Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

da,  gəlməyəcəyimi  bilsən  də  hərdən  mənim  gəliĢimi 
gözləyəcəksən. Səsim həzin musiqi kimi qulaqlarında əks-
səda verəcək. Sənin üçün nağıla dönəcəyəm. Soraq, xəbər 
istəyəcəksən...  
Sən  məni  unutmaq  istəyəcəksən,  amma  onu  edə 
bilməyəcəksən!!! 
 
  
 
SƏN UNUT DEMĠġDĠN 
 
Sən  unut  demiĢdin,  mən  də  unutdum.  Lakin  ağır  möhnət 
olan  bu  ayrılıq,  danmıram,  ağırdır,  ağrıdır  mənə!  Unut 
demiĢdin...  Boğdum  sinəmdəki  eĢqimin  ahını,  məni 
ağrıdan qəlbimin hıçqıraq­larla dolu harayını...  
Ruhuma  həyat  verən  duyğularım  söndü  -  unutdum  səni! 
Unutdum  çılğın  ürəyimin  sönməz  ehtirası  ilə,  lal 
hıcqırıqlarımla,  xatirələrimlə  sirdaĢ  olan  acı  göz  yaĢlarım 
ilə...  
Mənə ürəyini açanda yaĢarmıĢdı gözlərin. O günlər bəs nə 
oldu?  Bəlkə  yuxu  idi,  bəlkə  də.  Bəlkə  də  ilğim  dolu 
əfsanə...  Ömür  baharıma  xəzan  gətirdin,  nəcib  arzularımı 
ruzgarlara  qonaq  etdin!  Sən  unut  demiĢdin,  mən  də 
untdum! 
Xəyal  edirəm,  xəyalımda  sənə  gileylənirəm.  Qəlbimin 
tellərini  həyəcana  gətirən  istək  adlı  mizrab  sənin  də 
qəlbinin tellərini titrədəydi, həyəcana gətirəydi!!! 
MeĢədən çox-çox uzaqlarda uca dağın zirvəsində tənhalığa 
sirdaĢ  olan  bir  ağacın  meĢə  həsrəti  ilə,  çəmən  həsrəti  ilə 
necə  yandığı  kimi,  mənim  də  varlığımın  sənə  inanıb 
sevdalandığı  üçün  hey  alıĢıb  necə  yanıdığını  hiss  edə 
biləydin!!! Heyif...  


Dindirmə  məni,  könlüm  dərdi  özünə  də  sığıĢmayan  bir 
fəryadam! 
Həsrətim  boynunu  büküdü,  hicranım  artıq  yoruldu. 
Mürgülü  xatirəyə  döndün  mənim  üçün,  sevdamsa  ağlayır 
içimdə için-için, yana-yana...  
Qəlbin  öz  səhvinə  çox  yanacaq,  səni  də  yandıracaq!  O 
zaman  məni  həmiĢəlik  itirdiyini  anlayacaqsan!  Deyirlər 
itki  həmiĢə  göynərtili  olur,  qoy  olsun.  Bu  da  bir  tale,  sən 
unut demiĢdin, mən də unutdum!!! 
 
  
 
GÖRÜġÜNƏ  SƏSLƏYĠRSƏN,  MƏN  DƏ  GÜLÜM, 
GƏLMĠġƏM 
 
Ürəyim  sinəmdə  elə  çırpınır  ki,  sanki  qəfəsdə  bir  quĢ 
kimidir.  Elə  bir  quĢ  kimi  ki,  ənginlik,  mavi  səma  axtarır 
uçmağa, hey qanad çalıb uçmağa. Mən də bir quĢa dönüb 
o  görüĢ  yerimizə  sən  söylədiyin  seçdiyin  o  sehirli 
möcüzəvi  məkana  tələ-sirəm...  Tələsirəm,  duyğularımızı 
bir-birimizə təslim etdiyimiz o görüĢ yerinə.  
YaĢamaq  üçün  sevmək  gərəkdir  və  bu  sevgi  iki  qəlbin 
günəĢidir.  Bu  elə  bir  sevən  qəlbin  atəĢidir  ki,  onun 
istilyindən bütün  cahan  qızınır, canlanır. DüĢündüyüm  bu 
fikirlərlə  artıq  anlarla  məni  xoĢbəxt  edən  o  görüĢ 
yerindəyəm.  GəliĢini  gözləyirəm.  Özüm  özümdə  sənin 
xəyalınla  dərdlə­Ģi­rəm,  danıĢıram.  Könül  mülkümsən, 
açı­lan  hər  səhərimin  dan  yerisən,  hicranı­mın  sonusan, 
ömrümün  səfasısan.  Əsən  həzin  küləyimsən,  duyğulu 
anlarıma,  təsəllimsən  hər  Ģeyimsən,  hər  Ģeyim  -  bunu 
bilirsənmi! 


Vüsal  dolu  xəyallara  dalıram  könlümün  həsrət  dolu 
harayını  eĢidirəm  –  “Ürəyini  mənə  ver,  o,  mənim 
gərəyimdir, harayıma hay ver, səsin, ünün ülvi hisslərimin 
sirdaĢıdır, sirdaĢı”! 
GörüĢünə  səsləyirsən,  mən  də  gülüm  gəlmiĢəm!  Gələrəm 
gecələrin  qaranlığında,  qıĢın  sazağında,  leysanında, 
yağmurunda, boranında...! Yetər ki, sən səslə məni! 
 
  
 
SƏNDƏN AYRI DÜġƏN GÜNDƏN 
 
Sevdanın  əzabından  doymuram.  Əksinə,  gündən-günə 
qəlbimin atəĢi,  odu alovlanır, alovlandıqca da hiddətlənir, 
hey  coĢur.  Onu  duyuram  ki,  bir  dəli  istəkdir  sənə  qarĢı 
olan sevgim, istəyim!  
XoĢdur mənə atəĢinə yanıb alovlanmaq, gözlərinin sehrinə 
düĢüb ərimək, canımda istək adlı bulağa dönmək. Ardınca 
durulan bir  çeĢmə  gözünə dönüb sənin  qəlbinə  axmaq və 
orda  qərarlaĢmaq  istəyirəm!  Sənsiz  olan  zaman  ürəyimə 
qəriblik çökür. Ayaq səsinə, ləpirinə, izinə həsrət olan bir 
cığır kimi hiss edirəm özümü! Səndən ayrı düĢən gündən! 
Fikirlərim,  düĢüncələrim  də  qəribsəyib  sənsiz!  Urəyim 
ərköyünləĢib, könül duyğularımsa, küsəyən olub, heç məni 
dinləmirlər. Sənin üçün darıxırlar, sənin üçün! 
Həsrətin  dilimdə  sözlərimə  çöküb  sətirlənib  ağ  kağızlara 
düzülüblər,  səndən  ayrı  düĢən  gündən  ilhamım  da,  təbim 
də  özümdən  küsüb,  onlar  da  sənsız  qəribsəyiblər.  Sənsiz 
əzizim, sevdam ömürlük yuxuya dalıb, duyğularım sənsiz 
sabahları  gözləmədən  oyanan  deyil,  onu  bilirəm,  gözəl 
bilirəm! 
SənsizləĢmıĢəm yaman!  


Səndən  ötrü  alovlu  ürəyimin  gücü  ilə  gözlərimdən 
yanaqlarıma  doğru  süzülən  iki  həsrət  damlası  da 
sənsizləĢıb, əzizim! 
Kökü üstə məğrur dayanan çinara bənzədirəm bu sevgimi. 
Yalçın  dağların,  sərt  qayaların  ağırlığını  duyuram 
sevgi­min inadında...  
Ümidi üzmək hünərdimi!Onu etmək olarmı! 
Səndən  ayrı  düĢən  gündən  qoĢa  sevgili  görəndə  utancaq 
bir  az  da  çılğın  baxıĢlarla  səni  gəzirəm,  düĢüncəli 
heyrətimlə  yadıma  düĢürsən...  Kövrəlirəm,  uĢaq  kimi 
dolumsunub  sənin  köksünə  sığınmaq  istəyirəm.  Dolu 
buludu  xatırladan  intizar  gözlərimin  giley,  incik  yaĢlarını 
axıtmaq  -  ağlamaq,  doyunca  ağlamaq,  hey  ağlamaq 
istəyirəm. Ta ki, sən ovudana qədər, könlümü alana kimi...  
Səndən  ayrı  düĢən  gündən  mənə  hər  zaman  söylədiyin 
“Qara gözlərinin ecazkar baxıĢlarını hər kəsdən gizli saxla
heç  kimə  baxma,  bilərəkdən  baxıĢlarının  oğurlanmasını 
heç  kimə  izn  vermə.  Səni  məndən  ayırarlar!”  kəlmən 
yaddaĢıma  hopub,  hafizəmdə  qalıb  çiskin  yağmurun  Ģehə 
bənzər damlaları kimi.  
Səndən  uzaqlarda  qərib  fikirlərimin  dərinliklərinə  varıb, 
ötən günlərimə qayıtmıĢam. Fəsilləri qarıĢdırıb, günlərimi 
itirmiĢəm,  o  günlərdə  səni  axtarmıĢam!  Yoxluğunu  çəkə 
bilmədim səndən ayrı düĢən gündən! 
Mənə elə gəlir ki, sənsiz açılan səhərimin günəĢi doğmur. 
Zülmət  dolu  gecələrdə  göy  üzünün  sayrıĢan  ulduzları 
görünmür.  Özüm  də  yox  oluram,  özüm-özümə 
görünmürəm! 
 
  
 
SƏN ELƏ BĠR GÜNDƏ  


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə