R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə54/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   50   51   52   53   54   55   56   57   ...   131

hüquqi»  təsəvvürlər  hazırda  xarici  ölkələrin  hüquq  ədəbiyyatında  ən  çox 
yayılmış və daha çox istifadə olunan məsələlərdən biridir.
Müəyyən  dərəcədə  şərti  olaraq  təsdiq  etmək  olar  ki,  hər  bir  milli 
hüquq  sisteminə  və  müvafiq  surətdə  hüquqi  sistemə  hüququn  mən­
bələrinin özünün  xüsusi  sistemi xasdır.  Belə təsdiq onunla şərtləşir ki, bir 
sıra hallarda  hüququn  eyni mənbələri  ayrıca milli hüquq  sistemləri  çərçi­
vəsindən kənara çıxır və onların tam birliyinə -  müxtəlif hüquq ailələrinə 
«xidmət»  göstərirlər.  Bu,  ilk  növbədə  qanunlar,  dekretlər,  statuslar  və 
çoxlu  digər  normativ-hüquqi  aktlar  növündə  çıxış  edən  formal-hüquqi 
hüquq mənbələrinə aiddir.
Ayrı-ayn  hüquq  sistemləri  və  ailələri  çərçivəsində  hüququn  mənbə­
lərinin  sistemli,  qaydalı  xarakterini  qeyd  edərkən,  bununla yanaşı  müəy­
yən dərəcədə onlardakı «subordinasiyalı»,  «iyerarxik» xarakteri də nəzərə 
almaq zəruridir.
«İyerarxik» xarakter hüququn mənbələrinin ilkin (maddi, sosial və s.) 
və  təkrar  (formal-hüquqi)  mənbələr  bölməsində  təkcə  faktiki  mövcud­
luğunda  təzahür  etmir,  həm  də  o,  digər  forma  və  təzahürlərdə  çıxış  edir. 
Belə bir  fakt ümumon molumdur ki,  təkrar -   formal-hüquqi mənbələr (ali 
qanunvericilik  orqanları  tərəfindən  verilən  qanunlar,  hökumətin qərarları, 
nazirliklərin  əmrləri  və  digər normativ-hüquqi  aktlar)  bəzən  eyni  formal- 
hüquqi  və  faktiki  səviyyədə  heç  vaxt  olmurlar  və  ola  da  bilməzlər.  On­
lardan  hər  birinə  xas  olan  müxtəlif hüquqi  qüvvədən  asılı  olaraq  bütün 
formal-hüquqi  mənbələr  bir-birinə  münasibətdə  ciddi  iyerarxik,  subor- 
dinasiyalı  qaydaya  malikdirlər,  bir-birilə  qarşılıqlı  tabelikdədirlər  və 
müvafiq surətdə bir-birini  tamamlayır və müfəssəlləşdirirlər.
Mahiyyətinə  görə  hüquqyaratma  prosesinin  tərkib  hissəsi  olan  hü- 
quqyaradıcılıq  prosesi  molum  olduğu  kimi,  hüquqyaratma  prosesilə  mü­
qayisədə ictimai həyatın və iqtisadiyyatın çox  az sferasını  əhatə edir və o, 
yalnız normativ-hüquqi  aktların  işlənib hazırlanması  və qəbulu prosesi  ilə 
məhdudlaşır.  Hüquqyaratma  prosesinin  və  hüquqyaradıcılıq  prosesinin 
eyni  vaxtda  mühüm  tərkib  hissəsi,  «davamı»  kimi  çıxış  edən  qanunya- 
radıcılıq prosesi  də  ilk  növbədə  cəmiyyətin  həyati  fəaliyyət  sferasının  və 
iqtisadiyyatın nisbətən  az hissəsini  əhatə edir və ancaq qanunların  işlənib 
hazırlanması və qəbulu sahəsilə məhdudlaşır.
Hüququn  mənbələrinin  anlayışı,  məzmunu  və  sistemi  haqqında  mə­
sələni  nəzərdən  keçirərkən  hüququn  mənbəyi  anlayışı  ilə  hüququn  for­
ması anlayışının  qarşılıqlı  əlaqəsi kimi mühüm problemin nəzəri və prak­
tiki  cəhətlərinə  toxunmamaq  olmaz.  Müasir  elmi  hüquq  ədəbiyyatında
206
tamamilə əsaslı  şəkildə qeyd olunur ki,  hazırda  «hüququn  forması» və  «hü­
ququn  mənbəyi»  terminlərinin  «ənənəvi  dayanıqlı  olmasının,  ziddiyyətlərin 
isə  aradan  qaldırılmış»  hesab  edilməsinə  baxmayaraq,  «hüququn  forma  və 
mənbələri problemi aktual qalmaqda davam edir,  çünki  o, təkcə terminoloji, 
semantik deyil, həm də məzmunlu cəhətə malikdir».1
«Hüququn  forması»  və  «hüququn  mənbəyi»  anlayışının  qarşılıqlı 
əlaqəsi  haqqında  məsələ  bir  sıra  xarici  dövlətlərin  tədqiqatçıları  tərə­
findən  indi  də  birmənalı  həll  edilmir.  Ənənəvi  olaraq  iki  bir-birindən 
fərqli  və  həmin  məsələnin  və  yanaşmanın  həlli  variantına  sığmayan  bir- 
birinə zidd fikirlər mövcuddur.
Həmin  variantlardan  birinin  mahiyyəti  ondan  ibarətdir  ki,  hüququn 
mənbəyi  anlayışı  ilə  hüququn  forması  anlayışı  bir-birilə  tam  mənada 
eyniləşdirilir.  Belə  ki,  hüququn  mənbəyi  dedikdə,  hüququn  forması,  ək­
sinə, hüququn forması  dedikdə, hüququn mənbəyi nəzərdə tutulur.
Çoxsaylı  nümunələrdən  biri  qismində  M.İ.Baytinin  «Hüququn  mahiy­
yəti»  əsərinə istinad etmək olar.  Əsərdə «hüququn forması» anlayışı «hüqu­
qun  mənbəyi»  anlayışı  ilə  tamamilə  eyniləşdirilir,  onları  əks  etdirən  termin 
isə müxtəlifmonalı  hesab  olunur.  Müəllif yazır:  «Hüququn  forması  (mənbə­
yi)  dedikdə, cəmiyyətin dövlət iradəsinin  müəyyən  ifadə üsulları  (vasitələri) 
başa  düşülür.  Hüququn  ifadə  formalarının  tarixən  təşəkkül  tapmış  müxtə­
lifliklərinə (yuridik  mənada  hüququn  mənbəyi)  hüquqi  adət,  məhkəmə  pre- 
sedenti, normativ məzmunlu müqavilə və normativ akt aiddir».2
Hüququn  mənbələri  və  formalarının  qarşılıqlı  əlaqəsi  probleminə  ikinci 
yanaşmanın mahiyyəti  ondan  ibarətdir ki,  bunlar bir-birilə tamamilə üst-üstə 
düşməyən  anlayışlar kimi  nəzərdən  keçirilir  və bu  terminlərin  heç  do  müx- 
təlifmənalı  olmadığı  qeyd olunur.  Bununla  əlaqədar olaraq  elmi  hüquq  ədə­
biyyatında qeyd  edilir ki, hüququn  forması  və hüququn mənbəyi  anlayışının 
bir-birilə sıx qarşılıqlı  əlaqəsinin olmasına baxmayaraq,  onlar bir-biri  ilə üst- 
üstə  düşmürlər.  Çünki,  əgər  «hüququn  forması»  hüququn  xaricdən  nccə 
təşkil  olunduğu  və  ifadə  edildiyini  göstərirsə,  «hüququn  mənbəyi»  anlayışı 
«hüququn məzmununu  və  ifadə  formalarını  qabaqcadan  müəyyən  edən  hü­
ququn formalaşması  köklərini,  amillər sistemini»3 əhatə edir.
1  Рябко  Л.И..  Василенко  O.H.  Актуальные  проблемы  онтологии  форм  права.  Ф ило­
софия  права,  2000,  «2,  с.60.
2  Байтин  М.И.  Сущность  права  (Современное  нормативное  правопониманис  на 
грани двух  веков).  Саратов, 200 1 , с .67.
3  Л унин  В.О.,  М азуров  А .В.  Указы  Президента  РФ.  Основные  социальные  и  право­
вые  характеристики.  М .,  2000,  с. 11.
207


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə