Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   2   3   4   5   6   7   8   9   ...   20

HƏSRƏT 
 
Bir həsrət görürəm, mənlə gedir 
Yorulmadan, dayanmadan. 
Heç qarĢıya baxmadan da 
Heç arxaya dönmədən də. 
Gedir həsrət kölgəm kimi. 
Bir həsrət görürəm… 
Tuta bilmirəm o həsrətin əlindən, 
Qaça bilmirəm o həsrətin gözündən, 
Hara baxdım, həsrət gördüm 
Ürəyimdən incik gedir xəyalıma 
Həsrət dolu, giley dolu bir Həsrət! 
 
  
 
 
 


GƏLDĠN ÖMRÜMƏ 
 
Mən sən oldum, sən mən oldun
Ürəyimə axdın, doldun. 
Saçlarımda gümüĢ kimi parıldayan  
Ağ dən oldun, 
Həyatımın payızında gəldin mənə. 
GözləmiĢdim, həm bezmiĢdim, 
Bu dünyada həsrət, hicran yanğısından, 
Ürəyimdə ürəyini hiss etmiĢdim, 
Ürəyimin fəryadında gəldin mənə. 
 
Həm yar oldun, həm can oldun, 
Gözlərindən gözlərimə 
ĠĢıq doldu, Ģəfəq doğdu. 
Ümidimin sabahında gəldin ömrümə. 
Uca dağ zirvəsi kimi 
ġəlalə nəğməsi kimi, 
Bülbül-gül sevdası kimi, 
Bahar nəfəsinlə gəldin mənə. 
Sevdim səni, səni sevdim. 
Sevdim, mən olduğun üçün. 
Canımızda bir ürəyin 
Döyünüb vuduğu üçü 
Ürəyimin harayında gəldin mənə. 
Hisslərimin fəryadında gəldin ömrümə! 
 
 
 


 SARI GƏLĠN 
 
Dərdimin üstünə dərdinlə gəldin, 
Sənin ələmini öz qəmim bildim. 
Ürəyində möhnət, gözdə kədərin. 
Tarixə yazıldı çəkilməz dərdin 
Qəmli baxıĢların dəryaca dərin
Taledən hörülmüĢ saçına qəmin, 
Saçın ucun hörməzlər, ay Sarı gəlin! 
 
Bu sevda nə sevda? Sonu görünməz. 
Bəlkə də gecikib, vaxtı bilinməz, 
Bu acı sevdadan sevinc ələnməz. 
Qəmli baxıĢların dəryaca dərin, 
Taledən hörülmüĢ saçına qəmin, 
Saçın ucun hörməzlər, ay Sarı gəlin! 
 
Unutmaq istədin qəlbin qəmini, 
Ömrün qürub çağı izlədi səni. 
Səhərin danını sən gəl gözləmə, 
Qəmli baxıĢların dəryaca dərin, 
Taledən hörülmüĢ saçına qəmin, 
Saçın ucun hörməzlər, ay Sarı gəlin! 
 
  
 
 
 
 
 
 
 


BƏLKƏLƏR 
 
Bəlkələr bir ömrün nağılı imiĢ, 
YaĢadıq bəlkələr dünyasında biz. 
Gümandır bəlkələr, bəlkələr ümman, 
Bəlkələr – ünvanı dumanlı liman. 
Orda lövbər salıb arzunun özü 
Gəlir ürəyimə “səbr edin” sözü. 
Bəlkələr… bəlkəsiz olmayır zaman, 
Taleyə, qismətə “bəlkədir” güman. 
 
  
 
 
 


NĠFRƏTLƏ MƏHƏBBƏT 
 
Sevgidən nifrətə atılan addım 
Bir anlıq qaĢla göz arasındadır. 
Acı kəlmələrin, soyuq baxıĢın 
Mil olub, gözümün qarasındadır! 
Söylədiyin sözlər, atdığın böhtan 
FikirləĢ, bu mənə heç yaraĢarmı 
Sevgimin gücünə güvənməyirəm 
Artıq nifrətimə o qarıĢıbdır. 
Gözüm hey axtarır, könlüm yaralı 
Yaralı bir qəlbə gərək deyilsən 
Ġnandım, duydum ki, səndən aralı 
Sən mənə çox yadsan mənim deyilsən. 
Mənim olmadığın tam bəlli sənə 
Ġnsafsız bilərək məni xar etdin 
Sənə bəslədiyim incə duyğumu 
Sən mənim qəlbimdə peĢiman etdin. 
Kövrək hisslərim də oldu günahkar 
Özümə dərd oldu, könlümə qübar 
Etinasız olub Ģıltaqlıq etdin 
Ġstəyə Ģıltaqlıq etmək yaraĢmaz 
Körpə tək onunla oynamaq olmaz 
Sən özün adlanan bir “sən” yükünü 
Mənim taleyimə ərməğan etdin. 
Taleyim boran, qıĢ, sazağa məruz 
Ömür səhifəmə ələm bəxĢ etdin 
Kədərim, ələmim mənə bəs idi. 
Dərd verdin dərmanın sən bulamadın 
Mənə ünvanlanan kədərin üçün 
Sən yaman tələsdin, heç yubanmadın. 
Bir sən, bir istəyim, bir də ürəyim


Nifrətlə məhəbbət arasındadır. 
Söylədiyin günah, atdığın böhtan 
Köz olub qəlbimin yarasındadır. 
Belə deyirlər ki, sevgidən addım 
Nifrətə gözlə qaĢ arasındadır. 
Acı kəlmələrin donuq baxıĢın 
Ox olub gözümün qarasındadır. 
Artıq sevginə də güvənməyirəm 
EĢqin ürəyimin yarasındadır. 
Artıq nifrətimə qarıĢıbdır o, 
Yaralı bir qəlbə gərək deyilsən. 
Bu saf məhəbbətə yaraĢmadı o, 
Ġndi tanıdım ki, mələk deyilsən. 
Könlümdə qərardır, bir qəmli acı 
Ġnandım, deyilsən baĢımın tacı. 
Yalnız unutmaqdır bunun əlacı 
Sən mənə çox yadsan, artıq bil ki, sən. 
Sənin olmadığım tam bəlli sənə 
Nə çox ağrı-acı, dərd verdin mənə! 
Sən mənim qəlbimi peĢiman etdin, 
 
Kövrək hisslərimlə oynayıb getdin. 
Özümə dərd oldu, könlümə qubar, 
Barı dərdlərini özünlə apar! 
Sən özün adlanan bir “Sən” yükünü 
Mənim taleyimə ərməğan etdin, 
Ömür səhifəmə qara yazılan 
Ələm ağacıtək cücərdin, bitdin. 
Olan dərdi-qəmim bəs idi mənə
Dərd verdin, dərmanın mən bulammadım, 
Mənə ünvanlanan kədərin üçün 
Sən yaman tələsdin, heç yubanmadın. 


Bir sən, bir istəyim, bir də ürəyim 
Nifrətlə məhəbbət arasındadır! 
Acı kəlmələrin, donuq baxıĢın 
Ox olub gözümün qarasındadır! 
 
  
 
 
 


SÖZƏ SALDI MƏNĠ 
 
Gur ocaqdım külə döndüm, 
Canım, dilə saldın məni. 
Qalanıb min əzabınla 
Yanıb, yanıb sonda söndüm
Canım, sözə saldın məni. 
 
EĢqim dildən-dilə düĢdü, 
Özüm eldən-elə düĢdüm. 
Bir qartaldım fəzalardan 
Yaralanıb yerə düĢdüm, 
Canım, sözə saldın məni. 
 
Əzabını çox sevmiĢdim, 
Sevgilimdin, yar demıĢdim. 
Həsrətindən bezməməĢdim. 
Məni səbrsiz eyləyib 
Canım, sözə saldın məni. 
 
Könlüm kədər ağuĢunda, 
Canım vüsal arzusunda. 
Özüm, hicran yağıĢında, 
Həsrətini pay eylədin. 
Ürəyimə saldım səni! 
 
  
 
 
 
 
 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə