- 39 -
Yerinə yetirilmiş işin məqsədi ammonium iki molibdat almaqdır. Bu
məqsəd yerinə yetirilib. Lakin alınmış bu ammonium iki molibdatın sonrakı
ardıcıllıqla emal edilərək metallik molibdenin alınması maraq doğurur. Belə
emal üstəlik I verilir.
Üstəlik I
Sənaye miqyasında ammonium iki molibdat fasiləsiz işləyən barabanlı so-
balarda 450-500
0
C temperaturda termiki parçalanaraq MoO
3
alınır. Parçalanma
aşağıdakı sxem üzrə baş verir:
90-100
0
C 200
0
C 280-380
0
C
(NH
4
)
6
Mo
7
O
24
·4H
2
O
(NH
4
)
6
Mo
7
O
24
(NH
4
)
2
Mo
4
O
13
MoO
3
(7.17)
Termiki parçalanma nəticəsində MoO
3
tozu və ya ovuntusu alınır.
Alınmış MoO
3
hidrogen ilə bərpa edilir:
MoO
3
+H
2
MoO
2
+H
2
O (7.18)
MoO
2
+2H
2
Mo+2H
2
O (7.19)
Bərpa iki mərhələdə gedir. (7.18) reaksiyası ekzotermik, (7.19) reaksiyası
isə endotermikdir. I mərhələ 450-550
0
C, II mərhələ isə 900-1100
0
C
temperaturda həyata keçirilir. Bərpa qurudulmuş hidrogen ilə aparılır. Təcrübədə
MoO
3
-ün bərpasını 2 və ya 3 mərhələdə aparırlar. Birinci mərhələ (
MoO
3
→MoO
2
) qayıqlar hərəkət edən sobanın borusu boyu temperaturun 450
0
C-dən 650
0
C-ə kimi qaldırmaqla yerinə yetirilir. Bu zaman MoO
2
-in alınması
550
0
C-ə qədər başa çatmalıdır. Çünki aralıq oksidlər MoO
3
ilə 550-600
0
C-də
asan əriyən ektektika əmələ gətirir.
İkinci mərhələdə isə (MoO
2
→Mo) sobanın borusu boyu temperatur 650
0
C-dən 950
0
C-ə kimi dəyişdirilir. Qayıqların hərəkət sürəti II mərhələdə
təqribən 2-2,5 dəfə I mərhələyə nəzərən azdır və hidrogen sərfi isə 1,5-2 dəfə
çoxdur. İkinci bərpadan sonra molibden ovuntu və tozunda 0,5-1,5 % oksigen
olur. Oksigenin miqdarını azaltmaq üçün bəzən 1000-1100
0
C temperaturda
əlavə III bərpa prosesi həyata keçirilir. MoO
3
-ün I və II bərpa prosesləri
çoxborulu sobalarda aparılır. I bərpa mərhələsi həmçinin fasiləsiz işləyən
barabanlı sobalarda yerinə yetirilir. III bərpa mərhələsi prosesin yüksək
temperaturda aparıldığından boruların və qızdırıcıların oksidləşmədən
qorunması üçün hidrogenlə doldurulmuş germetik borulu sobalar tətbiq edilir.
- 40 -
III mərhələdən sonra molibden tozlarında 0,25-0,3 % oksigen olur və aşağıdakı
qranulometrik tərkibə malik olurlar:
Dənə və ya hissəciklərin ölçüsü, mkm
<0,6
0,6-1,2
1,6-1,8
1,8-2,4
Fraksiyanın miqdarı, %
40-60
20-30
10-20
1-3
Material və avadanlıqlar
1. Molibdenitli konsentrat.
2. Ammonium məhlulu (25 %-li, xüsusi çəkisi 0,91 q/sm
3
).
3. (NH
4
)
2
S məhlulu (doymuş).
4. Mis sulfat məhlulu (10 %-li).
5. Konsentratı yandırmaq üçün mufel sobası.
6. Qələviləşdirmə əməliyyatı aparmaq üçün maqnit qarışdırıcılı şüşə və ya saxsı
stəkan (250 sm
3
).
7. Ağır metalları çökdürmək üçün şüşə stəkan (550 sm
3
).
8. Sadə süzgəc kağızları.
9. Saxsı qablar.
10. Su qurğusu.
11. Buxner qıfı.
12. Yandırma zamanı konsentratı qarışdırmaq üçün dəmir çubuq və s.
Yoxlama üçün suallar
1. Molibdenin xassələri.
2. Molibdenin mineralları,filizləri və konsentratları.
3. Konsentratların emal üsulları.
4. Qarışıqlardan təmizləmə.
5. Ammonium və turşu məhlulları ilə işlərkən təhlükəsizlik texnikası qaydaları.
6. Emal ardıcıllığında əsas məhsullar.
7. Emal avadanlığı.
Ədəbiyyat
1. В.К.Кулифеев, Б.Г.Коршунов, Н.Н.Ракова, В.В.Сафонов “Металлургия
редких металлов и порошковал металлургия”. Лабораторный
практикум М. МИС и С. 1987
2. А.Н.Зеликман, Б.Г.Коршунов “Металлургия редких металлов”. М.
1991.
3. А.Н.Зеликман “Металлургия тугоплавких редких металлов”. М. 1986.