl)  obyektiv  cəhətdən 
ləal  hərəkət  və  ya  hərəkətsizlikdə,  həmin  situasiyada  nəyi  etməyin  lazım 
gəldiyini  başa  çatdırmaqda  ifadə  oluna  bilər.  Xətanın  daxili  -   subyektiv 
cəhəti  motivasiyadan,  subyektin  hərəkətlərinin  qəsd  və  məqsədlərindən, 
ehtiyatsız  hərəkətlərdə  isə  arzuolunmaz  nəticələrini  qabaqcadan  görmək 
və onların qarşısını  almaq imkanından  ibarətdir.  Sosial  məsuliyyətə səbəb 
olan  hər  cür  xəta  anlaqlı  insan  tərəfindən  törədilir  və  sosial  əhəmiyyətə 
malik bu və ya dikər xarici aləmin obyektinə qarşı yönəldilir.
Lakin qeyd etmək lazımdır ki, sosial yayınma prinsip etibarilə tək bir 
xətaya  müncər olunmur.  O,  bəzən  xətaların  sistemindən -   insanın  fəaliy­
yətindən,  davranış  xəttindən,  onun  həyat  tərzindən  ibarət olur.  Subyektin 
davranışı,  o  cümlədən  sosial  norma  ilə  başı  aşağıdakı  yayınmadan  ibarət 
ola bilər:
a)  müəyyən  edilmiş  standarta  uyğun  olmayan  bu  və  ya  digər 
hərəkətlərin  sayı  (kiminsə  barəsində  «onun  tez-tez  spirtli  içkilər  istehlak 
etməsi» haqqında danışılır);
346
b)  davranışın  intensivlik  dinamikası,  dərəcəsi  (kimsə  xasiyyətinə 
görə çox əsəbidir; kimsə öz hərəkətlərində passivdir);
v) xətanın  törədildiyi  situasiyanın  (şəraitin)  qeyri-adekvatlıqı  (kimsə 
yersiz hərəkət etmişdir).
Beləliklə,  sosial  normadan  yayınma,  məsələn,  hüquq  pozuntusu 
anlayışına  nisbətən  daha  mürəkkəb  və  çoxplanlı  anlayışdır  (bir  qayda 
olaraq,  tək hala  -   konkret xətaya,  yaxud  kriminal  əmələ aid edilir).  Belə 
ki,  sosial  normadan  yayınma  zamanı  söhbət  davranışın  (fəaliyyətin)  ən 
müxtəlif formaları,  mövcud  standartla  bir araya sığmayan  ayrı-ayrı  para­
metrlər haqqında gedir.
Sosial  normalara  uyğun  olmayan  fərdi  xətanın  və  ya  kollektiv 
hərəkətlərin  strukturu  haqqında  dəqiq  təsəvvürə  malik  olmanın  belə 
hadisələrlə  mübarizənin  düzgün  təşkil  edilməsi  üçün  praktiki  əhəmiyyəti 
vardır.  Cəmiyyət əleyhinə davranışlara  qarşı  yönəldilən təşkilati  proqram 
nəinki  onun  xarici  təzahürlərinə  yönəldilməli,  həm  də  onun  daxili 
məzmunu -  motivasiyası,  şəxsiyyətin dəyər yönümləri nəzərə alınmalıdır. 
Ancaq bu zaman sosial siyasət öz məqsədlərinə nail ola bilər.
Kütləvi  səviyyədə  sosial  yayınmalar  artıq  başqa  keyfiyyətdə 
ictimai  həyatın  elementi,  onun  tərəflərindən  biri,  arzuolunmaz  sosial 
proses  kimi  çıxış  edirlər.  Buna  müvafiq  surətdə  həmin  hadisənin  struk­
turu da başqa nöqteyi-nəzərdən təhlil edilməlidir.
Hüquqi  aspektdə  söhbət  cəmiyyətdə  cinayətlərin  və  müxtəlif  növ 
digər  hüquq  pozuntularının  yayılma  dərəcəsi  və  onlarda  baş  verən 
dəyişikliklər  (cinayətlərin,  digər  hüquq  pozuntularının  strukturu  və 
miqyas  dinamikası)  haqqında  kcdə  bilər.  Sosial  psixologiya  mövqelərin­
dən  həmin  cəmiyyətin  ictimai  şüurunun  vəziyyətini  təhlil  etmək  vacibdir. 
Nəhayət,  belə  hallarda  informasiyalı  yanaşma  fərdi  xətanın  elementləri 
arasında  deyil,  cəmiyyətə  xas  olan  kütləvi  hadisə  və  proseslər  arasındakı 
elementlərin  düziinə  və  geriyə  əlaqələrinin  aşkar  olunmasını  nəzərdə 
tutur.
Davranışla  müqayisədə  kütləvi  yayınmanın  kəmiyyət  cəhətdən  on 
mühüm  və  əhəmiyyətli  göstəricilərinə  cəmiyyətdəki  müvafiq  hadisələrin 
yayılma  dərəcəsini  səciyyələndirən  vəziyyət və  səviyyə  xidmət  edə  bilər. 
Bu  halda  vəziyyət  dedikdə,  adətən,  həmin  ərazidə  müəyyən  zaman 
ərzində  (məsələn,  1  il,  5  il  ərzində)  törədilən  sosial  yayınma  aktlarının 
mütləq  sayı  nəzərdə  tutulur.  Səviyyə  dedikdə  isə,  davranışdan  yayınma 
aktlarının  əhalinin  bu  və  ya  digər  sayı  (məsələn,  10  min  nəfər  insan)  və
347


ya əgər söhbət kollektivlərin  fəaliyyəti haqqında gedərsə,  idarə, müəssisə 
və təşkilatların müəyyən say hesabı ilə səciyyələndirilən nisbi  göstəricilər 
başa  düşülür.  Məhz  nisbi  göstərici  baş  verən  proseslər haqqında düzgün 
mülahizə yürütməyə, həmin prosesləri  zamana və məkana görə müqayisə 
etməyə imkan verir.
Sosial  yayınmaların  vəziyyəti  və  səviyyəsi  bütün  ölkələrdə,  region­
larda  və  ərazi  vahidlərində  eyni  olmur.  Müəyyən  ərazi  kəsiyində  sosial 
yayınmaların  növlərinin  bölgüsü,  onların  kəmiyyət  və keyfiyyət xarakte­
ristikası adətən, müvafiq davranışın coğrafiyası adlanır.
Sosial  yayınmaların  keyfiyyət  göstəricilərini  nəzərdən  keçirilən 
massivin  strukturu və dinamikası təşkil  edir.  Bu halda struktur dedikdə, 
müxtəlif növdən  olan  yayınmaların  həmin  massivinin  daxilində  cinayət­
lərin,  digər  hüquq  pozuntularının,  alkoqoldan,  narkotik  vasitələrdən  sui- 
istifadə  hallarının,  əxlaqsız  hərəkətlərin  və  s.  qarşılıqlı  əlaqəsi  başa 
düşülür.  Bu  qarşılıqlı  əlaqə  həm  paylarda  (faizlərdə),  həm  də  mütləq 
saylarda ifadə oluna bilər.
Dinamika  dedikdə,  bu  və  ya  digər  ərazidə  sosial  yayınmaların  za­
mana  görə  bütün  kütləsinin  (və  ya  onun  bir  hissəsinin)  vəziyyətində, 
səviyyəsində  və  strukturunda  dəyişiklikləri 
s ə c i y y ə l ə n d i r ə n  
keyfiyyət 
göstəricilərinin  məcmusu  başa  düşülür.  Dinamika  sosial-mənfi  hadisələ­
rin  hərəkət  ənənəsini  açmağa  imkan  verir  ki,  bu  da  həmin  hadisələrlə 
mübarizənin elmi təşkili üçün  son dərəcə vacibdir. 4
4.  Sosial yayınmaların  nəticələri
Sosial  yayınmaların  nəticələri  həm  bu  və ya  digər  davranışın  xarak­
terindən,  istiqamətindən  və  yayılmasından,  həm  də  onun  həyata  keçiril­
diyi  konkret-tarixi  şəraitdən, yerdən və vaxtdan asılıdır.  Müxtəlif cinayət­
lər,  o  cümlədən  alkoqolizm,  narkomanlıq,  pornoqrafiya,  özünüöldürmə 
(intihar), qul əməyi, terrorçuluq və aqressiya (təcavüz) hər il yüz minlərlə 
insanı  həyatdan məhrum  edir,  insanlığa  saysız-hesabsız bədbəxtliklər gə­
tirir və bununla bağlı müasir dövrün qlobal problemlərindən biri qismində 
çıxış edir.
Müxtəlif mənfi  hadisə  və  proseslərin  sosial  nəticələri  problemi  son 
onilliklər  ərzində  Birləşmiş  Millətlər  Təşkilatı  (BMT)  çərçivəsində 
keçirilən  bir  sıra  beynəlxalq  konqreslərin  müntəzəm  müzakirə  predmeti
3 4 8
olmuşdur.  Məsələn,  «Terrorçuluq,  mütəşəkkil cinayətkarlıq,  narkotiklorin 
yayılması  və  digər  təhlükəli  cinayətlərlə  mübarizə  üzrə  GÜƏAM-ın 
Virtual Mərkəzi  haqqında» 21  may 2004-cü il tarixli Əsasnamənin qəbulu 
buna  nümunə  ola  bilər.  Əsasnamədə  müəyyən  edilmiş  əsas  vəzifələr 
aşağıdakılardır:
«1)  kriminal  fəaliyyətin  qarşısının  alınmasında,  aşkar  edilməsində, 
təqibində  və  aradan  qaldırılmasında  qarşılıqlı  yardım  etmək  məqsədilə 
milli,  transmilli  və  beynəlxalq  səviyyələrdə  hüquq-mühafizə  sahəsində 
dərin əməli əməkdaşlıq üçün mexanizmlər təmin etmək;
2)  birgə  tədbirlərin  keçirilməsində  hüquq-mühafizə  orqanlarının 
fəaliyyətini  əlaqələndirmək  üçün  əməli  məlumat  mübadiləsini  təmin 
etmək;
3)  daxili  qanunvericiliyə  və  beynəlxalq  hüquq  normalarına  uyğun 
olaraq  hüquq-mühafizə  sahəsində  normativ-hüquqi  aktları  uyğunlaşdır­
maq;
4)  hüquq-mühafizə  orqanları  arasında  dövlətdaxili  əməkdaşlığın 
yaxşılaşdırılmasına səy göstərmək;
5)  FÜƏAM  iştirakçısı  olan  dövlətlərin  müvafiq  idarələrinin  terror­
çuluq, mütəşəkkil cinayətkarlıq, narkotiklorin yayılması  və digər təhlükəli 
cinayətlərlə mübarizə  sahəsində  texniki  təchizatını  və  informasiya  texno­
logiyalarını təkmilləşdirmə  layihələrini əlaqələndirmək  və razılaşdırmaq;
6)  hüquq-mühafizə  orqanlarının  nümayəndələrinin  və  Virtual 
Mərkəzin  vəzifələrinin  həllində  iştirak  edən  mütəxəssislərin  xüsusi  təli­
matlandırılması  və hazırlanması  üçün  imkanlar yaratmaq;
7)  cinayətkarlığın  vəziyyəti  və  onunla  mübarizənin  səmərəliliyi  haq­
qında statistik və analitik məlumat təqdim etmək;
8)  aşağıda  qeyd  edilən  cinayətlərlə  mübarizə  üzrə  ixtisaslaşdırılmış 
hərəkətləri dəstəkləmək:
• - terrorçuluq;
- narkotiklorin qeyri-qanuni dövriyyəsi;
- qeyri-qanuni  miqrasiya;
- gömrük qaydalarının pozulması;
- sərhəd məntəqələrində fəaliyyət göstərən xidmətlərdə korrupsiya;
- insan alveri;
- kommersiya hüquqpozmaları;
-  oğurlanmış  nəqliyyat  vasitələri  və  mədəni  və  tarixi  dəyəri  olan 
əşyaların alveri;
3 49


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə