R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə30/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   26   27   28   29   30   31   32   33   ...   131

ııaturfəlsəfə  terminlərində  (F.V.J.Şellinq  və  başqaları)  təkamül  (tarixilik) 
ideyasını  təsdiq  etmişdir.  Hüquqşünasların alman  tarixi məktəbinin təlimi 
belə olmuşdur.  Bu hüquqşünaslar çox şeyləri  müasirləri  olan  filosoflardan 
əxz etmişdilər.
Hüququn mürəkkəb  təkamülünün daha dərindən başa düşülməsi  spe- 
kulyativ-mclafizik  fəlsəfədən  imtina  edildikdən  və  hüququn  müqayisəli- 
tarixi öyrənilməsinə keçiddən sonra mümkün olmuşdur.
XX yüzilliyin başlanğıcında dövlət-hüquq elmində aıtıq  belə bir fikir 
möhkəm  təsdiqi  tapmışdı  ki,  humanitar  biliklərin  bu  sahəsində  ınüqa- 
yisəli-tarixi metod kimi  bir-birilə əlaqədə tez-tez tətbiq edilən müqayisəli 
və tarixi  metodlar böyük əhəmiyyətə malikdirlər.  Yurispıudcnsiyada  mü­
qayisə!i-tarixi  metoddan  lap  başlanğıcda  hüquqşünaslar  dövlətə  və 
hüquqa sosioloji yanaşmanı nəzərə alaraq istifadə etdilər.
R.Davidin qeyd etdiyi  kimi,  müqayisəli  hüquqa  bir çox  alimlər tərə­
findən  hüquq  sosiologiyasının  aspektlərindən  biri  kimi  baxılmış  və  indi 
də  baxılmaqdadır.  Belə  mövqeyə  bir  qədər  tərəddüdlə  yanaşan  R.David 
yenə  də  belə  hesab  edir ki,  müqayisəli  hüquqla  hüquq  sosiologiyası  ara­
sında  həqiqətən  do çoxlu toqquşma nöqtələri  mövcuddur,  eləcə do  bir sıra 
ümumi  sahələr  vardır.  Bu  faktın  etiraf edilməsi  onunla  bağıdır  ki,  sosio­
logiya  kimi  müqayisəli  hüquq  da  insanların  sosial  cəhətdən  şərtləşən 
fəaliyyətinin  qarşılıqlı  təsirinin  və  bu  və  ya  digər  ictimai  sistemdə  təşək­
kül  tapmış  insan  davranışı  tənzimləyicilərinin  tipik  xüsusiyyətlərinin 
axtarışına  istiqamətləndirilmişdir.  Bu,  hər  şeydən  əvvəl,  müxtəlif  döv­
lətləri  və xalqları  birləşdirən  vahid dünya  bazarının  olmasından  irəli  gəlir. 
Belə  şəraitdə  siyasətçilər  və  sahibkarlar  onların  xüsusi  sistemindən  əhə­
miyyətli  dərəcədə  fərqlənən  siyasi-hüquqi,  iqtisadi  və  etno-mədəni  sis­
temlərlə  təmasda  olurlar.  Təbii  olaraq,  bu  fərqlər,  hüququn  köməyilə  so­
sial  proseslərin  idarə  olunmasım  çoxşaxəliliyini  təmin  etməyə  xidmət 
edən hüquqşünaslara da aid  olunur.
Hüquqa  müqayisəli-larixi  yanaşmanın  ən  parlaq  nümunəsinə  adət 
hüququ  (adətlər üzrə hüquq)  xidmət edir.
Bəzən  adət  hüququna  belə  tərif verilir.  Adət  hüququ  -   bu,  sosial  cə­
hətdən  normal  hesab  olunan  iradları,  məlum  birgəyaşayış  normalarını  isə 
pozitiv  və  həqiqi  sayan  həmin  sosial  orqanizmin  bütün  üzvlərinin  və  ya 
onun  ancaq  bəzi  hissələrinin  kollektiv  vərdişidir.  Başqa  sözlə,  adət 
hüququ  dedikdə,  sosial  həyatda  uzunmüddətli  tətbiq  edilmələri  sayə­
sində  məcburi  qüvvə  əldə  edən  hüquqi  adətlərin  və  ya  adətlərdə
112
ehtiva olunan  hüquqi qaydaların və sosial qrupun,  sinfin və ya bütün 
xalqın daxilində mövcud olan vərdişlərin  məcmusu  başa düşülür».
Hər cür  adət  adət  hüququ  deyildir.  Adət hüququna  ancaq yuridik cə­
hətdən həqiqi olan,  yəni  məcburi  olan və  irad müəyyən etmək qabiliyyəti 
olan adət aid edilir.
Adət hüququnun  müqayisəli-tarixi  öyrənilməsi  bazasında  hüquqi et- 
nologiya  formalaşmışdır.  Hüquqi  ctnologiyanm  fərqləndirici  cəhətini  aı- 
xaik  hüququn  (primitiv  hüququn)  öyrənilməsinə  müraciət  təşkil  edir. 
Arxaik  (primitiv)  hüquq,  məsələn,  Cin  və  müsəlman  sivilizasiyaları  və 
mədəniyyətləri  istisna  olmaqla,  industrialaqədərki  cəmiyyətlərin  həyatına 
daxil olur.
Adət hüququ anlayışı  arxaik cəmiyyətlərlə  məhdudlaşmır.  Ondan müa­
sir beynəlxalq  hüququn  mənbələrindən birinin  göstərilməsi  üçün  do  istifadə 
olunur.  Beynəlxalq adətlər haqqında danışılarkən qeyd olunur ki, onlar eyni 
qaydaların  mahiyyətinə  görə eyni  olan  hallara  daimi  və eyni  şəkildə  tətbiqi 
əsasında beynəlxalq münasibətlərdə müəyyən edilirlər. Beləliklə, beynəlxalq 
adətləri adət  hüququ  ilə  qarışdırmaq olmaz.  Dövlətlər arasında adət  hüququ 
yarana bilməz, çünki dövlətlər elə mühiti təmsil edirlər ki, məcburi normaya 
keçən adətlər nəzərə çarpmadan inkişaf edə bilərlər.
«Adət»  probleminin  həlli  üçün  hüquqşünaslar  «adətlər»  və  «adi» 
terminlərini  fərqləndirməyə  çalışmışlar.  Bunu  əvvəllər  beynəlxalq  hüquq 
üzrə  məşhur  mütəxəssis  L.F.L.Oppcnhcym  (1858-1909)  etmişdir.  O,  Al­
maniya  və İsveçrədə professor,  1908-ci  ildən  isə Kcmbric  universitetində 
kafedra  müdiri  olmuşdur.  Oppcnhcymin  fikrincə,  «adotlor»lo  «adi»ni  qa­
rışdırmaq  olmaz.  Beynəlxalq  hüquq  sahəsinin  hüquqşünasları  müəyyən 
hərəkətlərin  edilməsinin  aydın  və  uzun  sürən  praktikasının  belə hərəkət­
lərin  (beynəlxalq  hüquqa  uyğun  olaraq)  məcburi  və  ya  düzgün  olduğuna 
əminlik  işarəsi  altında  təşəkkül  tapdığı  vaxt  adət  haqqında  danışırlar. 
Digər  tərəfdən,  müəyyən  hərəkətlərin  edilməsi  praktikası  belə  hərəkət­
lərin  (beynəlxalq  hüquqa  uyğun  olaraq)  məcburi  və ya  düzgün olduğuna 
əminliyin  olmadığı  zaman  təşəkkül  tapdığı  vaxt  adi  haqqında  danışırlar. 
Beləliklə,  beynəlxalq  yurisprudensiya  dilində  «adət»  termini  həcminə 
görə  «adi»  termininə  nisbətən  daha  məhduddur.  Məsələn,  davranış  tərzi 
adi  ola  bilər,  lakin  adi-hüquqi  ola  bilməz.  Deməli,  dövlətlərin  beynəl­
xalq  münasibətlər  sahəsində  müəyyən  davranışı  beynəlxalq  adət  hüquq 
normasından irəli gəlməyən adidən ibarət ola bilər.
«Adət»  termini  hüquqşünaslar  tərəfindən  tez-tez  istifadə  olunsa  da,
113


bu termin onlann əsas elmi  lüğətinə məxsus deyildir. Onun tərifi, hər şey­
dən  əvvəl,  heç  də  hüquqşünaslar  deyil,  etnoloqlar,  psixoloqlar  və  sosio­
loqlar tərəfindən  verilməlidir.  Burada  təəccüblü  heç  nə  yoxdur.  İstənilən 
elmi  fənnlərdə  biz  tez-tez  və  fayda  ilə,  lakin  hansısa  özügöriinən  ak­
siomlar  kimi  intuitiv  səviyyədə  istifadə  olunan  çoxlu  termin  və  anla­
yışlara təsadüf edirik.
Bu problemi parlaq şəkildə məşhur polyak məntiqçisi  və metodoloqu 
Alfred  Tarski  (1902-1983)  təhlil  etmişdir.  «İntuitiv  həqiqətlər»  prob­
leminin həlli üçün ona iki dili -  predmet dilini  (və ya dil-obyekti) və təd­
qiqatçı  dilini  (metadil)  fərqləndirmək  lazım  gəlmişdir.  Predmet  dilində 
heç  do  həmişə  əhəmiyyət  verilməyəni  başa  düşməyin,  aydın  olmasının, 
dəqiqloşdirilmosinin  və  müəyyənliklə  ifadə  olunmasının  mümkün  olma­
sından  ötrü  tədqiqatçının  dili  predmet  dilindən  zəngin  olmalıdır.  Başqa 
sözlə,  tədqiqatçının  dili  predmetin  dili  ilə  üst-üstə  düşə  və  ya  tamamilə 
ona  keçirilə  bilməz,  çünki  əks təqdirdə  hər  iki  dil  bir (eyni)  dilin  növünə 
çevrilə  bilər.  Nəticədə  isə  müxtəlif semantik  paradoksları  təhlil  və  izah 
etmək  qeyri-mümkün  olar,  çünki  öz  ifadə  imkanlarına  görə  daha  zəngin 
olan dil  sistemi bizim üçün əlçatmaz ola bilər.
Bu  halda  bizə  yadda  saxlamaq  kifayətdir  ki,  tədqiqatçı  dilinin 
köməyilə  predmetin  dili  öyrənilir,  dil  haqqında  biliklər  müqayisədə  ana 
dili daha zəngin təzahür edir.
Deyilənlərdən  bu  nəticəyə  gəlmək  olar  ki,  yıırisprudcnsiyanm  pred­
met  dili  (və  ya,  başqa  sözlə,  onun  predmet  sahəsi)  metadilin  köməyilə 
öyrənilməlidir.  Bu  halda  bizim  üçün  belə  dil  qismində  (sözün  geniş  mə­
nasında)  fəlsəfənin  və  hüquq  sosiologiyasının  müvafiq  metodlarının, 
üsullarının  və  idrak  formalarının  dili  çıxış  edir.  Məhz  bu  dillərin  kömə­
yilə  subyektlə  dərketmə  obyekti  arasında  tədqiqat  «dialoqu»  aparılır.  Bu 
halda  fəlsəfə  və  sosiologiya  konkret  yuridik  fənn  çərçivəsindən  çıxmağa 
və onun digər elmi fənnlərlə (o cümlədən  qeyri-hüquqi  xarakterli  fənnlər- 
lə) əlaqəsini qiymətləndirməyə imkan  verir.
Yuxarıda  göstərilənləri  adət  hüququnun  sosial-tarixi  kökləri  ilə  əla­
qədə  dövlətoqədərki  ictimai  təsisatların  və  şəxsən  dövlətin  qarşılıqlı  mü­
nasibəti  haqqında  məsələnin  nümunəsində  konkretləşdirmək  olar.  Əgər 
adət  hüququ  təbii  (təbii-tarixi)  olaraq  formalaşırsa,  dövlət  həyatı  şəra­
itində  tamamilə  başqa  bir  mənzərə  -   məhz  məqsədyönlü  və  şüurlu  hii- 
quqyaratma  mənzərəsi  müşahidə  olunur.  Dövlət  ictimai  münasibətlərə 
hüquqi  forma  verərək  həmçinin  yeni  yaranan,  artıq  hüquq  münasibətləri
114
qismində  çıxış  edən  ictimai  münasibətlərə  əks  təsir  göstərir.  Bununla  da 
hüquqyaratma dövlətin nəinki mühüm funksiyası, həm do onun xarakterik 
əlaməti  olur.  Lakin  bu  zaman  nəzərə  almaq  lazımdır  ki,  müasir  «hüquq­
yaratma»  anlayışı  tarixən  yaxın  keçmişdə  təşəkkül  tapmışdır.  Bu  vaxt 
«dövlət»  anlayışı  «vətəndaş  cəmiyyəti»  anlayışından  ayrılmışdı.  Tarixin 
ötən  mərhələləri  üçün  hüquqyaratmanm  və  hüququn  tətbiqinin  bir-birini 
əvəz etməsi səciyyəvidir.
Müasir  hüquqyaratmada  dövlətin  artan  roluna  baxmayaraq,  cəmiy­
yətin  hüquqyaratma  təşəbbüsü  tam  şəkildə  dövlət  institutlarının  sərən­
camına  verilməmişdir.  Bu  barədə  hüquq  sosiologiyası  nümayəndələrinin 
tədqiqatları da şəhadət verir.
Avstriya  hüquqşünası  Yevgeni  Erlixin  hüquq  sosiologiyası.  Hü­
ququn  bir  çox  tarixçiləri  Avstriya  hüquqşünası  Yevgeni  Hrlixi  (1862- 
1922)  tam  əsasla  hüquq  sosiologiyasının  banilərindən  biri  hesab  edirlər 
Y.Erlix  «hüquq  sosiologiyasının  əsası»  (1913)  kimi  təməlli  bir  kilabm 
müəllifidir.  Bu  kitab  1933-cü  ildə  ingilis  dilənə  çevrilmiş  və  R.Paundun 
ön sözü  ilə nəşr olunmuşdur.
Y.Erlix  o dövrdə  Avstriya-Macarıstanın  tərkibinə daxil  olan  Bukovi- 
nanın  (indiki  Ukrayna)  Ccmovtsı  şəhərində  anadan  olmuşdur.  Samborc 
(Ukraynanın  indiki  Lvov  vilayəti)  şəhərində  seminariyada  oxumuşdur. 
Onun  atası  Simon  Erlix  bu  şəhərdə  vəkil  işləyirdi.  1686-cı  ildə  Vena 
universitetini  bitirən  Erlix  hüquq  doktoru  alimlik  dərəcəsi  aldıqdan  sonra 
Venada  vəkilliklə məşğul  olmuşdur.  1896-cı  ilin noyabrında  hüquq  sahə­
sində  elmi  fəaliyyətinə  görə  ona  professor  rütbəsi  verilmiş,  1900-cü  ildə 
isə  1899-cu  ildə nəşr olunmuş  «Alman  imperiyasının  mülki  məcəlləsində 
məcburiyyət  hüququ»  monoqrafiyası  əsasında  Roma  hüququnun  ordinar 
professoru rütbəsini almışdır.  Y.Erlix  1900-cü  ildən  Birinci  Dünya müha­
ribəsinin  başlanmasınadok  Ccmovtsdə  yaşamış  və  orada  Frans  İosif uni­
versitetində  işləmişdir.  O,  həmin  universitetdə  1901-ci  ildən  hüquq 
fakültəsinin dekan vəzifəsini  tutmuş,  1906-cı ildən  isə həmin  universitetin 
rektoru olmuşdur.  1903-cü  ildə onun  məşhur «hüququn azad tapılması  və 
azad  hüquq  elmi»  kitabı  işıq  üzü  görmüşdür.  Həmin  kitab  yurispru- 
densiyada  azad-hüquqi  hərəkətin  guşə  daşı  hesab  olunmuşdur.  Şimali 
Bukovinanm  Rumıniya  tərəfindən  ələ  keçirilməsindən  sonra,  noyabr 
ayında  Erlix  alman  millətinin  nümayəndəsi  kimi  universitetdən  xaric 
edilmişdir.  Lakin  sonralar  Rumıniya  hakimiyyət  orqanları  ona  univer-
115


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə