Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə20/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   ...   12   13   14   15   16   17   18   19   20

  
 
ĠNANDIM 
 
Özüm-özümə hey düĢünüb fikirləĢirəm. Axı, niyə sevdim, 
niyə?  Çəkdiyim  iztirabıma,  keçirdiyim  həyəcanlarıma, 
cavabsız hisslərimə, yanıb köz olan qəlbimə heyfim gəlir, 
heyfim! 
Neyləyəydim?  O  gözəlin  məkrli  qara  gözləri  mənə 
dünyanı  unutdurdu.  Ġnandım.  Mələk  simalı  bu  gözəl 
sehrləmiĢdi məni. Mənə elə gəlirdi ki, bütün dünya inamı, 
sədaqəti, ülviyyəti bu gözəldə tamamlanırdı. Ġnandım ona. 
Düz  ilqarlı  sanmıĢdım  onu.  ġirin  yalanları  məni  mənə 
unutdurmuĢdu.  Bir  onu,  bir  də  onun  məhəbbətinin 
varlığını  hiss  edirdim,  daha  heç  nə  mənə  maraqlı, 
cazibədar,  cəlbedici  deyildi.  Bir  o  mələk  simalı  ilqarsızın 
məhəbbəti  məni  özünə  çəkirdi,  hey  çəkirdi.  Hiss  edirdim 
ki,  mən  onu  öz  varlığım  qədər  sevirəm.  O,  mənim  özüm 
idim. Özüm.  
KaĢ o yağıĢlı yaz günündə onu görən gözlərim kor olaydı, 
kor. Ġlahi, mən nələri görürdüm, nələri! O, baĢqasıyla! 
Etibarına  inanıb,  sədaqətinə  güvən­diyim,  illərlə 
məhəbbətinin  alovuna  qızınıb,  isindiyim  o  gözəl  baĢqa 
birinin qolları arasında! 
Ġlahi,  necə  ağır,  dəhĢətli  bir  mənzərə.  Kor  olaydım, 
görməyəydim  kaĢ.  KaĢ  ki,  o  gün  olmayaydı,  onu  görüb, 
sevən 
göz­lərim 
kölgələnib, 
ümidlərim 
qəmə 
bələnməyəydi.  Nə  deyim,  ilahi,  gözlərimdə  yaĢım  dondu, 
ürəyimdə sözüm.  
Yalanlarla  dolu  bir  eĢq  nəyimə  gərək  idi,  nəyimə? 
Cavabsız suallarımın gir­dabındayam...  


Dözülməz  ağrıdır  sevdiyin  səni  yox,  baĢqasını  seçdi  və 
sevdi.  Onu  sevdiyim  ona  inandığım  üçün  özümə,  qərib 
qalan  sev-gimə  yazığım  gəlir...  Yalançının  məhəbbəti 
yalanları  kimi  saxtadır.  Bu  saxtakarlıq  bir  vaxt  üzə 
çıxacaqdır.  Üzə  çıxıdı:  bax,  əsl  təlatüm,  fırtına  onda  baĢ 
verəcəkdir.  
 
  
 
HĠSSLƏRĠMĠZĠ ZAMANIN SINAĞINA VERƏK 
 
Söylədin: Bir qısa zamanlı ayrılıq gərəkdir bizə.  
Söylədim: Axı, mən sənsiz neylərəm? 
Söylədin:  Bir-birimizə  qarĢı  o  ülvi  hissləri  zamanın 
sınağına verməliyik.  
Söylədim:  Mən  sənsiz  ölərəm,  heç  olaram  axı...  Necə  ki, 
suya təĢnə dodaqlar kimi, bir zərif ələ həsrət çiçək kimi.  
Söylədin: Gözümün  nuru, qəlbimin odu, cismində canım, 
düĢünüb  düĢündü­rənim  mənim.  Necə  ki,  susuzluqdan 
çatlamıĢ  torpaq  yağıĢ,  yağmur  üçün  həsrətlidir,  mən  də 
sənin  həsrətlinəm.  Duyğulu,  sevdalı  könlüm  mənim,  bir-
birimizə  ehtiyacımız,  möhtaclığımız  bu  ayrılıqda  özünü 
doğruldacaq.  Bu  ayrılıqda  közdən  alov  da  doğa  bilər,  bu 
ayrılıqda alovdan heç bir iĢartı da qalmaya bilər. Əzizim, 
canım  mənim,  mən  istərdim  məhəbbətimiz  bu  sınaqda 
ilğıma,  yağıĢdan  sonra  səmanı  ani  olaraq  bəzəyən  göy 
qurĢağına bənzəməsin, aldadıcı olmasın.  
Bir  təsəlli  olaraq,  məni  sınaqlarda  sınayanım  mənim.  Bu 
təsəlli  söylədiyin  “Bir  qısa  zamanlıq  ayrılıq”  kəlməsidir. 
Bu  kəlmə  məni  bütün  sınaqlardan  keçirəcək.  Mənə  iradə, 
dözüm və bir də sənə qarĢı dəyanətli məhəbbətin ülviliyini 
anladacaq. Səni varlığında məni sən olmağa səsləyəcək.  


Varlığımı,  nəhayət,  bütün  hisslərimi,  qəlbinin  hərarətinə 
təslim  edəcəkdir,  təslim.  Bütün  bunlara  sənə  qarĢı  olan 
sevgimin, Ģirin duyğulu hisslərimin hərarəti səbəb olacaq, 
ancaq hərarətin.  
Bir  qıĢ  axĢamında  söylədin  o  kəlmələri.  Bu  axĢam  bütün 
ətraf  sakitkən  dünyada  bütün  varlıqlqar  yuxuya  qərq 
olarkən,  yalnız  mən  və  mənim  narahat  qəlbim  oyaq 
qalacaq.  Bu  zaman  giley  -  narahatlıqla  dolu  eĢitdiyim  bir 
fikir keçdi ürəyimdən, könlümü riqqətə gətirənim mənim: 
məhəbbət  güclüləri  alovlandırar,  zəifləri  isə  sarsıdar, 
sıradan çıxarar.  
Bu  qısa  zamanlı  sınaqda  sənə  elə  alovlu  məhəbbət 
diləyirəm  ki,  onun  istisi  bütün  həyatımız  boyu  qızdırsın, 
isitsin, ömrün soyuq payız rüzgarından qorusun.  
 
  
 
YALQIZ SEVGĠMĠ CEHĠZ  
APARIRAM 
 
Kənarda durub bu üzgün halımı qəmli-qəmli süzürsən. Nə 
edəsən,  əzizim?  Əlindən  nə  gəlir  axı?  Necə  eləyəsən  ki, 
qəlbinə  hakim  kəsilmiĢ  havan,  suyun  qədər  sənə  qiymətli 
aĢiqini aparmasınlar, əlini əlindən qoparmasınlar, könlünü 
könlündən ayırmasınlar. Qoparırlar axı, aparırlar axı! 
Vağzalı  çalınır.  Sevinirlər  bütün  qonaqlar.  Tək  ikimiz 
sevinmirik  -  sən  və  mən.  Bu  Ģən  dünyadan  ayrı,  tənha 
bitmiĢ qovaq kimi, səhrada azmıĢ bələdçisiz səyyah kimi.  
Mən  də  sənin  kədərli,  bulud  kimi  dolmuĢ  sevdiyim 
gözlərinə  baxıram,  özü  də  həsrətlə.  Nə  edim,  əzizim, 
əlimdən nə gəlir axı? Necə eləyim ki, sevən ürəklərimizin 


çırpıntılarının, vuran qəlbimizin duyğularının üzərinə qara 
məkrli buludlar enməsin.  
Vağzalı çalınır. Mənə elə gəlir ki, vağzalı bizim dərdimizi 
anlayıb ağlayır. O da sızlayır bizim ayrılığımıza. Bizi bir o 
baĢa  düĢür,  dərdimizə  Ģərik  olur.  Vağzalı  təskinlik  verir, 
ümid verir, nicat verir ağlaya-ağlaya.  
Vağzalı çalınır, əzizim, daha ayrılıq zamanı çatıb. Hisslər 
selinin qabağını kəsməyə gücün çatmadı, ağladın. Əzizim, 
sənin  göz  yaĢını  görmək  istəməzdim.  Gərək  göz  yaĢlarını 
ürəyinə  axıdaydın,  sevgilim.  O  yaĢları  görmək  mənə 
ölümdür, ölümdür axı!  
Necə  ağrı,  necə  dəhĢət,  sevdiyin  bir  addımlıqda  ola-ola 
ona təskinlik verə bilməyəsən, yaxınlaĢıb ürəyini yandıran, 
alovlandıran  sözləri  deməyəsən!?  Ürəyinə  çökən  kədərini 
bölə bilməyəsən! 
Vağzalı  çalınır.  Sevən  qəlbimi,  döyünən  ürəyimi,  bütün 
varlığımı  sənə  əmanət  edirəm,  yalnız  sənə!  Ancaq  buna 
gücüm  çatır,  yalnız  buna.  Yeni  quracağım  ailəyə  özümlə 
kədərimi, yalqız qalmıĢ sevgimi cehiz aparıram.  
Vağzalı  çalınır.  Onun  da  mənim  kimi  kədərdən,  qəmdən 
çatılmıĢ  qaĢları  altından  bulud  kimi  dolmuĢ  gözlərindən 
rəngsiz  yağıĢlar  yağır  və  göz  yaĢları  asta-  asta  ürəyindən 
qəlbinə sızır. 
 
NEYLƏYƏ BĠLƏRĠK AYRILIĞA 
 
Ayrılıq, 
gəliĢin 
yamandır, 
titrədir, 
soldurur. 
Gözlənilmədən gəlməkdə sənə çatan olarmı?  
Əzizim, sənə baxan gözlərim dolur, boĢalır, ürəyim yanır, 
yanaraq  da  fəryad  edir,  fəryad  edərək  qəlbimin  gizli 
iniltilərini dilə gətirməyə cəsarət etmir.  


Sən unut  demiĢdin.  Sən unut  demiĢdin... Mən isə...  Lakin 
bu  ayrılıq  ağırdır  mənə,  çox  ağır.  Sən  unut  demiĢdin... 
Boğdun  sinəmdəki  eĢqimin  ahını,  məni  ağrıdan  qəlbimin 
harayına  hicranınla  sirdaĢ  etdiyinə  görə,  sənin  üçün  için-
için  yandığına  görə.  Sənin  söylədiyin  o  acı  kəlmən, 
könlümü Ģanə-Ģanə etdi.  
Unut  demiĢdin  sən.  Axı,  sən  hardan  biləsən  ki,  bu  sözün 
qəlbimi dələrək ora sağalmaz yaralar salıb, köz-köz olmuĢ 
bu  yaralar  da  qövr  edərək,  döyünən  ürəyimi  dara  çəkib, 
dara! 
Ruhuma  sevinc  verən  duyğularım  söndü.  Çılğın  ürəyimin 
sönməz  ehtirasıyla  əyilimmi  eĢqimi  bilə-bilə  tapdayan 
sənin kimi duyğusuza, insafsıza? 
Unut demiĢdin, könlüm dərdin, qəmin əsiri oldu, buludlar 
kimi qaralıb doldu, yağıĢa, leysana döndü.  
Sevincsiz-arzusuz  yaĢadım,  bir  sıldırım  qaya  kimi  qatı 
dumanlığın  həmiĢəlik  qonağı  oldum.  Heçdir  mənə  sənsiz 
dünya, sən unut demiĢdin...  
Gəncliyimi  alovlandırıb  sonra  heçə  döndərdin,  necə  ki, 
bülbülün  gülĢəninə  vaxtsız  xəzan  gələn  kimi.  Sən  də 
mənim  ömür  baharıma  xəzan  gətirdin,  nəcib  arzularıma 
soyuq rüzgarları tuĢ etdin.  
Mənə  ürək  açanda  yaĢarmıĢdı  gözlə­rin.  O  günlər,  bəs  nə 
oldu,  bəlkə  yuxu  idi,  bəlkə  də  əfsanə.  Sən  unut  deyirsən, 
mən isə...  
Vüqarım 
qoymadı 
ki, 
söyləyim 
sənə 
“qayıt 
məhəbbətimizə, qayıt əzizim”.  
KaĢ  ki,  qəlbimin  tellərini  həyəcana  gətirən  istək  adlı 
mizrab  sənin  də  qəlbinin  tellərini  titrədəydi,  həyəcana 
gətirəydi.  Dindirmə  könlüm,  məni,  dərdli  bir  fərya­dam, 
yanıqlı  neyəm.  MeĢədən  uzaqlarda  sıldırım  qayalarda 
bitən tənha ağacam, bir kolam... Həsrətim sonda boynunu 


bükdü,  hicranım  artıq  yoruldu,  mürgülü  xatirəyə  döndün 
mənim  üçün.  Bu  dəm  bir  sevda  ağladı  içimdə  hönkür-
hönkür fəryadımla...  
Sən unut demiĢdin, mən isə... Məhəb­bətim mənim həsrət 
dənizidir,  orada  dal­ğalar  coĢar,  Ģahə  qalxar,  nəhayət,  bir 
gün sakitləĢər, lal hıçqırtılarla sakitcə fəryad edər...  
Qəlbin  öz  səhvinə  çox  yanacaq,  səni  də  yandıracaq. 
Mənim sənə qarĢı o ülvi hisslərimin qiymətini, dəyərini o 
vaxt bilə­cəksən ki, artıq məni itirmiĢ olacaqsan.  
Deyirlər, itki həmiĢə  göynərtili olur, qoy olsun. Bu da bir 
taledir... Sən isə unut demiĢdin... 
 
  
 
SƏNINLƏ SƏNSIZƏM 
 
Sahildəyik. Bir mənəm bir mavi gözlü Xəzərim.  
-Yox, sənin xəyalın inciyər məndən. Üç idik. Bir mən, bir 
dəniz, bir də sənin xəyalın.  
Dəniz  də  mənim  kimi  çox  narahatdır.  Mən  onu  hiss 
edirəm. ġıltaq ləpələr sahilə can atır, toxunur, ancaq qərar 
tuta bilmir.  
Sahil  özü  də  ləpələrin  bu  nazlı  iĢvəsinə  qayği  ilə  cavab 
verir,  çünki  sahil  dənizi  sevir,  çox  sevir,  onsuz  yaĢaya 
bilməz.  
Ey  mənim  məhəbbətimdən  xəbərsiz  gülüm,  mən  də  səni 
sevirəm.  Sənə  olan  məhəbbətimi  yerin  dərin  qatlarından 
iĢığa  doğru  can  atan  ecazkar,  sehrli  bir  qüvvəyə 
bənzədirəm.  
Sənə  qarĢı  olan  məhəbbətim  mənə  həyat,  yaĢamağa  can, 
həvəs,  ruh  verir.  Mənasız  yaĢanan  illərimə,  günlərimə 


məna,  duyğularıma  fikirlərimə  sərinlik  ab-havası  gətirir. 
Məhəbbətin möcüzəsinə heç inanmazdım.  
Bütün kədərimi, iztirablarımı, səni qəlbimdə kəĢf edəndən 
sonra  unutmuĢam.  UnutmuĢam  damla-damla,  gilə-gilə. 
Bunun  üçün  minnətdaram  sənə,  mənim  Ģəfa  bulağım, 
sevdalı könlüm.  
Üzüm  giləsi  kimi  qara  gözlərini  qaldır,  bir  ətrafına  nəzər 
sal.  Gör,  sənin  odunla  yanan  bir  pərvanən  var.  O  sənin 
məhəb-bətini  qazanmaq  üçün  bütün  çətinliklərə,  əzablara 
dözməyə hazırdır.  
Sehr  dolu  qara  gözlərin,  xəfif  gülüĢün,  incə  görünüĢün 
gözümün  qabağında,  Ģəlalə  nəğməsinə  bənzər  səsin 
qulaq­larım­dadır.  Darıxıram  sənin  üçün,  yaman 
darıxıram! 
Ġsti  nəfəsinlə  açılan  bir  qızılgül  oldum.  Əllərininn 
hərarətinə ehtiyacım var! Səni sevdim, sənsiz sevdim! 
Səndən  uzaqlarda  nələr  çəkdiyimdən  xəbərin  varmı!  Səni 
necə sevdiyimdən xəbərin varmı! 
Gülüm,  sən  mənim  üçün  həyat,  yaĢam  deməksən,  ancaq 
bir onu bilirəm ki, səninlə sənsizəm! Sənsiz səninlə!!! 
 
 
  
 
 


MÜNDƏRĠCAT 
 
Ġlyas Tapdığın Ġradə Əlili haqqında düĢündükləri...3 
Redaktordan Ġradənin Ģeir dünyası..........................6 
ġeirlər 
Gəz məni................................................................12 
Döyünən bir ürəyəm..............................................13 
YağıĢ yağır..............................................................14 
Mən sənə qayıdacağam..........................................15 
Ürəksiz qaldım.......................................................16 
Göylər ağladı..........................................................17 
Ağla, qərənfilim.....................................................18 
Yollar......................................................................19 
Unutmaq olurmu....................................................20 
Məndən soruĢ.........................................................21 
Dostum...................................................................23 
Boynubükük sarı gəlin...........................................24 
Həsrət.....................................................................25 
Gəldin ömrümə......................................................26 
Sarı gəlin................................................................27 
Bəlkələr..................................................................28 
Nifrətlə məhəbbət..................................................29 
Sözə saldı məni......................................................32 
Dostlarım................................................................33 
Gərək öyrətməzdin.................................................34 
Necə deyim............................................................36 
SənsizləĢəndə.........................................................37 
Yadıma düĢdün.......................................................38 
Sənin baxıĢların......................................................39 
Ürəyim söz verib....................................................40 
Tanrım mənə yar oldu............................................41 
ġirin canımsan........................................................42 


Ay sarı yarpaq........................................................43 
Sev deyirsən...........................................................44 
Bir dünya istəyirəm................................................45 
ÜĢüdü baxıĢım........................................................46 
Gör nələr istəyir......................................................47 
Səndən ayrı düĢən gündən.....................................48 
Həsrət yükü............................................................49 
Sevirəm Vətənimi..................................................50 
Qürbəti yaĢadım, ana.............................................51 
Sənin göruĢünə tələsirəm.......................................52 
Bu dünya yaxĢılar dünyasıdır................................53 
Saçına güllər hörərəm............................................54 
Gecənin səssizliyi...................................................55 
Atam.......................................................................56 
Mənim əziz müəllimim..........................................57 
Hiç gelmeyecek......................................................59 
Ana, sənsiz keçirdim.............................................60 
Arzum yoxdur........................................................61 
Sevirsənsə məni, sev həmiĢəlik.............................62 
ġəklindir təsəllim...................................................63 
Səni də yandıracağam............................................64 
Soyuq baxıĢların.....................................................65 
Axtarma məni.........................................................66 
Mənsiz mənimlə.....................................................67 
Gözlərimin yaĢına çatır..........................................68 
Gərəyim oldun........................................................69 
Təsəlli deyiləm.......................................................70 
Əmanət göndərdim.................................................71 
Hicranin əli.............................................................72 
Ġstədim....................................................................73 
Səni mən küsdürmək ilə.........................................74 
Sən məni gəl axtar, axtarmasam da.......................75 


Sandım....................................................................76 
PeĢiman olacaqsan.................................................77 
Məhəbbətim............................................................78 
Gətirdi ətrini...........................................................79 
Nigaranam..............................................................80 
Fikirlərin qarıĢacaq................................................81 
Nəfəsini kölgə kimi...............................................82 
Ay iĢığı...................................................................83 
Duy həzin pıçiltımı................................................84 
Deyəsən qocalıram.................................................85 
Bayatılar.................................................................87 
Qızılgülü................................................................88 
XoĢ gəldin həyatıma..............................................89 
De, kimə lazım.......................................................90 
Ramil......................................................................91 
Sən demə................................................................92 
Unudanı unutmaz...................................................93 
Çox darıxdım.........................................................94 
Zor sarı gelin..........................................................95 
ÜĢüdüm..................................................................96 
Küsdüm..................................................................97 
AxĢamların səhər gileyi.........................................98 
Qaytarammaram.....................................................99 
Bu son vidamız, son görüĢümüz..........................100 
Səni hər an gözləyirəm........................................101 
Axtarma məni.......................................................102 
Röyamda analıq hissi daydım..............................104 
Mənim uĢaqlı dünyam..........................................105 
Mənim Məhəmməd balam...................................106 
Balaca Ġlahənin dilindən......................................107 
Rəvan...................................................................108 
Selin bala.............................................................109 


Bala baldan Ģirindir..............................................110 
Nənəmin Ģəkəriyəm.............................................111 
Balam gəlir...........................................................112 
Sevgi lövhələri 
Sevgimi itirməkdən..............................................114 
Səni sevmədiyim üçün bağıĢla.............................115 
Unuda bilməyəcəksən..........................................117 
Sən unut demiĢdin................................................120 
GörüĢünə səsləyirsən, mən də gülüm, gəlmiĢəm.122 
Səndən ayrı düĢən gündən...................................124 
Sən elə bir gündə gərəyim oldun.........................127 
Məhəbbətsiz səadət yoxdur..................................129 
KaĢ sən olaydın....................................................132 
Yuxusuz gecələrimin yeganə həmdəmi................134 
Gülüm, ayrılığa yaman tələsdin...........................136 
Ayrılammaram.....................................................138 
Əlinin siğalına möhtacam, ana.............................140 
BağıĢla..................................................................142 
Hər sözün yalan imiĢ............................................145 
Yalvarıram qəm, sənə...........................................147 
Unuda bilmirəm...................................................149 
Yollar...................................................................152 
Axtarma məni dedin............................................154 
Mənə elə gəlirdi ki...............................................157 
Ürəksizə ürək verib ağlama.................................160 
Ġnandım................................................................163 
Hisslərimizi zamanın sınağına verək...................165 
Yalqız sevgimi cehiz aparıram.............................167 
Neyləyə bilərik ayrılığa........................................169 
Səninlə sənsizəm..................................................172 
 

Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə