- 14 -
Alınmış UF
4
-dən sonradan uran alınır.Uran alınmasının aşağıdakı üsulları
vardır:
1)
Uran oksidlərinin kalsium və ya kalsium hidrid ilə bərpası.
2)
Uran tetra flüorid və tetra xloridinin kalsium və ya maqnezium ilə bərpası.
3)
Halloid duzların elektrolizi.
Oksidlərin bərpası və həmçinin ərimiş mühitdə elektroliz zamanı tozvari
metal alınır ki, bu da oksidlər və duzlardan su və turşularla emal etməklə ayrılır.
Halloid duzların metallotermiki bərpasında uran külçə şəklində alınır ki,bu da
posadan yaxşı ayrılır. Bu da vacib üstünlükdür ki, buna görə də hallogenidlərin
metallotermiyası daha geniş tətbiq edilir. UCl
4
flüoridə nisbətən daha
hiqroskopikdir. Bu işi bir qədər çətinləşdirir. Bundan başqa xlorid 800
0
C
temperaturda qaynayır ki, bu da bərpanın germetik qurğularda aparılmasını tələb
edir. Bunlarla əlaqədar uranın alınması əsasən uran tetraflüoridin bərpası ilə
alınır. Bərpa aşağıdakı reaksiya üzrə baş verir:
UF
4
+2Ca=U+2CaF
2
+575 kc (3.11)
Bu üsulla kütləsi 100kq və daha çox olan uran külçələri alınır. Uranın
külçəyə keçməsi 98-99% təşkil edir. Külçədə qarışıqların miqdarı Fe 0,02-
0,005%, Si 0,01-0,05%, Ca 0,002-0,005%, Mn 0,001-0.0005%, H 3-5 sm
3
100q
metala qarşı təşkil edir. UF
4
-ün maqnezium ilə bərpası kalsium ilə bərpadan
fərqlənir. Burada əsas bərpa reaksiyası aşağıdakı kimidir:
UF
4
+2Mg=U+2MgF
2
+372 kc (3.12)
Maqnezium bir çox üstünlüklərə malikdir. Havada daha dayanıqlıdır. Tər-
kibində daha az ziyanlı qarışıqlar var. Kalsiumdan yüngüldür və onun 1t urana
sərfi kalsiumdan 1,6 dəfə azdır. Külçə posadan asan ayrılır. Metal çıxımı 98%
təşkil edir. Diametri 325 mm olan butalarda bir dəfə əritmədə çəkisi 100kq olan
külçə alınır. Eyni zamanda 2 t uran flüorid yükləməklə UF
4
-ün maqnezium ter-
miki bərpa prosesi də tətbiq edilir. Bu zaman kütləsi 1225 kq, diametri ≈455 mm
və hündürlüyü 432 mm olan külçələr alınır. Belə külçələr üçün vakuum yenidən
əritmə tələb olmur və bilavasitə təzyiqlə emala göndərilə bilər. UF
4
-ün kalsium
və maqnezium ilə metallotermiki bərpası nəticəsində külçələr alınır. Bu külçələr
vakuum induksion sobalarda əridilir. Əritmə zamanı kalsium, maqnezium, flüor,
hidrogen, azot və oksigenin bir hissəsi qarışıqlar kənar kimi olunur.
- 15 -
İşin yerinə yetirilməsi
Konsentratın həll olması 25-50 ml qatılaşdırılmış HNO
3
ilə zəif
qızdırmaqla aparılır. Əgər tərkibdə həll olmayan qalıq varsa bu şüşə qıfda
süzülür və 2-5 ml 1%-li məhlul ilə yuyulur. Məhlul və yuma suyu birləşdirilir,
həcm ölçülür. Uranın qarışıqlardan təmizlənilməsi uranilnitratın üçbutilfosfatla
ekstraksiya prosesində həyata keçirilir. Ekstraksiya ayırıcı qıfda yerinə yetirilir.
Ölçülmüş nitrat məhlulu (su fazası) ayırıcı qıfa doldurulur və bura kerosində 40
%-li ÜBF (üzvi faza) məhlulu əlavə olunur. Üzvi və su fazasının nisbətləri 2:1
olmalıdır. Fazalar 15 dəqiqə ərzində silkələyici vasitəsilə qarışdırılır. Fazalar
aralarında sərhədin əmələ gəlməsinə kimi durulaşdırılır. Bundan sonra su fazası
stəkana boşaldılır və təkrarən ekstraksiyaya uğradılır. Uranla doymuş üzvi faza
ayırıcı qıfda qalır.
Reekstraksiya distillə edilmiş su ilə elə həmin üzvi faza olan ayırıcı qıfda
həyata keçirilir. Uranı tam olaraq su fazasına keçirmək üçün reekstraksiya
zamanı 1,5-2 q ammonium sulfat əlavə edilir. Sulfat ionu və 6 valentli uran
kompleks birləşmə əmələ gətirir. Bu da öz növbəsində ÜBF ilə təcrübi olaraq
ekstraksiyaya uğramır.
Reekstraksiya üzvi fazanın su fazasına nisbəti 1:2 şərti daxilində 10
dəqiqə müddətində ayırıcı qıfda silkələməklə yerinə yetirilir. Reekstraksiya
zamanı uran su fazasına keçir və çökmədən sonra tutumu 500 ml olan stəkana
boşaldılır. Reekstraksiyadan sonra üzvi faza ayırıcı qıfda qalır və hansı ki,
ekstraksiyanın sonrakı mərhələsi yerinə yetirilir. Uranın tam kənar olunması
üçün ekstraksiyanın II mərhələsində I mərhələ su fazası işlənir. Ekstraksiyanın II
mərhələsi I mərhələyə anoloji olaraq aparılır. II ekstraksiyanın davametmə
müddəti 8 dəqiqə təşkil edir. Durulmadan sonra tərkibində uran izləri olan su
fazası maye tullantılar üçün nəzərdə tutulan qaba boşaldılır. Üzvi faza təkrarən
reekstraksiyaya uğradılır. Prosesin davametmə müddəti 8 dəqiqə təşkil edir.
Tərkibində uran olan su fazasının çökdürülməsindən sonra stəkana boşaldılır və
I reekstraksiya mərhələsinin su fazası ilə birləşdirilir. Üzvi faza yenidən
ekstraksiya aparmaq üçün xüsusi qaba boşaldılır. Birləşdirilmiş uranlı
məhlullardan tünd ammonium məhlulu əlavə etməklə ammonium diuranat çök-
dürülür. Çökdürmə əvvəlcədən 40-50
0
C temperatura kimi qızdırılmış məhlullar-
dan aparılır. Bu halda məhlulun PH-ı 10-12-yə çatdırılır.
Ammonium diuranat qalığı çökdürülür və sonra vakuum qıfında süzülür.
Qalıq butaya doldurulur, 100
0
C temperaturda qurudulur və sonra 800
0
C
temperaturda közərdilərək oksid alınır. İşi yerinə yetirərkən təhlükəsizlik
texnikası qaydalarına ciddi riayət edilməlidir. Təlimat keçdikdən sonra işə
başlamaq olar. Rezin əlcək, xalat geyməklə iş sorucu şkaf altında aparılır. ÜBF